Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1059/2026 19.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər Balakən Regional “ASAN Xidmət” mərkəzində NotariatOfisinə və cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Vərəsəlik hüququndan irəli gələn mübahisələr, miras əmlakların irsi transmissiya üzrə onu qəbul etmiş vərəsələr arasında bərabər paylarla bölünməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər Balakən Regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisinə və cavabdeh2 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, mirasın irsi transmissiya üzrə iddiaçılar tərəfindən qəbul etmə faktının müəyyən edilməsi, miras əmlakların irsi transmissiya üzrə onu qəbul etmiş vərəsələr arasında bərabər paylarla bölünməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. ünvan 1ndə yerləşən, ümumi sahəsi 59.1 kv/m, yaşayış sahəsi 46.5 kv/m olan iki otaqlı fərdi yaşayış evi X10 adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır.
2. Balakən rayon Aqrar Islahat Komissiyasının ## ### 1998-ci il tarixli ** nömrəli qərarı ilə X10 və X3 ünvan 1 ərazisindən 0.53 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir.
3. ünvan 1ndə yerləşən 0.1665 ha kənd təsərrüfatı təyinatlı torpaqları cavabdeh2 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
4. ünvan 1ndə yerləşən 0.22 ha kənd təsərrüfatı təyinatlı torpaqları cavabdeh2 və X10 adına ümumi birgə mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
5. ünvan 1ndə yerləşən 0.1444 ha kənd təsərrüfatı təyinatlı torpaqları cavabdeh2 və X10 adına ümumi birgə mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
6. ünvan 1ndə yerləşən 0.22 ha kənd təsərrüfatı təyinatlı torpaqları cavabdeh2 və X10 adına ümumi birgə mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində ##.##.2022-ci il tarixdə 3622016947 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
7. X10 ## ###### 2002-ci il tarixdə ölmüş, X1 ## ######## 1992-ci il tarixdə, X7 isə ##.##.2021-ci il tarixdə ölmüşdür.
8. ##.##.2005-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə göstərilmişdir: -##.##.2002-ci il tarixdə vəfat etmiş-X10 vərəsəsi: ünvan 1ndə yaşayan oğlu cavabdeh2dir. Şəhadətnamə verilən miras əmlak ünvan 1ndə yerləşən, 1967-ci il də tikilən, divar, beton, üstü keramit, yaşayış sahəsi 46.5 kvm, ümumi sahəsi 59.1 kvm, torpaq sahəsi 2500 kvm, 2 otaqlı yaşayış evindən ibarətdir.
9. ## ###### 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə göstərilmişdir: -##.##.2002-ci il tarixdə vəfat etmiş-X10 vərəsəsi: ünvan 3 ünvanında qeydiyyatda olan oğlu-cavabdeh2dir (AZE09621601, ##.##.2012 - Balakən RPŞ, FIN:*******, d/t: ##.##.1973) və o miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin ** saylı Zaqatala Ərazi Idarəsi tərəfindən ##.##.2022 tarixdə X10 verilmiş ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən ünvan 2ndə yerləşən ümumi sahəsi 0.22 ha olan torpaq sahəsinin mərhuma məxsus olan hissəsindən ibarətdir. - Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş ##.##.2022 tarixli qeydiyyat nömrəsi 2215121024DC34401 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 2 ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır.
10. ## ###### 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə göstərilmişdir ki, ##.##.2002-ci il tarixdə vəfat etmiş-X10 vərəsəsi: ünvan 3 ünvanında qeydiyyatda olan oğlu cavabdeh2dir (AZE09621601, ##.##.2012 - Balakən RPŞ, FIN:*******, d/t: ##.##.1973) və o miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak - ƏMDK-nin yanında DƏDRX-nin ** saylı Zaqatala Ərazi Idarəsi tərəfindən ##.##.2022 tarixdə X10 verilmiş ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən ünvan 2ndə yerləşən ümumi sahəsi 0.1665 ha olan torpaq sahəsinin mərhuma məxsus olan hissəsindən ibarətdir. - Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş ##.##.2022 tarixli qeydiyyat nömrəsi 2215121024DC34401 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 2 ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır.
11. ## ###### 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə qeyd edilmişdir ki, ##.##.2002-ci il tarixdə vəfat etmiş-X10 vərəsəsi: ünvan 3 ünvanında qeydiyyatda olan oğlu - cavabdeh2dir (AZE09621601, ##.##.2012 - Balakən RPŞ, FIN:*******, d/t: ##.##.1973) və o miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin ** saylı Zaqatala Ərazi Idarəsi tərəfindən ##.##.2022 tarixdə X10 verilmiş ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən ünvan 2ndə yerləşən ümumi sahəsi 0.1444 ha olan torpaq sahəsinin mərhuma məxsus olan hissəsindən ibarətdir. - Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş ##.##.2022 tarixli qeydiyyat nömrəsi 2215121024DC34401 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 2 ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır.
12. ## ####### 2022-ci il tarixdə iddiaçı2 ## ###### 2002-ci il tarixdə vəfat etmiş X10 miras qalmış əmlaka dair ## ###### 2021-ci il tarixdə vəfat edən X4 vasitəsilə (miras qoyanın oğlu) irsi transmissiya üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq məqsədilə müraciət etmişdir. Məlum olmuşdur ki, Balakən rayon dövlət notariat kontoru tərəfindən ## ###### 2005-ci il tarixdə X10 mirasından almalı olduğu irs tam hissə müəyyənləşdirilməklə oğlu cavabdeh2 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 2500 kv.m olan torpaq sahəsinə və 59.1 kv.m sahədən ibarət fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.Odur ki, mirasın qəbulu ilə əlaqədar, o cümlədən vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və payların yenidən müəyyənləşdirilməsi üçün məhkəməyə müraciət etmək zəruridir.
13. Vəsiyyətnamədə qeyd edilmişdir ki, ünvan 1ndə yaşayan X10 rayonu Şərif kəndində yerləşən 0.75 ha torpaq sahəsi, 1967-ci ildə tikilən, divarı beton, üstü keramitlə örtülmüş mənzilini-evini X5 vəsiyyət etmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
14. Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər Balakən Regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariusu X8 və cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən rayon dövlət notariat kontoru tərəfindən ##.##.2005-ci il tarixdə 2V-*** nömrə ilə cavabdeh2 verilmiş ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 2500 kv.m olan torpaq sahəsinə və 59.1 kv.m sahədən ibarət fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, ## ###### 2002ci il tarixdə vəfat etmiş X10 miras qalmış əmlaklara-ünvan 2ndə yerləşən 0.53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/2 hissəsinə X7 vasitəsilə (miras qoyanın oğlu) irsi transmissiya üzrə iddiaçılar tərəfindən mirasın qəbulu faktının müəyyən edilməsi, irsi transmissiya tətbiq edilməklə miras əmlakları onu qəbul etmiş ## ###### 2021-ci il tarixdə vəfat etmiş mərhum X7 vərəsələri olan iddiaçılar arasında bərabər paylarda vəsiyyət üzrə vərəsəlik qaydasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Iddiaçılar iddiaçı2 və iddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Balakən rayon dövlət notariat kontoru tərəfindən ##.##.2005-ci il tarixdə cavabdeh2 verilmiş ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 2500 kv/m olan torpaq sahəsinə və 59.1 kv.m sahədən ibarət fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, Balakən Regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariusu Gülbahar Ismayılova tərəfindən verilmiş ## ###### 2022-ci il tarixli reyestr nömrəsi 2M-****,2V-****,*V-**** nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və həmin şəhadətnamələr əsasında cavabdeh cavabdeh2 adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi ** saylı Zaqatala Ərazi idarəsi tərəfindən verilmiş ## ###### 2023-cü il tarixli reyestr nömrəsi ************ olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, ## ###### 2002-ci il tarixdə vəfat etmiş X10 miras qalmış əmlaklara-ünvan 1ndə yerləşən 0.53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ½ hissəsinə X5 vasitəsi ilə (miras qoyanın oğlu) irsi transmissiya üzrə iddiaçılar tərəfindən mirasın qəbulu faktının müəyyən edilməsi, irsi transmissiya tətbiq edilməklə miras əmlakları onu qəbul etmiş ## ###### 2021-ci il tarixdə vəfat etmiş mərhum X7 vərəsələri olan iddiaçılar arasında bərabər paylarla vəsiyyət üzrə vərəsəlik qaydasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı2 X7 ilə rəsmi nikahla evlənmişdir. Birgə nikahlarından ## ###### 1985-ci il tarixdə X11 adında uşaqları olmuşdur. Evləndiyi vaxtdan hazıradək ünvan 1ndə X4na məxsus olmuş 0.20 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşamışdır. Yaşadıqları ev qəzalı vəziyyətdə olduğundan sonradan sökülərək yeni ev inşa edilmişdir. X4 ## ###### 2021-ci il tarixdə ölmüşdür. Onun ölümündən sonra ərindən miras qalmış 0.20 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi ilə bağlı vərəsəlik işi açılmış, ##.##.2021-ci il tarixdə sözügedən əmlakların 1/2 hissədə iddiaçı2, 1/2 hissədə isə iddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi 401013046886 olan çıxarış almışdır. Balakən rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli ** saylı qərarı ilə X10 və cavabdeh2 Səid oğluna 0.53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi onlara məxsus olan torpaq sahəsinin arxa tərəfində yerləşir. Eyni zamanda həmin torpaq sahəsinə bitişik də Şərif bələdiyyəsinə məxsus olan 1.50 ha torpaq sahəsi vardır. Həmin torpaq sahələrini həmişə onlar istifadə etmiş və vergilərini ödəmişlər. X10 ##.##.2002-ci ildə ölmüşdür. Onun dəfnini oğlu X7 və o yola salmışlar, onlara məxsus əmlak olan torpaq sahələrini faktiki qəbul edərək mirası idarə etmişlər. Mesed Qıstarova ## ### 2002-ci il tarixdə vəsiyyətnamə qoyaraq ona məxsus olan bütün əmlakını oğlu X7 vəsiyyət etmişdir. ##.##.2021-ci ildə əri Ramazan Qıstarov ölmüş, onun ölümündən sonra həmin təsərrüfatı onun ailə üzvləri idarə etməklə hal-hazırda orada yaşayırlar. X9 vəfat edəndən sonra onların digər övladlarının hər biri təsərrüfatdan ayrılmaqla başqa ünvanlarda yaşayırlar. cavabdeh2 isə anası X10 vəfat etdiyi vaxt Rusiya Federasiyasında olmuş və uzun müddət orada yaşamışdır. ## ####### 2022-ci il tarixdə iddiaçı2 ## ###### 2002-ci il tarixdə vəfat etmiş Mesed Qıstarovadan miras qalmış əmlaka dair ## ###### 2021-ci il tarixdə vəfat edən X4 vasitəsilə (miras qoyanın oğlu) irsi transmissiya üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq məqsədilə X6 Xidmət mərkəzində Notariat Ofisinə müraciət etmişdir. Balakən Regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisi ##.##.2022-ci il tarixli **** saylı arayış təqdim edərək göstərmişdir ki, Balakən rayon dövlət notariat kontoru tərəfindən ## ###### 2005-ci il tarixdə X10 mirasından almalı olduğu irs tam hissə müəyyənləşdirilməklə oğlu cavabdeh2 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 2500 kv.m olan torpaq sahəsinə və 59.1 kv.m sahədən ibarət fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Buna görə də mirasın qəbulu ilə əlaqədar, o cümlədən vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və payların yenidən müəyyənləşdirilməsi üçün məhkəməyə müraciət etmək zəruridir. Notarius miras əmlaka dair vərəsəlik işi açarkən mirası qəbul etmiş vərəsələrin dairəsini müəyyən etməmiş, mirası qəbul etməyən vərəsəyə tam həcmdə miras payı verməklə Mülki Məcəllənin 1243-cü, 1252-ci, 1262ci və 1263-cü, 1273-1-ci maddələrinin tələblərini pozmuş, miras qoyanın oğluna münasibətdə irsi transmissiya üzrə mirası yeganə qəbul etmiş vərəsələr olan iddiaçıları miras payından məhrum etmişdir. Belə ki, qanunvericiliyə görə fiziki şəxs öldükdən sonra onun əmlakı avtomatik olaraq vərəsənin əmlakına daxil olmur. Miras əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. Qeyd etməlidir ki, ## ###### 2002-ci il tarixdə vəfat etmiş X12 miras qalmış əmlaklara vərəsəlik açılarkən notarius qanunvericiliyin yuxarıda qeyd edilən hallarını nəzərə almamış, nə formal üsulla, nə də ki, qeyri-formal üsulla mirası qəbul etməmiş cavabdeh2 mirasdan tam həcmdə pay vermişdir. Ismail Qıstarov isə mərhum X10 öldüyü zaman mirasın qəbulunda, eləcə də mərhumun dəfnində iştirak etməmiş, onlardan qalan hər hansı bir mirası qəbul etməmişdir. Belə ki, cavabdeh2 həmin müddətlərdə ölkə xaricində olmuşdur. 2005-ci ildə ölkəyə gəlmiş və həmin ildə Rusiyaya getmişdir. 2022-ci ildə Rusiyadan qayıtmışdır. Miras əmlaka faktiki sahiblik və idarə etmələri Şərif kənd Inzibati Ərazi Dairəsinin və Şərif Bələdiyyəsinin verdiyi arayışlarla təsdiq olunur. Mirası faktiki qəbul etdiklərinə və mərhuma məxsus torpaq sahələrini istifadə etdiklərinə və onlara məxsus evdə yaşadıqlarına görə vərəsəliklə bağlı notariat kontoruna müraciət etməmişlər. Keçmiş Balakən rayon dövlət notariat kontoru mirası qəbul etmiş vərəsələrin dairəsini müəyyənləşdirməklə miras əmlakı vəsiyyət üzrə vərəsəlik qaydasında bölüşdürməli idi. Belə ki, vərəsələrin dairəsinin müəyyən edilməsi irsi transmissiya ilə bağlı məsələnin həllində mühüm əhəmiyyət kəsb edir. Balakən rayon dövlət notariat kontoru X9dan miras qalmış əmlaklara vərəsəlik işi açarkən və mirası bölüşdürərkən səhvə yol verildiyinə, mərhumdan qalmış mirası qəbul etmiş vərəsələrin vərəsəliyə çağırılmadığına, mirası qəbul etmiş vərəsələrin dairəsi müəyyən edilmədiyinə, miras əmlaka faktiki sahiblik və faktiki idarəçiliyin hansı vərəsəyə məxsus olmağını müəyyən etmədiyinə, vəsiyyət üzrə vərəsəlik qaydasında mirası bölüşdürmədiyinə görə Balakən rayon dövlət notariat kontoru tərəfindən ##.##.2005-ci il tarixdə cavabdeh2 verilmiş ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 2500 kv.m olan torpaq sahəsinə və 59.1 kv.m sahədən ibarət fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilməli, miras əmlakla bağlı irsi transmissiya tətbiq edilməklə miras əmlak onu qəbul etmiş mərhum X7 vərəsələri olan iddiaçılar arasında bərabər paylarda bölünməlidir. X10 öldüyü məqamda ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 2500 kv.m olan torpaq sahəsi və 59.1 kv.m sahədən ibarət fərdi yaşayış evi onun mülkiyyətində olmadığına görə miras kütləsinə daxil edilə bilməzdi, həm də buna görə Balakən rayon dövlət notariat kontoru tərəfindən ##.##.2005-ci il tarixdə cavabdeh2 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilməlidir. Mesed Qıstarovanın öldüyü məqamda ünvan 2 ünvanında yerləşən JN 747 Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən verilmiş 0.53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona məxsus hissəsi onun mülkiyyətində olduğuna görə 0.53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/2 hissəsi üzrə miras əmlak bölüşdürülməlidir.
17. Məhkəmə iclasında cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili vəkil2 iddianı etiraf etməyərək izahatında göstərmişdir ki, X10 qalan miras əmlak X7 tərəfindən qəbul edilməmişdir. Belə olsa idi, həmin əmlaklar mərhum X7 ölümünə qədər, yəni ## ###### 2002-ci il tarixdən-## ###### 2021-ci il tarixə kimi təxmininən 19 il ərzində onun adına rəsmiləşdirilərdi. Iş materiallarından məlum olur ki, X7 mirası qəbul etmək üçün kifayət qədər vaxtı olduğu halda qəbul etməmişdir. Miras qoyan X10 ## ###### 2002-ci il tarixdə vəfatından sonra birinci növbə vərəsələrdən X7 anasından qalmış miras əmlakı nə qəbul etmiş nə də ki, onun qəbulundan imtina etmişdir. Bununla da mərhum X7 qanunvericiliyin tələblərinə uyğun olaraq susmuş vərəsə hesab edilir. Vərəsənin susması mirasdan imtina kimi qiymətləndirilir.Iş üzrə iddiaçıların mövcud iddia tələbini irəli sürməyə subyektiv hüquqları yoxdur. Belə ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras açıldıqdan sonra vəsiyyət üzrə müvafiq vərəsələr vərəsəliyə çağırılırlar. Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir. Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Iddiaçılar X10 irsi transmissiya qaydasında vərəsələri deyildirlər. Anası bütün özünə məxsus əmlakını oğlu X7 yox, cavabdeh2 vəsiyyət etmişdir. Bundan əlavə mərhum X10 məxsus evi mərhum X7 öləndən 1,5 il keçmiş həyat yoldaşı iddiaçı iddiaçı2 dağıtmışdır. Halbuki, cavabdeh2 dəfələrlə mərhum qardaşının sağlığında ona zəng edib tapşırmışdır ki, evi sökübdağıtmaq olmaz, ata yurdudur. cavabdeh2 qardaşına bildirmişdir ki, o, Rusiyadan gələndə həmin evdə yaşamalıdır. cavabdeh2 həmin təsərrüfatdadır və təsərrüfatdan ayrılmamışdır. Onun başqa yaşayış yeri yoxdur. Artıq 5 aydır ki, o, öz ata yurdunda qala bilmir. Iddiaçı ona məxsus olan ata evini dağıdıb, onun qabağında ev tikmişdir. Onu həmin evə buraxmır.Mirasın iddiaçılar tərəfindən qəbul edilməsinə dair iddia ərizəsində göstərilənlər həqiqətə uyğun deyil. cavabdeh2 Seyidoviç anasından miras qalmış əmlaklara Daşınmaz Əmlakın Dövlət Reyestrindən Hüquqların Dövlət Qeydiyyatından çıxarışlar almışdır. O, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 izahatında göstərmişdir ki, atası Səid Qistarov, anası isə Mesed Qıstarovadır. Valideynlərinin Məryəm, Şaban, Ramazan, Həybullah, Sevil və Ismayıl adlı altı uşaqları olmuşlar. Atası Səid ## ### 1998-ci ildə, anası Mesed isə ##.##.2002-ci ildə ölmüşlər. Anası öləndən sonra həmin evdə qardaşı Ramazan və onun arvadı Zenfirə yaşamışlar. X13 ## ###### 2021-ci ildə ölmüşdür. cavabdeh2 Rusiyada olmuşdur.Anası öləndən sonra Ismayıl Rusiyadan gələndə həmin evdə yaşamışdır.O,anasından qalan miras əmlakdakı payından imtina etməsi barədə ərizə ilə notariat ofisinə müraciət etməmişdir. O,öz payını tələb edir.
19. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 izahatında göstərmişdir ki, onlar 2 bacı, 4 qardaş olmuşlar. Qardaşlarından Ramazan ölmuş, digər qardaşları Şaban Qazaxıstanda, Heybullah və Isimayıl isə Rusiya Federasiyasındadırlar. Atasının ölümündən sonra evdə anası Mesed və qardaşı Ismayıl yaşamışlar. Anasının ölümündən sonra həmin evdə Ramazan ailəsi ilə yaşamışdır.O, nə miras əmlakdan pay alması üçün, nə də payından imtina etməsi üçün ərizə ilə notariat ofisinə müraciət etməmişdir
20. Balakən Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsi ilə, iddia tələbi qismən təmin edilərək, Balakən rayon dövlət notariat kontoru tərəfindən cavabdeh cavabdeh2 ## ###### 2002-ci il tarixdə ölmüş X10 miras qalmış ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 2500 kv/m olan torpaq sahəsində 1967-ci ildə inşa olunmuş, divarı beton, üstü kirəmitli, yaşayış sahəsi 46,5 kv/m,ümumi sahəsi 59.1 kv.m sahədən ibarət iki otaqlı fərdi yaşayış evindən tam irs almasına dair ##.##.2005-ci il tarixli, 2V-*** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, onun X10 miras qalmış, ünvan 1 ünvanında yerləşən,0,22 ha torpaq sahəsindəki payından tam irs almasına dair ##.##.2022-ci il tarixli, 2V-**** reyestr nömrəli, 0,1665 ha torpaq sahəsindəki payından tam irs almasına dair ##.##.2022-ci il tarixli, 2V-**** reyestr nömrəli və 0,1444 ha torpaq sahəsindəki payından tam irs almasına dair ##.##.2022-ci il tarixli, 2V-**** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr, ##.##.2022-ci il tarixli, 2V-**** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında 0.1665 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ ilə cavabdeh2 adına qeydə alınmasına dair, reyestr nömrəsi ************ olan ##.##.2023-cü il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın torpaq sahəsinin X10 aid ½ hissəsində ləğv edilməsi; ## ###### 2002-ci il tarixdə ölmüş X10 miras əmlaklarının ünvan 1 ünvanında yerləşən, 1967-ci ildə inşa olunmuş, divarı beton, üstü kirəmitli, yaşayış sahəsi 46,5 kv/m, ümumi sahəsi 59.1 kv.m sahədən ibarət iki otaqlı fərdi yaşayış evinin və ünvan 1 ünvanında yerləşən X10 ilə cavabdeh cavabdeh2 ümumi birgə mülkiyyətlərində olan, 0,1444 ha, 0,22 ha və 0.1665 ha olmaqla, ümumilikdə 0,53 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin mərhuma aid hissəsinin 7/12 hissəsinə X5 miras payı, 1/12 hissəsinə cavabdeh cavabdeh2 məcburi miras payının müəyyən edilməsi, mərhum X5 7/12 hissə payına 7/24 hissədə iddiaçı iddiaçı2 və 7/24 hissədə iddiaçı1 payları müəyyən edilməsi, ## ###### 2002-ci il tarixdə ölmüş X10 miras əmlaklarının-ünvan 1 ünvanında yerləşən,1967-ci ildə inşa olunmuş, divarı beton, üstü kirəmitli, yaşayış sahəsi 46,5 kv/m, ümumi sahəsi 59.1 kv.m sahədən ibarət iki otaqlı fərdi yaşayış evinin və ünvan 1 ünvanında yerləşən X10 ilə cavabdeh cavabdeh2 ümumi birgə mülkiyyətlərində olan, 0,1444 ha, 0,22 ha və 0.1665 ha olmaqla, ümumilikdə 0,53 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin ona aid hissəsinin 1/12 hissəsinə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Çukayeva (Qistarova) Məryəm Səid qızının, 1/12 hissəsinə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Telekova (Qistarova ) Sevil Səid qızının, 1/12 hissəsinə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, 1/12 hissəsinə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 miras paylarının müəyyən olunması qət edilmişdir.
21. Balakən Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-**/**** nömrəli qərardadı ilə, iddiaçıların cavabdehlərə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, mirasın irsi transmissiya üzrə iddiaçılar tərəfindən qəbul etmə faktının müəyyən edilməsi, miras əmlakların irsi transmissiya üzrə onu qəbul etmiş vərəsələr arasında bərabər paylarla bölüşdürülməsi tələbinə dair iş üzrə icraata “mirasın irsi transmissiya üzrə iddiaçılar tərəfindən qəbul etmə faktının müəyyən edilməsi”nə aid hissədə xitam verilmişdir. (hakim Hümbət Səlimov)
22. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, əri və valideynləri öldüyündən miras qoyan X10 birinci növbəli vərəsələri onun uşaqları Çukayeva (Qistarova) Məryəm Səid qızı, Telekova (Qistarova) Sevil Səid qızı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, cavabdeh2 və X7r. Bu vərəsələrdən Ramazan Qistarov ölmüş, digər vərəsələr sağdırlar. Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələri qüvvədən düşmüş hesab edildiyinə və bu Qərarın qüvvəsi, bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edildiyinə, hazırkı mübahisə 2022-ci ildən məhkəmənin icraatında olduğuna və X10 birinci növbəli vərəsələri Çukayeva (Qistarova) Məryəm Səid qızı, Telekova (Qistarova) Sevil Səid qızı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, cavabdeh2 və X7 mirasdan imtina etmələrinə dair notariat ofisinə ərizə vermədiklərindən onlar tərəfindən miras qəbul edilmiş sayılır.
23. Məhkəmə qeyd etmişdir ki, birinci növbəli vərəsələrin hamısı miras qəbul etdiklərindən miras əmlakdan tam irs almasına dair cavabdeh cavabdeh2 adına verilmiş ## ###### 2005-ci il tarixli, 2V-*** reyestr nömrəli, ##.##.2022-ci il tarixli, 2V-**** reyestr nömrəli, ##.##.2022-ci il tarixli, 2V-**** reyestr nömrəli və ##.##.2022-ci il tarixli, 2V-**** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr, habelə ##.##.2022-ci il tarixli, 2V-**** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında 0.1665 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə görə verilmiş reyestr nömrəsi ************ olan ##.##.2023cü il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış qanuni və əsaslı hesab oluna bilməzlər, odur ki, ləğv edilməli, X10 miras qalmış əmlaklar onun birinci növbəli vərəsələri arasında bölünməlidir. Mesed Qistarova bütün əmlakını Ramazan Qistarova vəsiyyət etdiyindən onun miras əmlakdan vəsiyyət üzrə payı, digər vərəsələrin isə məcburi payları müəyyən olunmalıdır. Mesed Qistarovanın 6 nəfər brinci növbəli vərəsəsi olduğundan və MM-in 1193-cü maddəsinə əsasən məcburi pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etdiyindən,vərəsələr Çukayeva (Qistarova) Məryəm Səid qızı, Telekova (Qistarova )Sevil Səid qızı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, cavabdeh2 oğlunun hər birinin miras əmlakda 1/12 hissə, X7 isə 7/12 hissə payları vardır.X7 öldüyündən, iddiaçılar onun vərəsələri olduqlarından və onların hər biri öz paylarını tələb etdiklərindən miras əmlakın X7 aid 7/12 hissəsi iddiaçıların arasında bölünməli, hər birinin 7/24 hissə payları müəyyən edilməlidir.
24. Məhkəmə daha sonra qeyd etmişdir ki, X10 mirasına gəldikdə məhkəmə hesab etmişdir ki, onun mirasına öldüyü məqamadək mülkiyyətində olan ünvan 2 ünvanında 2500 kv.m olan torpaq sahəsində 1967-ci ildə inşa olunmuş, divarı beton, üstü kirəmitli, yaşayış sahəsi 46,5 kv/m, ümumi sahəsi 59.1 kv.m sahədən ibarət iki otaqlı fərdi yaşayış evi və onunla cavabdeh2 ümumi birgə mülkiyyətində olan, ünvan 2ndə yerləşən 0,1444 ha, 0,22 ha və 0.1665 ha olmaqla, ümumilikdə 0,53 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X10 payı daxildir. Sözügedən fərdi yaşayış evinin hazırda sökülmüş olması onun mirasa daxil olmaması üçün əsas ola bilməz. Belə ki, Mülki Məcəllənin 1151.1-ci maddəsinin məzmunundan göründüyü kimi mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Iş materiallarından göründüyü kimi Mesed Qistarovanın mülkiyyətində olmuş iki otaqlı fərdi yaşayış evi o, ölərkən, hətta 2021-ci ilə kimi mövcud olmuşdur. 2021-ci ildə həmin ev hazırkı iddiaçılar tərəfindən sökülmüşdür.
25. Məhkəmə hesab etmişdir ki, sözügedən evin miras əmlaka daxil edilməməsi qanunvericiliyin tələblərinə ziddir və digər vərəsələrin hüquqlarının pozulmasına səbəb olar. Odur ki, vərəsələrin payları mirasa daxil olan ünvan 2 ünvanında 1967-ci ildə inşa olunmuş, divarı beton, üstü kirəmitli, yaşayış sahəsi 46,5 kv/m, ümumi sahəsi 59.1 kv.m sahədən ibarət iki otaqlı fərdi yaşayış evi və Mesed Qistarova ilə cavabdeh2 ümumi birgə mülkiyyətində olan, ünvan 2ndə yerləşən 0,1444 ha, 0,22 ha və 0.1665 ha olmaqla, ümumilikdə 0,53 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki X10 payı üzrə müəyyən olunmalıdır.
26. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1145, 1151.1, 1151.2, 1159.1.1, 1243.2, 1243.3, 1255, 1281-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
27. Iddiaçı iddiaçı1 apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini xahiş etmişdir.
28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ## ###### 2002-ci il tarixdə ölmüş X10 miras əmlaklarının ünvan 1 ünvanında yerləşən, 1967-ci ildə inşa olunmuş, divarı beton, üstü kirəmitli, yaşayış sahəsi 46,5 kv/m, ümumi sahəsi 59.1 kv.m sahədən ibarət iki otaqlı fərdi yaşayış evinə miras paylarının müəyyən edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddianın rədd edilməsini, eyni zamanda qətnamənin mərhum X5 7/12 hissə payına, 7/24 hissədə iddiaçı iddiaçı2 və 7/24 hlssədə iddiaçı1 paylarının müəyyən edilməsi hissəsində ləğv edilməklə miras əmlaklardan mərhum X5 7/12 hissə payına iddiaçılar iddiaçı2 qqızının və iddiaçı1 bərabər paylarının müəyyən edilməsini xahiş etmişdir.
29. Cavabdeh cavabdeh2 qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
30. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mövcud olmayan əmlaka deyil, onun yerində tikilmiş əmlakı vərəsələrar asında bölgüsünü aparmalı idi. Belə ki, mövcud olmayan tikilini nə bölmək olar, nədə ki, ona dair hüquqları reyestrdə qeyda almaq. Həmçinin vərəsələrin müəyyən edilməsi və miras qəbul edilməsi zamanı qüvvədə olan qanun normaları düzgün tətbiq edilməmişdir. Məhkəmə təqdim olunmuş subutlara deyil, mülahizələrə uyğun qərar qəbul etmişdir. Belə ki, iddiaçı mövcud olmayan tikiliyə vərəsəlik hüququnu tanımışdır. Iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
31. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının vəkili Nümayəndə iddiaçı tərəfin verdiyi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdeh tərəfin verdiyi apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmi, əlavə olaraq bildirmişdir ki, mübahisəli ev köhnə tikili olduğundan, eyni zamanda qəzalı vəziyyətdə olduğundan qüsur aktı tərtib edilərək 2021-ci ildə sökülmüş və hal-hazırda mövcud deyildir. Mübahisəli ev 1967-ci ildə inşa edilmiş qüsur aktında isə səhvən 1965-ci il kimi qeyd edilmişdir. Həmin evdən təxminən 10-15 metr aralıda mərhum Ramazan öz hesabına fərdi yaşayış evi inşa etmişdir. Odur ki, həmin ev mövcud olmadığından miras predmetinə daxil ola bilməzdi. Yeni ev isə iddiaçıların hesabına tikildiyindən həmin evdə miras kütləsinə daxil ola bilməz. Miras qoyan 2002-ci il də vəfat etməmişdən əvvəl Ramazana vəsiyyətnamə vermiş və həmin vəsiyyətnamə də hal-hazırda qüvvədədir. Notarius həmin vəsiyyətnamə olduğu halda, onu nəzərə almamışdır. Vəsiyyətnamənin etibarsızılığı barədə iş məhkəmələrdə baxılmış və vəsiyyətnamə etibarsız hesab edilməmişdir. Iddiaçılar arasında pay bərabər bölünməli olduğu halda məhkəmə qətnamədə həmin hissədə səhvə yol vermişdir. Halhazırda yalnız paya görə və evə dair hissədə müahisələndirir. Odur ki, nəzərə alınmasını xahiş etmişdir.
32. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş, cavabdehin vəkili vəkil2 cavabdehin verdiyi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının verdiyi apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh uzun illər Rusiya Federasiyasında yaşamış, lakin gəlib anasına baş çəkmişdir. Anasından miras əmlak olaraq ev və torpaq sahələri qalmışdır. Cavabdehin mərhum qardaşı qeyd edilən evi sökərək təxminən 5-10 metr aralıda yeni ev tikmişdir. Cavabdehin anasını yalnız bir evi olmuş, həmin evdə sökülmüşdür. Məhkəmə mövcud olmayan evdən pay vermişdir, əslində isə yeni tikilən evdən pay verilməli idi. Bundan başqa, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olan digər qardaşları Şaban və Heybullah hal-hazırda sağdırlar. Odur ki, nəzərə alınmasını xahiş etmişdir.
33. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Çukayeva (Qistarova) Məryəm Səid qızı və Telekova (Qistarova) Sevil Səid qızı cavabdeh tərəfin verdiyi apellyasiya şikayətinin təmin edilməsini, iddiaçı tərəfin verdiyi apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişlər, əlavə olaraq bildirmişlər ki, onlar ailə həyatı quraraq mübahisəli evdən getmişlər. Lakin, buna baxmayaraq paylarını tələb edirlər. Mərhum qardaşı qeyd edilən evi sökərək təxminən 10 metr aralıda yeni ev tikmişdir. Bundan başqa, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olan digər qardaşları Şaban və Heybullah halhazırda sağdırlar. Odur ki, nəzərə alınmasını xahiş etmişlər.
34. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qətnaməsi ilə cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iddiaçı iddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Balakən Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsi qismən yəni, ünvan 1 ünvanında yerləşən, 1967-ci ildə inşa olunmuş, divarı beton, üstü kirəmitli, yaşayış sahəsi 46,5 kv.m, ümumi sahəsi 59.1 kv.m sahədən ibarət iki otaqlı fərdi yaşayış evinə miras payların müəyyən edilməsi və mərhum X5 7/12 hissə payına 7/24 hissədə iddiaçı iddiaçı2 və 7/24 hissədə iddiaçı1 paylarının müəyyən edilməsi hissəsində ləğv edilmiş, ləğv edilmiş hissədə yeni qətnamə çıxarılaraq iddia tələbi həmin hissədə qismən təmin edilmiş, ## ###### 2002-ci il tarixdə ölmüş X10 miras əmlaklarından mərhum X5 düşən 7/12 hissə payına iddiaçılar iddiaçı2 və iddiaçı1 hər birinin 1/2 hissədə miras paylarının müəyyən edilməsi, ləğv edilmiş qalan hissədə iddia tələbinin təmin edilməməsi qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Əyyub Kərimov-sədrlik edən və məruzəçi, Elçin Hüseynov və Səadət Səlimova).
35. Məhkəmə kollegiyası ilk öncə qeyd etmişdir ki, iddia tələbinin mahiyyəti, tərəflər arasında mübahisə vərəsəlik və miras əmlak ilə bağlıdır.
36. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini fərdi yaşayış evinin miras kütləsinə daxil edilməsi və iddiaçıların öz aralarında paylarının düzgün müəyyən edilməməsi hissəsində mübahisələndirmişdir.
37. Cavabdeh isə birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin təmin edilməsi hissəsində mübahisələndirmişdir. Ümumiyyətlə cavabdeh tərəf iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
38. Məhkəmə kollegiyası cavabdeh tərəfin apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərkən qeyd etmişdir ki, miras qoyan X10 Səid Şaban oğlu adlı şəxslə evli olmuş, onların birgə nikahlarından Məryəm, Şaban, Ramazan, Həybullah, Sevil və Ismayıl adlı altı uşaqları olmuşlar. Səid Qistarov ## ### 1998-ci ildə ölmüşdür. Mesed Qistarovanın mülkiyyətində ünvan 2 ünvanında yerləşən, 2500 kv.m olan torpaq sahəsində 1967-ci ildə inşa olunmuş, divarı beton, üstü kirəmitli, yaşayış sahəsi 46,5 kv/m, ümumi sahəsi 59.1 kv.m sahədən ibarət iki otaqlı fərdi yaşayış evi və həmin kənddə oğlu - cavabdeh2lə ümumi birgə mülkiyyətlərində olan, 0,1444 ha, 0,22 ha və 0.1665 ha olmaqla, ümumilikdə 0,53 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri olmuşdur. X10 ## ### 2002-ci il tarixli vəsiyyətnamə ilə ünvan 1ndə yerləşən 0.75 ha torpaq sahəsi, 1967-ci ildə tikilən, divarı beton, üstü keramitlə örtülmüş mənzilini - evini X5 vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə cavabdeh2 tərəfindən mübahisələndirilmiş lakin, Balakən Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)**/**** nömrəli qətnaməsi ilə cavabdeh2 “vəsiyyətnamənin etibarsız hesab edilməsinə” dair iddiası təmin edilməmişdir. Həmin qətnamə hal-hazırda qanuni qüvvəsini almışdır. X10 ##.##.2002-ci ildə ölmüş, ondan miras olaraq qeyd edilən əmlaklar, yəni ünvan 2 ünvanında yerləşən, 2500 kv.m olan torpaq sahəsində 1967-ci ildə inşa olunmuş, yaşayış sahəsi 46,5 kv/m, ümumi sahəsi 59.1 kv.m sahədən ibarət iki otaqlı fərdi yaşayış evi və X18 ümumi birgə mülkiyyətlərində olan, 0,1444 ha, 0,22 ha və 0.1665 ha olmaqla, ümumilikdə 0,53 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin ona aid hissəsi miras qalmışdır.
39. Müəyyən edilmişdir ki, cavabdeh cavabdeh2 2005-ci ildə anası X10 miras qalmış əmlaklarla bağlı Balakən Rayon Notariat kontoruna müraciət etmiş, ## ###### 2005-ci il tarixdə cavabdeh2 adına ##.##.2002-ci ildə ölmüş X10 vərəsəsi olaraq ondan miras qalmış, ünvan 2 ünvanında yerləşən, 2500 kv.m olan torpaq sahəsində 1967-ci ildə inşa olunmuş, divarı beton, üstü kirəmitli, yaşayış sahəsi 46,5 kv/m, ümumi sahəsi 59.1 kv.m sahədən ibarət iki otaqlı fərdi yaşayış evindən tam irs almasına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Sözügedən ev 2021-ci ildə iddiaçılar tərəfindən sökülmüş, həmin ünvanda yeni ev inşa olunmuşdur. Cavabdeh cavabdeh2 təkrarən 2022-ci ildə X10 miras qalmış əmlaklarla-0,1444 ha, 0,22 ha və 0.1665 ha olmaqla, ümumilikdə 0,53 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən X10 payına aid hissəsi ilə bağlı Balakən Rayon notariat Ofisinə müraciət etmişdir. X2 0,22 ha torpaq sahəsindəki payından tam irs almasına dair ##.##.2022-ci il tarixli, 2V-**** reyestr nömrəli, 0,1665 ha torpaq sahəsindəki payından tam irs almasına dair ##.##.2022-ci il tarixli, 2V- **** reyestr nömrəli və 0,1444 ha torpaq sahəsindəki payından tam irs almasına dair ##.##.2022-ci il tarixli, 2V-**** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Ismayıl Qistarov ##.##.2022-ci il tarixli, 2V-**** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında 0.1665 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ ilə öz adına qeydə aldırmış, ona bu barədə reyestr nömrəsi ************ olan ##.##.2023-cü il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir.
40. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı iddiaçı2 X7 ilə rəsmi nikah bağlamaqla evlənmişdir. Birgə nikahlarından ## ###### 1985-ci il tarixdə X11 adında uşaqları olmuşdur. X7 ## ###### 2021-ci il tarixdə ölmüşdür. Onun ölümündən sonra ondan miras qalmış əmlakı ilə bağlı vərəsəlik işi açılmış, ##.##.2021-ci il tarixdə sözügedən əmlakların 1/2 hissədə iddiaçı2, 1/2 hissədə isə iddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi 401013046886 olan çıxarış alınmışdır.
41. Məhkəmə kollegiyası cavabdeh tərəfin apellyasiya şikayətinin vərəsələrin dairəsinin düzgün müəyyən edilməməsi, payların düzgün bölünməməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, şikayət həmin hissədə də əsassızdır.
42. Belə ki, yuxarıdada qeyd edildiyi kimi miras qoyan X10 birinci növbəli vərəsələri onun uşaqları - Çukayeva (Qistarova) Məryəm Səid qızı, Telekova (Qistarova) Sevil Səid qızı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, cavabdeh2 və X7r. Həmin vərəsələrdən Ramazan Qistarov ölmüş, digər vərəsələr sağdırlar.
43. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, HYPERLINK "https://e-qanun.az/framework/46944" \h Azərbaycan HYPERLINK "https://eqanun.az/framework/46944" \h Respublikası HYPERLINK "https://e-qanun.az/framework/46944" \h Mülki HYPERLINK "https://e-qanun.az/framework/46944" \h Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.
44. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.
45. Yuxarıda qeyd edilənlər konteksində məhkəmə kollegiyası hesab etmişdir ki, hazırki iş Konstitusiya Məhkəməsinin müvafiq qərarı qəbul edilən zaman birinci instansiya məhkəməsinin icraatında olduğundan və X10 birinci növbəli vərəsələri Çukayeva (Qistarova) Məryəm Səid qızı, Telekova (Qistarova) Sevil Səid qızı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, cavabdeh2 və X7 mirasdan imtina etmələrinə dair notariat ofisinə ərizə vermədiklərindən onlar tərəfindən miras qəbul edilmiş sayılır.
46. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, X10 ## ### 2002-ci il tarixli vəsiyyətnamə ilə ünvan 1ndə yaşayan X10 rayonu Şərif kəndində yerləşən 0.75 ha torpaq sahəsi, 1967-ci ildə tikilən, divarı beton, üstü keramitlə örtülmüş mənzilini - evini X5 vəsiyyət etmişdir.
47. Hazırki iş üzrə cavabdeh cavabdeh2 tərəfindən həmin vəsiyyətnamə mübahisələndirilmiş lakin, Balakən Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)**/**** nömrəli qətnaməsi ilə cavabdeh2 “vəsiyyətnamənin etibarsız hesab edilməsinə” dair iddiası təmin edilməmiş və qətnamə qanuni qüvvəsini almışdır.
48. Göründüyü kimi, X10 X5 verdiyi vəsiyyətnamə hal-hazırda qüvvədədir. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, Mesed Qistarova bütün əmlakını Ramazan Qistarova vəsiyyət etdiyindən onun miras əmlakdan vəsiyyət üzrə payı, digər vərəsələrin isə məcburi payları müəyyən olunmalıdır və birinci instansiya məhkəməsidə payları müəyyən edən zaman məhz həmin halı nəzərə almışdır.
49. Məhkəmə kollegiyası cavabdeh tərəfin apellyasiya şikayətinin cavabdehin əmlakları qanuni əsasla əldə etməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, şikayət həmin hissədə də əsassızdır.
50. Belə ki, Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələri qüvvədən düşmüş hesab edildiyinə və bu Qərarın qüvvəsi, bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edildiyinə, hazırkı mübahisə 2022-ci ildən məhkəmənin icraatında olduğuna və X10 birinci növbəli vərəsələri Çukayeva (Qistarova) Məryəm Səid qızı, Telekova (Qistarova) Sevil Səid qızı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, cavabdeh2 və X7 mirasdan imtina etmələrinə dair notariat ofisinə ərizə vermədiklərindən onlar tərəfindən miras qəbul edilmiş sayılır.
51. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iş materiallarından görünür ki, notarius tərəfindən cavabdeh2 vərəsəlik şəhadətnaməsi verilən zaman vərəsələrin dairəsi müəyyən edilməmişdir.
52. Sadalananlara və Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı təcrübəyə əsasən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, birinci növbəli vərəsələrin hamısı miras qəbul etdiklərindən, miras əmlakdan tam irs almasına dair cavabdeh cavabdeh2 adına verilmiş ## ###### 2005-ci il tarixli, 2V*** reyestr nömrəli, ##.##.2022-ci il tarixli, 2V-**** reyestr nömrəli, ##.##.2022-ci il tarixli, 2V-**** reyestr nömrəli və ##.##.2022-ci il tarixli, 2V-**** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr, habelə ##.##.2022-ci il tarixli, 2V-**** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında 0.1665 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə görə verilmiş reyestr nömrəsi ************ olan ##.##.2023-cü il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış qanuni və əsaslı hesab oluna bilməzlər.
53. Məhkəmə kollegiyası hər iki tərəfin apellyasiya şikayətlərinin fərdi yaşayış evinin miras kütləsinə daxil edilməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı tərəf şikayətində fərdi yaşayış evinin qəzalı vəziyyətdə olduğundan 2021-ci ildə sökülərək yeni ev tikildiyini, cavabdeh tərəf isə şikayətində məhkəmənin mövcud olmayan evi böldüynü, əslində isə yeni tikilmiş evin bölünməli (pay tanınmalı) olmasını bildirmişdir.
54. Kollegiya hər iki apellyasiya şikayətinin həmin dəlillərinə münasibətdə ilkin olaraq qeyd etmişdir ki, hazırki iş üzrə tərəflərin hamısı ünvan 1 ünvanında yerləşən, 1967-ci ildə inşa olunmuş, divarı beton, üstü kirəmitli, yaşayış sahəsi 46,5 kv.m, ümumi sahəsi 59.1 kv.m sahədən ibarət iki otaqlı fərdi yaşayış evinin söküldüyünü və hal-hazırda mövcud olmadığını bildirmişlər.
55. Göründüyü kimi, birinci instansiya məhkəməsi mövcud olmayan əmlaka faktiki olaraq pay tanımışdır.
56. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşmayaraq qeyd etmişdir ki, qətnamə qəbul edilən zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.
57. Belə ki, miras qoyan öldüyü məqamda mübahisəli fərdi yaşayış evi mövcud olsa da, həmin əmlak hal-hazırda mövcud olmamaqdadır.
58. Bundan başqa, iş materiallarına əlavə edilmiş ##.##.2021-ci il tarixli “qüsur aktı”na görə, aktı tərtib etmiş şəxslər tərəfindən 1965-ci ildə inşa edilmiş evə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, tikilinin bünövrəsi və divarları armatur istifadə edilmədən tikilmişdir. Uzunmüddətli istifadə olunduğundan və yağıntıların təsirindən şifer örtük və ağac materiallrı çürümüş, divarlar şaqülü çatlar vermişdir. Həmin akt Balakən rayon Icra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin məsləhətçisi, Balakən rayonu Şərif kənd Icra Nümayəndəsi, Balakən rayonu Şərif bələdiyyəsinin sədri, DƏDRX-nin Zaqatala Ərazi Idarəsinin mühəndisi və X15 tərəfindən imzalanmış və müvafiq orqanlar tərəfindən möhürlənmişdir.
59. Məhkəmə kollegiyası aktda evin 1965-ci ildə inşa edilməsilə bağlı qeyd etmişdir ki, araşdırma zamanı tərəflər evin elə 1967-ci ildə tikildiyini, başqa ev olmadığını və aktda texniki yanlışlıq olduğunu bildirmişlər.
60. Bundan başqa, iş materiallarına əlavə edilmiş vəsiyyətnamədən görünür ki, ünvan 1ndə yaşayan X10 rayonu Şərif kəndində yerləşən 0.75 ha torpaq sahəsi, 1967-ci ildə tikilən, divarı beton, üstü keramitlə örtülmüş mənzilini-evini X5 vəsiyyət etmişdir. Göründüyü kimi, iddiaçı tərəf məhz həmin vəsiyyətnaməyə əsasən qəzalı evi söküb yerində yeni fərdi yaşayış evi tikmişdir.
61. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, faktiki olaraq mövcud olmayan daşınmaz əmlaka qanunvericiliyə əsasən mülkiyyət hüququ tanına bilməz.
62. Məhkəmə kollegiyası bir məqamı da qeyd etmişdir ki, əgər hal-hazırda mövcud olmyan əmlaka pay hüququ tanınsa, həmin qətnamə icra edilə bilməyəcəkdir. Belə ki, faktiki olaraq mövcud olmayan daşınmaz əmlak dövlət orqanında qeydiyyata alına və həmin əmlaka hüquqmüəyyənedici sənəd verilə bilməz.
63. Məhkəmə kollegiyası cavabdeh tərəfin yeni tikilmiş evin bölünməsi (həmin evə pay tanınması) ilə bağlı dəlilinədə münasibət bildiriərək qeyd etmişdir ki, mübahisəli fərdi yaşayış evi söküldükdən sonra inşa edilmiş yeni ev iddiaçılar (mərhum X5) tərəfindən inşa edilmişdir. Inşa edilən ev köhnə evdən təxminən 10-15 metr aralıda tikilmiş və həmin ev iddiaçıların hesabına inşa edilmişdir. Bu halı iş üzrə tərəflər özləri də ümumiyyətlə mübahisələndirməmişlər. Belə olan halda isə yeni tikilmiş ev miras kütləsinə daxil olmadığından həmin evə miras payıda tanına bilməz.
64. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etmişdir ki, mübahisəli fərdi yaşayış evi hazırda sökülmüş olduğundan və bu səbəbdəndə paylar azaldığından, maraqlı tərəflər əgər əmlak mövcud olsaydı onlara düşməli olan payın dəyəri ilə bağlı tələb irəli sürə bilərlər.
65. Məhkəmə kollegiyası iddiaçı tərəfin apellyasiya şikayətinin mərhum X5 7/12 hissə payına iddiaçıların hər birinin ½ hissədə miras paylarının müəyyən edilməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, şikayət həmin hissədə əsaslıdır.
66. Iddia tələbindən görünür ki, iddiaçılar iddiaçı2 və iddiaçı1 məhkəməyə müraciət edərək digər tələblərlə yanaşı mərhum X5 düşən payın hər birinə ½ hissədə miras paylarının müəyyən edilməsini xahiş etmişlər.
67. Birinci instansiya məhkəməsi isə tələbi həmin hissədə əsaslı hesab etsə də, yekunda düzgün olamayaraq ## ###### 2002-ci il tarixdə ölmüş X10 miras əmlaklarından mərhum X5 düşən 7/12 hissə payına 7/24 hissədə iddiaçı iddiaçı2 və 7/24 hissədə iddiaçı iddiaçı1 paylarını müəyyən etmişdir.
68. Məhkəmə kollegiyası hesab etmişdir ki, miras əmlakdan mərhum X5 düşən hissə payına iddiaçıların payı bərabər olduğundan, həmin paya münasibətdə iddiaçıların hər birinin ½ hissədə miras payları müəyyən edilməlidir.
69. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qsmən yəni, ünvan 1 ünvanında yerləşən, 1967-ci ildə inşa olunmuş, divarı beton, üstü kirəmitli, yaşayış sahəsi 46,5 kv.m, ümumi sahəsi 59.1 kv.m sahədən ibarət iki otaqlı fərdi yaşayış evinə miras payların müəyyən edilməsi və mərhum X5 7/12 hissə payına 7/24 hissədə iddiaçı iddiaçı2 və 7/24 hissədə iddiaçı1 paylarının müəyyən edilməsi hissəsində ləğv edilməli və ləğv edilmiş hissədə yeni qətnamə çıxarılaraq iddia tələbi həmin hissədə qismən təmin edilməlidir.
70. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 139.1, 139-1.1.3, 203.1, 1133.1, 1133.2. 1134.1, 1134.2, 1145, 1146, 1151.1, 1151.2, 1159.1, 1159.1.1, 1159.1.3. 1243.1, 1243.2, 1243.3, 1246, 1256, 1273-1, 1291-ci maddələrinə, "Daşınmaz əmlakın dövlət reyestri" haqqında Azərbaycan Respublikasının Qanununa“, xxxx”nə, "Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın İ saylı Protokoluna, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il ## #### tarixli qərarına istinad etməklə əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
71. Cavabdeh cavabdeh2 (vəkil vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbi təmin edilməməsi (rəd edilməsi) barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
72. Kassasiya şikayəti onunla əsaslandırılmış ki, iş materiallarından da göründüyü kimi cavabdeh cavabdeh2 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilən zaman Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri qüvvədə olmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli qərarında hüquqi mövqeyi “Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin” hazırki iş üzrə cavabdehin bu qərardan illər öncə qüvvədə olan qanuna əsasən baş vermiş hüquq münasibətlərinə tətbiqi nəzərdə tutulmur. Cavabdeh cavabdeh2 adına verilmiş ## ###### 2005-ci il tarixli, 2V- *** reyestr nömrəli, ##.##.2022-ci il tarixli, 2V-**** reyestr nömrəli, ##.##.2022-ci il tarixli, 2V-**** reyestr nömrəli və ##.##.2022-ci il tarixli, 2V-**** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr, habelə ##.##.2022-ci il tarixli, 2V-**** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında 0.1665 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə görə verilmiş reyestr nömrəsi ************ olan ##.##.2023cü il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilən zaman hər hansı qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası vərəsələr arasında ayrı seçkilik edərək vərəsələrin arasında payların düzgün bölməmişdir.
73. Bundan başqa, məhkəmə təqdim olunmuş subutlara deyil, özünün mülahizəsinə uyğun qərar qəbul etmişdir. Belə ki, iddiaçı tərəfindən iddiasına dair mötəbər sübutlar təqdim olunmadığı halda hüquqi qiymət vermişdir. Belə ki, cavabdeh vərəsə olması, mübahisə edilən miras əmlakları qəbul etməsinə dair sübutları təqdim etmişdir.
74. Məhkəmə işin hallarını və qanun normalarını sadalamaqla qətnamə qəbul etmişdir. Halbuki qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
75. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
76. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
77. 139-1.1.3. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
78. 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir.
79. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
80. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
81. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
82. 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olubolmadığına baxmayaraq, ola bilərlər.
83. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
84. 1146.Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
85. 1151.1.Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
86. 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.
87. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: -1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). - 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.
88. 1243.1.Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
89. 1243.2.Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
90. 1243.3.Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
91. 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (işə baxılan zaman qüvvədə olmuş).
92. 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
93. 1273-1. Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir (işə baxılan zaman qüvvədə olmuş).
94. 1291. Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır.
"Daşınmaz əmlakın dövlət reyestri" haqqında Azərbaycan Respublikasının Qanunu:
95. 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.
96. 8.0.3. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
“xxxx”
97. Hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.
"Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın İ saylı Protokolu
98. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il ## #### tarixli qərarı
99. “....hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır”.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
100. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
101. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
102. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
103. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
104. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
105. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
106. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
107. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
108. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
109. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
110. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, cavabdehin əvvəlki dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi apelyasiya şikayətinin dəlillərinə və cavabdehin dəlillərinə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.
111. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilibedilmədiyini
112. yoxlayır.
113. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
114. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,
qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.