Məhkəmə qərarları › İş №2(060)-2879/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2879/2020

16.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2879/2020 16.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X2, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı qeyri-qanuni hesablanmış borcun silinməsi tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Sumqayıt şəhəri, 40-cı məhəllə, ev 21/A, mənzil 25-də yaranmış 107 (yüz yeddi) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 40-cı məhəllə, ev 21/A, mənzil 25-də ailə üzvləri ilə birlikdə Laçın rayonundan məcburi köçkün olaraq məskunlaşmışdır. Cavabdeh təşkilat tərəfindən illər üzrə “su təchizatı xidmətləri”nə görə hesablanmış 107 (yüz yeddi) manat borcu olması bildirilmişdir. Yaşadıqları ünvana 2009cu ildə su sayğacı quraşdırılmışdır. Tərəflərindən istifadə etdiyi xidmətlərin dəyəri vaxtıvaxtında ödənilmişdir. Cavabdehin nümayəndələrindən hesablanmış borcun silinməsini tələb etsə də, cavabdeh borcu silməkdən imtina edərək yaranmış borcu ödəməyini tələb edir. Hesab edir ki, cavabdehin ona məxsus mənzildə hesablanmış su pulunun ödənilməsini tələb etmək hüququ yoxdur. Ona görə də o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək bildirdi ki, İddiaçı Cavabdeh ASC-yə qarşı 107 (yüz yeddi) manat məbləğində borcun silinməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir, iddiaçı iddia ərizəsində hesablanmış məbləğin əsassız olduğunu qeyd etmişdir. Aşağıda göstərilənlərə əsasən iddiaçının iddia tələbi rədd edilməlidir. Belə ki, Sumqayıt şəhəri, 40cı məhəllə, ev 21 /A, mənzil 25-də Cavabdeh ASC-nin “Sumqayıt Sukanal” idarəsinin abonent bazasında abonent kimi xx.xx.2009-cu il tarixdən İddiaçı adına bağlanmış müqavilə (№30311289) ilə “su təchizatı və kanalizasiya xidmətlərindən” istifadə olunur. Hal-hazırda xx.xx.2020-ci il tarixə həmin ünvanın “su təchizatı və kanalizasiya xidmətlərindən” istifadəyə görə 115,50 (yüz on beş manat, əlli qəpik) manat borcu qalmışdır. İddiaçının məhkəməyə müraciət etməsinə səbəb Cavabdeh ASC-nin əsassız olaraq su pulu hesablaması olmuşdur. İddiaçıya məxsus ünvanda xx.xx.2009-cu il tarixdə kod açılaraq, xx.xx.2009-cu il tarixdə 682367 saylı su sayğacı quraşdırılmışdır. Sentyabr 2013-cü il tarixdə abonent məcburi köçkün olması barədə arayış təqdim etmiş və ünvanda 3 (üç) nəfər məcburi köçkün kimi nəzərdə tutulmuş limitdən istifadə olunmuşdur. xx.xx.2017-ci il tarixdə məcburi köçkünlər üçün nəzərdə tutulmuş limit ləğv olunmuşdur. Qeyd olunan ünvana xx.xx.2009-cu il tarixdə sayğac quraşdırılmışdır və hal-hazırda hesabat sayğac göstəricilərinə uyğun olaraq aparılır. Cavabdeh ASC tərəfindən borcun ödənilməsi tələbi ilə iddiaçının ünvanına hər ay borc məbləğinə dair bildiriş-xəbərdarlıq göndərilir. Lakin iddiaçı xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərə görə ödənişləri etməmiş, əvəzində borc məbləğinin silinməsi ilə bağlı əsassız olaraq məhkəməyə müraciət etmişdir. İstehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasındakı qarşılıqlı münasibətləri və onunla əlaqədar yaranan digər məsələləri-AR Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 №- li qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları” ilə tənzim olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 №-li qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 4.1.3-cü bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini istehlakçı təmin etməlidir. Mübahisəli borc məbləğinin yaranacağı dövrdən su təchizatı müəssisəsi tərəfindən vətəndaşa göstərilən su təchizatı və kanalizasiya xidmətlərinin dəyərinə uyğun olaraq vergi orqanına mütəmadi olaraq vergi (ədv) ödənilmişdir. Odur ki, sözügedən borcun silinməsi Cəmiyyətin maliyyə vəziyyətinə mənfi təsir göstərməklə abonentlərin qanunvericiliklə nəzərdə tutulmuş öhdəliyini vaxtında icra etməməsi və işə baxan məhkəmələr tərəfindən eyni məzmunlu iddia tələblərinin təmin edilməsi vətəndaşlar arasında qanunun tələbinə riayət edilməsi istiqamətində hüquq düşüncəsinin formalaşmasına imkan yaratmayacaqdır. Nümayəndə göstərilənlərə əsasən iddianın təmin ediməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan AZE seriyalı 09228591 nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, İddiaçı xx.xx.1976-ci il tarixdə Laçın rayonu, Cicimli kəndində doğulmuş və Laçın rayonu, Cicimli kəndində qeydiyyatdadır. İş materiallarında olan abonentin kartından görünür ki, Sumqayıt şəhəri, 40-cı məhəllə, ev 21/A, mənzil 25-dəİddiaçı adına xx.xx.2009-cu il tarixdə açılmış sayğaca əsasən sudan istifadəyə görə 108,50 manat borc hesablanmışdır. xx.xx.2020-ci il tarixli, 03/627 saylı arayışa əsasən, Kərimov X4 şəhəri, 40-cı məhəllə, ev 21/A, mənzil 25-dəyaşayır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı məxsus Sumqayıt şəhəri, 40-cı məhəllə, ev 21/A, 25 saylı mənzilə xx.xx.2009-cu il tarixdə su sayğacı quraşdırılmışdır. İddiaçı sudan istifadəyə görə borc hesablanmış, İddiaçı 107 (yüz yeddi) manat məbləğində borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 4.1.3-cü bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişi həyata keçirilməsini istehlakçı təmin etməlidir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin birinci hissəsində göstərilmişdir ki, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin Qanunun 61-ci maddəsinin 1-ci bəndində göstərilir ki, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2001-ci il tarixli Qərarında iddia müddəti anlayışının tətbiqi ilə bağlı qeyd edilir ki, “iddia müddətinin əhəmiyyəti bunlardır: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin Məcəllənin 373.2 və 373.3-cü maddələrinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn və müqavilə tələbləri üzrə iddia müddəti 3 (üç) ildir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh ASC-nin iddiaçıdan tələb etdiyi borc məbləğinin bir hissəsi 2014, 2015 və 2016-cı illərə aiddir. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh ASC tərəfindən həmin illərə dair və 2017-ci ilin mart ayına qədər cavabdehə hesablanmış borc silinməlidir. İş materiallarında olan abonent kartından görünür ki, İddiaçı Cavabdeh ASC-yə 2014-cü ildən 2017-ci ilin mart ayına qədər olan dövrə görə 97,81 (75,81+22) manat, yəni 2016-cı ilin sonuna 75,81 manat, 2017-ci ilin yanvar, fevral və mart aylarına görə isə 22 manat borcu vardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesablanmış borc 97,81 manat hissəsində silinməli, qalan hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus Sumqayıt şəhəri, 40-cı məhəllə, ev 21/A, 25 saylı mənzilə dair hesablanmış 97,81 (doxsan yeddi manat səksən bir qəpik) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar