Azərbaycan Respublikası adından QƏRARDAD Şuşa rayonu İş № 2(077)-410/2021 14.10.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1,Cavabdeh3 və Cavabdeh2 qarşı «kredit müqaviləsinin ləğvi,kreditin və kreditə görə faizlərin,vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Şuşa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank Respublika» ASC cavabdehlər Cavabdeh1,Cavabdeh3 və Cavabdeh2 qarşı «kredit müqaviləsinin ləğvi,kreditin və kreditə görə faizlərin,vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Şuşa Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı ASC-nin nümayəndəsi ərizə verərək mülki işin baxılmamış saxlanılması haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1,Cavabdeh3 və Cavabdeh2 qarşı «kredit müqaviləsinin ləğvi,kreditin və kreditə görə faizlərin,vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçının ərizəsinə əsasən geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1,Cavabdeh3 və Cavabdeh2 qarşı «kredit müqaviləsinin ləğvi,kreditin və kreditə görə faizlərin,vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın,iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində ondan Şuşa Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(077)-410/2021
Şuşa Rayon Məhkəməsi Qərardad — İş №2(077)-410/2021
14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver