Məhkəmə qərarları › İş №2(1-8)-603/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-603/2026

14.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-603/2026 14.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: maddi zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev Ispəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. ##.##.2019-cu il tarixdə İddiaçı MMC ilə Cavabdeh arasında əşyanın nisyə alqı-satqısı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı MMC mülkiyyətində olan “Hyundai Elantra” markalı, 2010-cu il buraxılışlı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh təhvil vermis və avtomobildə heç bir nasazlıq olmaması barədə təhvil-təslim aktı tərtib edilmiş və tərəflər həmin aktı imzalamışlar.

2. Bakı Şəhər, Xətai Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli qətnaməsi ilə “xxxx” MMC-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və pul tələbinə dair” iddiası qismən təmin edilərək, Cavabdeh 12.572,69 manat əsas, 3.772,80 manat cərimə olmaqla, cəmi 16.345,49 manatın alınaraq “xxxx” MMC ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilərək, Bakı Şəhəri, Xətai Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, “xxxx” MMC-nin iddia tələbinin rədd olunması, “Hyundai Elantra” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh tərəfindən “xxxx” MMC-nə qaytarılması, Cavabdeh MMC-nə ödədiyi 19.720 manat ödənişin “xxxx” MMC tərəfindən Cavabdeh qaytarılması, avtomaşının qaytarılması ilə ödənişin qaytarılmasının eyni vaxtda icra edilməsi qət edilmişdir.

4. ##.##.2024-cü il tarixdə Cavabdeh avtomobili “xxxx” MMC geri təhvil vermiş və bununla bağlı müvafiq akt tərtib edilərək avtomobilin faktiki vəziyyətinə dair fotoşəkillər çəkilmişdir.

5. ##.##.2024-cü il tarixdə “AutoColors” avtoservis tərəfindən tərtib olunmuş xərclərin siyahısında “Hyundai Elantra” minik markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün ehtiyat hissələri və təmir xərcləri ilə birlikdə 19.780 manat tələb olunduğu qeyd edilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsindəki icraat

6. Iddiaçı İddiaçı MMC (bundan sonra- iddiaçı) cavabdeh Cavabdeh (bundan sonracavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Hyundai Elantra” markalı, **- PS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərə görə 19.780 manat təmir haqqının cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.2011-ci il tarixli Nizamnamə əsasında fəaliyyət göstərən və vergi ödəyicisi olan hüquqi şəxsdir. Onun əsas fəaliyyəti avtomobillərin alqı-satqısı ilə məşğul olmaqdır. ##.##.2019-cu il tarixdə iddiaçı cavabdehlə nisyə alqı-satqı müqaviləsi bağlayaraq mülkiyyətində olan “Hyundai Elantra” markalı, 2010-cu il buraxılışlı, **- PS-*** dövlət qeydiyyat nişanlı avtomobili cavabdehə satmışdır. Qeyd olunan müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımı qaydada icrasını təmin etmək məqsədi ilə cavabdehə dəfələrlə şifahi və sonuncu dəfə yazılı xəbərdarlıq edilsə də o, müqavilə üzrə borcunu ödəməkdən yayınmışdır. Bu səbəbdən məhkəməyə müraciət olunmuş və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2023-cü il tarixli qətnaməsinə əsasən “Hyundai Elantra” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdeh tərəfindən iddiaçıya, cavabdehin ödədiyi 19.720 manatın iddiaçı tərəfindən cavabdehə qaytarılması qət olunmuşdur. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün Nəsimi rayon Icra şöbəsinə göndərilmiş və hazırda icraatdadır. Qeyd olunan nəqliyyat vasitəsi ##.##.2019-cu il tarixdə müqavilə bağlanan zaman cavabdehə tam saz və qüsursuz vəziyyətdə akt tərtib edilməklə təhvil verilsə də, cavabdeh avtomobili yalnız ##.##.2024-cü il tarixdə istifadəyə yararsız vəziyyətdə geri təhvil vermiş və bu barədə də akt tərtib edilmişdir. “AvtoColors” avtoservisi tərəfindən təqdim olunmuş ##.##.2024 tarixli xərclər siyahısına əsasən “Hyundai Elantra” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir edilərək saz vəziyyətə gətirilməsi üçün 19.780 manat vəsait tələb olunur. Cavabdeh avtomobilə dəymiş maddi ziyan məbləğini ödəmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir.

8. Mülki işin məhkəmə icraatı dövründə iddiaçı AR MPM-nin 53-cü maddəsinə istinad etməklə məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, “Hyundai Elantra” markalı avtomobilə dəymiş maddi zərərə görə 19.780 manat təmir haqqı ilə yanaşı, avtomobildən istifadəyə görə cavabdehdən 92750 manat kompensasiya məbləği və həmin məbləğə uyğun olaraq ödənilmiş 368.25 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasını tələb etmişdir. Iddia tələbinin həcminin artırılması barədə ərizə iş məhkəmə baxışına təyin edildikdən sonra verildiyinə, lakin bunun üçün əsasların məhkəmə baxışı gedişində əmələ gəlməsi halları müəyyən edilmədiyinə görə, həmin ərizə qanunla müəyyən edilmiş müddətdə verilməyən ərizə kimi məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır.

9. Bundan başqa, iddiaçı ##.##.2025-ci il tarixdə avtomobildən istifadəyə görə 74.530 manat kompensasiya və 313.59 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Lakin həmin ərizəyə dövlət rüsumunun ödənilməsi barədə qəbz və digər sənədlər əlavə edilməmişdir. Məhkəmə bununla bağlı ##.##.2025-ci il tarixli qərardadında mahiyyətcə eyni xarakterli tələb üzrə mövqe bildirdiyindən bu barədə münasibətini təkrarlamağı zəruri bilmir. 10.Iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirak etdiyi məhkəmə iclasında iddia tələbini müdafiə etməklə yanaşı bildirmişdir ki, tərəflər arasında bağlanmış ##.##.2019cu il tarixli əşyanın nisyə alqı-satqısı haqqında müqavilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2023-cü il tarixli qətnaməsi ilə etibarsız sayılmışdır. Iddiaçının hazırda cavabdehdən tələb etdiyi məbləğ avtomobildə olan qüsurlarla bağlı təmir xərcləri üçün tələb olunan maddi ziyan məbləğidir. Belə ki, qeyd olunan avtomobil iddiaçıya geri qaytarılsa da, tamamilə yararsız vəziyyətdə qaytarılmışdır. 11.Cavabdeh iddia tələbi ilə bağlı məhkəməyə təqdim etdiyi etiraz ərizəsində göstərmişdir ki, həmin işə bundan əvvəl ayrı-ayrı məhkəmə instansiyalarında baxılaraq ədalətli qərarlar qəbul edilmişdir. Hazırda iddiaçı ona qarşı eyni predmet üzrə iddia tələbi irəli sürmüşdür. Məhkəmə prosessual qanunvericliyin tələblərini pozaraq hazırki iddianı icraata qəbul etmişdir. Qeyd etdiklərinə əsasən iddia ərizəsinin qəbulundan imtina edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş edir. 12.Lənkəran Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehdən “Hyundai Elantra” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir edilməsi və istifadəyə yararlı vəziyyətə gətirilməsi üçün tələb olunan maddi zərərə görə 9.635 manatın tutularaq iddiaçının hesabına ödənilməsi və iddia tələbinin digər hissələrdə təmin edilməməsi qət edilmişdir. 13.Məhkəmə cavabdehin iddia tələbinə qarşı etiraz ərizəsində qeyd etdiyi xüsusatları, onun özünün qeyd etdiyi kimi, iddia ərizəsinin qəbulundan imtina edilməsi və ya eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair qanuni qüvvəyə minmiş qətnaməsinin olması əsası ilə xitam verilməsi, habelə, iddia tələbinin rədd edilməsi üçün əsas hesab etməmişdir. 14.Belə ki, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli və Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2023-cü il tarixli qətnamələrinin məzmunundan görünür ki, tərəflər arasında əşyanın nisyə alqı-satqısı haqqında bağlanmış ##.##.2019-cu il tarixli müqavilənin qanunvericiliyin tələblərinə cavab verən müqavilə olubolmamasına, həmin müqavilədən irəli gələ biləcək öhdəliklərə qeyd olunan məhkəmə qətnamələri ilə hüquqi qiymət verilmiş və həmin iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minmişdir. 15.Iddiaçı hazırda cavabdehdən ##.##.2019-cu il tarixli müqavilə üzrə hər hansı öhdəliyin icrasını deyil, özünün mülkiyyətində olan avtomobilə dəymiş maddi ziyan məbləğini (təmirbərpa xərclərini) tələb edir. Yəni tərəflər arasında yaranmış hazırki mübahisəli hüquq münasibətləri müqavilədən yaranan öhdəliklərdə deyil, mülki hüquq pozuntusundan (delikt) irəli gələn öhdəlilklərdə ifadə olunan hüquq münasibətləridir. 16.Məhkəmə hazırki iddia tələbinin maddi əsasları ilə bağl qeyd etmişdir ki, avtomobil ##.##.2019-cu il tarixdə cavabdehə istifadəyə yararlı vəziyyətdə təhvil verildiyi işin təkzibolunmaz faktları ilə sübuta yetirilmiş, bununla bağlı tərəflər arasında tərtib edilmiş aktda xüsusi qeyd edilmiş və cavabdeh özü də həmin aktı imzalamışdır. Cavabdeh həmin vaxt avtomobilin ona istifadəyə yararlı vəziyyətdə təhvil verildiyini hazırda da inkar etməmişdir. 17.Cavabdeh ##.##.2024-cü il tarixdə avtomobili iddiaçıya qaytararkən bununla bağlı tərəflərin iştirakı ilə müvafiq akt tərtib edilib imzalanmasa da, həmin vaxt iddiaçının özü tərəfindən tərtib edilən “akt” adlı sənəddə avtomobilin istifadəyə yararsız vəziyyətdə olduğu qeyd edilmiş və bununla bağlı fotoşəkillər çəkilərək işə əlavə edilmişdir. Cavabdeh avtomobilin həmin sənəddə və fotoşəkillərdə təsvir olunduğundan daha yaxşı vəziyyətdə iddiaçıya qaytarıldığına dair məhkəməyə hər hansı sübut təqdim etməmiş, ümumiyyətlə, belə bir halın olduğunu iddia etməmişdir. Iddiaçı isə bununla bağlı bütün mümkün sübutlarını məhkəməyə təqdim etmişdir. 18.Məhkəmə avtomobilin təmir edilməsi və istifadəyə yararlı vəziyyətə gətirilməsi üçün tələb olunan vəsaitin miqdarını müəyyən edərkən “Hyundai Elantra” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcləri ilə bağlı “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli mütəxəssis rəyində (arayışında) qeyd edilən məlumatları mötəbər sübut kimi qəbul etmiş və həmin rəydə qeyd edilən 9.635 manat avtomobilə dəymiş maddi zərərə görə ödənilməli ağlabatan məbləğ hesab etmişdir. 19.Məhkəmə öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 1096.1, 1097.1-ci, habelə MPMnin 14.2, 77.1, 78.1, 82.3, 88, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat 20.Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 21.Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddiaçı tərəfindən birtərəfli qaydada, onun iştirakı olmadan tərtib edilən həmin ##.##.2024-cü il tarixli Akta və fotoşəkillərə yeganə ”sübut“ kimi istinad etməyə çalışaraq qətnamədə əsassız nəticəyə gəlmişdir. Məhkəmənin bu qənaətlə iddianı təmin etməsi maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnmişdir. Belə ki, o mübahisə predmeti olan “Hyundai Elantra” markalı, 2010-cu il buraxılışlı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobili iddiaçıya qaytaranda avtomobildə heç bir nasazlıq olmamış, həmin vaxt iddiaçı avtomobili ondan qəbul edərkən heç bir akt tərtib etməmişdir. Əgər avtomobildə hər hansı bir nasazlıq olsaydı, onda yerindəcə kənar şəxslərdən ibarət hal şahidlərinin və onun iştirakı ilə bu barədə akt tərtib edilməliydi. Əgər o, akta imza etməkdən imtina etsəydi, bu barədə həmin şahidlərin iştirakı ilə qeyd aparılmalı idi. Bundan başqa, iddiaçı avtomobili ondan qəbul etdikdən sonra əgər onda nasazlıq müəyyən etmişdisə, onda dərhal bu barədə ona pretenziya göndərməli və onun iştirakı ilə avtomobilə baxış keçirilməli idi. Lakin o, bunların heç birini etməmiş, öz marağına uyğun onun iştirakı olmadan akt tərtib etmiş, sonradan isə şişirdilmiş qiymətlərlə servisdən texniki rəy almışdır. Ona görə də həmin avtomobildə olan nasazıqların onun üzərinə qoyulması iddiaçının ona qarşı qərəzli münasibətindən irəli gəlir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilir ki, hazırda iddiaçı ona qarşı eyni predmet üzrə iddia tələbi vermişdir. Sadəcə bu dəfə o, iddianı Lənkəran Rayon Məhkəməsinə verməklə, yalnız iddia tələbinin adını dəyişmiş, məzmun və tələb isə əvvəlki iddia tələbi ilə oxşardır. Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsinə hərtərəfli və obyektiv qiymət verə bilməmişdir. Iddianı iddiaçı qaldırdığından avtomobilin nasaz vəziyyətdə olub-olmamasını o, özü sübut etməlidir. Iddiaçı isə özü tərəfindən, onun iştirakı olmadan bir tərəfli qaydada tərtib etdiyi saxta aktı məhkəməyə təqdim etməklə məhkəmənin həmin aktı sübut kimi qəbul etməsinə nail olmuşdur. Həmin akt onun iştirakı olmadan tərtib edildiyi üçün özü-özlüyündə etibarsızdır. 22.Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Ilham Əsədov (sədrlik edən, məruzəçi), Pərviz Əhmədov və Tofiq Heydərov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Lənkəran Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 23.Məhkəmə kollegiyası gəldiyi nəticə ilə əlaqədar qeyd etmişdir ki, təqdim edilmiş sübutlarla müəyyən edilir ki, cavabdeh avtomobili bir müddət istifadə etdikdən sonra ##.##.2024-cü il tarixdə iddiaçıya yararsız vəziyyətdə geri təhvil vermişdir. 24.Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin hallarından görünür ki, eyni tərəflər arasında eyni əsaslar üzrə işə baxılmamışdır. Əvvəl, iddiaçı müqavilənin ləğv edilməsi, avtomobilin geri qaytarılmasını, əks təqdirdə nisyə alqı-satqıya görə ödənilməmiş məbləğin ödənilməsini tələb etmişdir. Hazırki tələbində isə iddiaçı avtomobilə (əmlaka) dəymiş real zərəri tələb etmişdir. Tələb fərqlidir. Belə ki, cavabdeh iddiaçıya işlək və saz vəziyyətdə avtomobil qaytarmalı olduğu halda, əzilmiş və istifadəyə yararsız avtomobil qaytarmışdır. Bu baxımdan cavabdehin etirazı əsassızdır. 25.Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı avtomobilin təmiri üçün ehtiyat hissələri və təmir xərcləri ilə birlikdə 19.780 manat tələb etsə də birinci instansiya məhkəməsi “xxxx” MMCnin ##.##.2025-ci il tarixli rəyi əsas götürmüşdür. Cavabdeh avtomobilin təmiri üçün ehtiyat hissələri və təmirə görə tələb olunan xərclərlə bağlı “xxxx” MMC-nin rəyinə hər-hansı etiraz bildirməmişdir. 26.Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı öz tələbini əsaslandıra və sübuta yetirə bilmişdir, cavabdeh isə etirazını əsaslandıra bilməmişdir. 27.Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdeh birinci instansiya məhkəməsində həm də iddia müddətinin ötürüldüyünü qeyd etməklə iddianın baxılmasından imtina edilməsini xahiş etmişdir. Lakin iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyü müəyyən edilmir. 28.Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini qəbul etməmişdir. Belə ki, birinci instansiya məhkəməsində, iddiaya qarşı etirazında cavabdeh avtomobilin nasazlığı barədə iddiaçının dəlillərinə münasibət bildirməmiş, etirazında yalnız əvvəllər eyni predmet üzrə iddia verildiyinə, ona görə məhkəmədə işə baxılmalı olmadığına istinad etmişdir. Halbuki, cavabdehin birinci instansiya məhkəməsində iddiaçının təqdim etdiyi avtomobilin əzilmiş vəziyyətini əks etdirən aktını, fotoşəkilləri, qiymətləndirmə rəyini mübahisələndirmək imkanı olmuşdur. 29.Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı AR Mülki Məcəlləsinin 21.1, 21.2, 1097.1-ci və MPM-in 14.2, 77.1, 78.1, 88, 153.2.2, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsindəki icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri 30.Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. 31.Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası cavabdeh tərəfindən iddiaçının avtomobilinə zərər vurulduğunu qeyd etsə də, lakin bunu əsaslı bir sübutla təsdiq edə bilməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, ##.##.2024-cü il tarixdə avtomobil iddiaçıya geri təhvil vermiş və bununla bağlı müvafiq sənəd tərtib edilərək avtomobilin faktiki vəziyyətinə dair fotoşəkillər çəkilmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən birtərəfli qaydada, cavabdehin iştirakı olmadan tərtib edilən həmin ##.##.2024-cü il tarixli Akta və fotoşəkillərə yeganə “sübut” kimi istinad etməyə çalışmışdır. Halbuki cavabdeh mübahisə predmeti olan “Hyundai Elantra” markalı, 2010-cu il buraxılışlı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobili iddiaçıya qaytaranda avtomobildə heç bir nasazlıq olmamış, həmin vaxt iddiaçı avtomobili qəbul edərkən heç bir akt tərtib etməmişdir. Əgər avtomobildə hər hansı bir nasazlıq olsaydı, onda yerindəcə kənar şəxslərdən ibarət hal şahidlərinin və cavabdehin iştirakı ilə bu barədə akt tərtib edilməliydi. Əgər cavabdeh akta imza etməkdən imtina etsəydi, bu barədə həmin şahidlərin iştirakı ilə qeyd aparılmalı idi. Bundan başqa iddiaçı avtomobili cavabdehdən qəbul etdikdən sonra əgər onda nasazlıq müəyyən etmişdisə, onda dərhal bu barədə cavabdehə pretenziya göndərməli və cavabdehin iştirakı ilə avtomobilə baxış keçirilməli idi. Lakin o, bunların heç birini etməmiş, öz marağına uyğun cavabdehin iştirakı olmadan akt tərtib etmiş, sonradan isə şişirdilmiş qiymətlərlə servisdən texniki rəy almışdır. Məhkəmə kollegiyası açıq-aşkar işi bir tərəfli qaydada iddiaçının xeyrinə aparmış, iddiaçı tərəfindən təqdim edilən saxta sübutlara əsaslanmışdır. Bundan başqa məhkəmə kollegiyası tərəflər araasında bu işlə bağlı eyni predmetli iddia tələbi ilə bağlı məhkəmə aktlarına düzgün yanaşmamışdır. Belə ki, iş materialında olan Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2023-cü il tarixli qətnaməsindən görünür ki, hazırda iddiaçı cavabdehə qarşı eyni predmet üzrə iddia tələbi vermişdir. Sadəcə bu dəfə o, iddianı Lənkəran Rayon Məhkəməsinə verməklə, yalnız iddia tələbinin adını dəyişmiş, məzmun və tələb isə əvvəlki iddia tələbi ilə oxşardır.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 32.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 33.Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 34.Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 35.Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 36.Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 37.Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 38.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 39.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 40.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 41.Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 42.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 43.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 44.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri 45.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 46.Cavabdehin kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı.

Kassasiya instansiyası məhkəməsindəki icraat 47.Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmiş və işdə, cavabdehin kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. 48.Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. 49.Belə ki, apellyasiya instansiya məhkəməsi işə əlavə edilmiş sübutlara, foto şəkillərə, qiymətləndiricinin rəyinə əsaslanaraq müəyyən etmişdir ki, cavabdeh sözügedən avtomobili bir müddət istifadə etdikdən sonra ##.##.2024-cü il tarixdə iddiaçıya yararsız vəziyyətdə geri təhvil vermişdir. 50.Apellyasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdıraraq qeyd etmişdir ki, hazırkı işə eyni tərəflər arasında eyni əsaslar üzrə baxılmamışdır. Əvvəl, iddiaçı bundan əvvəlki icraatda işə baxılarkən tələbində müqavilənin ləğv edilməsini, avtomobilin geri qaytarılmasını, əks təqdirdə nisyə alqısatqı müqaviləsi üzrə ödənilməmiş məbləğin ödənilməsini tələb etmişdir. Hazırkı tələbində isə iddiaçı avtomobilə (əmlaka) dəymiş real zərəri tələb etmişdir. 51.Göründüyü kimi iddia tələbləri fərqlidir. Belə ki, cavabdeh iddiaçıya işlək və saz vəziyyətdə avtomobil qaytarmalı olduğu halda, əzilmiş və istifadəyə yararsız avtomobil qaytarmışdır. Bu baxımdan cavabdehin etirazı əsassızdır. 52.Apellyasiya instansiyası məhkəməsi qiymətləndiricinin hesabatına əsaslanaraq müəyyən etmişdir ki, iddiaçı cavabdehdən avtomobilin təmiri üçün ehtiyat hissələri və təmir xərcləri ilə birlikdə 19.780 manat tələb etsə də, birinci instansiya məhkəməsi “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli rəyini əsas götürmüşdür. Cavabdeh avtomobilin təmiri üçün ehtiyat hissələri və təmirə görə tələb olunan xərclərlə bağlı “xxxx” MMC-nin rəyinə hər-hansı etiraz bildirməmişdir. 53.Göründüyü kimi iddiaçı öz tələbini əsaslandıra və sübuta yetirə bilmişdir, cavabdeh isə etirazını əsaslandıra bilməmişdir. 54.Bundan başqa cavabdeh birinci instansiya məhkəməsində həm iddia müddətinin ötürüldüyünü qeyd etməklə iddianın baxılmasından imtina edilməsini xahiş etmişdir. Lakin iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyü müəyyən edilməmişdir. 55.Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərini qəbul etməmişdir. Belə ki, birinci instansiya məhkəməsində, iddiaya qarşı etirazında cavabdeh avtomobilin nasazlığı barədə iddiaçının dəlillərinə münasibət bildirməmiş, etirazında yalnız əvvəllər eyni predmet üzrə iddia verildiyinə, ona görə məhkəmədə işə baxılmalı olmadığına istinad etmişdir. Halbuki, cavabdehin birinci instansiya məhkəməsində iddiaçının təqdim etdiyi avtomobilin əzilmiş vəziyyətini əks etdirən aktı, fotoşəkilləri, qiymətləndirmə rəyini mübahisələndirmək imkanı olmuşdur. 56.Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 57.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi

Q ə r a r a aldı: Cavabdeh Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar