Məhkəmə qərarları › İş №2(051)-789/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-789/2021

03.05.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-789/2021 03.05.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı qızının və etibarnamə üzrə nümayəndəsi və vəkili X5 Cavabdeh: Mingəçevir şəhər Cavabdeh X2 iştirakı ilə, İddiaçı qızının cavabdeh Mingəçevir şəhər 11 nömrəli tam orta məktəbinə qarşı “Mingəçevir şəhər 11 nömrəli tam orta məktəb üzrə verilmiş əmrin etibarsız hesab edilməsi və ibtidai sinif müəllimi kimi işə bərpa olunması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, o iddiaçı- İddiaçı qızı barəsində cavabdeh- Mingəçevir şəhər 11 nömrəli tam orta məktəbin rəhbərliyinin verdiyi 09.10.2017-ci il tarixli 121 nömrəli əmrinin etibarsız hesab edilməsi və onu ibtidai sinif müəllimi kimi işə bərpa olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək Mingəçevir şəhər 11 nömrəli tam orta məktəbin rəhbərliyinin verdiyi 09.10.2017-ci il tarixli 121 nömrəli əmrinin ləğv edilməsi və onun ibtidai sinif müəllimi kimi işə bərpa olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qızının məhkəmə iclasında iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, O, İddiaçı qızı 2002-ci ildə Azərbaycan Müəllimlər İnstutunun Qazax filialının “İbtidai təhsilin pedaqoqikası və metodikası” ixtisasını bitirmişdir. 01.10.2015-ci il tarixdə 254 nömrəli əmrlə Mingəçevir şəhər Y.Muradov adına 11 nömrəli tam orta məktəbə müddətli müqavilə ilə ibtidai sinif müəllimi vəzifəsinə qəbul edilmişdir. 30.05.2015-ci il tarixdə Mingəçevir şəhər Gənclər və Diyarşünaslıq Mərkəzində “Gənc Bələdçi” dərnəyinin rəhbəri təyin edilmişdir. 03.05.2016-cıil tarixli əmrlə müəllim vəzifəsinə dəyişdirilmişdir. 15.10.2017-cı il tarixli 127 nömrəli əmrlə, müəllimlərin işə qəbulu üzrə imtahanında şəhər keçid balını toplamadığını bildirərək, əmək müqaviləsinə xitam verilmişdir. Mingəçevir Y.Muradov 11 nömrəli tam orta məktəbin rəhbərliyi, 03.05.2016-cı il tarixdə onu ibtidai sinif müəlliməsi vəzifəsinə dəyişdirərək, müddətsiz əmək müaviləsi bağlamış və o müəllimə kimi işini layiqincə davam etdirmişdir. Mingəçevir şəhər Y.Muradov adına 11 nömrəli tam orta məktəbin rəhbərliyi, 03.05.2016-cı il tarixdə onu ibtidai sinif vəzifəsinə dəyişdirərək, müddətsiz əmək müaviləsi bağlamış və o işini təhsil müəsissəsində davam etdirmişdir. Ona görə də Məhkəmədən o iddiaçı- İddiaçı qızı barəsində cavabdeh- Mingəçevir şəhər 11 nömrəli tam orta məktəbin rəhbərliyinin verdiyi 09.10.2017-ci il tarixli 121 nömrəli əmrinin ləğv edilməsi və onu ibtidai sinif müəllimi kimi işə bərpa olunması haqqında qətnamə çıxarılmasını xahiş edir. İddiaçı qızının etibarnamə üzrə nümayəndəsi və vəkili X7 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Məhkəmədən iddianın təmin olunmasını xahiş edir. Cavabdeh Mingəçevir şəhər Cavabdeh X6 iddianı qəbul etdi və məhkəmə iclasında izahatında göstərmişdir ki, İddiaçı qızı tərəfindən verilmiş iddia tələbini tam olaraq qəbul edir. Əmrin ləğv olunmasına etiraz etmir. İşə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı qızı xx xxxx 1981-ci ildə Qazax rayonu, Alpoud kəndində anadan olmuşdur. İşdə olan əmək kitabçasının və əmrlərin surətindən görünür ki, 02 sentyabr 2002-ci il tarixli 73 № li əmrlə İddiaçı qızı AMİ-nun Qazax filialının ibtidai təhsilin pedaqoqikası və metodikası fakültəsini 2002-ci ildə bitirdiyindən F.Heybətov adına Talubqışlaq kənd orta məktəbinə sinif müəllimi təyin edilmiş, 27 fevral 2008-ci il tarixli 27 № li əmrlə məktəbin sinif müəllimi İddiaçı qızı ailə həyatı quraraq Mingəçevir şəhərinə köçdüyündən məktəb müəllimliyindən azad edilmiş, 16 № li məktəbin direktorunun imzaladığı 02.02.2011-ci il tarixli 15 № li əmrlə məktəbə 1 oklad texniki işçi qəbul edilmiş, 01.10.2015-ci il tarixli 87 № li əmrlə başqa işə keçməsi ilə əlaqədar işdən azad edilmiş, 01.10.2015-ci il tarixli 254 № li əmrlə Mingəçevir şəhər Y.Muradov adına 11 nömrəli tam orta məktəbə müddətli müqavilə ilə ibtidai sinif müəllimi vəzifəsinı qəbul edilmiş, 30.10.2015-ci il tarixli əmrləMingəçevir Şəhər Gənc-turistlər və Diyarşünaslıq Mərkəzində “Gənc Bələdçi” dərnəyinin rəhbəri təyin edilmiş, 03.05.2016-cı il tarixli əmrlə 15 may 2016-cı il tarixdən 11 № li tam orta məktəbə ixtisası üzrə ibtidai sinif müəllimi vəzifəsinə dəyişdirilmiş, 13.06.2017-ci il tarixli əmrlə AR Əmin 73-cü maddəsinə əsasən müddətli əmək müqaviləsi başa matdığı üçün 01.10.2015ci il atrixdən bağlanmış əmək müaviləsinə xitam verilmiş,15.09.2017-ci il tarixli 104 № li əmrlə AR ƏM-in 47-ci maddəsinə olaraq Mingəçevir şəhər Y.Muradov adına 11 nömrəli tam orta məktəbə zəruri ehtiyaca görə müddətli əmək müqaviləsi ilə müəllim təyin edilmiş, 09.10.2017-ci il tarixli 121 № li əmrlə Müəllimlərin qəbulu üzrə imtahanında şəhər keçid balı toplamadığı üçün 02.10.2017-ci il tarixdə müddətli əmək müqaviləsinə xitam verilmiş, 08.01.2018-ci il tarixli 02 № li Mingəçevir şəhər Təhsil Şöbəsinə 08.01.2018-ci il tarixdən metodist vəzifəsinə işə qəbul edilmiş, 29.06.2018-ci il tarixli 14 № li Əmək müqaviləsinin 68.2 A bəndinə əsasən ərizəsi nəzərə alınmaqla 02.07.2018-ci il tarixdən işdən azad edilmiş hesab edilmiş, 01.12.2018-ci il tarixli 50 № li əmrlə Mingəçevir şəhər X1 dərnəyi rəhbəri təyin edilmişdir. İşə əlavə olunmuş Mingəçevir şəhər Təhsil Şöbəsi Y.Muradov adına 11 nömrəli tam orta məktəbin 16 fevral 2021-ci il tarixli, 03 nömrəli arayışından görünür ki, İddiaçı qızı 11 №li tam orta məktəbə ŞTŞ-in 01.10.2015-ci il tarixli İ-422/1 nömrəli məktubuna əsasən 01 oktyabr 2015-ci il tarixdə 254 №li əmrlə məktəbə müddətli müqavilə ilə ibtidai sinif müəlliməsi vəzifəsinə qəbul edilmişdir. O vaxtdan 09 oktyabr 2017-ci il tarixədək işləmişdir. Sonra MİQ üzrə şəhər keçid balı toplamadığı üçün 02.10.2017-ci tarixdə 121 2 №li əmrlə müddətli əmək müaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək, işin mahiyyəti üzrə həlli üçün əhəmiyyətli olan hallar kimi müəyyən etmişdir ki, İddiaçı qızı 2002-ci ildə Azərbaycan Müəllimlər İnstutunun Qazax filialının “İbtidai təhsilin pedaqoqikası və metodikası” ixtisasını bitirmişdir. 01.10.2015-ci il tarixdə 254 nömrəli əmrlə Mingəçevir şəhər Y.Muradov adına 11 nömrəli tam orta məktəbə müddətli müqavilə ilə ibtidai sinif müəllimi vəzifəsinə qəbul edilmişdir. 15.10.2017-ci il tarixli 127 nömrəli əmrlə, müəllimlərin işə qəbulu üzrə imtahanında şəhər keçid balını toplamadığını bildirərək, əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə işin hallarını əmək qanunvericiliyinin müddəaları əsasında təhlil edib aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 14-cü maddəsində yazılmışdır ki, əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınması, işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını, əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. Həmin Məcəllənin 43-cü maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz. Həmin Məcəllənin 68-ci maddəsinin tələbinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Qeyd olunan hüquq normasının tələbindən göründüyü kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğvi üçün işəgötürən tərəfindən heç bir əsas olmamışdır. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü bəndində göstərilmişdir ki, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırılmalıdır. Məhkəmədə müəyyən olunmuşdur ki, iddiaçının icra etdiyi işi daimi xarakterə malikdir. Bundan əlavə iddiaçı Mingəçevir şəhər 11 nömrəli tam orta məktəbinin direktoru İddiaçı işdən çıxarma səbəbi kimi Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndini əsas götürsə də nəzərə almamışdır ki, bu əmək qanunvericiliyinin kobud surətdə pozulması deməkdir. Həmin məcəllənin 73-cü maddəsi müddətli əmək müqaviləsinə xitam verilməsi qaydasına həs olunmuşdur. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əməmk münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərizndə tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəll müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsi “Əmək müqaviləsinin müddətinə “həsr edilmişdir. Həmin maddədə əmək müqaviləsi qabaqcadan müddət müəyyən edilmədən və ya 5 ilədək müddətə (müddətli) bağlana bilər. Həmin məcəllənin 47-ci maddəsi “Müddətli əmək müqaviləsi bağlanan hallara” həsr edilmişdir. Həmin maddədə 10 bənd vardır və bu bəndlərin hər hansı biri onun işdən çıxamağına təsir edə bilməız. Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-ci hissəsinə görə əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 288-ci maddəsinin tələbinə görə əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi, əmək müqaviləsinin şərtlərinin tətbiq edilməsi məsələlərinin tənzimlənməsi zamanı yaranan fərdi əmək münasibətlərinin həlli həmin Məcəllə ilə nizama salınır. Həmin Məcəllənin 292-ci maddəsinin 2-ci hissəsinə əsasən pozulmuş hüquqlarının bərpa edilməsi barədə məhkəməyə müraciət edə bilər. Məhkəmə tədqiq olunan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, , Mingəçevir şəhər 11 nömrəli tam orta məktəbin 15.10.2017-cı il tarixli 127 nömrəli əmri ləğv edilməlidir. Bundan əlavə iş məhkəmə iclasında cavabdeh Mingəçevir şəhər Cavabdeh X6 iddia tələbini tam qəbul edərək iddianın təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə isə öz növbəsində cavabdehin etirafını qəbul edir və bu səbəbdən də iddiaçının irəli sürdüyü tələblərin təmin olunmasını məqsədə müvafiq sayır. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. Mingəçevir şəhər 11 saylı məktəbinin direktorunun 09 oktyabr 2017-ci il tarixli 121 saylı əmri ləğv edilsin. Əhmədova X3 şəhər 11 saylı məktəbinə ibtidai sinif müəllimi kimi işə bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar