Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6124/2021 24.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X4 İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin X19 Nümayəndə1, nümayəndəsi və vəkili Vəkil2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili X6 iştirakları ilə İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin X19 Nümayəndə1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «cavabdehlərin müqavilə öhdəliklərindən əmələ gələn borclarının məcburi tutulması tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin X19 Nümayəndə1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müqavilə öhdəliklərindən əmələ gələn borcların - 480000 manat pulun və 30 manat dövlət rüsumunun onlardan tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin X19 Nümayəndə1 iddia tələbini müdafiə edərək göstərdi ki, "xxxx" Səhmdar Cəmiyyətinin İdarə Heyəti adından nəzərinizə çatdırır ki, "xxxx" SC-i 03 iyun 1991 -ci il tarixdə Sumqayıt Şəhər Xalq Deputatları Sovetinin İcrayyə Komitəsinin Qərarı ilə "xxxx" kiçik müəssisəsini təsis edib 23 avqust 1994-cü ildə həmin müəssisə 15334 saylı qeydiyyatla Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Dövlət qeydiyyatından keçib. Nizamnaməyə əsasən təsisçi müəssisənin ştat cədvəlini təsdiq edir, müəssisəyə direktor və nomenklatur vəzifələri təyin edir. Müəssisənin fəaliyyəti üçün təsis müqaviləsinə əsasən zəruri olan əmlak və maliyyə vəsaiti ayırır. Odur ki, Cavabdeh1 ayda 1400 manat maaşla müəssisənin direktoru təyin edilib və onunla imzalanmış təsis müqaviləsinə əsasən (o vaxtkı pulla) 28.793.600 manat əmlak və o cümlədən 7.000.000 manat pul vəsaiti müəssisənin hesabına keçirilib. Rafiqin qardaşı Cavabdeh2 da ayda 1200 manat maaşla müəssisənin direktor müavini təyin edilib. Onlarla qanunvericiliyə uyğun qaydada əmək müqaviləsi və maddi məsuliyyət haqqında müqavilə bağlanıb. 2021-ci il mart ayında İdarə Heyətinin iclasında Maliyyə Nazirliyinin tələbi ilə təsisatlar haqqında məlumat hazırlanma zərurəti ilə Nəzarət Təftiş şöbəsinin rəisi Əli Qəhrəmanova tapşırıq verildi ki, "xxxx" km-nin fəaliyyəti barədə məlumat əldə eləsin. Çünki bu müəssisənin direktoru Cavabdeh1 və direktor müavini Cavabdeh2 'Xəzər" SC-nin işçiləri olsalar da heç İdarə Heyətinin iclaslarına gəlmirlər və heç bir hesabat vermirlər. Əli Qəhrəmanov 19 aprel 2021 -ci ildə təqdimatla müəssisənin fəaliyyətinin dayandığı və Cavabdeh1 da məsuliyyətdən yayındığını diqqətə çatdırdı. Əli Qəhrəmanovun təqdimatından sonra o, özü də çox narahat olmuş və Rafiqi axtarmış, nəhayət nömrələrdən birində cavab vermiş (***-***-**-**) və demişdir ki, “Gəlib həll edəcəkdir”, ancaq gəlmədi. Ondan sonra bütün nömrələr zəngi qəbul etsə də cavab verməmişdir. Onlar, məcbur olub xəbərdarlıq məktubu göndərmişlər Rafiqə də, Sadıxa da çatdırmışlar. Sadıxın məktubunu poçtolyon çatdırıb. Rafiqin məktubunu isə ünvan tam deyil bəhanəsi ilə üstlərinə qayıtmışdır. Odur ki, Əli Qəhrəmanov (Nəzarət şöbəsinin rəisi) özü şəxsən həmin xəbərdarlıq məktubunu götürüb Bakıdakı ünvana polis məmuru ilə birgə getmiş və Rafiqin özünə şəxsən təqdim eləmiş və demişdir ki, “Ayıb deyilmi telefona cavab vermirsən, məsuliyyətdən yayınırsan”. Rafiq deyib ki, “Gəlib özüm həll edəcəm”. Məlum olub ki, Rafiq Belarusiyadan Azərbaycana qapı gətirməklə məşğul olur. Biz müəssisənin fəaliyyətini mükəmməl təhlil edilib qiymətləndirilməsi üçün Azərbaycan Respublikası Auditorlar Palatasının auditoru Elxan Bənnayevlə müqavilə bağlamışlar. Ancaq o, da heç cür cavabdehlərlə əlaqə yarada bilməmişdir. Başqa-başqa adamlarla xəbər göndərmişdilər ki, “Rafiq xaricdədir. Gələndə özü gəlib görüşəcək”. Nəhayət bir dəfə telefonla zəng edib deyib ki, “mən başqa yerdəyəm, məndə heç bir sənəd yoxdur” və yoxlamada iştirak etməkdən imtina edib. Əli Qəhrəmanov isə bildirir ki, Rafiq həmin vaxtlar Bakıda olub, sadəcə olaraq saxtakarlıq və dələduzluq edərək məsuliyyətdən yayınır. Beləliklə, Auditorun Aktına görə 1991 -92-ci illərdə ilkin təsis payı 28793600 manat olmaqla 1999-cu ilin 01 yanvar tarixinə Nizamnamə kapitalı 47386000 manat olmuşdur. 54653000 manat məbləğində əsas vəsait, 20082000 manat mal-material olmuşdur sonradan ödədikləri ******* manat ******* manat pul vəsaiti əmlak olaraq verdikləri materiallar 11000000 manat dəyərində mal materiallar, Təsis müqaviləsinə əsasən hər ilin yekununa görə əldə olan mənfəətdən 15% dvident, beləliklə, onlara bəlli olan material və pul qiymətliləri bu günə olan reallıqla 480000 manat olaraq ödənilmişdir. İndi isə bunlar iki qardaş hesabat və izahat verməkdən yayınırlar. Maddi və mənəvi öhdəliklərinə məsuliyyətsiz yanaşırlar. "xxxx" QSC-nin işçiləri - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məsuliyyətə cəlb edilməli, onlar tərəfindən müəssisənin fəaliyyətinin mükəmməl yoxlanılması üçün şərait yaradılmalı və müqavilə öhdəliklərini yerinə yetirilməsinə məcbur edilməlidirlər. Bundan başqa, indiyə qədər məsuliyyətdən yayındıqları üçün "xxxx" QSC-nə vurduqları maddi, mənəvi zərər və ziyana görə cavabdehlərin müqavilə öhdəliklərindən əmələ gələn borcları Cəmiyyətə ödənilməli və həmin borcların onlardan məcburi tutulması barədə qətnamə qət edilməlidir. "xxxx" SC- nin Təsis müqaviləsinə əsasən ödədiyi ilkin 28793600 manat olmaqla sonrakı ödənişlər və illik 15% təsis payı hesabına yaranmış 480000 manat cavabdehlərdən tutularaq, "xxxx" SC-nə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müqavilə öhdəliklərindən əmələ gələn borcların - 480000 manat pulun və 30 manat dövlət rüsumunun onlardan tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qət etməyi məhkəmədən xahiş etdi. Məhkəmədə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 X19 Nümayəndə1 izahatına uyğun izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili X11 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddia tələbi tamamilə əsassızdır, hər hansı bir mötəbər sübuta əsaslanmır, iddia ərizəsinin dəlilləri bir-birini təkzib edən dəlillərdən ibarətdir. Həmçinin hazırki tələb üzrə iddia müddəti iddiaçı tərəfindən buraxılmışdır və hazırki iddiaya münasibətdə iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd olunmalıdır. İddiaçı tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmiş iddia ərizəsində göstərilmişdir ki, Auditorun Aktına görə 1991-1992-ci illərdə ilkin təsis payı 28793600 manat olmaqla, 1999-cu ilin 01 yanvar tarixinə Nizamnamə Kapitalı 47386000 manat olmuşdur. 54653000 manat məbləğində əsas vəsait, 20082000 manat mal-material olmuşdur. Sonradan ödədikləri ******* manat ******* manat pul vəsaiti əmlak olaraq verdikləri materiallar 11000000 manat dəyərində materiallar, Təsis Müqaviləsinə əsasən hər ilin yekunlarına mənfəətdən 15% divident. Beləliklə, onlara bəlli olan material və pul qiymətləri bu günə olan reallıqla 480000 manat olaraq ödənilmişdir. İddiaçının həmin dəlilləri elə iddiaçının özü tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərlə ziddiyyət təşkil edir. Belə ki, iddiaçı iddia ərizəsində ilkin təsis payının Auditorun Aktına görə 1991-1992-ci illərdə 28793600 manat olduğunu qeyd etsə də, iddiaçının məhkəməyə təqdim etdiyi 01 iyun 1995-ci il tarixli Təsis Müqaviləsinin 4-cü bəndində göstərilmişdir ki, Təsisçi yəni, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti "xxxx" KM-nin normal fəaliyyət göstərməsi üçün Nizamnamə fonduna 28793600 manat məbləğində əmlak, o cümlədən ******* manat pul vəsaiti köçürür. Ortaya belə bir sual çıxır əgər, "xxxx" KM 1991-ci tarxində yaradılmışdısa, onda Təsis müqaviləsi nə üçün 1995-ci il tarixində bağlanmışdır? Əgər 1991-1992-ci ilərdə ilkin təsis payının 28793600 manat olduğu iddia ərizəsində göstərilmişsə, nə üçün 1995-ci il tarixli Təsis Müqaviləsində həmin məbləğin Nizamnamə fonduna köçürüləcəyi gəstərilmişdir?. Daha bir ziddiyyətli məqam ondan ibarətdir ki, 1994-cü il tarxində yenidən qeydiyyatdan keçmiş "xxxx" KM-nin Nizamnaməsinin 4.2-ci bəndində xalis gəlirin hər kvartalda aşağıdakı qaydada yəni, 10% təsisçiyə verildiyi və onların təqdim etdiyi hesaba köçürüldüyü, 90% gəlirin isə müəssisəsinin ixtiyarında qaldığı gösətərilmişdir. 01 iyun 1995-ci il tarixli Təsis Müqaviləsinin 7-ci bəndində isə Təsisçinin hesabına ayırmaların 15% olduğu gösərilmişdir. Bütün bu ziddiyyətlər bir halı sübut edir ki, iddiaçı tərəfindən KM təsis edilən zaman yəni, 1991-ci il tarixində hər hansı Təsis payı verilməmiş, 1995-ci ildə tərtib olunmuş Təsis Müqaviləsində hansı ki, həmin müqavilə 4 il sonra deyil, KM yaradılan zaman bağlanmalı idi, yenədə KM-yə hər hansı əmlak və pul verilməmişdir. Qeyd edilən əmlakların verilməsini və pulun KM-yə köçürülməsini təsdiq edən hər hansı mötəbər sübut, indiyədək məhkəməyə təqdim edilməmişdir. 09 iyun tarixindən başlanmış 21 iyun 2021-ci il tarixində yekunlaşmış və qanunsuz şəkildə aparılmış audit yoxlamasına dair aktda göstərilmişdir ki, "xxxx" KM-nin direktoru Cavabdeh1 tərəfindən sənədlərin təqdim edilməməsinə baxmayaraq, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arxiv sənədlərinin araşdırılması nəticəsində müəyyən edildi ki, 1991-92-ci illərdə "xxxx" KM-nin nizamnamə fondu tam formalaşmışdır. Bundan əlavə Cəmiyyətin mühasibatlığında tərtib edilmiş mühasibat uçotu kartoçkasında göstərilmişdir ki, Təsisçi tərəfindən "xxxx" KM-nə 1993-cü ilin noyabr ayında 2000000.00 manat məbləğində 1 ədəd transformator TH-250 əsas vəsait verilmiş, Nizamnamə fonduna 1995-ci ilin dekabr ayında ******* manat, 1996-cı ilin noyabr ayında ******* manat pul vəsaiti köçürülmüşdür. Yoxlama nəticəsində müəyyən olundu ki, "xxxx" KM-nin rəhbərliyi tərəfindən imza və möhürlə təsdiq edilmiş 01.04.1996cı il tarixə olan müəssisənin balansında nizamnamə kapitalı ********.00 manat məbləğində olmuşdur. Balansa əsasən həmin tarixə müəssisənin ********.00 manat məbləğində əsas vəsaiti, ******* manat məbləğində mal qalığı olmuşdur. 01 yanvar 1999-cu il tarixə olan müəssisənin balansında nizamnamə kapitalı ********.00 manat məbləğində olmuşdur. Balansa əsasən həmin tarixə müəssisənin ********.00 manat məbləğində əsas vəsaiti, ********.00 manat məbləğində mal-material qalığı olmuşdur. Sonrakı dövlərin arxiv sənədlərində "xxxx" KM-nin balans göstəriciləri aşkar edilmədi. Belə görünür ki, sonrakı dövrlərdə müəssisə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə balans göstəriciləri haqqında məlumat verməmişdir. X17 göstərilmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" KM-nin Nizamnamə fonduna qoyduğu vəsaitdən əlavə, sonrakı dövrlərdə qoyduğu pul vəsaitlərinin və əsas vəsaitlərin məbləği müəyyənləşdirilmədi. "xxxx" KM-nin maliyyə təsərrüfat fəaliyyətinin nəticələri illərlə bəlli olmadığı üçün, təsisçiyə verilməli olan dividentin məbləğini müəyyənləşdirmək mümkün olmadı. İlk növbədə bildirir ki, KM-nin Audit yoxlamasınınn aparılması tamamilə qanunsuz olmuşdur. Belə ki, Audit 20-25 il sonra "xxxx" KM-nin hər hansı maliyyə-mühasibatlıq sənədləri olmadan belə bir yoxlamanın aparılmasından, müvafiq sənədlər olmadığına görə imtina etməli olduğu halda, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş sənədlər üzrə təhrif olunmuş formada Akt tərtib etmişdir. Belə ki, həmin Aktda 1991-92-ci illərdə "xxxx" KM-nin nizamnamə fondu tam formalaşdığını göstərsə də, bunun təsdiq edən hər hansı sübuta istinad etməmiş, nizamnamə fondunu təşkil edən, 1991-1992-ci ilərdə ilkin təsis payının 28793600 manat olduğu göstərilsə də, nə üçün 1995-ci il tarixli Təsis Müqaviləsində həmin məbləğin Nizamnamə fonduna köçürüləcəyinin qeyd olunduğunu araşdırmamış, ümumiyyətlə belə bir köçürmələrin olub-olmadığına dair hər hansı mötəbər sübuta istinad etməmiş, nəticədə tərəfli şəkildə yazılmış akt tərtib etmişdir. Həmçinin bildirir ki, iddiaçı SC-nin direktoru Nümayəndə1 məhkəmə iclasında verdiyi izahatında, SC-nin Təftiş Komissiyasının hər 2-3 ildən bir KM-nin fəaliyyətini yoxlamağa səlahiyyətli olduğunu bildirsə də, aradan keçən 20-25 il müddətində Təftiş Komissiyasının nə üçün yoxlama aparmadığını, iddia ərizəsində qeyd olunduğu kimi KM-nin direktoru vəzifə saəlahiyyətlərindən sui-istifadə edirdisə, onun və müəssisəsinin fəaliyyəti barəsində nə üçün hüquq müstəvisində iddia qaldırmadığı sualına “mərhəmət etmişəm” məhkəməyə verməmişəm deyərək, heç bir məntiqə uyğun gəlməyən cavab verdi. Halbuki, 2021-ci il tarixli Audit Aktında göstərilmişdir ki, 10 may 1996-cı il tarixində "xxxx" QSC-nin Təftiş- Nəzarət şöbəsinin rəisi H.Həsənlizadənin Cəmiyyətin prezidenti Nümayəndə1 ünvanladığı xidməti məruzədə şöbənin, 1996-cı ilə aid iş planına əsasən may ayında "xxxx" KM-də 1995-ci ilə aid maliyyə- təsərrüfat fəaliyyəti sənədli təftiş edilməli olduğu halda, həmin müəssisənin 9-cu mikrorayondakı ofisinə gələrkən müəyyən olunmuşdur ki, orada başqa təşkilat yerləşir və KM-nin direktoru Cavabdeh1 ümumiyyətlə Sumqayıtda olmadığı aşkar edilmişdir. Burda yenə də, ziddiyyətli bir məqam ortaya çıxır. Belə ki, əgər, Cavabdeh1 fəaliyyətini dayandırıb həmin ünvandan getmişdisə, onda nə üçün 1996-cı il tarixində "xxxx" QSC-nin Təftiş-Nəzarət şöbəsinin rəisi H.Həsənlizadənin Cəmiyyətin prezidenti Nümayəndə1 ünvanladığı xidməti məruzəyə baxmayaraq, bu barədə hüquqi addımlar atılmamış, əksinə iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən də göründüyü kimi 1997-ci il tarixində onunla fərdi əmək müqaviləsi bağlanmışdır. Bütün bunlardan görünür ki, iddiaçının KM-nin fəaliyyətinin dayandırılması "xxxx" QSC-nin Təftiş-Nəzarət şöbəsinin rəisi barədə ən geci 1996-cı il tarixində məlumatı olmuş, lakin həmin vaxtdan 25 il keçdikdən sonra iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Bu faktı həmçinin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş protokoldan çıxarışlar və "xxxx" QSC- nin Təftiş-Nəzarət şöbəsinin rəisinin təqdimatları da təsdiq edir. Göründüyü kim iddiaçının özü tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, iddiaçının "xxxx" KM-nin fəaliyyətinin dayanması barədə ən geci 1996-cı il tarixində məlumatı olmasına baxmayaraq, 25 il sonra bütün iddia müddətləri ötürülməklə məhkəməyə müraciət olunmuşdur. Göründüyü kimi iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti hazırki pul tələbi üzrə qanunla müəyyən edilmiş 10 illik ümumi iddia müddəti də, daxil olmaqla bütün iddia müddətlərini ötürməklə məhkəməyə müraciət etmişdir. Göstərilənləri nəzərə alaraq, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müqavilə öhdəliklərindən əmələ gələn borclarının -480.000 manat pulun və 30 manat dövlət rüsumunun onlardan tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə iddia tələbini qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə mübahisələndirdiyindən, iddia müddəti tətbiq edilməklə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin X19 Nümayəndə1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlunun nümayəndəsi və vəkili X6 izahatına qarşı etiraz verərək göstərdi ki, Azərbaycan Respublikasının Auditorlar Palatasının Auditoru tərəfindən aparılmış Audit Yoxlaması "xxxx" SC-də arxiv sənədlərinə əsaslanaraq "xxxx" Səhmdar Cəmiyyətinin sifarişi ilə müqavilə əsasında aparılmış qanuni yoxlamadır və Aktla təsdiq edilmişdir. Auditor tərəfindən müəssisənin direktoru Cavabdeh1 Yoxlamaya dəvət olunmuş və ona onda olan bütün sənədləri Yoxlamaya təqdim etmək təklif edilmişdir(çünki bu onun direktor kimi vəzifə borcudur). Cavabdeh1 Yoxlamada iştirak etməkdən imtina etmiş və demişdir ki, onda heç bir sənəd yoxdur. Bununla da o, öz vəzifə borcunu və Təsisçi qarşısında öhdəliyini çox kobud şəkildə pozmuşdur. O, özü şəxsən Cavabdeh1lə söhbət edəndə o, dedi ki, “Möhürü və ştampı təhvil verəcəm, ancaq sənədlər yoxdur”. O, cavabdehə demişdir ki, sənədləri verməməklə o, çox kobud səhvə yol verir. Cavabdeh onlara "xxxx" kiçik müəssisənin möhürünü təhvil verdi, ancaq ştampı vermədi, dedi “Yoxdur”. O boyda müəssisədən onlara yalnız 2 ədəd anbar təhvil verib və bir ədəd kiçik otaq(onların da sənədi yoxdur). Qalanı deyir “Yoxdur”. Niyə yoxdur?, hara olub? İzah eləmir. O, Rafiqə dedi ki, “get Auditorla görüş, ən azı heç olmasa izahat ver”. Getmədi. Cavabdeh1 onun yanına gələndə dedi ki, “Nə ilə kömək edə bilərsiniz?”. O, da ki, müəssisəni təhvil ver demiş və çalışıb müəssisəni hazırki dəyərinə uyğun iddia qaldırıb və müəssisənin təhviltəslimi ilə işi bağlamasını bildirmişdir. Cavabdeh onuna Razılaşıb. dedilər ki, müəssisənin indiki qiyməti indiki hesabla 500 000 manat olar. Ona görə də onlar kankret dəyəri bir qədər mücərrəd dəyərlə əvəz edərək 480000 manat borc tələbi irəli sürmüşlər. Ancaq faktiki olaraq müəssisənin dəyəri və onun Təsisçi qarşısında öhdəliyi qat- qat çoxdur. İndi cavabdehlərin nümayəndəsi onları bu yaxşılıq cəhdinə görə ittiham edir. Deyir ki, real deyil. Bundan sonra onların əməkdaşları Sumqayıt şəhər Arxivindən çıxartdıqları 11 saylı 03.10.2001-ci il tarixli sənədə əsasən Cavabdeh1 imzası və möhürü ilə 900 m2 sahə üzərindəki əmlakla “Emil 87” firmasına satılmışdır. Bu "xxxx" SC-nə qarşı xəyanətdir, oğurluqdur. Odur ki, xahiş edir cavabdehlər: Cavabdeh1 və Cavabdeh2 borcu yenidən qiymətləndirilsin. Mən, Məhkəməyə təqdim elədiyi Milli Bankın Arayışına əsasən 1991 - 1992-ci illərdə rubl öz qiymətində olub. Ona görə də 1991-1992-ci ildə ödənilmiş 7 000 000 manat vəsait elə 7 000 000 manat kimi qiymətləndirilməlidir. Nümayəndə yazır ki, iddia müddəti buraxılıb. Düz deyil. Çünki Cavabdeh1 də, qardaşı Cavabdeh2 da bu gün "xxxx" Səhmdar Cəmiyyətinin işçiləridir. Cavabdehlər müqaviləyə görə maddi məsul şəxs kimi təsisçi qarşısında məsuliyyət daşıyırlar. Cavabdehlər müəssisədən getsəydilər, onda hansısa iddia müddətindən danışmaq olardı. Cavabdehlərin əmək kitabçaları onların Kadrlar şöbəsindədir. Heç işdən getmək haqqında ərizə də verməyiblər. Cavabdehlər işdən getmək üçün Komissiya qarşısında tam təhvil-təslim eləməlidirlər. Hər dəfə də onlara xəbər göndəriblər ki, müəssisə fəaliyyətini dondurub, gəlib Hesabat verəcəklər. Ancaq onlara müəssisənin fəaliyyətinin dondurulması barədə Vergi Arayışı təqdim etməyiblər. Yalnız onlar özləri Maliyyə Nazirliyinin məktublarından sonra israrlı tələbə görə Sumqayıt 2 saylı Ərazi Vergilər Baş İdarəsinə 19.04.2021 -ci ildə rəsmi müraciət edəndən sonra ordan cavab almışlar ki, "xxxx" km-nin VÖEN-i ********* (9 rəqəmli) 03.06.1991-ci ildə 12 saylı Şəhadətnamə ilə Dövlət qeydiyyatına alınıb və 17.05.2005-ci ildə Nazirlər Kabinetinin 91 nömrəli Qərarına əsasən 9 rəqəmli VÖEN Şəhadətnaməsi ilə aparılan bütün əməliyyatlar dayandırıldığı üçün bu müəssisənin də əməliyyatları dayandırılıb. Ancaq nümayəndənin məhkəməyə təqdim elədiyi Vergi Arayışında göstərilir ki, "xxxx" km-i 28.01.1998-ci ildə (eyni VÖEN ilə)290017903 nömrəli VÖEN ilə uçota alınmış və inventarlaşmadan keçmədiyi üçün 10 rəqəmli VÖEN verilməmişdir. Belə çıxır ki, bu adam Sumqayıt 2 saylı Ərazi Vergilər Baş İdarəsində uçotda ola-ola 20.01.1998-ci ildə Bakıda uçota alınmışdır. Sumqayıt Vergi İdarəsindən verilmiş Vergi Arayışına əsasən onun fəaliyyəti 01.07.2005-ci ildə dayandırılmışdır. Ancaq 20.01.1998-ci ildən Bakıda uçota alınmışdır. Bu ən azı saxtakarlıqdır. İndi məlum olur ki, həmin ərəfədə Cavabdeh1 onlardan xəlvət Bakıda Vergidə uçota durub, ancaq inventarlaşmadan keçmədiyi üçün 10 rəqəmli VÖEN verilməyib. 1998-ci il 16 oktyabr tarixində Sumqayıtdan vətəndaş (Sumqayıt şəhəri mk/r 18, ev 19, mənzil 73) X2 "xxxx" SC-nin ünvanına onun adına ərizə ilə müraciət etmişdir. Ərizədə "xxxx" km-nin direktoru Cavabdeh1 onlara olan borcunu ödəmək üçün sərəncam verməyi xahiş eləmişdir. O, bu barədə, Cavabdeh1 soruşanda, o, cavabdında dedi “Artıq həll olunub”. Ancaq 1999-cu ilin aprel ayında “Karakandaxleboprodukt” səhmdar cəmiyyətinin prezidenti A.X.Rzayev tərəfindən onların ünvana məktub göndərərək R.M.Şaxverdiyevin adına verilmiş vəkalətin təsdiq olunduğunu bildirmişdir. Bu məktubdan sonra o, Cavabdeh1 çağırmış və izahat tələb eləmişdir. O, bu işi Cəmiyyətin hüquqşünası Arif Kərimova həvalə eləmişdir. Hüquqşunas dedi ki, “Cavabdeh1 problemi çoxdur, ancaq söz verir ki, barterlə ödəyəcək. İcazə verin aktlaşdırım və nəzarətə götürüm”. Dedi “Aktlaşdır, ancaq tapşır ki, belə işlərlə bizim adımızı hörmətsiz eləməsin”. İndiyədək Cəmiyyətə bir manat da olsun xeyri dəyməyib. Hər dəfə yalnız söz verir. Heç nə ödəmir”. Arif Kərimov 02.06.1999-cu il tarixdə Akt bağlayıb bu işi yola verdi. Əvəzində Cavabdeh1 növbəti dəfə xəyanət edib, "xxxx" SC-nə ziyan vurub. Beləliklə, Cavabdeh1 "xxxx" SC-nə vurduğu maddi və mənəvi zərər çox böyükdür. Məhkəmə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin X19 Nümayəndə1, nümayəndəsi və vəkili Vəkil2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili X6 izahatlarını dinləyərək, iddia ərizəsini nəzərdən keçirib, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan 01.06.1995-ci il tarixli “Tə”sis müqaviləsi”nin surətindən görünür ki, gələcəkdə Tə”sisçi adlanan "xxxx" Səhmdar Cəmiyyəti, Nizamnamə əsasında fəaliyyət göstərən prezident Nümayəndə1 bir tərəfdən, "xxxx" kiçik müəssisəsi, Nizamnamə əsasında fəaliyyət göstərən müəssisənin direktoru Cavabdeh1 mövcud qanunvericiliyə və Nizamnaməyə uyğun olaraq aşağıdakılar barədə müqavilə bağladılar:
1. Tə”sisçi və təşəbbüs qrupunun birgə tə”sis etdiyi "xxxx" kiçik müəssisəsinin hüquqi ünvanı Azərbaycan Respublikası Sumqayıt şəhəridir.
2. Tə”sisçi "xxxx" kiçik müəssisəsinin normal fəaliyyət göstərməsi üçün hər cür maddi və mənəvi, yardım göstərməyi öhdəsinə götürür.
3. "xxxx" kiçik müəssisəsi hüquqi şəxsdir. Öz adından müqavilələr bağlamaq, əmlak hüququ əldə etmək, öz fəaliyyətinin nəticələrinə görə məsuliyyət daşımaq, məhkəmə orqanlarında iddiaçı və cavabdeh olmaq hüququna malikdir.
4. Tə”sisçi "xxxx" kiçik müəssisəsinin normal fəaliyyət göstərməsi üçün Nizamnamə fonduna 28.793.600 manat məbləğində əmlak, o cümlədən 7.000.000 manat məbləğində pul vəsaiti köçürür.
5. "xxxx" kiçik müəssisəsi öhdəsinə götürür: -Nizamnamə və tə”sis müqaviləsinin şərtlərinə uyğun fəaliyyət göstərməyi; - Onun sərəncamında olan Tə”sisçi əmlakının qorunub saxlanmasını; -İstehsal etdiyi mallar və məshullara dair Tə”sisçinin sifarişlərinə üstünlük verilməsini; -Müəyyən edilmiş müddətdə Tə”sisçinin hesabına ayırmaların köçürülməsini;
6. Tə”sisçi və "xxxx" kiçik müəssisəsi bir-birinin öhdəliklərinə cavabdehlik daşımırlar.
7. "xxxx" kiçik müəssisəsi üçün aşağıdakı limitlər müəyyən edilmişdir: -Tə”sisçinin hesabına ayırmalar-15% -Təsərrüfat hesablı gəlirdən vahid istehsalat və sosial inkişaf fonduna ayırmalar-15%
8. Tə”sis müqaviləsi imzalandığı gündən qüvvəyə minir. İş materiallarında olan 02.01.1997-ci il tarixli, №166 saylı “Fərdi əmək müqaviləsi”nin surətindən görünür ki, Cavabdeh1 "xxxx" Səhmdar Cəmiyyətinin rəhbəri Nümayəndə1 tərəfindən "xxxx" kiçik müəssisəsinin direktoru kimi işə qəbul edilmişdir. İş materiallarında olan 12.06.1997-ci il tarixli, №161 saylı “Fərdi əmək müqaviləsi”nin surətindən görünür ki, X12 "xxxx" Səhmdar Cəmiyyətinin rəhbəri Nümayəndə1 tərəfindən "xxxx" kiçik müəssisəsinin direktor müavini kimi işə qəbul edilmişdir. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nəzarət şöbəsinin rəisi Ə.B.Qəhrəmanov tərəfindən 19.04.2021-ci il tarixli təqdimatından görünür ki, tapşırığa əsasən "xxxx" SC-nin "xxxx" kiçik müəssisəsinin fəalıyyəti ilə maraqlandı. Lakin, heç bir məlumat əldə edə bilmədi. "xxxx" km-nin direktoru X13 telefonlara cavab vermir. Rafikin bir qardaşı X14 ilə (***-***-**-**) telefonla danışdı dedi ki, Rafiqə xəbər edəcəyik, gələcək”. Digər qardaşı X8 Sumqayıt şəhəri, mk/r 5, ev 23/138, mənzil 30) evinə 19.04.2021-ci il tarixdə getdi və Sadıq dedi ki, “Rafik bu ayın axırında gələcək”. X18 zəng edib araşdırma ilə əlaqədar Tumasov qardaşlarını çağırdıqda auditora deyiblər ki, “Gələcəyik, amma biz o müəssisəni ləğv etmişik”. Həmin müəssisənin təsisçisi "xxxx" SC-dir X1 direktordu müəssisənin ləğv edilməsi direktorun səlahiyyətində deyil, çünki onun özünü "xxxx" SC-i təsisçi olaraq müəssisəyə direktor təyin edib. Müəssisəni "xxxx" SC-i yaradıb və müəssisəni "xxxx" SC-i ləğv edə bilər. "xxxx" SC-nin "xxxx" km-də 28.793.600 manat Nizamnamə kapitalı var, 7.000.000 manat pul olmaq şərtilə. Dəfələrlə o, müəssisəyə ayrılmış pullarla maraqlandı ki, pullar haradadır, niyə hesabat verilmir. Hər dəfə ona Tumasov qardaşları deyiblər ki, Cavabdeh1 xaricdədir. Apardığı araşdırmadan həmçinin məlum oldu ki, ondan əvvəl Nəzarət-Təftiş şöbəsinin rəisi işləmiş H.H.Həsənəlizadə təqdimatinda göstərir ki, "xxxx" km-ə aid maliyyə-təsərrüfat fəaliyyətini sənədli təftiş etmək üçün həmin müəssisənin Sumqayıt şəhəri, mk/r 9 da yerləşən ofisinə gələrkən müəyyən oldu ki, hazırda orda tamamilə başqa təşkilat yerləşir və müəssisənin müdiri Cavabdeh1 ümumiyyətlə Sumqayıtda olmamağı aşkar oldu və həm də mühasibat sənədlərinin də harada olması Tumasovun Sumqayıtda peyda olmasından sonra məlum olacaqdır”. Təqdimatdan da görünür ki, o vaxtlar da, hal-hazırda da eyni qaydada Cavabdeh1 Təsis müqaviləsi üzrə götürdüyü öhdəlikdən yayınır. Xahiş edir bunula bağlı konkret olaraq Qərar qəbul edilsin. Cavabdeh1 tapıb gətirilməsi üçün ya məhkəməyə, ya da hüquqmühafizə orqanlarına müraciət edilsin. Müəssisənin fəaliyyətini təmin etmək üçün gəlib hesabat versin. Çünki mühasibatlıqda apardığı araşdırmadan məlum oldu ki, Cavabdeh1 indiyə qədər təsis müqaviləsinə əsasən 15% "xxxx" SC-nə ödəməli olduğu vəsaitdən heç bir gəlir ödəməyib. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" Səhmdar Cəmiyyətinin Cavabdeh1 ünvanladığı 06.05.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, "xxxx" Səhmdar Cəmiyyətinin idarə Heyəti bildirir ki, 03.06.1991-ci il tarixdə 12 saylı Şəhadətnamə ilə Sumqayıt Şəhəri Xalq Deputatları Sovetinin İcrayyə Komitəsinin Qərarı ilə Dövlət qeydiyyatına alınmış, 23.08.1994-cü il tarixdə 15334 sayla Azərbaycan Respublikası Ədliyyə Nazirliyində təkrar Qeydiyyata alınaraq, təsdiq edilmiş Nizamnaməyə əsasən "xxxx" kiçik müəssisəsini "xxxx" Səhmdar Cəmiyyəti təsis etmişdir və "xxxx" Səhmdar Cəmiyyəti Sizi həmin müəssisəyə direktor təyin etmişdir. "xxxx" Səhmdar Cəmiyyəti təsis etdiyi "xxxx" km-ə 28.793.600 manat məbləğində əmlak, o cümlədən 7.000.000 manat məbləğində pul vəsaiti köçürüb. Siz isə həmin müəssisənin direktoru kimi sizinlə bağlanmış Təsis müqaviləsinə əsasən Təsisçinin hesabına 15% ayırmaların köçürülməsini indiyədək həyata keçirməməlidir. Təsisçi qarşısında heç bir hesabat verməyərək dələduzluq edərək, gizlənərək hələ də yayınırsınız. Təsisçinin, Auditorun, həmçinin "xxxx" SC-in Nəzarət şöbəsinin rəisinin sizə edilən telefon zənglərinə cavab vermirsiniz. Qardaşlarınız (Tumasov Tofiq və Tumasov Sadıq) Auditor və Şöbə rəisinə görüşdə və telefon zənglərində bildirmişlər ki, “Rafik bu ayın axırında, yəni 2021 -ci il aprelin axırı tarixdə gələcək, amma biz o müəssisəni ləğv etmişik”, Əvvəla onu nəzərinizə çatdıraq ki, həmin müəssisənin Təsisçisi "xxxx" SC-dir, siz sadəcə direktorsunuz və müəssisənin ləğv edilməsi direktorun səlahiyyətində deyil, çünki sizin özünüzü ‘Xəzər” SC-i Təsisçi olaraq müəssisəyə direktor təyin edib və hələdə siz direktor olaraq Təsisçi qarşısında maddi məsul şəxs kimi məsuliyyət daşıyırsınız. Odur ki, "xxxx" Səhmdar Cəmiyyətinin İdarə Heyəti bir daha xəbərdarlıq edir ki, təcili olaraq "xxxx" SC-nin Ofisinə gələrək, indiyə qədər Təsis müqaviləsinə əsasən 15% "xxxx" SC-nə ödəməli olduğunuz vəsaiti və təsis payının bu günki vəziyyəti haqqında Təsisçi qarşısında yazılı hesabat verməyiniz tələb olunur. Əks təqdirdə sizin bu dələduzluq əməlləriniz barədə hüquq müstəvisində ölçü götürülməsi üçün məhkəməyə və hüquq-mühafizə orqanlarına müraciət ediləcək. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" Səhmdar Cəmiyyətinin Cavabdeh2 ünvanladığı 06.05.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, "xxxx" Səhmdar Cəmiyyətinin idarə Heyəti bildirir ki, 03.06.1991-ci il tarixdə 12 saylı Şəhadətnamə ilə Sumqayıt Şəhəri Xalq Deputatları Sovetinin İcrayyə Komitəsinin Qərarı ilə Dövlət qeydiyyatına alınmış, 23.08.1994-cü il tarixdə 15334 sayla Azərbaycan Respublikası Ədliyyə Nazirliyində təkrar Qeydiyyata alınaraq, təsdiq edilmiş Nizamnaməyə əsasən "xxxx" kiçik müəssisəsini "xxxx" Səhmdar Cəmiyyəti təsis etmişdir və "xxxx" Səhmdar Cəmiyyəti Sizin qardaşınız Cavabdeh1 həmin müəssisəyə director, sizi isə həmin məssisəyə director müavini təyin etmişdir. "xxxx" Səhmdar Cəmiyyəti təsis etdiyi "xxxx" km-ə 28.793.600 manat məbləğində əmlak, o cümlədən 7.000.000 manat məbləğində pul vəsaiti köçürüb. Müəssisə isə onunla bağlanmış Təsis müqaviləsinə əsasən Təsisçinin hesabına 15% ayırmaların köçürülməsini indiyədək həyata keçirməməlidir. Cavabdeh1 Təsisçi qarşısında heç bir hesabat verməyərək dələduzluq edərək, gizlənərək hələ də yayınır. Təsisçinin, Auditorun, həmçinin "xxxx" SC-in Nəzarət şöbəsinin rəisinin telefon zənglərinə Cavabdeh1 cavab vermir. Qardaşlarınız (Tumasov Tofiq və Siz) Auditor və Şöbə rəisinə görüşdə, həmçinin, telefon zənglərində bildirmisiniz ki, “Rafik bu ayın axırında, yəni 2021 -ci il aprelin axırı tarixdə gələcək, amma biz o müəssisəni ləğv etmişik”, Əvvəla onu nəzərinizə çatdıraq ki, həmin müəssisənin Təsisçisi "xxxx" SC-dir, Cavabdeh1 sadəcə director, siz isə director müavisiniz və müəssisənin ləğv edilməsi direktorun, director müavinin səlahiyyətində deyil, çünki Cavabdeh1 və sizin özünüzü ‘Xəzər” SC-i Təsisçi olaraq müəssisəyə direktor təyin edib və hələdə Cavabdeh1 director, siz director müavini olaraq Təsisçi qarşısında maddi məsul şəxslər kimi məsuliyyət daşıyırsınız. Odur ki, "xxxx" Səhmdar Cəmiyyətinin İdarə Heyəti bir daha xəbərdarlıq edir ki, təcili olaraq "xxxx" SC-nin Ofisinə gələrək, indiyə qədər Təsis müqaviləsinə əsasən 15% "xxxx" SC-nə ödəməli olduğunuz vəsaiti və təsis payının bu günki vəziyyəti haqqında Təsisçi qarşısında yazılı hesabat verməyiniz tələb olunur. Əks təqdirdə Cavabdeh1 və sizin bu dələduzluq əməlləriniz barədə hüquq müstəvisində ölçü götürülməsi üçün məhkəməyə və hüquq-mühafizə orqanlarına müraciət ediləcək. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nəzarət şöbəsinin rəisi Ə.B.Qəhrəmanov tərəfindən 21.05.2021-ci il tarixli təqdimatından görünür ki, "xxxx" QSCnin İdarə Heyətinin ona həvalə olunmuş tapşırığına əsasən "xxxx" Səhmdar Cəmiyyətinin təsis etdiyi "xxxx" kiçik müəssisəsininə direktor təyin etdiyi Cavabdeh1 mənzilinə Cəmiyyətin axırıncı rəsmi Xəbərdarlıq məktubunu Cavabdeh1 barədə gələcəkdə məhkəmə iddiası və onun dələduzluğuna görə hüquq-mühafizə orqanlarına müraciət etmək üçün aparmışdır.Çox çətinliklə də olsa 21.05.2021 -ci il tarixdə (Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr, məhəllə 593, mənzil 70) Cavabdeh1 yaşadığı ünvanı tapmış. Ünvan həqiqətən də Xəbərdarlıqda göstərilən yerdə yerləşir. Baxmayaraq ki, poçt vasitəsilə Xəbərdarlıq göndərilsə də poçt zərfinin üzərində əsassız olaraq “ünvan tam deyil” yazılaraq, geri qaytarılmışdır. Lakin o, şəxsən həmin ünvana getmiş və ünvan tamamilə düzdür. Çünki o, axırıncı dəfə məcbur olub Polis İdarəsinə şifahi müraciət etmiş və Polis İdarəsi ona kömək üçün öz nümayəndəsini təqdim etdi. Həmin polis nümayəndəsi ilə Xəbərdarlıqda göstərilən ünvana getmiş, qapını döymüş və Cavabdeh1 özü qapını açdı. O, Cavabdeh1 demişdir ki, “Ayıb deyilmi sənə? Sən "xxxx" SC-nin təsis etdiyi müəssisədə maddi məsul şəxssən, müəssisənin direktorusan. Nə hesabat verirsən, nə telefonlara cavab verirsən. Bizə xəbər göndərirsən ki, Rusiyadayam, Belorusiyadayam. 10 günə gəlirəm, ayın axırına gəlirəm. Lakin gəlib çıxmırsan. Əsasən də səndə "xxxx" SC-i tərəfindən verilmiş 7 milyon manatlıq pul vəsaiti, 28 milyon manatlıq əmlak var. Sən bunların hesabatını, izahatını verməlisən axı”. Daha sonra poçt zərfində olan Xəbərdarlığı Cavabdeh1 təqdim etmişdir. Cavabdeh1 məktubu götürüb, ona bildirdi ki, poçt xəbərnaməsini məktubu qəbul etdiyinə görə imza et. Lakin o, imza etməkdən imtina etdi. Dedi ki, “Özüm Nümayəndə1 zəng edib danışacağam”. O, bu Təqdimatı ona görə yazır ki, həmin poçt zərfində olan rəsmi xəbərdarlığı o, şəxsən özüm Cavabdeh1 ünvanına 21.05.2021- ci il tarixdə gedərək, şəxsən özünə təqdim etmişdir. İş materiallarında olan 05 iyun 2021-ci il tarixli 281 saylı müqaviləyə əsasən "xxxx" Səhmdar Cəmiyyətində aparılmış audit yoxlamanın nəticəsinə dair yekun sənədlərin təhvil-qəbul aktından görünür ki, Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü, sərbəst auditor X10, "xxxx" Səhmdar Cəmiyyəti ilə bağlanmış 05 iyun 2021-ci il tarixli 281 saylı auditor xidməti müqaviləsinə uyğun olaraq, Cəmiyyətin təsis etdiyi “Termoplast“ X5 kapitalına qoyduğu əmlak və pul vəsaitinin düzgünlüyünün müəyyənləşdirilməsi və müqavilə öhdəliklərinin yerinə yetirilməsini dəqiqləşdirmək məqsədi ilə Cəmiyyətdə audit yoxlaması aparmışdır. Yoxlama "xxxx" SC-nin sədri Nümayəndə1 iştirakı ilə aparılmışdır. Yoxlama 09 iyun 2021-ci ildə başlayıb, 21 iyun 2021ci ildə başa çatdı. Yoxlama müəssisə rəhbərliyinin təqdim etdiyi ilkin sənədlər əsasında aparıldı. Audit yoxlamasına təqdim olunmuş sənədlər əsasında müəyyən olundu ki, "XƏZƏR” Səhmdar Cəmiyyətinin səhmdarlarının 09 aprel 1991—ci il tarixli 7-a saylı protokoluna əsasən cəmiyyətin nəzdində təsis edilmiş “Termoplast“ Kiçik Müəssisəsi 03.06.1991-ci il tarixdə Sumqayıt Şəhər Xalq Deputatları Sovetinin İcrayyə Komitəsinin 12 saylı protokoluna əsasən qeydiyyata alınmış və müəssisənin nizamnaməsi təsdiq edilmişdir. Nizamnaməyə əsasən Müəssisəyə direktor təsisçi tərəfindən təyin olunur və kollektivin ümumi yığıncağının qərarı ilə təsisçi tərəfindən vəzifəsindən azad edilir. Təsisçinin 27.05.1991-ci il tarixli əmri ilə Cavabdeh1 “Termoplast“ Kiçik Müəssisəsinə direktor vəzifəsinə təyin edilmişdir. 01 iyun 1991-ci il tarixli təsis müqaviləsinə əsasən Təsisçi adlanan "xxxx" Səhmdar Cəmiyyəti, Nizamnamə əsasında fəaliyyət göstərən Cəmiyyətin Prezidenti Nümayəndə1 bir tərəfdən, "xxxx" kiçik müəssisəsi, Nizamnaməyə əsasən fəaliyyət göstərən müəssisənin direktoru Cavabdeh1 ikinci tərəfdən, mövcud Qanunvericiliyə və Nizamnaməyə uyğun olaraq aşağıdakılar barədə müqavilə bağlamışlar: Təsisçi "xxxx" kiçik müəssisəsinin normal fəaliyyət göstərməsi üçün hər cür maddi və mənəvi yardım göstərməyi öhdəsinə götürür. Təsisçi "xxxx" kiçik müəssisəsinin normal fəaliyyət göstərməsi üçün Nizamnamə fonduna ********.00 manat(ruhl) məbləğində, o cümlədən ********.00 manat (rubl) əmlak şəklində və 7000000.00 manat (rubl) pul şəklində vəsait köçürür. "xxxx" kiçik müəssisəsi isə onun sərəncamında olan Təsisçinin əmlakını qorumağı öhdəsinə götürür. 23.08.1994-cü il tarixdə "xxxx" kiçik müəssisəsi 15334 saylı qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində yenidən qeydiyyata alınmış və Nizamnaməsi yeni redaksiyada təstiq edilmişdir. Bununla bağlı təsis sənədləri yenilənmişdir. 02 yanvar 1997-ci il tarixdə "xxxx" Səhmdar Cəmiyyətinin Prezidenti Q.O. Kərimov ilə "xxxx" Kiçik müəssisəsinin direktoru Cavabdeh1 arasında 166 säylı fərdi əmək müqaviləsi və maddi-məsul şəxs barədə müqavilə bağlanmışdır. "xxxx" kiçik müəssisəsinin hüquqi ünvanı Nizamnamədə Sumqayıt şəhəri gıstərilmişdir. Faktiki fəaliyyət göstərdiyi ünvan isə göstərilməmişdir. Həmin dövrdə Cavabdeh1 ünvan 9nzil 112də yaşayırdı. Sonradan məlum olmuşdur ki, aıtıq o həmin ünvanda yaşamır.Yeni ünvanı : Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 10kabr ayında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin müdiri Firuzə Abdullayevanın imzası ilə göndərilmiş 23.04.2018-ci il tarixli 10/03-163-1908 saylı və Nazirlik Aparatının rəhbəri Namiq Süleymanovun imzası ilə göndərilmiş 06.12.2018-ci il tarixli 10/03-613- 5824 saylı məktubla illik maliyyə hesabatlarının və konsolidə edilmiş maliyyə hesabatlarının (törəmə müəssisələrlə birlikdə) təqdim olunması tələb edilmişdir.Lakin "xxxx" kiçik müəssisəsi ilə bağlı hesabat olmadığı üçün ”Xəzər” Səhmdar Cəmiyyəti 2 il bu hesabatı verə bilməmişdir. 06 may 2021-ci il tarixdə Cavabdeh1 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr.məhəllə 593,mənzil 70 ünvanına xəbərdarlıq məktubu göndərilərək dəvət edilməsinə və şəxsən mənim əlaqə saxlayaraq dəvət etməyimə baxmayaraq Cavabdeh1 audit yoxlamasında iştirak etməkdən imtina etmişdir. O özündə heç bir sənədin olmadığını bildirmişdir. 27 aprel 2021-ci il tarixdə "xxxx" QSC-nin "xxxx" kiçik müəssisəsi haqqında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə edilmiş müraciətə 04 may 2021-ci il tarixdə cavab olaraq bildirilmişdir ki, "xxxx" kiçik müəssisəsi (2********) tərəfindən 10 rəqəmli VÖEN alınması üçün vergi orqanına müraciət edilməmişdir. Belə nəticə çıxır ki, müəssisə qeyri qanuni yolla bağlanmışdır. Yəni müəssisənin bağlanması barədə Təsisçi "xxxx" Səhmdar Cəmiyyətinin və Vergi Orqaımn xəbəri olmamışdır. Halbuki, "xxxx" kişik müəssisəsinin Nizamnaməsinin 8.3 bəndində göstərilir ki, müəssisənin yenidən təşkili və ləğvi təsisçinin qərarı ilə və yaxud qanunvericilikdə müəyyən edilmiş hallarda həyata keçirilir. "xxxx" kiçik müəssisəsinin direktoru Cavabdeh1 tərəfindən sənədlərin təqdim edilməməsinə baxmayaraq "xxxx" Səhmdar Cəmiyyətinin Arxiv sənədlərinin araşdırılması nəticəsində müəyyən edildi ki,1991- 92-ci illərdə "xxxx" X5 fondu tam formalaşmışdır. Bundan əlavə Cəmiyyətin mühasibatlığmda tərtib edilmiş mühasibat uçotu kartoçkasmda göstərilmişdir ki, Təsisçi tərəfindən “Termoplast“ kiçik müəssisəsinə 1993-cü ilin noyabr ayında 2000000.00 manat məbləğində 1 ədəd Transformator TH-250 əsas vəsait verilmiş, Nizamnamə fonduna 1995-ci ilin dekabr ayında 4012465.00 manat, 1996-cı ilin noyabr ayında 5000000.00 manat pul vasaiti köçürülmüşdür. Yoxlama nəticəsində müəyyən olundu ki, "xxxx" kiçik müəssisəsinin rəhbərliyi tərəfindən imza və möhürlə təstiq edilmiş 01 aprel 1996-ci il tarixə olan müəssisənin balansında nizamnamə kapitalı ********.00 manat məbləğində olmuşdur. Balansa əsasən həmin tarixə müəssisənin ********.00 manat məbləğində əsas vəsaiti, 6766300.00 manat məbləğində mal qalığı olmuşdur. 01 yanvar 1999-cu il tarixə olan olan müəssisənin balansında nizamnamə kapitalı ********.00 manat məbləğində olmuşdur. Balansa əsasən həmin tarixə müəssisənin ********.00 manat məbləğində əsas vəsaiti, ********.00 manat məbləğində mal-material qalığı olmuşdur. Sonrakı dövrlərin arxiv sənədlərində "xxxx" kiçik müəssisəsinin balans göstəriciləri aşkar edilmədi. Belə görünür ki,sonrakı dövrlərdə müəssisə Təsisçi- "xxxx" səhmdar cəmiyyətinə balans göstəriciləri haqqında məlumat verməmişdir. 10 may 1996-cı il tarixdə "xxxx" Səhmdar Cəmiyyətinin Təftiş-Nəzarət şöbəsinin rəisi H.H.Həsənəlizadənin Cəmiyyətin prezidenti Nümayəndə1 ünvanladığı xidməti məruzədə şöbənin 1996-cı ilə aid iş planına əsasən may ayında "xxxx" kiçik müəssisəsində 1995-ci ilə aid maliyyə-təsərrüfat fəaliyyəti sənədli təftiş edilməli olduğu halda, həmin müəssisənin 9-cu mikrorayondakı ofisinə gələrkən müəyyən olunmuşdur ki, orada başqa təşkilat yerləşir və kiçik müəssisənin direktoru Cavabdeh1 ümumiyyətlə Sumqayıtda olmadığı aşkar edilmişdir. Audit yoxlaması nəticəsində belə nəticə əldə edildi ki, "xxxx" kiçik müəssisənin 01 yanvar 1999-cu il tarixə olan müəssisənin balansında nizamnamə kapitalı ********.00 manat məbləğində olmuşdur. Balansa əsasən həmin tarixə müəssisənin ********.00 manat məbləğində əsas vəsaiti. ********.00 manat məbləğində mal-material qalığı olmuşdur. Müəssisənin direktoru Cavabdeh1 yoxlamada iştirak etməkdən imtina etməsi və 2004-cü il tarixədək olan dövrün sənədlərinin olmaması səbəbindən müəssisənin ləğv edilməsi tarixinə olan aktivləri və passivləri barədə dəqiq məlumat əldə edilmədi. "xxxx" Səhmdar Cəmiyyətinin "xxxx" X5 fonduna ilkin olaraq qoyduğu vəsaitdən əlavə, sonrakı dövrlərdə qoyduğu pul vəsaitlərinin və əsas vəsaitlərin məbləği müəyyənləşdirilmədi. "xxxx" kiçik müəssisəsinin maliyyə təsərrüfat fəaliyyətinin nəticələri illərlə bəlli olmadığı üçün, təsisçiyə verilməli olan dividentin məbləğini dəqiqləşdirmək mümkün olmadı və işin araşdırılması üçün Məhkəmə və Hüquq-Mühafizə Orqanlarına müraciət olunması tövsiyyə edilmişdir. İş materiallarında olan "xxxx" Səhmdar Cəmiyyətinin Səhmdarlarının ümumi İclasının 30 mart 2021-ci il tarixli protokolundan 30.03.2021-ci il tarixli gündəlik məsələ üzrə çıxarışdan görünür ki, 03.06.1991 -ci il tarixdə 12 saylı Şəhadətnamə ilə Sumqayıt Şəhəri Xalq Deputatları Sovetinin İcrayyə Komitəsinin Qərarı ilə Dövlət qeydiyyatına alınmış, 23.08.1994-cü il tarixdə 15334 sayla Azərbaycan Respublikası Ədliyyə Nazirliyində təkrar Qeydiyyata alınaraq, təsdiq edilmiş Nizamnaməyə əsasən “Termopiast” kiçik müəssisəsini "xxxx" Səhmdar Cəmiyyəti təsis etmişdir və "xxxx" SC-i Cavabdeh1 həmin müəssisəyə direktor təyin etmişdir. "xxxx" SC-i təsis etdiyi “Termopiast” km-nə 28.793.600 manat məbləğində əmlak, o cümlədən 7.000.000 manat məbləğində pul vəsaiti köçürüb. Cavabdeh1 isə həmin müəssisənin direktoru kimi onunla bağlanmış Təsis müqaviləsinə əsasən Təsisçinin hesabına 15% ayırmaların köçürülməsini indiyədək həyata keçirməmişdir. Təsisçi qarşısında heç bir hesabat verməyərək, dələduzluq edərək, gizlənərək hələ də yayınır və hər dəfə onun qardaşı, yəni “Termopiast” kiçik müəssisənin müdir müavini Cavabdeh2 şifahi olaraq bildirir ki, “Müəssisə fəaliyyətini dondurub”. Onu da nəzərə çatdırılır ki, həmin müəssisənin Təsisçisi "xxxx" SC-dir, Cavabdeh1 sadəcə direktordu və hələ də Cavabdeh1 direktor olaraq Təsisçi qarşısında maddi məsul şəxs kimi məsuliyyət daşıyır. Odur ki, "xxxx" SC-nin İdarə Heyətindən xahiş edirik müəssisənin direktoru Cavabdeh1 və onun qardaşı müəssisənin direktor müavini Cavabdeh2 bir daha rəsmi Xəbərdarlıq edilsin, hər ikisi təcili olaraq "xxxx" SC-nin Ofisinə gələrək, indiyə qədər Təsis müqaviləsinə əsasən 15% "xxxx" SC-nə ödəməli olduqları vəsaiti və təsis payının bu günki vəziyyəti haqqında Təsisçi qarşısında yazılı hesabat versinlər. Onlar ediləcək rəsmi axırıncı Xəbərdarlığa əməl etməsələr, onların qanuna zidd əməlləri barədə hüquq müstəvisində ölçü götürülməsi üçün məhkəməyə və hüquq-mühafizə orqanlarına müraciət edilməsi barədə Qərar qəbul edilmişdir. İş materiallarında olan "xxxx" Səhmdar Cəmiyyətinin Səhmdarlarının ümumi İclasının 27 mart 2017-ci il tarixli protokolundan 27.03.2017-ci il tarixli gündəlik məsələ üzrə çıxarışdan görünür ki, "xxxx" Səhmdar Cəmiyyətinə məxsus "xxxx" kiçik müəssisəsinin müdiri Cavabdeh1 Sumqayıt şəhərinə gələn kimi müəssisənin maliyyətəsərrüfat fəaliyyətinin sənədli təftişinin aparılması dərhal təmin edilməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" Səhmdar Cəmiyyətinin Səhmdarlarının ümumi İclasının 05 mart 1999-cu il tarixli protokolundan 05.03.1999-cu il tarixli gündəlik məsələ üzrə çıxarışdan görünür ki, "xxxx" Səhmdar Cəmiyyətinə məxsus "xxxx" kiçik müəssisəsinin müdiri Cavabdeh1 Sumqayıt şəhərinə gələn kimi müəssisənin maliyyətəsərrüfat fəaliyyətinin sənədli təftişinin aparılması dərhal təmin edilməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nəzarət şöbəsinin rəisi M.X.Xudiyev tərəfindən 02.03.2009-cu il tarixli təqdimatından görünür ki, cəmiyyətə məxsus "xxxx" kiçik müəssisəsində onun 2008-ci ilə aid maliyyə-təsərrüfat fəaliyyətinin sənədli təftişi zamanı həmin kiçik müəssisənin müdiri Cavabdeh1 hələ də Sumqayıt şəhərində olmadığını onun qardaşı, yəni "xxxx" kiçik müəssisənin müdir müavini Cavabdeh2 bildirdi və şifahi olaraq qeyd etdi ki, “Müəssisə fəaliyyətini dondurub”. Odur ki, hazırkı şəraitdə həmin müəssisədə sənədli təftişin keçirilməsi qeyri-mümkündür. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 03.09.2021-ci il tarixli məktubundan görünür ki, 03.09.2021-ci il tarixə olan uçot məlumatlarına əsasən, "xxxx" Kiçik Müəssisəsi 28.09.1998-ci il tarixdə ********* nömrəli VÖEN-lə vergi orqanında uçota alınmış və inventarlaşdırmadan keçmədiyi üçün 10 rəqəmli VÖEN verilməmişdir. İş materiallarında olan 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 26.04.2021-ci il tarixli məktubundan görünür ki, "TERMOPLAST” Kiçik müəssisəsi (VÖEN ********* (9 rəqəmli) 03.06.1991-ci il tarixdə 12 saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır. “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 30 nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Vergi ödəyicilərinin inventarlaşdırılması və onlara yeni vergi ödəyicilərinin eyniləşdirmə nömrələrinin verilməsi işinin yekunlaşdırılması haqqında” 17.05.2005-ci il tarixli 91 nömrəli qərarına əsasən 9 rəqəmli VÖEN şəhadətnaməsi ilə aparılan bütün əməliyyatlar 01.07.2005-ci il tarixdən dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13.12.2021-ci il tarixli, № 9/7404 saylı, ekspert rəyindən görünür ki, təqdim edilmiş "xxxx" SC-i ilə Termoplast KM arasında bağlanmış 01.06.1991 -ci il tarixli Təsis Müqaviləsinə əsasən "xxxx" SC-i tərəfindən Termoplast KM-nin nizamnamə fonduna 28.793.600 rubl (manat) məbləğində əmlak şəklində, o cümlədən 7.000.000 rubl (manat) məbləğində nəğd vəsait qoyulmuş və nəğd vəsait şəklində qoyulmuş 7.000.000 rubl (manat) məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Prezidentinin 15 iyul 1992-ci il tarixli 48 saylı “Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında” Fərmanının 1 -ci bəndi, 3-cü bəndi, Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2005-ci il tarixli 189 saylı “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” Fərmanının 1 -ci bəndi və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin www.stat.gov.az saytında müəyyənləşdirdiyi istehlak qiymətləri indeksi faizləri nəzərə alınmaqla 17.09.2021-cı il tarixə (Ekspertiza təyini haqqında qərardadın tarixi) manat ekvivalenti 678.199,20 manat məbləğində müəyyən edilir. Qalan 28.793.600 rubl (manat) - 7.000.000 rubl (manat) = 21.793.600 rubl (manat) məbləğində əmlakın nədən ibarət olması, onun istismarı nəticəsində aşınması (amortizasiyası) nə qədər təşkil etməsi barədə iş materiallarında mühasibat sənədləri olmadığından, həmin vəsaitin hazırda manat ekvivalenti nə qədərdi sualı üzrə tədqiqat aparılması mümkün olmadı. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında "xxxx" SC-i ilə Termoplast KM arasında bağlanmış 01.06.1991 -ci il tarixli Təsis Müqaviləsinə əsasən "xxxx" SC-i tərəfindən Termoplast KM-nin nizamnamə fonduna qoyulmuş 28.793.600 rubl (manat) - 7.000.000 rubl (manat) pul vəsaiti = 21.793.600 rubl (manat) məbləğində əmlakın nədən ibarət olması, onun istismarı nəticəsində aşınması (amortizasiyası) nə qədər təşkil etməsi barədə mühasibat sənədləri olmadığından, 01.04.1996-cı və 01,04.1999-cu il tarixləri vəziyyətinə Termoplast KM nizamnamə kapitalı, əsas vəsaitləri, material qalıqları və ümumi aktivləri nə qədər təşkil etdiyini hazırki tədqiqatla müəyyən etmək mümkün olmadı. İş materiallarında olan "xxxx" Cəmiyyəti üzrə 15.04.1991-ci il tarixli 9-a №-li əmrinin surətindən görünür ki, "xxxx" Səhmdar Cəmiyyətinin nəzdində "xxxx" kiçik müəssisəsinin təşkil edilməsi, Cavabdeh1 ştat cədvəlinə əsasən əmək haqqı ilə "xxxx" kiçik müəssisəsinin direktoru təyin edilməsi əmri verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 17 dekabr 2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 27.05.1991-ci il tarixdən "xxxx" Səhmdar Cəmiyyətinin təsis etdiyi "xxxx" kiçik müəssisəsinin direktoru təyin edilib. Həmçinin 12.06.1997-ci il tarixdən Cavabdeh2 müəssisənin direktor müavini təyin edilib. Hal-hazıra kimi Cavabdeh1 və Cavabdeh2 işdən çıxmaları barədə heç bir ərizə ilə müraciət etməmişlər. Odur ki, Cavabdeh1 tam maddi məsul şəxs kimi ‘Termoplast” km-nin direktorudur və Cavabdeh2 isə tam maddi məsul şəxs kimi "xxxx" kmnin direktor müavinidir, onlarla bağlanmış əmək müqavilələri indiyə kimi pozulmamışdır. İş materiallarında olan şəxs haqqında məlumatların surətindən görünür ki, Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, məhəllə 593, mənzil 70-də qeydiyyatdadır. İş materiallarında olan şəxs haqqında məlumatların surətindən görünür ki, Cavabdeh2 Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 138/23, mənzil 30-da qeydiyyatdadır. “İnsan Hüquqları və X7 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə ilk öncə cavabdehlərin vəkili və nümayəndəsi tərəfindən verilən iddia müddətinin tətbiqi ilə bağlı ərizəyə qiymət verərək hesab edir ki, hazırki iş üzrə iddia müddətinin tətbiqindən söz gedə bilməz. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 17 dekabr 2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 27.05.1991-ci il tarixdən "xxxx" Səhmdar Cəmiyyətinin təsis etdiyi "xxxx" kiçik müəssisəsinin direktoru təyin edilib. Həmçinin 12.06.1997-ci il tarixdən Cavabdeh2 müəssisənin direktor müavini təyin edilib. Hal-hazıra kimi Cavabdeh1 və Cavabdeh2 işdən çıxmaları barədə heç bir ərizə ilə müraciət etməmişlər. Odur ki, Cavabdeh1 tam maddi məsul şəxs kimi ‘Termoplast” km-nin direktorudur və Cavabdeh2 isə tam maddi məsul şəxs kimi "xxxx" km-nin direktor müavinidir, onlarla bağlanmış əmək müqavilələri indiyə kimi pozulmamışdır. Belə olan halda, iddia tələbinə dair iddia müddətinin tətbiqindən söz gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Bundan əlavə iddia tələbinin əsaslı olması iş üzrə təyin edilmiş ekspertiza rəyində də, öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13.12.2021-ci il tarixli, № 9/7404 saylı, ekspert rəyindən görünür ki, təqdim edilmiş "xxxx" SC-i ilə Termoplast KM arasında bağlanmış 01.06.1991 -ci il tarixli Təsis Müqaviləsinə əsasən "xxxx" SC-i tərəfindən Termoplast KM-nin nizamnamə fonduna 28.793.600 rubl (manat) məbləğində əmlak şəklində, o cümlədən 7.000.000 rubl (manat) məbləğində nəğd vəsait qoyulmuş və nəğd vəsait şəklində qoyulmuş 7.000.000 rubl (manat) məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Prezidentinin 15 iyul 1992-ci il tarixli 48 saylı “Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında” Fərmanının 1 -ci bəndi, 3-cü bəndi, Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2005-ci il tarixli 189 saylı “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” Fərmanının 1 -ci bəndi və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin www.stat.gov.az saytında müəyyənləşdirdiyi istehlak qiymətləri indeksi faizləri nəzərə alınmaqla 17.09.2021-cı il tarixə (Ekspertiza təyini haqqında qərardadın tarixi) manat ekvivalenti 678.199,20 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1. maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyərləri 200 (iki yüz) manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərləri 200 (iki yüz) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada müqavilə öhdəliklərindən əmələ gələn borcların-480000 (dörd yüz səksən min) manat pulun və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada müqavilə öhdəliklərindən əmələ gələn borcların-480000 (dörd yüz səksən min) manat pulun və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Ekspertiza tədqiqatının dəyərləri 200 (iki yüz) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəşad Qoşqarlı