Məhkəmə qərarları › İş №2(039)-578/2020

Yevlax Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(039)-578/2020

04.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-578/2020 04.06.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dairiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış xx xxxx 2017-ci il tarixli AL-747 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2013-cü il buraxılışlı,“Daewoo Gentra” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı, WB5V319DEA533200 ban, 211135152DFCX0034 mühərrik nömrəli, ağ rəngli avtomobilin mülkiyyətçisi İddiaçı MMCyə qaytarılması,Cavabdeh xx xxxx 2017-ci il tarixli AL-747 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxxxx 2019-cuil tarixə 1803,46 manat əsas, 389,52 manat mükafat və həmin günə hesablanmış 481,25 manat dəbbə pulu, cəmi 2674,23 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X14 arasında bağlanmışxx xxxx 2017-ci il tarixli AL-747 saylı “X17nə” əsasən X2 ilə 2013-cı il buraxılışlı, “Daewoo Gentra’ markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA533200 ban, 211135152DFCX0034 mühərrik nömrəli, ağ rəngli avtomobil 15096 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. X17nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən X14 illik 12 % hesablanmaqla 46 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 411,12 manat, ümumilikdə isə 18910,97 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18910,97 manatın 15096 manatı əsas məbləğ təşkil edir. xx xxxxxxx 2017-ci il tarixdə X14, X15 və İddiaçı MMC arasında AL-747 (2) saylı “öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmışdır və xx xxxx 2017-ci il tarixli AL- 747 saylı “X17” üzrə X15 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. xx xxxxxx 2018-ci il tarixdə X15, X10 və İddiaçı MMC arasında AL-747 (3) saylı “öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmışdır və xx xxxx 2017-ci il tarixli AL-747 saylı “X17” üzrə X10 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. xx xxx 2018-ci il tarixdə X10, X16 və İddiaçı MMC arasında CAR-747 saylı “öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmışdır və xx xxxx 2017-ci il tarixli AL-747 saylı “X17” üzrə X16 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. xx xxx 2018-ci il tarixdə X11, X16 və İddiaçı MMC arasında CAR-747 saylı “öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmışdır və xx xxxx 2017-ci il tarixli AL-747 saylı “X17” üzrə X11 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. xx xxxxxx 2018-ci il tarixdə X11, X4 və İddiaçı MMC arasında CAR-747 saylı “öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmışdır və xx xxxx 2017-ci il tarixli AL-747 saylı “X17” üzrə X4 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. xx xxxxxx 2018-ci il tarixdə X12, X4 və İddiaçı MMC arasında CAR-747 saylı “öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmışdır və xx xxxx 2017-ci il tarixli AL-747 saylı “X17” üzrə X12 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. xx xxxxxxxx 2018-ci il tarixdə X12, Cavabdeh və İddiaçı MMC arasında CAR-747 saylı “öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmışdır və xx xxxx 2017-ci il tarixli AL-747 saylı “X17” üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş xx xxxx 2019-cu il tarixdə 300 manat məbləğində olmuşdur. X17nin, öhdəliklərin ötürülməsi müqaviləsinin və ödəniş cədvəlinin şərtlərinə əməl edilməmiş, cavabdeh öhdəliyini vaxtında və lazımı qaydada icra etməmişdir. İddiaçı MMC-nin direktoru Ələkbər Fərəcov ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxmışdır. İddiaçı MMC-nin direktoru Ələkbər Fərəcov ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının iştirakı olmadan işə baxıb, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı MMC (lizinq verən) ilə X14 (lizinq alan) arasında xx xxxx 2017-ci il tarixdə bağlanmış AL-747 saylı X17nə əsasən, lizinq verən Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən lizinq obyektini X1 və istifadəsinə verməyi öhdəsinə götürür. Lizinq müqaviləsinin ümumi dəyəri 15096 manatdır. İddiaçı MMC ilə X14 və X15 arasında xx xxxxxxx 2017-ci il tarixdə bağlanmış AL- 747(2) saylı öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən X14 xx xxxx 2017-ci il tarixdə bağlanmış AL-747 saylı X17nə əsasən öhdəliklərini X13 ötürür. İddiaçı MMC ilə X15 və X10 arasında xx xxxxxx 2018-ci il tarixdə bağlanmış AL- 747(3) saylı öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən X15 xx xxxx 2017-ci il tarixdə bağlanmış AL-747 saylı X17nə əsasən öhdəliklərini X6 ötürür. İddiaçı MMC ilə X24 və X10 arasında xx xxx 2018-ci il tarixdə bağlanmış CAR-747 saylı öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən X10 xx xxxx 2017-ci il tarixdə bağlanmış AL-747 saylı X17nə əsasən öhdəliklərini X21 ötürür. İddiaçı MMC ilə X24 və X11 arasında xx xxx 2018-ci il tarixdə bağlanmış CAR-747 saylı öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən X24 xx xxxx 2017-ci il tarixdə bağlanmış AL-747 saylı X17nə əsasən öhdəliklərini X7 ötürür. İddiaçı MMC ilə X11 və X4 arasında xx xxxxxx 2018-ci il tarixdə bağlanmış CAR- 747 saylı öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən X11 xx xxxx 2017-ci il tarixdə bağlanmış AL-747 saylı X17nə əsasən öhdəliklərini X3 ötürür. İddiaçı MMC ilə X4 və X12 arasında xx xxxxxx 2018-ci il tarixdə bağlanmış CAR- 747 saylı öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən X4 xx xxxx 2017-ci il tarixdə bağlanmış AL-747 saylı X17nə əsasən öhdəliklərini X8 ötürür. İddiaçı MMC ilə X12 və əsasən Cavabdeh arasında xx xxxxxxxx 2018-ci il tarixdə bağlanmış CAR-747 saylı öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən X12 xx xxxx 2017ci il tarixdə bağlanmış AL-747 saylı X17nə əsasən öhdəliklərini Cavabdeh ötürür. İş materiallarında olan xx xxxxxxxx 2018-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan “Daewoo Gentra” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdehna təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx xxxx 2017-ci il tarixli AL-747 saylı X17 üzrə xx xxxxxx 2019-cu il tarixə 1803,46 manat əsas borcu, 389,52 manat mükafat borcu və 481,25 manat cərimə borc olmaqla cəmi 2674,23 manat borcu var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-2-ci maddəsinə əsasən, lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh xx xxxx 2017-ci il tarixli X17 üzrə İddiaçı MMC-yə məxsus 2013-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA533200 ban nömrəli, ağ rəngli avtomobili lizinqə götürmüş, lizinq obyektinin lizinqə alınması ilə bağlı ödəməli məbləğləri ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair iddiaçı qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx xxxx 2017-ci il tarixli AL-747 saylı X17 ləğv edilməli, lizinq obyekti İddiaçı MMC-yə qaytarılmalı, Cavabdeh müqavilə üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək hesablanmış 1803,46 manat əsas, 389,52 manat mükafat və həmin günə hesablanmış 481,25 manat dəbbə pulu, cəmi 2674,23 manat borc tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı MMC ilə bağlanmış xx xxxx 2017-ci il tarixli AL-747 saylı X17 ləğv edilsin. Lizinq obyekti olan 2013-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA533200 ban nömrəli, ağ rəngli avtomobil İddiaçı MMCyə qaytarılsın. Cavabdeh 1803,46 manat əsas, 389,52 manat mükafat və həmin günə hesablanmış 481,25 manat dəbbə pulu, cəmi 2674,23 manat borc və 30 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Cavabdeh qiyabi-qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar