Məhkəmə qərarları › İş №2(1-8)-1250/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1250/2026

01.07.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1250/2026 01.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: maddi zəzərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə # #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsinin ##.##.2007-ci il tarixli, **/** nömrəli qərarı ilə İddiaçı M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsində yerləşən və uzun müddət bağ-bostan kimi istifadəsində olan 1200 kv.m torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə alqı-satqı yolu ilə mülkiyyətinə verilməsi barədə ##.##.2007-ci tarixli ərizəsinə, bələdiyyənin yerli iqtisadi inkişaf daimi komissiyasının ##.##.2007-ci tarixli, ** saylı iclas protokolunun qərarına və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” AR Qanunun 16-cı maddəsinə əsasən, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsində yerləşən 1.200 kv.m torpaq sahəsi Binəqədi rayon İH-nin memarlıq xidməti tərəfindən razılaşdırılmış ərazinin planlaşdırılması və tikinti layihəsi əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə İddiaçı mülkiyyətinə verilməsi (hər kv.m üçün 16,64 manat ödəmək şərtilə), ayrılmış torpaq sahəsində inşaat-tikinti işləri aparılarkən mühəndiskommunikasiya xətləri aşkar edilərsə, tikinti işlərinin dərhal dayandırılmasının və həmin kommunikasiyaların köçürülməsinin əlaqədar təşkilatlarla razılaşdırılmasının və təmin edilməsinin İddiaçı tapşırılması, tikinti işlərinə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin tikiliyə dair layihə sənədləri təsdiqləndikdən sonra başlanmasının İddiaçı tapşırılması tapşırılması qərara alınmışdır.

2. ##.##.2007-ci il tarixli kassa mədaxil orderinin qəbzinə əsasən, İddiaçı tərəfindən torpaq sahəsinin alqı-satqısı üçün (1200 kv.m x 16,64 manat) 19.968 manat pul vəsaiti ##.##.2007-ci il tarixdə kassaya mədaxil edilmişdir.

3. Bakı şəhəmi, Binəqədi rayon M.Ə.Rəsulzadə bələdiyyəsinin ##.##.2019-cu il tarixli arayışına əsasən ##.##.2007-ci il tarixli, **/** saylı qərar və ona əlavə edilmiş digər sənədlər Dövlət Arxiv İdarəsinin Bakı filalında mövcuddur və qərar hazırda qüvvədədir.

4. ##.##.2016-cı il tarixdə İddiaçı ilə Cavabdeh MMC arasında torpaq sahəsinə dair icarə müqaviləsi bağlanmış və həmin müqavilə Bakı şəhəri, ** saylı dövlət notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmişdir. Müqavilədə qeyd edilmişdir ki, icarəyə verilə 1200 kv.m torpaq sahəsi Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı verilmiş dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə ona məxsusdur. İcarə müddəti ##.##.2026-cı il tarixədək müəyyən edilmiş, icarə haqqı tərəflər arasında 100 manat məbləğində razılaşdırılmışdır.

5. Bakı şəhəri, ** saylı notariat kontoru tərəfindən ##.##.2018-ci il tarixdə təsdiq edilmiş Cavabdeh MMC-nə ünvanlanmış bildirişdən görünür ki, İddiaçı Cavabdeh MMC ilə aralarında bağlanmış ##.##.2016-cı il tarixli icarə müqaviləsinin 10-cu bəndinə görə ödənilməsi nəzərdə tutulan icarə haqqını ödəmədiyindən, Cavabdeh MMC ilə aralarında bağlanmış ##.##.2016-cı il tarixli icarə müqaviləsinin ləğv etdiyini bildirmişdir.

6. Cavabdeh MMC tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə müraciət olunmuş, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş ##.##.2017-ci il tarixli sərəncama əsasən Cavabdeh MMCnin ##.##.2017-ci il tarixli, ** saylı müraciəti nəzərə alınaraq, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə yerləşən icarə əsasında 0.1458 ha torpaq sahəsində yaşayış binasının tikintisinin layihələndirilməsinə MMC-nə icazə verilməsi haqqında sərəncam verilmişdir.

7. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsi tərəfindən Cavabdeh MMC-nə ayrılmış həmin torpaq sahəsinə dair ##.##.2018 tarixli ayrıc aktı verilmiş və akt qeydiyyata alınmışdır.

8. Bakı şəhər İcra Hakimiyyəti ilə Cavabdeh MMC arasında “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” ## ### 2018-ci il tarixli, **** nömrəli müqavilə bağlanmış, həmin müqavilənin bağlanmasına əsas Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlı küçəsi, 3223-cü məhəllədə yerləşən 1458 kv.m sahəsi olan torpaq sahəsinə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının ##.##.2017-ci il tarixli ** saylı sərəncamı və ##.##.2018-ci il tarixli, ***** saylı inşaat pasportu olmuşdur.

9. Bundan əlavə, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş ## ###### 2019-cu il tarixli, *** saylı sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci dağlıq küçəsi, 3223- cü məhəllədə Bakı şəhər İcra Hakimiyyəti başçısının ##.##.2017-ci il tarixli, ** saylı Sərəncamı ilə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilmiş və 0.1567 ha əraziyə bitişik 0.0895 ha torpaq sahəsi yalnız abadlıq və yaşıllaşdırma işlərinin aparılması məqsədilə icarə əsasında Cavabdeh MMC-nin istifadəsinə verilməsi barədə sərəncam verilmişdir.

10. ## ###### 2019-cu ildə ## ### 2018-ci il tarixli, **** saylı torpaq icarə müqaviləsinə dəyişikliklər edilmiş, qeyd olunan icarə müqaviləsi ilə ayrılmış torpaq sahəsinin həcmi 2462 kv.m artırılmış və icarəçi tərəfindən hər il 9.226,67 manat pul vəsaitinin hüquqi şəxsin uçotda olduğu vergi orqanının müvafiq xəzinə hesabına ödənilməli olması müəyyən edilmişdir.

11. AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş ##.##.2020-ci il tarixli, ** saylı obyektin tikintisinə icazədən müəyyən olunur ki, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Cavabdeh MMC-nə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllə yerləşən 0.2462 ha torpaq sahəsində yaşayış binasının tikintisinə icazə verilmişdir

12. Bakı İnzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh MMC-nin Bakı şəhəri, Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinə qarşı (üçüncü şəxs İddiaçı) “qərarın etibarsız sayılması” tələbinə dair iddiası təmin edilməmişdir.

13. Həmin qərar qəbul edilərkən, məhkəmə tərəfindən mübahisə predmeti olan Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsinin ## #### 2007-ci il tarixli, **/** saylı qərarının müvafiq torpaq sahəsinin alqı-satqı yolu ilə İddiaçı mülkiyyətinə verilməsi barədə olması və məhkəmə icraatında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən alınmış mütəxəssis rəyinə əsasən həmin torpaq sahəsinin Bakı şəhər İH-in ## ###### 2000-ci il tarixli, *** nömrəli sərəncamı ilə Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsinin mülkiyyətinə verilmiş ərazi hüdudları daxlində yerləşməsi, həmin mütəxəssis rəyinin qeyri-mötəbərliyi barədə hər hansı xüsusatın müəyyən edilməməsi, rəyin mötəbər sübut kimi qiymətləndirilməsi, habelə Bakı şəhəri, Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin ## #### 2007-ci il tarixli, **/** saylı qərarı qəbul etməkdə səlahiyyətli olması və “İnzibati icraat haqqında” AR Qanunun 65.1.2-ci maddəsinin tələbləri baxımından həmin qərarın etibarsız sayılmaması nəzərə alınmışdır.

14. Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının ##.##.2022-ci il tarixli qərarı ilə İddiaçı Bakı şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın etibarsız sayılması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin ## #### 2021-ci il tarixli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmiş, iş üzrə Bakı İnzibati Məhkəməsinin ## #### 2021-ci il tarixli qərarı ləğv edilmiş, İddiaçı Bakı şəhər İcra Hakimiyyətinə qarşı “Bakı şəhər İcra Hakimiyyəti başçısının Cavabdeh MMC-nə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi və şəhərsalma əsaslandırılmasının təsdiq edilməsi haqqında” ## ###### 2017-ci il tarixli, ** saylı sərəncamının etibarsız sayılması” barədə iddiası təmin edilməmişdir.

15. Həmin qərardan görünür ki, ##.##.2022-ci il tarixdə apellyasiya məhkəməsinə daxil olmuş AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2022-ci il tarixli ekspert rəyinin tədqiqat hissəsində qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti ilə Cavabdeh MMC arasında ## ### 2018-ci il tarixli, **** saylı icarə müqaviləsi əsasında icarəyə verilmiş, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi 3223-cü məhəllədə yerləşən 1458 kv.m torpaq sahəsinin və M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən ## #### 2007-ci il tarixli, **/** saylı Qərarı ilə İddiaçı satılmış Binəqədi rayon, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci dağlıq küçəsində yerləşən 1200 kv.m torpaq sahəsinin dövlət və ya bələdiyyəyə məxsus olub-olmamasını, eyni zamanda həmin torpaq sahələrinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır.

16. Bundan əlavə, qərarda qeyd edilmişdir ki, iş materiallarında olan mütəxəssis rəyində qeyd olunan elektron baza məlumatlarına əsasən iddiaçının nümayəndəsinin naturada göstərdiyi Bakı İnzibati Məhkəməsinin məktubu ilə təqdim edilmiş (Bakı şəhər İcra Hakimiyyətinin ##.##.2017-ci il tarixli, ** saylı sərəncamı ilə təsdiq edilmiş, Bakı şəhər İcra hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş ayrıca aktına və ona əlavə edilmiş) koordinatlarda yerləşən mübahisələdirilən torpaq sahəsinin dövlət mülkiyyətində olan torpaq sahəsi olması müəyyən edilmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin sözügedən ##.##.2022-ci il tarixli qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2022-ci il tarixli qərarı ilə ləğv edilmiş, iddiaçının iddiası mümkün sayılmamışdır.

18. Qərarda qeyd olunmuşdur ki, sözügedən sərəncam həmin ərazinin yaşayış binasının tikilməsi üçün ayrılması və yaxud tikilməsinə icazə verilməsini nəzərdə tutan inzibati akt deyil, sadəcə əsası digər inzibati aktlardan irəli gələn sərəncamdır ki, onun ləğvi belə ilkin inzibati aktların hüquqi statusuna heç bir təsiri yoxdur. Mübahisə predmeti olan sərəncam iddiaçıya heç bir aidiyyəti olmamaqla ümumiyyətlə iddiaçının hüquqlarına toxunmur.

19. İddiaçı AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı (üçüncü şəxs Cavabdeh MMC olmaqla) “tikintiyə icazənin ləğv edilməsi” tələbinə dair iddiası Bakı İnzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli qərarı ilə təmin edilməmişdir.

20. Reyestr Xidmətinin * saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, göstərilən torpaq sahəsi sənəd üzrə 1200 kv.m olsa da, faktiki olaraq 1710 kv.m təşkil edir. Torpaq sahəsi Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsinin ##.##.2007-ci il tarixli, **/** saylı qərarı ilə ayrılmışdır, sxemə uyğundur (ölçülərdə cuzi uyğunsuzluq mövcuddur). Faktiki olaraq torpaq sahəsinin yerləşməli olduğu yerdə 11 mərtəbəli yaşayış binası inşa olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin bir hissəsinə dair (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş kadastr planı mövcuddur. Bir hissəsi isə qeydiyyatdan keçmişdir. Sözügedən torpaq sahəsinin çox hissəsi su xəttinin mühafizə zolağında yerləşir.

21. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli ekspert rəyinə əsasən, M.Ə.Rəsulzadə bələdiyyəsinin ## #### 2007-ci il tarixli, **/** saylı qərarı ilə İddiaçı ayrılmış 1200 kv.m torpaq sahəsinə dair təqdim edilmiş cizgidə torpaq sahəsinin yalnız iki tərəfin ölçüsü göstərilmiş (54 metr-28.5 metr), vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahənin AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin ## ### 2020-ci il tarixli, ** saylı “Obyektin tikintisinə icazə sənədindəki qeyd edilmiş koordinatlarla olan sahənin hüdudları daxilində yerləşir”.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

22. İddiaçı İddiaçı (bundan sonra- iddiaçı) cavabdeh Cavabdeh MMC-nə (bundan sonracavabdeh) qarşı “torpaq sahəsinin boşaldılması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə yerləşən və onun qanuni sahibliyində olan torpaq sahəsinə Cavabdeh MMC tərəfindən özbaşına və qanunsuz müdaxiləyə son verilərək, ərazidən çıxarılması və bu qanunsuz müdaxilə nəticəsində ona dəymiş maddi zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Binəqədi rayonu, Rəsulzadə bələdiyyəsinin yerli iqtisadi inkişaf daimi komissiyasının ##.##.2007-ci il tarixli, ** saylı iclas protokolunun Qərarına və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” AR Qanunun 16-cı maddəsinə əsasən M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsində yerləşən və uzun müddət bağbostan kimi istifadədə olan 1200 kv.m torpaq sahəsini Binəqədi rayon İH-nin memarlıq xidməti tərəfindən razılaşdırılmış ərazinin planlaşdırılması və tikinti layihəsi əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə alqı-satqı yolu ilə həmin bələdiyyədən satın almışdır. Həmin torpaq sahəsi ilə bağlı onunla cavabdeh arasında ## #### 2016-cı il tarixdə icarə müqaviləsi bağlanmış və həmin müqavilə Bakı şəhəri, ** saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmişdir. Müqaviləyə görə icarə müddəti ## #### 2026-cı il tarixədək müəyyən edilmiş, müqavilənin 5-ci maddəsinə əsasən aralarında icarə haqqı 100 manat olaraq razılaşdırılmışdır. Cavabdeh müqavilə şərtlərini pozaraq uzun müddət icarə haqqını ödəməmiş və bu vəziyyət iki aydan çox davam etdiyindən ##.##.2018-ci il tarixdə o, ##.##.2016-cı il tarixli müqaviləni birtərəfli qaydada ləğv etmiş və bu barədə cavabdehə dərhal rəsmi şəkildə yazılı bildiriş təqdim etmişdir. Sözügedən icarə müqaviləsinə faktiki və hüquqi olaraq xitam verildikdən iki ilə yaxın bir müddət keçdikdən sonra cavabdeh torpaq üzərində istifadə və ya hər hansı digər bir əmlak hüququ olmadığı halda AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət edərək icarə müqaviləsinin predmeti olmuş və onun qanuni sahibliyində olan torpaq sahəsində yaşayış binasının tikintisi üçün icazə almağa müvəffəq olmuşdur. Bundan sonra, cavabdeh faktiki olaraq torpağa dair heç bir səlahiyyəti və hüququ olmadığı halda həmin əraziyə onun icazəsi və hətta heç bir məlumatı olmadan ## ### 2020-ci il tarixdə daxil olmuş və orada tikinti işlərinə başlamışdır. Onlar bundan ## ### 2020-ci il tarixdə xəbər tutan kimi dərhal etiraz etmiş və yaranan mübahisəyə Binəqədi rayon 7-ci polis bölməsinin əməkdaşları müdaxilə etmişlər. Cavabdeh ## ### 2020-ci il tarixdə gecədən etibarən həmin ərazidə təkrar işə başladığını, ## ### 2020-ci il tarixdə isə artıq gündüz vaxtlarında da orada işi mühafizə xidmətinin köməkliyi ilə davam etdirmişlər. Mövcud vəziyyətdə onun qanuni əmlak hüququ faktiki olaraq cavabdeh tərəfindən hüquqa zidd və qanunsuz əməllərlə pozulmaqdadır. Sözügedən qanuni sahibliyində olan torpaq sahəsinə cavabdeh tərəfindən edilən özbaşına və hüquqa zidd müdaxilə nəticəsində ona mübahisə məhkəmə tərəfindən mahiyyəti üzrə həll olunana qədər nə qədər zərərin dəyəcəyini dəqiq olaraq hal-hazırda müəyyənləşdirmək mümkün deyildir. Buna görə də, indiki mərhələdə ona dəyən zərərin konkret miqdarını hələlik dəqiq hesablamaq mümkün olmadığına görə, iddia ərizəsində konkret zərər miqdarını hələlik müvəqqəti olaraq konkret şəkildə qeyd edə bilmir. Bu qanunsuz müdaxilənin aradan qaldırılması ilə bağlı məhkəmə işinin mahiyyəti üzrə həll edilməsi dövrü ərzində ona dəyən zərəri hesablamaq mümkün olacaqdır.

24. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-*/**** saylı qətnaməsi ilə (hakim Pərviz Məmmədov) iddia təmin edilməmişdir.

25. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi ilə bağlı tərəflər arasında ## #### 2016-cı il tarixdə bağlanmış icarə müqaviləsinin 2-ci bəndində “icarəyə verilən 1.200 kv.m torpaq sahəsinin Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən ##.##.2007 tarixdə verilmiş çıxarışda tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur” kimi qeyd edilsə də, həmin sənəddə torpaq sahəsinin ayrılması ilə bağlı bələdiyyə qərarının tarixi əks olunmaqla, sənədin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilməsi öz təsdiqini tapmamışdır.

26. Məhkəmə vurğulamışdır ki, iddiaçı mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququna əsaslanaraq, bir neçə iddia qaldırsa da, həmin işlər çərçivəsində onun mülkiyyət hüququnun mövcud olması hələ də tam şəkildə öz təsdiqini tapmamışdır. Belə ki, mübahisəli torpaq sahəsinin dövlət və ya bələdiyyə mülkiyyətinə aid olubolmaması

27. ilə bağlı məhkəmələr tərəfindən çoxsaylı ekspertizalar keçirilsə də, ekspert və mütəxəssislər ziddiyyətli rəylər təqdim etmişlər.

28. Məhkəmə qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində olması, yaxud iddiaçının qanuni istifadəsində olması təsdiq edilməmiş, mübahisəli torpaq sahəsinin dövlət və ya bələdiyyə mülkiyyətinə aid olub-olmaması ekspert və mütəxəssis rəyləri tərəfindən hazırki günədək müəyyən edilməmişdir.

29. Həmçinin həmin torpaq sahəsi üzərində cavabdeh tərəfindən dövlət orqanlarından müvafiq qanuni icazələr alınmaqla çoxmərtəbəli yaşayış binası inşa edilmiş və çoxsaylı sakinlərə satılmışdır. Lakin işin bu faktiki halı iddiaçı tərəfindən nəzərə alınmamış, mübahisəli torpaq sahəsində tikilmiş çoxmərtəbəli yaşayış binası ilə bağlı hər-hansı tələb irəli sürülməmiş, iddiaçının tələb etdiyi maddi zərərin nədən ibarət olduğu və hansı məbləğdə olduğu dəqiq göstərilməməklə əsasladırılmamışdır.

30. Məhkəmə işdə olan sübutları qiymətləndirib, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlmişdir ki, iddiaçının mübahisəli torpaq sahəsi ilə bağlı mülkiyyət hüququnun mövcud olması hazırda işdə olan sübutlarla təsdiqini tapmadığından, iddia tələbi əsassız olduğu üçün təmin edilməməli, iddiaçıya mübahisəli torpaq sahəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyası tərəfindən aparılan icraat yekunlaşdırıldıqdan və torpaq sahəsinin mülkiyyətçisi dəqiq müəyyən olunduqdan sonra iddiaçı ilə bələdiyyə arasında ##.##.2007-ci il tarixli alqı-satqı müqaviləsi bağlanan zaman torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olduğu təsdiq edildiyi halda, həmin torpaq sahəsi ilə bağlı cavabdehə qarşı kompensasiya tələbi ilə bağlı iddia qaldırmaq hüququ izah olunmalıdır.

31. Məhkəmə bu qənaətə gələrkən cavabdeh hüquqi şəxsin vicdanlılıq prinsipinə uyğun olaraq mübahisəli torpaq sahəsinə sahiblik etməsini, həmin torpaq sahəsi üzərində tikinti işlərinin aparılması ilə bağlı müvafiq dövlət orqanları tərəfindən icazələrin alınmasını, mübahisəli torpaq sahəsi üzərində inşa edilmiş çoxmərtəbəli binada yaşayan sakinlərin həmin mənzillərin vicdanlı sahibləri olduqlarını nəzərə alaraq, iddiaçının kompensasiya hüququna malik ola biləcəyini nəzərə almışdır.

32. Məhkəmə öz hüquqi mövqeyini AR Konstitusiyasının 13, 29-cu maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsinə, Mülki Məcəllənin 140, 152, 157.2, 157.4, 157.8-ci maddələrinə, habelə MPM-nin 14.2, 77.1, 81, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

33. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

34. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaq sahəsi iddiaçı tərəfindən qanuni prosedurlara riayət edilməklə əldə edilib. Torpaq sahəsi uzun müddət bağ-bostan sahəsi kimi onun istifadəsində olub. Daha sonra iddiaçı, Binəqədi rayon Rəsulzadə bələdiyyəsinin yerli iqtisadi inkişaf daimi komissiyasının ##.##.2007-ci il tarixli, ** saylı iclas protokolunun qərarına və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” AR Qanunun 16-cı maddəsinə əsasən Binəqədi rayon İH-nin memarlıq xidməti tərəfindən razılaşdırılmış ərazinin planlaşdırılması və tikinti layihəsi əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə alqı-satqı yolu ilə həmin bələdiyyədən satın alıb. ##.##.2007-ci ildə Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsi ilə iddiaçı arasında “Torpaqların alqı satqısına dair” Akt imzalanıb və Akta əsasən iddiaçı torpaq sahəsinin dəyəri üçün sözügedən bələdiyyənin bank hesabına ##.##.2007-ci il tarixli, ****** saylı qəbzlə 19.968 manat pul ödəyib. Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsinin ##.##.2007-ci il tarixli, **/** saylı qərarı və “Torpaqların alqı-satqısına dair” ##.##.2007-ci il tarixli Akt ləğv edilməyib və bu günə qədər qüvvədədir. Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsinin ##.##.2019-cu il tarixli arayışına əsasən ##.##.2007-ci il tarixli, **/** saylı qərar və ona əlavə edilmiş digər sənədlər Dövlət Arxiv İdarəsinin Bakı filalında mövcuddur və qərar hazırda qüvvədədir. AR Milli Arxiv İdarəsinin Dövlət Arxivinin Bakı filialının ##.##.2019-cu il tarixli məktubunda qeyd edilir ki, “* saylı “Asan Xidmət” Mərkəzindən daxil olmuş ##.##.2019cu il tarixli müraciətə əsasən bildirilir ki, iddiaçı barəsində Binəqədi rayon M.Ə.Rəsulzadə bələdiyyəsinin arxiv fondu üzrə ##.##.2007-ci il tarixli, **/** saylı qərarı və ona əlavə olunmuş digər sənədlər Dövlət Arxvinin Bakı filialında mövcuddur”. Bakı İnzibati Məhkəmənin ##.##.2022-ci il tarixli qərarı ilə, Cavabdeh MMC-nin Bakı şəhəri, Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinə qarşı (üçüncü şəxs İddiaçı və Binəqədi rayon İcra hakimiyyəti) “qərarın etibarsız sayılması” tələbinə dair iddiası təmin edilməyib. Həmin qərardan apellyasiya şikayəti verilməyib və qərar qanuni qüvvəsini alıb. Torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olması M.Ə.Rəsulzadə bələdiyyəsinin ##.##.2007-ci il tarixli, **/** saylı qərarı, “Torpaqların alqı-satqısına dair” ##.##.2007-ci il tarixli Aktı və Bakı İnzibati Məhkəmənin ##.##.2022-ci il tarixli qərarı ilə birmənalı şəkildə təsdiq olunur. Bu hüquqi sənədlər ləğv edilməyib və hazırda da qüvvədədir. Belə olan halda, mübahisələndirilən qətnamədə torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olmasının şübhə altına alınması anlaşılmazdır. Bütövlükdə məhkəmənin iddiaçınının mülkiyyət hüququnun qeydə alınmaması faktına istinadən torpaq sahəsinin onun mülkiyyətində olmaması nəticəsinə gəlməsi əsassızdır. İddiaçı torpaq sahəsinə uzun illər faktiki sahiblik edib və sahə onun istifadəsində olub, daha sonra isə onun qanuni istifadəsinə verilməsinə dair bələdiyyə qərarı qəbul edilib. Həmin qərar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8.0.1-ci maddəsinə əsasən onun torpaq sahəsi üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi üçün kifaət edir və bu hüquq onun legitim gözləntisi nəticəsində yaranıb. Məhkəmənin mövqeyi sadalanan dəlillərə əsasən qanunsuz və əsassızdır. Torpaq sahəsinin dövlət və ya bələdiyyə mülkiyyətinə aid olubolmamasının ekspert və mütəxəssislər tərəfindən hazırkı günədək müəyyən edilməməsinə dair qeyd edilməlidir ki, məhkəmə bu qənaətə gələrkən AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2022-ci il tarixli ekspert rəyinin tədqiqat nəticəsinə və Binəqədi rayon İcra Hakimiyyətinin ##.##.2020-ci il tarixli məktubuna istinad edib. Halbuki, Reyestr Xidmətinin * saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, göstərilən torpaq sahəsi sənəd üzrə 1200.0 kv.m olsa da, faktiki olaraq 1710.0 kv.m təşkil edir: “Torpaq sahəsi Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsinin **/** nömrəli, ##.##.2007-ci il tarixli Qərarı ilə ayrılmışdır, sxemə uyğundur (ölçülərdə cuzi uyğunsuzluq mövcuddur)”. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli ekspert rəyinə əsasən, M.Ə.Rəsulzadə bələdiyyəsinin ##.##.2007-ci il tarixli, **/** saylı qərarı ilə iddiaçıya ayrılmış 1.200 kv.m torpaq sahəsinə dair təqdim edilmiş cizgidə torpaq sahəsinin yalnız iki tərəfin ölçüsü göstərilmiş (54 metr- 28.5 metr), vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahənin AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin ##.##.2020-ci il tarixli, ** nömrəli “Obyektin tikintisinə icazə sənədindəki qeyd edilmiş koordinatlarla olan sahənin hüdudları daxilində yerləşir”. Bakı İnzibati Məhkəmənin ##.##.2022ci il tarixli qərarında da bu suala birmənalı şəkildə aydınlıq gətirilib. Mübahisələndirlən qətnamədə də istinad edilmiş qərarın həmin hissəsində qeyd edilir ki, “Həmin qərar qəbul edilərkən, məhkəmə tərəfindən mübahisə predmeti olan Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin ## #### 2007-ci il tarixli, **/** nömrəli qərarı müvafiq torpaq sahəsinin alqı-satqı yolu ilə üçüncü şəxs İddiaçı mülkiyyətinə verilməsi barədə olması və məhkəmə icraatında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən alınmış mütəxəssis rəyinə əsasən həmin torpaq sahəsinin Bakı şəhər İH-in ## ###### 2000-ci il tarixli, *** nömrəli sərəncamı ilə Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin mülkiyyətinə verilmiş ərazi hüdudları daxlində yerləşməsi, həmin mütəxəssis rəyinin qeyri-mötəbərliyi barədə hər hansı xüsusatın müəyyən edilməməsi, rəyin mötəbər sübut kimi qiymətləndirilməsi, Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsinin ## #### 2007-ci il tarixli, **/** nömrəli qərarı qəbul etməkdə səlahiyyətli olması və “İnzibati icraat haqqında” AR Qanunun 65.1.2-ci maddəsinin tələbləri baxımından həmin qərarın etibarsız sayılmaması nəzərə alınmışdır”. Beləliklə, sözügedən sənədlərlə torpaq sahəsinin bələdiyyə torpağı olması təsdiq edilir. Məhkəmə sözügedən aktlarla yanaşı, eyni zamanda Bakı İnzibati Məhkəmənin ##.##.2022-ci il tarixli qərarının preyudisiallığını da həmin hissədə şübhə altına alır. İddiaçı sözügedən iddia ərizəsini ##.##.2020-ci ildə məhkəməyə təqdim edib. Həmin günlərdə cavabdeh ona məxsus torpaq sahəsinə yenicə qanunsuz daxil olub və orada tikinti işləri aparmağa start vermişdi. Bu mənada həmin tələbin cavabdeh tərəfindən özbaşına və qanunsuz müdaxiləyə son verilərək ərazidən çıxarılması və qanunsuz müdaxilə nəticəsində ona dəymiş maddi zərərin ödənilməsi məzmununda olması tamamilə təbiidir və o vaxtkı mövcud reallığı əks etdirən hüquqi tələb idi. İddiaçı iddia ilə birlikdə eyni zamanda iddianın təmin tədbiri barədə ərizə ilə də Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinə müraciət edib və məhkəmə baxışı bitənə qədər torpaq sahəsində cavabdeh tərəfindən aparılan tikintinin dayandırılması barədə qərardad qəbul edilməsini xahiş edib. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli qərardadı ilə iddianın təmini tədbiri barədə ərizə təmin olunub, cavabdeh tərəfindən aparılan tikintinin dayandırılması qərara alınıb. Ancaq cavabdeh tikinti işlərini qüvvədə olan məhkəmə qərardadının tələbinə zidd şəkildə davam etdirib və sonrakı illərdə orada hündür mərtəbəli yaşayış sahəsinin inşasını başa çatdırıb. Yəni, cavabdeh tərəfindən çoxmərtəbəli yaşayış binasının inşa edilməsi qanunvericliyin tələbinə zidd şəkildə həyata keçirilib. Başqa sözlə desək, iddianın “cavabdeh tərəfindən özbaşına və qanunsuz müdaxiləyə son verilərək ərazidən çıxarılması” hissəsi də sözügedən bu qanunsuzluğun, məhkəmə qərardadının icra olunmamasının nəticəsində öz əhəmiyyətini itirib. Mübahisələndirilən qətnamədə “işin bu faktiki halının iddiaçı tərəfindən nəzərə alınmadığı, mübahisəli torpaq sahəsində tikilmiş çoxmərtəbəli bina ilə bağlı hər hansı tələb irəli sürülmədiyi” qeyd edilsə də, həmin binanın Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli qərardadının tələbinə zidd inşa edilməsinə və nəticədə iddia tələbinin cavabdeh tərəfindən torpaq sahəsinə qanunsuz müdaxiləyə son qoyulması və ərazidən çıxarılması hissəsində öz əhəmiyyətini itirinəsinə hər hansı bir münasibət bildirilməyib. “İddiaçının tələb etdiyi maddi zərərin nədən ibarət olduğu və hansı məbləğdə olduğu dəqiq göstərilməməklə əsaslandırılmadığına gəlincə” isə, əvvəla iddiaçı iddia ərizəsində qeyd edib ki, “qanuni sahibliyində olan torpaq sahəsinə cavabdeh tərəfindən edilən özbaşına və hüquqa zidd müdaxilə nəticəsində ona mübahisə məhkəmə tərəfindən mahiyyəti üzrə həll olunana qədər nə qədər zərərin əmələ gələcəyini dəqiq olaraq hal-hazırda müəyyənləşdirmək mümkün deyil. Buna görə də, indiki mərhələdə ona dəyən zərərin konkret miqdarını hələlik dəqiq hesablamaq mümkün olmadığına görə, iddia ərizəsində konkret zərər miqdarını müvəqqəti olaraq konkret şəkildə qeyd edə bilmir. Bu qanunsuz müdaxilənin aradan qaldırılması ilə bağlı məhkəmə işinin mahiyyəti üzrə həll edilməsi dövrü ərzində ona dəyən zərəri hesablamaq mümkün olacaqdır”. Sonrakı illərdə iddianın müdaxiləyə son qoyulması və ərazidən çıxarılma hissəsi aktuallığını itirib. Məhkəmə gedişatında isə faktiki mülkiyyətdən məhrumetmə ilə ona dəyən maddi zərər məbləği mütəxəssis rəyi ilə müəyyən edilib. İş materiallarında olan “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, aparılmış hesablamalar və təhlillərə əsasən torpaq sahəsinin bazar dəyəri 2007-ci ildə 85.000 manat, 2025-ci ildə təxminən 287.294,50 manat təşkil edir. Həmin rəy Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə qiymətləndirmə ekspertizasının nəticəsində verilib. Qərardadda ekspert (qiymətləndirici) qarşısında idiaçıya məxsus torpaq sahəsinin 2007-ci il tarixinə və hazırkı tarixə bazar dəyərinin müəyyən edilməsi sualı qoyulub. Qiymətləndirici də sözügedən rəyi tərtib edib və məhkəməyə təqdim edib. Rəy kifayət qədər əsaslı olub. Məhkəmənin “İddiaçının tələb etdiyi maddi zərərin nədən ibarət olduğu və hansı məbləğdə olduğu dəqiq göstərilməməklə əsaslandırılmadığı” barədə mövqeyi həmin rəylə inkar edilir. Göstərilən dəlillərə əsasən məhkəmənin bu mövqeyi də qanunusuz və əsassızdır. Məhkəmənin “cavabdeh hüquqi şəxsin vicdanlılıq prinsipinə uyğun olaraq mübahisəli torpaq sahəsinə sahiblik etməsi”, “həmin torpaq sahəsi üzərində tikinti işlərinin aparılması ilə bağlı müvafiq dövlət orqanları tərəfindən icazələr alınması” barədə dəlillərinə gəlincə isə, əvvəla, tikinti işinin qüvvədə olan məhkəmə qərardadının tələbinə zidd və nəticə etibarilə qanunsuz aparıldığı yuxarıda ətraflı şəkildə şərh edilib. Digər tərəfdən, iddiaçı iki dövlət qurumunun sərəncam və icazələrini hələ də yerli məhkəmələrdə mübahisələndirir və belə olan halda cavabdehin “vicdanlılıq prinsipinə uyğun olaraq mübahisəli torpaq sahəsinə sahiblik etməsi” qənaətinə gəlmək məhkəmənin obyektivliyinə və qərəzsiz arbitr roluna şübhə yaradır. Bundan başqa, iddiaya qanunla nəzərdə tutulmuş müddətə baxılmayıb, hər hansı qanuni əsas olmadan bir neçə dəfə mülki iş üzrə icraat dayandırılıb. İddia ərizəsi Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinə ## ### 2020-ci ildə təqdim edilib. Həmin dayandırmalar Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin ## ####### 2020-ci il, ## ##### 2022-ci il və ## ### 2025-ci il tarixli qərardadları ilə baş tutub. Birinci iki dayandırmaya əsas kimi Cavabdeh MMC-nin Bakı şəhəri, M.Ə.Rəsulzadə bələdiyyəsinə qarşı Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsinin **/** saylı, ##.##.2007-ci il tarixli qərarının etibarsız hesab edilməsinə dair iddiayla Bakı İnzibati Məhkəməyə müraciət etməsi göstərilib. Bakı İnzibati Məhkəmənin ## #### 2022-ci tarixli qərarı ilə Cavabdeh MMC-nin M.Ə.Rəsulzadə bələdiyyəsinə qarşı iddiası təmin edilməyib. Qərardan apellyasiya şikayəti verilməyib və qərar qanuni qüvvəsini alıb. Məhkəmə yanlız cavabdehin xeyrinə olan sübutlara istinad edib. İddiaçının təqdim etdiyi və onun xeyrinə olan sübutlara qiymət verilməyib. Qətanamədə məhkəmənin hansı səbəblərdən cavabdehin xeyrinə sübutlara istinad etdiyi, iddiaçının sübutlarına isə məhəl qoymadığı, yaxud cavabdehin xeyrinə olan sübutları iddiaçının xeyrinə olan sübutlardan üstün tutmasının motivləri məlum olmur. Məhkəmə bu sübutlara hər hansı bir münasibət bidirməyib və hüquqi qiymət verməyib. Ancaq bu qərardan sonra mülki işin icraatının təzələnməsi nə az nə çox, düz 2 il 5 ay 25 gün sonra - ##.##.2024-cü ildə təzələnib. Ancaq bundan sonra da iddiaya qanunla nəzərdə tutulmuş müddətdə baxılması başa çatdırılmayıb. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraat yenidən dayandırılıb. Qərardadda bu dəfə icraatın dayandırılması əsası kimi iddiaçının cavabdeh Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı “tikintiyə icazənin ləğv edilməsi” tələbinə dair iddiasının Bakı İnzibati Məhkəmənin ## ### 2022-ci il tarixli qərarı ilə təmin edilməməsi və həmin qərarın hazırda Bakı Apellyasiya Məhkəməsində mübahisələndirilməsi, birinci instansiya məhkəməsinin qərarının qanuni qüvvəyə minməməsi ilə əsaslandırılıb. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2025-ci il tarixli qərardadı ilə bu qərardad ləğv edilib, geri qaytarılsa da, iddiaya baxılmasının prosedural qaydaları növbəti dəfə pozulub. Məhkəmə yenə prosesi bir neçə dəfə təxirə salıb və nəhayət, ##.##.2025-ci ildə hazırkı qətnaməni elan edib. Beləliklə, iddiaya birinci instansiya məhkəməsində baxılması 5 il 5 ay 4 gün müddətində baxılıb.

35. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakimlər Məhəmməd Rüstəmli (sədrlik edən, məruzəçi), Fərrux Qasımov və Günay Axundova) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-*/**** saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə, iddiaçının cavabdehə qarşı “torpaq sahəsinin boşaldılması və s.” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

36. Apellyasiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, işdə olan məhkəmə aktları və ekspert (mütəxəssis) rəyləri ilə iddiaçının mülkiyyətinə bələdiyyə tərəfindən verilmiş torpaq sahəsi və cavabdehə icarə müqaviləsi əsasında ayrılmış torpaq sahələrinin üst-üstə düşdüyü müəyyən edilmişdir.

37. Həmçinin, Bakı İnzibati Məhkəmənin ##.##.2022-ci il tarixli qərarı ilə müəyyən edilir ki, iddiaçıya Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən ayrılmış torpaq sahəsi, Bakı şəhər İcra Hakimiyyəti başçısının ##.##.2000-ci il tarixli, *** nömrəli sərəncamı ilə Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin mülkiyyətinə verilmiş ərazi hüdudları daxilində yerləşir. Lakin sonradan Bakı şəhər İcra Hakimiyyəti tərəfindən həmin torpaq sahəsi ##.##.2018-ci il tarixli icarə müqaviləsi əsasında cavabdehin sahibliyi və istifadəsinə vermiş, dövlət orqanı tərəfindən həmin sahədə yaşayış binasının inşa edilməsi barədə cavabdehə icazə verilmişdir.

38. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya münasibətdə hər hansı hüquqa zidd əməl törədilməmiş, mübahisəli torpaq sahəsinə sahiblik və ondan istifadə dövlət orqanı tərəfindən təqdim edilmiş və qüvvədə olan sənədlər əsasında həyata keçirilmiş, müvafiq icazə sənədləri əsasında yaşayış binasının inşası həyata keçirilmişdir.

39. Mülki qanunvericiliyin müddəalarına əsasən, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.

40. Şərh olunanlara əsasən iddiaçının cavabdehə qarşı iddia tələbləri təmin edilə bilməz, çünki cavabdeh tərəfindən iddiaçıya münasibətdə hər hansı hüquqa zidd əməl törədilməmişdir.

41. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 152.1, 152.5, 157.8, 1096.1, 1096.2, 1100-cü, habelə MPM-nin 14.2, 77.1, 88, 217.3, 217.4, 384.0.2, 385.1-ci madələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

42. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

43. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi iddiaçıya bələdiyyə qərarı ilə ayrılmış və hazırda qüvvədə olan qərarın tələbinə zidd olaraq dövlət qurumları (Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi) tərəfindən torpaq sahəsinin cavabdehə icarəyə verilməsini, eləcə də yaşayış sahəsinin layihələndirilməsi üçün icazə və yaşayış binasının inşasına icazə verilməsinin qanunsuzluğu faktını tanısa da, cavabdehin mülki hüquq pozuntusunu törətməkdəki rolunu tamamilə inkar edib. Halbuki, işin faktiki hallarından göründüyü kimi cavabdeh torpaq sahəsinin iddiaçıya məxsus olması faktını əvvəlcədən bilib, onların arasında hətta ## #### 2016-cı il tarixli icarə müqaviləsi bağlanıb. Digər tərəfdən, cavabdeh torpaq sahəsində tikinti işlərini Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin tikinti işlərinin aparılmasının qadağan edilməsinə dair ## ### 2020-ci il tarixli qərardadının tələbinə zidd olaraq həyata keçirib. Cavabdeh iddiaçıya məxsus torpaq sahəsinə sahiblənməsinin qanunsuz olduğunu bilib, orada yaşayış binasını qanunvericliyin tələbinə zidd şəkildə inşa etdiyinin fərqində olub və onun bu əməlləri iddiaçıya zərər vurub, təbii ki, zərərlə hüquqazidd əməl arasında səbəbli əlaqə də aşkar şəkildə mövcud olub. Bundan başqa, apellyasiya məhkəməsinin mövqeyindən aydın olur ki, o, iddiaçının dövlət qurumlarına qarşı mülki qanunvericiliyin tələblərinə (Mülki Məcəllənin 1100-cü maddə) uyğun iddia qaldırmaq hüququnun olduğunu bildirir. İddiaçı həm Bakı Şəhər İcrakimiyyətinə, həm də Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsnə qarşı onların sərəncam və sənədini (Bakı Şəhər İcra Hakimiyyətinin ## ###### 2017-ci il tarixli, ** saylı Sərəncamını və Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin # ### 2020-ci il tarixli, ** nömrəli tikintiyə icazə sənədini) məhkəmə qaydasında mübahisələndirib. İcra hakimiyyətinə qarşı məhkəmə mübahisələri bitsə də, Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə məhkəmə çəkişmələri davam edir və iş hazırda apellyasiya baxışındadır. Belə olan halda, sözügedən iddia tələbi hər hansı uğur vəd etmir və iddiaçının məruz qaldığı mühüm hüquq pozuntuları ilə bağlı səmərəli hüquq müdafiə vasitəsi hesab edilə bilməz. İddiaçı apellyasiya şikayətində prosessual hüquq normalarının pozuntusuna dair ətraflı dəlillər təqdim edib. Bunlar iddiaya qanunla nəzərdə tutulmuş müddətdə baxılmaması, tərəflərin bərabərliyi prinsipinin və məhkəmə qərarının əsaslandırılması hüququnun pozulması barədədir. Apellyasiya məhkəməsi həmin dəlillərə hər hansı bir münasibət bildirməyib. Cəmi bir dəlil kifayət edir ki, iş üzrə qanunsuzluğun miqyası barədə aydın təsəvvür yaransın. İddiaçının hazırkı tələbinə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsində mahiyyəti üzrə baxılması nə az, nə çox düz 5 il 5 ay 4 gün çəkib (## ### 2020 - ## ####### 2025-ci il). Apellyasiya məhkəməsi bu aşkar pozuntunu belə diqqətdən kənarda qoyub. Nəticədə ərizəçi səmərəli hüquq müdafiə vasitələrinə malik olmaq hüququndan məhrum olub. Prosessual hüquq normalarının digər pozuntuları nəticə etibari ilə apellyasiya məhkəməsi tərəfindən də davam etdirilib. Apellyasiya məhkəməsi 15 səhifəlik qətnamənin ilk 12 səhifəsini işin hallarına və apellyasiya şikayətinin dəlillərinə, 1 səhifə yarımını (13-14-cü səhifələr) tətbiq edilən hüquqa, yalnız 14-15 səhifəsinin 44-56-cı bəndlərini məhkəmənin mövqeyinə həsr edib. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərini sadalasa da, həmin dəlillərə hər hansı bir münasibət bildirməyib. Beləliklə, iddiaçının ədalətli məhkəmə araşdırması, ağlabatan müddətdə işinə baxılması, tərəflərin bərabərliyi və əsaslandırılmış qərara malik olmaq hüququnun pozuntuları apellyasiya məhkəməsi tərəfindən də davam etdirilib. Avropa İnsan Haqları Məhkəməsi bir sıra qərarlarında ağlabatan müddətin qiymətləndirilməsində bir neçə faktorun nəzərə alınmasının vacibliyini bildirib. Bunlar işin mürəkkəbliyi, iddiaçının davranışı, məhkəmə və ümumiyyətlə dövlət hakimiyyəti orqanlarının hərəkətləri ərizəçi üçün riskin dərəcəsidir. İddiaçının işi mürəkkəb olmayıb, o, işə baxılmasını gecikdirən hər hansı davranışa yol verməyib. İşə həddən artıq gec baxılması iddiaçı-kassator üçün ciddi riskə səbəb olub və ona bərpa edilməz zərər vurub. Apellyasiya məhkəməsi cavabdehin hərəkətlərini dövlət orqanlarının verdiyi icazələrlə əsaslandırmağa çalışıb. Lakin, iddiaçının mülkiyyət hüququ qüvvədə olduğu halda, həmin torpaq sahəsinə dair verilmiş inzibati aktlar hüquqa zidd olub. Qanunsuz inzibati aktlar üçüncü şəxslərə qarşı hüquqi nəticə yarada və mülkiyyət hüququnun pozulmasına əsas ola bilməz. Məhkəmə bu prinsipi tətbiq etməyib. Apellyasiya məhkəməsi iddiaçıya məxsus torpaq sahəsinə dair bələdiyyə qərarının qüvvədə olduğunu qəbul etsə də, həmin torpaq sahəsinə cavabdeh tərəfindən faktiki müdaxiləni hüquqa zidd hesab etməyib.Beləliklə, məhkəmə iddiaçının mülkiyyət hüququnun mövcudluğunu tanıyıb, lakin bu hüquqa edilən müdaxiləni hüquqi qiymətləndirmədən kənarda saxlayıb. Bu isə mülkiyyət hüququnun mahiyyət etibarilə qorunmaması ilə nəticələnib. İş materialları ilə təsdiq olunur ki, cavabdeh torpaq sahəsinin iddiaçıya məxsus olduğunu bilib (ən azından icarə müqaviləsi mövcud olub), məhkəmənin tikintiyə qadağa qoyan qərardadına baxmayaraq tikinti işləri aparılıb, nəticədə iddiaçıya maddi zərər dəyib. Hüquqazidd əməl, təqsir, zərər, səbəbli əlaqə tam şəkildə mövcud olduğu halda, apellyasiya məhkəməsi AR Mülki Məcəlləsinin 1096 və 1097-ci maddələrinin tələblərini hazırkı mülki mübahisəyə tətbiq etməyib. Apellyasiya məhkəməsi belə nəticəyə gəlib ki, zərər dövlət və ya bələdiyyə tərəfindən ödənilməlidir. Lakin, cavabdeh özü bilavasitə hüquqazidd hərəkət törətdib, məhkəmə aktına məhəl qoymayıb və torpaq sahəsində qanunsuz tikinti işlərinə başlayıb. Belə olan halda, cavabdehin delikt məsuliyyəti istisna edilə bilməz. Məhkəmə bu məsuliyyəti tətbiq etməməklə maddi hüquq normalarının tələblərini pozub. Yuxarıda qeyd olunan pozuntular nəticəsində iddiaçı, hüquqlarının real müdafiəsinə nail ola bilməyib, məhkəmə müdafiəsi formal xarakter daşıyıb. Bu isə səmərəli hüquqi müdafiə vasitəsinin pozulmasıdır. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntuları ilə bağlı konkret və ətraflı dəlillər irəli sürüb. Lakin, apellyasiya məhkəməsi həmin dəlilləri yalnız qətnamədə sadalamaqla kifayətlənib və onlara hüquqi qiymət verməyib və həmin dəlilləri niyə rədd etdiyini qətnamədə göstərməyib. Bu isə AR MPM-in 392.2-ci maddəsinin tələblərinin pozulmasıdır. İşdə olan sübutlar obyektiv, hərtərəfli və tam qiymətləndirilməyib.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

44. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

45. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

46. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

47. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

48. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

49. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

50. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

56. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

57. Qanunun tələbinə görə, kassasiya məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

58. Hazırkı kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı.

Kassasiya məhkəməsinin hüquqi mövqeyi

59. Kassasiya məhkəməsi, cavabdehin mübahisəli torpaq sahəsinin də daxil olduğu ərazidə 11 mərtəbəli çoxmənzilli yaşayış binası inşa etməsini və bu səbəbdən də iddianın- “torpaq sahəsindən qanunsuz müdaxiləyə son qoyulması”; “torpaq sahəsindən çıxarılma” tələblərinin təmin edilməsinin mümkünsüzlüyünü nəzərə alaraq hesab edir ki, bu tələblərə aid hissədə apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

60. Lakin, iddianın- torpaq sahəsinə qanunsuz müdaxilə nəticəsində dəymiş zərərin ödənilməsi” tələbinə gəlincə isə kassasiya məhkəməsi hesab edir ki, apellyasiya məhkəməsi iddianı bu hissədə də rədd etməklə iddiaçının qanunla qorunan hüquqlarını pozub.

61. Belə ki, apellyasiya məhkəməsi özü də müəyyən edib ki, mübahisəli torpaq sahəsi bələdiyyənin mülkiyyətində olub və bələdiyyə həmin torpaq sahəsini qanuni əsaslarla iddiaçıya satıb.

62. Həmçinin işdə olan məhkəmə aktları və ekspert (mütəxəssis) rəyləri ilə təsdiq olunur ki, iddiaçıya bələdiyyə tərəfindən satılmış 1200 kv.m torpaq sahəsi ilə, icarə müqavilələri əsasında cavabdehə ayrılmış torpaq sahələri (cəmi- 2462 kv.m) üst-üstə düşür.

63. Apellyasiya məhkəməsi eyni zamanda qanuni qüvvədə olan məhkəmə aktlarına istinad edərək müəyyən edib ki, bələdiyyənin iddiaçıya satdığı 1200 kv.m torpaq sahəsi, Bakı şəhər İcra Hakimiyyəti başçısının ## ###### 2000-ci il tarixli, *** saylı sərəncamı ilə bələdiyyənin mülkiyyətinə verilmiş ərazi hüdudları daxilində yerləşir. Lakin, sonradan Bakı şəhər İcra Hakimiyyəti həmin torpaq sahəsini ## ### 2018-ci il tarixli icarə müqaviləsi əsasında cavabdehin sahibliyinə, istifadəsinə, dövlət orqanı isə cavabdehə həmin torpaq sahəsində yaşayış binası inşa etməyə icazə verib.

64. Apellyasiya məhkəməsi qeyd olunan hallara əsaslanaraq, cavabdehin torpaq sahəsinə sahiblik və ondan istifadə hüququnun dövlət orqanları tərəfindən təqdim edildiyi, qüvvədə olan sənədlər əsasında həyata keçirildiyi və müvafiq icazə sənədləri əsasında cavabdehin orada yaşayış binası inşa etdiyi və beləliklə də cavabdehin iddiaçıya münasibətdə hər hansı hüquqa zidd əmələ (deliktə) yol vermədiyi nəticəsinə gəlsə də, kassasiya məhkəməsi bununla razılaşmır.

65. Belə ki, apellyasiya məhkəməsi dövlət qurumları (Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi) tərəfindən torpaq sahəsinin cavabdehə ayrılmasının, icarəyə verilməsinin, ərazinin layihələndirilməsinin və orada yaşayış binasının inşasına icazə verilməsinin qanunsuzluğu faktını tanısa da, iddianı bu hissədə də rədd etməklə, əslində cavabdehin mülki hüquq pozuntusunu törətməkdəki rolunu tamamilə inkar edib.

66. Halbuki, işin faktiki hallarından görünür ki, cavabdeh mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olması faktını əvvəlcədən bilib, hətta onların arasında həmin torpaq sahəsinə dair ## #### 2016-cı il tarixdə 10 il müddətinə icarə müqaviləsi bağlanıb.

67. Digər tərəfdən, cavabdeh torpaq sahəsində tikinti işlərini Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin tikinti işlərinin aparılmasının qadağan edilməsinə dair ## ### 2020-ci il tarixli qərardadının qəbulundan sonra aparıb. Beləliklə də cavabdeh, torpaq sahəsində yaşayış binasını qanunvericliyin tələbinə zidd inşa etməsinin fərqində olub.

68. Göründüyü kimi, cavabdeh torpaq sahəsinin iddiaçıya məxsus olduğunu 2016-cı ildən bilib (ən azından torpağa dair icarə müqaviləsi bağlayarkən), dövlət orqanı isə torpaq sahəsini cavabdehin icarəsinə iki il sonra, yəni 2018-ci ildə ayırıb və ona həmin torpaq sahəsində tikinti işləri aparmasına icazə verib, hətta tikintiyə qadağa qoyulması barədə məhkəmə aktı olmasına baxmayaraq cavabdeh orada tikinti işlərini davam etdirib.

69. Bu baxımdan kassasiya məhkəməsi hesab edir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçı faktiki olaraq 1200 kv.m torpaq sahəsindən məhrum olub və nəticədə ona maddi zərər dəyib.

70. Apellyasiya məhkəməsi cavabdehin bu hərəkətlərinə dövlət orqanlarının verdiyi qərar və icazələrlə haqq qazandırmağa çalışsa da, kassasiya məhkəməsi bununla razılaşmır.

71. Belə ki, iddiaçının mübahisəli torpaq sahəsinə ən azından sahiblik və istifadə hüquqları vardır. Həmin torpaq sahəsinə dair verilmiş inzibati aktlar isə üçüncü şəxslərə münasibətdə hüquqi nəticə yarada, habelə torpaq sahəsinə sahiblik və istifadə hüquqlarına xitam verilməsi üçün əsas ola bilməz.

72. Bundan başqa, apellyasiya məhkəməsi iddiaçıya məxsus torpaq sahəsinə dair bələdiyyə qərarının qüvvədə olmasını qəbul etsə də, həmin torpaq sahəsinə cavabdeh tərəfindən faktiki müdaxiləni hüquqa zidd hesab etməməklə yuxarıda sadalanan normaların tələblərini pozub.

73. Beləliklə, apellyasiya məhkəməsi iddiaçının torpaq sahəsinə sahiblik və istifadə hüququnun mövcud olduğunu tanıdığı halda, bu hüquqlara edilən müdaxiləni hüquqi qiymətləndirmədən kənarda saxlamaqla ziddiyyətli nəticəyə gəlib. Bu isə son nəticədə “gözlənilən mülkiyyət hüququna” qanunsuz müdaxilə hesab edilməklə, cavabdehin iddiaçıya qarşı mülki hüquq pozuntusu (delikt) törətməsi nəticəsinə gəlməyə əsas verir və delik törətmiş şəxs kimi cavabdeh iddiaçı qarşısında mülki hüquqi məsuliyyət daşıyır.

74. Belə olan halda, kassasiya məhkəməsi hesab edir ki, hüquqazidd əməl, təqsir, zərər, səbəbli əlaqə tam şəkildə mövcud olduğu halda, apellyasiya məhkəməsi AR Mülki Məcəlləsinin 1096 və 1097-ci maddələrinin tələblərini hazırkı mülki mübahisəyə tətbiq etməməklə səhv nəticəyə gəlib.

75. Daha sonra, apellyasiya məhkəməsi iddiaçıya maddi zərər dəyməsi faktını qəbul etsə də, qətnamədə qeyd edib ki, AR Mülki Məcəlləsinin 1100-cü maddəsinə əsasən həmin zərər dövlət və ya bələdiyyə tərəfindən ödənilməlidir.

76. Sözügedən normanın mənasına görə, dövlət və bələdiyyə orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində fiziki və ya hüquqi şəxslərə dəymiş zərər dövlət və ya yerli özünüidarə orqanlarının büdcəsi hesabına ödənilir. Yəni, zərəri vuran birbaşa vəzifəli şəxs olsa belə, hüquqi məsuliyyəti və təzminat ödəmək vəzifəsini həmin şəxsin təmsil etdiyi dövlət orqanı və ya bələdiyyə daşıyır və dövlət orqanının qanuna və ya digər normativ hüquqi akta uyğun olmayan qərarı, habelə qanunsuz hərəkəti (hərəkətsizliyi) bu məsuliyyəti yaradır.

77. Hazırkı halda işdən görünür ki, cavabdeh özü bilavasitə iddiaçıya qarşı hüquqa zidd hərəkət törədib, məhkəmə aktına məhəl qoymayıb, mübahisəli torpaq sahəsində tikinti işlərinə başlayab və.s.

78. Belə olan halda, kassasiya məhkəməsi hesab edir ki, bilavasitə cavabdehin delikt məsuliyyəti istisna edilə bilməz və apellyasiya məhkəməsi iddianı bu hissədə təmin etməməklə, yuxarıda sadalanan normaların tələblərini pozub. Nəticədə cavabdeh, delikdən irəli gələn mülki hüquqi məsuliyyətdən kənarda qalıb.

79. İddiaçı apellyasiya şikayətində həmçinin birinci instansiya məhkəməsinin işə baxarkən yol verdiyi maddi və prosessual pozuntularla bağlı konkret və ətraflı dəlillər irəli sürüb. Lakin, apellyasiya məhkəməsi həmin dəlilləri yalnız qətnamədə sadalamaqla kiayətlənib, onlara hüquqi qiymət verməyib və həmin dəlilləri nəyə görə qəbul emədiyini qətnamədə göstərməyib. Halbuki, AR MPM-in 392.2-ci maddəsinin mənasına görə, apellyasiya məhkəməsi hansı dəlillərə əsasən apellyasiya şikayətini təmin etmədiyini qətnamədə göstərməyə borcludur.

80. Bundan başqa, işdən görünür ki, mübahisəli 1200 kv.metr torpaq sahəsinin iddiaçıya geri qaytarlması, məhz cavabdehin həmin ərazidə 11 mərtəbəli çoxmənzilli yaşayış binası inşa etməsi səbəbindən artıq mümkün deyil. Yəni, törədilmiş mülki hüquq pozuntusu (delik) nəticəsində iddiaçı faktiki olaraq 1200 kv.m torpaq sahəsindən məhrum olduğuna görə zərər dəyib. Bu səbəbdən də iddiaçıya vurulmuş zərərin əvəzi bilavasitə zərərvuran tərəfindən 1200 kv.m torpaq sahəsinin real bazar dəyərinə uyğun olaraq tam həcmdə ödənilməlidir.

81. AR Mülki Məcəlləsinin 1115-ci maddəsinin mənasına görə, zərərin əvəzinin ödənilməsi üsulları kimi məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoya bilər.

82. İşə əlavə edilmiş “xxxx” MMC-nin ## ###### 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, aparılmış hesablamalar və təhlillərə əsasən 1200 kv.m torpaq sahəsinin bazar dəyəri 2007-ci ildə 85.000 manat, 2025-ci ildə isə təxminən 287.294,50 manat təşkil etmişdir.

83. Ona görə də işə yenidən apellyasiya qaydasında baxılarkən ilk növbədə cavabdehin iddiaçıya qarşı delikt törədib-törətmədiyi araşdırılmalı, onun mülki hüquq məsuliyyəti müəyyən edilməli və bundan sonra işin hallarına uyğun olaraq zərərin əvəzinin ödənilməsi üsullarının mümkünlüyü məsələsinə aydınlıq gətirilməlidir.

84. Göründüyü kimi, apellyasiya məhkəməsinin qətnaməsi qeyd olunan hissədə qanunilik və əsaslılıq baxımından AR MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab vermir. Halbuki, sözügedən normanın mənasına görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

85. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.

86. Kassasiya məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını, sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, iddiaçının kassasiya şikayətində göstərdiyi digər dəlilləri də müzakirə edərək hesab edir ki, apellyasiya məhkəməsi qeyd olunan hissədə işə baxarkən yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini pozduğundan, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmalı, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

87. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya məhkəməsi

Qərara aldı: İddiaçı İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # #### 2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsi qismən iddianın - cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin qanunsuz müdaxiləsi nəticəsində dəymiş maddi zərərin əvəzənin ödənilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilsin, mülki iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyaya Məhkəməsinə qaytarılsın. Qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar