Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-546/2023 26.04.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın ləğv olunması və əsassız yazılmış cərimənin silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh "xxxx" ASC-yə qarşı “aktın ləğv olunması və əsassız yazılmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin 09 yanvar 2023-cü il tarixli 282734 saylı aktının ləğv edilməsi və əsassız yazılmış 814 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yaşayır. 09 yanvar 2023-cü il tarixdə ona məxsus № 30200412 nömrəli sayğacı yoxlanılmış və 282734 nömrəli akt tərtib olunmuşdur. Həmin aktda “0” xətti vasitəsilə dövrədən kənarlaşdırılaraq elektrik enerjisindən birbaşa istifadə olunduğu göstərilmiş və ona əsassız yerə 814 manat cərimə yazılmışdır. Akt yazılmamışdan əvvəl onun işığa görə heç bir borcu olmamış, lakin cavabdehin əməkdaşları müəyyən maraqlar naminə qanunsuz akt tərtib etmişlər, akt tərtib olunan zaman nə hal şahidləri olmuş, nə foto, videoçəkiliş aparılmış, maraqlı şəxslər tərəfindən tərtib olunmuşdur. Bu səbəbdən akt qanunsuzdur. Odur ki, verilmiş iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, böyük oğlu Bakı şəhərində Universitetdə təhsil aldığı üçün əsasən Bakı şəhərində olduğunu, Salyan şəhərində olan günlərdə isə işdə olduğunu, yalnız axşamlar evdə olduğunu, elektrik enerjisindən az istifadə etdiyini, heç bir əsaslı səbəbin olmadığını ki, sayğaca müdaxilə etsin. Dəqiq gününü xatırlamasa da yanvar ayının əvvələrində gecə saatlarında evinin qapısının döyüldüyünü, iki nəfər tanımadığı şəxsin ona sayğaca müdaxilə edildiyini sözlə bildirdiyini o, isə iş vaxtı bu barədə Azərişıqa gedərək məlumat verəcəyini demişdir. Bu barədə şikayət etdikdən sonra nümayəndələr gəlib sayğaca baxsalar da hər hansı bir nöqsan aşkar etməmişlər. Lakin sonradan ona məlum olmuşdur ki, akt tərtib olunaraq ona borc hesablanmışdır. O, istifadə etdiyi elektrik enerjisinə görə yaranmış borcunu vaxtında ödəyir. İş üzrə cavabdeh "xxxx" ASC və etibarnamə əsasında nümayəndə Elşad Quliyevə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə cavabdeh "xxxx" ASC və etibarnamə əsasında nümayəndə Elşad Quliyev tərəfindən məhkəməyə yazılı etiraz və video çəkilişin əks olduğu DVD disk təqdim olunaraq iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, 05 iyul 2022-ci il tarixində "xxxx" ASC-nin X2 qrupunun əməkdaşları tərəfindən elektrik enerjisində yaranmış qeyri-balansla əlaqədar əraziyə baxış keçirilərək iddiaçıya məxsus yaşayış evində kənar xətt vasitəsi elektrik enerjisindən istifadə edildiyi aşkar olunmuşdur. Bundan öncə də abonent barədə itirilmiş İddiaçı məxsus sayğac uçot dəstinə xx.xx.2019-cu il tarixdə baxış keçirilmiş və eyni qüsur üzrə 491 manat məbləğində itirilmiş elektrik enerjisinin bərpası barədə akt tərtib olunmuş və həmin akt M.Bağırova tərəfindən ödənilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, R282734 saylı aktın surətindən görünür ki, abonent İddiaçı sayğacına baxış keçirən zaman məlum olmuşdur ki, sayğac “0” xətti vasitəsi ilə dövrədən kənarlaşdırılaraq elektrik enerjisindən birbaşa istifadə olunur. Belə ki, iş materiallarına əlavə edilmiş Abunə Haqqında bildirişdən görünür ki, xx.xx.2018ci il tarixli BOEO saylı müqaviləyə əsasən İddiaçı 814 manat borcu vardır. İş materiallarına olan DVD diskə baxış keçirilmiş, 1 dəqiqə 23 saniyədən ibarət olan video çəkilişə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, çəkilişin aparıldığı ünvan görünmür, tarix və saat məlum deyil, qapının döyülməsi ev sahibinin səslənməsi çəkilişin 57-ci saniyəsində başlansa 26 saniyə sonra dayandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Həmin Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Həmin Qaydaların 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Hazırki halda cavabdeh tərəfindən hesablanmış borcun hansı əsaslarla hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi cavabdeh orqanın üzərinə düşdüyündən və həmin borcun hesablanması üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu (abonent tərəfindən şəbəkəyə qanununsuz qoşulması və s. halların iddiaçının hərəkət və hərəkətsizliyi nəticəsində baş verməsi, iddiaçının təqsiri üzündən baş verməsi) cavabdeh tərəfindən sübuta yetirilmədiyindən hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz. Cavabdeh orqanın əməkdaşları iddiaçının yaşadığı evə quraşdırılmış sayğaca xx.xx.2022-ci il tarixdə baxış keçirtiklərini qeyd etsələr də, həmin tarixdə hansı saatda baxışın keçirilməsi müəyyən olunmur. Həmçinin video çəkilişdən çəkilişin aparıldığı ünvanı müəyyən etmək olmur və kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə də müəyyən olunmur. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı 814 manat borcun silinməli olduğunu iddia etsə də, cavabdeh orqan tərəfindən akt üzrə hesablanmış olan borc məbləği 804 manat təşkil edir. Ona görə də məhkəmə iddiaçının iddia tələbinin 10 manat hissəsində borcun silinməsini əsaslı hesab edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) bir başa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214,216- 220,227,233,357-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən ünvan 1 ünvanına dair (abunə kodu **********09113) hesablanmış 804 manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə ona rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-546/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-546/2023
26.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver