Məhkəmə qərarları › İş №2(049)-434/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-434/2024

05.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-434/2024 05.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı pul və əşya tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11.500 (on bir min beş yüz) manat pulun, məhkəməyə müraciət üçün ödənilmiş 110 (yüz on) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi, həmçinin dəyəri 300 (üç yüz) manat olan qızıl dişin və dəyəri 100 (bir yüz) manat olan saç feninin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhəkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2022-ci ilin yay ayında yaşadığı ərazidə mağaza açan Cavabdeh tanımışdır. Aralarında pərakəndə qaydada alqı-satqı münasibətləri yaranmışdır. Bir müddət sonra sözügedən şəxslə ailə məsələlərinə dair müzakirə olmuşdur. Nəticədə Cavabdeh Hökümə adlı bacısının olduğunu və bacısının oğluyla evlənə biləcəyinin mümkünlüyü haqqında onun fikrini bilmək istəmişdir. O, götürqoy etdikdən sonra oğlunun cavabdehin bacısı ilə evlənməsinə razı olduğu cavabdehin özünə bildirmişdir. Bundan sonra Cavabdeh cehizlik əşyaların alınması üçün pula ehtiyacı olduğunu ona bildirmiş, borca pul istəmiş və hissə-hissə qaytaracağını ona vəd etmişdir. O, isə öz növbəsində onun səmimiyyətinə inanaraq hissə hissə olmaqla (1000-2500) 11.500 manat pul vəsaitini ona borc vermişdir. Lakin pulu alan Cavabdeh daha sonra bacısı ilə onu görüşdürməmiş və aralarında olan münasibət get-gedə soyumağa başlamışdır. Bir müddət sonra Anar mağazanı bağlayıb birdəfəlik getmişdir. Bunda sonra onunla telefon əlaqəsi saxlayıb telefon əlaqəsi zamanı Anar pulu ən yaxın zamanda qaytaracağını ona bildirmiş, lakin nəticədə yenə də vədinə əməl etməmişdir. Cavabdehin qanunsuz hərəkətləri təkcə ondan borc alıb qaytarmamaqla məhdudlaşmamışdır. O, eyn zamanda ondan dəyəri 300 (üç yüz) manat olan qızıl diş və dəyəri 100 (yüz manat) olan sac feni götürmüş, lakin pulunu ödəməmişdir. Yaranmış arzuolunmaz vəziyyətə görə ərazi üzrə polisə dəfələrlə müraciət etmişdir. Xətai RPİ-nin 34-cü PB-də aparılan araşdırma zamanı Cavabdeh verdiy izahatında törətdiyi əməli tam etiraf etmiş olsa da, lakin nəticədə “cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında 26 avqust 2023-cü il tarixli Qərar qəbul edilmişdir. Həmin qərarla ona mülki qaydada məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Odur ki, qeyd olunanlara əsaslanaraq hesab edir ki, Cavabdeh qarşı olan iddia tələbi əsaslı sayılması və təmin edilməsi haqqında qanuni və əsaslı qətnamə qəbul edilməlidir. Bu səbəbdən də məcbur olaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış İddiaçı məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onun iştiraki olmadan baxılmasını və təqdim edilmiş sübutlar əsasında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-ci Polis Şöbəsinin təhqiqatçısı Ülvi Qəhrəmanlı tərəfindən qəbul edilmiş 26 avqust 2023-cü il tarixli qərarından görünür ki, həmin qərar əsasında İddiaçı Cavabdeh barəsində şikayəti əsasında Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-ci Polis Bölməsində toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Sözügedən qərarın təsviri-əsaslandırıcı hissəsində aparılan araşdırma zamanı xx.xx.1983-cü il təvəllüdlü, Lənkəran rayonu, Lüvəsər kəndində qeydiyyatda olan X1 izahatının alındığı qeyd edilmişdir. Aparılan təhqiqat araşdırması zamanı polis şöbəsində verdiyi izahatda Cavabdeh, İddiaçı Cəmil qızının barəsində vermiş olduğu şikayətlə tanış olduğunu, ünvan 1 ünvanında yerləşən mağazada 2022-ci ilin yayından etibarən işlədiyini, həmin ərəfələrdə orada yaşayan Sevda ilə alqı-satqı münasibətləri zamanı tanışlığının yaranmasını, yaranmış olan tanışlıqlarından sonra Sevdanın oğlu ilə onun bacısının evlənməsi məsələsinin ortaya çıxmasını” bildirmişdir. Cavabdeh həmçinin izahatında bildirişdir ki, toyun olacağına görə pula ehtiyacının olmuşdur, sonradan qaytaracağı şərtilə Sevdadan 11.500 manat pulu borc qismində almışdır, bir müddətdən sonra isə o, müflisləşdiyi üçün mağazanı bağlamaq qərarına gəlmiş, daha sonra isə ortaya çıxan problemlərə görə həmin pulu qaytara bilməmiş, həmin pulu xx.xx.2023-cü il tarixədək Sevdaya qaytaracaqdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs(varlanmış şəxs) sayılır ki, hüquqi əsası olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsas və ya sonralar aradan qalxmış əsasa söykənir. İşin faktiki hallarından görünür ki, tərəflərin arasında yaranmış münasibət borc müqaviləsi olmasa da, cavabdehin hüquqi əsası olmadan əsassız varlanması öz təsdiqini tapır. Təhqiqat zamanı cavabdehin polis şöbəsində verdiyi izahatdan onun iddiaçıdan 11.500 manat məbləğində borca pul aldığı faktı öz təsdiqini tapır. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi “pul tələbi” hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbinin “əşya tələbi” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia ərizəsində qeyd edilən dəyəri 300 (üç yüz) manat olan qızıl dişin və dəyəri 100 (bir yüz) manat olan saç feninin mövcud olması, iddiaçı tərəfindən cavabdehə verilməsi və cavabdeh tərəfindən qaytarılmaması faktı ilə əlaqadar məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Qanunvericliyin tələbinə əsasən qeyd edilən xüsusatları sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Bu səbəbdən də iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Prosessual qanunvericiliyin sadalanan normaları çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün 126 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi “pul tələbi” hissəsində təmin edilərək, Cavabdehdan 11.500 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya ödənilməli, iddia tələbi “əşya tələbi” hissəsində təmin edilməməlidir. Həmçinin iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 126 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 11.500 (on bir min beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 126 (yüz iyirmi altı) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar