Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1719/2026 02.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Feyzullayeva İlhamə Arif qızına və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər:kredit borcunun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-*)-**/**** nömrəli, # ##### 2026-cı il tarixli qətnaməsindən cavabdeh Feyzullayeva İlhamə Arif qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə # ######## 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ASC ilə Feyzullayeva İlhamə Arif qızı, İbrahimov Niyazi Xəlil oğlu və cavabdeh1 arasında bağlanmış ##.##.2014-cü il tarixli kredit və zaminlik müqavilələrinə əsasən Feyzullayeva İlhamə Arif qızına illik faiz dərəcəsi 23% olmaqla 36 ay müddətinə 7.700 ABŞ dolları kredit verilmiş və həmin müqavilə üzrə öhdəliklərin icrasının təminatı olaraq İbrahimov Niyazi Xəlil oğlu və cavabdeh1 zamin durmuşlar.
2. Tərəflər arasında kredit və zaminlik müqavilələri üzrə bağlanmış ##.##.2015-ci il tarixli, ** saylı əlavə sazişlərə əsasən kreditin qalıq məbləği 6780,97 ABŞ dolları hesablanmış və kreditin müddəti isə ##.##.2018-ci il tarixədək uzadılmışıdır.
3. Tərəflər arasında kredit və zaminlik müqavilələri üzrə bağlanmış ** nömrəli, ##.##.2017ci il tarixli əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin əsas məbləğinin qalığı konvertasiya edilməklə (1 ABŞ dolları=1.40 manat) 11.025,17 manat təşkil etmiş və restrukturizasiya edilmiş kreditin müddəti ##.##.2022-ci il tarixədək uzadılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra- iddiaçı) cavabdehlər Feyzullayeva İlhamə Arif qızına, İbrahimov Niyazi Xəlil oğluna və cavabdeh1 (bundan sonra- cavabdehlər) qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada kredit müqaviləsi üzrə 4425,05 manat əsas, 2891,11 manat faiz, 4421,68 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin ##.##.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 636,23 manat faiz borcu və iş üzrə ödənilmiş 127.12 manat dövlət rüsumunun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Xırdalan filialı ilə cavabdeh Feyzullayeva İlhamə Arif qızı arasında bağlanmış ##.##.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə “şəxsi istehlak” məqsədi ilə 36 ay müddətinə illik 23% dərəcəsi ilə 7.700 ABŞ dolları kredit verilmişdir. Cavabdeh Feyzullayeva İlhamə Arif qızına kredit verilərkən cavabdeh1 və İbrahimov Niyazi Xəlil oğlu ilə Bank arasında ##.##.2015-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyırlar. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış ##.##.2015-ci il tarixli, ** saylı əlavə sazişlərə əsasən kreditin qalıq məbləği 6780,97 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti ##.##.2018-ci il tarixədək uzadılmışıdr. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış ##.##.2017-ci il tarixli, ** saylı əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı borc öhdəliyi restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin məbləği konvertasiya edilmiş (1 ABŞ =1.40 manat) 11.025,17 manat hesablanmışdır. Kreditin müddəti ##.##.2022-ci il tarixinədək uzadılmışdır. Kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 18% ödənilməli idi. Müqavilənin müvafiq bəndinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri, dəbbə pulunu ləğv prosesində olan banka ödəmək borcalanın vəzifələrindəndir. Müqavilənin 4.1.1-ci bəndinə əsasən restrukturizasiya müqaviləsi üzrə ödənişlər vaxtında və lazımi qaydada icra edilməzsə bank borcun dərhal qaytarılmasını tələb edə bilər. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. ##.##.2025-ci il tarixə cavabdeh Feyzullayeva İlhamə Arif qızının kredit üzrə cəmi borcu 12.374,07 manat təşkil edir. Bundan 4.425,05 manat əsas, 2.891,11 manat faiz, 4.421,68 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin ##.##.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 636,23 manat faiz borcu təşkil edir. Cavabdeh Feyzullayeva İlhamə Arif qızı tərəfindən məhkəməyə ünvanlanmış etiraz və mülahizənin məzmunundan görünür ki, sözügedən ərizə ilə razı deyil. Hesab edir ki, iddia tələbi qanunsuz və əsassızdır. Belə ki, o, kredit müqaviləsi bağlayanda dollar 78 qəpik idi. İkinci devalvasiyaya qədər, yəni dollar 1,70 manata (bir manat, 70 qəpik) qalxana qədər vaxtıvaxtında
6. ödənişləri yerinə yetirmiş, hətta məzənnə 1,70 manata qalxandan sonra 1-2 ay ödəniş etmiş, daha sonra o, İddiaçı ASC-yə müraciət edərək güzəşt olunmasını xahiş etmiş, lakin ona heç bir güzəşt olunmamışdır. Bunun üçün də ödənişi dayandırmışdır. ##.##.2017-ci il tarixdə 3-cü dəfə müqaviləyə dəyişiklik edilmiş, dolların məzənnəsi 1 manat 40 qəpiklə güzəşt edilməklə ödəniş müqaviləsi bağlanmışdır. 2015-ci ilin fevral ayının 21-də cənab prezident 10.000 dollara qədər olan problemli kreditlərin kompensasiya edilməsi barədə fərman imzalamışdır. Həmin fərmana əsasən kompensasiya məbləği Mərkəzi Bank tərəfindən hesablanana qədər ödənişi davamlı olaraq ödəmişdir. Mərkəzi Bankın kompensasiya ilə bağlı internet portalına yerləşdirdiyi məlumatlara əsasən ona kompensasiya hesablanmışdır. Bu kompensasiya 2864,40 manat vətəndaşa, yəni ona ödənilmişdir. Cənab prezidentin ##.##.2015-ci il tarixində imzalanmış fərmanının 2-ci bəndində deyilir-kompensasiya məbləği ilk növbədə banklara olan borcların bağlanmasına ödənilsin. Borc bağlandıqdan sonra qalan məbləğ vətəndaşın sərəncamına verilsin. Azərpoçtun ona verdiyi kart vasitəsilə ona düşən 2864,40 manat kompensasiyanı nəğdləşdirmiş, bunların hamısı məhkəməyə təqdim etdiyi sənədlər və qəbzlərdə öz təsdiqini tapmışdır.
7. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, **/**-** nömrəli rəyindən görünür ki, aparılmış təhlillərin nəticəsi olaraq müəyyən olunmuşdur ki, cavabdeh Feyzullayeva İlhamə Arif qızının “xxxx” ASC ilə bağlanmış ##.##.2014-cü il tarixli kredit müqaviləsi və ##.##.2017-ci il tarixli ** nömrəli əlavə saziş çərçivəsində, müqavilə üzrə götürülmüş öhdəliklərin müəyyən hissəsi vaxtında yerinə yetirilsə də, təqdim olunan məlumatlara əsasən, müqavilə müddəti bitdiyi tarixədək və ondan sonrakı dövr üçün kreditor qarşısında müəyyən öhdəlikləri-əsas borc, hesablanmış faizlər, cərimələr və Konstitusiya Məhkəməsinin qərarı ilə müəyyən edilmiş illik 5% gecikmə faizləri üzrə borc qalığı mövcuddur. Aparılmış hesablamalar nəticəsində müəyyən edilmişdir ki, cavabdeh Feyzullayeva İlhamə Arif qızının Bank qarşısında ##.##.2022-ci il tarixə- kredit müqaviləsinin qüvvədə olduğu müddət üçün - hesablanmış faiz borcu 2 488,61 manat təşkil etmişdir. ##.##.2025-ci il tarixə isə cavabdehin ümumi kreditor borcu 12 374,07 manat olub, bunun tərkib hissələri aşağıdakılardır: Əsas borc 4 425,05 manat, hesablanmış faiz 2 891,11 manat, cərimələr 4 421,68 manat, AR Konstitusiya Məhkəməsinin ##.##.2015-ci il tarixli Plenum Qərarına əsasən hesablanmış əlavə faiz 636,23 manat müəyyən olunmuşdur. Cavabdehin ümumi kredit borcu tam şəkildə silinməyib və bankın təqdim etdiyi maliyyə hesabatlarında göstərildiyi kimi borc qalığı aktual olaraq mövcuddur. Nəticə olaraq qeyd olunur ki, Feyzullayeva İlhamə Arif qızının “xxxx” ASC qarşısında kredit müqaviləsi və əlavə saziş üzrə hüquqi və maliyyə öhdəlikləri müəyyən edilmişdir və bu borc hal-hazırda qüvvədədir.
8. Laçın Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Cavad İbrahimov) iddia tələbi qismən təmin edilmiş, cavabdeh Feyzullayeva İlhamə Arif qızından əsas borc üzrə 4425,05 manat, faiz borcu üzrə 2488,61 manat, cərimə borcu üzrə 400 manat, kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) fazilə hesablanmış 636,23 manat faiz borcu olmaqla, cəmi 7.949,89 manatın tutularaq iddiaçının xeyrinə ödənilməsi və iddia tələbinin qalan hissələrdə rədd olunması qət edilmişdir.
9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdehlər Feyzullayeva İlhamə Arif qızı, İbrahimov Niyazi Xəlil oğlu və cavabdeh1 arasında bağlanmış ##.##.2014-cü il tarixli kredit və zaminlik müqavilələrinə əsasən cavabdeh Feyzullayeva İlhamə Arif qızına illik faiz dərəcəsi 23% olmaqla 36 ay müddətinə 7700 ABŞ dolları kredit verilmiş və həmin müqavilə üzrə öhdəliklərin icrasının təminatı olaraq digər cavabdehlər İbrahimov Niyazi Xəlil oğlu və cavabdeh1 zamin durmuşlar. Bundan sonra tərəflər arasında kredit və zaminlik müqavilələri üzrə bağlanmış ##.##.2015-ci il tarixli, ** saylı əlavə sazişlərə əsasən kreditin qalıq məbləği 6780,97 ABŞ dolları hesablanmış və kreditin müddəti isə ##.##.2018-ci il tarixədək uzadılmışıdır. Daha sonra, tərəflər arasında kredit və zaminlik müqavilələri üzrə bağlanmış ** nömrəli, ##.##.2017-ci il tarixli əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin əsas məbləğinin qalığı konvertasiya edilməklə (1 ABŞ = 1.40 manat) 11.025,17 manat təşkil etmiş və restrukturizasiya edilmiş kreditin müddəti ##.##.2022-ci il tarixədək uzadılmışdır. Həmçinin qeyd edilən sonradan bağlanmış müqavilələrə əsasən də yaranmış öhdəliklərin icrasına təminat olaraq İbrahimov Niyazi Xəlil oğlu və cavabdeh1 zamin durmuş və bununla da borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zaminlər kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımalarını da öz üzərlərinə götürmüşlər. Bundan sonra kredit müqaviləsinə əsasən borclu kreditin ödənilməsini vaxtlı-vaxtında aparmamış və bununla da müqavilə üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Odur ki, iddiaçı qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət etmiş və cavabdeh Feyzullayeva İlhamə Arif qızının ləğv prosesində olan banka iddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən ##.##.2025-ci il tarixə əsas borc üzrə 4425,05 manat, müqavilə müddəti üçün faiz borcu üzrə 2891,11 manat, 4421,68 manat cərimə və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 636,23 manat faiz məbləği olmaqla, cəmi 12374,07 manat borcunun olduğu müəyyən edilmişdir. Bundan başqa, cavabdeh Feyzullayeva İlhamə Arif qızı məhkəməyə etiraz və mülahizə ünvanlayaraq iddiaçıya borcunun olmadığını bildirmişdir. Lakin işdə olan “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, **/**-** nömrəli rəyindən görünür ki, aparılmış təhlillərin nəticəsi olaraq müəyyən olunmuşdur ki, cavabdeh Feyzullayeva İlhamə Arif qızının “xxxx" ASC ilə bağlanmış ##.##.2014-cü il tarixli kredit müqaviləsi və ##.##.2017-ci il tarixli ** nömrəli əlavə saziş çərçivəsində müqavilə üzrə götürülmüş öhdəliklərin müəyyən hissəsi vaxtında yerinə yetirilsə də, təqdim olunan məlumatlara əsasən, müqavilə müddəti bitdiyi tarixədək və ondan sonrakı dövr üçün kreditor qarşısında müəyyən öhdəlikləri -əsas borc, hesablanmış faizlər, cərimələr və Konstitusiya Məhkəməsinin qərarı ilə müəyyən edilmiş illik 5% gecikmə faizləri üzrə borc qalığı mövcuddur. Aparılmış hesablamalar nəticəsində müəyyən edilmişdir ki, cavabdeh Feyzullayeva İlhamə Arif qızının LPO “xxxx” ASC qarşısında ##.##.2022-ci il tarixinə, yəni kredit müqaviləsinin qüvvədə olduğu müddət üçün hesablanmış faiz borcu 2 488,61 manat təşkil etmişdir. ##.##.2025-ci il tarixə cavabdehin ümumi kreditor borcu 12 374,07 manat olub, bunun tərkib hissəsi isə əsas borc 4 425,05 manat, hesablanmış faiz 2891,11 manat, cərimələr 4421,68 manat, AR Konstitusiya Məhkəməsinin ##.##.2015-ci il tarixli Plenum Qərarına əsasən hesablanmış əlavə faiz 636,23 manat müəyyən olunmuşdur. Qeyd edilənlərə əsasən müəyyən edilmişdir ki, cavabdehin ümumi kredit borcu tam şəkildə silinməmiş və bankın təqdim etdiyi maliyyə hesabatlarında göstərildiyi kimi borc qalığı aktual olaraq mövcuddur. Nəticə olaraq qeyd olunur ki, Feyzullayeva İlhamə Arif qızının “xxxx” ASC qarşısında kredit müqaviləsi və əlavə saziş üzrə hüquqi və maliyyə öhdəlikləri müəyyən edilmişdir və bu borc hal-hazırda qüvvədədir. Göstərilənlərə əsasən, məhkəmə qiymətləndirmə rəyinin Feyzullayeva İlhamə Arif qızının “xxxx” ASC qarşısında kredit müqaviləsi və əlavə sazişlər üzrə hüquqi və maliyyə öhdəliklərinin müəyyən edilməsi hissəsi, həmçinin Feyzullayeva İlhamə Arif qızına ##.##.2022-ci il tarixə, yəni kredit müqaviləsinin qüvvədə olduğu müddət üçün hesablanmış faiz borcu üzrə 2488,61 manat, eyni zamanda ##.##.2025-ci il tarixinə isə əsas borc üzrə 4 425,05 manat və AR Konstitusiya Məhkəməsinin ##.##.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış əlavə faiz olan 636,23 manat borcu ilə razılaşır və iddianı qiymətləndirmə rəyinin həmin hissələrinə uyğun olaraq təmin edilməli olduğunu qanuni və əsaslı hesab edir, lakin cərimə borcu ilə isə razılaşmır.
10. Məhkəmə dəbbə pulunun azaldılması və iddianı cərimə hissəsində 400 manat həcmində təmin etməyi qanuni və əsaslı hesab etmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, zamin üzərinə birgə məsuliyyət götürdüyü halda onun kreditor qarşısında məsuliyyəti də borclu ilə eyni həcmdə olur və onların hər ikisi də öhdəliklərin icrası üçün kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Hətta mülki qanunvericilik zaminliyin gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də verilməsini də istisna etməmişdir. Ancaq nəzərə almaq lazımdır ki, hər bir halda, zaminlik müqaviləsi Mülki Məcəllə ilə nəzərdə tutulmuş tələblərə uyğun şəkildə tərtib olunmalı və müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin mahiyyəti tam olaraq əks olunmalıdır. Zaminlik mücərrəd öhdəliklər üzrə verilə bilməz. Əks təqdirdə, zamin hansı öhdəliklərin icrası üçün zəmanət verilməsindən məlumatlı olmayacaqdır ki, bu da onu gələcəkdə ağır şərtlər qarşısında qoya bilər.
12. İş materiallarına iddiaçının əlavə etdiyi ##.##.2014-cü il tarixli kredit və zaminlik müqavilələri, həmçinin həmin müqavilələr üzrə bağlanmış ##.##.2015-ci il tarixli, ** saylı əlavə sazişlər və eyni zamanda ** nömrəli, ##.##.2017-ci il tarixli əlavə sazişlər təmin edilmiş kredit öhdəliyinin müddəti ##.##.2022-ci il tarixdə bitdiyindən, kreditor zaminlərə qarşı ##.##.2023-cü il tarixədək iddia qaldıra bilərdi.
13. Hazırki işin materiallarına əsasən iddiaçı ##.##.2025-ci il tarixdə məhkəmədə iddia qaldırmış və bununla da AR Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin tələbi baxımından zaminliyə xitam verilməsi üçün hüquqi zəmin yaratmışdır.
14. Ona görə də məhkəmə qeyd etmişdir ki, zaminlər İbrahimov Niyazi Xəlil oğlu və cavabdeh1 zaminliyinə bütövlükdə xitam verilməklə onlara münasibətdə iddia tələbi təmin edilməməlidir.
15. Bundan başqa, iddia tələbi qismən təmin edilməli olduğundan AR MPM-nin 119.1-ci maddəsinin tələblərinə əsasən iddianın qaldırılması üçün iddiaçının ödədiyi 127,12 manat dövlət rusumunun 100 manatı onun xeyrinə Feyzullayeva İlhamə Arif qızından tutulmalı, digər qismi, yəni 27,12 manatı iddiaçının hesabına aid edilməlidir.
16. Məhkəmə öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 427.3, 442, 445.1, 445.7, 447.1, 448.1, 448.2, 449.1, 462.1, 465.2, 467, 470.1, 470.2, 472.1, 477.0.1, 477.0.4, 739.1, 739.2-ci, habelə MPM-nin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə, AR Konstitusiya Məhkəməsi Plenumunun “AR Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” ## ######## 2012-ci il tarixli, “AR Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ###### 2014cü il tarixli və “AR Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəklində şərh edilməsinə dair” ## #### 2023-cü il tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelərə istinad edərək əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh Feyzullayeva İlhamə Arif qızının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Feyzullayeva İlhamə Arif qızı “xxxx “ Açıq Səhmdar Cəmiyyətinin Xırdalan filialından ##.##.2014-cü il tarixli kredit müqaviləsinə əsasən “şəxsi istehlak” məqsədi ilə 36 ay müddətinə illik 23% dərəcəsi ilə 7.700 ABŞ dolları kredit götürmüşdür. Bankla kredit müqaviləsi bağlayanda dollar 78 qəpik olmuşdur. 2-ci devalivasiyaya qədər, yəni dollar 1,7 manat olan dövrə qədər ödənişləri vaxtlı-vaxtında yerinə yetirmişdir. Hətta dollar 1,7 manat olan dövrdə belə 2-3 ay ödənişlər etmişdir. Daha sonra, Feyzullayeva İlhamə Arif qızı İddiaçı ASC-yə müraciət edərək ödənişin dayandırılmasını xahiş etmişdir. Lakin ona heç bir güzəşt edilməmişdir. Ona görə də ödənişi dayandırmışdır. ##.##.2017-ci ildə müqaviləyə 3-cü dəfə dəyişiklik edilmişdir. Dolların məzənnəsinə 1 manat 40 qəpik güzəşt edilməklə ödəniş müqaviləsi bağlanmışdır. AR Prezidentinin ## ###### 2015ci il tarixli Fərmanına əsasən 10.000 ABŞ dollarına qədər olan problemli kreditlərin kompensasiya edilməsi nəzərdə tutulmuşdur. Mərkəzi Bankın kompensasiya ilə bağlı internet portalına yerləşdirdiyi məlumatlara əsasən 3.663,82 manat kompensasiya hesablanmış, bu kompensasiyanın 2.864,40 manatı vətəndaşa, yəni Feyzullayeva İlhamə Arif qızına qalan hissəsi isə “xxxx “ ASC-yə olan borcunun ödənilməsinə yönəldilmişdir. Həmin Fərmana əsasən kompensasiya məbləği Mərkəzi Bank tərəfindən hesablanana qədər Feyzullayeva İlhamə Arif qızı ödənişi davam etdirmişdir. Hətda ödəniş öhdəliyim aylıq 156 manat olduğu halda ##.##.2017-ci il tarixdə 433 manat, ##.##.2017-ci il tarixdə 200 manat, ##.##.2017-ci il tarixdə 215 manat, ##.##.2017-ci il tarixdə isə 1.836 manat birdəfəlik ödəmişdir. Bütün bu ödəniş qəbzlərini məhkəməyə təqdim edilsə də, məhkəmə bunu nəzərə almamışdır. Cənab Prezidentin imzalamış olduğu ##.##.2015-ci il tarixli Fərmanın 2-ci bəndində göstərilmişdir ki, kompensasiya məbləği ilk növbədə banklara olan borcların bağlanmasına yönəldilsin. Borc bağlandıqdan sonra qalan məbləğ vətəndaşın sərəncamına verilsin. “Azərpoçt”un Feyzullayeva İlhamə Arif qızına vermiş olduğu kart vasitəsi ilə ona düşən 2.864,40 manat kompensasiyanı nağdlaşdırmışdır. Göründüyü kimi, əgər Feyzullayeva İlhamə Arif qızının İddiaçı ASC-yə borcu olsa idi, ona kompensasiya ödənilməzdi. Feyzullayeva İlhamə Arif qızı məhkəməyə bununla bağlı Milli Banka sorğu verilməsini tələb etsə də, məhkəmə heç bir əsaslı səbəb göstərmədən sorğu göndərməkdən imtina etmişdir. Eyni zamanda məhkəmə təqdim olunmuş ödəmə çeklərini araşdırmamış və nəticədə qeyri obyektiv qətnamə qəbul etmişdir. Bundan başqa Feyzullayeva İlhamə Arif qızı İddiaçı ASC ilə ##.##.2014-cü il tarixli kredit müqaviləsi bağladığı halda, məhkəmə qətnaməsində nədənsə bu müqavilənin tarixini ##.##.2015-ci il kimi göstərilmişdir.
19. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-*)-**/**** nömrəli, # ##### 2026cı il tarixli qətnaməsi ilə (hakimlər Aytən Novruzova (sədrlik edən, məruzəçi), Mahir Əsədli və Pərviz Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Laçın Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi cavabdeh Feyzullayeva İlhamə Arif qızına münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq müəyyən etmişdir ki, cavabdeh müvafıq xəbərdarlıqlara baxmayaraq kredit ödənişlərini gecikdirmiş və bu səbəblə onun iddiaçı banka əsas borc üzrə 4.425,05 manat, müqavilə müddəti üçün (##.##.2017-##.##.2022-ci il) faiz borcu üzrə 2.488,61 manat, kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 636,23 manat borcu yaranmışdır.
21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur. Belə ki, Feyzullayeva İlhamə Arif qızı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişdir.
22. Məhkəmə kollegiyası, apellyatorun borcunun olmaması ilə bağlı dəlilini əsassız hesab etmişdir. Belə ki, iddiaçının tələb etdiyi borc məbləğinin (##.##.2017-ci il tarixli əlavə saziş üzrə) tam ödənilməsinə dair hər hansı sübut məhkəməyə təqdim olunmamışdır.
23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayətində istinad edilən devalvasiya hallarının kredit öhdəliyinin icrasına təsiri hüquqi baxımdan borcun mövcudluğunu və ya həcmini aradan qaldıran əsas kimi qiymətləndirilə bilməz. Kredit münasibətləri tərəflər arasında bağlanmış müqavilə şərtlərinə uyğun olaraq icra edilməli öhdəliklərdən ibarət olub, valyuta məzənnəsində baş verən dəyişikliklər müqavilə öhdəliklərinin icrasını istisna etmir və borcun ləğvinə əsas vermir.
24. Apellyasiya şikayətində göstərilən ödənişlərin vaxtında həyata keçirilməsi ilə bağlı dəlillər isə iş materiallarında olan maliyyə arayışı və hesablamalarla təkzib olunur. Həmçinin müəyyən edilmişdir ki, cavabdehin kredit üzrə öhdəlikləri müəyyən dövr ərzində icra edilsə də, sonradan ödəniş intizamının pozulması nəticəsində əsas borc, faizlər və müqavilə üzrə nəzərdə tutulan digər ödənişlər üzrə gecikmə yaranmışdır. Bu baxımdan, təqdim edilən ayrıayrı ödəniş qəbzləri ümumi borcun mövcudluğunu istisna etmir.
25. “Problemli kreditlər” və kompensasiya mexanizmi ilə bağlı istinadlar da iddia tələbinin hüquqi əsasını dəyişdirmir. Belə ki, müvafiq dövlət proqramları və kompensasiya ödənişləri borcun tam bağlanmasını avtomatik təmin etmir, yalnız qanunvericilikdə nəzərdə tutulan qaydada müəyyən hissələrin qarşılanmasına xidmət edir. İş materiallarında olan Mərkəzi Bank məlumatları da göstərir ki, mübahisə predmeti olan kredit üzrə əsas borc qalığı müəyyən edilmiş tarixə mövcud olmuşdur.
26. Apellyasiya şikayətində məhkəmənin sübutların araşdırılması ilə bağlı irəli sürülən dəlilləri də əsaslı hesab edilmir. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş maliyyə sənədlərini, kredit və əlavə sazişləri, habelə tərəflərin izahatlarını hüquqi baxımdan qiymətləndirərək nəticəyə gəlmişdir. Məhkəmənin sübutların qiymətləndirilməsində prosessual qanunvericiliyin tələblərini pozduğu müəyyən edilmir.
27. Kredit müqaviləsinin tarixinin düzgün göstərilməməsi ilə bağlı irəli sürülən dəlil isə işin mahiyyətinə təsir edən hüquqi əhəmiyyət kəsb etmir. Sözügedən hal texniki xarakterli uyğunsuzluq olmaqla, müqavilə münasibətlərinin mövcudluğunu, tərəflərin hüquq və vəzifələrini və borcun yaranma əsasını aradan qaldırmır.
28. Məhkəmə kollegiyası apellyasiya baxışı zamanı əldə edilmiş AR Mərkəzi Bankının ##.##.2026-cı il tarixli rəsmi məktubuna hüquqi qiymət verərək qeyd etmişdir ki, həmin məktubda əks olunan məlumatlar mübahisənin predmeti olan kredit öhdəliyinin mövcudluğunu və həcmini inkar etmir, əksinə cavabdehin ##.##.2017-ci il tarixli kredit müqaviləsi üzrə ##.##.2019-cu il tarixinə əsas borc qalığının 4.425,05 manat təşkil etdiyini təsdiqləyir. Bu hal, apellyasiya şikayətində irəli sürülən borcun kompensasiya mexanizmi və dövlət proqramı çərçivəsində tam ödənilməsi barədə dəlillərin hüquqi və faktiki əsasdan məhrum olduğunu göstərir.
29. Eyni zamanda, məktubdan görünən kompensasiya məbləğinin hesablanması və onun bir hissəsinin kredit öhdəliyinin qarşılanmasına yönəlməsi faktı belə, kredit müqaviləsi üzrə qalan borcun tam bağlanmasını təsdiq etmir və borcun icrasını avtomatik olaraq aradan qaldıran hüquqi nəticə yaratmır. Kompensasiya mexanizmi öz mahiyyətinə görə yalnız müəyyən hissənin qarşılanmasına yönəlmiş sosial-iqtisadi tədbir olmaqla, mülki-hüquqi öhdəliyin ləğv edilməsi kimi şərh edilə bilməz.
30. Bundan əlavə, “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 3.3-cü bəndinin məzmununa əsasən, dövlət kompensasiyası yalnız bank tərəfindən qarşılanmayan hissə üzrə tətbiq edilir və kredit təşkilatının qarşılamış olduğu məbləğ həcmində dövlət öhdəliyi mütənasib olaraq azalır. Bu isə onu göstərir ki, kompensasiya mexanizmi borcun tam silinməsinə deyil, yalnız bölüşdürülmüş ödəniş modelinə xidmət edir.
31. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 14.2.1, 385.1, 442, 448.1, 739.1-ci, habelə MPM-in 4.1, 14.2, 77.1, 88, 217.1, 217.3, 217.4, 372.1, 372.7, 384.0.1, 392.2, 402.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya məhkəməsindəki icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
32. Cavabdeh Feyzullayeva İlhamə Arif qızı kassasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı sonradan Laçın Rayon Məhkəməsinə müraciət edərək göstərmişdir ki, müştərinin 360 gündən artıq gecikməsi olmadığına görə bu kreditə ümumiyyətlə kompensasiya düşmür. Halbuki AR X3 İlhamə Arif qızının adına verdiyi kompensasiya sənədi və X1 Apelliyasiya Məhkəməsinə göndərmiş olduğu məktubda 5.419,9 manat İddiaçı ASC-yə kompensasiya ödənildiyi, 2554,69 manat isə güzəşt edildiyi, 2864,40 manat isə Fezillayeva İlhaqmə Arif qızına ödənildiyi göstərilmişdir. Eləcə də # ##### 2017-ci ilin “reskurizasiya” sazişində əsas borc 8.393,36 manat, faiz borcu 2.258,83 manat, cərimə 372,97 manat olmaqla, ümumilikdə 11.025,17 manat göstərilmişdir. Kreditdən ##.##.2019-cu il tarixədək 5.853 manat ödəniş edilmişdir. İddiaçı tərəfin iddiasında əsas məbləğ yarıya düşdüyü halda faiz azalmaq əvəzinə artaraq 2.891,11 manat olmuşdur. Bu da iddiaçının iddialarının əsassız olduğunu göstərir. Belə ki, İlhamə Feyzullayeva İddiaçı ASC-nin Xırdalan filialından ##.##.2014-cü il tarixli kredit müqaviləsinə əsasən “şəxsi istehlak” məqsədi ilə 36 ay müddətinə illik 23% dərəcəsi ilə 7.700 ABŞ dolları kredit götürmüşdür. İlhamə Feyzullayeva bankla kredit müqaviləsi bağlayanda dollar 78 qəpik idi. 2-ci devalivasiyaya qədər, yəni dollar 1,7 manat olan dövrə qədər ödənişləri vaxtlı-vaxtında yerinə yetirmişdir. Hətda dollar 1,7 manat olan dövrdə belə 2-3 ay ödənişlər etmişdir. Daha sonra İlhamə Feyzullayeva İddiaçı ASC-yə müraciət edərək ödənişin dayandırılmasını xahiş etmiş lakin ona heç bir güzəşt edilməmişdir. Ona görə də İlhamə Feyzullayeva məcbur olub ödənişi dayandırmışdır. ##.##.2017-ci ildə müqaviləyə 3-cü dəfə dəyişiklik edilmişdir. Dolların məzənnəsinə 1 manat 40 qəpik güzəşt edilməklə ödəniş müqaviləsi bağlanmışdır. AR Prezidentinin # ###### 2015-ci il tarixli fərmanına əsasən 10.000 ABŞ dollarına qədər olan problemli kreditlərin kompensasiya edilməsi nəzərdə tutulmuşdur. Mərkəzi Bankın kompensasiya ilə bağlı internet portalına yerləşdirdiyi məlumatlara əsasən 3.663,82 manat kompensasiya hesablanmış, bu kompensasiyanın 2864,40 manatı vətəndaşa, yəni İlhamə Fərzəliyevaya, qalan hissəsi isə İddiaçı ASC-yə olan borcun ödənilməsinə yönəldilmişdir. İlhamə Fərzəliyeva həmin fərmana əsasən kompensasiya məbləği Mərkəzi Bank tərəfindən hesablanana qədər ödənişi davam etdirmiş, hətda ödəniş öhdəliyi aylıq 156 manat olduğu halda ##.##.2017-ci il tarixdə 433 manat, ##.##.2017-ci il tarixdə 200 manat, ##.##.2017-ci il tarixdə 215 manat, ##.##.2017-ci il tarixdə isə 1836 manat birdəfəlik ödənişlər etmişdir. Bütün bu ödəniz qəbzlərini məhkəməyə təqdim edilsə də məhkəmə bunu nəzərə almamışdır. Cənab Preizentin imzalamış olduğu ##.##.2015-ci il tarixli fərmanın 2-ci bəndində göstərilmişdir ki, kompensasiya məbləği ilk növbədə banklara olan borcların bağlanmasına yönəldilsin. Borc bağlandıqdan sonra qalan məbləğ vətəndaşın sərəncamına verilsin. “Azərpoçt”un İlhamə Fərzəliyevaya verdiyi kart vasitəsi ilə ona düşən 2.864,40 manat kompensasiya nağdlaşdırmışdır. Göründüyü kimi əgər İlhamə Feyzullayevanın İddiaçı ASC-yə borcu olsa idi, ona kompensasiya ödənilməzdi. Bundan başqa, İlhamə Feyzullayeva İddiaçı ASC ilə ##.##.2014-cü il tarixli kredit müqaviləsi bağladığı halda, məhkəmə qətnaməsində nədənsə bu müqavilənin tarixi ##.##.2015-ci il kimi göstərilmişdir. Apelliyaİya Məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, kompensasiyanın ödənməsi kreditin borcunun bağlanması anlanmasına gəlməməlidir. Halbuki, AR Hesablama Palatasının” X5”nın 4.3.1-ci bəndində cənab Preszidentin fərmanın 2-ci hissəsinə uyğun olaraq kompensasiya ilk növbədə proporsional qaydada fiziki şəxsin bütün kredit təşkilatları qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənlməsinə yönəndilir. Həmin qaydaların 4.3.2 bəndində qaydaların 4.3.1-ci yarımbəndinə nəzərdə tutulan kredit borcları ödənildikdən sonra qalan məbləğ fiziki şəxsin sərancamına verilir. Apellyasiya məhkəməsi qətnamədə Milli Bankın ##.##.2026-ci il tarixli məktubunu əsas gətirərək yuxarıda qeyd edilən borcların olduğunu göstərmişdir. Bank bu məlumatları İddiaçı ASC-dən almışdır. Ona görə də bu məlumatlar obyektiv ola bilməz. ##.##.2022-ci ildə müqavilənin müddəti bitdikdən sonra, eyni zamanda bank cavabdehləri məhkəməyə verdikdən sonra bank faziləri hesblanmışdır ki, bu da qanunsuzdur. AR Mərkəzi bankın ## #### 2019-cu il tarixli kompensasiya sənədinə əsasən İlhamə Feyzullayevanın hər hər hansı bir borcu olması göstərilmir.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
35. Maddə 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
36. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
37. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
38. Maddə 739.1. (əvvəlki redaksiya) Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
39. Maddə 739.2. (əvvəlki redaksiya) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 42.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 43.Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 44.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 45.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 46.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə, kassasiya məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanıldı.
Kassasiya məhkəməsinin hüquqi mövqeyi
49. Kassasiya məhkəməsi, apellyasiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmiş və işdə, cavabdeh İlhamə Feyzullayevanın kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
50. Cavabdeh İlhamə Feyzullayeva kassasiya şikayətində apellyasiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
51. Belə ki, apellyasiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh İlhamə Feyzullayeva müvafıq xəbərdarlıqlara baxmayaraq kredit ödənişlərini gecikdirmiş və bu səbəblə onun iddiaçı Banka əsas borc üzrə 4.425,05 manat, müqavilə müddəti üçün (##.##.2017-##.##.2022-ci il) faiz borcu üzrə 2.488,61 manat, kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 636,23 manat borcu yaranmışdır.
52. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi cavabdeh İlhamə Feyzullayevanın hərəkətlərini öhdəliyin lazımınca icra etməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur. Belə ki, cavabdeh İlhamə Feyzullayeva kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişdir.
53. Apellyasiya məhkəməsi, cavabdeh İlhamə Feyzullayevanın borcunun olmaması ilə bağlı dəlilini əsassız hesab etmişdir. Belə ki, iddiaçının tələb etdiyi borc məbləğinin (##.##.2017-ci il tarixli əlavə saziş üzrə) tam ödənilməsinə dair hər hansı sübut məhkəməyə təqdim olunmamışdır.
54. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, apellyasiya şikayətində istinad edilən devalvasiya hallarının kredit öhdəliyinin icrasına təsiri hüquqi baxımdan borcun mövcudluğunu və ya həcmini aradan qaldıran əsas kimi qiymətləndirilə bilməz. Kredit münasibətləri tərəflər arasında bağlanmış müqavilə şərtlərinə uyğun olaraq icra edilməli öhdəliklərdən ibarət olub, valyuta məzənnəsində baş verən dəyişikliklər müqavilə öhdəliklərinin icrasını istisna etmir və borcun ləğvinə əsas vermir.
55. Apellyasiya şikayətində göstərilən ödənişlərin vaxtında həyata keçirilməsi ilə bağlı dəlillər iş materiallarında olan maliyyə arayışı və hesablamalarla təkzib olunur. Həmçinin mülki iş materialları ilə müəyyən edilmişdir ki, cavabdeh İlhamə Feyzullayeva kredit üzrə öhdəlikləri müəyyən dövr ərzində icra etsə də, sonradan ödəniş intizamının pozulması nəticəsində əsas borc, faizlər və müqavilə üzrə nəzərdə tutulan digər ödənişlər üzrə gecikmə yaranmışdır. Bu baxımdan, təqdim edilən ayrı-ayrı ödəniş qəbzləri ümumi borcun mövcudluğunu istisna etmir.
56. “Problemli kreditlər” və kompensasiya mexanizmi ilə bağlı istinadlar da iddia tələbinin hüquqi əsasını dəyişdirmir. Belə ki, müvafiq dövlət proqramları və kompensasiya ödənişləri borcun tam bağlanmasını avtomatik təmin etmir, yalnız qanunvericilikdə nəzərdə tutulan qaydada müəyyən hissələrin qarşılanmasına xidmət edir. İş materiallarında olan Mərkəzi Bank məlumatları da göstərir ki, mübahisə predmeti olan kredit üzrə əsas borc qalığı müəyyən edilmiş tarixə mövcud olmuşdur.
57. Apellyasiya şikayətində məhkəmənin sübutların araşdırılması ilə bağlı irəli sürülən dəlilləri də əsaslı hesab edilmir. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş maliyyə sənədlərini, kredit və əlavə sazişləri, habelə tərəflərin izahatlarını hüquqi baxımdan qiymətləndirərək düzgün nəticəyə gəlmişdir. Məhkəmənin sübutların qiymətləndirilməsində prosessual qanunvericiliyin tələblərini pozduğu müəyyən edilmir. Kredit müqaviləsinin tarixinin düzgün göstərilməməsi ilə bağlı irəli sürülən dəlil isə işin nəticəsinə təsir etmir. Sözügedən hal texniki xarakterli uyğunsuzluq olmaqla, müqavilə münasibətlərinin mövcudluğunu, tərəflərin hüquq və vəzifələrini və borcun yaranma əsasını aradan qaldırmır.
58. Apellyasiya məhkəməsi apellyasiya baxışı zamanı əldə edilmiş AR Mərkəzi Bankının ##.##.2026-cı il tarixli rəsmi məktubuna hüquqi qiymət verərək qeyd etmişdir ki, həmin məktubda əks olunan məlumatlar mübahisənin predmeti olan kredit öhdəliyinin mövcudluğunu və həcmini inkar etmir, əksinə cavabdeh İlhamə Feyzullayeva ##.##.2017-ci il tarixli kredit müqaviləsi üzrə ##.##.2019-cu il tarixə əsas borc qalığının 4.425,05 manat təşkil etdiyini inkar etməmişdir. Bu hal, apellyasiya şikayətində irəli sürülən borcun kompensasiya mexanizmi və dövlət proqramı çərçivəsində tam ödənilməsi barədə dəlillərin hüquqi və faktiki əsasdan məhrum olduğunu göstərir.
59. Eyni zamanda, məktubdan görünən kompensasiya məbləğinin hesablanması və onun bir hissəsinin kredit öhdəliyinin qarşılanmasına yönəlməsi faktı belə, kredit müqaviləsi üzrə qalan borcun tam bağlanmasını təsdiq etmir və borcun icrasını avtomatik olaraq aradan qaldıran hüquqi nəticə yaratmır. Kompensasiya mexanizmi öz mahiyyətinə görə yalnız müəyyən hissənin qarşılanmasına yönəlmiş sosial-iqtisadi tədbir olmaqla, mülki-hüquqi öhdəliyin ləğv edilməsi kimi şərh edilə bilməz.
60. Bundan əlavə, “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 3.3-cü bəndinin məzmununa görə, dövlət kompensasiyası yalnız bank tərəfindən qarşılanmayan hissə üzrə tətbiq edilir və kredit təşkilatının qarşılamış olduğu məbləğ həcmində dövlət öhdəliyi mütənasib olaraq azalır. Bu isə onu göstərir ki, kompensasiya mexanizmi borcun tam silinməsinə deyil, yalnız bölüşdürülmüş ödəniş modelinə xidmət edir.
61. Göstərilənlərə əsasən, kassasiya məhkəməsi cavabdeh İlhamə Feyzullayevanın kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi
Q ə r a r a aldı: Cavabdeh Feyzullayeva İlhamə Arif qızının kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ##### 2026-cı il tarixli, *(*-*)- **/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.