Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-589/2021 19.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə, İddiaçı Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Mingəçevir regional ərazi şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Mingəçevir regional ərazi şöbəsinə qarşı «əmək müqaviləsinə xitam verilməsi» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Mingəçevir regional ərazi şöbəsinə qarşı «əmək müqaviləsinə xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işəgötürən - Cavabdeh ilə onun arasında bağlanmış (iş yeri Yevlax şəhərində yerləşən “Bakı” şadlıq sarayı olmaqla) 01 yanvar 2015-ci il tarixli müddətsiz vaxtamuzd əmək müqaviləsinə xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izah etdi ki, o, Yevlax şəhərində fəaliyyət göstərən "Bakı" şadlıq sarayında ofisiant işləyirdi. 01 yanvar 2015-ci il tarixdən isə "Bakı" şadlıq sarayının sahibi, Cavabdeh ilə arasında müddətsiz əmək müqaviləsi bağlandı. Həmin müqavilə üzrə hər iki tərəf olaraq həm işəgötürən, həm də o işçi olaraq hər birlərinin üzərinə düşən öhdəliklərini yerinə yetirirdilər. Lakin 2017-ci ildən "Bakı" şadlıq sarayının fəaliyyəti dayandırıldı. O işsiz qaldı və əmək haqqı da almadı. Odur ki, dəfələrlə cavabdehə müraciət edərək onunla bağlanmış olan əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Lakin cavabdeh Azərbaycanda olmadığından, o cümlədən öz səlahiyyətlərinə dair heç kimə etibarnamə vermədiyindən, məsələ həll olunmamış qaldı. O yaranmış problemimlə bağlı ölkə rəhbərliyinə, aidiyyəti üzrə yuxarı təşkilatlara müraciət etsə də problemi həll edilməmiş qaldı və sonda ona məhkəməyə müraciət edilməyi tövsiyyə edildi. İddiaçı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Mingəçevir regional ərazi şöbəsinin nümayəndəsi X2 məhkəmə iclasında izah etdi ki, tərəflər arasında əmək müqaviləsi bağlanmışdır. İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı şöbələrinə müraciət etmişdir. Lakin əmək müqaviləsinə xitam verilməsi onların səlahiyyətlərində deyildir. İddiaçı məhkəməyə ərizə təqdim edərək iş üzrə Cavabdehnın məhkəmə iclasına gəlmədiyindən işə qiyabi icraat qaydasında baxılmaqla qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasi MPM-nin 238.1-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Səyyar-Asan9 tərəfindən 31 mart 2016-cı il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxx 1991-ci il tarixdə Yevlax şəhərində anadan olmaqla, Yevlax şəhəri, C.Kərimov küçəsi mənzil 37-də qeydiyyatdadır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən məlum olur ki, İddiaçı ilə Cavabdeh arasında müddətsiz əmək müqaviləsi bağlanmışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Mingəçevir regional ərazi şöbəsinin 18 dekabr 2020-ci il tarixli **********3 saylı məktubundan məlum olur ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmudur. Beləliklə, məhkəmədə aydın oldu ki, iddiaçı ilə cavabdeh arasında 01 yanvar 2015ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlınmışdır. Müqaviləyə əsasən iddiaçı cavabdehə məxsus "Bakı" şadlıq sarayında ofisiant vəzifəsinə götürülmüşdür. "Bakı" şadlıq sarayı 2017-ci ildən fəaliyyətini dayandırmışdır. Lakin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməmişdir. İddiaçı cavabdehə və maraqlı şəxsə müraciət edərək əmək müqaviləsinə xitam vrilməsini xahiş etmişdir. Cavabdeh işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verməmişdir. Maraqlı şəx isə məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. İddiaçı əmək müqviləsinə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Ona görə də, məhkəmə belə qənayətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 01 yanvar 2015-ci il tarixli müddətsiz əmək müqaviləsinə xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin lll bəndində görə Heç kəs zorla işlədilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin lV bəndində görə Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin h bəndinə görə, əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49.1-ci maddəsinə görə, Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Əmək Məcəlləsinə edilmiş dəyişiklərlə əlaqədar 06 iyun 2014-cü ildə Azərbaycan Respublikası Nazrilər Kainetinin 183 saylı qərarı ilə “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar təsdiq edilmişdir. Həmin qaydaların 3.4-cü bəndinə əsasən, Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, əmək müqaviləsin xitam verilməsi ilə ağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi işəgötürən tərəfindən təmin edilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.1-ci maddəsinə görə, Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə görə, tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.1-ci maddəsinə görə, İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.2-ci maddəsinə görə, Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 288-ci maddəsinin a bəndinə görə, əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 290.1-ci maddəsinə görə, Fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək qanunvericiliyin tələblərini, əmək müqaviləsi üzrə öhdəlikləri və əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmənin qətnaməsini (qərarını) yerinə yetirməyə borcludurlar. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 292.1-ci maddəsinə görə, İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. İnsan hüquqlarına dair Ümumi Bəyənnamənin 23-cü maddəsinin l, ll və lll hissələrinə görə, Hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ var. Hər bir şəxs heç bir ayrı-seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Hər bir işləyən şəxs əməyinin lazım gələrsə digər sosial müdafiə vasitələrilə tamamlanan, onun özünün və ailəsinin layiqli dolanışığını təmin edə bilən ədalətli və qənaətbəxş ödənilməsi hüququna malikdir. İqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq pakt-nın 7-ci maddəsinin 1-ci abzası və 3-cü bəndinin müddəalarından görünür ki, bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin ədalətli və münasib iş şəraiti hüququnu tanıyır, o cümlədən hamının yalnız iş stajı və ixtisas səviyyəsi əsasında daha yüksək vəzifələrə irəli çəkilmək üçün eyni şərait imkanı yaranır. Avropa Sosial Xartiyasının 1-ci hissəsinin 1-ci bəndinə əasən, Hər bir insan sərbəst şəkildə seçdiyi ixtisas üzrə öz zəhməti ilə yaşayış üçün qazanc əldə etmək imkanına malik olmalıdır. Avropa Sosial Xartiyasının 1-ci hissəsinin 2-ci bəndinə əasən, Bütün işçilər ədalətli əmək şəraiti hüququna malikdirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli qərarında bir daha qeyd edilmişdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverici səlahiyyətlərə malik olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 240- 245-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında bağlanmış 01 yanvar 2015-ci il tarixli müddətsiz əmək müqaviləsinə xitam verilsin. Qiyabi qətnamədən 10 (on) gün müddətində qətnamənin ləğvi üçün Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-589/2021
Yevlax Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(039)-589/2021
19.04.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver