Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1039/2020 26.11.2020 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, İddiaçı Naxçıvan MR Dövlət Baş Sığorta Agentliyinə qarşı vurulmuş zərərə görə sığorta pulunun ödənilməsi tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdim: Seyidov X1 MR Dövlət Baş Sığorta Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş zərərə görə sığorta pulunun ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələbinə riayət edilmədən verilmişdir. Belə ki,İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən nəzərdə tutulan mübahisənin məhkəməyəqədər (pretenziya qaydasında) nizama salınmasına əməl olunması barədə sənəd əlavə etməmiş və iddia ərizəsində cavabdehlə mübahisənin məhkəməyəqədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2 və 149.2.4-cü maddələrinə görə, ərizədə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisənin məhkəmədənkənar həllini etmədən, bu imkanı itirmədən müraciət edib. Göründüyü kimi, İddiaçı cavabdehlə həmin kateqoriya işlər üçün Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin yuxarıda göstərilən maddəsində nəzərdə tutulmuş mübahisənin məhkəməyəqədər nizama salınmasına dair tələbə əməl etməsi barədə sənəd təqdim etməmişdir. Eyni zamanda İddiaçı iddia ərizəsində, “xxxxxxxxxxxx” MMC-nin dəymiş ziyanla bağlı qiymətləndirmə aktının və icbari sığorta şəhadətnaməsinin əslinin və ya təsdiq olunmuş surətlərinin alınmasının onun imkanı xaricində olduğunu bildirərək, həmin sənədlərin alınaraq mülki işə əlavə edilməsinin təmin edilməsini xahiş etmişdir. Lakin iddiaçı tərəfindən “xxxxxxxxxxxx” MMC-yə sözügedən sənədlərin təqdim olunması üçün müraciət edilməli və həmin sənədlər iddiaçı tərəfindən məhkəməyə təqdim olunmalıdır. Həmçinin İddiaçı iddia ərizəsində ziyan dəyən maşın olaraq “VAZ 21074” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili qeyd etmiş, iddia ərizəsinə əlavə olunmuş icbari sığorta müqaviləsinə dair məlumatda isə ziyan dəyən maşının “VAZ 21074” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil, sığortalının isə X2 olduğu görünür. Ona görə də iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 85.1-ci maddəsinə əsasən, özləri üçün zəruri sübutların təqdim edilməsinin nəticə etibarı ilə mümkün olmayacağından və ya çətin olacağından ehtiyat etməyə əsası olan şəxslər bu sübutların təmin olunmasını məhkəmədən xahiş edə bilərlər. 86.2-ci maddəsinə əsasən, ərizədə təmin edilməli sübutlar, həmin sübutlarla təsdiq edilməli olan hallar, təmin etmə haqqında xahişlə müraciət etməyə ərizəçini vadar edən səbəblər, habelə sübutların təmin edilməsinin hansı iş üçün zəruri olduğu göstərilməlidir. 87.2-ci maddəsinə əsasən, məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. 152.1 və 152.1.6-cı maddələrinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərədə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyəqədər nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddia ərizəsi geri qaytarıldığına görə, İddiaçı "xxxxxxxxxxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə xx xxxxxx 2020-ci il tarixli qəbzlə ödədiyi 10 (on) manat məbləğində dövlət rüsumu da qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən, həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərar verdim: İddiaçı Naxçıvan MR Dövlət Baş Sığorta Agentliyinə qarşı vurulmuş zərərə görə sığorta pulunun ödənilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı "xxxxxxxxxxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə xx xxxxxx 2020-ci il tarixli qəbzlə ödədiyi 10 (on) manat məbləğində dövlət rüsumu qaytarılsın. İddiaçı izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-1039/2020
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1039/2020
26.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver