Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-3428/2025 18.02.2026 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi şəxsin ölmüş elan edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X3nun 05 iyul 2020-ci il tarixdən xəbərsiz itkin düşmüş hesab edildiyi üçün ölmüş elan edilməsi faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o yuxarıda qeyd etdiyi ünvanda yaşayır. Atası X1 şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 37 ünvanında tək yaşayırdı. Atası həm təqaüdcü, həm də müharibə veteranı idi. Atasıyla heç vaxt mübahisələri olmamış, münasibətləri yaxşı olmuşdur. Hər gün yemək hazırlayıb ona aparırdı. 04 iyul 2020-ci il tarixdə saat təxminən 20:30-da həmişəki kimi bacısı Rasimə Babayeva yemək hazırlayıb onu qardaşı oğlu Bəxtiyarla atasının yaşadığı evə göndərdi. Atası təxminən 10 dəqiqə yemək yedikdən sonra Bəxtiyar qabları yığıb evdən çıxıb getmişdir. O 05 iyul 2020-ci il tarixdə saat təxminən 8 radələrində yenə də yemək hazırlayıb atasının yaşadığı evə getmiş, lakin onun evdə olmadığını görmüşdür. Apardığı yeməkləri onun qablarına boşaldıb evinə qayıtmışdır. Elə həmin gün təxminən 14 radələrində bacısı Rasimə yenə də atasının evinə getmiş və onun evdə olmadığını görmüşdür. 06 iyul 2020-ci il tarixdə saat 10 radələrində o atasının evinə təkrarən getmiş yenə də atasının evdə olmadığını görmüşdür. O dərhal bacısı Rasiməyə zəng edərək atasının evdə olmadığını ona demişdir. Bacısı Rasimə onun yanına gəlmiş atasının yaşadığı evə və evin həyətinin hər tərəfinə baxış keçirmiş, qonşulardan maraqlanmış, lakin heç kim atasını görmədiyini bildirmişdir. Atası evdən gedərkən heç kim ilə arasında mübahisə olmamışdır. Atası Şəmsinin mobil telefonu olmamışdır. Atası bundan əvvəl də tez-tez evdən gedərək, itmiş, onu bir neçə dəfə polis əməkdaşları yaşadığı evə aparmışdır. Atası Şəmsi 09 yanvar 2018-ci ildən 13 yanvar 2018-ci ilədək və 02 noyabr 2018-ci ildən 27 noyabr 2018-ci ilədək Salyan rayonlararası Psixiatriya xəstəxanasında müalicə almışdır. Atasının harada olması barədə heç bir məlumatı yoxdur. O atasının evdən hansı səbəbdən getməsini bilmir. X11 sağlığında unutqanlıqdan əziyyət çəkmişdir. Atası şəmsiyə qarşı heş bir fiziki və ya psixi təsir göstərilməmiş, hər hansı şəxslə ədavəti və ya mübasisəsi olmamışdır. Atası Şəmsi tək yaşadığı üçün evdən gedən zaman əynində hansı paltar olmasını bilmir. Özü ilə heç bir əşya aparmamışdır. X7 23 may 1936-cı il təvəllüdlüdür. O 06 iyul 2020-ci il tarixdə Salyan rayon Polis Şöbəsinə müraciət edərək 23 may 1936-cı il təvəllüdlü X3nun 05 iyul 2020-ci il tarixdə yaşadığı evdən çıxaraq geri qayıtmamasını bildirmişdir. Atasının hazırda harda olması barədə hər hansı məlumat əldə edə bilmir. Salyan rayon Polis Şöbəsində 16 iyul 2020-ci il tarixdə 720200 saylı axtarış işi açılmış, lakin Polis Şöbəsi tərəfindən indiyədək verilmiş sorğular müsbət nəticə verməmişdir. 5 ildən artıq keçməsinə baxmayaraq, axtarışın heç bir nəticəsi olmamışdır. Atası sağ olsaydı, bu illər ərzində özü barədə bir xəbər verərdi. Onun olmaması ona problemlər yaradır. Odur ki, X3nun 05 iyul 2020-ci il tarixdən xəbərsiz itkin düşmüş hesab edildiyi üçün ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə qeyd olunanları bir daha təsdiq edərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, işə həmin təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, ərizə aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Salyan Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis baş leytenantı Ağazadə Mirl\tif Zeynal oğlu tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarın surətindən görünür ki, Salyan şəhəri, T.Xəlilbəyli küçəsində yaşayan Ərizəçi Salyan rayon polis şöbəsinə müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanılması rədd edilsin. “Axtarış işinin açılması barədə” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, vətəndaş X7 barəsində axtarış işi açılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən Bakı şəhər rayon Polis idarələri, Pirallahı RPŞ və Metropolitendə PŞ-nin rəislərinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Salyan RPŞ-dən daxil olmuş xx.xx.2020-ci il tarixli, 182-31635-1220 nömrəli meltubda bildirilir ki, Salyan şəhəri, Q.İsmayılov küçəsi, ev 33-də yaşayan, xx.xx.1936-ci il təvəllüdlü X7 yaşadığı ünvandan çıxmış və bir daha geri qayıtmamışdır. X4 əlamətləri: boyu 148 sm, arıq bədən quruluşlu, qarayanız, ağarmış qısa saçları, bədən nahiyəsində hər hansı çapıq izi olmamışdır. Odur ki, itkin düşmüş X4 yerinin müəyyən edilib tapiması məqsədilə tabeliyinizdə olan şəxsi heyəti təlimatlandırılmaqla, xidməti ərazidə əməliyyat-axtarış tədbirləri həyata keçirib nəticəsindən asılı olmayaraq Salyan RPŞ-yə məlumat verilməsinə göstəriş verilməsi xahiş edilmişdir. Salyan Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis baş leytenantı X2 tərəfindən qəbul edilmi. xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarın surətindən görünür ki, Salyan şəhəri, T.Xəlilbəyli küçəsi, ev 81, mənzil 4də yaşayan Ərizəçi Salyan rayon polis şöbəsinə müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanılması rədd edilsin. Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini tərəfindən Salyan rayon prokurorluğuna ünvanlanmış xx.xx.2025-ci il tarixli göstərişdən görünür ki, Ərizəçi xx.xx.2020-ci il tarixdə Salyan rayon polis şöbəsinə müraciət edərək xx.xx.1936-cı il təvəllüdlü X3nun xx.xx.2020-ci il tarixdə yaşadığı evdən çıxaraq geri qayıtmamasını bildirmişdir. Daxil olmuş müraciət əsasında Salyan rayon polis şöbəsinin təhqiqat bölməsində araşdırma aparılmış və xx.xx.2020-ci il tarixli qərarla Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Qəbul edilmiş qərarın surəti axtarış tədbirlərinin həyata keçirilməsi üçün Salyan RPŞ-nin CAB-a göndərilmiş və xx.xx.2020-ci il tarixdə 720200 №o-li axtarış işi açılmışdır. Axtarış işi Baş Prokurorluqda öyrənilərkən müəyyən edilmişdir ki, əməliyyat- axtarış tədbirləri barədə plan tərtib olunmamış, Ş.Babayevin yaxın münasibətdə olduğu şəxslərin dairəsi müəyyən edilməklə həmin şəxslərin mahiyyəti üzrə izahatları alınaraq onun gedə biləcəyi ünvanlar müəyyən edilməmiş, sonuncunun hər hansı kredit və ya pul borcunun olub-olmaması müəyyənləşdirilməmişdir. Bundan başqa Şəmsi Babayevin övladı Ərizəçi izahat verərək atasının yaddaş pozğunluğundan əziyyət çəkdiyini, bu səqəqpən əvvəllərdə itməsini bildirsə də, onun əvvəllər hansı ərazidən tapılması, eyni zamanda qeyd edilən vaxt yanında kimlərin olması müəyyənləşdirilməklə həmin ərazidə axtarış işlərinin intensivləşdirilməsi, bundan başqa aidiyyəti şəxslərin mahiyyəti üzrə izahatlarının alınması təmin edilməmişdir. X6 ailə üzvlərinin izahatları alınarkən onun əvvəllər itkin düşməsi ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edib-etməmələri dəqiqləşdirilməmiş, müsbət halda həmin materiallar əldə edilib baxış keçirilməklə mühüm əhəmiyyət kəsb edə biləcək hər hansı bir halın olub-olmaması müəyyənləşdirilməmişdir. Eyni zamanda Ərizəçi və qeyriləri izahat verərək Ş.Babayevin xəstəliyi ilə əlaqədar Salyan rayonlararası psixiatriya xəstəxanasında müalicə almasını bildirsələr də, həmin xəstəxanaya müvafiq sorğu verilməklə cavab alınmamışdır. Bundan başqa Ş.Babayevin mükiyyətində hər hansı daşınar və ya daşınmaz əmlakın olub-olmaması, müsbət halda sonuncu itkin düşdükdən sonra həmin əmlakların vəziyyəti müəyyənləşdirilməklə əmlakların hər hansı alqı-satqı və sair formada özgəninkiləşdirilməsi hallarının olub-olmaması, qeyd edilən hallar olduğu halda həmin hərəkətlərin kim tərəfindən və hansı tarixlərdə icra edilməsi, eyni zamanda Ş.Babayevin məhkəmə qaydasında ölmüş elan edilib-edilməməsi, müsbət halda bununla bağlı kimlərin müraciət etməsi dəqiqiləşdirilməklə şübhə yarada biləcək xüsusatlar əməliyyat yolu ilə yoxlanılmamışdır. Həmçinin Ş.Babayevin pasport qeydiyyatının harda olması, itkin düşdükdən sonra onun qeydiyyatdan çıxıb-çıxmaması, ümumiyyətlə şəxsin aktiv olan şəxsiyyət vəsiqəsi və sair sənədinin olub-olmaması, müsbət halda həmin sənədi hansı tarixdə əldə etməsi müəyyənləşdirilməmişdir. Eyni zamanda Ş.Babayevin ailə üzvləri sonuncunun mobil nömrəsinin olmadığını bildirmiş, lakin şəxsin axtarışının həyata keçirilməsi zamanı göstərilən xüsusatlara tənqidi yanaşılmamış, Ş.Babayevin həqiqətəndə mobil nömrəsinin olub-olmaması və ya itkin düşdükdən sonra mobil nömrə almaqla istifadə etməsi ehtimallarının yoxlanılması üçün mobil operatorlara müvafiq sorğu verilməklə cavab alınmamış, müsbət halda telefon məlumatları əldə edilməklə təhlil edilməmişdir. Bundan başqa Şəmsi Babayevin hər hansı xəstəliklə əlaqədar pensiya alıb almaması yoxlanılmamış, pensiya aldığı halda plastik kart hesabı müəyyənləşdirilməmiş, ümumiyyətlə hər hansı bank hesabı olub-olmaması aydınlaşdırılmamış, müsbət halda bank hesablarına dair məlumatlar qanunamüvafiq qaydada əldə edilərək Ş.Babayev itkin düşdükdən sonra plastik kart vasitəsilə və ya digər üsullarla pul nağdlaşdırılması halının olub-olmaması, müsbət halda kim tərəfindən yerinə yetirilməsi müəyyənləşdirilməmişdir. X6 ailə üzvləri ilə münasibəti, aralarında hər hansı düşmənçilik və ədavətin olubolmamasının yoxlanılması üçün zəruri hərəkətlər icra edilməmişdir. Odur ki, yuxarıda qeyd edilənlərlə kifayətlənilməməli, axtarış tədbirləri zamanı ortaya çıxa biləcək digər xüsusatlar ətraflı yoxlanılmalıdır. Salyan RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Mircəlal Ağalarov tərəfindən həmin şöbənin rəisi Nəzər Əsgərova ünvanlanmış xx.xx.2025-ci il tarixli raportdan görünür ki, ünvan 5 81, mənzil 4-də yaşayan Ərizəçi xx.xx.2020-ci il tarixdə Salyan rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, X3nun xx.xx.2020-ci il tarixdən yaşadığı evdən Salyan şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 37-dən çıxıb, geri qayıtmaması barədе məlumat vermişdir. Ərizəçi Salyan rayon polis şöbəsinə etdiyi müraciət xx.xx.2020ci il tarixdə Salyan Rayon Polis Şöbəsində "Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabı"nda HK-1/960 sayla qeydiyyata alınaraq Mərifət Ağzadənin icraatına daxil olmuşdur. Aparılmış araşdırma zamanı 16 iyul 2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Lakin Salyan rayon Prokurorluğu 17 iyul 2024-cü il tarixdə qəbul edilmiş qərarın ləğv olunması ilə bağlı qərar qəbul edərək, yenidən araşdırma aparılması üçün 17 iyul 2024-cü il tarixde Salyan RPŞyə göndərilmiş və 18 iyul 2024-cü il tarixdə icraatıma daxil olmuşdur. Lakin Salyan rayon Prokurorluğu 22 iyul 2025-ci il tarixdə qəbul edilmiş qərarın ləğı olunması ilə bağlı qərar qəbul edərək, yenidən araşdırma aparılması üçün 22 iyul 2025-ci il tarixdе Salyan RPŞ-yə göndərilmiş və 25 iyul 2025-ci il tarixdə icraatıma daxil olmuşdur. Aparılmış araşdırma zamanı Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən material üzrə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Həmçinin, X4 yerinin müəyyən olunması məqsədi ilə Cinayət-Axtarış Bölməsinə verilməsi barədə qərar qəbul olunmuşdur. Odur ki, qəbul edilmiş qərarın surətinin rayon polis şöbəsinin Cinayət- Axtarış Bölməsinə verilməsinə göstəriş verilməsi xahiş olunmuşdur. Salyan Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis baş leytenantı X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarın surətindən görünür ki, Salyan şəhəri, T.Xəlilbəyli küçəsi, ev 81, mənzil 4də yaşayan Ərizəçi Salyan rayon polis şöbəsinə müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanılması rədd edilsin. Şəxsiyyət vəsiqəsindən görünür ki, X7 xx.xx.1936-cı il tarixdə Salyan rayonu Arbatan kəndində anadan olmuşdur. Maraqlı şəxs xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, X4 ölüm haqqında akt qeydi “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən altı aydan tez olmayaraq ölmüş elan edə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən, şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən, bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.2-ci maddəsinə əsasən məhkəmə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 312-ci maddəsinə əsasən, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 315.2-ci maddəsinə əsasən, şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Həmin Məcəllənin 316-cı maddəsinə əsasən, xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin və şəxsin ölümü haqqında vətəndaşlıq vəziyyəti akt qeydinin ləğvi üçün əsasdır. Məhkəmə hesab edir ki, təqdim olunmuş sübutlar şəxsin qanunla müəyyən olunmuş müddət ərzində xəbərsiz itkin düşdüyünü və ölmüş elan edilməsinə əsas verən halları təsdiq etmir. Belə ki, iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, şəxsin itkin düşməsi faktı ilə bağlı bir neçə dəfə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Lakin təqdim olunmuş materiallardan görünür ki, hər dəfə qəbul edilmiş rədd qərarları mahiyyət etibarilə eyni əsaslara söykənmiş, araşdırma tədbirləri isə əsasən izahatların alınması və formal yoxlama hərəkətləri ilə məhdudlaşmışdır. İş üzrə hərtərəfli istintaq hərəkətləri aparılmamış, əlavə şahidlər müəyyən edilərək dindirilməmiş, texniki və digər sübutların toplanmamışdır. Araşdırma əsasən ilkin izahatların alınması ilə kifayətlənmişdir. Belə olan halda, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarların mövcudluğu şəxsin itkin düşməsi halında cinayət hadisəsinin baş verməsi ehtimalını qəti surətdə istisna etmir. Araşdırmanın eyni əsaslarla təkrar rədd qərarları ilə yekunlaşdırılması isə hadisənin bütün mümkün versiyalar üzrə hərtərəfli yoxlanılmadığını göstərir və mümkün cinayət hadisəsinin baş verməsi ehtimalını tam aradan qaldırmır. Odur ki, məhkəmə hesab edir ki, ərizə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi şəxsin ölmüş elan edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi şəxsin ölmüş elan edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan rayon məhkəməsinə elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №2(057)-3428/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-3428/2025
18.02.2026 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver