Məhkəmə qərarları › İş №2(051)-1926/2021

Mingəçevir Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №2(051)-1926/2021

04.10.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Mingəçevir şəhəri İş № 2(051)-1926/2021 04.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər Məhkəməsinin hakimi Paşayev Nemət Şirkət oğlu ünvan 1 ünvanında yerləşən kreditor "xxxx" MMC-nin Borclu qarşı pulun tutulmasına dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdim: Kreditor "xxxx" MMC xx.xx.1984-cü il tarixdə Ermənistan, Vardenis rayonunda doğulmuş və ünvan 2 ünvanında qeydiyyatda olan Borclu 1082 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1102 manat məbləğində pulun alınaraq "xxxx" MMC-nin hesabına ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, 28.06.2018-ci il tarixli, ******* saylı alğı-satqı müqaviləsinə əsasən Borclu "xxxx" MMC-dən hissə-hissə ödəniş şərti ilə 1485 manat məbləğində modeli Hisense 49N2170WP olan televizor əldə etmişdir. Sözügedən məbləğdən ilkin ödəniş etmədən, məbləği 18 aya bölərək hər ay üçün 99 manat hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Ərizəyə əlavə edilmiş 28.06.2018-ci il tarixli, ******* saylı satılmış əşyaların təhvil verilməsi haqqından aktdan görünür ki, Borclu modeli Hisense 49N2170WP olan televizoru təhvil almışdır. Ərizəyə əlavə edilmiş 25.06.2021-ci il tarixli arayışdan görünür ki, Borclu 28.06.2018-ci il tarixli, ******* saylı alğı-satqı müqaviləsi üzrə 1485 manat əsas borcundan həmin günədək 403 manat ödəniş etmiş, hazırda 1082 manat əsas, 150 manat cərimə borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci (borclunun icranı gecikdirməsi) maddəsinə əsasən öhdəliyin, onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 442-ci (öhdəliyin icra edilməməsi) maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən bir şəxs (borclu), başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. AR MPM-nin 276.1-ci maddəsinə görə kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. AR MPM-nin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslandığından həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq, əmr etdim: xx.xx.1984-cü il tarixdə Ermənistan, Vardenis rayonunda doğulmuş və ünvan 2 ünvanında qeydiyyatda olan Borclu 1082 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1102 manat məbləğində pulun alınaraq "xxxx" MMC -nin xeyrinə ödənilsin. Borclu məhkəmə əmrini aldıqdan 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəmənini yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. HAKİM NEMƏT PAŞAYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar