Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1661/2026 26.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X3 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmənatlərin Sığortalanması Fondunun cavabdehlər cavabdeh6, cavabdeh4, cavabdeh3 və cavabdeh5 Elmi Istehsalat Şirkətinə qarşı ilkin; iddiaçı cavabdeh5 Elmi istehsalat şirkətinin cavabdeh X3 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə və Sahibkarlığa Kömək Milli Fonduna qarşı qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: “kredit məbləğinin geri qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və fərdi yaşayış evinin boşaldılması”; “maddi ziyanın ödənilməsi”; Mülki mübahisənin kateqoriyası: Müqavilə münasibətlərindən irəli gələn mübahisələr) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (məruzəçi), Şamayev Elşad Yaquboviç və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmənatlərin Sığortalanması Fondunun cavabdehlər cavabdeh6, cavabdeh4, cavabdeh3 və cavabdeh5 Elmi Istehsalat Şirkətinə qarşı “kredit məbləğinin geri qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və fərdi yaşayış evinin boşaldılması” tələbinə dair ilk, cavabdeh5 Elmi Istehsalat Şirkətinin LPO İddiaçı ASC-nin ləğvedicisi Əmənatlərin Sığortalanması Fondu və Azərbaycan Respublikası Sahibkarlığın Inkişafı Fonduna “maddi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiaları ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2026-cı il ## ###### tarixli *(***)-**/**** nömrəli qətnaməsindən LPO İddiaçı ASC-nin ləğvedicisi Əmənatlərin Sığortalanması Fondu və cavabdeh4 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh5 Elmi Istehsalat Şirkəti arasında bağlanmış ## ###### 2014-cü il tarixli, 007/1 LFHŞ №-li kredit müqaviləsinə əsasən şirkətə dövriyyənin artırılması üçün illik 6 faiz hesablanması şərti ilə 82 ay müddətinə 1500000 manat məbləğində kredit verilmişdir.
2. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh5 Elmi Istehsalat Şirkəti arasında bağlanmış ## ######## 2014-cü il tarixli, 006/1 LFHŞ №-li kredit müqaviləsinə əsasən şirkətə dövriyyənin artırılması üçün illik 6 faiz hesablanması şərti ilə 84 ay müddətinə 634000 manat məbləğində kredit verilmişdir.
3. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh5 Elmi Istehsalat Şirkəti arasında bağlanmış ## ######## 2014-cü il tarixli, 005/1 LFHŞ №-li kredit müqaviləsinə əsasən şirkətə dövriyyənin artırılması üçün illik 6 faiz hesablanması şərti ilə 84 ay müddətinə 366000 manat məbləğində kredit verilmişdir.
4. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh5 Elmi Istehsalat Şirkəti arasında bağlanmış ## ####### 2012-ci il tarixli, 004/1 LFHŞ №-li kredit müqaviləsinə əsasən şirkətə dövriyyənin artırılması üçün illik 6 faiz hesablanması şərti ilə 60 ay müddətinə 200000 manat məbləğində kredit verilmişdir.
5. İddiaçı Açıq Səhmdar Cəmiyyəti, cavabdeh3 və cavabdeh5 Elmi Istehsalat Şirkəti arasında bağlanmış ## ####### 2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən ## ####### 2012-ci il tarixli, 004/1 LFHŞ №-li kredit müqaviləsi və ipoteka saxlayanla kredit alan arasında gələcəkdə bağlanacaq kredit müqavilələri üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə xüsusi mülkiyyət hüququ ilə cavabdeh3 məxsus olan Bakı şəhəri Suraxanı rayonu V yaşayış sahəsi Yeni Günəşli qəsəbəsi bina 26 mənzil 95 bank qarşısında ipoteka ilə yüklü edilmişdir.
6. İddiaçı Açıq Səhmdar Cəmiyyəti, cavabdeh6 və cavabdeh5 Elmi Istehsalat Şirkəti arasında bağlanmış ## ####### 2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən ## ####### 2012-ci il tarixli, 004/1 LFHŞ №-li kredit müqaviləsi və ipoteka saxlayanla kredit alan arasında gələcəkdə bağlanacaq kredit müqavilələri üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə xüsusi mülkiyyət hüququ ilə cavabdeh6 məxsus olan Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsi ev 24a mənzil 89 bank qarşısında ipoteka ilə yüklü edilmişdir.
7. İddiaçı Açıq Səhmdar Cəmiyyəti, cavabdeh4 və cavabdeh5 Elmi Istehsalat Şirkəti arasında bağlanmış ## ####### 2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən ## ####### 2012-ci il tarixli, 004/1 LFHŞ №-li kredit müqaviləsi və ipoteka saxlayanla kredit alan arasında gələcəkdə bağlanacaq kredit müqavilələri üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə xüsusi mülkiyyət hüququ ilə cavabdeh4 məxsus olan Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsi ev 24 mənzil 69 bank qarşısında ipoteka ilə yüklü edilmişdir.
8. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh5 Elmi Istehsalat Şirkəti arasında bağlanmış ## ####### 2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən ## ####### 2012-ci il tarixli, 004/1 LFHŞ №-li kredit müqaviləsi və ipoteka saxlayanla kredit alan arasında gələcəkdə bağlanacaq kredit müqavilələri üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə xüsusi mülkiyyət hüququ ilə cavabdeh5 Elmi Istehsalat Şirkətinə məxsus olan Bakı şəhəri Nərimanov rayonu Ağa Neymətulla küçəsi ev 49q mənzil 35 bank qarşısında ipoteka ilə yüklü edilmişdir.
9. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh5 Elmi Istehsalat Şirkəti arasında bağlanmış ## ####### 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən ## ######## 2014-cü il tarixli, 005/1 LFHŞ №-li kredit müqaviləsi və ipoteka saxlayanla kredit alan arasında gələcəkdə bağlanacaq kredit müqavilələri üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə xüsusi mülkiyyət hüququ ilə cavabdeh5 Elmi Istehsalat Şirkətinə məxsus olan Lerik rayonu Lənkəran- Lerik yolunun 27-ci km-də istifadədə olan 2,5 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 3102,7 m2 olan əmlak kompleksi Bank qarşısında ipoteka ilə yüklü edilmişdir.
10. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh5 Elmi Istehsalat Şirkəti arasında bağlanmış ## ###### 2014-cü il tarixli ipotekanın əlavə qeydiyyatı haqqında Razılaşmaya əsasən ## ####### 2014-cü il tarixli ipoteka müqaviləsinə 2.5-ci və 2.6-cı bəndlər əlavə edilmişdir.
11. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh5 Elmi Istehsalat Şirkəti arasında bağlanmış ## ####### 2014-cü il tarixli ipotekanın əlavə qeydiyyatı haqqında Razılaşmaya əsasən ## ####### 2012-ci il tarixli ipoteka müqaviləsinə 2.3-cü, 2.4-cü, 2.5-ci və 2.6-cı bəndlər əlavə edilmişdir.
12. AB MD-11-***** №-li, ## ### 2019-cu il tarixli arayışa əsasən cavabdeh5 Elmi Istehsalat Şirkəti ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialı arasında bağlanmış ## ####### 2012-ci il tarixli 004/1 LFHŞ №-li kredit müqaviləsinə əsasən cavabdeh5 Elmi Istehsalat Şirkətinin banka 53573,91 manat əsas, 4803,78 manat faiz olmaqla, cəmi 58377,69 manat borcu vardır.
13. AB MD-11-***** №-li, ## ### 2019-cu il tarixli arayışa əsasən cavabdeh5 Elmi Istehsalat Şirkəti ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialı arasında bağlanmış ## ######## 2014-cü il tarixli, 005/1 LFHŞ №-li kredit müqaviləsinə əsasən cavabdeh5 Elmi Istehsalat Şirkətinin banka 366000 manat əsas, 87476,90 manat faiz olmaqla, cəmi 453476,90 manat borcu vardır.
14. AB MD-11-***** №-li, ## ### 2019-cu il tarixli arayışa əsasən cavabdeh5 Elmi Istehsalat Şirkəti ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialı arasında bağlanmış ## ######## 2014-cü il tarixli, 006/1 LFHŞ №-li kredit müqaviləsinə əsasən cavabdeh5 Elmi Istehsalat Şirkətinin banka 633365,66 manat əsas, 147829,78 manat faiz olmaqla, cəmi 781195,44 manat borcu vardır.
15. AB MD-11-***** №-li, ## ### 2019-cu il tarixli arayışa əsasən cavabdeh5 Elmi Istehsalat Şirkəti ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialı arasında bağlanmış ## ###### 2014-cü il tarixli, 007/1 LFHŞ №-li kredit müqaviləsinə əsasən cavabdeh5 Elmi Istehsalat Şirkətinin banka 1500000 manat əsas, 350690,48 manat faiz olmaqla, cəmi 1850690,48 manat borcu vardır.
16. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi Idarəsinə ünvanlanmış ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına dair ## ##### 2019-cu il tarixli məktublardan görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydiyyata alınması xahiş edilmiş, bildirişlər ## ##### 2019-cu il tarixdə qeydə alınmışdır.
17. Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçı cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iddiaçı cavabdeh4 cavabdehlər Lerik rayonu Dövlət Notariat Kontoru, İddiaçı ASC və cavabdeh3 qarşı ## ####### 2014-cü il tarixdə İddiaçı ASC-nin Lənkəran filialı ilə cavabdeh5 Elmi Istehsalat Şirkəti arasında Lənkəran şəhərində bağlanmış və Lerik şəhər Notariat Kontorunda təsdiq olunmuş ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Lerik Rayon Məhkəməsinin 2(048)- ***/**** nömrəli, ## #### 2020-ci il tarixli qətnaməsinin iddiaçı cavabdeh4 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
18. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *(***)-***/**** nömrəli, ## ###### 2021-ci il tarixli qərarından görünür ki, iddiaçı cavabdeh4 kassasiya şikayətinin təmin edilməməsi, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli ş üzrə ## ###### 2020-ci il tarixli qətnaməsinin kassatora aid hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
19. ## #### 2021-ci il tarixli maliyyə arayışlarına əsasən müəyyən olunur ki, ## #### 2021-ci il tarixə cavabdeh5 Elmi Istehsalat Şirkətinin banka ## ####### 2012-ci il tarixli kredit müqaviləsinə əsasən 8866,48 manat faiz borcu, 6089,57 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, cəmi 14956,05 manat, ## ######## 2014-cü il tarixli, kredit müqaviləsinə əsasən 287573,91 manat əsas borc, 128574,94 manat faiz borcu, 17341,43 manat cərimə olmaqla, cəmi 433490,28 manat, ## ###### 2014-cü il tarixli kredit müqaviləsinə əsasən 1500000 manat əsas borc, 520000 manat faiz borcu, 71720,23 manat cərimə olmaqla, cəmi 2091720,23 manat borcu vardır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat:
20. Iddiaçı Iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər cavabdeh6, cavabdeh4, cavabdeh3 və cavabdeh5 Elmi Istehsalat Şirkətinə qarşı “kredit məbləğinin geri qaytarılması, ipoteka predmetlərinə tutmanın yönəldilməsi, fərdi yaşayış evinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh5 Elmi Istehsalat Şirkətindən ##.##.2014-cü il tarixli, 007/1 LFHŞ saylı kredit müqaviləsinə əsasən 1.500.000 (bir milyon beş yüz min) manat əsas borc, 350.690,48 (üç yüz əlli min altı yüz doxsan manat 48 qəpik) manat faiz borcu, ümumilikdə 1.850.690,48 (bir milyon səkkiz yüz əlli min altı yüz doxsan manat 48 qəpik) manat məbləğində kredit borcunun; cavabdeh5 Elmi Istehsalat Şirkətindən ##.##.2014-cü il tarixli, 006/1 LFHŞ saylı kredit müqaviləsinə əsasən 633.365,66 (altı yüz otuz üç min üç yüz altmış beş manat 66 qəpik) manat əsas borc, 147.829,78 (bir yüz qırx yeddi min səkkiz yüz iyirmi doqquz manat 78 qəpik) manat faiz borcu, ümumilikdə 781.195,44 (yeddi yüz səksən bir min bir yüz doxsan beş manat 44 qəpik) manat məbləğində kredit borcunun; cavabdeh5 Elmi Istehsalat Şirkətindən ##.##.2012-ci il tarixli, 004/1 LFHŞ saylı kredit müqaviləsinə əsasən 53.573,91 (əlli üç min beş yüz yetmiş üç manat 91 qəpik) manat əsas borc, 4803,78 (dörd min səkkiz yüz üç manat 78 qəpik) manat faiz borcu, ümumilikdə 58.377,69 (əlli səkkiz min üç yüz yetmiş yeddi manat 69 qəpik) manat məbləğində kredit borcunun; cavabdeh5 Elmi Istehsalat Şirkətindən ##.##.2014-cü il tarixli, 005/1 LFHŞ saylı kredit müqaviləsinə əsasən 366.000 (üç yüz altmış altı min) manat əsas borc, 87.476,90 (səksən yeddi min dörd yüz yetmiş altı manat 90 qəpik) manat faiz borcu, ümumilikdə 453.476,90 (dörd yüz əlli üç min dörd yüz yetmiş altı manat 90 qəpik) manat məbləğində kredit borcunun; mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 124 (bir yüz iyirmi dörd) manat dövlət rüsumunun, kredit və ipoteka müqavilələrinin, eləcə də mülkiyyət və yüklülük çıxarışlarının surətlərinin notarial qaydada təsdiqi üçün ödənilmiş 176 (bir yüz yetmiş altı) manat məbləğində rüsumun tutulub iddiaçı İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ödəmənin aşağıdakı ipoteka predmetlərinə yönəldilməsi: cavabdeh5 Elmi Istehsalat Şirkətinə xüsusi mülkiyyət hüququ əsasında məxsus ünvan 1 ünvanında yerləşən ** saylı mənzilə; cavabdeh5 Elmi Istehsalat Şirkətinə xüsusi mülkiyyət hüququ əsasında məxsus Lerik rayonu, Lənkəran-Lerik yolunun 27-ci kilometrində yerləşən əmlak kompleksi kimi müəssisəyə; cavabdeh3 tam mülkiyyət hüququ əsasında məxsus Bakı şəhəri Suraxanı rayonu V yaşayış sahəsi Yeni Günəşli qəsəbəsində istifadədə olan 0.09989 ha torpaq sahəsində yerləşən ** nömrəli evin ** saylı mənzilinə; cavabdeh4 xüsusi mülkiyyət hüququ əsasında məxsus Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsi 24 ünvanında yerləşən ** saylı mənzilə; cavabdeh6 xüsusi mülkiyyət hüququ əsasında məxsus ünvan 2 ünvanında yerləşən ** saylı mənzilə; həmin ipoteka predmetlərinin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçı İddiaçı ASCnə ödənilməsi, ipoteka predmetləri satıldıqdan sonra 1 (bir) ay müddətində boşaldılması, əmlakların satışından əldə edilən vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıb borcun ümumi qaydada cavabdeh5 Elmi Istehsalat Şirkətindən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. cavabdeh5 Elmi Istehsalat Şirkəti İddiaçı ASC-yə qarşı kredit müqavilələri üzrə borc məbləği (əsas və faiz borcları) düzgün hesablanmadığı üçün onların azaldılması və biznesplanda nəzərdə tutulmuş kreditin tam və vaxtında verilməməsinə görə dəymiş 4.885.188 manat məbləğində maddi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmtəəşünaslıq ekspertizasının müvafiq rəyinə uyğun olaraq inflyasiya nəzərə alınmaqla çəkilən və çəkməli olduqları xərclərin və 4.885.188 (dörd milyon səkkiz yüz səksən beş min yüz səksən səkkiz) manat məbləğində əldən çıxmış faydanın iddiaçı İddiaçı ASC-dən cavabdeh cavabdeh5 Elmi Istehsalat Şirkətinin xeyrinə tutulması, habelə borc məbləği (əsas və faiz borcları) düzgün hesablanmadığı və ya şişirdildiyi üçün onların azaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
22. Ilkin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ASC-nin “Lənkəran” filialı ilə cavabdeh cavabdeh5 Elmi Istehsalat Şirkəti arasında bağlanmış ##.##.2014-cü il tarixli, 007/1 LFHŞ №-li “Kredit müqaviləsi”nə əsasən cavabdehə “dövriyyənin artırılması” üçün 82 (səksən iki) ay müddətinə, illik 6 (altı) faiz hesablanmaqla 1.500.000 (bir milyon beş yüz min) manat məbləğində kredit verilmişdir. Iddiaçı İddiaçı ASC-nin “Lənkəran” filialı ilə cavabdeh cavabdeh5 Elmi Istehsalat Şirkəti arasında bağlanmış ##.##.2014-cü il tarixli, 006/1 LFHŞ №-li “Kredit müqaviləsi”nə əsasən cavabdehə “dövriyyənin artırılması” üçün 84 (səksən dörd) ay müddətinə, illik 6 (altı) faiz hesablanmaqla 634.000 (altı yüz otuz dörd min) manat məbləğində kredit verilmişdir. Iddiaçı İddiaçı ASC-nin “Lənkəran” filialı ilə cavabdeh cavabdeh5 Elmi Istehsalat Şirkəti arasında bağlanmış ##.##.2014-cü il tarixli, 005/1 LFHŞ №-li “kredit müqaviləsi”nə əsasən cavabdehə “dövriyyənin artırılması” üçün 84 (səksən dörd) ay müddətinə, illik 6 (altı) faiz hesablanmaqla 366.000 (üç yüz almış altı min) manat məbləğində kredit verilmişdir. Iddiaçı İddiaçı ASC-nin “Lənkəran” filialı ilə cavabdeh cavabdeh5 Elmi Istehsalat Şirkəti arasında bağlanmış ##.##.2012-ci il tarixli, 004/1 LFHŞ №-li “kredit müqaviləsi”nə əsasən cavabdehə “dövriyyənin artırılması” üçün 60 (almış) ay müddətinə, illik 6 (altı) faiz hesablanmaqla 200.000 (iki yüz min) manat məbləğində kredit verilmişdir. Cavabdehlə bank arasında bağlanmış ##.##.2012-ci il tarixli, 004/1 LFHŞ №-li nömrəli “kredit müqaviləsi”nin təminatı qismində AR ƏMDK yanında DƏDRX-in MA seriyalı, ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən cavabdeh5 Elmi Istehsalat Şirkətinə xüsusi mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1 ünvanında yerləşən ** saylı mənzil banka ipotekaya qoyulmuş, bu barədə cavabdehlə ##.##.2012-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və buna əsasən AR ƏMDK yanında DƏDRX tərəfindən həmin müqavilə qeydiyyata alınaraq, qeyd olunan orqan tərəfindən qeydiyyat tarixi ##.##.2012-ci il olan, RX seriyalı, ******* №-li ipoteka yüklülüyünə dair çıxarış verilmişdir. Cavabdehlə bank arasında bağlanmış ##.##.2012-ci il tarixli, 004/1 LFHŞ №-li “kredit müqaviləsi”nin təminatı qismində, AR ƏMDK yanında DƏDRX-in RX seriyalı, ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən cavabdeh4 xüsusi mülkiyyət hüququ əsasında məxsus Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsi 24 ünvanında yerləşən ** saylı mənzil banka ipotekaya qoyulmuş, bu barədə cavabdehlə ##.##.2012-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və buna əsasən AR ƏMDK yanında DƏDRX tərəfindən həmin müqavilə qeydiyyata alınaraq, qeyd olunan orqan tərəfindən qeydiyyat tarixi ##.##.2012-ci il olan, RX seriyalı, 0066751№-li ipoteka yüklülüyünə dair çıxarış verilmişdir. Cavabdehlə bank arasında bağlanmış ##.##.2012-ci il tarixli, 004/1 LFHŞ №-li nömrəli “kredit müqaviləsi”nin təminatı qismində, AR ƏMDK yanında DƏDRX-in RX seriyalı, ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən cavabdeh6 xüsusi mülkiyyət hüququ əsasında məxsus ünvan 2 ünvanında yerləşən ** saylı mənzil banka ipotekaya qoyulmuş, bu barədə cavabdehlə ##.##.2012-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və buna əsasən AR ƏMDK yanında DƏDRX tərəfindən həmin müqavilə qeydiyyata alınaraq, qeyd olunan orqan tərəfindən qeydiyyat tarixi ##.##.2012-ci il olan, RX seriyalı, ******* №-li ipoteka yüklülüyünə dair çıxarış verilmişdir. Cavabdehlə bank arasında bağlanmış ##.##.2012-ci il tarixli, 004/1 LFHŞ №li nömrəli “kredit müqaviləsi”nin təminatı qismində, AR ƏMDK yanında DƏDRX-in MH seriyalı, ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən cavabdeh3 tam mülkiyyət hüququ əsasında məxsus Bakı şəhəri Suraxanı rayonu V yaşayış sahəsi Yeni Günəşli qəsəbəsində istifadədə olan 0.09989 ha torpaq sahəsində yerləşən ** nömrəli evin ** saylı mənzili banka ipotekaya qoyulmuş, bu barədə cavabdehlə ##.##.2012-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və buna əsasən AR ƏMDK yanında DƏDRX tərəfindən həmin müqavilə qeydiyyata alınaraq, qeyd olunan orqan tərəfindən qeydiyyat tarixi ##.##.2012-ci il olan, RX seriyalı, ******* №-li ipoteka yüklülüyünə dair çıxarış verilmişdir. Cavabdehlə bank arasında bağlanmış ##.##.2014-cü il tarixli, 005/1 LFHŞ №-li nömrəli “kredit müqaviləsi”nin təminatı qismində, AR ƏMDK yanında DƏDRX-in MH seriyalı, ******* №-li hüquqların dövlət qeydiyyatı haqqmda daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən cavabdeh3 tam mülkiyyət hüququ əsasında məxsus Bakı şəhəri Suraxanı rayonu V yaşayış sahəsi Yeni Günəşli qəsəbəsində istifadədə olan 0.09989 ha torpaq sahəsində yerləşən ** nömrəli evin ** saylı mənzili banka ipotekaya qoyulmuş, bu barədə cavabdehlə ##.##.2012-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və buna əsasən AR ƏMDK yanında DƏDRX tərəfindən həmin müqavilə qeydiyyata alınaraq, qeyd olunan orqan tərəfindən qeydiyyat tarixi ##.##.2012-ci il olan, RX seriyalı, ******* №-li ipoteka yüklülüyünə dair çıxarış verilmiş, daha sonra ipotekanın əlavə qeydiyyatı aparılmış və buna dair AR ƏMDK yanında DƏDRX tərəfindən ##.##.2019-cu il olan, RX seriyalı, ******* №-li ipotekanın əlavə yüklülüyünə dair çıxarış verilmişdir. Cavabdehlə bank arasında bağlanmış ##.##.2014-cü il tarixli, 005/1 LFHŞ №-li “kredit müqaviləsi”nin təminatı qismində, AR ƏMDK yanında DƏDRX-in RX seriyalı, ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən cavabdeh6 xüsusi mülkiyyət hüququ əsasında məxsus ünvan 2 ünvanında yerləşən ** saylı mənzil banka ipotekaya qulmuş, bu barədə cavabdehlə ##.##.2012-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və buna əsasən AR ƏMDK yanında DƏDRX tərəfindən həmin müqavilə qeydiyyata alınaraq, qeyd olunan orqan tərəfindən qeydiyyat tarixi ##.##.2012-ci il olan, RX seriyalı, ******* №-li ipoteka yüklülüyünə dair çıxarış verilmiş, daha sonra ipotekanın əlavə qeydiyyatı aparılmış və buna dair AR ƏMDK yanında DƏDRX tərəfindən ##.##.2019-cu il olan, RX seriyalı, ******* №-li ipotekanın əlavə yüklülüyünə dair çıxarış verilmişdir. Cavabdehlə bank arasında bağlanmış ##.##.2014-cü il tarixli, 005/1 LFHŞ №-li nömrəli “kredit müqaviləsi”nin təminatı qismində, AR ƏMDK yanında DƏDRX-in MA seriyalı, ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən cavabdeh5 Elmi Istehsalat Şirkətinə xüsusi mülkiyyət hüququ əsasında məxsus ünvan 1 ünvanında yerləşən ** saylı mənzil banka ipotekaya qoyulmuş, bu barədə cavabdehlə ##.##.2012-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və buna əsasən AR ƏMDK yanında DƏDRX tərəfindən həmin müqavilə qeydiyyata alınaraq, qeyd olunan orqan tərəfindən qeydiyyat tarixi ##.##.2012-ci il olan, RX seriyalı, ******* №-li ipoteka yüklülüyünə dair çıxarış verilmiş, daha sonra ipotekanın əlavə qeydiyyatı aparılmış və buna dair AR ƏMDK yanında DƏDRX tərəfindən ##.##.2019-cu il olan, RX seriyalı, ******* №-li ipotekanın əlavə yüklülüyünə dair çıxarış verilmişdir. Cavabdehlə bank arasında bağlanmış ##.##.2014-cü il tarixli, 005/1 LFHŞ №-li nömrəli “kredit müqaviləsi”nin təminatı qismində, AR ƏMDK yanında DƏDRX-in RX seriyalı, 0008112 №li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən cavabdeh4 xüsusi mülkiyyət hüququ əsasında məxsus Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsi 24 ünvanında yerləşən ** saylı mənzil banka ipotekaya qoyulmuş, bu barədə cavabdehlə ##.##.2012-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və buna əsasən AR ƏMDK yanında DƏDRX tərəfindən həmin müqavilə qeydiyyata alınaraq, qeyd olunan orqan tərəfindən qeydiyyat tarixi ##.##.2012-ci il olan, RX seriyalı ******* №-li ipoteka yüklülüyünə dair çıxarış verilmiş, daha sonra ipotekanın əlavə qeydiyyatı aparılmış və buna dair AR ƏMDK yanında DƏDRX tərəfindən ##.##.2019-cu il olan, RX seriyalı, ******* №-li ipotekanın əlavə yüklülüyünə dair çıxarış verilmişdir. Cavabdehlə bank arasında bağlanmış ##.##.2014-cü il tarixli, 005/1 LFHŞ №-li nömrəli “kredit müqaviləsi”nin təminatı qismində, AR ƏMDK yanında DƏDRX-in MA seriyalı, ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən cavabdeh5 Elmi Istehsalat Şirkətinə xüsusi mülkiyyət hüququ əsasında məxsus Lerik rayonu Lənkəran-Lerik yolunun 27-ci kilometrində yerləşən əmlak kompleksi kimi müəssisə banka ipotekaya qoyulmuş, bu barədə cavabdehlə ##.##.2014-cü il tarixli ipoteka müqaviləsi bağlanmış və buna əsasən AR ƏMDK yanında DƏDRX tərəfindən həmin müqavilə qeydiyyata alınaraq, qeyd olunan orqan tərəfindən qeydiyyat tarixi ##.##.2014cü il olan, RX seriyalı, ******* №-li ipoteka yüklülüyünə dair çıxarış verilmiş, daha sonra ipotekanın əlavə qeydiyyatı aparılmış və buna dair AR ƏMDK yanında DƏDRX tərəfindən ##.##.2019-cu il olan, RX seriyalı, 1461635 N:li ipotekanın əlavə yüklülüyünə dair çıxarış verilmişdir. Cavabdehlə bank arasında bağlanmış ##.##.2014-cü il tarixli, 006/1 LFHŞ №-li nömrəli “kredit müqaviləsi”nin təminatı qismində, AR ƏMDK yanında DƏDRX-in RX seriyalı, 0008112 №li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən cavabdeh4 xüsusi mülkiyyət hüququ əsasında məxsus Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsi 24 ünvanında yerləşən ** saylı mənzil banka ipotekaya qoyulmuş, bu barədə cavabdehlə ##.##.2012-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və buna əsasən AR ƏMDK yanında DƏDRX tərəfindən həmin müqavilə qeydiyyata alınaraq, qeyd olunan orqan tərəfindən qeydiyyat tarixi ##.##.2012-ci il olan, RX seriyalı, ******* №-li ipoteka yüklülüyünə dair çıxarış verilmiş, daha sonra ipotekanın əlavə qeydiyyatı aparılmış və buna dair AR ƏMDK yanında DƏDRX tərəfindən ##.##.2019-cu il olan, RX seriyalı, ******* №-li ipotekanın əlavə yüklülüyünə dair çıxarış verilmişdir. Cavabdehlə bank arasında bağlanmış ##.##.2014-cü il tarixli, 006/1 LFHŞ №-li nömrəli “kredit müqaviləsi”nin təminatı qismində, AR ƏMDK yanında DƏDRX-in RX seriyalı, ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən cavabdeh6 xüsusi mülkiyyət hüququ əsasında məxsus ünvan 2 ünvanında yerləşən ** saylı mənzil banka ipotekaya qoyulmuş, bu barədə cavabdehlə ##.##.2012-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və buna əsasən AR ƏMDK yanında DƏDRX tərəfindən həmin müqavilə qeydiyyata alınaraq, qeyd olunan orqan tərəfindən qeydiyyat tarixi ##.##.2012-ci il olan, RX seriyalı, ******* №-li ipoteka yüklülüyünə dair çıxarış verilmiş, daha sonra ipotekanın əlavə qeydiyyatı aparılmış və buna dair AR ƏMDK yanında DƏDRX tərəfindən ##.##.2019-cu il olan, RX seriyalı, ******* №-li ipotekanın əlavə yüklülüyünə dair çıxarış verilmişdir. Cavabdehlə bank arasında bağlanmış ##.##.2014-cü il tarixli, 006/1 LFHŞ №-li nömrəli “kredit müqaviləsi”nin təminatı qismində, AR ƏMDK yanında DƏDRX-in MA seriyalı, ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən cavabdeh5 Elmi Istehsalat Şirkətinə xüsusi mülkiyyət hüququ əsasında məxsus ünvan 1 ünvanında yerləşən ** saylı mənzil banka ipotekaya qoyulmuş, bu barədə cavabdehlə ##.##.2012-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və buna əsasən AR ƏMDK yanında DƏDRX tərəfindən həmin müqavilə qeydiyyata alınaraq, qeyd olunan orqan tərəfindən qeydiyyat tarixi ##.##.2012-ci il olan, RX seriyalı, ******* №-li ipoteka yüklülüyünə dair çıxarış verilmiş, daha sonra ipotekanın əlavə qeydiyyatı aparılmış və buna dair AR ƏMDK yanında DƏDRX tərəfindən ##.##.2019-cu il olan, RX seriyalı, ******* №-li ipotekanın əlavə yüklülüyünə dair çıxarış verilmişdir. Cavabdehlə bank arasında bağlanmış ##.##.2014-cü il tarixli, 006/1 LFHŞ №-li “kredit müqaviləsi”nin təminatı qismində, AR ƏMDK yanında DƏDRX-in MH seriyalı, ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən cavabdeh3 tam mülkiyyət hüququ əsasında məxsus Bakı şəhəri Suraxanı rayonu V yaşayış sahəsi Yeni Günəşli qəsəbəsində istifadədə olan 0.09989 ha torpaq sahəsində yerləşən ** nömrəli evin ** saylı mənzili banka ipotekaya qoyulmuş, bu barədə cavabdehlə ##.##.2012-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və buna əsasən AR ƏMDK yanında DƏDRX tərəfindən həmin müqavilə qeydiyyata alınaraq, qeyd olunan orqan tərəfindən qeydiyyat tarixi ##.##.2012-ci il olan, RX seriyalı, ******* №-li ipoteka yüklülüyünə dair çıxarış verilmiş, daha sonra ipotekanın əlavə qeydiyyatı aparılmış və buna dair AR ƏMDK yanında DƏDRX tərəfindən ##.##.2019-cu il olan, RX seriyalı, ******* №li ipotekanın əlavə yüklülüyünə dair çıxarış verilmişdir. Cavabdehlə bank arasında bağlanmış ##.##.2014-cü il tarixli, 006/1 LFHŞ №-li nömrəli “kredit müqaviləsi”nin təminatı qismində, AR ƏMDK yanında DƏDRX-in MA seriyalı, 0154190 №li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən cavabdeh5 Elmi Istehsalat Şirkətinə xüsusi mülkiyyət hüququ əsasında məxsus Lerik rayonu Lənkəran-Lerik yolunun 27-ci kilometrində yerləşən əmlak kompleksi kimi müəssisə banka ipotekaya qoyulmuş, bu barədə cavabdehlə ##.##.2014-cü il tarixli ipoteka müqaviləsi bağlanmış və buna əsasən AR ƏMDK yanında DƏDRX tərəfindən həmin müqavilə qeydiyyata alınaraq, qeyd olunan orqan tərəfindən qeydiyyat tarixi ##.##.2014-cü il olan, RX seriyalı, ******* №-li ipoteka yüklülüyünə dair çıxarış verilmişdir. Cavabdehlə bank arasında bağlanmış ##.##.2014-cü il tarixli, 007/1 LFHŞ №-li nömrəli “kredit müqaviləsi”nin təminat qismində, AR ƏMDK yanında DƏDRX-in MH seriyalı, ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən cavabdeh5 Elmi Istehsalat Şirkətinə xüsusi mülkiyyət hüququ əsasında məxsus Lerik rayonu Lənkəran-Lerik yolunun 27-ci kilometrində yerləşən əmlak kompleksi kimi müəssisə banka ipotekaya qoyulmuş, bu barədə cavabdehlə ##.##.2014-cü il tarixli ipoteka müqaviləsi bağlanmış və buna əsasən AR ƏMDK yanında DƏDRX tərəfindən həmin müqavilə qeydiyyata alınaraq, qeyd olunan orqan tərəfindən qeydiyyat tarixi ##.##.2014-cü il olan, RX seriyalı, ******* №-li ipoteka yüklülüyünə dair çıxarış verilmiş, daha sonra ipotekanın əlavə qeydiyyatı aparılmış və buna dair AR ƏMDK yanında DƏDRX tərəfindən ##.##.2014-cü il olan, RX seriyalı, ******* №li ipotekanın əlavə yüklülüyünə dair çıxarış verilmişdir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı “bildiriş”lərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan “kredit müqaviləsi” üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir.
23. Daha sonra iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, ##.##.2012-ci il tarixli, 004/1 LFHŞ saylı kredit müqaviləsinə əsasən 8866,48 (səkkiz min səkkisz yüz altmış altı manat 48 qəpik) AZN faiz, 6089,57 (altı min səksən doqquz manat 57 qəpik) AZN cərimə borcunun; ##.##.2014-cü il tarixli, 005/1 LFHŞ saylı kredit müqaviləsinə əsasən 287.573,91 (iki yüz səksən yeddi min beş yüz yetmiş üç manat 91 qəpik) AZN əsas, 128.574,94 (bir yüz iyirmi səkkiz min beş yüz yetmiş dörd manat 94 qəpik) AZN faiz, 17341,43 (on yeddi min üç yüz qırx bir manat 43 qəpik) AZN cərimə borcunun; ##.##.2014-cü il tarixli, 006/1 LFHŞ saylı kredit müqaviləsinə əsasən 633.365,66 (altı yüz otuz üç min üç yüz altmış beş manat 66 qəpik) AZN əsas, 219.541,39 (iki yüz on doqquz min beş yüz qırx bir manat 39 qəpik) AZN faiz, 29.839 (iyirmi doqquz min səkkiz yüz otuz doqquz) AZN cərimə borcunun; ##.##.2014-cü il tarixli, 007/1 LFHŞ saylı kredit müqaviləsinə əsasən 1.500.000 (bir milyon beş yüz min) AZN əsas, 520.000 (beş yüz iyirmi min) AZN faiz, 71.720,23 (yetmiş bir min yeddi yüz iyirmi manat 23 qəpik) AZN cərimə borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 124 (bir yüz iyirmi dörd) manat dövlət rüsumunun, kredit və ipoteka müqavilələrinin, eləcə də mülkiyyət və yüklülük çıxarışlarının surətlərinin notarial qaydada təsdiqi üçün ödənilmiş 176 (bir yüz yetmiş altı) manat məbləğində rüsumun cavabdeh cavabdeh5 Elmi-Istehsalat Şirkəti MMC-dən tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə cavabdeh5 Elmi Istehsalat Şirkəti MMC-nə xüsusi mülkiyyət hüququ əsasında məxsus Lənkəran-Lerik yolunun 27-ci kilometrində yerləşən əmlak kompleksi kimi müəssisəyə, tam mülkiyyət hüququ üzrə cavabdeh3 məxsus Bakı şəhəri Suraxanı rayonu V yaşayış sahəsi Yeni Günəşli qəsəbəsində istifadədə olan 0.09989 ha torpaq sahəsində yerləşən ** nömrəli evin ** saylı mənzilinə, tam mülkiyyət hüququ üzrə cavabdeh4 məxsus Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsi 24 ünvanında yerləşən ** saylı mənzilə və tam mülkiyyət hüququ üzrə cavabdeh6 məxsus ünvan 2 ünvanında yerləşən ** saylı mənzilə yönəldilməsi, yuxarıdakı əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetlərinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdeh5 Elmi-Istehsalat Şirkəti MMC-dən tutulması, ipoteka predmeti olan əmlaklara tutma yönəldikdə və əmlaklar satıldıqdan sonra həmin əmlak kompleksi kimi müəssisənin və mənzillərin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-nə təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
24. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ASC ona və digər cavabdehlərə qarşı “kredit məbləğinin geri qaytarılması, ipoteka predmetlərinə tutmanın yönəldilməsi və fərdi yaşayış evinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, bu iddia tələbi ilə razı deyil, iddianı əsassız və qanunsuz hesab edir. Belə ki, iddiaçı İddiaçı ASC iddia ərizəsində cavabdeh cavabdeh5 Elmi Istehsalat Şirkəti ilə bağladığı ##.##.2012-ci il tarixli 004/1 LFHŞ saylı, ##.##.2014-cü il tarixli 005/1 LFHŞ saylı, ##.##.2014-cü il tarixli 006/1 LFHŞ saylı və ##.##.2014-cü il tarixli 007/1 LFHŞ saylı kredit müqavilələri üzrə verdiyi kredit borclarını faizləri ilə birlikdə tələb etmişdir. Eyni zamanda, iddiaçı adı çəkilən kredit müqavilələrinin təminatı kimi cavabdeh cavabdeh5 Elmi Istehsalat Şirkəti ilə bağladığı ipoteka müqavilələri üzrə də tələbin ipoteka predmetlərinə yönəldilməsini xahiş etmişdir. Iddiaçı İddiaçı ASC ilə cavabdeh cavabdeh5 Elmi Istehsalat Şirkəti arasında bağlanmış bütün kredit müqavilələrində kreditin alınma məqsədi dövriyyənin artırılması olmuşdur (kredit müqavilələrinin 1.2-ci bəndi). Iddiaçı İddiaçı ASC-yə tərəflərindən cavabdeh5 Elmi Istehsalat Şirkətinin “Mineral su istehsalının təşkili üzrə” investisiya layihəsi təqdim olunmuşdur. “xxxx” MMC tərəfindən tərtib edilmiş layihələr və cavabdeh5 Elmi Istehsalat Şirkəti tərəfindən hazırlanmış bisnesplan əsasında Investisiya layihəsinin təşəbbüskarıu cavabdeh5 Elmi Istehsalat Şirkəti olmuşdur. Şirkət dövlət qeydiyyatından keçmişdir və Lerik-Lənkəran şossesinin 40cı km-də turizm sahəsində fəaliyyət göstərir. Şirkət “Meşəbəyi” ailəvi istirahət zonasını yaratmışdır. Investisiya planına əsasən layihə çərçivəsində vəsaitlərin texnoloji xətt üzrə avadanlıqların alınması, onların gətiriliməsi ilə bağlı xərclərə sərf olunması, avadanlıqların quraşdırılacağı istehsalat yerinin layihələndirilməsi, tikinti işlərinin aparılması və ilkin xammal ehtiyatının yaradılması üçün istifadə edilməsi nəzərdə tutulmuşdur. Bu layihənin ümumi dəyəri 6 550 000 (altı milyon beş yüz əlli min) manat olmuşdur. Alınacaq avadanlıqların dəyərinə ƏDV və idxal rüsumu, tikinti və layihələndirmə işlərinin dəyərinə isə ƏDV məbləği daxil edilməmişdir. Sözügedən investisiyanın tikinti və layihələndirilməsinin 1 550 000 (bir milyon beş yüz əlli min) manat məbləğində hissəsinin sahibkar tərəfindən mövcud bizneslərindən əldə edilən gəlir hesabına qoyulması, 5 000 000 (beş milyon) manat hissəsinin isə kredit kimi cəlb edilməsi nəzərdə tutulmuşdur. Layihənin əsasən cəlb edilmiş vəsait hesabma həyata keçirilməsi nəzərdə tutulmuşdur. Investisiya planının bu mərhələsinin həyata keçirilməsi nəticəsində yaranacaq maliyyə imkanları istehsalın genişləndirilməsi üzrə növbəti mərhələlərin sahibkarlıq subyektinin öz vəsaiti hesabına həyata keçirilməsinə şərait yaradacaqdı. Təqdim edilən investisiya layihəsi mineral su istehsalını nəzərdə tutur. Layihə çərçivəsində istehsal olunacaq məhsulların daxili və xarici bazara çıxarılması planlaşdırılmışdır. Bu investisiya layihəsi iddiaçı və Sahibkarlığa Kömək Milli Fondu tərəfindən bəyənilmişdir. Iddiaçı İddiaçı ASC sözügedən investisiya layihəsinin reallaşdırılması üçün onlara müvafiq kreditin verilməsinə razı olmuşdur. Lakin iddiaçı ilkin mərhələdə cavabdeh cavabdeh5 Elmi Istehsalat Şirkətinə investisiya layihəsinin reallaşdırılması üçün kredit versə də, kredit müqavilələrinin 1.2-ci bəndinə müvafiq olaraq dövriyyənin artırılması üçün kreditin verilməsi öhdəliyinə tam şəkildə əməl etməmişdir. Belə ki, iddiaçı ayrı-ayrı vaxtlarda 366 000, 634 000 və 1 500 000 manat məbləğlərində krediti illik 6 % olmaqla şirkətə vermişdir. Qeyd edir ki, cavabdeh cavabdeh5 Elmi Istehsalat Şirkətinin “Mineral su istehsalının təşkili üzrə” investisiya layihəsi iddiaçı ilə bağlanmış kredit müqavilələrinin ayrılmaz tərkib hissəsidir. Çünki kredit müqavilələrinin 1.2-ci bəndində nəzərdə tutulmuş dövriyyənin artırılması şərti cavabdeh cavabdeh5 Elmi Istehsalat Şirkətinin “Mineral su istehsalının təşkili üzrə” investisiya layihəsinə söykənir. Eyni zamanda şirkət 2013-cü ildə Lerikdə çörək istehsalı sexini yaratmış və hazırda bu istehsal sahəsi də mənfəətlə işləyir. Çörək sexinin yaradılması üçün isə iddiaçı şirkətə ##.##.2012-ci ildə 200 000 manat məbləğində kredit vermişdir. Lakin Azərbaycanda 2015-ci ilin fevral ayının 21-dən etibarən başlayan inflyasiya bütün istehsal sahələrinə mənfi təsir göstərmiş və qurduqları çörək sexi də uzun müddət zərərlə işləmişdir. Belə ki, yuxarıda qeyd olunan tarixdən etibarən ABŞ dollarının məzənnəsi sürətlə qalxmağa başlamışdır. Nəticədə unun qiyməti 2 dəfədən artıq qalxmışdır. Bu səbəbdən iddia ərizəsində də qeyd olunduğu kimi çörək istehsalı sexinin yaradılması üçün aldığı krediti də tam olaraq ödəyə bilməmişdir. Kredit müqavilələrindən də aydın olur ki, şirkətə verilən kreditin ümumilikdə məbləği 2700 000 (iki milyon yeddi yüz min) manat təşkil edir. “Mineral su istehsalının təşkili üzrə2 investisiya layihəsinin reallaşdırılması üçün isə 2 500 000 (iki milyon beş yüz min) manat məbləğində kredit verilmişdir. Cavabdeh cavabdeh5 Elmi Istehsalat Şirkətinin “Mineral su istehsalının təşkili üzrə” investisiya layihəsi üzrə dövriyyəsinin artırılması üçün isə 2 500 000 manat deyil, 6 550 000 manat məbləğində vəsait lazımdır, investisiyanın tikinti və layihələndirilməsinin 1 500 000 manat məbləğində hissəsinin sahibkar tərəfindən mövcud bizneslərindən əldə edilən gəlir hesabına qoyulacağını nəzərə alsalar, qalan vəsaitin, yəni 2 550 000 (iki milyon beş yüz əlli min) manat məbləğində pulun (2 500 000+1 550 000=4 050 000; 6 550 000-4 050 000=2 050 000) da iddiaçı İddiaçı ASC tərəfindən kredit kimi verilməsi planlaşdırılmışdır. Lakin iddiaçı İddiaçı ASC hazırda 5 000 000 manat məbləğində kreditin onun tərəfindən veriləcəyi şərtinin qoyulduğunu qəbul etmir. Hətta iddiaçı cavabdeh cavabdeh5 Elmi Istehsalat Şirkətinin “Mineral su istehsalının təşkili üzrə” investisiya layihəsi ilə tanış olub, bu layihəni bəyəndiyini də etiraf etmir. Məhkəmənin nəzərinə çatdırır ki, heç bir bank investisiya layihəsi ilə tanış olmamış və onu bəyənməmiş hər hansı fiziki və ya hüquqi şəxsə bu cür böyük məbləğdə krediti biznes məqsədilə vermir. Onu da qeyd edir ki, tikinti başlanan gündən Sahibkarlığa Kömək Milli Fondu və İddiaçı ASC-nin nümayəndələri tərəfindən hər ayda ən azı 2 dəfə işin gedişinə nəzarət edilmişdir. Bu səbəbdən hesab edir ki, iddiaçının investisiya layihəsi ilə tanış olmaması və onu bəyənməməsi fikri yalandır. Yuxarıda da qeyd etdiyi kimi kredit müqavilələrində nəzərdə tutulmuş dövriyyənin artırılması şərti cavabdeh cavabdeh5 Elmi Istehsalat Şirkətinin “Mineral su istehsalının təşkili üzrə” investisiya layihəsinin reallaşdırılmasına söykənir və bu şərtin reallaşdırılması üçün bank cavabdeh cavabdeh5 Elmi Istehsalat Şirkətinə ödənilməmiş qalan 2 500 000 manat məbləğində krediti də inflyasiyanı nəzərə almaqla verməli idi. Lakin iddiaçı İddiaçı ASC öhdəliklərinə tam şəkildə əməl etməmiş və kreditin qalan məbləğini verməmişdir. Bu səbəbdən cavabdeh cavabdeh5 Elmi Istehsalat Şirkəti tərəfindən “Mineral su istehsalının təşkili üzrə” investisiya layihəsi başa çatdırılmamış və yarımçıq qalmışdır. Layihənin reallaşdırılması üçün cəlb edilmiş ağır texnika maliyyə vəsaitlərinin olmaması səbəbindən fəaliyyətini davam etdirə bilmir. Bütün bu hallar nəticəsində cavabdeh cavabdeh5 Elmi Istehsalat Şirkətinə külli miqdarda maddi ziyan dəymişdir. Maddi ziyana daxil olan hissə təkcə çəkilən və çəkməli olduqları xərclərlə məhdudlaşmır, həmçinin əldən çıxmış fayda da kifayət qədərdir. Nəzərə alınmalıdır ki, bu layihə Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin regionların inkişafı, yəni iş yerlərinin açılması və yoxsulluğun aradan qaldırılması ilə əlaqədar verdiyi sərəncam və qərarlara dəstək olaraq tərəflərindən planlaşdırılmışdı. Əgər zavod vaxtında tikilmiş olsa idi, ucqar Lerik rayonunda ən azı 80-100 nəfər işlə təmin olunacaqdı, dövlət büdcəsinə daxil olacaq pul vəsaitləri artardı, əlaqəli olan bir sıra sosial məsələlər həllini tapmış olardı. Lakin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin və Sahibkarlığa Kömək Milli Fondunun ağlabatan olmayan mövqeyi ilə əlaqədar, yəni kreditin tam və vaxtında verilməməsi ilə bağlı tərəflərindən zavodun tikintisi üzrə başlanmış iş yarımçıq qalmış və qaldıqca təbii olaraq təsirlərə məruz qalmaqla bərbad vəziyyətə düşməkdədir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin və Sahibkarlıa Kömək Milli Fondunun bu hərəkətləri sahibkarlığa dəstək deyil, ona zərbədir. Nəzərə alınmalıdır ki, tərəflərindən Türkiyə Respublikasından gətirilmiş, suyun qablaşdırılması üçün nəzərdə tutulmuş avadanlıqlar yağış sularının altında qalaraq paslanmış və keyfiyyətsiz hala düşmüşdür. Onlar İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 2 500000 manat kredit almışlar, həmin məbləği və 11 ay ərzində ödəməli olduqları 165 000 manat məbləğində faiz pulunu qəbul edirlər. Hesablanmış qalan faiz pullarının isə onlara aidiyyəti yoxdur. Çünki biznes layihədə 11 aydan sonra məhsulun istehsalı və satışı nəzərdə tutulmuşdu. Lakin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin təqsirli hərəkətləri ilə bağlı olaraq onlar zavodun inşasını və avadanlıqlarla təchiz edilməsini təmin edə bilməmiş və təbii ki, məhsulu istehsal etmək, habelə satışını həyata keçirmək mümkün olmadı. 2015-ci ildən başlayaraq dəfələrlə Iqtisadiyat Nazirliyinə, Sahibkarlığa Kömək Milli Fondunun və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinə müraciət etməklə, kreditin qalan hissəsinin müəssisəyə ödənilməsi istiqamətində zəruri hərəkətlərin həyata keçirilməsini xahiş etmişlər. 2016-2019-cu illər ərzində təkcə Iqtisadiyyat naziri cənab Ş.Mustafayevlə 6 dəfə görüşləri olmuş və problemin həllinə qanuni kömək göstərilməsi xahiş olunmuşdur. Bu baxımdan İddiaçı Açıq Səhmdar Cəmiyyəti və qeyriləri bilə-bilə işlərinin yarımçıq saxlanmasına səbəb olduğundan cavabdehlik daşımalıdırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsüllarla həyata keçirilməlidir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hərəkətləri isə nə qeyd olunan normaya və nə də işgüzar adətlərə uyğun gəlmir. Nəzərə alınmalıdır ki, kreditin verilməsi ilə əlaqədar bütün danışıqlar o cümlədən investisiya layihəsinin müzakirəsi Sahibkarlığa Kömək Milli Fondunda onun keçmiş rəhbəri Şirzaid Abdullayevin iştirakı ilə aparılmış və həm də razılaşdırılmışdır. Bununla əlaqədar bütün zəruri sənədlər fonda təqdim edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətində onlar ancaq hazır müqavilələrə imza etmişlər. Odur ki, layihənin hazırkı vaxta kimi həyata keçirilməməsinin əsas səbabkarı İddiaçı ASC ilə yanaşı Sahibkarlığa Kömək Milli Fondu və onun rəhbəri olmuş Şirzaid Abdullayevdir. Qeyd edir ki, çəkilən və çəkməli olduqları xərclər müvafiq qaydada əmtəəşünaslıq ekspertizası keçirildikdən sonra dəqiq müəyyən edilə bilər. Ona görə də əmtəəşünaslıq ekspertizasının müvafiq rəyinə uyğun olaraq çəkilən və çəkməli olduqları xərclərin də iddiaçıdan tutulmasını xahiş edirlər. Əldən çıxmış fayda layihənin müvafiq həyata keçirilmə illəri üzrə hər il eyni məbləğdə olmaqla, 1.395.768 manat, yəni 20162018-ci illər üzrə cəmi 4.187.304 manat, 2019-cu ilin 6 ayı üzrə 697.884 manat, ümumilikdə 4.885.188 (dörd milyon səkkiz yüz səksən beş min yüz səksən səkkiz) manat olmuşdur. Əgər layihə həyata keçirilsə idi, onlar bu mənfəəti əldə edəcəkdilər. Iddiaçı kredit müqavilələrinin tələblərini düzgün icra etmədiyindən onlar bu mənfəətdən məhrum olmuşlar. Qeyd edir ki, iddiaçı İddiaçı ASC cavabdeh cavabdeh5 Elmi Istehsalat Şirkətinin müqaviləni əhəmiyyətli dərəcədə pozmasını iddiasını da əsaslandıra bilməmişdir. Əslində müqaviləni əhəmiyyətli dərəcədə pozan cavabdehlər deyil, iddiaçı özü olmuşdur. Belə ki, iddiaçı ilə kredit müqavilələri bağlanarkən cavabdeh cavabdeh5 Elmi Istehsalat Şirkətinin məqsədi ümumi dəyəri 6 550 000 manat olan “Mineral su istehsalının təşkili üzrə” investisiya layihəsinin başa çatdırılması idi. Lakin kredit məbləği tam olaraq verilmədiyi üçün onlar ümid etməyə haqqları çatanlardan xeyli dərəcədə məhrum olmuşlar. Cavabdeh cavabdeh5 Elmi Istehsalat Şirkətinin iddiaçı İddiaçı ASC ilə kredit müqavilələri bağlamaqda məqsədi “Mineral su istehsalının təşkili üzrə” investisiya layihəsinin reallaşdırılması olmuşdur. Lakin kreditin tam verilməməsi və hələ üstəlik vaxtından əvvəl də geri tələb edilməsi iddiaçının vicdanlılığm tələb etdiyi tərzdə hərəkət etmədiyinin sübutudur. Göstərilənlərə əsasən iddiaçı İddiaçı ASC-nin cavabdeh cavabdeh5 Elmi Istehsalat Şirkətinə maddi zərər vurması aşkar olmaqla, onun əməlinin qanunazidd olması və iddiaçının qanunazidd əməli ilə nəticə arasında səbəbli əlaqə olması işin mötəbər sübutları ilə təsdiq olunur. Ona görə də hesab edir ki, iddiaçının cavabdeh cavabdeh5 Elmi Istehsalat Şirkətinə vurduğu maddi ziyan tam həcmdə ödənilməlidir və onlar tələblərində haqlıdırlar. Məhkəmənin nəzərinə çatdırır ki, iddiaçı İddiaçı ASC faiz məbləğlərini də şişirtmişdir. Faizlərin necə və hansı qaydada yaranması, həmçinin hansı məbləğdə borca görə hesablanması onlara aydın deyil, iddiaçı həmin məbləğlərin yaranması barədə açıqlama verməli, yəni həmin borc məbləğlərinin necə və hansı qaydada yaranması, hansı məbləğdə borca görə hesablanması barədə hesabatlarını məhkəməyə təqdim etməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ###### 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan, qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Ona görə də məhkəmədən mühasibatlıq ekspertizasının təyin edilməsini, bununla da əsas və faiz borcu məbləğlərinin müvafiq rəy əsasında müəyyən olunmasını xahiş edir. Xüsusi olaraq vurğulayır ki, o, əvvəllər də digər banklardan kredit götürmüş və vaxtında da qaytarmışdır. Buna misal olaraq “xxxx” ASC-dən götürdükləri krediti göstərə bilər. Belə ki, həmin bankdan 180 000 ABŞ dolları kredit götürmüşlər. Krediti vaxtlı-vaxtında da ödəmişlər. Bunu müvafiq sorğularla da müəyyən etmək olar. Əgər bankları aldatmaq fikirləri olsa idi, bunu “xxxx” ASC-nə qarşı da edərdilər. Hazırkı iş üzrə krediti tam olaraq qaytara bilməmələri onların təqsirli hərəkətləri ilə deyil, məhz İddiaçı ASC-nin və Sahibkarlığa Kömək Milli Fondunun təqsirli hərəkətləri ilə bağlıdır. Kreditin onlara tam verilmədiyini iddiaçı İddiaçı ASC-dən gələn cavab məktubları da sübut edir.
25. Daha sonra cavabdeh5 Elmi Istehsalat Şirkəti Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 51.3-cü və 53-cü maddələrinə müvafiq ərizə təqdim edərək, ərizəni onunla əsaslandırmışdır ki, tərəflərindən tərtib və təqdim olunmuş 6.550.000 manat dəyərində “Biznesplan” əsasında Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə “xxxx" ASC ardıcıl olaraq 2014-cü ilin sentyabr, oktyabr, noyabr aylarında üç dəfəyə müəssisəyə 2.500.000 manat kredit vermişdir.(366000+634.000+1.500.000). “Biznesplana"a uyğun olaraq əlavə verilməli olan 2.500.000 manat məbləğ isə ödənilməmişdir. 2015-ci ildə məlum devalvasiya nəticəsində manatın məzənnəsi 2 dəfə aşağı düşmüşdür. Belə ki, devalvasiya nəticəsində ## ###### 2015ci il tarixdə manatın məzənnəsi 35 faiz, ## ###### 2015-ci ildə 60 faiz aşağı düşmüşdür.Deməli tərtib etdikləri “Biznesplan”da nəzərdə tutulmuş materialların avadanlıqların dəyəri devalvasiyanın təsiri nəticəsində təxminən eyni həcmdə artmışdır. Bunun nəticəsində İddiaçı ASC-nə və eləcə də Sahibkarlığa Kömək Milli Fonduna tam şəkildə məlum idi ki, onların müəssisəyə ayırdığı vəsaitlə nəzərdə tutulmuş lahiyəni başa çatdırmaq mümkün olmayacaqdır. Belə olan təqdirdə bank və fond müəssisəyə 2.500.000 manat məbləğinə kredit verəndən sonra baş verən devalvasiya hadisələrini nəzərə almaqla, onlara “Biznesplan”da nəzərdə tutulan 5.000.000 manat kredit məbləğindən əlavə kredit verilməsini müzakirə etməli idi. Lakin İddiaçı ASC və Sahibkarlığa Kömək Milli Fondu ödənilməli olan kredit məbləğini də yarıbayarı kəsdi, “Biznesplan”da nəzərdə tutulan lahiyənin başa çatdırılmamasının və eyni zamanda kreditin vaxtında qaytarılmamasının təqsirkarı “xxxx” ASC və Sahibkarlığa Kömək Milli Fondudur. Qeyd etmək lazımdır ki, istər inşa olunmuş tikinti, istərsə də sifariş olunmuş və bir hissəsi alınmış avadanlıqların maliyyələşməsi tam şəkildə həm bankın, həm də fondun nəzarətində olmuşdur. Sözügedən təşkilatlar tərəfindən ayda ən azı bir dəfə monitorinq keçirilmişdir. 5 ilə yaxındır ki, həm inşa olunmuş bina, həm də alınmış avadanlıqlar işin yekunlaşdırılmaması səbəbindən yağış və qar altında qalaraq demək olar ki, yararsız vəziyyətə düşmüşdür. Hazırkı ərizədə qeyd etdiyi xüsusatlar aidiyyəti təşkilatlara dəfələrlə ünvanladıqları məktublarda da əksini tapmışdır. Lakin məsələnin həlli istiqamətində bilərəkdən və qəsdən heç bir tədbir görülməmişdir. ## ###### 2019-cu il tarixdə məhkəməyə təqdim olunan qarşılıqlı iddia ərizəsində tələbini əsaslandırmışdır. Lakin həmin dövrdə qeyd edilməsi zəruri olan bir sıra əsaslar və sübutlar tərəfindən qarşılıqlı iddia ərizəsində qeyd olunmadığından hazırda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən həmin əlavələri qeyd etməyi zəruri hesab edir. Qarşılıqlı iddia ərizəsində qeyd etmişdir ki, tərtib olunan “Biznesplan”a əsasən cəmi 5.000.000 manat kreditin ödəniləcəyi ilə bağlı cavabdeh İddiaçı ASC ilə aralarında razılıq əldə olunmuşdur. İddiaçı ASC isə iddia edir ki, guya aralarında belə bir razılaşma olmamışdır. Hazırkı ərizəni yazıb məhkəməyə təqdim etməkdə məqsədi onunla bağlıdır ki, faktiki vəziyyət bununla əlaqədar kifayət qədər sübutun olmasına əsas verir. Məlumdur ki, krediti verən bank orqanları böyük lahiyələrə münasibətdə bir qayda olaraq va mütləq qaydada “Biznesplan” tələb edirlər. Tələb də ediblər. Lakin qeyd etdiyi kimi hazırda 5.000.000 manat kreditin verilməsi üzrə razılaşmanın olmasını isə inkar edirlər. Bankın həmin mövqeyinin yalan va əsassız olması istiqamətində sübutlarını qeyd edir. Iş materiallarından göründüyü kimi İddiaçı ASC kreditin verilməsi ərəfəsində girov qismində bir sıra daşınmaz əmlakların ipoteka müqaviləsinin bağlanmasını tələb etmiş və buna nail olmuşdur. Ipoteka predmetlərindən cavabdeh5 Elmi Istehsalat Şirkətinə xüsusi mülkiyyət hüququ əsasında məxsus olan va Lənkəran Lerik yolunun 27-ci kilometrliyində 2,5 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 3102.7 kv.m olan əmlak kompleksi İddiaçı ASC-nin özü tərəfindən 6.020.000 (4.950.000+1.070.000) manat (həmin əmlakın faktiki dəyəri ən azından iki dəfə çoxdur), Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsi bina 24-də yerləşən ** saylı manzil 80.100 manat, Bakı şəhəri Nərimanov rayonu Ağa Neymətulla küçəsi bina 49Q-da yerləşən ** saylı mənzil 124.000 manat və Bakı şəhəri Suraxanı rayonu V yaşayış sahəsi Yeni Günəşli qəsəbəsi ** nömrəli binada yerləşən ** saylı mənzilin qiyməti 60.200 manat məbləğində qiymətləndirilmişdir. Yuxarıda qeyd etdi ki, İddiaçı ASC ilə 5.000.000 manat kreditin veriləcəyi ilə bağlı aralarında razılaşma olmuşdur. İddiaçı ASC isə razılaşmanın 2.500.000 manatla bağli olduğunu iddia edir. Sübut qismində qeyd edir ki, əgər aralarında 5.000.000 manat deyil, 2.500.000 manat kreditin veriləcəyi ilə bağlı razılaşma olmuş olsa idi, onda 6.284.300 manat dəyərində çoxsaylı daşınmaz əmlakların ipoteka müqavilələrinin bağlanmasına ehtiyac olmazdı. Bu kifayət qədər əsaslı faktdır və bunu inkar etmək olmaz. Kreditin verilməsi ərəfəsində İddiaçı ASC əvvəlcədən onların maddi imkanlarının hansı səviyyədə olması barədə məlumatlı idi. Yəni əvvəlcədən onlara şifahi məlumat vermişlər ki, veriləcək 5.000.000 manat kreditin üzərinə onlar maksimum 500.000-800.000 manat əlavə etməklə zavodu inşa edəcəklər. Bununla əlaqədar tikintinin başlanması va davam etməsi prosesində İddiaçı ASC-nin nümayəndələri mütəmadi olaraq obyektdə olmaqla monitorinq aparmış va kifayət qədər məlumatlı olmuşlar.Yəni onlar əvvəlcədən bilirdilər ki, 5.000.000 manat kredit tam verilməyəcəyi halda, lahiyə üzrə tikintinin va zəruri avadanlıqların gətirilməsinin mümkün olmayacağı aksiomadır. Bu da faktdır və bu halı da inkar etmək olmaz. Belə olan surətdə soruşur: əgər onlara bilə-bilə maddi ziyan vurmaq fikirində olmayıblarsa, niyə krediti tam vermədilər və ya verilən kredit müqabilində yuxarıda qeyd etdiyi lahiyənin başa çatdırılmayacağına əmin olduqları halda, niyə 2.500.000 manat krediti verdilər? Yəni demək istəyir ki, İddiaçı ASC və Sahibkarlığa Kömək Milli Fondu hər cəhətdən bilə-bilə onları pis vəziyyətdə saxlamışlar. Qeyd etdiyi kimi bu hallar təkzibedilməz sübutlardır va onları ağlabatan formada inkar etmək olmaz. Ona görə da qeyd etdiyi sübutlar əsasında hesab edir ki, İddiaçı ASC-nin deyil, onların mövqeyi əsaslıdır. Daha sonra ## ###### 2019-cu il tarixdə məhkəməyə təqdim etdikləri qarşılıqlı iddiada olduğu kimi, bir daha qeyd edir ki, onlar inşa olunacaq zavod üçün zəruri avadanlıqların Türkiyə Respublikasının “xxxx” şirkətindən gətirilməsini razılaşdırmışlar va həmin şirkətlə ## ##### 2015-ci il tarixdə müvafiq qaydada müqavilə bağlamışlar (müqavilənin surəti əlavə olunur). Bu hallar əvvəlcədən cavabdehlərə məlum idi və ona görə də ##.##.2015-ci il tarixdə İddiaçı ASC tərəfindən onlara kredit verilərkən həmin məbləğdən 267.350 evro, yəni xarici valyuta kimi bilavasitə onların hesablaşma hesabına köçürüldü. Həmin məbləği isə onlar müvafiq qaydada ödəniş tapşırığı yazmaqla (hesabdan çıxarış əlavə olunur), Türkiyə Respublikasında fəaliyyət göstərən “xxxx” şirkətinin hesabına, göndəriləcək avadanlıqların dəyəri ilə bağlıi avans olaraq köçürmüşlər. Çünki ## ##### 2015-ci il tarixdə “xxxx” şirkəti ilə bağladıqları müqavilədə zavodun avadanlıqlarının gətirilməsi üçün 1.445.000 evro köçürüləcəyi nəzərdə tutulmuşdu və bu əvvəlcədən məlum idi. Bu halların əvvəlcədən cavabdehlərə məlum olması, həm də onunla bağlı idi ki, 2014-cü ilin sonunda və ya 2015-ci ilin əvvəllərində onlar inşa olunacaq zavodun lahiyəsini də təqdim etmişlər və təkcə həmin lahiyənin dəyərinin 2.700.000 manat olduğu aşkar idi (lahiyənin surəti əlavə olunur). Belə olan surətdə aralarında 2.500.000 manatla bağlı razılaşmanın olması mümkün deyildi. Hesab edir ki, İddiaçı ASC və Sahibkarlığa Kömək Milli Fondu həm da hüquqlarından sui-istifadəyə yol vermişlər və bu hərəkətləri ilə onu müflis etmişlər. Belə ki, o, bankdan kredit almaq istəyərkən ilkin olaraq Sahibkarlığa Kömək Milli Fondunun keçmiş sədri olmuş Şirzaid Abdullayevlə söhbət edərkən suyun istehsalı va qablaşdırılması ilə əlaqədar 1.270.000 manat kredit götürmək istədiyini bildirmişdir. Yəni həmin dövrdə o, zavod deyil, sex tikmək istəyirdi. X5 sahibkarlığın inkişafı ilə əlaqədar qəbul edilmiş Dövlət proqramlarını, elacə də ölkə rəhbərinin tövsiyə va göstərişlərini ona xatırlatmış, 5.000.000 manat kredit götürməklə sex deyil, zavod tikməyini məsləhət bildi. Ona görə də ona təqdim etmiş olduğu “Biznesplan”ı dəyişməklə, ## ###### 2019-cu il tarixdə məhkəməyə təqdim etmiş olduqları “Biznesplan” hazırlamışlar. Yəni fikirlərinin əsası onunla bağlıdır ki, onları süni surətdə bu bəlaya tərəf sürükləyən birinci şəxs Şirzaid Abdullayev olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 51.3-cü maddəsində göstərilir ki, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qatnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər. Bu baxımdan hesab edir ki, Sahibkarlığa Kömək Milli Fondu da hazırkı iş üzrə cavabdeh kimi cəlb edilməlidir. Yazdıqlarına münasibətdə şübhə olacağı halda, həmin dövrdə Sahibkarlığa Kömək Milli Fondunun sədri vəzifəsində işləmiş Şirzaid Abdullayevin məhkəmə iclasına dəvət edilib dindirilməsi zəruri olacaq. X7 məhkəmə iclasına çağırııb cavabdeh qismində dindirilməsi zaruri olduğundan həmin vəsatətin tamin edilməsini də xahiş edir. Beləliklə, hesab edir ki, İddiaçı ASC və Sahibkarlığa Kömək Milli Fondu qanun pozuntularına yol verməklə cavabdeh5 Elmi Istehsalat Şirkətinə 5.000.000 manat krediti verməli olduqları halda, vermədiklərindən şirkətə ən azından 4.885.188 manat məbləğində ziyan vurmuşlar. Lakin bununla bitmir. Hesab edir ki, 5.000.000 manat kredit ödəniləcəyi halda, zavod inşa ediləcəkdi va şirkət göstərəcəyi fəaliyyətdən kifayət qədər mənfəət əldə edəcəkdi. Nəzərə almaq lazımdır ki, əldə olunacaq gəlirdən Dövlət Büdcəsinə əlavə dəyər vergisi və mənfəətdən vergi ödəniləcəkdi. Bu baxımdan hesab edir ki, ekspertiza təyin edilməklə, zavod inşa ediləcəyi halda cavabdeh5 Elmi Istehsalat Şirkətinin əldə edə biləcəyi mənfəətin və o halda Dövlət Büdcəsinə ödənilməli olan pulun məbləğinin dəqiqləşdirilməsi zəruridir. Ona görə da müvafiq qaydada ekspertiza təyin edilməsi və keçirilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Həmçinin qeyd etməlidir ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının da keçirilməsi zəruridir. Çünki, İddiaçı ASC onun mülkiyyətində olan əmlakını həddindən artıq dərəcədə aşağı məbləğə özünün mənafeyinə uyğun qaydada qiymətləndirmiş və bununla da mülkiyyət hüququnu kobud şəkildə pozmuş olur. Yuxarıda qeyd etdiy kimi, 10 000 000 manatdan yuxarı qiymətə olan əmlakı (ipoteka predmetlərindən cavabdeh5 Elmi Istehsalat Şirkətinə xüsusi mülkiyyət hüququ əsasında məxsus olan va Lənkəran-Lerik yolunun 27-ci kilometrliyində 2,5 hektar torpaq sahasində yerləşən, ümumi sahəsi 3102.7 kv.m olan əmlak kompleksi) İddiaçıASC-nin özü tərəfindən 4.950.000 manat qiymətləndirilmişdir. Bu pozuntu mülki qanunvericiliyin tələbləri baxımından hüquqdan suiistifadədir. Mülki hüquqların gerçəklaşdirilməsi hədlərinin müəyyən olunmasının zəruriliyini sübut edən hallardan biri də mülki hüquqlardan sui-istifadənin yolverilməzliyidir. Mülki hüquqlardan suiistifadənin iki formasını nəzərdə tutan 16-cı maddə aşağıdakıları qadağan edir: 1. başqa şəxsə ziyan vurmaq niyyəti ilə edilən hərəkətlər; 2. hüquqdan başqa formada sui-istifadə, yəni başqa şəxsə ziyan vurmaq niyyəti olmasa da, son nəticədə başqasına ziyan vurulmasına gətirib çıxarmış hərəkətlər. Bu iki forma arasında fərq odur ki, birinci halda zərər qəsdən vurulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsi də eyni mövqeyi ehtiva edir. Maddədə qeyd olunur ki, hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir. Hüquqdan sui-istifadə dedikdə mülki hüquq münasibətləri subyektlərinin onlara verilmiş hüquqları bu hüquqların həddini aşmaqla gerçəkləşdirməsi başa düşülür. Praktikada bankların hüquqlarından sui-istifadə etməsi bankların vətəndəşlarıı var-yoxdan çıxarması, müflisləşməsi ilə nəticələnir. Yəni müqavilənin bir tərəfi, yəni bank hüquqdan sui-istifadə you ila qanunsuz olaraq varlanır. Belə ki, dəyərindən aşağı qiymətə, çox vaxt yarı qiymətinə girov götürülmüş əmlak girov qoyanın əlindən alınır. Məhz onun əmlakları da hədsiz dərəcədə aşağı qiymətə qiymətləndirilmişdir. Bankın ona qarşı etdikləri onun Konstitusiyada bəh-bəhlə təsbit olunmuş mülkiyyət hüququnun açıq-aşkar pozulmasına gıtirib çıxarır. Hüquqdan sui-istifadəni Azarbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr də qadağan edir. Insan Hüquqlarının va X10 X11 17-ci maddəsində (Maddə 17. hüquqlardan sui-istifadənin qadağan olunması) qeyd olunur ki, bu Konvensiyada heç nə hər hansı dövlətin, qrupun va ya şəxsin burada təsbit olunan hüquq va azadlıqlarının ləğvinə va ya onların Konvensiyada nəzərdə tutulandan daha artıq məhdudlaşdırılmasına yönəlmiş hər hansı fəaliyyətlə maşğul olmaq va ya har hansı əməl törətmək hüququna malik olması kimi şərh oluna bilməz. Insan Hüquqlarının va X10 Haqqında Avropa Konvensiyasına dair Protokolun 1-ci maddəsi də mülkiyyət münasibətlərini qorumağa yönəlmişdir. Bu gün Avropa Insan Hüquqları Məhkəməsinin mülkiyyət münasibətlarinə həssaslıqla yanaşmasını ehtiva edən qərarları kifayət qədərdir va bu qərarlar məhkəmənin yurisdiksiyası altında olan dövlətlərin məhkəmələri üçün presedent rolunda çıxış edir. Istər kompensasiya məsələləri, istər ipoteka məsələləri, istərsə də digər prizmadan olan mülkiyyətlə bağlı yanaşmalar mülkiyyətçinin qanuni mənafeyini qorumağa yönəlmişdir. Avropa Məhkəməsinin qərarları ərizəçilərin (mülkiyyətçilərin) zəif tərəf olaraq mülkiyyətlərinin ağlabağan olmayan formada qiymətləndirilib əllərindən alınmasını təkzib edir və üzv dövlətlərin daxili instansiyalarının qərar qəbul edərkən həmin halları nəzərə almasını tələb edir. Yekunda qeyd etməlidir ki, o, İddiaçı ASC tərəfindən yol verilmiş hüquqdan sui-istifadədən külli miqdarda zərər çəkmiş şəxsdir. Qeyd olunanlara əsasən Sahibkarlığa Kömək Milli Fondu hazırkı mülki iş üzrə cavabdeh qismində cəlb edilməklə, İddiaçı ASC və Sahibkarlığa Kömək Milli Fondu tərəfindən müəssisəyə vurulmuş ziyan üzrə 4.885.188 manat, eləcə də ekspertiza rəyi əsasında müəyyən ediləcək ziyanın cavabdehlərdən alınaraq müəssisəyə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
26. Iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, qarşılıqlı iddia tələbini etiraf etmədi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
27. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin */**** nömrəli, ## ####### 2021-ci il tarixli rəyinə əsasən: - ## ####### 2012-ci il tarixli, 004/1 LFHŞ №-li kredit müqaviləsi üzrə Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən cavabdeh5 Elmi Istehsalat Şirkəti tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, ## ####### 2012-ci il tarixli, 004/1 LFHŞ №li kredit müqaviləsində qeyd olunan şərtlər və Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli qərarına əsasən cavabdeh5 Elmi Istehsalat Şirkətinin İddiaçı ASC-nə olan borcu aşağıdakı kimidir: ## ####### 2017-ci il tarixə (müqavilə müddətinin sonuna) əsas borc üzrə 60367,26 manat, faiz borcu üzrə 482,94 manat, ## #### 2021-ci il tarixə (qərardadın tarixinə) əsas borc üzrə 1521,58 manat, faiz borcu üzrə 0 manat, faiz borcu (illik 5%-lə hesablanmaqla) 8,88 manat. - ## ######## 2014-cü il tarixli, 005/1 LFHŞ №-li kredit müqaviləsi üzrə Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən cavabdeh5 Elmi Istehsalat Şirkəti tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və ## ######## 2014cü il tarixli, 005/1 LFHŞ №-li kredit müqaviləsində qeyd olunan şərtlərə əsasən cavabdeh5 Elmi Istehsalat Şirkətinin İddiaçı ASC-nə olan borcu aşağıdakı kimidir: ## #### 2021-ci il tarixə (qərardadın tarixinə) əsas borc üzrə 287573,91 manat, faiz borcu üzrə 129 869,02 manat. - ## ######## 2014-cü il tarixli, 006/1 LFHŞ №-li kredit müqaviləsi üzrə Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən cavabdeh5 Elmi Istehsalat Şirkəti tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və ## ######## 2014cü il tarixli, 006/1 LFHŞ №-li kredit müqaviləsində qeyd olunan şərtlərə əsasən cavabdeh5 Elmi Istehsalat Şirkətinin İddiaçı ASC-nə olan borcu aşağıdakı kimidir: ## #### 2021-ci il tarixə (qərardadın tarixinə) əsas borc üzrə 633471,23 manat, faiz borcu üzrə 228773,18 manat. - ## ###### 2014-cü il tarixli, 007/1 LFHŞ №-li kredit müqaviləsi üzrə Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən cavabdeh5 Elmi Istehsalat Şirkəti tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və ## ###### 2014-cü il tarixli, 007/1 LFHŞ №li kredit müqaviləsində qeyd olunan şərtlərə əsasən cavabdeh5 Elmi Istehsalat Şirkətinin İddiaçı ASC-nə olan borcu aşağıdakı kimidir: ## #### 2021-ci il tarixə (qərardadın tarixinə) əsas borc üzrə 1 499 750,00 manat, faiz borcu üzrə 534152,21 manat.
28. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin */**** nömrəli, ## #### 2022-ci il tarixli rəyinə əsasən: ## ####### 2012-ci il tarixli, 004/1 LFHŞ №-li kredit müqaviləsi üzrə Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən cavabdeh5 Elmi Istehsalat Şirkəti tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, ## ####### 2012-ci il tarixli, 004/1 LFHŞ №li kredit müqaviləsində qeyd olunan şərtlər və Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli qərarına əsasən cavabdeh5 Elmi Istehsalat Şirkətinin İddiaçı ASC-nə olan borcu aşağıdakı kimidir: ## ####### 2017-ci il tarixə (müqavilə müddətinin sonuna) əsas borc üzrə 60 367,26 manat, faiz borcu üzrə 482,94 manat. ## ##### 2022-ci il tarixə (sualda göstərilən tarix) əsas borc üzrə 1 521,58 manat, faiz borcu üzrə 0 manat, faiz borcu (illik 5%-lə hesablanmaqla) 71,64 manat. ## ######## 2014-cü il tarixli, 005/1 LFHŞ №-li kredit müqaviləsi üzrə Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən cavabdeh5 Elmi Istehsalat Şirkəti tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və ## ######## 2014cü il tarixli, 005/1 LFHŞ №-li kredit müqaviləsində qeyd olunan şərtlərə əsasən cavabdeh5 Elmi Istehsalat Şirkətinin İddiaçı ASC-nə olan borcu aşağıdakı kimidir: ## ######## 2021-ci il tarixə (müqavilə müddətinin sonuna) əsas borc üzrə 287 573,91 manat, faiz borcu üzrə 133 799,19 manat. ## ##### 2022-ci il tarixə (sualda göstərilən tarix) əsas borc üzrə 287 573,91 manat, faiz borcu üzrə 144 103,93 manat. - ## ######## 2014-cü il tarixli, 006/1 LFHŞ №-li kredit müqaviləsi üzrə Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən cavabdeh5 Elmi Istehsalat Şirkəti tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və ## ######## 2014cü il tarixli, 006/1 LFHŞ №-li kredit müqaviləsində qeyd olunan şərtlərə əsasən cavabdeh5 Elmi Istehsalat Şirkətinin İddiaçı ASC-nə olan borcu aşağıdakı kimidir: ## ######## 2021-ci il tarixə (müqavilə müddətinin sonuna) əsas borc üzrə 633 471,23 AZN, faiz borcu üzrə 237 430,62 manat. ## ##### 2022-ci il tarixə (sualda göstərilən tarix) əsas borc üzrə 633 471,23 manat, faiz borcu üzrə 260 130,00 manat. - ## ###### 2014-cü il tarixli, 007/1 LFHŞ №-li kredit müqaviləsi üzrə Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən cavabdeh5 Elmi Istehsalat Şirkəti tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və ## ###### 2014-cü il tarixli, 007/1 LFHŞ №li kredit müqaviləsində qeyd olunan şərtlərə əsasən cavabdeh5 Elmi Istehsalat Şirkətinin İddiaçı ASC-nə olan borcu aşağıdakı kimidir: ## ######## 2021-ci il tarixə (müqavilə müddətinin sonuna) əsas borc üzrə 1 499 750,00 manat, faiz borcu üzrə 554 648,79 manat. ## ##### 2022-ci il tarixə (sualda göstərilən tarix) əsas borc üzrə 1 499 750,00 manat, faiz borcu üzrə 608 389,83 manat.
29. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) ## ######## 2022-ci il tarixli, 2(005)- **/**** nömrəli (hakim S.İ.Ədilova) qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, cavabdeh cavabdeh5 Elmi Istehsalat Şirkətindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ## ######## 2014-cü il tarixli 005/1 LFHŞ nömrəli kredit müqaviləsinə əsasən 287573,91 manat əsas borc, 128574,94 manat faiz borcu, 2800 manat cərimə, ## ######## 2014-cü il tarixli 006/1 LFHŞ nömrəli kredit müqaviləsinə əsasən 633365,66 manat əsas borc, 219541,39 manat faiz borcu, 5000 manat cərimə, ## ###### 2014-cü il tarixli 007/1 LFHŞ nömrəli kredit müqaviləsinə əsasən 1499750 manat əsas borc, 520000 manat faiz borcu, 20000 manat cərimə olmaqla cəmi 2848605,9 manat borcun və dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetlərinə tutmanın yönəldilməsinə dair bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 124 manat dövlət rüsumunun, kredit və ipoteka müqavilələrinin, eləcə də mülkiyyət və yüklülük çıxarışlarının surətlərinin notarial qaydada təsdiqi üçün ödənilmiş 176 manat rüsumunun, aparılmış qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan 6200 manatın tutulmasının, borc tələbinin ipoteka ilə yüklü edilmiş Lerik rayonu LənkəranLerik yolunun 27-ci km-də istifadədə olan 2,5 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 3102,7 m2 olan əmlak kompleksinə, Bakı şəhəri Suraxanı rayonu V yaşayış sahəsi Yeni Günəşli qəsəbəsi bina 26,** nömrəli mənzilə, Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsi ev 24a, ** nömrəli mənzilə və Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsi ev 24, ** nömrəli mənzilə yönəldilməsi, həmin daşınmaz əmlakların açıq hərraca çıxarılması, Lerik rayonu Lənkəran-Lerik yolunun 27-ci km-də istifadədə olan 2,5 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 3102,7 m2 olan əmlak kompleksinin açıq hərracda ilkin satış qiymətinin 3000000 manat, Bakı şəhəri Suraxanı rayonu V yaşayış sahəsi Yeni Günəşli qəsəbəsi bina 26, ** nömrəli mənzilin açıq hərracda ilkin satış qiymətinin 79000 manat, Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsi ev 24a, ** nömrəli mənzilin açıq hərracda ilkin satış qiymətinin 97000 manat, Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsi ev 24, ** nömrəli mənzilin açıq hərracda ilkin satış qiymətinin 94500 manat müəyyən edilməsi, qeyd olunan daşınmaz əmlakların açıq hərracda satılması və ondan əldə ediləcək vəsaitin cavabdeh5 Elmi istehsalat şirkətinin banka olan borcunun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra ipoteka predmetlərinin satışından qalan məbləğin cavabdeh6, cavabdeh4, cavabdeh3 və cavabdeh5 Elmi Istehsalat Şirkətinə qaytarılması, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdeh5 Elmi istehsalat şirkətindən İddiaçı ASC-nin xeyrinə tutulması, həmin daşınmaz əmlaklar hərracdan satıldıqdan bir ay sonra cavabdeh6 Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsi ev 24a, 89nömrəli mənzili, cavabdeh4 Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsi ev 24,** nömrəli mənzili, cavabdeh5 Elmi Istehsalat Şirkətinin Lerik rayonu Lənkəran-Lerik yolunun 27-ci km-də istifadədə olan 2,5 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 3102,7 m2 olan əmlak kompleksini, cavabdeh3 Bakı şəhəri Suraxanı rayonu V yaşayış sahəsi Yeni Günəşli qəsəbəsi bina 26,** nömrəli mənzili ən geci bir ay ərzində tərk etmələri, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh5 Elmi Istehsalat Şirkətinin cavabdehlər ləğv prosesində olan İddiaçı ASC-yə və Sahibkarlığa Kömək Milli Fonduna qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun cavabdeh5 Elmi Istehsalat Şirkətinə aid edilməsi, aparılmış daşınmaz əmlakların qiymətləndirilməsi barədə hesabatın dəyəri olan 1100 manatın cavabdeh cavabdeh5 Elmi Istehsalat Şirkətindən tutularaq “X6 Mərkəzi” MMC-nin hesabına keçirilməsi, məhkəməmühasibatlıq ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 300 manatın cavabdeh cavabdeh5 Elmi Istehsalat Şirkətindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.
30. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddia tələbi kredit müqavilələri üzrə əsas və faiz borcunun tutulması hissəsində qismən əsaslıdır.
31. Belə ki, məhkəmə, */**** №-li ## #### 2022-ci il tarixli ekspert rəyinə əsasən ## ####### 2012-ci il tarixli 004/1 LFHŞ №-li kredit müqaviləsi üzrə ## ##### 2022-ci il tarixə cavabdeh5 Elmi Istehsalat Şirkətinin İddiaçı ASC-nə faiz borcunun olmamasını nəzərə alaraq həmin müqavilə üzrə faiz borcunun tutulması hissəsində iddia tələbini əsassız hesab edir. ## ###### 2014-cü il tarixli 007/1 LFHŞ №-li kredit müqaviləsi üzrə isə məhkəmə hesab edir ki, cavabdeh5 Elmi Istehsalat Şirkətindən iddiaçının xeyrinə 1.499.750,00 manat məbləğində əsas borcun tutulması əsaslı və məqsədəuyğundur.
32. Bununla da, məhkəmə hesab edib ki, iddia tələbi kredit müqavilələri üzrə əsas və faiz borcunun tutulması hissəsində qismən təmin edilməli, cavabdeh cavabdeh5 Elmi Istehsalat Şirkətindən Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə, ## ####### 2012ci il tarixli 004/1 LFHŞ №-li kredit müqaviləsinə əsasən 0 (sıfır) manat faiz borcu; ## ######## 2014-cü il tarixli 005/1 LFHŞ №-li kredit müqaviləsinə əsasən 287.573,91 (iki yüz səksən yeddi min beş yüz yetmiş üç manat doxsan bir qəpik) manat əsas, 128.574,94 (bir yüz iyirmi səkkiz min beş yüz yetmiş dörd manat doxsan dörd qəpik) manat faiz; ## ######## 2014-cü il tarixli 006/1 LFHŞ №-li kredit müqaviləsinə əsasən 633.365,66 (altı yüz otuz üç min üç yüz altmış beş manat altmış altı qəpik) manat əsas, 219.541,39 (iki yüz on doqquz min beş yüz qırx bir manat otuz doqquz qəpik) manat faiz; ## ###### 2014-cü il tarixli 007/1 LFHŞ №-li kredit müqaviləsinə əsasən 1.499.750 (bir milyon dörd yüz doxsan doqquz min yeddi yüz əlli) manat əsas, 520.000 (beş yüz iyirmi min) manat faiz borcu tutulmalıdır.
33. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər.
34. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab etmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 464.1-ci maddəsinə görə kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər.
35. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər
36. Qeyd olunanlara əsasən məhkəmə hesab edib ki, ## ####### 2012-ci il tarixli 004/1 LFHŞ №-li kredit müqaviləsi üzrə cavabdeh5 Elmi Istehsalat Şirkətinin Banka əsas və faiz borcu olmadığından, həmin müqavilə üzrə ilkin iddia üzrə cavbdehdən hər hansı cərimə borcunun tutulması əsassızdır, bu səbəbdən qeyd edilən hissədə tələb təmin edilməməlidir.
37. Lakin ## ######## 2014-cü il tarixli 005/1 LFHŞ №-li kredit müqaviləsi üzrə Banka borclu olduğu 287.573,91 (iki yüz səksən yeddi min beş yüz yetmiş üç manat doxsan bir qəpik) manat əsas borca görə hesablanmış 17341,43 (on yeddi min üç yüz qırx bir manat 43 qəpik) manat məbləğində cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılaraq 2800 (iki min səkkiz yüz ) manata;
38. ## ######## 2014-cü il tarixli 006/1 LFHŞ №-li kredit müqaviləsi üzrə Banka borclu olduğu 633.365,66 (altı yüz otuz üç min üç yüz altmış beş manat altmış altı qəpik) manat əsas borca görə hesablanmış 29.839 (iyirmi doqquz min səkkiz yüz otuz doqquz) manat məbləğində cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılaraq 5000 (beş min) manata;
39. ## ###### 2014-cü il tarixli 007/1 LFHŞ №-li kredit müqaviləsi üzrə 1.499.750 (bir milyon dörd yüz doxsan doqquz min yeddi yüz əlli) manat əsas borca görə hesablanmış 71.720,23 (yetmiş bir min yeddi yüz iyirmi manat 23 qəpik) manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 20.000 (iyirmi min) manata endirilməlidir.
40. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “X6 Mərkəzi” MMCnin YDQM 005- ***/**** №-li ## ###### 2022-ci il tarixli daşınmaz əmlakların qiymətləndirilməsi barədə hesabata əsasən aşağıdakılar müəyyən edilmişdir.3
41. Lerik rayonu Lənkəran-Lerik yolunun 27-ci kilometrində yerləşən əmlak kompleksinin bazar dəyəri 2.947.000 manat, likvid dəyəri 2.357.000 manat;
42. Bakı şəhəri Suraxanı rayonu V yaşayış sahəsi Yeni Günəşli qəsəbəsində istifadədə olan 0.09989 ha torpaq sahəsində yerləşən ** saylı evin ** saylı mənzilinin bazar dəyəri 73.400 manat, likvid dəyəri 67.500 manat;
43. Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsi 24 ünvanında yerləşən ** saylı mənzilin bazar dəyəri 90.500 manat, likvid dəyəri 83.300 manat;
44. ünvan 2 ünvanında yerləşən ** saylı mənzilin bazar dəyəri 96.300 manat, likvid dəyəri 88.600 manat təşkil edir.
45. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “xxxx” MMC-nin ƏEM/İ 29-***/** №-li ## #### 2022-ci il tarixli ekspert rəyi ilə aşağıdakılar müəyyən edilmişdir. 1) Lerik rayonu Lənkəran-Lerik yolunun 27-ci kilometrində yerləşən əmlak kompleksinin ## #### 2022-ci il tarixə bazar dəyəri 3.506.000 manat, likvid dəyəri 3.000.000 manat; 2) Bakı şəhəri Suraxanı rayonu V yaşayış sahəsi Yeni Günəşli qəsəbəsində istifadədə olan 0.09989 ha torpaq sahəsində yerləşən ** saylı evin ** saylı mənzilinin ## #### 2022ci il tarixə bazar dəyəri 83.000 manat, likvid dəyəri 79.000 manat; 3) Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsi 24 ünvanında yerləşən ** saylı mənzilin ## #### 2022-ci il tarixə bazar dəyəri 99.500 manat, likvid dəyəri 94.500 manat; 4) ünvan 2 ünvanında yerləşən ** saylı mənzilin ## #### 2022-ci il tarixə bazar dəyəri 102.000 manat, likvid dəyəri 97.000 manat təşkil edir.
46. Məhkəmə hesab edib ki, iddia tələbi ipoteka predmeti olan əmlaklara tutma yönəldikdə və əmlaklar satıldıqdan sonra həmin əmlak kompleksi kimi müəssisənin və mənzillərin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-nə təhvil verilməsi ilə bağlı hissədə qismən təmin edilərək, qeyd edilən mənzillər və əmlak kpmpleksi satıldıqdan sonra cavabdeh6 Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsi ev 24a, ** nömrəli mənzili; cavabdeh4 Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsi ev 24, ** nömrəli mənzili; cavabdeh5 Elmi Istehsalat Şirkəti Lerik rayonu Lənkəran-Lerik yolunun 27-ci km-də istifadədə olan 2,5 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 3102,7 kv.m olan əmlak kompleksini; cavabdeh3 Bakı şəhəri Suraxanı rayonu V yaşayış sahəsi Yeni Günəşli qəsəbəsi bina 26, ** nömrəli mənzili ən geci bir ay ərzində tərk etməlidirlər.
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair ## ###### 2015-ci il tarixli qərarında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinə əsasən girov (ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməməsi qeyd edilmişdir.
48. Sözügedən qərarda göstərilmişdir ki, “Ipoteka haqqında” Qanunun 59.1-ci maddəsinə görə yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3cü maddəsində ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri üçün iki əsas şərt göstərilmişdir. Bunlardan birincisi yaşayış evi və ya mənzilin ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olması, ikinci şərt isə ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslərin ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olmalarıdır.
49. Bundan başqa, məhkəmə hesab edib ki, iddia tələbi ipoteka predmetlərinin açıq hərracda satıldıqdan sonra ləğv prosesində olan İddiaçı ASC-nə təhvil verilməsi hissəsində əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı kimi bank cavabdehlərə məxsus mənzillərin və əmlak kompleksinin ona təhvil verilməsi predmetli iddia qaldırmaq hüququnun subyekti deyildir. Tərəflər arasında yaranmış müqavilə münasibətləri (kredit və ipoteka) çərçivəsində bankın tələb hüququna yalnız kreditin qaytarılması və bununla bağlı zərərin ödənilməsini tələb etmək, ipoteka predmetinə tutma yönəltmək aid ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununda bankın cavabdehlərə qarşı mənzillərin və əmlak kompleksinin banka təhvil verilməsi predmetli iddia qaldırmaq hüququ nəzərdə tutulmamışdır. Belə ki, həmin hüquqlar ipoteka predmetinə tutma yönəldilərək mənzillər və əmlak kompeksi özgəninkiləşdiriləcəyi halda yeni mülkiyyətçiyə məxsusdur. Məhkəmə, qarşılıqlı iddia tələbinə hüquqi qiymət verərək qeyd edir ki, həmin iddia əsassız olduğundan rədd edilməlidir.
50. Belə ki, işin araşdırılan hallarına əsasən müəyyən edilmişdir ki, tərəflər arasında kredit və ipoteka müqavilələri qanunvericiliyin tələblərinə riayət edilməklə, müqavilə azadlığı prinsipi çərçivəsində bağlanmış, həmin müqavilələr cavabdehlərin iradə ifadəsini əks etdirmiş, tərəflər müqavilələrin şərtləri barədə razılığa gələrək müqavilələri bağlamışlar və bank tərəfindən müqavilələr üzrə öhdəliklər tam şəkildə yerinə yetirilmişdir.
51. Eyni zamanda, yuxarıda qeyd edildiyi kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarından görünür ki, İddiaçı ASC-nin Lənkəran filialı ilə cavabdeh5 Elmi Istehsalat Şirkəti arasında ## ####### 2014-cü il tarixdə bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair cavabdeh4 iddiası rədd edilmişdir.
52. Bundan başqa məhkəmə, ilkin iddia üzrə iddia tələbinin əsaslılığına hüquqi qiymət verərək, bankın öz üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etdiyini müəyyən etdiyindən, o cümlədən qarşılıqlı iddia üzrə iddiaçıya maddi ziyanın dəyməsi sübuta yetmədiyindən iddiaçı cavabdeh5 Elmi istehsalat şirkətinin cavabdeh LPO İddiaçı ASCyə və Sahibkarlığa Kömək Milli Fonduna qarşı “maddi ziyanın ödənilməsi” tələbinin təmin edilməməsi qənaətinə gəlmişdir.
53. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1, 269.4, 269.5, 317, 319.1, 319.4, 319.6, 295, 296-cı maddələrinə, “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39, 59-cu maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair” ## ###### 2015-ci il tarixli Qərarına, “Icra haqqında” Azərbaycan Respublikasının Qanununun 45.6-cı maddəsinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:
54. Qətnamədən narazı qalan cavabdeh cavabdeh4 qətnamədən apellyasiya şikayəti verərək, birinci instanisya məhkəməsinin ## ######## 2022-ci il tarixli, 2(005)- **/**** nömrəli qətnamənin qismən ləğv edilərək, iddia tələbinin cərimə və faizlərlə bağlı hissədə rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını, eləcə də İddiaçı ASC-nin kreditin verilməsi ilə əlaqədar müvafiq səlahiyyətli şəxsləri barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.
55. Apellyasiya şikayəti qarşılıqlı iddia ilə eyni məzmunlu olmaqla əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi yekun qərar qəbul edərkən birtərəfli qaydada aparılmış məhkəmə araşdırmasına əsaslanmış, cavabdeh4 və onun nümayəndəsinin əsaslandırılmış vəsatətləri təmin edilməmiş, keçirilməsi zəruri olan ekspertiza aparılmamış və yüksək dəyərə malik olan əmlak ekspert tərəfindən deyil, mütəxəssis tərəfindən qiymətləndirilmiş, üstəlik həddsiz dərəcədə yüksək cərimə məbləği tətbiq edilmiş, cavabdehin və onun nümayəndəsinin iştirakı olmadan məhkəmə prosesi keçirilmiş, qarşılıqlı iddia ərizəsi əsassız olaraq təmin edilməmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən absurd formada yüksək həddə müəyyən olunmuş dəbbə pulunu qismən azaltmışdır. Halbuki, cavabdeh onsuz da iddiaçının qanunsuz hərəkətlərindən kifayət qədər ziyana məruz qalmışdır, maddi itkilərin kifayət qədər çox olmasına baxmayaraq həmin dəbbə pulu tamamilə azaldılmalı idi. Lakin məhkəmə ümumilikdə 20000 manat cərimənin saxlanılmasını qət etmişdir. Halbuki, iddiaçı İddiaçıASC-nin cərimə ilə bağlı tələbləri tamamilə qanunsuz olmuşdur. Çünki yaranmış acınacaqlı vəziyyət birbaşa iddiaçının təqsirli hərəkətlərindən doğmuşdur. Hazırkı mülki iş üzrə aparılan icraatın tam, hərtərəfli və obyektiv olmaması nəticəsində cavabdeh cavabdeh4 15000000 manat dəyərində olan əmlak kompleksinin mütəxəssis tərəfindən həddindən artıq aşağı qiymətə qiymətləndirilməsi və məhkəmə qətnaməsi ilə 3000000 manat məbləğində ilkin satış qiymətinin müəyyən edilməsi ilə onun mülkiyyət hüququ pozulmuşdur. Belə ki, iş materiallarından da görünür ki, əvvəlki tarixlərdə hətta İddiaçı ASC tərəfindən sözügedən əmlak mütəxəssislər tərəfindən daha yüksək qiymətə, 4950000 manat məbləğində qiymətləndirilmişdir. Bu isə o deməkdir ki, mübahisəli əmlak kompleksi təqribən 5 milyona dəyərləndirilmişdir. Üstəlik həmin daşınmaz əmlakın içərisində yerləşdirilmiş avadanlıqlar da əlavə olaraq 1000000 manat məbləğində qiymətləndirilmişdir. Halbuki həmin ipoteka müqaviləsinin digər tərəfi bank olmuşdur. Təbii ki, bank hər bir halda ipoteka predmetinin dəyərini aşağı salmağa çalışmışdır. Çünki bank müqavilənin elə bir tərəfidir ki, ancaq öz maraqlarını üstün tutmağa çalışmışdır və həmişə risklərini sığortalamağa çalışır. Hətta belə olan halda da bank ipoteka predmetini qiymətləndirərkən X6t-qat ədalətli olmuşdur. Yəni bu günün iddiaçı tərəfi ipoteka predmetini nə qədər ədalətsizcəsinə qiymətləndirsə də, X6 Mərkəzindən çox-çox ədalətli olmuşdur. Hansı ki, həmin qiymətləndirmə də ədalətli deyil. Nəzərə alsaq ki, həmin ipoteka müqaviləsi bağlanandan sonra dəfələrlə devolvasiya olmuşdur, onda sözügedən əmlakın qiyməti sadə məntiqə uyğun olaraq artmalı idi, bu dərəcədə azalmalı deyildi. Məhz bu baxımdan hesab edir ki, hüquqlarını müdafiə etdiyi cavabdeh4 mülkiyyət hüquqları pozulmuşdur. Çünki, işə sədrlik edən hakim hər iki mütəxəssis rəyi alınarkən əmlakın qiymətləndirilməsini özünün məqsədəuyğun hesab etdiyi şirkətlərə həvalə etmişdir. Lakin cavabdeh cavabdeh4 əvvəlki məhkəmə iclaslarında təkidlə ekspertizanın keçirilməsini tələb etmiş və məhz qiymətləndirmənin dövlət təşkilatı (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi) tərəfindən keçirilməsini xahiş etmişdir. Hesab edir ki, məhkəmə işdə mövcud olan sübutlar əsasında deyil, özünün mülahizə və ehtimalları əsasında yekun nəticəyə gəlmişdir ki, bu da həm göstərilən normanın təbiətinə, həm də hüququn prinsiplərinə ziddir. Normanın tələbi ondan ibarətdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli idi. Lakin birinci instansiya məhkəməsində bu normanın da tələbləri pozulmuş və ədalətli qətnaməçıxarılmamışdır. Məhkəmə ancaq iddia tələbi üzrə yekun nəticəyə varmış və qarşılıqlı iddia ərizəsində göstərilmiş və əsaslandırılmış hallara adekvat hüquqi qiymət verməmişdir. Qeyd edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq, hüquqlarını həyata keçirib ipoteka predmetlərini öz xeyrinə olmaqla həddindən artıq aşağı qiymətə qiymətləndirmişdir. Məhkəmə isə bu məqamlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, 15000000 manat dəyərində olan əmlak kompleksi mütəxəssis rəyi ilə absurd formada qiymətləndirilmiş və həmin qiymətləndirmədən cavabdeh narazı qaldığı təqdirdə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etməmişdir. Bununla da hüquqdan sui-istifadəyə yol vermiş iddiaçının mənafeyi yüksək səviyyədə təmin edilmiş və vermiş olduğu rəyə görə heç bir cinayət məsuliyyəti daşımayan mütəxəssis rəyi əsasında yekun qərar qəbul edilmişdir.
56. Iddiaçının nümayəndəsi Nümayəndə iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək, apellyasiya şikayətlərinin təmin edilməmədən və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.
57. Cavabdeh cavabdeh4 iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir.
58. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2023-cü il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə mülki iş üzrə kompleks məhkəmə - mühasibatlıq və məhkəməəmtəəşünaslıq ekspertizaları təyin edilmiş, ekspert rəyi məhkəməyə daxil olanadək iş üzrə icraat dayandırılmışdır.
59. Məhkəmə – mühasibatlıq ekspertizasının ## ###### 2024-cü il taprixli rəyində borcun məbləği aşağıdakı kimi müəyyən olunmuşdur:
60. ## ######## 2014-cü il tarixli 005/1 LFHŞ №-li kredit müqaviləsinə əsasən ## ######## 2021-ci il tarixə 287573,91 manat əsas borc, 133799,19 manat faiz borcu;
61. ## ######## 2014-cü il tarixli 006/1 LFHŞ №-li kredit müqaviləsinə əsasən ## ######## 2021-ci il tarixə 633471,23 manat əsas borc, 237430,62 manat faiz borcu;
62. ## ###### 2014-cü il tarixli 007/1 LFHŞ №-li kredit müqaviləsinə əsasən 1499750 manat əsas borc, 554648,79 manat faiz borcu, 20000 manat cərimə.
63. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2025-ci il tarixli, *-**-**/*-**/****-*/****/**** nömrəli ekspert rəyi məhkəməyə təqdim olunmuşdur. Həmin rəydə qeyd olunmuşdur ki, həmin ərazidə yerləşən analoji əmlak kompleksləri barədə məlumat olmadığından cavabdeh5 Elmi Istehsalat Şirkəti MMC-nə xüsusi mülkiyyət hüququ əsasında məxsus Lənkəran-Lerik yolunun 27-ci kilometrində yerləşən əmlak kompleksinin orta bazar və likvid satış dəyərini müəyyən etmək mümkün olmamışdır.
64. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ##### 2025-ci il tarixli, *(***)- **/**** nömrəli qərardadı ilə mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılmasının “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilməsi qərara alınmış, ekspert rəyi məhkəməyə daxil olanadək iş üzrə icraat dayandırılmışdır.
65. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim olunmuş ## ###### 2026-cı il tarixli, QCM/F **-***/** saylı mütəxəssis (qiymətləndirmə) rəyinə - hesabata əsasən müəyyən olunur ki, Lerik rayonu Lənkəran-Lerik yolunun 27-ci km-də istifadədə olan 2,5 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin –
66. ## ###### 2026-cı il tarixinə texniki pasport üzrə bazar dəyəri 14237000 manat, likvid dəyəri 11389600 manat;
67. ## ###### 2026-cı il tarixinə faktiki tiklilər üzrə bazar dəyəri 14672000 manat, likvid dəyəri 11737635 manat təşkil edir.
68. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər- F.H.Qasımov (sədrlik edən və məruzəçi), G.T.Axundova, M.Ə.Rüstəmli) (bundan sonra – apellyasiya instansiya məhkəməsi) ##.##.2026-cı il tarixli *(***)-**/**** nömrəli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ######## 2022-ci il tarixli, 2(005)- **/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ######## 2022-ci il tarixli, 2(005)- **/**** nömrəli qətnaməsinin Lerik rayonu Lənkəran-Lerik yolunun 27-ci km-də istifadədə olan 2,5 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 3102,7 m2 olan əmlak kompleksinin açıq hərracda ilkin satış qiymətinin 3000000 manat müəyyən edilməsi hissəsində dəyişdirilərək, həmin əmlak kompleksinin ilkin satış qiymətinin 11737635 manat müəyyən edilməsi, qətnamənin qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması, ekspertizanın keçirilməsinə sərf olunmuş 300 manat məbləğində pul vəsaitinin 200 manat məbləğində hissəsinin ləğv prosesində olan “İddiaçı, 100 manat məbləğində hissəsinin cavabdeh4 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, mütəxəssis rəyinin alınması üçün ödənilməli olan 3000 manat məbləğində pul vəsaitinin 2000 manat məbləğində hissəsinin ləğv prosesində olan “İddiaçı, 1000 manat məbləğində hissəsinin cavabdeh4 tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir.
69. Apellyasiya instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edib ki, apellyasiya şikayətlərinin dəlilləri əsasında aparılmış apaşdırma ilə işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edildiyindən birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.
45. Birinci instansiya məhkəməsinin qətnaməsinə əsasən kredit müqavilələri üzrə cavabdeh5 Elmi Istehsalat Şirkətindən ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalı olan məbləğlər apellyasiya instansiyası mərhələsində alınmış ekspert rəyindən aşağı olduğundan və qətnamə yalnız cavabdeh tərəfindən mübahisələndirildiyindən məhkəmə kollegiyası bu hissələrdə qətnamənin ləğvinə və ya dəyişdirilməsinə zərurət görmür.
46. Apellyasiya şikayəti üzrə digər araşdırma predmeti ipoteka predmetlərindən biri - Lerik rayonu Lənkəran-Lerik yolunun 27-ci km-də istifadədə olan 2,5 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin ilkin satış qiyməti ilə bağlıdır.
47. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsində Lerik rayonu Lənkəran-Lerik yolunun 27-ci km-də istifadədə olan 2,5 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin ilkin satış qiyməti 4950000 manat məbləğində qeyd olunsa da, 8 il sonra çıxarılan birinci instansiya məhkəməsinin qətnaməsində ilkin satış qiyməti 3000000 manat müəyyən olunmuşdur. Daşınmaz əmlak bazarında bu müddət ərzində qiymətlərin artım tempində kifayət qədər yüksəlmənin olmasına baxmayaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ağlabatan deyildir.
48. Apellyasiya şikayətində qiymətləndirmənin ekspert tərəfindən aparılmalı olduğuna istinad edilsə də, məhkəmə kollegiyası qeyd edir ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən bu fəaliyyət qiymətləndiricinin səlahiyyətinə aid olunduğundan rəyin verilməsi qiymətləndirici tərəfindən həyata keçirilməlidir.
49. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim olunmuş ## ###### 2026-cı il tarixli, QCM/F **-***/** saylı mütəxəssis (qiymətləndirmə) rəyinə - hesabata əsasən müəyyən olunur ki, Lerik rayonu Lənkəran-Lerik yolunun 27-ci km-də istifadədə olan 2,5 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin ## ###### 2026-cı il tarixinə texniki pasport üzrə bazar dəyəri 14237000 manat, likvid dəyəri 11389600 manat, ## ###### 2026-cı il tarixinə faktiki tiklilər üzrə bazar dəyəri 14672000 manat, likvid dəyəri 11737635 manat təşkil edir.
50. Məhkəmə kollegiyası bu qənaətə gəlmişdir ki, ilkin satış qiyməti müəyyənləşdirilərkən “xxxx” MMC tərəfindən tərtib olunmuş mütəxəssis rəyi əsas götürülməlidir. Belə ki, əvvəllər alınmış rəylərin verilməsi zamanı aparılmış araşdırmadan fərqli olaraq sonuncu dəfə qiymətləndirmə aparılarkən daşınmaz əmlaklara baxış keçirilmiş, rəyə baxış zamanı çəkilmiş fotoşəkillər əlavə edilərək müqayisəli tədqiqat aparılmış, həmçinin, digər tikililərin inşa olunması, həmin tikililər nəzərə alınmaqla qiymət müəyyən olunmuşdur. Buna görə də məhkəmə kollegiyası bu qənaətə gəlir ki, Lerik rayonu Lənkəran-Lerik yolunun 27-ci km-də istifadədə olan 2,5 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin ilkin satış qiyməti faktiki tiklilər üzrə likvid dəyər kimi 11737635 manat müəyyən olunmalıdır. Çünki, texniki pasportdan kənar inşa olunmuş tikililər həm torpaq sahəsinin, həm də əmlak kompleksinin daxilində yerləşir və qiyməti artıran amildir.
51. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edib ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə yuxarıda qeyd edilən hissədə düzgün olmamışdır, bu səbəbdən apellyasiya şikayətləri qismən təmin olunmalı, qətnamə müzakirə olunan qaydada dəyişdirilməlidir, digər mübahisələndirilən hissələrdə isə apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir.
52. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1, 269.4, 269.5, 271.1, 303.1, 303.2, 303.3, 303.4. 317, 319.1, 319.4, 319.6, 385.1, 421.2, 439.2, 442, 445.1, 445.7, 458.1, 462.1, 465.2, 467, 739.1, 739.2-ci maddələrinə, “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34.1, 34.1.1, 34.1.3, 39.3, 39.3.3, 39.4, 39.5, 41.1, 59.3, 59.3.1, 59.3.2, 59.4-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” ## #### 2020-ci il tarixli, ** nömrəli qərardadına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 119.1, 217.1, 217.3, 384.0, 384.0.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri:
70.
71. Ilkin iddia üzrə cavabdeh cavabdeh4 (vəkil – vəkil1) kassasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-**/**** saylı qətnaməsini qismən ləğv edərək iddia tələbinin cərimə və faizlərlə bağlı hissədə rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi, eləcə də İddiaçı ASC-nin kreditin verilməsi ilə əlaqədar müvafiq səlahiyyətli şəxslərinin barəsində xüsusi qərardad çıxarılması, Bakı şəhəri Suraxanı rayonu V yaşayış sahəsi Yeni Günəşli qəsəbəsi bina 26, ** nömrəli mənzil, Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsi ev 24a, ** nömrəli mənzilvə Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsi ev 24, ** nömrəli mənzilin yüklülükdən azad edilməsi ilə əlaqədar işin yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
72. Kassasiya şikayəti apelyasiya şikayəti ilə eynilik təşkil etməklə əlavə olaraq belə əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər cavabdeh6, cavabdeh4, cavabdeh3, cavabdeh5 Elmi istehsalat şirkətinə qarşı “kredit məbləğinin geri qaytarılması, ipoteka predmetinə tutmanın yönəldilməsi, fərdi yaşayış evinin boşaldılması” tələbini irəli sürərkən həddsiz dərəcədə yüksək cərimələr tələb etməklə, kredit məbləğləri üzrə yüksək faizlər hesablamaqla və ən əsası biznesplana uyğun olmayaraq kredit məbləğini tam verməməklə və nəticədə cavabdehə külli miqdarda ziyan vurmaqla vicdanlılıqla bağlı göstərilən normaları pozmuşdur. Xüsusilə qeyd etmək lazımdır ki, kreditin tam verilməməsi və hələ üstəlik vaxtından əvvəl geri tələb edilməsi iddiaçının vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmədiyinin sübutudur. Iddiaçı İddiaçı ASC iddia ərizəsində cavabdeh cavabdeh5 Elmi Istehsalat Şirkəti ilə bağladığı ##.##.2012-ci il tarixli 004/1 LFHŞ saylı, ##.##.2014-cü il tarixli 005/1 LFHŞ saylı, ##.##.2014-cü il tarixli 006/1 LFHŞ saylı və ##.##.2014-cü il tarixli 007/1 LFHŞ saylı kredit müqavilələri üzrə verdiyi kredit borclarını faizləri ilə birlikdə tələb etmişdir. Eyni zamanda, iddiaçı adı çəkilən kredit müqavilələrinin təminatı kimi cavabdeh cavabdeh5 Elmi Istehsalat Şirkəti ilə bağladığı ipoteka müqavilələri üzrə də tələbin ipoteka predmetlərinə yönəldilməsini xahiş etmişdir.
73. Qeyd edib ki, kredit müqavilələrindən də aydın olur ki, şirkətə verilən kreditin ümumilikdə məbləği 2 700 000 manat təşkil edir. Mineral su istehsalının təşkili üzrə 2 investisiya layihəsinin reallaşdırılması üçün isə 2 500 000 manat. Apellyasiya instansiyası məhkəməsinə digər ipoteka predmetlərinin yüklülükdən azad edilməsi barədə vəsatətlə müraciə edib. Həmin vəsatətdə də qeyd edib ki, Bakı Apelyasiya Məhkəməsinə tərəfimizdən verilmi məhkəmə əmtəəşünaslıq və məhkəmə tikinti-texniki ekspertizasının təyin olunması və keçirilməsi barədə vəsatətinin təmin olundu və məhkəmə tərəfindən qəbul olunmuş qərardada əsasən keçirilmiş ekspertiza zamanı ekspert tərəfindən cavabdeh5 Elmi Istehsalat Şirkətinə xüsusi mülkiyyət hüququ əsasında məxsu olan Lerik rayonu ərazisində, konkret olaraq Lənkəran-Lerik yolunun 27-ci km-də istifadədə olan 2,5 ha torpa sahəsində yerləşən, ümumi sahəsi 3102,7 kv.m olan əmlak kompleksinin bazar və likvid dəyəri eksper tərəfindən qiymətləndirilmiş və həmin rəydən də görünür ki, sözügedən əmlak kompleksinin bazar dəyər 11 324 000.0 (on bir milyon üç yüz iyirmi dörd min manat) məbləğində dəyərləndirilmişdir. Göründüyü kimi, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edi hətta həmin əmlakın satışından əldə olunacaq pul dəfələrlə artıq qalmış olacaqdır. Bununla da hesab edib ki, cəmi 2.848.605,9 (iki milyon səkkiz yüz qırx səkkiz min altı yüz beş manat, 90 qəpik) manat borc və dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və eləcə də ipoteka predmetlərinə tutmanın yönəldilməsinə dair bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 124 (bir yüz iyirmi dörd) manat dövlət rüsumu, kredit və ipoteka müqavilələrinin, eləcə də mülkiyyət və yüklülük çıxarışlarının surətlərinin notarial qaydada təsdiq üçün ödənilmiş 176 (bir yüz yetmiş altı) manat rüsumu, aparılmış qiymətləndirilmə ekspertizas tədqiqatının dəyəri olan 6200 (altı min iki yüz) manat pulun ödənilməsi üçün cavabdeh5 Elm Istehsalat Şirkətinə xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Lerik rayonu ərazisində konkret olaraq Lənkəran-Lerik yolunun 27-ci km-də istifadədə olan 2,5 ha torpaq sahəsind yerləşən, ümumi sahəsi 3102,7 kv.m olan əmlak kompleksinin ipoteka predmeti olaraq saxlanılmas kifayətdir, digər ipoteka predmetlərinin yüklü olaraq saxlanılması zəruri deyil və bu ha cavabdehlərin mülkiyyət hüquqlarının lüzumsuz məhdudiyyətlərə məruz qalmasına səbəb olur. Məhz bu səbəbdən digər ipoteka predmetləri olan Bakı şəhəri Suraxanı rayonu V yaşayış sahəs Yeni Günəşli qəsəbəsi bina 26, ** nömrəli mənzil, Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifo küçəsi ev 24a, ** nömrəli mənzil və Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsi ev 24, * nömrəli mənzil yüklülükdən azad edilməlidir.
74. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 272 və 279-cu maddələrinə isinad edib Bakı şəhəri Suraxanı rayonu V yaşayış sahəsi Yeni Günəşli qəsəbəsi bina 26, ** nömrəli mənzil, Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsi ev 24a, ** nömrəli mənzil və Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsi ev 24, ** nömrəli mənzilin yüklülükdən azad edilməsi barədə qərar qəbul edilməsini apelyasiya instansiyası məhkəməsindən xahiş etsə də, həmin vəsatətim təmin edilməmişdir.
75. Hesab edib ki, həmin hissədə Bakı Apelyasiya Məhkəməsinin qətnaməsi əsaslı və qanuni olmamışdır. Cavabdeh cavabdeh4 dəfələrlə iddiaçıya müraciət etmişdir ki, ipoteka predmetləri olan mənzillərin yüklülükdən azad edilməsi onların satışının həyata keçirilməsi və kreditin qaytarılması üçün zəruridir. Lakin iddiaçı bu səpkidə yazılmış müraciətlərə imtina xarakterli cavablar vermişdir. Göründüyü kimi, iddiaçı özü kreditin ödənilməsi üçün şərait yaratmaq niyyətində deyil. Bununla da, iddiaçı onun sahibkarlıq fəaliyyətini qəsdən məhv etməyə çalışır və əslində buna nail də olmuşdur, onların qanunsuz hərəkətləri ucbatından müflis olmuşdur. Eləcə də, apellyasiya instansiyası məhkəməsinə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunması haqqında vəsatətlə müraciət etmişdir. Həmin vəsatət də məhkəmə tərəfindən təmin olunmamışdır. Halbuki tərəfindən verilmiş vəsatətdən də görünür ki, faizlər düzgün hesablanmamışdır.
76. Kassasiya şikayyətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 269, 272, 279, 337, 339.6, 346.1, 354, 441.2, 467, 560.1, 560.2, 560.3.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.1, 77.1 və 372-ci maddələrinə istinad etmişdir.
77. Ilkin iddia üzrə iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmənətlərin Sığortalanması Fondu (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, Bakı Apellyasiya MəhkəməsininMülki Kollegiyasının ##.##.2026-cı il tarixli *(***)-**/**** saylı Qətnaməsininqismən – “Lerik rayonu, Lənkəran-Lerik yolunun 27-ci km-də istifadədə olan 2,5 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 3.102,7 m2 olan əmlak kompleksinin açıq hərracda ilkin satış qiymətinin 11.737.635 manat müəyyən edilməsi” hissəsində ləğv edilməsini, həmin hissədə yenidən baxılması üçün mülki işin apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
78. Kassasiya şikayəti ilkin iddia ərizəsindəki xüsasatları əhatə etməklə əlavə olaraq belə əsaslandırılmışdır ki, ipoteka öhdəliyinin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. Hazırda cavabdeh5 Elmi-Istehsalat Şirkətinə məxsus, Lerik rayonu, Lənkəran-Lerik yolunun 27-ci kilometrliyində yerləşən əmlak kompleksi kimi müəssisənin yalnız texniki pasportda qeyd edilmiş hissəsi ipoteka ilə yüklü edilmişdir. Əmlak girov qoyulduqdan sonra əlavə edilmiş tikililərə ipoteka saxlayan tərəfindən tutma yönəldilə bilməz. Bu hüquq (tutma yönəltmə) “Ipoteka haqqında”Qanunun 1.0.6-cı maddəsinə əsasən yalnız ipoteka predmetinə münasibətdə keçərlidir. Odur ki, məhkəmənin ipoteka predmetinin ilkin satış qiymətini obyektin faktiki tikililərinə əsasən müəyyən etməsini “Ipoteka haqqında” Qanunun 1.0.1-ci maddəsinin tələbi baxımından əsassız hesab edir.
79. Iş materiallarından görünür ki, mübahisəli ipoteka predmetinin – cavabdeh5 Elmi- Istehsalat Şirkətinə məxsus,Lerik rayonu, Lənkəran-Lerik yolunun 27-ci kilometrliyində yerləşən əmlak kompleksi kimi müəssisənin likvid və bazar dəyərləri bir neçə dəfə müəyyən edilmiş və bu qiymətlər müxtəlif olmuşdur. Belə ki, mübahisəli ipoteka predmetinin qiyməti 1. Daşınmaz əmlak ilk dəfə ipoteka ilə yüklü edilərkən “xxxx” MMC-nin05.11.2014-cü il tarixli 467-11/09- BK/** nömrəli ekspert rəyində bazar dəyəri 6.020.275 manat, likvid dəyəri 5.117.700 manat; 2. Bakışəhəri Nərimanov Rayon Məhkəməsinin qərardadına əsasən keçirilmiş və “X6 Mərkəzi” MMC-nin ##.##.2022-ci il tarixli YDQM ***-***/**** nömrəli hesabatına əsasən bazardəyəri 2.947.000 manat, likvid dəyəri 2.357.000 manat; 3. Cavabdehin nümayəndəsi tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş, “xxxx” firmasının ##.##.2022-ci il tarixli ***/** saylı “Əmlakın qiymətləndirilməsi və keçirilən baxışın nəticələri haqqında akt”a əsasən bazar dəyəri 15.000.000 manat; 4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərardadına əsasən keçirilmiş və “xxxx” MMC-nin ##.##.2022-ci il tarixli ƏEM/İ **-***/** nömrəli “Ekspert rəyi”nə əsasən bazar dəyəri3.506.000 manat, likvid dəyəri 3.000.000 manat; 5. Bakı Apellyasiya Məhkəməsinin qərardadına əsasən təyin edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2023-cü il tarixli *(***)-****/**** nömrəli “Ekspert rəyi”nə əsasən bazar dəyəri 11.324.000 manat; 6. Bakı Apellyasiya Məhkəməsinin qərardadına əsasən təyin edilmiş “X14” MMC-nin ##.##.2026-cı il tarixli QCM/F 03-007/26mütəxəssis rəyinə əsasən texniki pasport üzrə bazar dəyəri 14.237.000 manat, likvid dəyəri 11.389.600 manat, faktiki tikililər üzrə bazar dəyəri 14.672.000 manat, likvid dəyəri 11.737.635 manat müəyyən edilmişdir.
80. Göründüyü kimi ipoteka predmetinə qoyulmuş qiymətlər arasında kifayət qədər əhəmiyyətli fərq mövcuddur. Eləcə də qiymətləndirmə işləri bir-birindən əhəmiyyətli vaxt fərqi ilə aparılmamışdır. Məsələn, “X6 Mərkəzi” MMC tərəfindən mütəxəssis rəyi 2022-ci ildə,Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi isə ondan cəmi bir il sonra – 2023-cü ildə məhkəməyə təqdim edilmişdir. Buna baxmayaraq rəylərdə qeyd edilmiş qiymətlər arasında kifayət qədər böyük fərq (9 milyon manata yaxın) var. Bütün rəylər peşəkar mütəxəssislər tərəfindən hazırlanmışdır. Yəni hər bir rəy hazırkı iş üzrə bərabər hüquqi əhəmiyyətə malik olan sübutdur. Mülki Prosessual Məcəllənin 88-ci maddəsi isə bərabər səviyyəli sübutların məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı obyektivliyin qorunması prinsipini təsbit edir. Həmin maddədə qeyd olunur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edərkən gəldiyi nəticəni kifayət qədər əsaslandırmamışdır. Qətnamədə bununla bağlı qeyd olunur ki, “...məhkəmə kollegiyası bu qənaətə gəlir ki, ilkin satış qiyməti müəyyənləşdirilərkən “xxxx” MMC tərəfindən tərtib olunmuş mütəxəssis rəyi əsas götürülməlidir. Belə ki, əvvəllər alınmış rəylərin verilməsi zamanı aparılmış araşdırmadan fərqli olaraq sonuncu dəfə qiymətləndirmə aparılarkən daşınmaz əmlaklara baxış keçirilmiş, rəyə baxış zamanı çəkilmiş fotoşəkillər əlavə edilərək müqayisəli tədqiqat aparılmış, həmçinin, digər tikililərin inşa olunması, həmin tikililər nəzərə alınmaqla qiymət müəyyən olunmuşdur. Buna görə də məhkəmə kollegiyası bu qənaətə gəlir ki, Lerik rayonu Lənkəran-Lerik yolunun 27-ci km-də istifadədə olan 2,5 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin ilkin satış qiyməti faktiki tikililər üzrə likvid dəyər kimi 11737635 manat müəyyən olunmalıdır. Çünki, texniki pasportdan kənar inşa olunmuş tikililər həm torpaq sahəsinin, həm də əmlak kompleksinin daxilində yerləşir və qiyməti artıran amildir.”. Məhkəmənin bu mövqeyi ilə razı deyil. Birincisi, əgər söhbət qiymətləndirmə işinin peşəkarlığından gedirsə, iddiaçı kredit təşkilatının istinad elədiyi mütəxəssis rəyləri də kifayət qədər peşəkar yanaşma ilə hazırlanmışdır. Digər rəylərdən də görünür ki, obyektə yerində baxış keçirilmiş, kifayət qədər fotoşəkilləri çəkilmiş, əmlak kompleksinə daxil olan tikililərin ayrıca qiymətləndirilməsi aparılaraq ətraflı rəy verilmişdir. Ikincisi, qətnamədə qeyd olunduğu kimi, “xxxx” MMC tərəfindən tərtib olunmuş mütəxəssis rəyində müqayisəli tədqiqat metodundan istifadə olunmamışdır. Həmin rəyin 5-ci fəslində istifdə olunan metodlar arasında “oxşar obyektin seçilməsi” metodu qeyd olunsa da, heç bir oxşar obyektə istinad edilməmişdir. Əksinə “xxxx” MMC uzun müddət iş üzrə rəyverməkdən imtina etmiş, bunu həmin ərazidə oxşar obyektin olmaması ilə izah etmişdir. Sonda qiymətləndirmə işi tikililərin xərc metodu və obyektin gəlirliliyi metodundan istifadə edilərək aparılmışdır. Bu hal məhkəməyə də məlumdur və ümumiyyətlə mübahisə predmeti deyildir. Üçüncüsü, qiymətləndirmə işinin faktiki tikililər yaxud texniki pasport üzrə aparılmasının hazırki işdə əhəmiyyətli fərq yaratmadığı “xxxx” MMC-nin rəyindən onsuz da görünür. Belə ki, rəydən görünür ki, ipoteka predmetinin texniki pasport üzrə likvid dəyəri 11.389.600 manat, faktiki tikililər üzrə likvid dəyəri 11.737.635 manatdır. Burada söhbət təxminən 400.000 manat məbləğdən gedir. Həmin qiymətlə “X6 Mərkəzi” MMC-nin və “xxxx” MMC-ninrəylərində göstərilmiş likvid qiymət arasında isə 8 milyondan da çox fərq var. Odur ki, qiymətləndirmə işinin həm də faktiki tikililər əsasında aparılması faktı həmin qiymətləndirmənin nəticəsində verilmiş rəyin digər rəylərdən mötəbər sübut olduğu anlamına gəlmir. Bir sözlə, hesab edirik ki, Bakı Apellyasiya Məhkəməsi bir sübutun digərindən daha üstün olması ilə bağlımövqeyi əsaslı deyil və burada MPM-in 88-ci maddəsinin tələbi pozulmuşdur.
81. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qətnaməsində istinad etdiyi və mübahisəli ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsində əsas kimi götürülmüş “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli QCM/F 03- 007/26mütəxəssis rəyi ilə tanış olduqdan sonra bank tərəfindən ##.##.2026-cı il tarixli vəsatətlə məhkəməyə müraciət edilmişdir. Vəsatətdə sonuncu mütəxəssis rəyi ilə razı olmadıqlarını, qiymətləndirmə işinin həyata keçirilməsi zamanı kifayət qədər yanlışlıqlara yol verildiyi, ipoteka predmetinə reallıqdan uzaq olan bazar və likvid qiymətlərin qoyulduğu məhkəmənin diqqətinə çatdırılmışdır. Vəsatətdə həmçinin qeyd olunmuşdur ki, ... qiymətləndirici gəlir yanaşması metodundan istifadə edərkən obyektin faktiki gəlirlərini hesablamamış, şişirdilmiş illik potensial qiymətlərə müraciət etmişdir. Məsələn, obyektin 1 otaqlı sadə koteclər üzrə illik gəliri 70.800 manat, 2 otaqlı standart koteclər üzrə 176.760 manat, 3 otaqlı sadə koteclər üzrə 210.060 manat göstərilmişdir ki, bu da mövcud bazar reallıqlarına uyğun deyil. Ipoteka predmetinin faktiki illik gəlirliliyi yalnız illik vergi hesabatlarında öz əksini tapa bilər. Bunun üçün Dövlət Vergi Xidmətindən “xxxx EIŞ” MMC-nin vergi bəyannamələrtiələb olunmalı və bunun əsasında müvafiq təhlillər aparılmalıdır. Qiymətləndiricinin rəydə qeyd etdiklərinə əsaslansaq, “Meşəbəyi” turizm və rekreasiya mərkəzinin təkcə koteclər üzrə illik ümumi gəliri 1.271.870 manat, restoran üzrə gəlir isə 1.702.800 manat olmaqla, cəmi illik gəlir (restoran, yay çətiri, kabinet, besedka, böyük besedka, bar üzrə) 3.647.542 manat təşkil edir. Bu hesabla “xxxx EIŞ” MMC İddiaçıa olan borcunu çoxdan ödəməli idi və bu ödəniş borclu üçün heç bir maliyyə çətinliyi yaratmazdı. Faktiki olaraq cavabdeh hüquqi şəxsin nümayəndəsi şirkətin ciddi maliyyə böhranı içərisində olduğunu etiraf edir. Yəni obyektin faktiki olaraq gəlirlilik səviyyəsi mütəxəssis rəyində qeyd olunan rəqəmlərlə üstə-üstə düşmür. Vəsatətin sonunda məhkəmədən Lerik rayonu, LənkəranLerik yolunun 27-ci kilometrliyində yerləşən əmlak kompleksinin həqiqi bazar və likvid qiymətlərinin müəyyən edilməsi məqsədilə qiymətləndirmə işinin təşkili üçün Qiymətləndiricilər Palatasına müraciət olunması və “xxxx EIŞ” MMC-nin illik vergi bəyannamələrinin əldə olunması üçün Dövlət VergiXidmətinə sorğu göndərilməsi xahiş edilmişdir. Mülki Prosessual Məcəllənin 102.3-cü maddəsinə əsasən, məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. Işdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Elektron Məhkəmə Sistemində yaradılmış elektron kabinetdə isə bu cür qərardad mövcud deyil. Qeyd olunan səbəbdən hesab edirik ki, bankın vəsatətinə əsaslandırılmış yazılı qərardadla münasibət bildirilməməsi ilə prosessual pozuntuya yol verilmişdir.
82. Kassasiya şikayyətinin hüquqi əsası kimi “Ipoteka haqqında” Qanunun 1.0.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 102.3-cü maddələrinə istinad etmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
83. LPO İddiaçı ASC-nin ləğvedicisi Əmənətlərin Sığortalanması Fondunun kassasiya şikayətinə qarşı cavabdeh4 (nümayəndəsi (vəkili) vəkil1) etiraz göndərərək LPO İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi (hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş redaksiya):
84. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur;
85. Maddə 269.4. Ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.
86. Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur.
87. Maddə 271.1. Əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər;
88. Maddə 303.1. Hüquq girov qoyularkən girov predmeti özgəninkiləşdirilə bilən hüquq, o cümlədən torpaq sahəsinin, binanın, qurğunun, yaşayış evinin (mənzilin) icarəsi hüququ, mülkiyyətdəki paya hüquq, borc tələbidir.
89. Maddə 303.2. Müddətli hüquq yalnız onun qüvvədə olma müddəti bitənədək girov predmeti ola bilər.
90. Maddə 303.3. Girov qoyulmuş hüququn borclusuna girov haqqında dərhal bildiriş verilməlidir.
91. Maddə 303.4. Dövlət qeydiyyatına alınmalı olan hüququn girovu onun qeydiyyatını həyata keçirən dövlət orqanında qeydə alındığı andan etibarlıdır.
92. Maddə 317. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər
93. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.
94. Maddə 319.4. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir.
95. Maddə 319.6. Ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır.
96. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
97. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
98. Maddə 439.2. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır;
99. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
100. Maddə 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır;
101. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir;
102. Maddə 458.1. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər.
103. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir;
104. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
105. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir
106. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
107. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
“Ipoteka haqqında” Azərbaycan Respublikası Qanunu:
108. Maddə 34.1(hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş redaksiya). Ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi;
109. Maddə 39.3(hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş redaksiya). Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. Ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;
110. Maddə 39.4. Tutma yönəldilən ipoteka predmeti ipoteka qoyanın yeganə yaşayış yeri olduqda və digər yerdə yaşamağa imkanı olmadıqda məhkəmə ipoteka qoyanın vəsatəti əsasında tutmanın yönəldilməsini ən geci bir ilədək müddətə təxirə sala bilər. Tutma yönəldilən ipoteka predmeti üçün verilən möhlət ipoteka ilə təmin olunmuş öhdəlik üzrə tərəflərin hüquq və vəzifələrini dəyişdirmir və möhlət müddəti ərzində artan faizlər, dəbbə pulu və digər haqlar müvafiq olaraq hesablanır.
111. Maddə 39.5(hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş redaksiya). Bu Qanunun 39.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir.
112. Maddə 41.1. Ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər;
113. Maddə 59.3. Ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Ipoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar;
114. Maddə 59.4(hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş redaksiya). Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair ## #### 2020-ci il tarixli, ** nömrəli qərardadı:
115. “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
116. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
117. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
118. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
119. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
120. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
121. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
122. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
123. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
124. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
125. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
126. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri:
127. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
128. Hazırkı kassasiya şikayətlərinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilkin iddia üzrə faiz, dəbbə pulu tələbinin təmin edilmiş və ipoteka predmeti olan Lerik rayonu, Lənkəran-Lerik yolunun 27-ci km-də istifadədə olan 2,5 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 3.102,7 m2 olan əmlak kompleksinin ilkin satış qiymətinin müəyyən edilməsinə dair hissələrdə və qarşılıqlı iddianın təmin edilməməsinə dair hissədə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
129. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissələrdə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
130. Ilkin iddia üzrə cavabdeh cavabdeh4 İddiaçı ASC-nin kreditin verilməsi ilə əlaqədar müvafiq səlahiyyətli şəxslərinin barəsində xüsusi qərardad çıxarılması, Bakı şəhəri Suraxanı rayonu V yaşayış sahəsi Yeni Günəşli qəsəbəsi bina 26, ** nömrəli mənzil, Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsi ev 24a, ** nömrəli mənzilvə Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsi ev 24, ** nömrəli mənzilin yüklülükdən azad edilməsi ilə əlaqədar işin yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini də xahiş etmişdir. Həmçinin kassasiya şikayətinin dəlili kimi qeyd edilmişdir ki, Bakı şəhəri Suraxanı rayonu V yaşayış sahəsi Yeni Günəşli qəsəbəsi bina 26, ** nömrəli mənzil, Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsi ev 24a, ** nömrəli mənzil və Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsi ev 24, ** nömrəli mənzilin yüklülükdən azad edilməsi barədə qərar qəbul edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etsə də, həmin vəsatəti təmin edilməmişdir.
131. Kassasiya kollegiyası bildirir ki, Azərbaycan Respublikasının MPM-in 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Lakin iş materialları ilə apellyasiya instansiyası məhkəməsi tərəfindən xüsusi qərardad çıxarılması üçün əsaların aşkara çıxarılması müəyyən edilmir.Eləcə də kassasiya kollegiyası tərəfindən belə əsaslar müəyyən edilməmişdir.
132. Bakı şəhəri Suraxanı rayonu V yaşayış sahəsi Yeni Günəşli qəsəbəsi bina 26, ** nömrəli mənzil, Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsi ev 24a, ** nömrəli mənzilvə Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsi ev 24, ** nömrəli mənzilin yüklülükdən azad edilməsi ilə əlaqədar tələb isə yeni tələbdir.Birinci instansiya məhkəməsində belə tələb irəli sürülməmişdir. Azərbaycan Respublikasının MPM-in 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.Lakin, ilkin iddia üzrə cavabdeh cavabdeh4 tərəfindən qeyd edilən tələbin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmaqla apellyasiya instansiyası məhkəməsində təqdim etməsini iş materialları ilə təsdiqlənmir. Ona görə də kassasiya kollegiyası hesab edir ki,göstərilən tələblə əlaqədar vəsatəti təmin etməməklə apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarının tələbini pozmamışdır.
133. Məhkəmə kollegiyası ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) kassasiya şikayətinin Hazırda cavabdeh5 Elmi-Istehsalat Şirkətinə məxsus, Lerik rayonu, Lənkəran-Lerik yolunun 27-ci kilometrliyində yerləşən əmlak kompleksi kimi müəssisənin yalnız texniki pasportda qeyd edilmiş hissəsi ipoteka ilə yüklü edildiyi, əmlak girov qoyulduqdan sonra əlavə edilmiş tikililərə ipoteka saxlayan tərəfindən tutma yönəldilə bilməyəcəyi, bu hüququn (tutma yönəltmə) “Ipoteka haqqında”Qanunun 1.0.6-cı maddəsinə əsasən yalnız ipoteka predmetinə münasibətdə keçərli olduğu, odur ki, məhkəmənin ipoteka predmetinin ilkin satış qiymətini obyektin faktiki tikililərinə əsasən müəyyən etməsini “Ipoteka haqqında” Qanunun 1.0.1ci maddəsinin tələbi baxımından əsassız hesab etdiyi barədə dəlilinə əsasən bildirir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin # #### 2022-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 312.4-cü və “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30.1 və 31.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarına əsasən əşyanın real dəyəri ipoteka qoyanla ipoteka saxlayan arasında razılaşdırılmaqla ipoteka predmetini təşkil edən əşyanın ilkin satış qiyməti olub konkret məbləğdə ifadə edilir. Mülki Məcəllənin 312.1-ci maddəsində qanunverici ipoteka ilə yüklü edilmiş əşyanın real dəyərinin qorunması vəzifəsini təsbit etməklə əşyanın öhdəliyin yarandığı vaxtda mövcud olan və razılaşdırılmış dəyərinin azaldılmasının yol verilməzliyini nəzərdə tutmuşdur. Belə ki, gələcəkdə əsas öhdəlik icra edilmədiyi təqdirdə kreditorun tələbi məhz ipoteka predmeti hesabına təmin olunduğundan, kreditorun mənafeyinin qorunması, öhdəliyin təminatsız qalmaması baxımından həmin əşyanın dəyərinin azaldılmasına səbəb ola biləcək hərəkətlərin yolverilməzliyi müəyyən edilmişdir.Ipoteka predmeti olan əşyanın dəyərinin artmasına səbəb olan yaxşılaşdırmalara gəlincə isə nəzərə alınmalıdır ki, bu halda gələcəkdə öhdəliyin təminat dəyəri azalmadığından kreditorun mənafeyi hər hansı təhlükəyə məruz qalmır, əksinə ipoteka predmetinin dəyərinin artması ipoteka saxlayanın təminatının güclənməsinə gətirib çıxarır. Odur ki, ipoteka predmetinin dəyərinin artmasına səbəb olan yaxşılaşdırmaların ipoteka saxlayanın mənafeyi baxımından hüquqa zidd hesab edilməsi yolverilməzdir.
134. Məhz Konstitusiya Məhkəməsinin qeyd edilən qərarındakı mövqelərə əsasən kassasiya kollegiytası belə qənaətə gəlir ki, ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) əvvəlki bənddə göstərilən dəlili əsassızdır.
135. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi yoxlanılan hissələr üzrə işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətlərinin dəlillərində göstərilən digər hüquqi məsələlərə mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası yoxlanılan hissələrdə apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
136. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissələrdə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
137. Yuxarıda qeyd edilənlərə görə də ilkin iddia üzrə iddiaçı(qarşılıqlı iddia üzrə cavabdeh) LPO İddiaçı ASC və ilkin iddia üzrə cavabdeh cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, 2(103)- **/**** nömrəli qətnaməsi ilkin iddia üzrə faiz, dəbbə pulu tələbinin təmin edilmiş və ipoteka predmeti olan Lerik rayonu, Lənkəran-Lerik yolunun 27-ci km-də istifadədə olan 2,5 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 3.102,7 m2 olan əmlak kompleksinin ilkin satış qiymətinin müəyyən edilməsinə dair hissələrdə və qarşılıqlı iddianın təmin edilməməsinə dair hissədə dəyişdirilmədən saxlanılmalıdır.
138. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası
qərara aldı:
Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilkin iddia üzrə faiz, dəbbə pulu tələbinin təmin edilmiş və ipoteka predmeti olan Lerik rayonu, Lənkəran-Lerik yolunun 27-ci km-də istifadədə olan 2,5 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 3.102,7 m2 olan əmlak kompleksinin ilkin satış qiymətinin müəyyən edilməsinə dair hissələrdə və qarşılıqlı iddianın təmin edilməməsinə dair hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.