Məhkəmə qərarları › İş №2-1(118)-534/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-534/2021

26.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-534/2021 26.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X6 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinə qarşı cavabdeh inzibati orqanın “X9” Markalı, 2007-ci il buraxılışlı E452KM799 dövlət nömrə nişanlı minik nəqliyyat vasitəsinin ölkəyə gətirilməsi zamanı yol vergisinin yük nəqliyyat vasitəsi kimi hesablanması barədə hərəkətlərinin qanunsuz hesab edilməsi və yol vergisinin artıq ödənilmiş 1360 ABŞ dolları məbləğinin, 150 manat cərimə və 72,8 manat məbləğində gömrük yığımının geri qaytarılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “X9” Markalı, 2007-ci il buraxılışlı E452KM799 dövlət nömrə nişanlı minik nəqliyyat vasitəsinin ölkəyə gətirilməsi zamanı yol vergisinin yük nəqliyyat vasitəsi kimi hesablanması barədə hərəkətləri qanunsuz hesab edilməsi və yol vergisinin artıq ödənilmiş 1360 ABŞ dolları məbləğinin, 150 manat cərimə və 72,8 manat məbləğində gömrük yığımının geri qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 16.10.2020-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsinə əsasən cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əsl cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsi ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 16.10.2020-ci il tarixli 2(112)-6609/2020 saylı qərardadı ilə işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şifahi məhkəmə baxışında İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, 18.01.2020-ci il tarixdə Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postundan keçməklə müvəqqəti qaydada etibarnamə ilə idarə etdiyi “X9” markalı, 2007-ci il buraxılışlı, E452KM799 dövlət nömrə nişanlı minik nəqliyyat vasitəsini ölkəyə gətirmiş və ölkə ərazisində qalmaq üçün 90 gün vaxt götürərək bunun müqabilində ödənilməli olan 40 ABŞ dolları əvəzinə ondan 400 ABŞ dolları yol vergisi alınmışdır. Avtomobilin texniki şəhadətnaməsindən və gömrük orqanı tərəfindən verilən vəsiqədən görünür ki, onun ölkəyə gətirdiyi avtomobil minik avtomobilidir. Vergilər Məcəlləsinin 211.1.1.1-ci maddəsinə əsasən minik avtomobilləri üçün mühərriklərinin həcmindən və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılı olaraq 3 aya qədər 40 ABŞ dolları məbləğində yol vergisi ödənilir. O, 3 ay tamam olduğu vaxta 1 gün qalmış, yəni 17.04.2020-ci il tarixdə avtomobili ölkə ərazisindən çıxrarmağa cəhd etmişdir. Lakin məlum “COVİD-19” pandemiyasına görə “Samur” gömrük postu fəaliyyət göstərmədiyinə o, nəqliyyat vasitəsini ölkədən çıxara bilməmişdir. Onu həmin gğmrük postundan Xocasəndə yerləşən posta göndərmişlər, o, orada 1 gün gecikməyə görə 150 manat cərimə ödəməli olmuşdur. 30.07.2020-ci il tarixdə isə nəqliyyat vasitəsini ölkə ərazisindən çıxaran zaman “COVİD-19” pandemiyasına görə gömrük postlarının bağlı olması səbəbindən 3 aydan çox avtomobil ölkə ərazisində qaldığına görə 1000 ABŞ dolları onun depozit kimi qoyduğu 4000 ABŞ dollarından çıxılmışdır. Halbuki, Vergilər Məcəlləsinin 211-ci maddəsinə əsasən ödənilməli olan yol vergisinin ümumi miqdarı 80 ABŞ dolları təşkil etiyi halda ondan 1000 ABŞ dolları məbləğində yol vergisi alınmışdır. İddiaçı 1400 ABŞ dolları məbləğində yol vergisinin alınmasını qanunsuz və əsassız hesab edərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş edir. Sonradan ona məlum olmuşdur ki, onun gətirdiyi “X10” markalı, 2007-ci il buraxılışlı, E452KM799 dövlət nömrə nişanlı minik nəqliyyat vasitəsi gömrük orqanı tərəfindən düzgün olmayaraq yük nəqliyyat vasitəsi kimi rəsmiləşdirilmiş və ondan yük nəqliyyat vasitəsinə uyğun gömrük rüsumu alınmışdır. Halbuki, onun avtomobili yük deyil, minik avtomobili olmuşdur. Avtomobil onun istəyinə görə deyil, Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına uyğun olaraq gömrük postları bağlı olduğu üçün 3 aydan artıq müddətdə ölkə ərazisində qalmışdır. Bundan başqa Rusiya və Azərbaycan hökumət başçılarının qarşılıqlı razılığına əsasən, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərlərinin 2020-ci il 18 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilmişdir. Belə olan halda iddiaçıdan yol vergisinin tələb edilməsi qanunsuz və əsassızdır. Bundan başqa, qanunsuz olaraq ondan 72.8 manat məbləğində gömrük yığımı alınmışdır. Ödənilmiş yol vergisinin düzgün hesablanmadığı və artıq ödənilmiş məbləğin geri qaytarılması barədə onun tərəfindən Gömrük Komitəsinə müraciət edilmiş, Komitənin 17 avqust 2020-ci il tarixli məktubu ilə ona qanunsuz olaraq imtina edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştiraknı təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı iddia ərizəsinə etirazda bildirmişdir ki, iddiaçı iddia ərizəsində ərizəsinə əlavə etdiyi avtomobilin texniki şəhadətnaməsində həmin nəqliyyat vasitəsinin minik nəqliyyat vasitəsi kimi qeydiyyata alındığını qeyd etsə də, iddiaçının gömrük orqanına təqdim etdiyi avtomobilin texniki şəhadətnaməsindən çıxarışda həmin nəqliyyat vasitəsinin yük nəqliyyat vasitəsi olduğu aydın görünür. Eləcə də idarə tərəfindən gömrük orqanlarının avtomobil qeydiyyatının aparıldığı X2 Sistemində (VAİS) də həmin nəqliyyat vasitəsi gömrük orqanları tərəfindən yük nəqliyyat vasitəsi kimi qeydiyyata alınmış və nəqliyyat vasitəsinin müvəqqəti gətirilməsi ilə bağlı vəsiqə verilməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məbləğdə gömrük yığımı alınmışdır. İddiaçı etibarnamə əsasında idarə etdiyi “X9” markalı, 2007-ci il buraxılışlı, E452KM799 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsini 18.01.2020-ci il tarixdə Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postundan keçirməklə müvəqqəti qaydada Azərbaycan Respublikasının gömrük ərazisinə gətirmiş, həmin yük nəqliyyat vasitəsinin geri qaytarılması üçün 90 gün öhdəlik götürərək, bunun müqabilində ödənilməli olan 400 ABŞ dolları məbləğində yol vergisini ödəmişdir. Lakin iddiaçı həmin öhdəliyi göstərilən müddət ərzində yerinə yetirməmiş, 30.07.2020-ci il tarixdə qeyd olunan nəqliyyat vasitəsi ilə ölkə ərazisini tərk etdiyi zaman, yük nəqliyyat vasitəsi 3 aydan çox, lakin 1 ildən artıq olmayan müddətdə ölkə ərazisində olduğu üçün ödənilməli olan yol vergisinin ümumi məbləği 1400 ABŞ dolları təşkil etlmiş, həmin məbləğin 400 ABŞ dolları məbləğində olan hissəsi həmin nəqliyyat vasitəsinin ölkə ərazisinə girişi zamanı ödənildiyi nəzərə alınmış və əlavə olaraq İddiaçı 1000 ABŞ dolları alınmışdır. İş materiallarında olan : -Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən verilmiş 651071 seriyalı 18.01.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 3900 ABŞ dolları məbləğində depozit qoyulmuşdur. - 29.04.2020-ci il tarixli mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən 72,8 manat məbləğində gömrük rüsumu və 150 manat cərimə ödənilmişdir. -30.07.2020-ci il tarili qəbzdən görünür ki, İddiaçı tərəfindən 1700 manat məbləğində pul vəsaiti Dövlət Gömrük Komitəsinin hesabına ödənilmişdir. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş mal və nəqliyyat vasitələrini Azərbaycan Respublikasının sərhədlərindən keçirən şəxslərin xəbərdar edilmələrinə dair 18.01.2020-ci il tarixli bildirişdən görünür ki, “X9” markalı, 2007-ci il buraxılışlı, E452KM799 dövlət nömrə nişanlı minik nəqliyyat vasitəsi üçün nəqliyyat vasitəsinin sahibinə ölkədən son çıxma tarixi kimi 17.05.2020-ci il tarix göstərilməklə bildiriş verilmişdir. Həmin sənəddə nəqliyyat vasitəsi üçün depozitə 3900 ABŞ dolları qoyulduğu qeyd edilmişdir. -Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin VAİS sistemindən çıxarışdan görünür ki, “X9” markalı, 2007-ci il buraxılışlı, E452KM799 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin ölkədə qalma müddətinə görə İddiaçı 400 ABŞ dolları yol vergisi hesablanmışdır. -qeydiyyat barədə şəhadətnamə (texniki pasportfan) görünür ki, X3 məxsus “X9” markalı, 2007-ci il buraxılışlı, E452KM799 dövlət nömrə nişanlı minik nəqliyyat vasitəsinin növü “yük furqonu” kimi qeyd edilmişdir. -notariat qaytdasında təsdiq edilmiş etibarnamədən görünür ki, X1 Grand Starex” markalı, 2007-ci il buraxılışlı, E452KM799 dövlət nömrə nişanlı minik nəqliyyat vasitəsindən istifadə etmək, inun üzərində sərəncam vermək və s.hüquqularını İddiaçı həvalə etmişdir. -Azərbaycan Respublikasına gətirilən nəqliyyat vasitəsi üçün 666424 saylı vəsiqədən görünür ki, İddiaçı tərəfindən gətirilən “X9” markalı nəqliyyat vasitəsinin növü “minik avtomobili” kimi qeyd edilmişdir . -Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazisi Baş Gömrük İdarəsi tərəfindən İddiaçı Tofiq oğluna ünvanlanmış 17.08.2020-ci il tarixli məktubdan görünür ki, iddiaçının 18.01.2020-ci il tarixdə Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postundan keçməklə müvəqqəti qaydada Azərbaycan Respubiikasının gömrük ərazisinə etibarnamə ilə idarə etdiyi “ X9” markalı, 2007-ci il buraxılışlı – E45KM799 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsini gətirmiş və yük nəqliyyat vastəsi ilə ölkə ərazisində qalmaq üçün 90 (doxsan) gün vaxt götürərək bunun müqabilində ödənilməli olan 400 ABŞ dolları məbləğində yol vergisi məbləği ödəmişdir.30.07.2020-ci il tarixdə qeyd olunan yük nəqliyyat vasitəsi ilə “Samur gömrük postundan keçməklə ölkə ərazisini tərk etdiyi zaman, yük nəqliyyat vasitəsi 3 aydan çox, lakin 1 ildən artıq olmayan müddətə ölkə ərazisində qaldığı üçün, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 211 -ci maddəsinə əsasən, ödənilməli olan yol vergisinin ümumi miqdarı 1400 ABŞ dolları təşkil etmişdir. İddiaçı həmin məbləğin 400 ABŞ dolları məbləğində olan hissəsini “X9” markalı, 2007-ci il buraxılışlı E-52KM799 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsini ölkə ərazisinə gətirdiyi zaman ödədiyi nəzərə alınmış və qalan 1000 ABŞ dolları məbləğində yol vergisinin ödənilməsinə cəlb olunmuşdur. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 209-cu maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisinə daxil olan və həmin ərazidən sərnişin və yük daşınması üçün istifadə edən avtonəqliyyat vasitələrinin sahibləri olan qeyri-rezident şəxslər, habelə Azərbaycan Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı və ya idxalı ilə məşğul olan şəxslər yol vergisinin ödəyiciləridir. Həmin Məcəllənin 210-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazisinə daxil olan və Azərbaycan Respublikasının ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı olan xarici dövlətlərin avtonəqliyyat vasitələri, habelə Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal edilən avtomobil benzini, dizel yanacağı və maye qaz yol vergisinin vergitutma obyektidir. Vergi Məcəlləsinin 211.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin növündən, mühərriklərinin həcmindən, Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən oturacaqlarının sayından, oxların sayından və avtonəqliyyat vasitəsinin yüklə birlikdə ümumi çəkisindən, Azərbaycan Respublikası ərazisində qət edilən məsafədən, təhlükəli yüklərin daşınmasından asılı olaraq Azərbaycan Respublikasının ərazisinə daxil olan və Azərbaycan Respublikasının ərazisini tərk edən xarici dövlətlərin avtonəqliyyat vasitələrindən, habelə Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi aşağıdakı dərəcələrlə hesablanır: Azərbaycan Respublikasının ərazisinə daxil olan və bu Məcəllənin 211.1.1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı hallarda xarici dövlətlərin avtomobil nəqliyyatı vasitələrindən (211.1.1) : -4 oxa qədər yük nəqliyyat vasitəsinin ölkə ərazisində qaldığı müddət 1 ilə qədər təşkil etdikdə 1400 ABŞ dolları məbləğində (211.1.1.3) Göstərilən Məcəllənin 211.1.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisinə daxil olan və bəyan edilmiş müddətdən artıq ölkə ərazisində qalan xarici dövlətlərin avtonəqliyyat vasitələri üçün Azərbaycan Respublikasının ərazisini tərk edən zaman ölkə ərazisində artıq qaldığı müddətdən asılı olaraq ödənilməli olan yol vergisinin yekun məbləği bu Məcəllənin 211.1.1.1-ci, 211.1.1.2-ci və 211.1.1.3-cü maddələrinə uyğun olaraq hesablanmış yol vergisinin məbləğindən ölkə ərazisinə daxil olarkən ödənilmiş yol vergisinin məbləği çıxılmaqla hesablanır. Həmin Məcəllənin 212.1-ci maddəsinə görə bu Məcəllənin 211.1.1-ci maddəsində nəzərdə tutulmuş yol vergisi xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan zaman gömrük sərhəd buraxılış məntəqələrində və ya gömrük rəsmiləşdirilməsi yerlərində, Azərbaycan Respublikasının gömrük ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı hallarda isə gömrük sərhəd buraxılış məntəqələrində gömrük orqanları tərəfindən tutulur və 1 (bir) bank günü ərzində dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Maliiyyə Nazirliyinin 001 saylı, 05 yanvar 2001-ci il tarixli Əmri ilə təsdiq edilmiş “Xarici dövlətlərin avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikası ərazisinə daxil olması və bu ərazidən sərnişin və yük daşınması üçün istifadə etməsinə görə yol vergilərinin hesablanıb tutulması haqqında” Təlimatdan görünür ki, Azərbaycan Respublikası ərazisinə daxil olan və həmin ərazidən sərnişin və yük daşınması üçün istifadə edən xarici dövlətlərin avtonəqliyyat vasitələrinin sahiblərindən Azərbaycan Respublikasının avtomobil yollarından istifadəyə görə yol vergisinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin XV fəslinə uyğun olaraq hesablanması və tutulması bu Təlimatla tənzimlənir. Həmin Təlimatın 1.3-cü bəndinə görə yol vergisi dövlətlərin avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan zaman Azərbaycan Respublikasının sərhəd gömrük orqanlarının Yol Vergiləri şöbələri (bölmələri) tərəfindən hesablanıb tutulur və bir bank günü ərzində dövlət büdcəsinə köçürülür. Təlimatın 2.1-ci bəndinə görə xarici dövlətlərin Azərbaycan Respublikasının ərazisinə daxil olan avtonəqliyyat vasitələrindən yol vergiləri nəqliyyat vasitəsinin növündən, o cümlədən sərnişin avtomobilləri (avtobuslar) üçün oturacaqların sayından , yük maşınları üçün yük götürmə qabiliyyətindən, yüklə bildikdə ümumi çəkisindən, oxa düşən ağırlıqdan, Azərbaycan Respublikasının ərazisində qət edilən məsafədən və yüklərin təhlükəlilik dərəcəsindən asılı olaraq hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 26 aprel tarixli 168 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük yığımlarının məbləğləri” haqqında Sənədin 2.6.1-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən, o cümlədən müvəqqəti gətirilən yük və minik avtomobilləri, mikroavtobus və avtobusların qeydə alınması üçün vəsiqə verilməsinə görə 30 manat məbləğində gömrük yığımı alınır. İş materiallarına əlavə edilmiş 18.01.2020-ci il tarixli qəbxdən görünür ki, İddiaçı tərəfindən 30 manat gömrük yığımı ödənilmişdir. Yuxarıda göstərilən Sənədin 2.1-ci bəndinə görə malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi (tranzit xüsusi gömrük proseduru istisna olmaqla) və bu prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətlərə, həmçinin fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsi zamanı gömrük borcu yarandığı halda həmin malların rəsmiləşdirilməsinə və yük (karqo) manifesti vasitəsilə Azərbaycan Respublikasının ərazisində hava gəmilərinin konstruksiyası ilə müəyyən edilmiş tutumlarına doldurulan və heyət üzvlərinin, xidmətedici heyətin, sərnişinlərin istifadəsi və hava gəmisinin istismarı üçün ehtiyatlar hesab olunan malların gömrük rəsmiləşdirilməsinə görə aşağıdakı məbləğdə gömrük yığımları alınır: ..... 2.1.2. gömrük dəyəri 1 000 manatdan yuxarı və 10 000 manatadək olduqda 60 manat. İş materiallarına əlavə edilmiş 29.04.200-ci il tarixli mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən 60 manat gömrük yığımı, 10,8 manat məbləğində ƏDV və 2 manat komissiya haqqı, cəmi 72,80 manat ödənilmişdir. Beləliklə, məhkəmə araşdırmaı zamanı müəyyən edildi ki, İddiaçı 18.01.2020-ci il tarixdə “Samur" gömrük postundan keçməklə “X9” markalı, E452KM799 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini müvəqqəti qaydada 90 gün müddətinə - 17.04.2020-ci il tarixədək Azərbaycan Respublikası ərazisinə gətirmişdir. Gömrük postunda nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində nəqliyyat vasitəsinin növü qrafasında “yük furqonu” olduğu qeyd edilmişdir. Bununla da, nəqiliyyat vasitəsi yük nəqliyyat vasitəsi, oxlarının sayı, ölkədə qalma müddəti nəzərə almaqla Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 211.1.1.3-cü maddəsinə əsasən 400 ABŞ dolları məbləğində yol vergisi hesablanmışdır. İddiaçı 29.04.2020-ci il tarixdə X11 Baş Gömrük İdarəsinə müraciət edərək, ölkədə qalma müdddətini pozduğu üçün, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə 150 manat məbləğində inzibati tənbeh növündə cərimə edilmiş və nəqliyyat vasitəsinin ölkədə qalma müddətini 17.05.2020-ci il tarixədək artırılmışdır. Bundan sonra İddiaçı nəqliyyat vasitəsi ilə 30.07.2020-ci il tarixdə “Samur” gömrük postundan keçməklə Rusiya Federasiyasına gedən zaman, nəqliyyat vasitəsi üçün, yük nəqliyyat vasitəsi, oxlarının sayı və ölkədə qalma müddəti nəzərə alınmaqla Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 211.1.1.3-cü maddəsinə əsasən, 1400 ABŞ dolları məbləğində yol vergisi hesablanmışdır. Qeyd olunan yol vergisi məbləğinin 400 ABŞ dolları əvvəlcədən ödənildiyi üçün geri qalan 1000 ABŞ doları (1700 manat) məbləğində vəsait İddiaçı tərəfindən ödənilmiş və nəqliyyat vasitəsi ölkə ərazisini tərk etmişdir. Məhkəmə hesab edir ki, qeydiyyat şəhadətnaməsindən də göründüyü kimi sözügedən nəqliyyat vasitəsi yük nəqliyyat vaistələrinə aid edildiyindən yol vergisi, cərimə və gömrük yığımı müvafiq olaraq düzgün hesablanaraq iddiaçıdan tutulmuşdur. Məhkəmə iddiaçının nəqliyyat vasitəsi gətirilərkən gömrük orqanı əməkdaşları tərəfindən tərtib edilən vəsiqədə nəqliyyat vasitəsinin “minik” kimi göstərilməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, həmin vəsiqə yol vergisinin və digər ödənişlərin hesablanması üçün əsas sənəd deyildir, göstərilən nöqsan formal xarakterlidir və iddianın təmin edilməsi üçün mötəbər sübut hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazisi Baş Gömrük İdarəsinə qarşı iddiaçının Dövlət Gömrük komitəsinin “X8” Markalı, 2007-ci il buraxılışlı E452KM799 dövlət nömrə nişanlı minik nəqliyyat vasitəsinin ölkəyə gətirilməsi zamanı yol vergisinin yük nəqliyyat vasitəsi kimi hesablanması barədə hərəkətlərinin qanunsuz hesab edilməsi və yol vergisinin artıq ödənilmiş 1360 ABŞ dolları məbləğinin, 150 manat cərimə məbləğinin və 72,8 manat məbləğində gömrük yığımının geri qaytarılması tələbinə dair iddiası təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar