Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1223/2025 10.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «ölüm faktının müəyyən edilməsi» haqqında xüsusi icraat qaydasında verdiyi ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1979-cu il tarixdə Lənkəran rayonunun Şağlaser kəndində anadan olmuş həyat yoldaşı X2 05 avqust 2024-cü il tarixdə Rusiya Federasiyası, Tatarıstan Respublikasının Kazan şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizə tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1979-cu il təvəllüdlü X7 ilə 22 aprel 1997-ci il tarixində rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Həyat yoldaşı X7 05 avqust 2024-cü il tarixdə Rusiya Federasiyası, Tatarıstan Respublikasının Kazan şəhərində vəfat etmişdir. Onun nəşi bir neçə gün sonra Azərbaycana gətirilmiş və 08 avqust 2024-cü il tarixdə onların qohumlarıyla birgə onu Lənkəran rayonunun Şağlaser kənd qəbristanlığmda dəfn etmişlər. Həyat yoldaşı İftixarın ölüm faktını şahidlər və Tatarıstan Respublikası üzrə İstehlakçı hüquqlarının və insan rifahının müdafiəsi sahəsində nəzarət üzrə federal xidmət tərəfindən verilmiş arayışla da təsdiq olunur. Hazırda vərəsəlik hüquqları həyata keçirilməsi ilə bağlı mərhum həyat yoldaşı X3 ölüm şəhadətnaməsi tələb olunur. Lakin, X3 ölüm şəhadətnaməsini heç bir halda əldə etmək olmur. Bununla əlaqədar olaraq 6 saylı Bakı “ASAN XİDMƏT’’ Mərkəzində Qeydiyyat şöbəsinə müraciət edərək X3 ölümünü təsdiq edən şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin, Qeydiyyat şöbəsi tərəfindən bu barədə ona imtina məktub verilərək məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Həmin sənədi, yəni ölüm haqqında şəhadətnaməni başqa yol ilə əldə etmək mümkün olmadığından o, hazırki ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizəsində göstərilənlərə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, əri X7 2019-cu ildə Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində işləməyə gedmişdir. Əskərov İftixar orada aşbaz işləyirmiş. İftixar diabet xəstəliyindən çəkirmiş. Son dövrlərdə onun səhhəti daha da ağırlaşmışdır və Azərbaycana qayıtmaq istəmişdir. Lakin vəziyyəti ağır olduğundan onun təyyarədə uçmağına icazə verməmişlər. 05 avqust 2024-cü il tarixdə Kazan şəhərində evdə olarkən vəziyyəti daha da ağırlaşmışdır və vəfat etmişdir. Onun nəşi təyyarı ilə Bakı şəhərinə gətirilmişdir. Qohumarı tərəfindən Bakı şəhəri hava limanında həyat yoldaşının nəşi təhvil alınmışdır və doğulduğu Lənkəran rayonuna gətirilərək, Lənkəran rayonu, Şağlaser kənd qəbiristanlığında dəfn edilmişdir. Himayəsində üç körpə uşağı vardır. Məhkəmədən başqa yolla həyat yoldaşının ölüm haqqında şəhadətnaməsini əldə edə bilmir. Odur ki, ərizə tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs 6 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi məhkəməyə müraciət edərək ki, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: «Nikah haqqında» şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 və Ərizəçi arasında nikah 22 aprel 1997-cı il tarixdə Lənkəran rayon Şağlasel kənd icra numayəndəliyi tərəfindən 09 sayla qeydə alınmışdır. AZE seriyalı 14804983 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1979-ci il tarixdə Lənkəran rayonu, doğulmuşdur, Lənkəran rayonu, Şağlaser kəndində qeydiyyatdadır və Azərbaycan Respublikasının vətəndaşıdır. Tatarıstan Respublikası üzrə İstehlakçı hüquqlarının və insan rifahının müdafiəsi sahəsində nəzarət üzrə federal xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 81 saylı arayışda qeyd edilmişdir ki, Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində 05 aqsust 2024-cü il tarixdə vəfat etmiş X2 nəşinin sinklənmiş tabutda aviasiya nəqliyyatı vasitəsi ilə Bakı şəhərinə gətirilməsinə etiraz edilmir. Həmin arayışda həmçinin X2 ölüm səbəbi kimi “serebral arteriyaların stenozu ilə yaranan serebral infarkt” göstərilmişdir. Lənkəran rayonu, Şağlaser Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X1 rayonu, Şağlaser kənd qəbiristanlığına qəbiristanlığında dəfn olunmuşdur. Lənkəran rayon 6 saylı Badı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli 3-16-5/8-xx-xx/2025 nömrəli məktubunda Ərizəçi müraciətinə cavab olaraq bildirilmişdir ki, X2 ölümü haqqında akt qeydi şöbənin arxivində aşkar edilmişdir. Həmçinin ərizəçiyə həyat yoldaşının ölüm faktının müəyyən edilməsi ilə əlaqadar məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Məhkəmə iclasında şahid X8 ifadəsində bildirmişdir ki, mərhum X7 onun bacısının həyat yoldaşıdır. İftixar Rusiya Federasiyasında Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində işləməyə gedib, orada aşpaz işləyirmiş. O, diabet xəstəliyindən əziyyət çəkirdi. O, 05 avqust 2024-cü il tarixdə Kazan şəhərində vəfat etmişdir və nəşi xx.xx.2025-ci il tarixdə Azərbaycana gətirilmişdir. Onun nəşini Bakı şəhərində yerləşən hava limanında özü təhvil almışdır. İftixar xx.xx.2025-ci il tarixdə Lənkəran rayonu, Şağlaser kənd qəbiristanlığında dəfn etmişlər. O, özü də dəfn və yas mərasimlərində iştirak etmişdir. İftixarın sağlığında heç kəslə düşmənçilik və ədavəti olmamışdır. Məhkəmə iclasında şahid X9 ifadəsində bildirmişdir ki, X7 onun sinif yoldaşı olmuşdur. Onlar birlikdə Rusiyada kafedə aşpaz işləmişlər. İftixar diabet və serroz xəstəliyindən əziyyət çəkirdi. O, 05 avqust 2024-cü il tarixdə Kazan şəhərində vəfat etmişdir. Onun nəşi təyyarı vasitəsilə Bakı şəhərinə göndərilmişdir. Onun nəşini hava limanında o, özü təhvil almışdır. İftixar xx.xx.2025-ci il tarixdə Lənkəran rayonu Şağlaser kənd qəbiristanlığında dəfn edilmişdir. İftixarın heç kəslə düşmənçilik və ədavəti olmamışdır. Məhkəmə iclasında şahid X6 şahidlər X9 və X4 ifadələrində göstərdiklərinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, X2 Kazan şəhərində ölməsi faktı öz təsdiqini tapır. Buna görə də Ərizəçi ərizəsi təmin edilməlidir. MPM-nin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Qeyd olunan Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1 və 159.2-ci maddələrinə qeyd olunur ki,vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq İcra Hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq Qeydiyyat şöbələri) tərəfindən aparılır. Həmin orqanlar öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin,atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. MPM-nin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq olunmuş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın ümumi müddəalarının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, xx.xx.1979-cu il tarixdə Lənkəran rayonunda doğulmuş X2 xx.xx.2024-cü il tarixdə Rusiya Federasiyasının Kazan şəhərində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1979-cu il tarixdə Lənkəran rayonunda doğulmuş X2 xx.xx.2024-cü il tarixdə Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-1223/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1223/2025
10.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver