Məhkəmə qərarları › İş №2(060)-1277/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1277/2021

11.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1277/2021 11.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Sumqayıt şəhər Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində işə cəlb etməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Şirinov X6 şəhər Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində işə cəlb etməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1976-cı il təvəllüdlü X4 xx.xx.2020-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi, ərizəsini onunla əsaslandırmışdır ki, qardaşı xx.xx.1976-ci il təvəllüdlü X8 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzində 2005-ci il tarixdən İİV-755 kodu ilə qeydiyyata götürülmüşdür. xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanında ünvanında qəflətən halı pisləşmiş və təcili yardım gələnə qədər vəfat etmişdir. X1 xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri Corat qəbirstanlığda dəfn etmişlər. Qeydiyyat Şöbəsinə qardaşı üçün “ölüm haqqında şəhadətnamə” almaq üçün müraciət etmişdir. Lakin, Qeydiyyat Şöbəsi ölüm faktının müəyyən edilməsi məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olub. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəni müdafiə edərək, ərizənin şərh olunan məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, faktın müəyyən edilməsi ölüm haqqında şəhadətnamənin əldə edilməsi üçün tələb olunur. Belə ki, ölüm haqqında şəhadətnamə olmadan mərhumun uşaqlarının bir sıra sosial problemlərini həll etmək mümkün olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, o, Binəqədi rayonunda yaşayır, mərhum X8 ilə qonşu olmuşdur. Rəfail xəstəlikdən əziyyət çəkmişdir və xx xxxxxxx 2020-ci il tarixdə qəfildən vəziyyəti pisləşmiş və rəhmətə getmişdir. O, bir qonşu kimi dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, mərhum Rəfail Şirinovla üzbəüz qonşu olmuşlar. xx xxxxxxx 2020-ci il tarixdə gecə təxminən saat 03:00 radələrində mərhumun anası onu çağırmış, Rəfailin vəziyyətinin pisləşdiyini bildirmişlər. Təcili yardım çağırmışlar, lakin Rəfail vəfat etmişdir. X15 qəsəbə qəbirstanlığında dəfn etmişlər. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İİİ-JQ seriyalı 315553 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1974-cü il tarixdə anadan olmuşdur, atası X12, anası X3r. İV-JQ seriyalı 319673 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.1976-cı il tarixdə anadan olmuş, atası X12, anası X3r. Sumqayıt şəhər Qeydiyyat Şöbəsinin xx.xx.2020 il tarixli 05/Q-2623/15 saylı məktubundan görünür ki, Ərizəçi qardaşının ölümünü təsdiq edən sənəd olmaması səbəbindən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Sumqayıt şəhəri Corat Bələdiyyəsi tərəfindən verilmiş 05 saylı, xx.xx.2020-ci il tarixli arayışdan və qəbir daşının fotoşəkillərindən görünür ki, X2 qəsəbə qəbiristanlığında xx xxxxxxx 2020-ci il tarixdə dəfn edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halında hüquq normalarına istinadən qiymət verərək bu nəticəyə gəlir ki, xx.xx.1976-cı il təvvəllüdlü X4 xx.xx.2020-ci il tarixdə vəfat etməsi faktı araşdırılan sübutlarla tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz və bu səbəbdən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 307-311, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx xxxxx 1976-cı ildə anadan olmuş X4 xx.xx.2020-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar