Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-297/2025 14.03.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Əhmədova Aida Sədrəddin qızının katibliyi, İddiaçı Ərizəçi iştirakı ilə, İddiaçıl Ərizəçi “miras əmlakın qəbul edilməsi və vərəsə kimi tanınma faktının müəyyən edilməsi” dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti,22) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ərizəçi “miras əmlakın qəbul edilməsi və vərəsə kimi tanınma faktının müəyyən edilməsi” dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixdə vəfat etmiş mərhum X1ndan miras qalmış Kürdəmir rayonunun Karrar kəndi ərasizindəki 0.98 ha torpaq sahəsinin miras olaraq qəbul edilməsi faktının müəyyən edilməsi və vərəsə kimi tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Xanımın qardaşı oğludur. Bibisi Xanım heç vaxtı ərə getməyib və ölənə kimi ailə qurmamışdır. Atası ölənə kimi bibisi atasının himayəsində yaşayıb. Atası rəhmətə getdikdən sonra bibisi onu saxlamışdır. Bibisinin adına Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 14 avqust 1998-ci il tarixli, 08 nömrəli Dövlət aktına əsasən Kürdəmir rayonu ərazisindən 0.98 ha pay torpaq sahəsi verilmişdir. X1 ölənə kimi və öldükdən sonra həmin mirası yəni 0.98 ha torpaq sahəsini o, idarə etmişdir. X7 xx.xx.2016-cı ildə vəfat edib, atası X9 isə xx.xx.1999-cu il tarixdə ölmüşdür. X2 miras qalmış torpaq sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Maraqlı şəxsndə Notariat ofsinə müraciət etmişdir. Mərhumun vərəsəlik dairəsi müəyyən olunmadığı üçün ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. X1 heç vaxt ailə qurmayıb, o ölənə qədər ailə üzvü kimi onlarla bir yerdə yaşayıb, atası Əliş öldükdən sonra bibisinə baxmışdır. X1 öldükdə onun bütün dəfn və yas məclislərinin xərcini o, çəkmişdir. Ondan qalan mirası yəni 0.98 ha torpaq sahəsini faktiki olaraq qəbul edib, idarə etmişdir. Ona görə də hesab edir ki, miras əmlakın onun tərəfindən qəbul edilməsi faktı müəyyən olunmalıdır. Məhkəmə iclasında iddiaçı iddia ərizənin məzmununa uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin gəlməməsinin səbəblərini üzürsüz hesab edərək onun iştirakı olmadan işə baxmağı mümkün hesab edir. İş materiallarında olan: - Kürdəmir rayon Karrar kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AZ-İ 794114 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2016-cı il tarixdə Üix kardiosklerotdan vəfat etmişdir. - Kürdəmir rayon Karrar kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli arayışdan görünür ki, X9 xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. - İşdə olan Kürdəmir RİHB-nın Karrar kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 91 nömrəli və xx.xx.2024-cü il tarixli 45 nömrəli arayışlardan görünür ki, həqiqətən keçmiş Karrar kənd sakini olmuş mərhum X7 (xx.xx.2016cı ildə vəfat edib) onun bibisidir. Bibisinin uşaqları olmayıb vəfat etdiyi günə qədər ailə qurmayıb, onunla birlikdə yaşayıb başqa bibiləri yoxdur, iki nəfər-əmisi X6 xx.xx.1998-ci ildə və əmisi X8 xx.xx.2007-ci ildə vəfat ediblər. - İşdə olan Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 330697 nömrəli arayışdan görünür ki, X6 xx.xx.1998-ci ildə Kürdəmir rayonu Karrar kəndində ürək astması nəticəsində vəfat etmiş, bu barədə xx.xx.1998-ci il tarixdə ölüm kitabının 22 səhifədə qeydiyyat aparılmışdır. - İşdə olan Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 236338 nömrəli arayışdan görünür ki, X8 xx.xx.2007-ci ildə Kürdəmir rayonu Karrar kəndində ürəyin kəskin infaktı nəticəsində vəfat etmiş, bu barədə xx.xx.2007-ci il tarixdə ölüm kitabının 05 səhifədə qeydiyyat aparılmışdır. - İşdə olan Kürdəmir rayonu Karrar bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 10 nömrəli arayışından görünür ki, Ərizəçi X1 xx.xx.2016-cı il tarixdə vəfat etdikdən sonra onun mülkiyyətinə verilmiş JN:213 KOD:90611018 nömrəli 0.98 ha torpaq sahəsindən Ərizəçi özü istifadə etmişdir. - İşdə olan xx.xx.1999-cu il tarixli Torpağa mülkiyyət hüququna dair JN-213 KOD 90611018 nömrəli dövlət aktından görünür ki, Kürdəmir rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 saylı qərarı ilə verilmiş 0.98 ha kənd təsərrüfatı məhsulları istehsallı torpaq sahəsi Kürdəmir rayonu Karrar kənd sakini X5 verilmişdir. - Maraqlı şəxsndə notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 148 nömrəli məktubdan görünür ki, təqdim edilən sənədlər əsasında mərhumun vərəsəlik dairəsini müəyyən etmək olmadığı üçün vərəsəlik hüququ haqqında şəhadətnamə vermək mümkün olmamış və bununla bağlı məhkəməyə müraciət etməsi ona tövsiyyə edilmişdir. İşin faktiki hallarından məlum olur ki, həmin torpaq sahəsi ərizəçinin bibisinə məxsusdur. Hüquq sahib olan Xanım vəfat etmişdir. Ərizəçi xx.xx.2024-cü ildə ərizə ilə Kürdəmir regional ”ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət edərək X1ndan miras qalmış qeyd edilən əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, lakin təqdim edilən sənədlər əsasında mərhumun vərəsəlik dairəsini müəyyən etmək olmadığı üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamış və bununla bağlı məhkəməyə müraciət etməsi ona tövsiyyə edilmişdir. Məhkəmə iddia tələbinin qanuni əsaslarının mövcud olub-olmaması məsələsinin aydınlaşdırılması üçün X2 miras əmlakın qalıb-qalmaması, miras kütləsinin dairəsinin, hansı vərəsəlik hüquq münasibətlərinin mövcudluğunun, vərəsələrin dairəsinin və mirasın bölüşdürülməsi qaydasının aydınlaşdırılmasını zəruri hesab edir. Məhkəmə iclasında müəyyən olundu ki, torpağa mülkiyyət hüququnun verilməsinə dair JN-213 KOD 90611018 nömrəli dövlət aktına əsasən, Kürdəmir rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 saylı qərarı ilə verilmiş 0.98 ha kənd təsərrüfatı məhsulları istehsallı torpaq sahəsi Kürdəmir rayonu Karrar kənd sakini X5 verilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. İş materiallarından görünür ki, X7 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra Kürdəmir rayonunun Karrar kəndində onun adına torpaq sahəsi miras qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, həmin torpaq sahəsi X2 qalmış miras kütləsinə daxil edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məhkəmə miras əmlaka dair vərəsəlik hüquq münasibətlərinin növünü aydınlaşdıraraq, hesab edir ki, vəsiyyətnamə qoyulmadığından X3 qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüquq münasibətləri tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı ikinci növbədə - ölənin bacıları və qardaşları bərabər pay hüquqlu vərəsələr sayılırlar. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-ci maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanun üzrə vərəsələrin dairəsi və vərəsələr tərəfindən tərəfindən mirasın qəbul edilibedilməməsi məsələsini həll edərkən məhkəmə qeyd etməlidir ki, miras qoyan Xanım Ramazanova vəfat etdiyi zaman onun yeganə vərəsəsi qardaşı oğlu Ərizəçi olmuşdur. Xanım Ramazanova vəfat etdiyi zaman ondan qalmış miras əmlakı qanun üzrə vərəsə olaraq Ərizəçi faktiki qəbul etmişdir. İddiaçı Ərizəçi mərhum Xanım Ramazanovadan qalmış mirası qanun üzrə vərəsə olaraq qəbul etmişdir. Hazırda həmin torpaq sahəsini iddiaçı Ərizəçi idarə edir və onun nəzarətindədir. Beləliklə, məhkəmə işdəki sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, X4 ölümündən sonra qalmış Kürdəmir rayonunun Karrar kəndində yerləşən 0.98 torpaq sahəsindən ibarət miras əmlaka iddiaçı Ərizəçi qanun üzrə vərəsəlik hüququ tanınmalı və həmin mirasın onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia ərizəsi təmin edilsin. X4 ölümündən sonra xx.xx.1999-cu il tarixli, JN-213 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı əsasında ona məxsus Kürdəmir rayonunun Karrar kəndində yerləşən 0.98 torpaq sahəsindən ibarət miras əmlaka iddiaçı Ərizəçi qanun üzrə vərəsəlik hüququ tanınsın və həmin mirasın onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: RAHİD MEHDİYEV
Məhkəmə qərarları › İş №2(041)-297/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-297/2025
14.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver