Məhkəmə qərarları › İş №2(051)-65/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-65/2020

25.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-65/2020 25.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı Ləğv prosesində olan «xxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi X1 etibarnamə üzrə nümayəndəsi X3 və Cavabdeh2 iştirakı ilə, İddiaçı: «xxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC və Cavabdeh2 qarşı “kredit məbləğinin geri qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-dən 5052 manat məbləğdə əsas kredit borcu, 3804 manat məbləğdə faiz borcu, olmaqla, cəmi 8856 manat borcun, məhkəmə qətnaməsi çıxarılan günədək hesablanacaq əlavə faiz borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun, yaşayış evinin mülkiyyət və ipoteka yüklülüyü çıxarışların surətinin notarial qaydada təsdiqlənməsi üçün ödənilmiş 10 manat rüsum məbləğinin tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ödəmənin Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1 ünvanında yerləşən 118,21 kv.m ümumi, 67 kv.m yaşayış, 51,21 kv.m yardımçı sahəsindən ibarət 3 otaqlı fərdi yaşayış evinə yönəldilərək, həmin mənzilin açıq hərracda satılması və satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ləğv prosesində olan «xxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi X1 etibarnamə üzrə nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbinin həcmini azaldaraq verdiyi izahatında göstərmişdir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC xx.xx.2015-ci il tarixdə «xxxxxxxx» ASC ilə MF-KL/009 №-li kredit müqaviləsinə əsasən, şəxsi məqsədlər üçün 36 ay müddətinə 7350 manat məbləğdə kredit almışdır. Eyni zamanda kredit müqaviləsinin təminatı olaraq həmin tarixdə ipoteka müqaviləsi bağlayaraq Cavabdeh2 mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 118,21 kv.m ümumi, 67 kv.m yaşayış, 51,21 kv.m yardımçı sahəsindən ibarət 3 otaqlı fərdi yaşayış evini ipotekaya qoymuşdur. İpoteka predmetinin ilkin satış qiyməti müqavilədə 50000 manat qiymətləndirilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini icra etməmiş, müqavilənin şərtlərini pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini mütəmadi olaraq gecikdirmişdir. X2 dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyini icra etməmiş və nəticədə onun banka xx.xx.2019-cu il tarixədək 5052 manat məbləğdə əsas kredit borcu, 3804 manat məbləğdə faiz borcu, olmaqla, cəmi 8856 manat məbləğdə borcu yaranmışdır. Qeyd olunanlara əsasən cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-dən 5052 manat məbləğdə əsas kredit borcu, 3804 manat məbləğdə faiz borcu, olmaqla, cəmi 8856 manat borcun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun, yaşayış evinin mülkiyyət və ipoteka yüklülüyü çıxarışların surətinin notarial qaydada təsdiqlənməsi üçün ödənilmiş 10 manat rüsum məbləğinin tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ödəmənin Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1 ünvanında yerləşən 118,21 kv.m ümumi, 67 kv.m yaşayış, 51,21 kv.m yardımçı sahəsindən ibarət 3 otaqlı fərdi yaşayış evinə yönəldilərək, həmin mənzilin açıq hərracda satılması və satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul edərək verdiyi izahatında göstərmişdir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC xx.xx.2015-ci il tarixdə «xxxxxxxx» ASC ilə MF-KL/009 saylı kredit müqaviləsi bağlayaraq, 36 ay müddətinə 7350 manat kredit götürmüşdür. Eyni zamanda kredit müqaviləsinin təminatı olaraq onunla həmin tarixdə ipoteka müqaviləsi bağlayaraq mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 118,21 kv.m ümumi, 67 kv.m yaşayış, 51,21 kv.m yardımçı sahəsindən ibarət 3 otaqlı fərdi yaşayış evini ipotekaya qoymuşdur. İlk vaxtlar krediti ödəniş cədvəlinə uyğun olaraq ödəmişdir. Lakin sonradan onun imkan olmadığı üçün ödəmələrdə gecikdirmə olmuşdur. Hazırda maddi imkan olmadığı üçün krediti ödəməkdə çətinlik çəkirlər. İpotekaya qoyulmuş evin 50000 manat dəyərində qiymətləndirilməsinə etiraz etmir. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2015-ci il tarixli, MF-KL/009 №li kredit müqaviləsindən görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC «xxxxxxxx» ASC ilə müqavilə bağlayaraq 36 ay müddətinə 7350 manat məbləğdə kredit almışdır. Məhkəməyə təqdim olunmuş xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC ilə bağlanmış kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 118,21 kv.m ümumi, 67 kv.m yaşayış, 51,21 kv.m yardımçı sahəsindən ibarət 3 otaqlı fərdi yaşayış evini ipotekaya qoymuşdur. İpoteka predmetinin dəyəri 50000 manat məbləğdə qiymətləndirilmişdir. Məhkəməyə təqdim olunmuş DƏDRX Yevlax Rayon Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 118,21 kv.m ümumi, 67 kv.m yaşayış, 51,21 kv.m yardımçı sahəsindən ibarət 3 otaqlı fərdi yaşayış evini tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına xx.xx.2010-cu il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. Məhkəməyə təqdim olunmuş DƏDRX Yevlax Rayon Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 118,21 kv.m ümumi, 67 kv.m yaşayış, 51,21 kv.m yardımçı sahəsindən ibarət 3 otaqlı fərdi yaşayış evini yuxarıda qeyd olunan kredit müqaviləsinin təminatı olaraq yüklü edilməsi xx.xx.2015-ci ildə qeydiyyata alınmışdır. İşdə olan Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli 1252 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan, hesabdan çıxarış məlumatlarından və xx.xx.2015-ci il tarixli, MF-KL/009 saylı kredit müqaviləsinin şərtlərini nəzərə alınmaqla “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin «xxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinə xx xxxxxx 2018-ci il tarixə olan borcu 5322,55 manat əsas kredit borcu, 999,04 manat faiz borcu olmaqla cəmi 6321,59 manat məbləğində, xx xxxx 2019-cu il tarixə olan borcu 5051,14 manat əsas kredit borcu, 877,33 manat faiz borcu olmaqla cəmi 5928,47 manat məbləğində müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək müəyyən etmişdir ki, cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC xx.xx.2015-ci il tarixli, MF-KL/009 №li kredit müqaviləsinə əsasən 7350 manat məbləğdə kredit almış, aldığı borc məbləğini 36 ay müddətində tam ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda həmin tarixdə ipoteka müqaviləsi bağlayaraq borclunun öhdəliyinin icra olunmasını təmin etmək üçün Cavabdeh2 mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 118,21 kv.m ümumi, 67 kv.m yaşayış, 51,21 kv.m yardımçı sahəsindən ibarət 3 otaqlı fərdi yaşayış evini ipotekaya qoymuşdur. İpotekaya qoyulan mənzil qarşılıqlı razılıq əsasında 50000 manat məbləğdə qiymətləndirilmişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş və onun banka xx.xx.2019-cu il tarixdə 5928,47 manat məbləğdə borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kredit və ipoteka ilə bağlı yaranan mülki münasibətlərdir. Məhkəmə, işin hallarına kredit-ipoteka qanunvericiliyinə, tərəflər arasında bağlanmış kredit və ipoteka müqavilələrinə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır. Tərəflər arasında bağlanmış və yuxarıda göstərilən kredit və ipoteka müqavilələri iddia tələbi üzrə cavabdehlərin hüquq və öhdəliklərinin yaranması üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır. Sadalanan hüquq normalarına əsasən, iddiaçının borcalana qarşı borcun ödənilməsi tələbi əsaslıdır. Hakim iş materiallarını, tərəflərin izahatını və ekspert rəyini müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, «xxxxxxxx» ASC-nin cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı olan iddiası qismən təmin olunmalıdır. Belə ki, qətnamə ekspertizanın rəyinə uyğun çıxarılarsa bütün sübutlara obyektiv qiymət verilməsinə və ədalət mühakiməsinin tam araşdırılmasına dəlalət edər. Bundan əlavə məhkəmə mənzilin ilkin satış qiymətinin müəyyən olunaması ilə bağlı tərəflərin razılaşmasını nəzərə alaraq ünvan 1 ünvanında yerləşən 118,21 kv.m ümumi, 67 kv.m yaşayış, 51,21 kv.m yardımçı sahəsindən ibarət 3 otaqlı fərdi yaşayış evin bazar dəyəri 50000 manat məbləğdə qiymətləndirilməsini məqsədə müvafiq hesab etmişlər. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 14.1-ci maddəsində göstərilmişdir ki, Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Mülki Məcəllənin 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «İpoteka haqqında» Qanunun 1.0.6-cı maddəsinə görə ipoteka hüququ borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Həmin Qanunun 34.1.1-ci maddəsinə görə ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun əsaslarından biri əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmamasıdır. Məhkəmədə müəyyən edilmişdir ki, cavabdehlər kredit müqaviləsi üzrə öhdəliyini vaxtında icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə görə əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsində göstərilmişdir ki, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. İddiaçının təqdim etdiyi sənədlərlə müəyyən olunur ki, borcun ipoteka qoyulmuş əmlaka yönəldilməsi üçün «İpoteka haqqında» Qanunun 36-cı maddəsi ilə müəyyən olunmuş bütün prosedurlara kreditor tərəfindən riayət olunmuşdur. «İpoteka haqqında» Qanunun 41.1-ci maddəsinə əsasən məhkəmənin qərarı əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.3, 319.6-cı maddələrinə və «İpoteka haqqında» Qanunun 47.2-ci maddəsinə əsasən ipoteka predmetinin satışından əldə olunan vəsaitdən ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbi, o cümlədən əsas borc öhdəliyinin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulu və ya vurulmuş zərər, daha sonra isə məhkəmə xərcləri və digər xərclər ödənilir, qalan məbləğ ipoteka qoyana qaytarılır. Buna görə məhkəmə hesab edir ki, ipoteka predmeti olan mənzil hərracda satışa çıxarılmaqla satılmalı və satışdan əldə olunmuş vəsait hesabına iddiaçının tələbləri və məhkəmə xərcləri ödənilməli, qalan məbləğ isə ipoteka qoyana qaytarılmalıdır. «İpoteka haqqında» Qanunun ipoteka ilə təmin edilən tələbin həcmini müəyyən edən 4-cü maddəsində göstərilmişdir ki, əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa ipoteka saxlayanın tələbi əsas borc, faizlər, məhkəmə xərcləri və digər xərclərin ödənilməsi də daxil olmaqla tam ödənilir. «İpoteka haqqında» Qanunun 4-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat pul, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun və yaşayış evinin mülkiyyət və ipoteka yüklülüyü çıxarışların sürətlərinin notarial qaydada təsdiqlənməsi üçün ödənilmiş 10 (on) manat məbləğdə pulun iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. İş üzrə ekspertiza xərci olan 100 (bir yüz) manat cavabdehdən alınıb dövlət büdcəsinə keçirilməlidir. Sadalanan hallar və hüquq normaları cavabdehdən borcun ödənilməsi tələbinin əsaslı olduğunu təsdiq edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 241-244, 357 və 360-maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi qismən təmin edilsin. “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-dən 5051,14 manat əsas kredit borcu, 877,33 manat faiz borcu olmaqla, cəmi 5928,47manat məbləğdə borc alınıb «xxxxxxxx» ASC-nə ödənilsin. Həmin borcun ödənilməsi ipotekaya qoyulmuş, Cavabdeh2 mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 118,21 kv.m ümumi, 67 kv.m yaşayış, 51,21 kv.m yardımçı sahəsindən ibarət 3 otaqlı fərdi yaşayış evinə yönəldilsin. Mənzilin ilkin satış qiyməti 50000 manat müəyyən edilsin. Mənzilin açıq hərracda satılmasından əldə olunacaq vəsait hesabına “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin banka olan borcu ödənilsin. Borcun ödənilməsindən sonra mənzilin açıq hərracdan satılmasından qalan pul cavabdehə qaytarılsın. Dövlət rüsumu kimi ödənilmiş 30 manat pul, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun və yaşayış evinin mülkiyyət və ipoteka yüklülüyü çıxarışların sürətlərinin notarial qaydada təsdiqlənməsi üçün ödənilmiş 10 (on) manat rüsum məbləğinin cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-dən alınıb «xxxxxxxx» ASC-nin hesabına ödənilsin. İş üzrə ekspertiza xərci olan 100 manat cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-dən alınıb «xxxxxxxx» ASC-nə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar