Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-921/2025 18.03.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası İddiaçı cavabdeh Tərtər rayonu X1rşı tövsiyə məktublarının müzakirə edilməsi tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Bərdə Regional Ədliyyə İdarəsi cavabdeh Tərtər rayon X1rşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Bərdə Regional Ədliyyə İdarəsinin xx.xx.2023-cü il tarixli 3-16-22/13-137/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-16-22/13-149/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-16-22/13-181/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-16-22/13-247/2023 nömrəli, xx.xx.2023-cü tarixli 3-16-22/13- 291/2023 nömrəli və xx.xx.2024-cü il tarixli 3-16-22/13-103/2024 nömrəli tövsiyə məktublarının müzakirə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Bərdə Regional Ədliyyə İdarəsi tərəfindən Tərtər rayonu, X3 iclas qərarlarının (aktlarının) normativ hüquqi aktlara zidd olması ilə bağlı xx.xx.2023-cü il tarixli 3-16-22/13-137/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-16-22/13- 149/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-16-22/13-181/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-16-22/13-247/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-16-22/13-291/2023 nömrəli və xx.xx.2024-cü il tarixli 3-16-22/13-103/2024 nömrəli tövsiyə məktubları göndərilmişdir. Həmçinin xx.xx.2023-cü il tarixli məktub ilə, habelə dəfələrlə şifahi olaraq İdarənin yuxarıda qeyd olunan tövsiyə məktublarının müzakirə edilməsinin zəruriliyi bələdiyyə sədrinin nəzərinə çatdırılmışdır. Lakin hazıradək İdarənin xx.xx.2023-cü il tarixli 3-16- 22/13-137/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-16-22/13-149/2023 nömrəli, xx.xx.2023cü il tarixli 3-16-22/13-181/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-16-22/13- 247/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-16-22/13-291/2023 nömrəli və xx.xx.2024-cü il tarixli 3- 16-22/13-103/2024 nömrəli tövsiyə məktubları müzakirə edilərək inzibati nəzarətin həyata keçirilməsi üçün İdarəyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 18 mart 2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə lazımi qaydada məlumat veriləsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - surəti işə əlavə edilmiş Azərbaycan Respublikası İddiaçı tərəfindən Tərtər rayonu X3 göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-16-22/3-237/2023 nömrəli məktubundan görünür ki, Tərtər rayonu X2 müvafiq iclas qərarları ilə bağlı İdarə tərəfindən xx.xx.2023-cü il tarixli 3-16-22/13-137/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-16- 22/13-149/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-16-22/13-181/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-16-22/13- 247/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-16-22/13-291/2023 nömrəli tövsiyə məktubları göndərilmişdir. Lakin bələdiyyə sədri vəzifə səlahiyyətlərinin icrasına səhlənkar yanaşaraq yuxarıda qeyd edilən tövsiyə məktublarının müzakirəsini hazıradək təmin etməmişdir. - surəti işə əlavə edilmiş Tərtər rayonu X3 ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-16- 22/13-137/2023 nömrəli məktubundan görünür ki, gündəlik məsələ üzrə bələdiyyənin xx.xx.2022-ci il tarixli 08 nömrəli iclas qərarı ilə bağlı İdarənin xx.xx.2022-cü il tarixli 13- 281-in T nömrəli tövsiyə məktubunun müzakirəsinə dair qərar qəbul edilmişdir. Lakin tövsiyə məktubunda qeyd edilən sənədlər İdarəyə təqdim edilməmış, eyni zamanda sözugedən iclas qərarı inzibati nəzarət qaydasında baxılması üçün "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanunun 6-cı maddəsində nəzərdə tutumuş müddətdən gec təqdim edilmişdir. Odur ki, sənədlərin bir nüsxəsinin 5 iş günü müddətində İdarəyə təqdim edilməsi xahiş olunmuşdur. - surəti işə əlavə edilmiş Tərtər rayonu X3 ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-16- 22/13-149/2023 nömrəli məktubundan görünür ki, xx.xx.2022-cı il tarixli 10 nömrəli iclas protokolunda 1-2-ci məsələlər üzrə 2023-cü il üçün yerli büdcə layihəsinin və ştat cədvəlinin təsdiqinə dair qərarlar qəbul edilmişdir. Lakin 2023-cü il üçün yerli büdcə layihəsi qanunvericiliklə müəyyən edilmiş müddətdən gec təsdiq edilmiş, eyni zamanda 2023-cü il üçün ştat cədvəli, habelə əmək müqaviləsinin sürətləri İdarəyə təqdim edilməmişdir. Həmçinin sözügedən iclas qərarı İnzibati nəzarət qaydasında baxılması üçün "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanunun 6-cı maddəsində nəzərdə tutumuş müddətdən gec təqdim edilmişdir. Odur ki, sənədlərin bir nüsxəsinin 5 iş günü müddətində İdarəyə təqdim edilməsi xahiş olunmuşdur. - surəti işə əlavə edilmiş Tərtər rayonu X3 ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-16- 22/13-181/2023 nömrəli məktubundan görünür ki, xx.xx.2022-cı il tarixli 12 nömrəli iclas protokolunda 1-2-ci məsələlər üzrə 2023-cü il üçün yerli büdcə layihəsinin və ştat cədvəlinin təsdiqinə, xx.xx.2023-cü il tarixli 01 nömrəli iclas protokolunda gündəlik məsələ üzrə bələdiyyə tərəfindən 2022-cı il ərzində görülmüş işlər haqqında (maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi barədə) hesabatın təsdiqinə dair qərarlar qəbul edilmişdir. Lakin 2023- cü il üçün ştat cədvəli üzrə əmək müqaviləsinin sürətləri İdarəyə təqdim edilməmiş, eyni zamanda xx.xx.2023-cü il tarixli 01 nömrəli iclas qərarı imzalanmayaraq, möhürlə təsdiq edilməmişdir. Bununla yanaşı il ərzində yerli büdcəyə az miqdarda vəzait daxil olmasına baxmayaraq, bələdiyyə tərəfindən bununla bağlı qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülməmişdir. Odur ki, sənədlərin bir nüsxəsinin 5 iş günü müddətində İdarəyə təqdim edilməsi xahiş olunmuşdur. - surəti işə əlavə edilmiş Tərtər rayonu X3 ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-16- 22/13-247/2023 nömrəli məktubundan görünür ki, Tərtər rayonu X2 xx.xx.2022-cı il tarixli 09 nömrəli iclas protokolunda göstərilən 4 bələdiyyə aktına (qərarına) inzibati nəzarət qaydasında baxılmışdır Müəyyən edilmişdir ki, 1-4-cü məsələlər üzrə dotasiya vəsaitinin sosial sığorta haqqına, işsizlikdən sığorta haqqına, icbari tibbi sığorta haqqına, habelə poçt xidmət haqqına xərclənməsinə dair qərarlar qəbul edilmişdir. Lakin sözügedən vəsait qanunvericiliyin tələbinə zidd olaraq iclas qərarından əvvəl xərclənmişdir. Odur ki, sənədlərin bir nüsxəsinin 5 iş günü müddətində İdarəyə təqdim edilməsi xahiş olunmuşdur. - surəti işə əlavə edilmiş Tərtər rayonu X3 ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-16- 22/13-291/2023 nömrəli məktubundan görünür ki, Tərtər rayonu X2 xx.xx.2023-cü il tarixli 10 nömrəli iclas protokolunda göstərilən 2 bələdiyyə aktına (qərarına) inzibati nəzarət qaydasında baxılmışdır Müəyyən edilmişdir ki, 1-2-ci məsələlər üzrə 2024-cü il üçün yerli büdcə layihəsinin və ştat cədvəlinin müzakirəsinə dair qərarlar qəbul edilmişdir. Lakin 1-2ci məsələlər üzrə büdcə layihəsi qanuvericiliklə müəyyən edilmiş müddətdən gec müzakirəyə çıxarılmışdır. Odur ki, sənədlərin bir nüsxəsinin 5 iş günü müddətində İdarəyə təqdim edilməsi xahiş olunmuşdur. - surəti işə əlavə edilmiş Tərtər rayonu X3 ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-16- 22/13-103/2024 nömrəli məktubundan görünür ki, Tərtər rayonu X2 29 fevral 2024-cü il tarixli, 02 nömrəli iclas protokolunda göstərilən 2 bələdiyyə aktlarına (qərarlarına) inzibati nəzarət qaydasında baxılmışdır (M-2). Müəyyən edilmişdir ki, 1-2-ci məsələlər üzrə sərəncam əsasında DSMF-na və poçt xidmət haqqına tutulmuş vəsaitin nəzərə alınmasına dair qərar qəbul edilmişdir. Lakin iclas qərarı inzibati nəzarət qaydasında baxılması üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdən gec təqdim olunmuşdur. Bundan əlavə 2-ci məsələ üzrə poçt çıxarışı təqdim edilməmiş və 2024-cü ilin büdcəsində sair xərclər bəndinə vəsait ayrılmadığından poçt xidmətinə ödnilən məbləğ büdcədə nəzərdə tutulmamışdır. Odur ki, sənədlərin bir nüsxəsinin 5 iş günü müddətində İdarəyə təqdim edilməsi xahiş olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Tərtər rayonu, X3 iclas qərarlarının (aktlarının) normativ hüquqi aktlara zidd olması ilə bağlı tövsiyə məktubları göndərilmiş, müzakirə edilməsinin zəruriliyi bələdiyyə sədrinin nəzərinə çatdırılmışdır. Lakin zəruri olan sənədlər İdarəyə təqdim edilməmişdir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun preambulasında müəyyən olunmuşdur ki, bu Qanun Azərbaycan Respublikasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinin hüquqi əsaslarını müəyyən edir. Buna görə, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi fəaliyyətinin tərkib hissələrindən biri də müvafiq əsaslar mövcud olduqda məhkəməyə müraciət edilməsi imkanıdır. Sözügedən Qanunda həmçinin məhkəməyə müraciət edilməsinin şərtləri və qaydası da tənzimlənmişdir. İddia qaldırmaq üçün inzibati nəzarət orqanı həmin şərtlərə və qaydalara riayət etməlidir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 8.5-ci maddəsində aşkar şəkildə təsbit olunmuşdur ki, inzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu Qanunun 8.3 və 8.4-cü maddələrində müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, müvafiq bələdiyyəyə müraciət etdiyi gündən 15 iş gün ərzində məhkəməyə müraciət edir. Məhkəməyə müraciət edilməsi barədə müvafiq bələdiyyəyə dərhal məlumat verilməlidir. Beləliklə, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun bələdiyyə qərarının ləğvi ilə bağlı məhkəmədə qaldırılacaq iddiaya iddia müddətlərinin şamil edildiyini təsbit edir. Bu müddət hazırkı iddia üzrə bələdiyyə qərarının ləğvi ilə bağlı inzibati nəzarət orqanının etdiyi təklifin bələdiyyə tərəfindən təmin edilməməsi barədə qəbul edilmiş bələdiyyə qərarının inzibati nəzarət orqanına təqdim olunduğu gündən hesablanmağa başlanan müddət 15 iş günüdür. Hazırkı işin hallarından müəyyən olunur ki, inzibati nəzarət orqanının 1xx.xx.2023-cü il tarixli 3-16-22/13-137/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-16-22/13-149/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-16-22/13-181/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-16-22/13- 247/2023 nömrəli, xx.xx.2023-cü tarixli 3-16-22/13-291/2023 nömrəli və xx.xx.2024-cü il tarixli 3-16-22/13-103/2024 nömrəli tövsiyə məktubları ilə etdiyi iclas qərarlarının (aktlarının) normativ hüquqi aktlara zidd olması ilə bağlı müzakirə olunmasına dair təklif cavabdehə göndərilmiş, lakin həmin məktublara baxılmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 146-cı maddəsinin İ hissəsinə görə bələdiyyələr öz səlahiyyətlərini həyata keçirməkdə müstəqildirlər, bu isə bələdiyyə ərazisində yaşayan vətəndaşlar qarşısında onların məsuliyyətini istisna etmir. Azərbaycan Respublikasının Konstitusiyasının 146-cı maddəsinin İİİ hissəsinə görə dövlət bələdiyyələrin fəaliyyətinə nəzarət edir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununun:- - 1-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət - bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) riayət edilməsinin təmin olunması, bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının, onları yaradan səbəb və şəraitin aradan qaldırılması məqsədi ilə həyata keçirilən fəaliyyətdir. - 5-ci maddəsinə əsasən inzibati nəzarət icraatının başlanması üçün əsaslar aşağıdakılardır: 5.0.1. bu Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş aktlar bu Qanunun 1-ci maddəsində göstərilən normativ hüquqi aktlara zidd olduqda; 5.0.2. hüquqlarına və ya qanuni mənafelərinə bələdiyyə tərəfindən zərər vurulduğunu iddia edən fiziki və ya hüquqi şəxsin, yaxud dövlət orqanının (qurumunun) müraciəti daxil olduqda. - 6-cı maddəsinə əsasən bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş əsas üzrə inzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə bələdiyyələr qəbul etdikləri aşağıdakı aktların bir surətini həmin aktların qəbul edildiyi andan 5 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər: 6.1.2. dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin istifadəsi barədə aktlar; 6.1.3. bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktlar; 6.1.4. yerli vergilərin və ödənişlərin tətbiqi barədə aktlar; 6.1.5. yerli rəy sorğusunun nəticələrini əks etdirən qərarlar. 6.1.6. bələdiyyələr üçün xərclər və maliyyə öhdəlikləri doğuran aktlar. 6.1.7. bələdiyyələrin birləşməsi və ayrılması ilə bağlı keçirilmiş yığıncağın (yığıncaqların) nəticələrinin rəsmiləşdirilməsinə dair qərarlar. 6.1.8. qanunçuluq prinsiplərinə riayət olunmasının təmin edilməsi ilə bağlı bələdiyyənin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın təklif və tövsiyələrinin bələdiyyələrin iclaslarında müzakirəsi barədə qərarlar. - 8.1-ci maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqan daxil olmuş müraciətə baxarkən həmin müraciətdə göstərilmiş və mübahisə doğuran bələdiyyə aktının, habelə əlavə sənədlərin və ya məlumatların ona göndərilməsi barədə müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə bu sənədləri və ya məlumatları həmin sorğunu aldığı andan 5 iş günü ərzində inzibati nəzarəti həyata keçirən orqana təqdim etməlidir. - 8.2-ci maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqan inzibati nəzarət icraatı zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv öyrənilməsi üçün yerində araşdırma aparmaq və bələdiyyələrin vəzifəli şəxslərindən, bələdiyyə qulluqçularından və digər aidiyyəti şəxslərdən bununla bağlı yazılı şəkildə məlumatlar, arayışlar almaq hüququna malikdir. Bu cür araşdırmalar aparılmasına bələdiyyələr tərəfindən maneə törədilməməlidir. İstinad olunan qanunvericilik normalarının tələblərinə görə inzibati nəzarəti həyata keçirən orqan daxil olmuş müraciətə baxarkən müvafiq sənədlərin və ya məlumatların ona göndərilməsi barədə bələdiyyəyə müraciət edir və bələdiyyə bu sənədləri və ya məlumatları həmin sorğunu aldığı andan 5 iş günü ərzində həmin orqana təqdim etməlidir. İşin faktiki hallarından da göründüyü kimi, bələdiyyə qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələblərini pozaraq iddiaçının müvafiq tövsiyə məktublarını almasına baxmayaraq tövsiyə məktublarında qeyd olunan mövzuları müzakirə etməmiş və sənədləri təqdim etməmişdir. Odur ki, bələdiyyənin həmin sənədləri təqdim etməməsi qanunvericiliyin qeyd olunan tələblərinə ziddir. Beləliklə işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Bərdə Regional Ədliyyə İdarəsinin xx.xx.2023-cü il tarixli 3-16- 22/13-137/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-16-22/13-149/2023 nömrəli, xx.xx.2023cü il tarixli 3-16-22/13-181/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-16-22/13-247/2023 nömrəli, xx.xx.2023-cü tarixli 3-16-22/13-291/2023 nömrəli və xx.xx.2024-cü il tarixli 3-16- 22/13-103/2024 nömrəli tövsiyə məktublarının müzakirə edilməsi öhdəliyi Tərtər rayonu X2 üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.8-ci maddəsinə əsasən bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Bərdə Regional Ədliyyə İdarəsinin xx.xx.2023-cü il tarixli 3-16-22/13-137/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-16-22/13-149/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-16- 22/13-181/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-16-22/13-247/2023 nömrəli, xx.xx.2023cü tarixli 3-16-22/13-291/2023 nömrəli və xx.xx.2024-cü il tarixli 3-16-22/13-103/2024 nömrəli tövsiyə məktublarının müzakirə edilməsi öhdəliyi Tərtər rayonu X2 üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-921/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-921/2025
18.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver