Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1252/2020 24.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, ərizəçi: Ərizəçi «Mirasın qəbul edilməsi faktının müəyyən edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i : Ərizəçi ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək,Yevlax rayonu Yuxarı Salamabad kəndində yerləşən 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin onun tərəfindən miras kimi qəbul etmə faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İşüzrə maraqlı şəxs Mingəçevir Regional «Asan xidmət» X3 məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlışəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında iddiaçının tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Mingəçevir şəhəri Yuxarı Salamabad kəndində 0,03 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi mərhum anasıİsmayılova BallıƏhməd qızının mülkiyyətində olmuşdur. Bu barədə anasına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Atasıİlyaz İsmayılov xx xxxxxx 1970-ci ildə, anası Ballıİsmayılova xx xxxx 1991-ci ildə, qardaşı Oktay İsmayılov xx xxxx 2005-ci ildə vəfat etmişlər. Anasının vəfatından sonra həmin torpaq sahəsindən və fərdi yaşayış evindən hazırki vaxtadək özü istifadə edir. Mirasın qəbulundan ötrü notariat kontoruna müraciət etsə də, vərəsəlik şəhadətnaməsi verilməkdən imtina edilmişdir. Ona görə də mərhum anasıİsmayılova BallıƏhməd qızından miras qalmış Yevlax rayonu Yuxarı Salamabad kəndində yerləşən 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin onun tərəfindən miras əmlak kimi qəbul etmə faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Ərizəçi onun doğma qardaşıdır. Mingəçevir şəhəri Yuxarı Salamabad kəndində 0,03 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi mərhum anası X2 mülkiyyətində olmuşdur. X9 xx xxxxxx 1970-ci ildə, anası Ballı İsmayılova xx xxxx 1991ci ildə, qardaşı Oktay İsmayılov xx xxxx 2005-ci ildə vəfat etmişlər. Anasının vəfatından sonra qardaşı Yaşar həmin evdə yaşayır, hazırda həmin evin qardaşı Yaşarın mülkiyyətinə keçməsinə etiraz etmir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx xxxxxx 1970-ci ildə ölmüşdir. İşə əlavə olunmuş ölüm haqqında arayışdan görünür ki, X5 xx xxxx 2005-ci ildəölmüşdür. İşə əlavə olunmuş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Yevlax rayonu Yuxarı Salamabad kəndində yerləşən 0,03 ha torpaq sahəsi xx xxxx 2020-ci il tarixdə mülkiyyət hüququ üzrəX2 adına qeydiyyata alınmışdır. İşə əlavə olunmuş Mingəçevir Regional «ASAN xidmət» Mərkəzində Notariat kontorunun notariusu tərəfindən xx xxxx 2020-ci il tarixli, 678 saylı məktubundan görünür ki, ərizəçinin vərəsəlik haqqında şəhadətnamə verilməsi barədə ərizəsinə baxılmış və ərizəçiyə miras açıldıqdan altı ay sonra mirasın qəbuluna yol verilmədiyi bildirilərək məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İş materiallarına əlavə olunmuş Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmişxx xxxx 2020-ci il tarixli 05/Q-205/15 nömrəli məktubdan görünür ki, İsmayılova BallıƏhməd qızının sonuncu yaşayır yeri Yevlax rayonu 1-ci Salamabad kəndi qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmişxx xxxx 2020-ci il tarixli 05/Q-205/15 nömrəli məktubdan görünür ki, İsmayılova BallıƏhməd qızı barəsində Azərbaycan RespublikasıƏdliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair xx.xx.2020-ci ilədək yoxlama aparılmış vəX4 mərhumun əri, X5 mərhumun oğlu, Ərizəçi vəİsmayılova Sevil İlyas qızı mərhumun övladları olması aşkar edilmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, təqdim olunmuş sənədləri araşdırıb məcmu halda qiymət verərək hesab edir ki, tələb əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1134.1-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Mülki Məcəllənin 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın ö ü ü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras ld y passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənəçatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Mülki Məcəllənin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin mirasın bölüşdürülməsi anlayışını müəyyən edən 1274-cü maddəsində göstərilmişdir ki, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Göstərilən qanunvericilik normalarının sistemli təhlilindən göründüyü kimi, vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. Mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə bilər ki, o, mirası qəbul etmiş olsun. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Bu baxımdan ərizə araşdırılarkən müəyyən olunmuşdur ki, Ərizəçi miras qalmış evdə yaşayır və bununla da mirası faktiki qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçi mirasın qəbul edilməsini faktını başqa yolla müəyyən edə bilmir. Ona görə də ərizəçinin tələbinə baxılmasıüçün Azərbaycan Respublikası MPM-nin 308 və 310-cu maddələrində nəzərdə tutulmuş şərtlər mövcuddur və həmin maddənin 307.2.9-cu maddəsinə əsasən tələb olunan fakt məhkəmə qaydasında müəyyən oluna bilər. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işüzrə təsdiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar, ərizəçinin mərhum anası X1 miras qalmış Yevlax rayonu Yuxarı Salamabad kəndində yerləşən 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin onun tərəfindən miras kimi qəbul edilməsi faktının müəyyən edilməsi üçün yetərlidir və tələb təmin olunmalıdır. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: Ərizəçinin xahişi təmin edilsin. Yevlax rayonu Yuxarı Salamabad kəndində yerləşən 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin Ərizəçi tərəfindən miras kimi qəbul edilməsi faktı müəyyən edilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi iləŞəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM Hüseyn Mirzəliyev.
Məhkəmə qərarları › İş №2(051)-1252/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1252/2020
24.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver