Məhkəmə qərarları › İş №2(051)-1754/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1754/2020

25.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1754/2020 25.11.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid oğlunun katibliyi və Ərizəçi, onun vəkili Vəkil iştirakı ilə, ərizəçi: Ərizəçi «Mirasın qəbul edilməsi faktının müəyyən edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə Mingəçevir Şəhər məhkəməsinə müraciət edərək, Mingəçevr şəhəri, Koroğlu küçəsi 24 saylı evin, 1 saylı mənzilinin onun tərəfindən miras kimi qəbul etmə faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxs Mingəçevir Regional «Asan xidmət» X2 məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında iddiaçının tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, xx xxxxxx 1965-ci ildə Mingəçevir şəhərində doğulub böyümüşdür. X6 Köçəri oğlu xx xxxxxx 2015-ci il tarixdə vəfat etmişdir. Qardaşı vəfat etdikdən sonra həmin mənzili öz adına rəsmiləşdirmək istədikdə Mingəçevir Regional «ASAN Xidmət» Mərkəzinin xüsusi notariat kontoru «mirasın qəbulu faktının təsdiq edilməsi üçün» məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. Mərhum qardaşı Şahin Məmmədovun birinci növbə vərəsələri o və qardaşı Məmmədov Rasim Köçəri oğludur. Digər vərəsələr atası Məmmədov Köçəri Müseyib oğlu, anası X3 və qardaşı Məmmədov Elbrus Köçəri oğlu vəfat etmişlər. X7 öz miras payından onun xeyrinə imtina etmişdir və heç bir mübahisə yoxdur. Onun qeydiyyat ünvanı ünvan 1 saylı evdə olmasına baxmayaraq uzun müddətdir ki, Koroğlu küçəsi 24 saylı evin 1 saylı mənzilində yaşayır , həmin əmlaka sahiblik edir və faktiki idarə edir. Qardaşından qalmış miras əmlakı başqa yolla qəbul etmək imkanı olmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə məhkəmədən onun tərəfindən miras kimi qəbul etmə faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Ərizəçinin nümayəndəsi-vəkili Vəkil məhkəmə icasında ərizəyə oxşar məzmunlu izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Məmmədov Şahin Köçəri oğlu xx xxxxxx 2015-ci ildə, X3 xx xxxx 2009-cu ildə, Məmmədov Köçəri Müseyib oğlu xx xxxxxx 2019-cu ildə ölmüşdir. İşə əlavə olunmuş Mingəçevir şəhər Qeydiyyat Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, xx xxxxxx 1963-cü ilə vəfat etmiş Məmmədov Elbrus Köçəri oğlunun xx.xx.1963-xx.xx.2020-ci illər üzrə ölümünün qeydə alınması barədə akt aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş Mingəçevir Regional «ASAN xidmət» Mərkəzində Notariat kontorunun notariusu tərəfindən xx xxxxxxxx 2020-ci il tarixli, 1232 saylı məktubundan görünür ki, ərizəçinin vərəsəlik haqqında şəhadətnamə verilməsi barədə ərizəsinə baxılmış və ərizəçiyə miras açıldıqdan altı ay sonra mirasın qəbuluna yol verilmədiyi bildirilərək məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İş materiallarına əlavə olunmuş Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 05/Q-294/15 nömrəli məktubdan görünür ki, xx xxxx 1970-ci il təvəllüdlü Məmmədov Şahin Köçəri oğlu barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair xx.xx.2020-ci ilədək yoxlama aparılmış və Məmmədov Köçəri Müseyib oğlunun mərhumun atası, X1 mərhumun anası, Məmmədov Elbrus Köçəri oğlunun mərhumun qardaşı, Məmmədov Rasim Köçəri oğlunun mərhumun qardaşı və Ərizəçi mərhumun bacısı olmaları aşkar edilmişdir. İş materiallarına əlavə olunmuş Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 05/Q-294/15 nömrəli məktubdan görünür ki, mərhum Məmmədov Şahin Köçəri oğlunun sonuncu yaşayır yeri Mingəçevr şəhəri, ünvan 2 saylı evin 1 saylı mənzili qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş DƏDRX 17 saylı X5 xx.xx.2020-ci il tarixli, 3525 saylı məktubundan görünür ki, ünvan 3 saylı evin 1 saylı mənzili xx xxxx 1991-ci il tarixli, 2M-1-53 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Məmmədov Şahin Köçəri oğlunun adına tam mülkiyyət hüququ Mingəçevir DTİ və MHQİ tərəfindən verilmiş xx xxxx 1991-ci il tarixli, 730A nömrəli qeydiyyat vəsiqəsi ilə qeydiyyata alınmışdır. İşə əlavə olunmuş Məmmədov Rasim Köçəri oğlunun ərizəsindən görünür ki, qardaşından qalan miras əmlakı bacısı Ərizəçi xeyrinə qəbul etməkdən imtina etmişdir. Məhkəmə ərizəçinin və onun vəkilinin izahatını dinləyib, təqdim olunmuş sənədləri araşdırıb məcmu halda qiymət verərək hesab edir ki, tələb əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1134.1-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Mülki Məcəllənin 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Mülki Məcəllənin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin mirasın bölüşdürülməsi anlayışını müəyyən edən 1274-cü maddəsində göstərilmişdir ki, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Göstərilən qanunvericilik normalarının sistemli təhlilindən göründüyü kimi, vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. Mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə bilər ki, o, mirası qəbul etmiş olsun. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Bu baxımdan ərizə araşdırılarkən müəyyən olunmuşdur ki, Ərizəçi miras qalmış mənzildə yaşayır və bununla da mirası faktiki qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçi mirasın qəbul edilməsini faktını başqa yolla müəyyən edə bilmir. Ona görə də ərizəçinin tələbinə baxılması üçün Azərbaycan Respublikası MPM-nin 308 və 310-cu maddələrində nəzərdə tutulmuş şərtlər mövcuddur və həmin maddənin 307.2.9-cu maddəsinə əsasən tələb olunan fakt məhkəmə qaydasında müəyyən oluna bilər. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təsdiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar, ərizəçinin mərhum atası Məmmədov Şahin Köçəri oğlundan miras qalmış ünvan 2 saylı evin 1 saylı ünvanda yerləşən mənzilin onun tərəfindən miras kimi qəbul edilməsi faktının müəyyən edilməsi üçün yetərlidir və tələb təmin olunmalıdır. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: Ərizəçinin xahişi təmin edilsin. ünvan 3 saylı evin 1 saylı ünvanda yerləşən mənzilin Ərizəçi tərəfindən miras kimi qəbul edilməsi faktı müəyyən edilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM Hüseyn Mirzəliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar