Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-298/2023 20.02.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin ölmüş elan edilməsi tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi rayon məhkəməsinə verdiyi ərizəsində 07 mart 1972-ci il təvəllüdlü X1 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi bildirmişdir ki, 16 noyabr 2011-ci il tarixdə X2 ilə Maraqlı şəxsndə rəsmi nikaha daxil olmuşlar. 2015-ci il tarixdə əri işləmək üçün Rusiya Federasiyasına getmiş və 2017-ci ilin fevral ayında geri qayıtmışdır. 12 aprel 2017-ci il tarixdə "xxxx" MMC-yə “Vostok” RMS-yə matros vəzifəsinə işə qəbul edilmişdir. 22 yanvar 2018-ci il tarixdə “Vostok” RMS gəmisi X5 limanından Saxalin vilayətinin Nevelsk limanına yola düşərkən matros X2 həmin gəminin göyərtəsində ekipajın tərkibində olmuşdur. Həmin gəmi batmış və içərisində olan 20 nəfərdən 17 nəfəri itkin düşmüşdür. Uşaqlara sosial yardım düzəltmək istəyir. Ərinin olmaması ona problemlər yaradır. Ona görə də, ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid kimi ifadə verən X3 bildirmişdir ki, X2 qardaşıdır. 2011-ci ildə qardaşı Mübariz ilə Ramilə ailə həyatı qurmuşlar. Qardaşı Rusiya Federasiyasına işləmək üçün getmiş,sonradan məlum olmuşdur ki, qardaşı xx.xx.2018-ci ildə gəmidə olan zaman gəminin batması nəticəsində itkin düşmüşdür. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, mülki iş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə sonuncunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini, şahidi dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmədə elan olunmuş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə Ərizəçi qızı arasında nikah xx.xx.2011-ci il tarixdə, Maraqlı şəxsndə 412 nömrə ilə qeydə alınmışdır. Məhkəmədə elan olunmuş 18 avqust 2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1972-ci il təvəllüdlü X2 12 aprel 2017-ci il tarixdə "xxxx" MMC-yə “Vostok” RMS-yə matros vəzifəsinə qəbul edilmişdir. 22 yanvar 2018-ci ildə “Vostok” RMS gəmisi ekipaj siyahısına əsasən, gəmi X5 limanından Saxalin vilayətinin Nevelsk limanına yola düşmüş və matros X2 “Vostok” RMS-nin göyərtəsində ekipajın tərkibində olmuşdur. Hazırda “Vostok” RMS və ekipaj itkin düşmüş hesab olunur. Məhkəmədə elan olunmuş xx.xx.2017-ci il tarixli, 125 saylı işçinin işə qəbulu haqqında əmrin surətindən görünür ki, X2 "xxxx" MMC-yə “Vostok” RMS-yə matros vəzifəsinə qəbul edilmişdir və aylıq 7700 rubl əmək haqqı alır. Azərbaycan Respublikası MPM-nin 41.1-ci maddəsində qeyd olunmuşdur ki, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.2. Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. 41.4. Bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi ərizəsi təmin edilsin. 07 mart 1972-ci il təvəllüdlü X2 ölmüş elan edilsin. Qətnamədən bir ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-298/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-298/2023
20.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver