Məhkəmə qərarları › İş №2(046)-1260/2023

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-1260/2023

14.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-1260/2023 14.08.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdeh,nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı miras qalmış torpaq sahəsinin sənədləşdirilməsi üçün ölçü və digər işlərin aparılmasına maneə yaradılmasının qadağan edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-277, kod 40812018 №-li “Torpağa Mülkiyyət Hüququna dair” dövlət aktına əsasən Cavabdeh Məmmədtağı oğlunun və X1 mülkiyyətində olan 0,30 ha torpaq sahəsinin sənədləşdirilməsi üçün ölçü və digər işlərin aparılmasına maneə yaradılmasının cavabdeh Göyçay rayonu, Potu kənd sakini Cavabdeh qadağan edilməsi barədə tələbin təmin edilməsini, JN-277, kod 40812018 №-li “Torpağa Mülkiyyət Hüququna dair” dövlət aktına əsasən Cavabdeh Məmmədtağı oğlunun və X1 mülkiyyətində olan 0,30 ha torpaq sahəsinin sənədləşdirilməsi üçün ƏMDK-nın yanında DƏDRX-nın 16 saylı Ərazi idarəsinin mütəxəssisləri tərəfindən ölçü və digər işlərin aparılmasına maneə törədilməsi cavabdeh Göyçay rayonu, Potu kənd sakini Cavabdeh qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışında İddiaçı ərizə təqdim edərək, Cavabdeh qarşı miras qalmış torpaq sahəsinin sənədləşdirilməsi üçün ölçü işlərinin aparılmasına maneə yaradılmasının cavabdehə qadağan edilməsi barədə iddia tələbindən imtina etdiyini göstərmişdir. Məhkəmə baxışında Cavabdeh və nümayəndəsi Vəkil iş üzrə icraata xitam verilməsinə etiraz etməmişdir. Müvafiq qaydada məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə görə iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır; Həmin Məcəllənin 262.4-cü maddəsinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, İddiaçı iddiadan imtina etdiyindən, iddiadan imtina qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263, 264, 268- ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdeh qarşı miras qalmış torpaq sahəsinin sənədləşdirilməsi üçün ölçü və digər işlərin aparılmasına maneə yaradılmasının qadağan edilməsi tələbinə dair iddiadan imtinası qəbul olunsun. İş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində təkrar məhkəməyə müraciət olunmasına yol verilmir. Qərardaddan 10 gün müddətində Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar