Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1251/2026 11.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Bayramova (Bəyəliyeva) Vüsalə Nəzər qızının cavabdehlər cavabdeh1, cavabdeh4, cavabdeh2, cavabdeh3 və Bakı şəhəri ** saylı notariat ofisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ər-arvadın əmlak bölgüsü; bağışlama müqaviləsinin mübahisələndirilməsi (əqdin etibarsızlığı); payların müəyyən edilməsi; iddia müddəti ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçı Bayramova (Bəyəliyeva) Vüsalə Nəzər qızının cavabdehlər cavabdeh1, cavabdeh4, cavabdeh2, cavabdeh3 və Bakı şəhəri ** saylı notariat ofisinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, ümumi əmlakların bölünməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. cavabdeh1 ilə X4 ##.##.1998-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar.
2. cavabdeh1 Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evi üzərində keçmiş Abşeron rayonu X21 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən verilmiş ## #### 2003-cü il tarixli, **** qeydiyyat nömrəli qeydiyyat vəsiqəsi ilə tam mülkiyyət hüququ qeydiyyata alınmışdır.
3. ünvan 3 ünvanında yerləşən ** nömrəli mənzil üzərində keçmiş DTI və MHQ idarəsinin # ### 1997-ci il tarixli, ***** qeydiyyat nömrəli qeydiyyat vəsiqəsi ilə cavabdeh1 tam mülkiyyət hüququ qeydiyyata alınmış, Sumqayıt ASAN Xidmət mərkəzi notariat kontorunun ## ###### 2014- cü il tarixli 4Ə-*** reyestr nömrəli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir.
4. ünvan 4 ünvanında yerləşən * nömrəli mənzil üzərində ## ### 2006-cı il tarixli, ********* qeydiyyat nömrəli çıxarış ilə cavabdeh1 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, Sumqayıt şəhəri * saylı dövlət notariat kontorunun # ######## 2006-cı il tarixli 4Ə/4- *** reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir.
5. Sumqayıt şəhəri, 40-cı məhəllə, ev 21A ünvanında yerləşən ** nömrəli mənzil üzərində # ####### 2015-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə cavabdeh1 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, Bakı şəhəri ** saylı notariat ofisinin ## ##### 2024-cü il tarixli 4Ə-*** reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir.
6. ünvan 5 ünvanında yerləşən ** nömrəli mənzil üzərində keçmiş DTI və MHQ idarəsinin # ###### 2004-cü il tarixli, ***** qeydiyyat nömrəli qeydiyyat vəsiqəsi ilə cavabdeh1 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, Sumqayıt şəhəri * saylı dövlət notariat kontorunun # #### 2007-ci il tarixli 4Ə-1-*** reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir.
7. ünvan 8 ünvanında yerləşən 0.1144 ha bağ torpaq sahəsi üzərində # #### 2012ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə İddiaçı 1/4 hissə paylı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, Sumqayıt ASAN Xidmət mərkəzinin notariat ofisinin ## #### 2021-ci il tarixli 4Ə1472 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir.
8. Sumqayıt şəhər Icra Hakimiyyəti Başçısının ## ###### 2003-cü il tarixli *** saylı sərəncamı ilə Sumqayıt şəhəri, məhəllə 3, N.Nərimanov küçəsində 12.kv.m torpaq sahəsi İddiaçı adına rəsmiləşdirilmişdir. Abşeron rayonu Saray qəsəbəsi 24 kv.m köməkçi sahəsi 18 kv.m 1(bir) otaqlı yaşayış evi cavabdeh1 adına qeydiyyata alınmışdır.
9. Abşeron Rayon Bələdiyyəsinin ** nömrəli, ##.##.2007-ci il tarixli qərarına əsasən Hökməli Bələdiyyə torpaqlarından cavabdeh1 0.005 ha torpağın satılması və vətəndaşa fərdi yaşayış evinin tikilməsinə icazə verilmişdir.
10. Sumqayıt şəhəri, 40-cı mikrorayon, ev 21A, ** saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə cavabdeh1 adına 10.2015-ci il tarixdə qeydə alınmışdır.
11. cavabdeh1 ilə İddiaçı arasında olan nikah Ali Məhkəmənin Mülki Kollegiyasının ## ###### 2024-cü il tarixli qərardadına əsasən pozulmuş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında ## ##### 2024-cü il tarixdə qeydə alınmışdır.
12. Daşınmaz əmlakın bağışlanması barədə ## ##### 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh1 Sumqayıt şəhəri, 40-cı mikrorayon, ev 21A, ** saylı mənzili cavabdeh4 bağışlamışdır.
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2024-cü il tarixli qərardadı ilə cavabdeh1 ilə İddiaçı arasında bağlanmış nikahın pozulmasına dair X16 şəhər Məhkəməsinin ##.##.2018-ci il tarixli qərarı Azərbaycan Respublikasında tanınmışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
14. Iddiaçı Bayramova (Bəyəliyeva) Vüsalə Nəzər qızı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh1 tərəfindən Bakı şəhəri ** saylı notariat ofisinin ## ##### 2024-cü il tarixli 4-Ə-*** №-li reystrlə ümumi birgə mülkiyyətlərində olan, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 128.7 kvm. olan mənzilin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, cavabdeh cavabdeh4 adına Bakı şəhəri ** saylı notariat ofisinin ## ##### 2024-cü il tarixli 4-Ə*** №-li reyestrlə bağışlanma müqaviləsi və müqavilə əsasında onun adına daşınmaz əmlakın Dövlət Reystrində qeydiyyat aparılmasının etibarsız hesab edilməsi, cavabdeh cavabdeh1 ilə nikah dövründə əldə etdikləri ümumi birgə mülkiyyətləri olan ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 128.7 kvm. olan mənzilin ½ hissəsinin, Abşeron rayon Saray qəsəbəsi 24 kv.m-köməkçi sahəsi 18 kvm 1(bir) otaqlı yaşayış evin ½ hissəsinin, Abşeron rayonu Hökməli qəsəbəsində 0.05 ha həyətyanı torpaq sahəsinin ½ hissəsinin, Sumqayıt şəhəri, N. Nərimanov küç. 3-cü məhəllə ev 10/7-də yerləşən 12 kvmlik qeyri yaşayış sahəsinin ½ hissəsinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh cavabdeh1 ## ### 1998-ci ildə rəsmi nikaha daxil olublar. Ər-arvad kimi faktiki oktyabr 2021-ci il tarixinə kimi yaşayıblar. Aralarında yaranmış narazılıqlar nəticəsində nikahlarına ## ###### 2024-cü il tarixdə xitam verilmişdir. Hal-hazırda nikahın pozulması barədə AZI N****** şəhadətnamə ##.##.2024-cü ildə alınmışdır. Ər-arvad kimi yaşadıqları dövrlərdə Abşeron rayonunda və Sumqayıt şəhərində ümumi vəsaitləri hesabına bir neçə daşınmaz əmlaklar alınmışdır. Nikahlarınını pozulması ilə əlaqədar birgə nikah dövrlərində əldə olunmuş əmlaklar bərabər şəkildə bülünməli və payları müəyyən edilməlidir. Bunlardan başqa, cavabdeh cavabdeh1 nikahlarının xitamı barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2024-cü il tarixli qərardadını və bununla əlaqədar nikahın pozulması haqqında şəhadətnaməni ## ##### 2024-cü il tarixdə aldıqdan dərhal sonrakı gün, yəni ## ##### 2024-cü il tarixdə bir neçə şəxslərin köməyi ilə ünvan 2 ünvanında yerləşən 128.7 kvm-lik mənzili tam şəkildə öz doğma qardaşı cavabdeh4 bağışlamışdır. Cavabdeh cavabdeh1la nikah müddətində Abşeron rayon Saray qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evi (24 kvm. köməkçi sahəsi 18 kvm – bir otaqlı), ünvan 1 ünvanında 128.7 kvm sahəsi olan mənzil, ##.##.2007ci ildə Abşeron rayonu Hökməli bələdiyyəsinin ** saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün 0.05 ha həyətyanı torpaq sahəsi, ünvan 6 ünvanında yerləşən 12 kvm-lik qeyri yaşayış obyekti əldə edilmişdir. Yuxarıda qeyd olunan daşınmaz əmlaklar nikah müddətində əldə olunduğundan həmin əmlaklara dair paylar bərabər hesab edilir. Cavabdeh cavabdeh1 aralarında olan nikah müqaviləsinin pozulması ilə əlaqədar birgə nikah döründə əldə edilmiş əmlakları tam şəkildə əldə etmək məqsədi ilə bir qrup şəxslərlə əlaqəyə girib saxta sənədlər tərtib etdirmiş və notariat vasitəsi ilə bağışlama müqaviləsi ilə ona düşən payını bağışlamaqla uydurma əqd bağlamaqla qanunsuzluğa yol verilmişdir. Bağışlama müqaviləsi bağlandığı andan etibarsız hesab edilir (MM-nin 337.4). Buna görə də cavabdehlərin bağladıqları əqd hüquqi nəticələrə səbəb ola bilməz. Əqdin bağlanmasında iddiaçının iradə ifadəsi olmamışdır. Iddiaçı bağışlama müqaviləsindən Sumqayıt DƏDK və Reystr Rublik hüquqi şəxsi * saylı ərazi idarəsinin ##.##.2024-cü il tarixli vəkil sorğusuna verdiyi cavabdan sonra xəbərdar olub.
16. Cavabdeh cavabdeh1 iddiaya yazılı etiraz vermiş və ərizə belə əsaslandırılmışdır ki, tərəflərin nikahı iddiaçının tələbi ilə ## #### 2018-ci ildə pozulmuş, iddia ərizəsində göstərilən ## ###### 2024-cü il tarixi isə həqiqəti əks etdirmir. Belə ki, nikahın pozulmasından sonra tərəflər birlikdə yaşamamış və ümumi təsərrüfat aparmamışlar. Mübahisəli mənzil ailə vəsaiti hesabına deyil, cavabdehin qardaşı cavabdeh4 şəxsi vəsaiti ilə alınmışdır. Mənzil formal olaraq cavabdeh1 adına rəsmiləşdirilmiş, lakin faktiki sahibi əvvəldən cavabdeh4 olmuşdur. Buna görə də mənzilin bağışlanması əsl sahibinə qaytarılması məqsədilə həyata keçirilmiş qanuni əməliyyat kimi qiymətləndirilmişdir. Bağışlanma müqaviləsi notariat qaydasında və qanunvericiliyin bütün tələblərinə uyğun rəsmiləşdirilmiş və bununla bağlı qarşı tərəf əqdin etibarsız sayılması üçün hər hansı hüquqi əsas və ya sübut məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə, iddiaçının əmlak üzərində hüququ olmamaqla, bilə-bilə əsassız varlanmaq məqsədilə məhkəməyə müraciət etmişdir. Həmçinin nikah 2018-ci ildə pozulduğundan, Ailə Məcəlləsinə əsasən tətbiq edilən 3 illik iddia müddəti ötürülmüş və bu səbəbdən iddia rədd edilməlidir. Iddiaçının bölünməsini tələb etdiyi bütün əmlaklar qardaşı cavabdeh4 göndərdiyi vəsait hesabına alınmış və o, sadəcə həmin əmlakları öz adına rəsmiləşdirmişdir. Belə ki, Saray qəsəbəsindəki ev, Hökməlidəki torpaq sahəsi, bərbərxana kimi istifadə olunan obyekt, kafe, avtomobil və digər əmlaklar Sərxanın vəsaiti ilə əldə edilmişdir. Onun bir Polis əməkdaşı kimi aldığı maaş bu qədər əmlak almağa imkan vermirdi və heç bir biznes fəaliyyəti olmayıb. Ailənin müxtəlif xərcləri, o cümlədən oğlunun əməliyyat xərcini də Sərxan qarşılamışdır. Iddiaçı ilə 2018-ci ildə boşanmış bundan sonra birlikdə yaşamamışlar və yalnız uşaqların xətrinə müəyyən vaxtlarda iddiaçı ilə görüşmüşlər. Belə ki, 2021-ci ildə baş verən mübahisədən sonra iddiaçı ilə bütün əlaqələr kəsilmiş və iddiaçını evə buraxmamışdır.
17. Cavabdeh cavabdeh4 isə iddia tələbinə etirazında bildirmişdir ki, iddiada qeyd edilən əmlaklar ona məxsusdur. Sumqayıt şəhəri, 40-cı məhəllədəki 128 kv.metrlik mənzil və Saray qəsəbəsindəki ev də onundur. Iddiaçı keçmiş ərindən 2018-ci ildə boşanıb, daha sonra bir neçə ay da birlikdə yaşayıblar. O, qardaşı ilə tez-tez danışır, lakin onlar arasında barışıq olmasını eşitməyib. Sadəcə olaraq, iddiaçıya 1 otaqlı mənzil verilməli idi və həmin mənzil alınana qədər iddiaçı keçmiş əri ilə birlikdə yaşayıblar. Rusiyada yaşaması ilə əlaqədar əmlakları Elşənin adına alıb. Iddia ərizəsində qeyd edilən bütün mülklər şəxsən ona aiddir. Hətta bununla bağlı məhkəməyə yüz nəfər şahid də təqdim edə bilər. Hətta qardaşı həmişə ona evləri öz adına sənədləşdirməyi deyəndə, o, oğullarının böyüməsini gözlədiyini bildirmişdir. Belə ki, həmin evləri oğullarına vermək fikrindədir. Sözügedən əmlakların iddiaçıya və keçmiş ailəsinə heç bir aidiyyəti yoxdur. Belə ki, iddia boşanmadan 6 il sonra qaldırılmış və iddiaçı iddia tələbi ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Onun sözlərinə görə, notarius əmlakın bağışlanmasını qanuni şəkildə rəsmiləşdirmiş, bütün məlumatlar elektron sistemdə mövcud olmuşdur. Iddiaçının təqdim etdiyi foto, video, təyyarə biletləri və digər sübutların etibarlılığı şübhə doğurur. O, tərəflərin birlikdə səyahət etməsinin və ya görüşməsinin ailə münasibətlərinin mövcudluğu anlamına gəlmədiyini vurğulamışdır. Həmçinin bildirmişdir ki, əgər əmlaklar həqiqətən tərəflərə məxsus olsaydı, oğullarının müalicəsi üçün həmin əmlaklardan istifadə edə bilərdilər. Buna görə iddianın həm əsassız olduğunu, həm də iddia müddəti keçdiyi üçün rədd edilməli olduğunu bildirmişdir.
18. Iddiaçı Bayramova (Bəyəliyeva) Vüsalə Nəzər qızının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil vəkil3 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, cavabdehin etiraz ərizəsi Mülki Prosessual Məcəllənin 154-cü maddəsinə uyğun deyil və iddia ərizəsinə əlavə olunacaq subutlar təqdim edilməyib. Iddiaçı nikahın ## ###### 2024-cü il tarixdə pozulduğunu, tərəflərin isə 2021-ci ilin iyun ayına qədər birlikdə yaşadıqlarını, bunun video, təyyarə biletləri və Isveç təhlükəsizlik sertifikatları ilə təsdiqləndiyini qeyd etmişdir. Etirazda 40-cı məhəllədəki mənzilin cavabdehin qardaşı tərəfindən alınması göstərilsə də, iddiaçı soruşur ki, niyə nikah pozulması sənədlərində cavabdehin adı var və bağışlama müqaviləsi dərhal həyata keçirilib. Iddiaçı iddia müddətinin ötürülmədiyini vurğulayaraq, Ailə Məcəlləsi və Ali Məhkəmə qərarına əsasən, ümumi əmlakın bölünməsi üçün müddətin hüquqların pozulduğu gündən hesablandığını bildirib. Tərəflər birgə nikah dövründə Abşeron və Sumqayıt şəhərində müxtəlif daşınmaz əmlaklar əldə etmiş, bəzi əmlaklar hazırda cavabdeh tərəfindən istifadə olunur, digərləri isə dövlət reyestrində qeydiyyata alınmayıb. Iddiaçı iddia edir ki, cavabdeh birgə nikah dövründə əldə edilmiş əmlakı razılıq olmadan başqa şəxslərə bağışlayaraq qanunvericiliyi pozub və bağışlama müqaviləsi etibarsızdır. Cavabdeh iddia müddətinin ötürüldüyünü əsas gətirərək iddianın rədd edilməsini tələb etsə də, faktiki birlikdə yaşamanın 2021-ci ilə qədər davam etməsi səbəbindən iddia müddəti ötürülməyib.
19. Elektron vasitələrlə məhkəmə iclasına qoşulmuş iddiaçı əlavə olaraq qeyd etmişdir ki, əmlakların hamısı evlilik müddətində əldə edilmişdir. O, Azərbaycanda yaşayanda da cavabdeh cavabdeh1 tərəfindən psixi və fiziki şiddətlərə məruz qalmışdır, nəticədə 2018-ci ildə boşanmışdır. O, Isveçdə 2 ay tək yaşamışdır. Sonradan cavabdeh1 gəlib onun qarşısında ağlayaraq boşanmaq istəmədiyini bildirmişdir. Boşanma olduqdan sonra cavabdeh1 yanına geri qayıtmış, ##.##.2021-ci il tarixə qədər Elşənlə birlikdə yaşaymışlar. Həmin gün Elşənlə aralarında mübahisə olmuş, nəticədə Elşən onu evdən çölə atmışdır. Səbəb kimi isə guya onun ana-atasını, bacı-qardaşını çox istəməyi göstərilmişdir. O, təxminən 1 ay yarım sığınacaqda qalmış, daha sonra isə toparlanmaq üçün Azərbaycana göndərilmişdir. O, evdən qovulduqdan sonra sosial xidmətlər, həkim və polis orqanları gəlib onu qadın sığınacağına aparmışdır. Məhkəməyə təqdim edilən sertifikat qadın sığınacaq mərkəzi tərəfindən verilmişdir. Qeyd edilən mərkəzə ağır psixoloji şiddətə məruz qalmış və təhlükədə olan qadınlar qəbul edilir. Oğlu Rövşən də həmişə atasının tərəfində olub. Iddiası saxtakarlıq və ya qeyri-qanuni varlanma ilə əlaqədar deyil, ev və mülklərin hamısı birgə nikah dövründə alınmışdır. Birgə nikah dövründə cavabdeh4 onun ailəsinə heç bir köməkliyi dəyməyib. Isveçə gələnə qədər o, Elşənlə eyni evdə yaşayıb, həmin evdə qonaqlara qulluq edib. Azərbaycana gələndə də 2-3 dəfə Elşənlə birgə nikah dövründə aldıqları evdə qalıb. ##.##.2021-ci ildən sonra uşaqları bir dəfə də olsun onunla əlaqə saxlamayıblar, O, Isveçdə tək yaşayır. Həmçinin, evdən qovulduğu vaxt oğlu Rövşən açar və kartı zorla onun əliniqolunu zədələyib ondan almışdır. Əmlakların alınması illərini xatırlamır. Onun keçmiş əri cavabdeh1 maaşından və gəlirindən heç bir xəbəri olmayıb. Elşən hətta ona aid sənədləri də özündə saxlayırdı. O, birgə nikahda olduqları müddətdə işləməyib. Işləməsə də, evdar qadın olsa da, ali təhsili vardır. Isveçdə yenidən nikaha girməyə ehtiyac bilməmişdir, çünki Azərbaycanda nikahları qüvvədə idi. Onun heç bir pul işindən xəbəri olmayıb, əmlakların necə alınmasını bilmir. O, 2024-cü ilin mayında hüquqlarının pozulduğunu öyrənib. O, Azərbaycanda boşanma üçün müraciət etdikdə məlumatı olmuşdur ki, əmlaklar barəsində onun xəbəri olmadan sözügedən proseslər olmuşdur. Boşanma və əmlaklar üçün hazırki vəkili vasitəsilə müraciət etmişdir. Bildiyinə görə keçmiş əri qeyri-yaşayış sahəsindəki işçilərindən aylıq 3000 manat icarə haqqı alır. O, keçmiş əri ilə 1998-ci ildən 2021-ci ilin iyun ayına qədər birlikdə yaşayıb.
20. Cavabdeh cavabdeh3 iddiaya etiraz edərək göstərmişdir ki, Sərxan uzun müddət Rusiyada yaşayıb. Elşən də Sumqayıtda yaşayıb. Sərxan bütün qohumlara, xüsusən də Elşənə daima köməklik edib. Elşənə evi Sərxan alıb. Sərxan Rusiyada yaşadığı üçün evi Elşənin adına alıb. Iddiaçı qeyd edilən evlərin heç birində yaşamayıb. Sərxan həmçinin obyektləri də Elşənin adına alıb. Fotodakı obyektin təmir xərclərini də Sərxan çəkib. Elşən və iddiaçının nikahı 2018-ci ilin ## ####unda Isveçdə pozulub. Sərxan əmlakları ilə əlaqədar 2023-cü ildə Azərbaycana gəlmiş və onlar birlikdə notariusa getmiş və onlara bildirilmişdir ki, əmlakların sənədləşməsi üçün iddiaçının razılığı lazımdır. Iddiaçının qardaşına müraciət etmiş, bacısının ona etibarnamə verməsini bildirmiş, məsələni bu formada həll etməyi təklif etmişlər. Lakin iddiaçı razı olmamış, özü Bakıya gələndə bu məsələləri həll edəcəyini bildirmişdir. Sərxan həmin vaxt ona etibarnamə vermişdir. Sonradan o, boşanma qətnaməsinin tanınması üçün Ali Məhkəməyə müraciət etmiş, Ali Məhkəmə Isveç Məhkəməsinin qərarını tanımışdır. Bundan sonra Sumqayıt qeydiyyat şöbəsinə getmiş və boşanma haqqında şəhadətnaməni almışdır. Daha sonra isə notariusa yaxınlaşmışdır. Qanunvericiliyin tələbinə əsasən 3 il ərzində heç bir iddia olmaması səbəbilə qeyd edilən notariat əməliyyatları edilmişdir. Qarşı tərəfin iddiasında qeyd etdiyi hallar yalandır. Boşanma 2018-ci ildə olub. Iddia müddəti ötürülüb. Sərxan və Elşən onun dayılarıdır. Hökməli qəsəbəsindəki torpaq sahəsinin bələdiyyə sənədi vardır. Iddiaçı ərinin maaşının məbləğini belə bilmədiyini deyir, lakin qəti olaraq deyir ki, evi Sərxan almayıb, Sərxan evə heç bir pul verməyib.
21. Cavabdeh cavabdeh2 iddiaya etirazında bildirmişdir ki, anası iddia etdiyi mülklərə haqq tələb etsə də, bu mülklərin hər biri əmisi cavabdeh4 məxsusdur. Əmisi onlara həmişə, hətta Isveçə gedəndə də köməklik edib. Anası evdar qadın, atası da aylıq 500-600 manat maaş alan polis işçisi olub. Ana və atasının bu mülkləri alması inandırıcı deyil. Anası və atası 2018-ci ildə ayrılıblar. Anasına dövlət ev verənə qədər bir neçə ay onlarla yaşayıb. Ana və atası ev almaq üçün boşanmayıb. Anası tək özü evdən köçmüşdür. Ana və atasının ayrı olduqlarını bilirdilər, ailəvi olaraq həm evdə, həm də restoranda görüşürdülər. Anası onunla görüşməyə gəldiyi vaxt evdə dava düşdü və hadisə yerinə polis gəldi. Bundan başqa, videodakı səs anasına məxsus deyil, video montaj edilib və anasının səsi videoya köçürülüb. Ana və atası boşananda onun 17-18 yaşı var idi. Anasına sonradan verilən ev onların olduqları evdən 80 km məsafədə yerləşir. Onun anasına qarşı bir soyuqluğu yoxdur, anası zəng etdiyi təqdirdə onunla danışa bilər.
22. Şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, Vüsalə və Elşəni çoxdan tanıyır, ailəvi yaxın olublar. Elşən 2008- ci il tarixində o, işlədiyi yerdə yəni, "Moskva Univermağı"nda, onun qızıl "polka"sınının yanında qızıl polkası açmışdır. Qızıl-zinət əşyaları Elşənin özünə məxsus idi. Elşən bir dəfə Sulutəpədə evinin olduğunu demişdi. Saraydakı ev də yəqinki Elşənin idi. Onu da bildirir ki, Elşənin ailəsi ilə münasibətləri olmuş, evlərinə gedib gəlmişdir. Elşən və ailəsi xaricə gedənə qədər tez-tez görüşürdülər. Onlar xaricə getdikdən sonra hərdən bir telefonla danışırdılar. O, bildikləri haqqında düzgün danışır, heç bir yalan məlumat vermir. Bildiyinə görə Elşənin yaşadığı ev özünün olub, Sərxanın adına olmayıb.
23. Şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, Elşən onun əmisi oğludur və Vüsalə də Elşənin həyat yoldaşıdır. Elşən və Vüsalə xeyli vaxtdır ki, boşanmışdırlar. Lakin Elşən Vüsalə ilə boşandıqlarını gizlətmişdir. Çünki, Elşən boşandığını həmkəndlilərinin bilməsini istəmirdi. O, Elşəngilin boşandığını Vüsalənin anası vəfat edəndə, təxminən 3-4 il olar ki, öyrənib. Onların boşanma tarixini dəqiq bilmir. Elşən hətta ona bu məsələni uşağından da soruşmamağını tapşırmışdır. Elşənin adına olan hər şey Sərxanın mülküdür. Sərxan Rusiyada yaşayıb və işləmişdir. Sərxan Rusiyadan qazandığı pulların hesabına bütün qohumlarına köməklik edib. Elşən mümkün deyil ki, 500-600 manat maaş almaqla qeyd edilən mülkləri alsın. Hətta, Elşən Isveçə gedəndə o, Elşənə köməklik üçün pul verməyi təklif etmişdi. Elşən Isveçə gəliri olmaması səbəbilə getmişdir. X13 qızıl polkasını da Sərxanın pulu hesabına açmışdır. Bundan başqa Sərxanın göndərdiyi pullar hesabına Elşən evlər alıb. Elşən Isveçdə işləyirdi. Bu yaxınlarda Elşənin işləmədiyini öyrənib. Elşən Sumqayıtda Vüsalə ilə ** saylı məhəllədəki evdə yaşayırdı. Onu da bildirir ki, Vüsalə ona etibarnamə verməyib.
24. Şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, o, Elşənin dayısı oğlu Əjdərin arvadıdır. Elşən və Vüsalə 2018-ci il tarixində Isveçdə boşanıblar. Vüsalə və Elşənin hər ikisi ilə əlaqə saxlamış və beləcə boşandıqlarını öyrənmişdir. Vüsalə və Elşən hər ikisi ayrı ayrılıqda Azərbaycana gəlmişdilər. Vüsalə və Elşənin arasında barışıq olmasına dair hər hansı məlumatı yoxdur. Elşənə məxsus olan tək şey mağazadır ki, Elşən onu da Sərxanın hesabına almışdır. O, inanmazdı ki, Vüsalə Sərxanın hesabına alınmış evlərə göz dikər. O, Vüsalə və Elşəni özü Isveçə yola salıb. Elşən və Vüsalə imkansızlıqdan Isveçə getmişdilər. Elşən mağazanı Sərxanın hesabına almışdır. Sərxanın başqa mülklərindən xəbəri yoxdur. Elşən Isveçə gedəndə Əjdərə etibarnamə verib getmişdir. Sonradan isə onun həyat yoldaşı beyin insultu keçirdi.
25. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, ünvan 7 ünvanında yerləşən mənzilə dair Bakı şəhəri ** saylı notariat ofisində bağlanılmış ## ##### 2024-cü il tarixli 4-Ə*** №-li bağışlanma müqaviləsinin və müqavilə əsasında cavabdeh cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmasına dair çıxarışın etibarsız hesab olunması, birgə nikah dövründə əldə olunmuş ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 128.7 kvm. olan mənzil və Abşeron rayon Saray qəsəbəsi 24 kv.mköməkçi sahəsi 18 kv.m 1 otaqlı yaşayış evi üzərində ½ hissədə Bayramova (Bəyəliyeva) Vüsalə Nəzər qızının, ½ hissədə cavabdeh1 paylarının müəyyən edilməsi, birgə nikah dövründə əldə olunmuş Abşeron rayon Hökməli Bələdiyyəsinin ##.##.2007-ci il tarixli qərarı ilə cavabdeh1 satılmış Abşeron rayonu Hökməli qəsəbəsində 0.05 ha həyətyanı torpaq sahəsinə və Sumqayıt şəhər Bələdiyyəsinin ##.##.2005-ci il tarixli qərarı ilə Bayramova (Bəyəliyeva) Vüsalə Nəzər qızının adına rəsmiləşdirilmiş Sumqayıt şəhəri, N.Nərimanov küç. 3-cü məhəllə, ev 10/7də yerləşən 12 kv.m-lik qeyri-yaşayış sahəsinə (o cümlədən torpaq sahəsinə) hüquqda iddiaçı Bayramova (Bəyəliyeva) Vüsalə Nəzər qızının və cavabdeh cavabdeh1 paylarının bərabər (½ hissədə) müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, cavabdeh cavabdeh1 160 (bir yüz altmış) manat ödənilmiş dövlət rüsumunun və mediasiya xərcinin tutularaq iddiaçı Bayramova (Bəyəliyeva) Vüsalə Nəzər qızına ödənilməsi qət edilmişdir (hakim Günel Tanrıverdiyeva).
26. Birinci instansiya məhkəməsi əvvəlcə iddia müddətinin tətbiqi məsələsini araşdıraraq müəyyən etmişdir ki, ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı iddia müddəti nikahın pozulduğu tarixdən deyil, tərəfin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu andan hesablanmalıdır.
27. Məhkəmə təqdim edilmiş foto və video materialları, təyyarə biletlərini, Isveçdəki qadın sığınacaq evinin sertifikatını, eləcə də tərəflərin izahatlarını birlikdə qiymətləndirərək onların ailə münasibətlərinin ##.##.2021-ci il tarixinədək davam etdiyini müəyyən etmiş və bu səbəbdən iddiaçının 3 illik iddia müddətini ötürmədiyi qənaətinə gəlmişdir. Həmçinin nəzərə alınmışdır ki, mübahisəli mənzilin bağışlanması 2024-cü ildə baş vermiş və iddiaçı həmin vaxt hüquqlarının pozulduğunu öyrənmişdir.
28. Məhkəmə həmçinin müəyyən etmişdir ki, mübahisəli əmlaklar tərəflərin nikah dövründə əldə olunmuşdur və cavabdeh həmin əmlakların qardaşı cavabdeh4 vəsaiti hesabına alınmasını mötəbər sübutlarla təsdiq edə bilməmişdir. Cavabdehin təqdim etdiyi şahid ifadələri yaxın qohumların ifadələri olduğundan kifayət qədər inandırıcı hesab edilməmişdir. Buna görə məhkəmə əmlakların ər-arvadın ümumi birgə mülkiyyəti olması barədə qanuni prezumpsiyanın təkzib edilmədiyi nəticəsinə gəlmişdir.
29. Məhkəmə hesab etmişdir ki, ünvan 7 ünvanında yerləşən mənzilin iddiaçının razılığı olmadan cavabdehin qardaşına bağışlanması Ailə və Mülki Məcəllələrin tələblərini pozmuşdur. Mənzilin cavabdehin yaxın qohumuna bağışlanması, habelə işin digər halları nəzərə alınaraq bağışlama müqaviləsinin əmlakın bölgüsündən yayınmaq məqsədilə bağlanmış formal əqd olduğu qənaətinə gələn məhkəmə bu əsasla Bakı şəhəri ** saylı notariat ofisində ## ##### 2024-cü il tarixdə bağlanmış bağışlama müqaviləsi və onun əsasında aparılmış dövlət qeydiyyatı etibarsız hesab edilmişdir.
30. Məhkəmə həmçinin Sumqayıt şəhəri 40-cı məhəllədə yerləşən mənzil və Abşeron rayonu Saray qəsəbəsində yerləşən yaşayış evi üzərində tərəflərin paylarının bərabər olmaqla hər biri üçün 1/2 hissədə müəyyən edilməsini əsaslı sayaraq, Dövlət reyestrində qeydiyyata alınmamış Hökməli qəsəbəsindəki torpaq sahəsi və Sumqayıt şəhərindəki qeyriyaşayış sahəsi üzrə də tərəflərin hüquqlarının ümumi əmlakdan irəli gəldiyini və həmin hüquqlarda iddiaçı ilə cavabdehin payları bərabər – hər biri üçün 1/2 hissədə müəyyən edilmişdir.
31. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 225, 329.1, 337.1, 340.1-ci, Ailə Məcəlləsinin 32, 33, 36, 37-ci, “Mediasiya haqqında” Qanunun 35.1, 35.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2019-cu il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” ## #### 2024-cü il tarixli, */**** nömrəli qərarına istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
32. Cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək qətnaməsinin iddianın təmin edildiyi hissədə ləğv, iddia tələblərinin həmin hissədə də rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
33. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflərin nikahı ##.##.2024-cü ildə deyil, ##.##.2018-ci ildə pozulduğundan iddiaçı əmlak bölgüsü ilə bağlı qanunla nəzərdə tutulmuş 3 illik iddia müddətini buraxmış və bu səbəbdən iddia rədd edilməli idi. Bildirilmişdir ki, nikah pozulduqdan sonra tərəflər arasında ailə münasibətləri və birgə təsərrüfat aparılması faktı olmayıb. Cavabdeh həmçinin qeyd etmişdir ki, mübahisəli əmlaklar tərəflərin ailə büdcəsi hesabına deyil, qardaşı cavabdeh4 vəsaiti ilə alınmış, yalnız formal olaraq onun adına rəsmiləşdirilmişdir. Bu mövqenin təsdiqi kimi iddiaçının 2014-cü ildə cavabdeh4 verdiyi etibarnaməyə və əmlakların kommunal xidmət müqavilələrinin cavabdeh4 adına olmasına istinad edilmişdir. Cavabdeh iddiaçının həmin əmlaklar üzərində hər hansı hüququnun olmadığını, təqdim etdiyi foto, video və digər materialların isə tarixinin, mənbəyinin və etibarlılığının müəyyən edilmədiyini bildirmişdir. Həmçinin vurğulanmışdır ki, təyyarə biletləri və şəkillər tərəflərin ailə münasibətlərinin davam etməsini və ya birgə təsərrüfat aparmasını sübut etmir. Cavabdeh tərəfin qənaətinə görə, iddiaçı əmlakların birgə nikah dövründə ümumi vəsait hesabına əldə edilməsini sübuta yetirə bilməmiş, buna görə də iddia tələbləri əsassız və qanunsuz hesab edilməlidir.
34. Iddiaçı apellyasiya şikayətinə qarşı yazılı etirazında göstərmişdir ki, tərəflər ##.##.2021-ci ilədək iki övladı ilə birlikdə eyni mənzildə yaşamış, müxtəlif ölkələrə birlikdə səyahət etmiş və ailə münasibətlərini faktiki olaraq davam etdirmişlər. Buna görə də iddia müddətinin nikahın formal pozulduğu tarixdən deyil, hüquqların pozulduğunu bildiyi andan hesablanmalı olduğunu göstərərək, mübahisəli əmlakların özgəninkiləşdirilməsi barədə yalnız 2024-cü ildə məlumat əldə etdiyini qeyd etmişdir. Hesab edir ki, cavabdehin iddia müddətinə istinad etməsi əslində iddianın mahiyyətini qəbul etdiyini göstərir, lakin o, eyni zamanda əmlakların qardaşı cavabdeh4 məxsus olduğunu iddia etməklə ziddiyyətli mövqe nümayiş etdirir. Vurğulamışdır ki, əgər əmlaklar həqiqətən cavabdeh4 məxsus idisə, onun özü məhkəmə qətnaməsindən şikayət verməli idi. Həmçinin qeyd olunmuşdur ki, cavabdehin yalnız polis əmək haqqı ilə yaşamadığı, Bakı şəhərində qızıl alqı-satqısı fəaliyyəti ilə məşğul olduğu və əlavə gəlirlər əldə etdiyi şahid ifadələri ilə təsdiqlənmişdir. Bundan başqa, cavabdehin torpaq sahələrini qeyri-rəsmi satdığı və qeyri-yaşayış obyektini icarəyə verməklə gəlir əldə etdiyi bildirilmişdir. Etibarnamə aldadılma yolu ilə alınmış və sonradan isə ləğv edilmişdir. Cavabdehin yaxın qohumları tərəfindən verilmiş şahid ifadələri qərəzli olmaqla yanaşı hətta həmin şahidlərdən birinin bəzi əmlakların cavabdeh1 məxsus olduğunu etiraf etmişdir. Cavabdehin saxta hesab etdiyi Isveçdən alınmış sertifikatın həqiqiliyi təsdiq edilmiş və onun əsli məhkəməyə təqdim olunacaqdır.
35. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ##### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi cavabdeh cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır (hakimləri Afiq Hüseynzadə, (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov, Səyyad Qafari). Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, mübahisələndirilən əmlaklara dair iddiaçı tərəfindən 2014cü il tarixdə
36. müvafiq etibarnamə verilməsi və 2017-ci il tarixdə isə həmin etibarnaməni ləğv etdirilməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, həmin etibarnamənin hansı məqsədlə verilməsindən və hansı səbəbdən ləğv edilməsindən asılı olmayaraq, mübahisələndirilən əmlakların birgə nikah dövründə əldə edilmiş gəlirlər hesabına alınmasını istisna edən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin, tərəflər arasında nikah 2018-ci il tarixdə pozulmuşdur ki, ümumiyyətlə, nikah pozulanadək ər-arvadın ümumi əmlakının bölünməsi tələbinə iddia müddətinin tətbiqi istisna olunur.
37. Apellyasiya instansiyası məhkəməsi cavabdehin iddia müddətinin tətbiqinin nikahın pozulması tarixindən hesablanmalı olması ilə bağlı dəlilinə münasibətdə göstərmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2019-cu il tarixli qərarında qeyd olunduğu kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Yəni, qanunvericilik iddia müddətinin axımının başlamasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirərək ər-arvadın nikah dövründə əldə etdikləri ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddia müddətinin axımını nikah pozulduğu andan deyil, tərəfin həmin əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başladığını təsbit etmişdir.
38. Bundan başqa qeyd olunur ki, cavabdeh tərəf 2018-ci il tarixdə nikah pozulduqdan sonra iddiaçı ilə faktiki ailə münasibətlərinə son verildiyini iddia etsə də iddiaçı tərəfindən faktiki ailə münasibətlərinin 2021-ci ilin iyun ayından etibarən son verilməsinə dair məhkəməyə mötəbər sübutlar təqdim edilmişdir ki, cavabdeh tərəf bunun əksini təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməməklə yanaşı, hər hansı bir inandırıcı dəlil də irəli sürə bilməmişdir. Əksinə, cavabdeh apellyasiya şikayətində iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, onların 2019-cu ilin sentyabr ayında birlikdə Azərbaycan Respublikasına gəlməsi və qayıtmasını təsdiq edən təyyarə biletinin mövcudluğunu inkar etsə də, məhkəmə kollegiyasının iclasında video-əlaqə vasitəsi ilə verdiyi izahatında iddiaçı ilə birlikdə təyyarə ilə Azərbaycan Respublikasına gəlməsi və qayıtmasını təsdiq etmişdir ki, bu da cavabdeh tərəfin şikayətdəki mövqeyi ilə izahatı arasında kəskin ziddiyyətin olduğunu təsdiq etmişdir.
39. Apellyasiya instansiyası məhkəməsi həmçinin nəzərə almışdır ki, iş materiallarında olan Sundsvall Kvinnojouren qadın sığınacaq evindən verilmiş ##.##.2024- cü il tarixli sertifikatın məzmununa əsasən iddiaçı X11 və Sosial Xidmətlər Sundsvall tərəfindən ##.##.2021-ci il tarixdə Kvinnojourenə yerləşdirmiş, ##.##.2021-ci il tarixədək orada qalmışdır. Sığınacağa yerləşdirilərkən İddiaçı verdiyi izahatında 2018-ci ildə boşanmaq üçün ərizə verdiyini, sonradan əri qohumlarının köməyi ilə onu əri və uşaqlarının yanına qayıtması üçün razılığa gətirdiyini, həmin tarixdən əri tərəfindən fiziki zorakılığa məruz qaldığı ##.##.2021-ci il tarixədək əri və uşaqları ilə birlikdə eyni ünvanda yaşadığını bildirmişdir ki, iddiaçının həmin vaxt hazırkı mübahisənin yaranmasını və mübahisəyə məhz iddia müddətinin tətbiqinə dair ərizə verilməsini ehtimal etməsi mümkün olmamaqla, iddiaçının həmin sənəddəki izahatı işdə olan digər sübutlarla yanaşı qiymətləndirildiyində iddiaçının 2021-ci ilin iyun ayınadək cavabdeh cavabdeh1la faktiki ailə münasibətləri çərçivəsində eyni yerdə yaşamasını təsdiq etmişdir. Buna görə də birinci instansiya məhkəməsinin iddia müddətinin ötürülməməsi ilə bağlı gəldiyi nəticə əsaslı olmuşdur.
40. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152, 225.1- 225.3, 225.6, 377.1, 337.1, 337.4, 337.5-ci, Ailə Məcəlləsinin 32.1, 32.2.1, 32.2.2, 33.1, 33.4, 34.1, 34.2, 36.1, 36.2, 36.3, 36.9, 37.1, 37.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci, maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2019cu il tarixli və Azərbaycan respublikası Ali məhkəməsinin “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” ## #### 2024-cü il tarixli Qərarlarına istinadla əsaslandırmışdır.
Kassasiya instansiyası məhkəməsində birinci icraat
41. Cavabdeh cavabdeh1 (vəkil X1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
42. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırlmış və əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən əmlakların birgə nikah müddətində əldə edilmiş gəlirlər hesabına əldə edilməməsi, tərəflərin nikahlarının 2018-ci ildə pozulması müəyyən edilmiş, lakin həmin hallara düzgün hüquqi qiymət verilməmiş, habelə iş üzrə tətbiq edilməli olan Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsi tətbiq olunsa da, göstərilən maddi hüquq norması düzgün təfsir edilməmişdir. Bu da maddi hüquq normasının pozulmasına səbəb olub.
43. Iddiaçı kassasiya şikayətinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Etiraz apellyasiya şikayətinə etirazın dəlillərinə uyğun əsaslandırılmış və şikayətin təmin edilməməsi xahiş edilmişdir.
44. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə kssasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. (hakimlər X2 (məruzəçi hakim), X14 və X5 ibarət tərkibdə).
45. Işi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mübahisə ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlıdır. Iş materiallarından görünür ki, tərəflərin nikahı Isveç Krallığının məhkəməsinin ##.##.2018-ci il tarixli qərarı ilə pozulmuş, həmin qərar isə Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı ilə tanınmışdır. Iddiaçı ##.##.2024-cü il tarixdə məhkəməyə müraciət etmiş, cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir.
46. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin Plenum qərarlarına əsasən, ər-arvadın ümumi əmlakı ilə bağlı iddia müddəti nikahın pozulduğu tarixdən deyil, tərəfin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu andan hesablanmalıdır. Bununla belə, aşağı instansiya məhkəmələri iddia müddətinin başlanğıcını yalnız mübahisəli mənzilin 2024-cü ildə bağışlanması və iddiaçının bu barədə həmin vaxt məlumat əldə etməsi ilə əlaqələndirmiş, iddiaçının hüquqlarının daha əvvəl pozulduğunu bilib-bilməməsi məsələsini hərtərəfli araşdırmamışlar.
47. Kassasiya instansiyası göstərmişdir ki, iddiaçının 2018-ci ildən etibarən boşanma, ailə münasibətləri, zorakılıq və cavabdehin ona təzyiq göstərməsi barədə verdiyi izahatlar, həmçinin 2018–2024-cü illər ərzində əmlakla bağlı iddia qaldırmamasının səbəbləri araşdırılmalı və hüququnun pozulduğunu hansı vaxtdan bildiyi müəyyən edilməli idi.
48. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı bir tərəfdən boşanmadan sonra təzyiq və zorakılığa məruz qaldığını, digər tərəfdən isə 2021-ci ilədək faktiki ailə münasibətlərinin davam etdiyini bildirməklə ziddiyyətli mövqe nümayiş etdirmişdir və bu ziddiyyətlərə aydınlıq gətirilməmişdir.
49. Kollegiya vurğulamışdır ki, iddia müddətinin keçməsi ilə bağlı qanuni prezumpsiya mövcuddur və nikahın pozulması ilə iddianın verilməsi arasında uzun müddət keçdiyi hallarda cavabdehin müddətin tətbiqini tələb etməsi kifayətdir. Belə halda müddətin ötürülmədiyini, hüququnun nə vaxt pozulduğunu bildiyini və ya bilməli olduğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.
50. Məhkəmə hesab etmişdir ki, bu məsələlər tam araşdırılmadan iddia müddətinin ötürülməməsi barədə nəticəyə gəlmək mümkün deyil. Buna görə də aşağı instansiya məhkəmələrinin iddia müddətinə dair gəldikləri nəticələr yetərincə əsaslandırılmış hesab edilməmişdir.
51. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 225.1, 225.2, 225.3, 225.6, 337.1, 337.4, 337.5 və 377.1-ci; Ailə Məcəlləsinin 32.1, 32.2.1, 32.2.2, 33.1, 33.4, 34.1, 36.1, 36.3 və 36.9-cu; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 218.1, 407.2, 416.1, 416.2, 417.1.1, 417.1.2, 417.1.3, 417.1.4 və 418.1-ci maddələri həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2019-cu il tarixli qərarı, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli, */**** nömrəli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
52. Təkrar apellyasiya araşdırılması zamanı Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə cavabdeh cavabdeh1 tərəfidən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2024-cü il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv olunması, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçı Bayramova (Bəyəliyeva) Vüsalə Nəzər qızının cavabdehlər cavabdeh1, cavabdeh4, cavabdeh2, cavabdeh3 və Bakı şəhəri ** saylı notariat ofisinə qarşı "bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və ümumi əmlakların bölünməsi" tələbinə dair iddia tələbinin təmin olunmaması qət edilmişdir (Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X7 və X10 ibarət tərkibdə).
53. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının göstərişlərinə münasibətdə həmçinin apellyasiya şikayətinin dəlillərinə münasibətdə öz mövqeyini belə əsaslandırmışdır ki, tərəflərin nikahı ##.##.2018-ci il tarixdə pozulmuş, iddia isə yalnız ##.##.2024-cü il tarixdə verilmişdir. Birinci instansiya məhkəməsi tərəflərin boşanmadan sonra 2021-ci ilin iyun ayınadək birlikdə yaşamalarını, ailə münasibətlərinin davam etməsini, eləcə də iddiaçının mübahisəli mənzilin bağışlanması barədə yalnız 2024-cü ildə məlumat əldə etməsini nəzərə alaraq iddia müddətinin ötürülmədiyi qənaətinə gəlmişdir. Bu məqsədlə foto və video materiallara, təyyarə biletlərinə, həmçinin Sundsvall Kvinnojouren qadın sığınacağının sertifikatına istinad edilmişdir.
54. Bu nəticəni əsaslı hesab etməyən apellyasiya kollegiyası qeyd etmişdir ki, tərəflər arasında nikah 2018-ci ildə pozulmuş, tərəflər uzun müddət Isveç Krallığında yaşamış, mübahisəli əmlaklar isə Azərbaycanda yerləşmişdir. Həmçinin müəyyən edilmişdir ki, tərəflər nikah pozulduqdan sonra ümumi əmlaklardan birgə istifadə etməmiş, iddiaçı isə 2018-ci ildən 2024-cü ilədək əmlak bölgüsü ilə bağlı hər hansı hüquqi addım atmamışdır.
55. Apellyasiya instansiyası vurğulamışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2019-cu il tarixli qərarına və Ali Məhkəmə Plenumunun ## #### 2024-cü il tarixli qərarına əsasən iddia müddəti nikahın pozulduğu tarixdən deyil, şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtdan hesablanır. Bununla belə, iddia müddətinin keçdiyi barədə cavabdeh tərəfindən ərizə verildikdən sonra həmin müddətin ötürülmədiyini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.
56. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı hüquqlarının pozulduğunu daha əvvəl bilmədiyini və ya bilməli olmadığını təsdiq edən mötəbər sübut təqdim edə bilməmişdir. Iddiaçının əmlaklardan xəbərsiz olması barədə arqumentləri də inandırıcı hesab edilməmişdir. Belə ki, mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi bilavasitə iddiaçının adına ayrılmış, tərəflər isə 2014-cü ilə qədər mübahisəli mənzillərdən birində yaşamışlar. Bu səbəbdən iddiaçının həmin əmlakların mövcudluğundan xəbərsiz olması ağlabatan sayılmamışdır.
57. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı cavabdehin ona əmlak hüquqlarını həyata keçirməyə mane olması barədə də mötəbər sübut təqdim etməmişdir.
58. Məhkəmənin qənaətinə görə, nikahın pozulmasından sonra altı il ərzində iddiaçının öz hüquqlarını müdafiə etmək imkanının tam məhdudlaşdırılması real və inandırıcı görünmür. Bununla yanaşı, apellyasiya instansiyası birinci instansiya məhkəməsinin fotoşəkillər, video görüntülər, təyyarə biletləri və sığınacaq sertifikatı əsasında tərəflərin 2021-ci ilə qədər ailə münasibətlərinin davam etməsi barədə gəldiyi nəticənin iddia müddətinin başlanğıc anını müəyyən etmək üçün yetərli olmadığını bildirmişdir. Həmin hallar iddiaçının ümumi əmlaka dair hüquqlarının nə vaxt pozulduğunu bilməsi və ya bilməli olması faktını sübut etmir.
59. Nəticədə apellyasiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı iddia müddətinin ötürülmədiyini sübut edə bilməmiş, iş üzrə qanuni prezumpsiya təkzib olunmamışdır.
60. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 225.1, 225.2, 225.3, 225.6, 337.1, 337.4, 337.5 və 377.1-ci; Ailə Məcəlləsinin 32.1, 32.2.1, 32.2.2, 33.1, 33.4, 34.1, 36.1, 36.3 və 36.9-cu; Mülki Prosessual Məcəllənin 372.6, 372.2, 372.7, 384.0.2, 385.1, 385.1.1, 386, 402.1 və 420-ci maddələri həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2019-cu il tarixli qərarı, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli, */**** nömrəli qərarına istinadla əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
61. Qətnamədən iddiaçı (vəkil-vəkil3) kassasiya şikayəti verərək Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsini tam ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni məhkəmə aktı qəbul edilməsi üçün işin Sumqayıt Apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
62. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh 2018-ci ildə nikahları pozulduqdan sonra barışaraq ##.##.2021-ci ilədək birgə yaşamışlar. Lakin apellyasiya instansiyası bu faktı tam və obyektiv araşdırmamış, birinci instansiya məhkəməsinin “tərəflər nikah pozulduqdan sonra ümumi əmlakdan birlikdə istifadə etməmişlər” nəticəsini əsas götürərək düzgün olmayan nəticəyə gəlmişdir. Halbuki iş materiallarında olan foto və video görüntülər, təyyarə biletləri, eləcə də X16 sığınacağının sertifikatı tərəflərin müəyyən dövrlərdə birgə yaşamasını və ailə münasibətlərinin davam etdiyini təsdiq edir. Bundan əlavə, mübahisəli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi və oradan gəlir əldə edilməsi kimi hallar da ümumi əmlakdan istifadə faktını göstərir. Buna baxmayaraq məhkəmə həmin sübutlara hüquqi qiymət verməmişdir.
63. Apellyasiya məhkəməsi iddia müddətinin 3 il olduğunu əsas götürərək iddianın vaxtında verilmədiyi qənaətinə gəlmişdir. Lakin işin faktiki hallarına görə tərəflər ##.##.2021-ci il tarixədək birlikdə yaşadıqları üçün iddia müddətinin başlanğıc nöqtəsi ən azı həmin tarixdən hesablanmalı, nəticə etibarilə ##.##.2024-cü il tarixdə verilmiş iddia üzrə 3 illik müddətin ötürülüb-ötürülməməsi düzgün qiymətləndirilməli idi. Bundan əlavə, iddiaçının mediasiya prosesinə ##.##.2024-cü il tarixdə müraciət etməsi və ##.##.2024-cü il tarixli arayışın mövcudluğu da iddia müddətinin axımına təsir edən hal kimi nəzərə alınmamışdır.
64. Məhkəmə təqdim olunmuş sübutların məcmu qiymətləndirilməsini aparmamış, audio-video materiallar, təyyarə biletləri və sığınacaq sertifikatı kimi mühüm sübutları araşdırmadan kənarda saxlamışdır. Digər tərəfdən cavabdehin iddiaçının əmlak hüquqlarını həyata keçirməsinə maneə yaratması, əmlaklar barədə məlumatın gizlədilməsi və çıxarışların iddiaçıdan kənar saxlanılması kimi hallar da nəzərə alınmamışdır.
65. Bununla yanaşı, cavabdehin öz izahatlarında da tərəflərin boşanmadan sonra barışaraq birgə yaşadıqlarını qismən etiraf etməsi mövcud olsa da, bu hal məhkəmə tərəfindən qiymətləndirilməmişdir. Əksinə, yalnız iddia müddətinin ötürülməsi əsas götürülərək iddia rədd edilmişdir. Eyni zamanda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin Plenum qərarlarında formalaşdırılmış hüquqi mövqelərə uyğun olaraq, iddia müddətinin başlanması yalnız nikahın pozulduğu tarixlə deyil, şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu andan hesablanmalıdır. Bu baxımdan məhkəmə iddiaçının hüquqlarının nə vaxt pozulduğunu müəyyən etmədən, yalnız formal yanaşma ilə nəticəyə gəlmişdir. Nəticə etibarilə apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam araşdırmadan, mötəbər sübutları qiymətləndirmədən və maddi hüquq normalarını düzgün tətbiq etmədən qətnamə qəbul etmiş, nəticədə iddiaçının mülkiyyət hüququnun müdafiəsi təmin edilməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
66. Maddə 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır.
67. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
68. Maddə 31. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir.
69. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
70. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə:
71. 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.);
72. 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
73. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onların birinin tələbi ilə nikah pozulduqdan sonra ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.
74. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.
75. Maddə 36.4(birinci cümlə). Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir.
76. Maddə 36.9. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur.
77. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
78. Maddə 41.2. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
79. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
80. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
81. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
82. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
83. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
84. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
85. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
86. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
87. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
88. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
89. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
90. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
91. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirilir və bu səbəbdən də apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
92. Məhkəmə kollegiyası hesab edir ki, qətnamə qəbul edilərkən apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
93. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
94. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış və səlahiyyətləri çərçivəsində işdə olan sübutlara ardıcıl hüquqi qiymət verilməklə, yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
95. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə bir daha qeyd edir ki, iddiaçı hüquqlarının pozulduğunu daha əvvəl bilmədiyini və ya bilməli olmadığını təsdiq edən mötəbər sübut təqdim edə bilməmişdir. Iddiaçının əmlaklardan xəbərsiz olması barədə arqumentləri də inandırıcı deyil. Mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi bilavasitə iddiaçının adına ayrılmış, tərəflər isə 2014-cü ilə qədər mübahisəli mənzillərdən birində yaşamışlar. Bu səbəbdən iddiaçının həmin əmlakların mövcudluğundan xəbərsiz olması ağlabatan sayılmamışdır. Iddiaçı cavabdehin ona əmlak hüquqlarını həyata keçirməyə mane olması müəyyən olunmur. Nikahın pozulmasından sonra altı il ərzində iddiaçının öz hüquqlarını müdafiə etmək imkanının tam məhdudlaşdırılması real və inandırıcı deyil. Bununla yanaşı, apellyasiya instansiyası birinci instansiya məhkəməsinin fotoşəkillər, video görüntülər, təyyarə biletləri və sığınacaq sertifikatı əsasında tərəflərin 2021-ci ilə qədər ailə münasibətlərinin davam etməsi barədə gəldiyi nəticənin iddia müddətinin başlanğıc anını müəyyən etmək üçün kifayət deyil həmin hallar işdə olan digər sübutlarla dəstəklənmir və bunlar iddiaçının ümumi əmlaka dair hüquqlarının nə vaxt pozulduğunu bilməsi və ya bilməli olması faktını sübut etmir.
96. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə ## ##### 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
97. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
98. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421- ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.