Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-586/2026 17.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin ədalətli kompensasiyası, mənəvi zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:
1. Ünvan ünvanında yerləşən 0,04 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə ## ##### 2014-cü il tarixdə Iddiaçı adına qeydiyyata alınmışdır.
2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Iddiaçı cavabdeh Cavabdeh MTK-ya qarşı ona məxsus Ünvan ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin ərazisində cavabdeh Cavabdeh MTK tərəfindən inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi, iddiaçı Iddiaçı məxsus Ünvan ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin bilavasitə yaxınlığında ara məsafəsi nəzərdə tutulmadan cavabdeh Cavabdeh MTK tərəfindən inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi barədə iddia tələblərinin əsassız olduğu üçün təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, Iddiaçı mülkiyyət hüququ üzrə məxsus olan Ünvan ünvanında yerləşən 0,04 ha torpaq sahəsinə görə Cavabdeh MTK tərəfindən 300.000 manat kompensasiya verilməsi yolu ilə Iddiaçı torpaq üzərindəki mülkiyyət hüquqlarına xitam verilməsi və həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarına xitam verilməsi və həmin torpaq sahəsi üzərində Cavabdeh MTK-nın mülkiyyət hüquqlarının tanınması, qətnamənin bu hissədə Iddiaçı 300.000 manat kompensasiya verilməsi ilə onun Ünvan ünvanında yerləşən 0,04 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarına xitam verilməsi və həmin torpaq sahəsi üzərində Cavabdeh MTK-nın mülkiyyət hüquqlarının tanınması hissəsində eyni vaxtda icra edilməsi qət edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin olunması, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, ilkin və qarşılıqlı iddia tələblərinin təmin edilməməsi qət edilmiş, iddiaçıya pozulmuş mülkiyyət hüququnun əvəzi olaraq cavabdehə qarşı müvafiq pul kompensasiya tələbi ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.
4. Həmin iş üzrə alınmış Məhkəmə Ekspertizası Mərkəzinin ## ##### 2022-ci il tarixli ekspert rəyinə əsasən Ünvan ünvanında yerləşən iddiaçı Iddiaçı məxsus olan 0,04 ha torpaq sahəsinin bütövlüklə Cavabdeh MTK-ya yüksək mərtəbəli yaşayış binasının tikintisi üçün ayrılmış torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.
5. Məhkəmə Ekspertizası Mərkəzinin ## ####### 2022-ci il tarixli ekspert rəyinə əsasən Ünvan ünvanında yerləşən iddiaçı Iddiaçı məxsus olan 0,04 ha torpaq sahəsinin çoxmərtəbəli yaşayış binasına bitişik yerləşməsini, torpaq sahəsi üzərində inşa edilmiş tikilinin planlı yerləşməsini (torpaq sahəsinin mərkəzində yerləşir), tikilinin ətrafında boş qalan ərazinin konfiqurasiyasını (tikilinin üç tərəfində boş sahə qalmışdır) nəzərə alaraq, Iddiaçı məxsus olan 0,04 ha torpaq sahəsinin boş qalan hissəsində fərdi yaşayış evinin inşasının mümkün olmadığı müəyyən edilmişdir.
6. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin 18 və 57-ci bəndlərində göstərilmişdir ki, Bakı şəhəri Səbail rayon Icra Hakimiyyəti Başçısının Aparatının ## ##### 2021-ci il tarixli məktubunun kserosurətindən Səbail rayon Icra Hakimiyyəti Başçısının *** nömrəli, ## ####### 2017-ci il tarixli sərəncamına əsasən Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində yerləşən, uzun müddətli istismar nəticəsində yararsız hala düşərək, qəzalı vəziyyətdə olan XXX küçəsi, 10, 12, 14, 16, 18, 20, XXX 15, 17, 17A, 17B, 19 və XXX küçəsi, * nömrəli ünvanlarda yerləşən 1-4 mərtəbəli yaşayış binalarının söküntüsü Cavabdeh MTK tərəfindən yerinə yetirilərək, çoxmərtəbəli yaşayış binasının layihələndirilməsinə və tikintisinə icazə verilməsinin nəzərdə tutulması, Ünvan ünvanının sözügedən sərəncamda əhatə edilmədiyi müəyyən edilmişdir. Qətnamənin 59-60-cı bəndlərində ekspert rəylərinə əsasən iddiaçıya məxsus torpaq sahəsinin MTK-ya yüksək mərtəbəli yaşayış binasının tikintisi üçün ayrılmış torpaq sahəsi ilə üst-üstə düşməsinin müəyyən edilməsi, həmçinin, iddiaçıya məxsus torpaq sahəsinin çoxmərtəbəli yaşayış binasına bitişik yerləşməsini (torpaq sahəsinin mərkəzində yerləşir), tikilinin ətrafında boş qalan ərazinin konfiqurasiyasını (tikilinin üç tərəfində boş sahə qalmışdır) nəzərə alaraq fərdi yaşayış evinin inşasının mümkün olmamasının müəyyən edilməsi qeyd edilmişdir. Qətnamənin 71-72-ci bəndlərində iddiaçıya məxsus torpağın MTK-ya verilmiş sərəncamda əhatə edilməməsi səbəbindən MTK-nın iddiaçıya qarşı “mülkiyyət hüquqlarına xitam verilməsi və s.” barədə iddia tələbini irəli sürməyə subyektiv hüququnun olmaması qənaətinə gəlinmişdir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ## ### 2023-cü il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Iddiaçı sifarişi əsasında edilmiş “xxxx” MMC-nin ## ######## 2023-cü il tarixli qiymətləndirmə hesabatına əsasən ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin qiyməti 1.000.000 manat təşkil etmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
9. Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə və daha sonra Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qanunsuz qaydada zəbt edilmiş Ünvan ünvanında yerləşən, məqsədli istifadə növü fərdi yaşayış evinin tikintisi olan 0,04 ha torpaq sahəsinin bazar dəyərini təşkil edən 1.000.000 manat məbləğində vurulmuş maddi zərərin iddiaçıya ödənilməsi; iddiaçının mülkiyyətində olan torpaq sahəsinin qanunsuz zəbt edilməsi nəticəsində əldən çıxmış fayda qismində 50 aya görə iddiaçıya vurulmuş 100.000 manat məbləğində maddi zərərin ödənilməsi; iddiaçıya ona məxsus torpaq sahəsinin bazar dəyəri ödənilənə qədər (2-ci bənddə göstərilən məbləğ nəzərə alınmaqla) hər ay 2000 manat məbləğində əldə çıxmış fayda qismində maddi zərərin ödənilməsi; 50.000 manat məbləğində mənəvi zərərin ödənilməsi vəzifələrinin cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Iddia onunla əsaslandırılmışdır ki, Ünvan ünvanında yerləşən, məqsədli istifadə növü fərdi yaşayış evinin tikintisi olan 0,04 ha torpaq sahəsi iddiaçı Iddiaçı şəxsi mülkiyyətindədir. 2019-cu ilin yanvar ayından iddia ərizəsi verilən günə qədər iddiaçıya məxsus torpaq sahəsi cavabdeh Cavabdeh MTK tərəfindən zəbt edilmiş və MTK həmin sahədə yüksək mərtəbəli binalar ucaltmışdır. Iddiaçı ## ###### 2021-ci il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus Ünvan ünvanında yerləşən, 0,04 ha torpaq sahəsinin ərazisində cavabdeh Cavabdeh MTK tərəfindən inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi, ona məxsus Ünvan ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin bilavasitə yaxınlığında ara məsafə nəzərdə tutulmadan cavabdeh Cavabdeh MTK tərəfindən inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Öz növbəsində cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, Iddiaçı mülkiyyət hüququ üzrə məxsus olan Ünvan ünvanında yerləşən 0,04 ha torpaq sahəsinə görə Cavabdeh MTK tərəfindən 300.000 manat kompensasiya verilməsi yolu ilə Iddiaçı torpaq üzərindəki mülkiyyət hüquqlarına xitam verilməsini və həmin torpaq sahəsi üzərində Cavabdeh MTK-nın mülkiyyət hüquqları tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia rədd, qarşılıqlı iddia isə təmin edilmişdir. Iddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2022-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməmiş, iddiaçıya pozulmuş mülkiyyət hüququnun əvəzi olaraq cavabdehə qarşı müvafiq pul kompensasiya tələbi ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Iddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ## ### 2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, iddiaçının Ünvan ünvanında yerləşən, məqsədli istifadə növü fərdi yaşayış evinin tikintisi olan 0,04 ha torpaq sahəsinin iddiaçının mülkiyyətində olması, həmin torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilməsi və iddiaçıya kompensasiya ödənilməli olması işin mübahisəsiz hissəsidir. Iddiaçı cavabdeh tərəfindən ona vurulmuş maddi ziyanı aşağıdakı kimi qiymətləndirir: “xxxx” MMC tərəfindən verilmiş ## ######## 2023-cü il tarixli daşınmaz əmlakın bazar dəyəri ilə bağlı arayışa əsasən Ünvan ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin ## ######## 2023-cü il tarixinə bazar dəyəri 900.000 manat təşkil edir. Həmçinin, “xxxx” MMC-nin ## ######## 2023-cü il tarixli qiymətləndirmə hesabatına əsasən Ünvan ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin qiyməti 1.000.000 manat təşkil edir. Bundan başqa, cavabdeh 2019-cu ildən başlayaraq iddiaçıya 1 qəpik belə ödəmədən ona məxsus torpaq sahəsindən istifadə edir. Iddiaçı mülkiyyətində olan sahədə yaşayış evi tikərək həmin evi kirayə vermək niyyətində idi. Hazırda həmin sahədə fərdi yaşayış evləri ayda ən azı 2000 manat müqabilində kirayəyə verilir. Iddiaçı onun hüquqlarının pozulması barədə iddia ilə ## ###### 2021-ci ildə məhkəməyə müraciət etmişdir. Hazırda cavabdeh iddiaçıya 24 ay üzrə (2021-ci il üzrə 11 ay, 2022-ci il üzrə 12 ay, 2023-ci il üzrə 1 ay) əldən çıxmış faydanın əvəzi olaraq 48.000 manat pul ödəməlidir. Cavabdeh iddiaçının torpağını qanunsuz qaydada zəbt etmiş, iddiaçı məhkəməyə müraciət edənə qədər onunla görüşməyə belə razılıq verməmişdir. Həmçinin, cavabdehin nümayəndələri iddiaçıya “sən bilirsən bura kimin obyektidir”, “sənə 1 qəpik belə verilməyəcək”, “nə edirsən, et” deyərək onu alçaltmışlar və özünü müdafiəsiz hiss etməyə müvəffəq olmuşlar. Iddiaçı cavabdehin özbaşına hərəkətləri nəticəsində mənəvi zərərə məruz qalmışdır. Iddiaçı ona vurulmuş mənəvi zərəri 50.000 manat məbləğində dəyərləndirir. Cavabdehin bildirdiyinə görə iddiaçıya məxsus torpaq sahəsi onun tərəfindən dövlət tərəfindən edilən sifariş əsasında zəbt edilmişdir. Həmçinin, yerli məhkəmələr də bu qənaətə gəlmişlər ki, iddiaçının torpağının üzərində tikilmiş yaşayış binalarında onlarla Azərbaycan Respublikası vətəndaşı məskunlaşıb ki, onların həmin sahədən çıxarılması yolverilməzdir. Odur ki, hazırkı iş üzrə iddiaçıya dair “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının qanunun verdiyi təminatlar da tətbiq edilməlidir.
11. Birinci instansiya məhkəməsində cavabdeh Cavabdeh MTK-nın nümayəndəsi, vəkil vəkil3 iddiaya etiraz edərək bildirmişdir ki, bu ərazidə mənzil olmamışdır, bu səbəbdən kirayə verilməsi məsələsi absurddur. Əmlak yenidən qiymətləndirilməlidir. Iddiaçı tərəf torpağın qiymətini şişirtmişdir. Bu torpaq sahəsi heç düz ərazidə də deyil, yoxuş formasında torpaqdır. Iddiaçıya 4 sot torpaq da verə bilərlər, danışıqlar aparıla bilər. Iddiaçıya təklif edilmişdir ki, bu torpağın üzərindəki tikilini sökərək əvvəlki vəziyyətdə ona təhvil verilsin, amma bu təklifi iddiaçı qəbul etmir. MTK bu torpağı çəpərləmiş və bir hissəsini də istifadə etmişdir. Amma hazırda torpağı iddiaçıya qaytarmağa hazırdırlar. Iddiaçının 0,4 ha torpağına qarşılıq 0,6 ha torpağı təklif edirlər, üzərində tikili də var, onu da verirlər. Ədalətli kompensasiya da aylıq 400 manat və ya üçüncü təklifləri isə torpağı qaytarmadan iddiaçıya 300000 manat kompensasiya verilməsidir.
12. Iddiaçı Iddiaçı sifarişi əsasında verilmiş “xxxx” MMC-nin ## ###### 2024-cü il tarixli mütəxəssis rəyinə əsasən Iddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinə dair ## ###### 2020-ci il tarixdən ## ###### 2024-cü il tarixədək olan dövr üzrə əldən çıxmış faydanın dəyəri (məbləği) 114.000 manat təşkil edir.
13. Məhkəmənin qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş, “xxxx” MMC-nin ## ###### 2024-cü il tarixli qiymətləndirmə hesabatına əsasən ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin ## ###### 2024-cü il tarixə ilkin vəziyyətdə (tikili və yaxşılaşdırmalar aparılmamışdan əvvəlki vəziyyət) orta bazar qiyməti 618000 manat, cari vəziyyətdə (tikili və yaxşılaşdırmalar aparıldıqdan sonra, torpaq sahəsinin satışını mümkünsüz və qeyri-likvid olduğu vəziyyət) ## ###### 2024-cü il tarixə orta bazar qiyməti 260000 manat, ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin ## ###### 2024-cü il tarixə ilkin vəziyyətdə orta aylıq icarə haqqının qiyməti 1113 manat təşkil edir.
14. Məhkəmənin qərardadı ilə iş üzrə komisyon qiymətləndirmə təyin edilmiş, Azərbaycan Qiymətləndiricilər Palatasının ## #### 2025-ci il tarixli qiymətləndirmə hesabatına əsasən aparılmış təhlil və hesablamaların nəticəsi olaraq ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin ## #### 2025-ci il tarixinə satış bazar dəyəri 614000, orta aylıq icarə bazar dəyəri 2000 manat təşkil edir.
15. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim G.Abidova) iddia qismən təmin edilərək, cavabdeh Cavabdeh MTK-dan 669.650 manat məbləğində maddi zərərin əvəzi, həmçinin, 2025-ci ilin aprel ayından torpaq sahəsinin orta bazar qiyməti (614.000 manat) ödənilənədək keçən hər aya görə 2.000 manat məbləğində icarə haqqının (əldə çıxmış fayda – maddi zərər) alınaraq iddiaçı Iddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
16. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddia tələbinin qismən təmin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, iddia tələbinin “qanunsuz qaydada zəbt edilmiş Ünvan ünvanında yerləşən, məqsədli istifadə növü fərdi yaşayış evinin tikintisi olan 0,04 ha torpaq sahəsinin bazar dəyərini təşkil edən 1.000.000 manat məbləğində vurulmuş maddi zərərin iddiaçıya ödənilməsi” hissəsi ilə əlaqədar məhkəmə ilk öncə qeyd etməyi zəruri saymışdır ki, iddiaçının belə tələblə məhkəməyə müraciət etmək hüququnun olması qanuni qüvvəsini alaraq hazırkı iş üzrə preyudisiya təşkil edən Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2022-
17. qətnaməsi ilə ona izah olunmuşdur. Məhz həmin qətnamə ilə MTK-nın iddiaçının ci il tarixli xüsusi mülkiyyətində olan torpaq sahəsinin mərkəzində yaşayış kompleksinin müvafiq hissəsini (yardımçı tikili olan qazanxana və s.) tikib başa çatdırması, lakin həmin torpaq sahəsinin MTK-ya verilmiş müvafiq sərəncamla əhatə edilməməsi müəyyən edilmişdir. Qətnamədə, həmçinin, qeyd olunmuşdur ki, müvafiq ekspert rəyinə əsasən torpaq sahəsinin boş qalan hissəsində fərdi yaşayış evinin inşası mümkün deyildir. Deməli, cavabdehin heç bir qanuni, hüquqi və müqavilə əsası olmadan iddiaçını öz xüsusi mülkiyyətində olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını həyata keçirmə imkanından məhrum etməsi hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmiş mübahisəsiz haldır. Qeyd olunmalıdır ki, qanunvericiliyin tələbinə görə qanuni qüvvəsini almış qətnamə ilə müəyyən edilmiş hallar sonradan tərəflərin mübahisələndirə bilmədiyi, habelə iddia edən tərəfin sübut etməkdən azad olduğu hallardandır. Buna görə də məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən heç bir qanuni, hüquqi və müqavilə əsası olmadan məhrum edildiyi torpaq sahəsinə görə kompensasiya ödənilməsi tələbi ilə məhkəməyə müraciət edən iddiaçının bu tələbə subyektiv hüququnun olması mübahisəsizdir.
18. Heç bir qanuni, hüquqi və müqavilə əsası olmadan məhrum edildiyi torpaq sahəsinə görə iddiaçının cavabdehdən tələb etdiyi kompensasiya məbləğinin ədalətli kompensasiya olub-olmaması ilə bağlı isə qeyd edilməlidir ki, iddiaçı tələb etdiyi 1.000.000 manat məbləğində kompensasiyanı məhz öz sifarişi əsasında tərtib edilmiş “xxxx” MMC-nin ## ######## 2023cü il tarixli qiymətləndirmə hesabatı ilə əsaslandırır. Bu məbləğ məhkəmə araşdırmaları zamanı mübahisələndirildiyindən, iş üzrə əmtəəşünaslıq ekspertizası təyin edilsə də, Məhkəmə Ekspertizası Mərkəzi ekspertizanın aparılmasından imtina etmiş, belə olan halda həmin qərardad icra edilməsi üçün Azərbaycan Qiymətləndiricilər Palatasının üzvü olan, qiymətləndiricilərin rəsmi reyestrində qeydə alınmış digər bir qiymətləndirici təşkilat olan “xxxx” MMC-yə göndərilmişdir. Həmin MMC tərəfindən verilmiş ## ###### 2024-cü il tarixli qiymətləndirmə hesabatı ilə isə iddiaçıya məxsus torpaq sahəsinin ilkin vəziyyətdə (tikili və yaxşılaşdırmalar aparılmamışdan əvvəlki vəziyyət) orta bazar qiymətinin 618.000 manat, cari vəziyyətdə (tikili və yaxşılaşdırmalar aparıldıqdan sonra, torpaq sahəsinin satışının mümkünsüz və qeyri-likvid olduğu vəziyyət) isə orta bazar qiymətinin 260.000 manat təşkil etməsi müəyyən edilmişdir. Həm iddiaçının sifarişi əsasında ## ######## 2023-cü il tarixli hesabatı tərtib edən “xxxx” MMC, həm də məhkəmənin xahişi ilə ## ###### 2024-cü il tarixli hesabatı tərtib edən “xxxx” MMC eyni statusa malik, qiymətləndirici təşkilat kimi rəsmi reyestrdə qeydə alınan 2 müxtəlif təşkilat olduğundan, məhkəmə bu rəylər arasındakı aşkar fərqin araşdırılması və hansının daha düzgün olmasının müəyyən edilməsi məqsədilə həmin təşkilatların üzv olduğu Azərbaycan Qiymətləndiricilər Palatasının Intizam Komissiyasının Ekspertlər Şurasına müraciət etmişdir. Məhz Palata tərəfindən təqdim edilmiş ## #### 2025-ci il tarixli qiymətləndirmə hesabatında torpaq sahəsinin satış bazar dəyərinin 614.000 manat olması müəyyən edilmişdir. Bununla da, hazırkı iş üzrə “xxxx” MMC tərəfindən iddiaçının sifarişi əsasında və daha əvvəlki tarixlərdə tərtib edilmiş ## ######## 2023-cü il tarixli qiymətləndirmə hesabatının real qiyməti əks etdirmədiyi aşkar olunmuşdur. Buna görə də məhkəmə sözügedən təşkilat tərəfindən təqdim edilmiş həmin qiymətləndirmə hesabatının birtərəfli tərtib edilməsi qənaətinə gələrək, həmin hesabatı hazırkı iş üzrə mötəbər sübut kimi qiymətləndirmir. “xxxx” MMC ilə Azərbaycan Qiymətləndiricilər Palatasının verdiyi hesabatlarda bir-birinə yaxın məbləğlər əks olunduğundan, “xxxx” MMC-nin iş üzrə verdiyi hesabatın mötəbər sayılmaması üçün heç bir əsas müəyyən edilmir. Lakin məhkəmə hesab etmişdir ki, sözügedən təşkilatın da üzv olduğu qurumun məhz özü tərəfindən verilmiş hesabatın tələbin bu hissəsi üzrə əsas götürülməsi daha obyektiv, ədalətli və məqsədə müvafiq nəticə olacaqdır.
19. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, cavabdeh Cavabdeh MTK-dan 614.000 manat məbləğində maddi zərərin əvəzi alınaraq iddiaçı Iddiaçı verilməlidir.
20. Tələbin bu hissəsi ilə bağlı cavabdehin vəkili-nümayəndəsinin hazırkı məhkəmə iclasında səsləndirdiyi “torpaq sahəsindəki tikilinin növbəti 3-4 ay ərzində sökülməsi ilə torpağın iddiaçıya qaytarılması” təklifinə münasibətdə isə qeyd edilməlidir ki, əvvəla, bu təklifi iddiaçı qəbul etmir. Ikincisi və ən əsası isə, tərəflər arasında əvvəllər olmuş məhkəmə mübahisəsi üzrə qəbul edilmiş, hazırkı mülki işin materiallarına əlavə edilmiş, preyudisial əhəmiyyət daşıyan qətnamə ilə bunun böyük iqtisadi xərclər tələb etməsi və qanuni gözləntiləri olan digər vətəndaşların mülkiyyət hüquqlarının pozulması ilə nəticələnəcəyi faktı qəti olaraq təsbit edilmişdir. Maraqlısı odur ki, əvvəlki işdə iddiaçı cavabdehin hazırkı təklifinə analoji olan tələbini irəli sürərkən cavabdeh həmin tələbi qəbul etməyərək, öz növbəsində iddiaçının hazırkı tələbinə analoji olan qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin bütün bu hərəkətləri, məhz elə hazırkı təklifi müddəti bir az da uzatmaq, yaranmış vəziyyətdən sui-istifadə etmək niyyəti daşıyır. Əks halda, özünün də tərəf olduğu işdə çıxarılmış qətnamə ilə məsələnin bu yolla həllinin mülki dövriyyənin sabitliyinin pozulması ilə nəticələnəcəyinin təsbit edilməsinə məhəl qoymadan vəkil-nümayəndə hazırkı məhkəmə iclasında bu təklifi səsləndirməzdi.
21. Iddia tələbinin “iddiaçının mülkiyyətində olan torpaq sahəsinin qanunsuz zəbt edilməsi nəticəsində əldən çıxmış fayda qismində 50 aya görə iddiaçıya vurulmuş 100.000 manat məbləğində maddi zərərin ödənilməsi” hissəsi ilə bağlı isə qeyd edilməlidir ki, əvvəlki bəndlərdə də göstərildiyi kimi, cavabdehin heç bir qanuni, hüquqi və müqavilə əsası olmadan iddiaçını öz xüsusi mülkiyyətində olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını həyata keçirmə imkanından məhrum etməsi hazırkı iş üzrə mübahisəsiz haldır. Cavabdeh bunu iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin ona verilmiş müvafiq sərəncamla əhatə edilmədiyi halda, həmin torpağın mərkəzində yaşayış kompleksinin müvafiq hissəsini (yardımçı tikili olan qazanxana və s.) tikib başa çatdırmaqla həyata keçirmişdir. Beləliklə, cavabdeh heç bir əvəz ödəmədən iddiaçının torpağından faydalanmış və onun hesabına əsassız varlanmışdır. Cavabdehin hazırkı məhkəmə iclasında iştirak edən vəkili-nümayəndəsi də torpaq sahəsindən istifadə edilmiş dövrlər üzrə hər ay üçün iddiaçıya 400 manat kompensasiya ödəməyi təklif etməklə faktiki olaraq cavabdehin iddiaçının əmlakından əsassız faydalanaraq varlandığını və iddiaçının bu tələblə məhkəməyə müraciət etmək hüququnun olduğunu qəbul etmişdir. Məhkəmə hesab etmişdir ki, xüsusi mülkiyyətində olan torpaq sahəsindən əsassız məhrum olması nəticəsində iddiaçı yuxarıda göstərilən real maddi zərərlə yanaşı, əldən çıxmış fayda qismində də maddi zərərə uğramışdır. Iddiaçı əvvəlki iddia tələbi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə ## ###### 2021-ci il tarixdə müraciət etdiyindən hazırda iddia etmişdir ki, əldən çıxmış fayda üçün müddətin başlanğıcı 2021-ci ilin fevral ayından hesablanmalıdır. Məhkəmə iddiaçının bu dəlilini haqlı saymışdır.
22. Əldən çıxmış fayda ilə bağlı ədalətli məbləğin müəyyənləşdirilməsi ilə əlaqədar isə qeyd edilməlidir ki, göründüyü kimi, iddiaçı 1 aya görə 2.000 manat məbləğində kompensasiya tələb edir və öz sifarişi ilə “xxxx” MMC tərəfindən tərtib edilmiş ## ###### 2024-cü il tarixli mütəxəssis rəyini məhkəməyə təqdim etmişdir. Həmin rəydə torpaq üzrə əldən çıxmış fayda kimi 1 aya görə 3.000 manat müəyyənləşdirilmişdir. Bu məbləğ də məhkəmə araşdırmaları zamanı mübahisələndirildiyindən, bir daha qeyd olunur ki, iş üzrə əmtəəşünaslıq ekspertizası təyin edilməsinə baxmayaraq, Məhkəmə Ekspertizası Mərkəzi ekspertizanın aparılmasından imtina etmişdir. Belə olan halda həmin qərardad icra edilməsi üçün Azərbaycan Qiymətləndiricilər Palatasının üzvü olan, qiymətləndiricilərin rəsmi reyestrində qeydə alınmış digər bir qiymətləndirici təşkilat olan “xxxx” MMC-yə göndərilmişdir. Həmin MMC tərəfindən verilmiş ## ###### 2024-cü il tarixli qiymətləndirmə hesabatı ilə isə torpaq sahəsinin ilkin vəziyyətdə orta aylıq icarə haqqının qiymətinin 1113 manat təşkil etməsi müəyyən edilmişdir. Həm iddiaçının sifarişi əsasında ## ###### 2024-cü il tarixli mütəxəssis rəyini tərtib edən “xxxx” MMC, həm də məhkəmənin xahişi ilə ## ###### 2024-cü il tarixli hesabatı tərtib edən “xxxx” MMC eyni statusa malik, qiymətləndirici təşkilat kimi rəsmi reyestrdə qeydə alınan 2 müxtəlif təşkilat olduğundan, məhkəmə bu rəylər arasındakı əsaslı fərqin araşdırılması və hansının daha düzgün olmasının müəyyən edilməsi məqsədilə həmin təşkilatların üzv olduğu Azərbaycan Qiymətləndiricilər Palatasının Intizam Komissiyasının Ekspertlər Şurasına müraciət etmişdir. Palata tərəfindən təqdim edilmiş ## #### 2025-ci il tarixli qiymətləndirmə hesabatında torpaq sahəsinin orta aylıq icarə bazar dəyərinin 2000 manat olması müəyyən edilmişdir. Bununla da, hazırkı iş üzrə “xxxx” MMC tərəfindən iddiaçının sifarişi əsasında tərtib edilmiş ## ###### 2024-cü il tarixli mütəxəssis rəyinin real qiyməti əks etdirmədiyi aşkar olunmuşdur. Buna görə də məhkəmə sözügedən təşkilat tərəfindən təqdim edilmiş həmin mütəxəssis rəyinin birtərəfli tərtib edilməsi qənaətinə gələrək, həmin hesabatı hazırkı iş üzrə mötəbər sübut kimi qiymətləndirmir. “xxxx” MMC ilə Azərbaycan Qiymətləndiricilər Palatasının verdiyi hesabatlarda bir-birinə yaxın məbləğlər əks olunduğundan, “xxxx” MMC-nin iş üzrə verdiyi hesabatın mötəbər sayılmaması üçün heç bir əsas müəyyən edilmir. Buna görə də məhkəmə hesab etmişdir ki, iddiaçının tələbinin 50 aylıq hissəsinə münasibətdə “xxxx” MMCnin hesabatında göstərilən məbləğin əsas götürülməsi daha obyektiv, ədalətli və məqsədə müvafiq nəticə olacaqdır.
23. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, tələb bu hissədə də qismən təmin edilməli, cavabdeh Cavabdeh MTK-dan 2021-ci ilin fevral ayından 2025-ci ilin aprel ayınadək (50 ay üçün) keçən müddətdə əldə çıxmış fayda qismində 55.650 manat (1.113 manat x 50 ay) məbləğində maddi zərərin əvəzi alınaraq iddiaçı Iddiaçı verilməlidir.
24. Iddia tələbinin “iddiaçıya ona məxsus torpaq sahəsinin bazar dəyəri ödənilənə qədər hər ay 2.000 manat məbləğində əldə çıxmış fayda qismində maddi zərərin ödənilməsi” hissəsinə münasibətdə məhkəmə hesab etmişdir ki, iddiaçı bu tələbində tamamilə haqlıdır. Çünki torpaq sahəsinin hazırkı qətnamə ilə müəyyən edilmiş bazar dəyəri tam ödənilənə qədər iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsindən əsassız məhrum olması halı davam edəcək. Başqa sözlə, cavabdeh torpaq sahəsinə görə ədalətli kompensasiyanı iddiaçıya ödəyənə qədər iddiaçının mülkiyyət hüquqlarının pozulmasına son qoyulmayacaq, bu da öz növbəsində iddiaçının əldən çıxmış fayda qismində maddi zərərə uğraması ilə nəticələnəcək.
25. Məhkəmə tələbin bu hissəsində göstərilmiş məbləğlə bağlı isə əvvəlki bəndlərdə nümayiş etdirdiyi mövqeyə əsasən, həmçinin, tələbin başlanğıc tarixinin hesabatın verilmə tarixi ilə yaxın tarixlər olmasını nəzərə alaraq, 2025-ci ilin aprel ayından əldən çıxmış fayda kimi tutulmalı olan məbləğin Azərbaycan Qiymətləndiricilər Palatasının ## #### 2025-ci il tarixli qiymətləndirmə hesabatında göstərilən 2.000 manatla hesablanmasının daha obyektiv, ədalətli və mütənasib olacağını hesab etmişdir.
26. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, tələb bu hissədə təmin edilməli, cavabdeh Cavabdeh MTK-dan 2025-ci ilin aprel ayından torpaq sahəsinin orta bazar qiyməti (614.000 manat) ödənilənədək keçən hər aya görə 2.000 manat məbləğində icarə haqqı (əldə çıxmış fayda – maddi zərər) alınaraq iddiaçı Iddiaçı verilməlidir.
27. Burada cavabdehin “torpaq sahəsinin istifadə olunduğu hər ay üzrə 400 manat məbləğində əldən çıxmış faydanın ödənilməsi” təklifi ilə bağlı isə qeyd edilməlidir ki, onun bu təklifi real məbləğdən qat-qat aşağı olduğundan və iddiaçının qanunla qorunan maraqlarına zidd olduğundan, cavabdehin iddianı qismən qəbul etmək mahiyyətində olan bu təklifi (qismən etiraf) iddiaçı tərəfindən qəbul edilməməklə yanaşı, məhkəmə tərəfindən də qeyri-mütənasib kimi qiymətləndirilmişdir.
28. Iddia tələbinin “mənəvi zərərin ödənilməsi” hissəsi ilə əlaqədar məhkəmə hesab etmişdir ki, hazırkı işdə cavabdeh tərəfindən törədilən əməl nəticəsində iddiaçının maddi zərərə uğraması faktı sübuta yetirilsə də, bu hərəkətlər nəticəsində iddiaçının mənəvi zərər çəkməsi müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun mövqeyinə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı və s.) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Hazırkı işdə isə cavabdehin hüquqazidd əməli nəticəsində iddiaçının hər hansı qeyri-əmlak hüquqlarının pozulması deyil, məhz iqtisadi məzmun və dəyər kəsb edən mülkiyyət hüququnun pozulması müəyyən edilir. Buna görə də məhkəmə hesab etmişdir ki, tələbin bu hissəsinin təmin edilməsi üçün əsaslar yoxdur.
29. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5, 6, 14, 21, 140, 152, 157, 459, 1091, 1092, 1096, 1097, 1115-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2022-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
30. Iddiaçı Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
31. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçıya dəymiş maddi zərərin məbləğini müəyyən edərkən, iş üzrə mövcud olan rəylərdən ən aşağı məbləği nəzərdə tutan rəyləri əsas götürmüşdür ki, bu hal məhkəmənin cavabdehin maddi məsuliyyətini yüngüləşdirməsinə çalışdığına dəlalət edir. “xxxx” MMC-nin ## ###### 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Iddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinə dair ## ###### 2020-ci il tarixdən ## ###### 2024-cü il tarixədək olan dövr üzrə əldən çıxmış faydanın dəyəri (məbləği) 114.000 manat təşkil edir. Bu o deməkdir ki, bu rəylə həmin torpaq sahəsinin bir aylıq icarə haqqının qiyməti 3000 manat təşkil etdiyi müəyyən edilmişdir (114.000÷38 ay=3000). Məhkəmə 2025-ci ilin aprel ayına qədər sözügedən torpaq sahəsinin icarə haqqının 1113 manat olmasını bildirmiş, lakin yerdə qalan digər rəylərdəki qiymətləri nəzərə almamışdır. Iddiaçı, torpaq sahəsinin mülkiyyətçisi kimi ona məxsus sahəni cavabdehə məhz aylıq olaraq 2.000 manata icarəyə vermək hüququna malik idi. Həmçinin nəzərə alsaq ki, iş üzrə torpaq sahəsinin aylıq icarə haqqının 3.000 manat təşkil etməsi barədə rəy var, iddiaçının hər ay üçün 2000 manat tələb etməsi, hüquqdan sui-istifadə kimi yozula bilməz. ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin bazar dəyərinə münasibətdə isə qeyd edilmişdir ki, “xxxx” MMC-nin ## ######## 2023-cü il tarixli, ***-**/**-SR/** nömrəli qiymətləndirmə hesabatından görünür ki, bazar araşdırması metodundan istifadə etməklə aparılmış qiymətləndirmə əsasında, ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin qiyməti 1.000.000 manat təşkil etmişdir. “xxxx” MMC-nin ## ###### 2024-cü il tarixli MB **/**** nömrəli qiymətləndirmə hesabatından görünür ki, ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin ## ###### 2024-cü il tarixə ilkin vəziyyətdə (tikili və yaxşılaşdırmalar aparılmamışdan əvvəlki vəziyyət) orta bazar qiyməti 618.000 manat təşkil etmişdir. Azərbaycan Qiymətləndiricilər Palatasının ## #### 2025-ci il tarixli AQP-**/** nömrəli qiymətləndirmə hesabatından görünür ki, aparılmış təhlil və hesablamaların nəticəsi olaraq ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin ## #### 2025-ci il tarixinə satış bazar dəyəri 614.000 manatdır. Göründüyü kimi, məhkəmə torpağın bazar qiymətini də müəyyən edərkən cavabdehin halını yüngüləşdirən ən aşağı həddə olan məbləği nəzərə almışdır. Hazırkı işdə cavabdehin hüquqazidd əməli nəticəsində iddiaçının hər hansı qeyri-əmlak hüquqlarının pozulması deyil, məhz iqtisadi məzmun və dəyər kəsb edən mülkiyyət hüququnun pozulması müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, tələbin bu hissəsinin təmin edilməsi üçün əsaslar yoxdur”. Məhkəmə yəqin ki, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” ## ### 2002-ci il tarixli Qərarını nəzərdə tutur ki, həmin qərarda deyilir: “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir”. Daha sonra qərarda deyilir: “Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir”. Göründüyü kimi Konstitusiya məhkəməsinin sözügedən qərarı ilə mülkiyyət hüququ kobudcasına pozulmuş şəxsin mənəvi zərərlə bağlı məhkəməyə müraciət etmək hüququnun olmaması müəyyən edilmir. Əksinə, Konstitusiya Məhkəməsi hüququ pozulmuş istənilən şəxsin mənəvi zərər tələb etmək hüququnu təsbit etmişdir. Artıq 5 ildən artıq müddətdir ki, cavabdeh iddiaçının torpağını qanunsuz qaydada zəbt etmiş və sonuncu məhkəməyə müraciət etməyənə qədər, onunla görüşməyə belə razılıq verməmişdir. Iddiaçı zəbtdən sonra cavabdehin nümayəndəsi ilə görüşməyə cəhd etdikdə, “sən bilirsən bura kimin obyektidir”, “sənə 1 qəpik belə verilməyəcək”, “nə edirsən et”, “sən kimsən axı” kimi aşağılayıcı rəftarla üzləşmiş, indiyə qədər özünü müdafiəsiz, yazıq və biçarə hiss etmişdir. Illərdir ki, iddiaçı məhkəmələrdə sürünür, üzləşdiyi vahiməli özbaşınalıqdan sarsıntı və stress keçirir.
32. Həmçinin, cavabdeh Cavabdeh MTK apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
33. Həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, mübahisəni həll edərkən maddi hüquq normalarını düzgün tətbiq etməməklə yanaşı ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında düzgün olaraq həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipləri pozmuşdur. Belə ki, məhkəmə işinin gedişatı zamanı cavabdeh tərəfindən ərizə ilə məhkəməyə müraciət edilərək barışığa və torpaq sahəsinin iddiaçıya geri qaytarılmasına razı olduqları və bu səbəbdən də iddianın heç bir mahiyyəti qalmadığından iddia tələbinin rədd edilməsi barədə ərizə verilsə də, məhkəmə bu ərizəyə məhəl belə qoymamışdır. Məhkəmə tərəfindən qərar qəbul edilərkən iş materiallarında olan sübutlara nəzər yetirilməmişdir. Belə olan halda isə işdə cavabdeh olan Cavabdeh MTK-nın hüquqları kobud şəkildə pozulmuşdur. Müxtəlif ekspert rəyləri alınmış, lakin məhkəmə heç bir əsas göstərmədən ən yüksək qiymətli rəy əsasında qərar qəbul etmişdir.
34. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim M.Rüstəmlinin sədrliyi və məruzəsi ilə, hakimlər F.Qasımov və G.Axundova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
35. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iş materialları ilə müəyyən edilmişdir ki, ## ##### 2014-cü il tarixdən iddiaçının mülkiyyətində olan Ünvan ünvanında yerləşən 0,04 ha torpaq sahəsində cavabdeh tərəfindən həmin ərazidə inşa edilmiş yaşayış kompleksinə aid yardımçı tikili inşa edilmişdir.
36. Iddiaçı daha əvvəl həmin tikilinin cavabdehin hesabına sökülməsi barədə məhkəmədə iddia qaldırsa da, onun iddiası təmin edilməmiş və ona pozulmuş mülkiyyət hüququnun əvəzi olaraq cavabdehə qarşı torpaq sahəsinin dəyərinə müvafiq pul kompensasiyası tələbi ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmin iş üzrə cavabdehin iddiaçıya 300.000 manat kompensasiya verilməsi yolu ilə torpaq üzərindəki mülkiyyət hüquqlarına xitam verilməsi və həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının tanınması barədə qarşılıqlı iddiası da rədd edilmişdir.
37. Məhkəmə kollegiyası ilk növbədə hər iki şikayətin dəlillərinə münasibətdə qeyd etmişdir ki, işdə sözügedən torpaq sahəsinin dəyəri ilə bağlı müxtəlif qiymətləndiricilər tərəfindən fərqli qiymətlərlə bağlı rəylər mövcuddur. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq torpaq sahəsinin qiymətləndirilməsini Azərbaycan Qiymətləndiricilər Palatasının Intizam Komissiyasının Ekspertlər Şurasına həvalə etmiş və onun tərəfindən təqdim edilmiş rəyi daha mötəbər hesab edərək əsas götürmüşdür.
38. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, həmin rəydə torpaq sahəsinin yalnız 2025-ci ilə olan aylıq icarə bazar dəyəri müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, əldən çıxmış fayda ilə bağlı iddiaçının iddia tələbi qismən təmin edilərkən 2025-ci ilin aprel ayından hesablanması, ona kimi olan dövr üçün isə “xxxx” MMC tərəfindən əvvəlki dövr üçün müəyyən edilmiş qiyməti nəzərə alınmaqla hesablanması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
39. Iddiaçı əvvəlki iddia tələbi ilə birinci instansiya məhkəməsinə ## ###### 2021-ci il tarixdə müraciət etdiyi, yəni cavabdeh artıq növbəti ay bu iddia üzrə məhkəmə bildirişini aldığı üçün iddiaçı tərəfindən əldən çıxmış fayda üçün müddətin başlanğıcının 2021-ci ilin fevral ayından hesablanması barədə tələbi əsaslıdır. Həmçinin nəzərə alınmalıdır ki, torpaq sahəsinin müəyyən edilmiş bazar dəyəri tam ödənilənə qədər iddiaçının həmin sahədən əsassız məhrum olması halı davam edəcək, bu da öz növbəsində iddiaçının əldən çıxmış fayda qismində maddi zərərə uğraması ilə nəticələnəcəkdir.
40. Məhkəmə kollegiyası iddiaçının 50.000 manat məbləğində mənəvi zərərin ödənilməsi tələbi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, bu tələb əsassızdır. Belə ki, iddiaçı cavabdehə qarşı 2021-ci ildə əvvəlki iddiasını qaldırarkən mənəvi zərərə uğraması ilə bağlı hər hansı dəlil irəli sürməmiş, bununla bağlı hər hansı tələbi olmamışdır. Iddiaçı hazırkı tələbini də həmin işə əsaslanmaqla qaldırılmış, ona torpaq sahəsinin dəyərinin və əldən çıxmış faydanın cavabdeh tərəfindən ödənilməsi ilə bağlı qətnamə qəbul edilmişdir.
41. Apellyasiya kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində iddiaçı ilə barışığa və torpaq sahəsinin iddiaçıya geri qaytarılmasına razı olduqlarını bildirsə də, işdən görünən odur ki, tərəflər arasında mübahisə 2021-ci ildən yaranmışdır və məhkəmə prosesləri uzun müddət davam etsə də, barışıq əldə olunmamış, habelə cavabdeh tərəfindən torpaq sahəsinin iddiaçıya qaytarılması ilə bağlı hər hansı real addımlar atılmamışdır. Hazırkı işə apellyasiya qaydasında baxılarkən də tərəflərə mübahisəni barışıq yolu ilə nizama salınması təklif edilərək vaxt verilmiş, lakin hər hansı nəticə əldə olunmamışdır.
42. Bundan başqa, cavabdeh tərəfindən əvvəlki iş üzrə kompensasiya verilməsi yolu ilə iddiaçının torpaq üzərindəki mülkiyyət hüquqlarına xitam verilməsi və həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının tanınması barədə qarşılıqlı tələb irəli sürməsi də ona dəlalət etmişdir ki, cavabdeh həmin torpaq sahəsinin boşaldılmasında maraqlı deyil.
43. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 5, 21, 140, 152, 157, 459, 1096, 1097-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2002-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
44. Iddiaçı Iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, iddia tələblərinin təmin olunmayan hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
45. Apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 21, 23, 157, 459, 1115-ci maddələrin tələbləri pozulmuşdur.
46. Cavabdeh Cavabdeh MTK kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
47. Həmin kassasiya şikayətinin dəlilləri həmçinin cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə, onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 21-ci, Mülki Prosessual Məcəllənin 218, 386-cı maddələrin tələbləri pozulmuşdur.
48. Kassasiya şikayətlərinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
49. Kassasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir.
Kassasiya baxışının hədləri:
50. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
51. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tərəflərlə qarşılıqlı olaraq iddianın təmin olunan və rədd olunan hissələrində mübahisələndirildiyindən, kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq:
52. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. 459.5-ci maddəsinə əsasən əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
53. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
54. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
56. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi həm iddiaçının, həm də cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə tam və hərtərəfli araşdırma aparmış və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara müfəssəl hüquqi qiymət verilməklə, yuxarıda qeyd olunan nəticəyə gəlinmişdir (bax bənd 35-43). Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə tam razılaşır.
57. Bununla belə, kassasiya şikayətlərinin dəlilləri üzrə olaraq qeyd olunmalıdır ki, hər iki şikayətin əsas dəlili məhkəmələrin istinad etdikləri ekspert rəyinin əsassız olması ilə bağlıdır.
58. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
59. Həmçinin nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından, kassasiya şikayətinin ekspert rəyinin əsassızlığı ilə bağlı dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya rəylə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər.
60. Hazırda tərəflər belə hallara istinad etmədiklərindən, apellyasiya instansiyası məhkəməsi iddiaçının mülkiyyətindəki torpaq sahəsinin hazırkı dəyərini alınmış rəylər əsasında müəyyən etməklə, Azərbaycan Respublikası MPM-in 88 və 103-cü maddələrinin tələblərinə riayət etmişdir.
61. Iddiaçının kassasiya şikayətinin digər dəlilləri işin faktiki hallarının araşdırılmaması ilə bağlıdır.
62. Halbuki, ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə ## ##### 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
63. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
64. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Iddiaçı Iddiaçı və cavabdeh Cavabdeh MTK-nın ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, 2(103)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.