Məhkəmə qərarları › İş №2-1(120)-2440/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2440/2024

19.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2440/2024 19.11.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinə qarşı “X18 “şəhid statusu verilməsi haqqında arayışın verilməsi öhdəlyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətnin Füzuli rayon şöbəsinə qarşı “X18 “şəhid statusu verilməsi haqqında arayışın verilməsi öhdəlyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, oğlu, xx.xx.1998-ci il təvəllüdlü X20 hərbi hissədən hərbi hospitala göndərilərkən hərbi hissəyə məxsus hərbi tibb avtomobilin qəzaya uğraması nəticəsində həlak olmuşdur. Elmir xx.xx.2016-xx.xx.2017-ci il tarixlərdə DİN Daxili Qoşunları sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. Uşaqlıqdan peşəkar hərbçi olub vətən keşiyində dayanmaq arzusunda olduğu üçün öz arzusu ilə Dövlət Sərhəd Xidmətinə xidmətə qəbul edilərək DSX X12 N saylı hərbi hissəsində baş çavuş rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olmuşdur. 12-13 sentyabr 2022-ci il tarixdə Ermənistan Respublikası silahlı qüvvələrinin genişmiqyasli təxribatın qarşısını alarkən baş vermiş şiddətli döyüşlər zamanı Elmir Abasovun səhhətində ciddi problemlər yaranmışdır. Hərbi hissənin tibb məntəqəsində aldığı müalicə müsbət nəticə vermədiyi üçün hərbi hospitala göndərilməsi qərara alınmış və xx.xx.2022-ci il tarixdə hospitala gedərkən qəza nəticəsində həlak olmuşdur. Övladının şəhid kimi uçota götürülməsi və ailələrinə şəhid ailəsi statusu haqqında arayışın verilməsi üçün AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinə ünvanladığı müraciətə mənfi cavab verilmişdir. İmtinanın əsası kimi övladının döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı yox, avtomobil qəzasına uğraması nəticəsində həlak olması göstərilmişdir. Halbuki, oğlunun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etməsi, həlak olduğu vaxt döyüş şəraitində olan hərbi hissədə xidmətdə olması, 12-13 sentyabr 2022-ci il tarixdə Ermənistan Respublikası silahlı qüvvələrinin genişmiqyasli təxribatın qarşısını alarkən baş vermiş şiddətli döyüşlər zamanı səhhətində ciddi problemlərin yaranması və bununla əlaqədar hospitala gedərkən qəza nəticəsində həlak olması ilə birbaşa əlaqəlidir. Buna görə də imtinanı qanunsuz və ədalətsiz hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlər haqqında” xx.xx.1993-cü il tarixli Qanunun 1-ci maddəsinə görə, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunveriliciliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. AR Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlərin tətbiqi qaydalarının 1.2.6-cı bəndinə görə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab olunurlar. Qanunun tələbindən və işin faktiki hallarından da görsənir ki, baş çavuş X13 həlak olması ilə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyünün qorunması arasında birbaşa səbəbli əlaqə olmuşdur. Maddi hüquq normalarında “həlak olma” anlayışının düzgün təfsir edilməsi üçün həmin anlayışa qanunun aliliyinin əsas elementlərindən biri olan hüquqi müəyyənlik prinsipi ilə digər kriteriyalarla yanaşı ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Buna görə də hesab edir ki, X18 şəhid statusu verilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq və müvafiq qanun nomıalannı rəhbər tutaraq məhkəmədən, X18 “şəhid*' statusu verilməsi haqqında arayışın verilməsi vəzifəsini cavabdeh AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. İddiaçı, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətnin Füzuli rayon şöbəsinə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. Həmçinin iddiaçının nümayəndəsi-vəkili məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Füzuli rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Füzuli rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin qismən əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AA ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1969-cu il tarixdə anadan olmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli, AZ-İİ 318531 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X20 xx.xx.2022-ci il tarixdə travmatik ikincili və ya residivləşən qanaxma nəticəsində vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon Şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-43-19/2-1443/23 nömrəli məktubunda qeyd edilmişdir ki, sizin xx.xx.2023-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinə daxil olmuş ərizənizə yenidən baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.5-ci və 1.2.6cı yarımbəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş, habelə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Bu Qaydanın 4.1-ci bəndinə əsasən, şəxsin şəhid hesab edilməsi üçün ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Belə ki, N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli 193 nömrəli məktubuna əsasən, E.S.Abasov sərhəd döyüş məntəqəsində döyüş tapşırığını yerinə yetirən hərbi hissədə 12-13 sentyabr tarixlərində Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatının qarşısının alınması məqsədi ilə aparılan döyüşlər zamanı səhhətində yaranmış problemlərlə bağlı xx.xx.2022-ci il tarixdə müayinə üçün hərbi hospitala göndərilərkən hərbi tibb avtomobilin qəzaya uğraması nəticəsində həlak olmuşdur. Mərhum E.S.Abasovun ölümü bilavasitə döyüşlər zamanı səhhətində yaranmış problemlərlə əlaqədar olmadığından, onun SHXÇDX-nin Füzuli rayon şöbəsində şəhid kimi uçotunun aparılması və ailəsinə şəhid ailəsi statusu haqqında müvafiq arayışın verilməsi yuxarıda göstərilən qanunvericiliyin tələblərinə uyğun deyil. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, qeyd olunanlar barədə qərarla razılaşmadığınız halda “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 14.0.8-ci maddəsinə əsasən, məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli, 837 nömrəli məktubunda qeyd edilmişdir ki, 1998-ci il təvəllüdlü, mərhum baş çavuş X20 xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək Azərbaycan Respublikası DİN Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. X8 25 10.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Dövlət Sərhəd Xidməti rəisinin sərəncamında, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Dövlət Sərhəd Xidməti, X19, N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət etmiş, Dövlət Sərhəd Xidməti, X19, N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin 27.1.8-ci bəndinə (müalicədə olarkən və müalicə yerinə gedib gələrkən) müvafiq olaraq xx.xx.2022-ci il tarixdən şəxsi heyətin siyahısından çıxarılmış hesab edilmişdir. X8 xx.xx.2022-ci iİ tarixdə müayinə üçün hospitala göndərilərkən hərbi hissəyə məxsus hərbi tibb avtomobilinin qəzaya uğraması nəticəsində həlak olmuşdur. İş materiallarında olan İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinə qarşı Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, mərhum oğlu X18 “Şəhid” statusu verilməsi haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş vardır. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.5-ci və 1.2.6-cı yarımbəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş, habelə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Bu Qaydanın 4.1-ci bəndinə əsasən, şəxsin şəhid hesab edilməsi üçün ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Belə ki, N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli 193 nömrəli məktubuna əsasən, E.S.Abasov sərhəd döyüş məntəqəsində döyüş tapşırığını yerinə yetirən hərbi hissədə 12-13 sentyabr tarixlərində Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatının qarşısının alınması məqsədi ilə aparılan döyüşlər zamanı səhhətində yaranmış problemlərlə bağlı xx.xx.2022-ci il tarixdə müayinə üçün hərbi hospitala göndərilərkən hərbi tibb avtomobilin qəzaya uğraması nəticəsində həlak olmuşdur. Mərhum E.S.Abasovun ölümü bilavasitə döyüşlər zamanı səhhətində yaranmış problemlərlə əlaqədar olmadığından, onun SHXÇDX-nin Füzuli rayon şöbəsində şəhid kimi uçotunun aparılması və ailəsinə şəhid ailəsi statusu haqqında müvafiq arayışın verilməsi yuxarıda göstərilən qanunvericiliyin tələblərinə uyğun deyil. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 154-cü maddəsini rəhbər tutaraq İddiaçı iddia tələbinin təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş olunur. İş materiallarında olan Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin xx.xx.2023-cü il tarixli, 193 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Füzuli rayon Şöbəsindən daxil olmuş sabiq hərbi qulluqçusu baş çavuş X13 hansı şəraitdə həlak olması barəsində məlumatın verilməsinə dair sənədə aidiyyəti üzrə tərəfimizdən baxılmışdır. Məlumat üçün bildiririk ki, sərhəd döyüş məntəqəsində döyüş tapşırığını yerinə yetirən N №-li hərbi hissənin sabiq hərbi qulluqçusu baş çavuş X20 12-13 sentyabr tarixlərində Ermənistan Respublikası Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatın qarşısının alınması məqsədi ilə aparılan döyüşlər zamanı səhətində yaranmış problemlərlə bağlı xx.xx.2022-ci il tarixdə müayinə üçün hərbi hospitala göndərilərkən hərbi hissəyə məxsus hərbi tibb avtomobilinin qəzaya uğraması nəticəsində həlak olmuşdur. Baş çavuş X20 “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 27.1.8-ci yarımbəndinə (müalicədə olarkən və ya müalicə yerinə gedib-gələrkən) müvafiq olaraq X12 Komandanının xx.xx.2022-ci il tarixli 418ş/h nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarılmışdır. Əlavə olaraq bildiririk ki, baş çavuş X13 döyüş əməliyyatları zamanı yüksək vətənpərvərlik, peşəkarlıq və igidlik nümayiş etdirdiyinə görə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medaiia təltif edilməsi üçün DSX rəhbərliyi qarşısında vəsatət qaldırılmışdır. İş materiallarında olan Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin xx.xx.2024-cü il tarixli, 3-38/2-6-766/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin müddətdən artıq mərhum hərbi qulluqçusu X13 hərbi avtomobilin qəzaya uğraması nəticəsində həlak olması faktı üzrə araşdırma işi Cəbrayıl rayon Polis Şöbəsində həyata keçirilmişdir. Odur ki, bütün zəruri sənədlər, ekspert rəyi və qərarlar Polis şöbəsində toplanılmışdır. N nömrəli hərbi hissənin hərbi qulluqçusu X5 barəsində Füzuli Hərbi Məhkəməsi tərəfindən qəbul edilən xx.xx.2023-cü il tarixli 1-1 (97)-179-2023 saylı hökmə əsasən Azərbaycan Respublikası CM-nin 351.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinən və barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla, təyin olunması məcburi olan əlavə cəzanı təyin etməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. X5 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası 09 (doqquz) ay sınaq müddəti ilə şərti hesab edilmişdir. Həmin hökm xx.xx.2023-cü il tarixdə hərbi hissə tərəfindən icraata qəbul edilmiş və hökmün sınaq müddəti xx.xx.2024-cü il tarixdə başa çatmışdır. Bu barədə arayış Füzuli Hərbi Məhkəməsi tərəfindən N nömrəli hərbi hissəyə təqdim edilmişdir. İş materiallarında olan Füzuli Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 64 nömrəli arayışında qeyd edilmişdir ki, X11 ötrü ki, Füzuli hərbi məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1-1 (97)-179-2023 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 351.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törədməkdə təqsirli bilinib, barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla, təyin olunması məcburi olan əlavə cəzanı təyin etməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. X10 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası 09 (doqquz) ay sınaq müddəti ilə şərti hesab edilmişdir. Hökm xx.xx.2023-ci il tarixdə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün məhkumun xidmət yeri olan N saylı hərbi hissəyə göndərilmişdir. Cinayət işinin materialına əlavə edilmiş xx.xx.2024-cü il tarixli nömrəli N saylı hərbi hissənin məktubunda göstərilir ki, X14 barəsində 09 (doqquz) ay şərti olaraq sınaq müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən nəzarətə götürülərək xx.xx.2024-cü il tarixdə başa çatmışdır. xx.xx.2024-cü il tarixdə X1 müddəti başa çatmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.1-ci maddəsində göstərilir ki, şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda məhkumluq ödənilmiş hesab olunur. xx.xx.2024-cü il tarixədək X10 təkrar cinayət törətməsi barədə Füzuli hərbi məhkəməsinə heç bir məlumat daxil olmamışdır. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(112)- 3885/2023 nömrəli nömrəli qərarından görünür ki, iddiaçılar X7 və X3 cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “X4 “Şəhid” statusu verilməsi haqqında arayışın verilməsi” tələbinə dair iş üzrə iddianın təmin edilməsi, X4 “Şəhid” statusu verilməsi haqqında arayışın verilməsi vəzifəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-3485/2023 nömrəli qərarından görünür ki, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(112)-3885/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)- 3885/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçılar X7 və X3 cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “X4 “Şəhid” statusu verilməsi haqqında arayışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)- 3885/2023 saylı qərarı xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini almışdır və icra edilməsi üçün cavabdeh inzibati orqana göndərilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən qərar icra edilmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlər haqqında Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»ndan: 1.1. Şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X2 Xidmətində, X6 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 4.1. Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X2 Xidmətinin, X6 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və X2 Xidməti, X6 Dövlət Agentliyi və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Müdafiə Nazirliyinin zabit və gizir heyətinə münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışların verilməsi, habelə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən digər hərbi qulluqçulara (əsgər, matros və çavuş heyəti) münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışların verilməsi məqsədilə maraqlı şəxs “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə də müraciət edə bilər. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının X6 Dövlət Agentliyi və yerli icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi statusu verildiyi tarixdən 5 (beş) iş günü müddətində bu barədə məlumatı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edirlər. 4.2. Şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1. bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən verilir. Məhkəmə qeyd olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə hesab edir ki, N №-li hərbi hissənin sabiq hərbi qulluqçusu baş çavuş X20 12-13 sentyabr tarixlərində Ermənistan Respublikası Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatın qarşısının alınması məqsədi ilə aparılan döyüşlər zamanı səhətində yaranmış problemlərlə bağlı xx.xx.2022-ci il tarixdə müayinə üçün hərbi hospitala göndərilərkən hərbi hissəyə məxsus hərbi tibb avtomobilinin qəzaya uğraması nəticəsində həlak olması ilə Azərbaycan Respublikası azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında birbaşa səbəbli əlaqə mövcud olması hissəsində araşdırma aparmaq, həmin halın hansı səbəbdən yaranması tam müəyyən etmək inzibati orqanının vəzifələrindən irəli gəlir. Belə olan halda “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlər haqqında Azərbaycan Respublikası xx.xx.1993-cü il tarixli qanunun 1-ci maddəsinin tələbləri baxımından X13 “şəhid” adından məhrum edilməsi qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğranda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailə üzvləri hesab edilir: ər-arvad, valideyin, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar, qardaşlar və bacılar, uşaq evlərində tərbiyyə olunanlar, texniki peşə, orta ixtisas məktəblərində və ali təhsil məktəbllərində təhsil alanlar isə bu məktəbləri bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək, qanunla onları saxlamalı şəxs yoxdursa, babalar və nənələr. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli, 493 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 yanvar 2007-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydalarının 4.1-ci bəndinə görə hərbi qulluqçulara “şəhid” və “şəhid ailəsi” statusu qeydiyyatda olduqları hərbi komissarlıqlar tərəfindən verilir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsində şəhid adının verilməsinin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqələndirilməsi şəhid adına layiq görülmənin mümkün olduğu hadisələrin geniş dairəsini əhatə edir. Eyni zamanda Qaydaların qeyd olunan müddəalarının təhlili göstərir ki, Nazirlər Kabineti şəhid anlayışını həmin Qanunda olduğu kimi təkrarlayaraq, konkret hadisələrdə həlak olmuş və ya itikin düşmüş şəxslərin şəhid hesab olunduğunu müəyyən etmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, sərhəd döyüş məntəqəsində döyüş tapşırığını yerinə yetirən N №-li hərbi hissənin sabiq hərbi qulluqçusu baş çavuş X20 12-13 sentyabr tarixlərində Ermənistan Respublikası Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatın qarşısının alınması məqsədi ilə aparılan döyüşlər zamanı səhətində yaranmış problemlərlə bağlı xx.xx.2022-ci il tarixdə müayinə üçün hərbi hospitala göndərilərkən hərbi hissəyə məxsus hərbi tibb avtomobilinin qəzaya uğraması nəticəsində həlak olmuşdur. Baş çavuş X20 “Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 27.1.8-ci yarımbəndinə (müalicədə olarkən və ya müalicə yerinə gedib-gələrkən) müvafiq olaraq X12 Komandanının xx.xx.2022-ci il tarixli 418ş/h nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarılmışdır. Baş çavuş X13 döyüş əməliyyatları zamanı yüksək vətənpərvərlik, peşəkarlıq və igidlik nümayiş etdirdiyinə görə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif edilməsi üçün DSX rəhbərliyi qarşısında vəsatət qaldırılmışdır. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, İnzibati icraat haqqında” Qanunun: 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. İnzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Cavabdeh inzibati orqan iddiaçının müraciətini natamam araşdırmış, X13 başqa səbəbdən vəfat etməsini hər hansı sübuta əsaslanmadan imtina etmişdir. İş materialları ilə müəyyən olunur ki, sərhəd döyüş məntəqəsində döyüş tapşırığını yerinə yetirən N №-li hərbi hissənin sabiq hərbi qulluqçusu baş çavuş X20 12-13 sentyabr tarixlərində Ermənistan Respublikası Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatın qarşısının alınması məqsədi ilə aparılan döyüşlər zamanı səhətində yaranmış problemlərlə bağlı xx.xx.2022-ci il tarixdə müayinə üçün hərbi hospitala göndərilərkən hərbi hissəyə məxsus hərbi tibb avtomobilinin qəzaya uğraması nəticəsində həlak olmuşdur. Baş çavuş X20 “Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 27.1.8-ci yarımbəndinə (müalicədə olarkən və ya müalicə yerinə gedib-gələrkən) müvafiq olaraq X12 Komandanının xx.xx.2022-ci il tarixli 418ş/h nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarılmışdır. Cavabdeh inzibati orqan tərəfindən aparılmış inzibati icraat zamanı və həmçinin məhkəmə icratı zamanı bu halları təkzib edən hər hansı əsas müəyyən edilməmişdir. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin üzərinə X8nun 12-13 sentyabr tarixlərində Ermənistan Respublikası Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatın qarşısının alınması məqsədi ilə aparılan döyüşlər zamanı səhətində yaranmış problemlərlə bağlı xx.xx.2022-ci il tarixdə müayinə üçün hərbi hospitala göndərilərkən hərbi hissəyə məxsus hərbi tibb avtomobilinin qəzaya uğramasını nəzərə alıb ona “şəhid” statusu haqqında arayışın verilməsi tələbinə dair İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsi üzərinə X8nun 12- 13 sentyabr tarixlərində Ermənistan Respublikası Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatın qarşısının alınması məqsədi ilə aparılan döyüşlər zamanı səhətində yaranmış problemlərlə bağlı xx.xx.2022-ci il tarixdə müayinə üçün hərbi hospitala göndərilərkən hərbi hissəyə məxsus hərbi tibb avtomobilinin qəzaya uğramasını nəzərə alıb ona “şəhid” statusu haqqında arayışın verilməsi tələbinə dair İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan şikayət verilə bilməz. Hakim Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar