Məhkəmə qərarları › İş №2(1-8)-1139/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1139/2026

23.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1139/2026 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı “xxxx” ASC-nin cavabdehlər cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2, cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: miras qoyanın öhdəliyinə görə vərəsələrin məsuliyyətinin həcmi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı ASC-nin cavabdehlər Rəcəbova Rəsmiyyə Qardaşxan qızı, cavabdeh4, cavabdeh3, cavabdeh2, cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun vərəsələrdən tutulması” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Rəcəbova Rəsmiyyə Qardaşxan qızı tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. X3 ilə İddiaçı ASC arasında bağlanmış ##.##.2022-ci il tariхli, ******-******/* nömrəli kredit müqaviləsindən (şəxsi istehlak) görünür ki, X3 illik 20 %-lə, 48 ay müddətinə 16.000 manat məbləğində nağd kredit verilmişdir.

2. ##.##.2022-ci il tariхli, ******-******/* nömrəli zaminlik müqaviləsinə əsasən, cavabdeh4 kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirməsinə görə X3 ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür.

3. AZ-II ****** nömrəli ölüm haqqımda şəhadətnaməyə əsasən, X3 ##.##.2023-cü il tarixdə ölmüşdür.

4. ##.##.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, ##.##.2023-cü il tarixdə ölmüş X3 vərəsələri cavabdeh5, cavabdeh3, cavabdeh2, cavabdeh1 və X2r. Onların hər biri miras əmlakdan 1/5 hissədə irs almalıdır. Miras əmlak miras qoyanın vəfatı ilə bağlı hesablanmış 3363,36 manat məbləğində hesablanmış müavinətdir.

5. ##.##.2025-ci il tarixli maliyyə arayışına əsasən, X3 ##.##.2022-ci il tariхli, ******- ******/* saylı kredit müqaviləsinə əsasən ##.##.2025-ci il tarixinə 5352,48 manat əsas borcu qalmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

6. Iddiaçı İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh2, Rəcəbova Rəsmiyyə Qardaşxan qızı, cavabdeh1, cavabdeh3 və cavabdeh4 müştərək qaydada 5352,48 manat əsas borcun və 77,03 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan X3 arasında bağlanmış ## ###### 2022 il tariхli, 200804 ******/* nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 20% dərəcəsi ilə 16000 manat məbləğində krеdit vеrilmişdir. Еyni zamanda, bank və digər cavabdeh cavabdeh4 arasında ## ###### 2022-ci il tariхli, 200804 ******/* nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən zamin, borc alanın ## ###### 2022-ci il tarixli, ******-******/* nömrəli kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə borc alanla birgə məsuliyyəti öz üzərinə götürür. Istehlak krеditi müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Banka təqdim olunmuş ##.##.2023-cü il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən borcalan X3 ##.##.2023-cü il tarixdə vəfat etmişdir. Cavabdeh krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş borc yaranmışdır. X3 vərəsələrinin olub-olmaması araşdırılarkən məlum olmuşdur ki, X3 dair Qobustan rayon notariat ofisində vərəsəlik işi açılmışdır. X3 vərəsələri kimi cavabdeh2, Rəcəbova Rəsmiyyə Qardaşxan qızı, cavabdeh1, cavabdeh3 və X2 tanınmış və bu barədə ##.##.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. ##.##.2025-ci il tarixdə borcalanın vərəsələri olaraq cavabdeh2, Rəcəbova Rəsmiyyə Qardaşxan qızına, cavabdeh1, cavabdeh3 və X2 və müqavilə üzrə zamin cavabdeh4 kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı şifahi və yazılı хəbərdarlıq olunsa da, onlar banka olan borclarını ödəməmişlər. ## ### 2025-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə cəmi 5352,48 manat məbləğində kredit bоrcu yaranmışdır.

8. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh4 yeznəsi X3 16000 manat məbləğində bankdan pul götürdüyünü və ona zamin durduğunu, daha sonra yeznəsinin xərçəng xəstəliyindən vəfat etdiyini bildirdi. Cavabdeh borc məbləğinin daha az qaldığını və borc məbləğinin yenidən hesablanmasını xahiş etdi.

9. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim E.Kazımov) iddia təmin edilmişdir.

10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı ASC ilə X3 arasında bağlanmış ##.##.2022-ci il tariхli, 200804- ******/* nömrəli kredit müqaviləsinə əsasən X3 illik 20%-lə, 48 ay müddətinə 16000 manat məbləğində nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Eləcə də ##.##.2022-ci il tariхli, ******-******/* nömrəli zaminlik müqaviləsi ilə cavabdeh4 kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirməsinə görə X3 ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Ölüm haqqında şəhadətnaməyə əsasən, X3 ##.##.2023-cü il tarixdə ölmüşdür. ##.##.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, ##.##.2023-cü il tarixdə ölmüş X3 vərəsələri cavabdeh5, cavabdeh3, cavabdeh2, cavabdeh1 və X2r. Təqdim edilmiş ##.##.2025-ci il tarixli maliyyə arayışına əsasən, X3 banka ödənilməmiş 5352,48 manat əsas borcu qalmışdır. Cavabdehlər cavabdeh4 kredit müqaviləsi üzrə zamin olaraq, digər cavabdehlər cavabdeh5, cavabdeh3, cavabdeh2 və cavabdeh1 vərəsə kimi müəyyən olunmalarına baxmayaraq, İddiaçı ASC qarşısında olan öhdəliklərini icra etməmişdirlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişdirlər. Bu səbəbdən məhkəmə hesab edib ki, İddiaçı ASC ilə X3 arasında bağlanmış ##.##.2022-ci il tariхli, 200804- ******/* nömrəli kredit müqaviləsinə görə X3 borcu onun vərəsələri olan cavabdeh5, cavabdeh3, cavabdeh2, cavabdeh1 və ##.##.2022-ci il tariхli, ******-******/* nömrəli zaminlik müqaviləsi ilə zamin olan cavabdeh4 tutulmalıdır.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 448.1, 472.1, 1133.1, 1133.2, 1151.1, 1306.1, 1309-cu maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh cavabdeh5 apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbi üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmaqla iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işin halları tam araşdırılmamış və qanunun norması düzgün tətbiq edilməmişdir. Işə baxılarkən iş üzrə cavabdeh cavabdeh4 iddia tələbində göstərilən və ödənilməsi tələb edilən 5352,48 manat əsas borcun düzgün hesablanmadığını və buna görə də iş üzrə ekspertiza keçirilməklə borcun dəqiq müəyyən edilməsi barədə vəsatət versə də, məhkəmə həmin vəsatəti müzakirə etməmişdir. Bundan başqa məhkəmə qətnamədə borcun tutulmasını borcalan X3 vərəsələri və zamincavabdeh4la birlikdə müştərək qaydada ödənilməsini nəzərdə tutmuşdur. X13 Qobustan rayon X1 stansiyasında sürücü işləmiş və ##.##.2023-cü il tarixdə onkoloji xəstəlikdən vəfat etmişdir. Mərhumun vəfatından sonra onun vərəsələri kimi cavabdeh2, cavabdeh5, cavabdeh1, cavabdeh3 və X2 tanınmış və onun iş yerindən haqq-hesab pulunu almışlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” # #### 2018-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ##### 2023-cü il tarixli qərarında göstərilmişdir ki, vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin qərara əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Lakin məhkəmə işə baxarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarlarının müddəalarını nəzərə almamış və X13nun vərəsələrinin əldə etdiyi mirasın məbləğini müəyyən etmədən müştərək qaydada borcun tutulması barədə qətnamə qəbul etmişdir. Məhkəmə digər cavabdehləri məhkəməyə dəvət etməyərək tam və hərtərəfli araşdırma aparmadan qətnamə qəbul etmiş və bununla da Azərbaycan Respublikası MPM-nin 9 və 14-cü maddələrinin tələblərini pozmuşdur. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.

14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli mülki iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Lalə Rəhimli və Afiq Hüseynzadə) cavabdeh cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

15. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Hər şeydən əvvəl kollegiya hesab etmişdir ki, mərhum Yusifov Namiq Məhəmməd oğlu kredit müqaviləsini öz riski ilə bağladığından öldüyü tarixədək həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, baxılan işin faktiki hallarından müəyyən edilir ki, mərhum X3 ilə İddiaçı ASC arasında bağlanmış ##.##.2022-ci il tariхli, ******-******/* nömrəli kredit müqaviləsi bağlanmış və bu müqavilə əsasında X3 illik 20%-lə, 48 ay müddətinə 16000 manat məbləğində nağd kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirməsinə görə cavabdeh4 ilə ##.##.2022-ci il tariхli, ******-******/* nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə əsas borclu X3 ##.##.2023-cü il tarixdə ölmüşdür. Yenə işdə olan ##.##.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, ##.##.2023-cü il tarixdə ölmüş X3 vərəsələri cavabdeh5, cavabdeh3, cavabdeh2, cavabdeh1 və X2r. Onların hər biri miras əmlakdan 1/5 hissədə irs almalıdır. Miras əmlak miras qoyanın vəfatı ilə bağlı hesablanmış 3363,36 manat məbləğində müavinətdir. Mərhum şəxsin vərəsələri artıq müəyyən edilmişdir. Bu səbəbdən iddiaçı bankın cavabdehlərə qarşı hazırkı iddia tələbi əsaslı hesab edilməlidir.

17. Apellyasiya şikayətinin yeganə dəlili ondan ibarət olmuşdur ki, miras qoyandan miras əmlak kimi əlavə heç nə qalmamış və bunun əskini sübut edən heç bir hal mövcud deyildir. Yəni, hazırkı iddia tələbi mərhum Namiq Yusifovdan miras qalmış aktiv dəyərində təmin edilməlidir.

18. Kollegiya qeyd etmişdir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquq təsdiqedici xarakter daşıyır və şəhadətnamədə mirasın kütləsinə daxil olan hər hansı əmlakın qeyd edilməməsi vərəsənin həmin əmlakı qəbul etməməsini ehtiva etmir. Belə ki, Mülki Məcəllənin 1306.5-ci maddəsinin tələbinə görə mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar.

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “Notariat haqqında” Azərbaycan Respublikasının qanununun 58-ci maddəsinə müvafiq olaraq vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi əsasında verilir və bu zaman qanunvericilik notariusun üzərinə mirasın kütləsinin dəqiq müəyyənləşdirilməsi ilə bağlı hər hansı bir öhdəlik qoymur. Bu isə onu deməyə əsas verir ki, vərəsə miras qoyanın kreditorları qarşısında olan öhdəliklərindən yayınmaq məqsədi ilə mirasın kütləsinə daxil olan əmlakları gizlədə və vərəsəlik şəhadətnaməsinin alınması zamanı verdiyi ərizəsində həmin əmlakları göstərməyə bilər. Məhz ona görə də qanunverici kreditorların hüquqlarının müdafiəsi üçün bu qəbildən olan işlər üzrə sübutetmə yükünü vərəsənin üzərinə qoymuşdur. Göründüyü kimi hazırkı iş üzrə miras qoyanın vərəsəlik şəhadətnaməsində göstərilən əmlakdan başqa əmlakının olmamasını sübutetmə yükü cavabdehin üzərinə düşür. Cavabdeh tərəf isə bu halı sübut edəcək hər hansı dəlilini məhkəməyə təqdim etməmişdir. Bundan əlavə hesablanmış borcun əsassız olaraq artıq hesablandığını qeyd edən apellyatorun nümayəndəsi (vəkili) ekspertizanın keçirilməsinin zəruriliyinə dair də ciddi dəlillər göstərməmişdir. Çünki, hər hansı bir əsaslı səbəb olmadan lüzumsuz olaraq məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi də təmin oluna bilməz.

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd etmişdir ki, qeyd olunan dəlillər şəxsi mülahizələrə əsaslanan fikirlər olduğundan, əslində birinci instansiya məhkəməsinin hansı halları tam və hərtərəfli araşdırmalı olduğu açıqlanmamış, ədalət prinsiplərinin nə üçün pozulduğu göstərilməmişdir.

21. Məhkəmə kollegiyası hesab etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 14.2.1, 21, 385, 445.1, 445.2.1, 739.1. (## ####### 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyada), 740, 1151.1, 1159.1.1, 1243.2, 1306.1, 1306.2, 1306.4, 1306.5-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh cavabdeh5 kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın ## ###### 2026-cı il, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Şikayətdə AR MPM-nin 9, 14, 372.6, 372.7, 385, 386-cı maddələrinə istinad edilərək qeyd edilmişdir ki, işə baxılarkən iş üzrə cavabdeh- cavabdeh4 iddia tələbində göstərilən və ödənilməsi tələb edilən 5352,48 manat əsas borcun düzgün hesablanmadığını və buna görə də iş üzrə ekspertiza keçirilməklə borcun dəqiq müəyyən edilməsi barədə vəsatət versə də həmin vəsatəti müzakirə etməmişdir. Bundan başqa məhkəmə qətnamədə borcun tutulmasını borcalan X3 vərəsələri və zamin-cavabdeh4la birlikdə müştərək qaydada ödənilməsini nəzərdə tutmuşdur. Daha sonra apellyasiya şikayətində qeyd edilmişdir ki, X13 Qobustan rayon X1 stansiyasında sürücü işləmiş və ##.##.2023-cü il tarixdə onkoloji xəstəlidən vəfat etmiş və vəfatından sonra onun vərəsələri kimi cavabdeh2, Rəcəbova Rəsmiyyə Qardaşxan qızı, X4, cavabdeh3 və X2 tanınmış və onun iş yerindən haqq-hesab pulunu almışlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” # #### 2018- ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ##### 2023-cü il tarixli qərarında göstərilmişdir ki, vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin qərara əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Lakin məhkəmə işə baxarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarlarının müddəalarını nəzərə almamış və X13nun vərəsələrinin əldə etdiyi mirasın məbləğini müəyyən etmədən müştərək qaydada borcun tutulması barədə qətnamə qəbul etmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

27. Maddə 739.1. (## ####### 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyada) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

28. Maddə 740. (## ####### 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyada ) Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (MM-in 740-cı maddəsi).

29. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

30. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

31. Maddə 1306.2. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar.

32. Maddə 1306.4. Mirasın siyahısı notarius tərəfindən tərtib edildikdə vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar.

33. Maddə 1306.5. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

39. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməlidir.

40. Ilk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.

41. Kassasiya şikayətində maddi hüquq norması pozuntusu qeyd edilməmişdir.

42. Kollegiya apellyasiya məhkəməsinin iş üzrə hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxil olduğu üçün mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olduqlarından bu öhdəliklərə görə məsuliyyət daşıyırlar.

43. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il # #### tarixli Qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir.

44. Kassasiya şikayətində prosessual pozuntu olaraq miras qoyanın öhdəliyinə görə vərəsələrin məsuliyyət həcminin məhkəmə tərəfindən düzgün müəyyən olunmadığı, borcun məbləğinin dəqiqləşdirilməsi üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsi barədə vəsatətin əsassız təmin edilmədiyi göstərilir. Kassasiya şikayətinin bu dəlili üzrə araşdırma aparılaraq müəyyən edilmişdir ki, işdə kredit borcu ödənişlərini təsdiq edən və hesablama aparılması xüsusi bilik tələb edən sənədlər olmadığından məhkəmə tərəfindən vəsatətin əsaslandırılmış qərardadla təmin edilməməsi prosessual normaların tələblərinə uyğun olmuşdur.

45. Apellyasiya məhkəməsi düzgün olaraq mirası qəbul etmiş vərəsələrin məsuliyyətinin həcmini MM-nin 1306-cı maddəsinin dispozisiya şərtləri əsasında qiymətləndirmiş, sübutların qiymətləndirilməsi prosessual qanunvericiliklə müəyyən edilmiş prinsiplərə uyğun həyata keçirilmişdir.

46. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi

Qərara aldı:

Cavabdeh Rəcəbova Rəsmiyyə Qardaşxan qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar