Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-648/2026 14.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Azərbaycan Elmi X3 İnstitutu” X1rşı mülki iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ##.##.2021-ci il tarixli ərizə ilə o, “Azərbaycan Elmi X3 İnstitutu” X2 texniki dəstək bölməsinə müdir vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir.
2. “Azərbaycan Elmi X3 İnstitutu” X2 tərəfindən məktubla 3 aylıq müddətli müqavilə əsasında İddiaçı vakant olan texniki dəstək bölməsinin müdiri vəzifəsinə işə qəbul edilməsinə etiraz olunmadığı bildirilmişdir.
3. İddiaçı ##.##.2022-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Azərbaycan Elmi X3 İnstitutu” X2 texniki dəstək bölməsinin müdiri vəzifəsinə işə qəbul edilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 2.1-ci bəndində “bu müqavilə müddətsiz bağlanmışdır 3 ay sınaq müddəti ilə”, 2.3-cü bəndində isə “əmək müqaviləsi 05.01.22 tarixdən 05.04.22-ci il tarixindək bağlanmışdır” şərtləri nəzərdə tutulmuşdur.
4. ##.##.2024-cü il tarixli aktdan görünür ki, əmək müqaviləsinin tarixinin ##.##.2025-ci il tarixdə bitməsi və müqavilə müddəti başa çatdıqdan sonra uzadılmayacağı barədə yazılı bildiriş İddiaçı təqdim edilmiş və onun məzmunu barədə şifahi məlumat verilmişdir. İşçi bildirişlə tanış olmuş lakin onu imzalamaqdan imtina etmişdir.
5. İşəgötürənin ##.##.2025-ci il tarixli, K-*** saylı əmri ilə ##.##.2025-ci il tarixdən əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı İddiaçı (bundan sonra- iddiaçı) cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Azərbaycan Elmi X3 İnstitutu” X1 (bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işəgötürənin ##.##.2025-ci il tarixli, K-*** saylı əmrinin ləğv edilməsi, onunla bağlanmış əmək müqaviləsinin müddətli deyil, müddətsiz hesab edilməsi, əvvəlki iş yeri olan “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-X3 İnstitutu” X2 texniki dəstək bölməsinin müdiri vəzifəsinə bərpa olunması, əmək müqaviləsinə əsassız xitam verildiyi tarixdən etibarən əvvəlki işinə bərpa olunduqdan sonra işini icra edənədək yığılmış əmək haqqının cavabdeh tərəfindən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2022-ci il tarixdə iddiaçı cavabdehdə texniki dəstək bölməsinin müdiri vəzifəsinə işə qəbul olunmuşdur. ##.##.2025-ci il tarixdə əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Lakin iddiaçının tutduğu vəzifə daimi xarakter daşıyır və müvəqqəti deyil. Belə olan halda işəgötürən tərəfindən iddiaçı ilə müddətli əmək müqaviləsi bağlanması və bu müddət bitdiyi üçün əmək müqaviləsinə xitam verilməsi qanunsuzdur. İddiaçı həmin vəzifədə fasiləsiz olaraq 3 il 1 gün işləmiş və bu müddət ərzində işinin müvəqqəti xarakter daşıması barədə heç bir əsas olmamışdır. Habelə işəgötürən tərəfindən müddətli əmək müqaviləsinə xitam verilməzdən əvvəl iddiaçıya heç bir yazılı bildiriş təqdim olunmamış, işə gəldiyi gün əmək müqaviləsinə xitam verildiyi bildirilmiş və dərhal iş yerini tərk etməsi tələb olunmuşdur. Bunun nəticəsində iddiaçı, ciddi psixoloji stress keçirmiş, hətta şəkər xəstəliyi tutmuş və bununla bağlı həkimə müraciət etmişdir. Həmçinin istifadə olunmamış məzuniyyət günlərinə görə iddiaçıya ödəniş edilməmiş və bu da əmək hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. X11 şikayət ərizəsi ilə müraciət etdikdən sonra iddiaçıya son-haqq hesab ödənilmişdir.
8. Cavabdehin nümayəndəsi Nümayəndə iddiaya etiraz ərizəsi ünvanlayaraq qeyd etmişdir ki, əmək müqaviləsinin müddəti ##.##.2025-ci il tarixdə bitdiyindən və iddiaçı ilə əmək münasibətlərini davam etdirmək istəmədiklərindən ona AR Əmək Məcəlləsinin 73-cü maddəsinin tələblərinə əsasən müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə ##.##.2024-cü ildə yazılı formada bildiriş təqdim edilmişdir. İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə ##.##.2025-ci il qeyri-iş günü olduğundan, qanunvericiliyin tələbinə əsasən ##.##.2025-ci il tarixdən xitam verilmiş, o, müvafiq əmrlə tanış edilmiş, ona müvafiq qeydlərlə əmək kitabçası təqdim edilmiş və son haqq-hesab ödənilmişdir. İddiaçı tərəfindən təqdim olunan əmək haqqına dair bank hesabı çıxarışından AR Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin tələbləri pozularaq işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə ##.##.2025-ci il tarixdə xitam verilməsinə baxmayaraq son haqq-hesabın 1.059,35 manat olmaqla gecikdirilərək ##.##.2025-ci il tarixində ona ödənildiyi müəyyən edilmişdir. Göründüyü kimi, X8 tərəfindən də iddiaçının işdən azad olunması ilə bağlı əmək qanunvericiliyinin normalarının pozulması halı aşkar edilməmişdir.
9. X8 Xidmətinin Bakı şəhər İdarəsinin məhkəmənin sorğusuna ünvanladığı ##.##.2025-ci il tarixli cavab məktubundan görünür ki, iddiaçının müraciətinə əsasən aparılan araşdırma zamanı cavabdeh tərəfindən təqdim olunan sənədlərdən və iddiaçının özü tərəfindən təqdim olunan əmək haqqına dair bank hesabı çıxarışından AR Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin tələbləri pozularaq işəgötürən tərəfindən əmək müqaviləsinə ##.##.2025-ci il tarixdə xitam verilməsinə baxmayaraq son haqq-hesabın 1.059,35 manat olmaqla gecikdirilərək ##.##.2025-ci il tarixdə ona ödənildiyi müəyyən edilmişdir. Müəssisə tərəfindən işçinin son haqq-hesabı qanunvericiliyin tələbləri pozularaq ödənildiyindən vəzifəli şəxsi barəsində AR İXM-nin 192-ci maddəsinin 4-cü hissəsinə əsasən ##.##.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək ##.##.2025-ci il tarixli qərarla inzibati cərimə olunmuşdur.
10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə (hakim – Nərgiz Tağıyeva) iddia təmin edilərək, işəgötürənin ##.##.2025-ci il tarixli, K-*** saylı əmək müqaviləsinə xitam verilməsinə dair əmrinin ləğv edilməsi, tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddətsiz hesab edilməsi, iddiaçının əvvəllər tutduğu vəzifəsinə bərpa edilməsi, cavabdehdən ##.##.2025-ci il tarixdən başlayaraq işə bərpa edildiyi günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqının tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışıdır ki, iddiaçının işi daimi xarakterli olmuş, gördüyü işin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olmuş və onunla müddətli əmək müqaviləsi bağlanması üçün AR Əmək Məcəlləsinin 47ci maddədə
11. göstərilən əsaslar olmamışdır. İddiaçının təyin olunduğu vəzifə üzrə yerinə yetirdiyi işin daimi xarakter daşıması mübahisəsizdir və belə olan halda onunla əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Cavabdeh müddətli müqavilənin bağlanmasına əsas kimi həmin normanın “f” bəndində müəyyən olunmuş “qarşılıqlı razılığın” olduğunu bildirir. İddiaçı isə müddətli müqavilə bağlamadığını, müqavilədə sınaq müddəti müəyyən edildiyini bildirmişdir.
12. Qeyd olunmalıdır ki, əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmuşdur. Bunlardan biri də işçinin adətən daha təşkilatlanmış və geniş imkanlara malik olan işəgötürənin qeyri-mütənasib təsir və ya təzyiqindən qorunması üçün müddətli əmək müqaviləsinin tərəflərin razılığı əsasında bağlanması zamanı hüquq bərabərliyi prinsipinə riayət olunmasıdır.
13. Bu nöqtəyi nəzərdən AR Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən qarşılıqlı razılıq hazırki halda mövcud olmamışdır. Belə ki, qarşılıqlı razılıq, tərəflərin hüquq bərabərliyi prinsipinə əsaslanmalı, bir tərəfin (işəgötürənin) digərinə (işçiyə) münasibətdə üstün mövqeyinə görə subyektiv yanaşmaya şərait yaratmamalıdır. Hazırkı mülki iş materiallarından görünür ki, tərəflər arasında yaranan əmək münasibətləri xarakter etibarilə müəyyən müddətə əmək müqaviləsinin bağlanması üçün əsas ola biləcək formada olmamışdır.
14. Məhkəmə qeyd etmişdir ki, hazırkı işdə cavabdeh AR Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən müddətli əmək müqaviləsinin bağlanmasına istinad etsə də, iş materiallarına əlavə edilmiş əmək müqavləsinin surətindən görünür ki, tərəflər arasında əmək müqaviləsi 3 ay sınaq müddəti müəyyən edilməklə müddətsiz bağlanmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 2.1-ci bəndinə görə “bu müqavilə müddətsiz bağlanmışdır 3 ay sınaq müddəti ilə”. Həmin müqavilənin 2.3-cü bəndində isə “əmək müqaviləsi 05.01.22-ci ildən 05.04.22-ci il tarixədək bağlanmışdır” şərti nəzərdə tutulmuşdur.
15. Göründüyü kimi, əmək müqaviləsi ziddiyyətli olmaqla bir tərəfdən müddətsiz bağlanmışdır ifadəsi qeyd olunmuş, digər tərəfdən isə müqavilənin müddəti göstərilmişdir. “Sınaq müddəti ilə” “müddətli müqavilə” anlayışları isə tamamilə fərqli anlayışlardır.
16. Nəzərə alınmalıdır ki, müqavilədə olan bütün qeyri-müəyyənliklər əmək münasibətlərində daha zəif tərəf olan işçinin xeyrinə həll edilməlidir. Həmçinin 3 aylıq sınaq müddəti ilə bağlanmış müqavilənin müddətinin də 3 ay müəyyən edilməsi ağlabatan olmamaqla anlaşılan deyildir. Bu baxımdan iddiaçı ilə bağlanmış əmək müqaviləsi müddətsiz hesab edildiyindən xitam verilmə əsası da düzgün olmamışdır.
17. Məhkəmə qeyd etmişdir ki, yuxarıda göstərilən pozuntuya yol verilməsi iddianın təmin olunması üçün yetərli olduğundan digər məsələlərlə bağlı əlavə dəyərləndirmə aparılmasına zərurət yoxdur.
18. Məhkəmə öz hüquqi mövqeyini AR Əmək Məcəlləsinin 45, 47, 51(1), 52, 68(b), 73(1), 74(2), 76(2), 300(1)-cü, habelə MPM-nin 14.2, 77.1, 119.1-ci maddələrinə, AR Konstitusiya Məhkəməsi Plenumunun “AR Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin AR Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-IV və VIII hissələrinə uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2024-cü il tarixli qərarındakı hüquqi mövqelərə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin istinad etdiyi ##.##.2022-ci il tarixli Əmək müqaviləsi kağız formatda tərtib olunmuş, iddiaçı onun məzmunu ilə tanış olduqdan sonra müqaviləni imzalamışdır. İddiaçının məzmunu ilə razılaşmadığı istənilən sənədi imzalamadığının bariz sübutu - ##.##.2024-cü il tarixli aktdan da açıq-aşkar görünür. Belə ki, əmək müqaviləsinin tarixinin ##.##.2025-ci il tarixdə bitməsi və müqavilə müddəti başa çatdıqdan sonra uzadılmayacağı barədə yazılı bildiriş şəxsən iddiaçıya təqdim edilsə də, onun məzmunu barədə şifahi məlumat verilsə də, iddiaçı bildirişlə tanış olsa da, onu imzalamaqdan imtina etmişdir. Elə bu hal sübut edir ki, iddiaçı ##.##.2022-ci il tarixli Əmək müqaviləsi ilə tanış olduqdan sonra onu imzalamışdır. Odur ki, məhkəmənin AR Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən qarşılıqlı razılığın hazırkı halda mövcud olmaması barədə mövqeyinin iş materiallarında hansı konkret halların hesabına formalaşdığı məlum olmur və bu barədə qətnamədə hər hansı bir fakta istinad etmədiyi, yalnız iddiaçının öz iddia tələbini müdafiəsi baxımından guya əmək müqaviləsinin məzmunu ilə tanış olmadan onu imzalaması barədə uydurduğu fərziyyəyə əsaslandığı müəyyən olunur. Halbuki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ##.##.2021-ci il tarixli məktubu ilə iddiaçının vakant texniki dəstək bölməsinin müdiri vəzifəsinə 3 aylıq müddətli müqavilə əsasında işə qəbul olunmasına etiraz edilməmiş, iddiaçının da həmin məktubdan xəbəri olmuşdur.
21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** saylı, # ###### 2025ci il tarixli qətnaməsi ilə (hakimlər – Akif İsgəndərov (sədrlik edən, məruzəçi), Səadət Səlimova və Azad İmanov) cavabdehin apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçının cavabdehə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.
22. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmamışdır.
23. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin əmək müqaviləsinin 3 ay sınaq müddəti ilə müddətsiz bağlanması və əmək müqaviləsinin müddətli bağlanması üçün AR Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən qarşılıqlı razılığın hazırkı işdə mövcud olmaması barədəki qənaəti işin həqiqi hallarına uyğun deyil və bu, işin müəyyən edilmiş halları, o cümlədən iddiaçının özünün izahatı ilə, eləcə də əmək müqaviləsinin məzmunu ilə təkzib olunur.
24. Belə ki, iş materiallarında olan birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli məhkəmə iclas prortokolundan görünür ki, iddiaçı məhkəmə iclasında izahat verərkən müddətli müqavilə üzrə işlədiyini, işlədiyi dövrdə 3 aydan bir müqavilə müddətinin uzadıldığını və bu hesabla orada 3 il 1 ay işlədiyini özü etiraf etmişdir.
25. Həmçinin, iş materiallarında olan ##.##.2022-ci il tarixli əmək müqaviləsinin 2.3-cü bəndindən görünür ki, əmək müqaviləsi 3 aylıq olmaqla, ##.##.2022-ci ildən ##.##.2022-ci il tarixədək, yəni müddətli bağlanmışdır.
26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin müqavilənin 2.1-ci bəndində əksini tapan şablon yazıya və 3 aylıq sınaq müddəti təyin olunmasına istinad edərək müqavilənin müddətsiz bağlanması qənaətinə gəlməsi ilə bağlı qeyd etmişdir ki, “müddətsiz” sözü müqavilə blankındakı şablon yazıdır və nə qədər ki, müqavilənin 2.3-cü bəndində açıq mətnlə onun ##.##.2022-ci tarixdən 05.04-2022-ci il tarixədək bağlandığı dəqiq göstərilmişdir o, müddətli müqavilə hesab edilir.
27. Digər tərəfdən, əmək müqaviləsinin mətnində yol verilən hər hansı texniki qüsur, o cümlədən sınaq müddətinin qanunda nəzərdə tutulduğundan çox göstərilməsi müqavilənin müddətsiz bağlanması barədə qənaətə gəlmək üçün əsas vermir və ona dəlalət etmir.
28. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfindən ##.##.2022-ci il tarixli əmək müqaviləsi bağlandıqdan sonra ötən müddət ərzində müqavilənin müddətli bağlanılmasına etirazla bağlı cavabdehə hər hansı bir şifahi və ya yazılı müraciət daxil olmamışdır. Əksinə, iddiaçı sonradan, yəni ##.##.2024-cü ildə bağlanılmış əmək müqaviləsinin müddətli olaraq 3 il 2 gün müddətli olmasını açıq-aydın göstərən daha bir elektron əmək müqaviləsini SİMA vasitəsilə elektron imzalamaqla müqavilənin müddətli bağlanmasına yönələn öz iradəsini bir daha nümayiş etdirmişdir. Habelə, ƏMAS-dan çıxarılmış ##.##.2022ci il, ##.##.2022-ci il, ##.##.2023-cü il tarixli elektron bildirişlərdə əmək müqaviləsinin müddətli bağlandığı xüsusi olaraq qeyd edilmişdir və bu bildirişlərlə təsdiq olunan əmək müqaviləsinə əlavələrin iddiaçı tərəfindən elektron imzalanması da iddiaçının əmək müqaviləsinin müddətli bağlanmasından xəbərdar olmasını və elektron imzası ilə buna könüllü olaraq razılıq verməsini bir daha sübuta yetirir.
29. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, tərəflər arasındakı əmək mübahisəsi üzrə X8 də müvafiq araşdırma aparılmış və əmək müqaviləsinə müddətin bitməsi əsası üzrə xitam verilməsi ilə bağlı hər hansı pozuntu müyyən edilməmişdir.
30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı cavabdeh müəssisədə 5 ildən az, yəni cəmi 3 il 2 gün çalışmışdır və müqavilənin müddətli bağlanması onun könüllü (sərbəst) iradə ifadəsinin nəticəsi olmuşdur.
31. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini AR Əmək Məcəlləsinin 3(8), 3(9), 45, 47, 73(1), 300(1)-cü, MPM-nin 14.2, 77.1, 217.4, 384.0.2, 385.1, 386, 390-cı maddələrinə, AR Konstitusiya Məhkəməsi Plenumunun “AR Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin AR Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-IV və VIII hissələrinə uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2024-cü il tarixli qərarındakı hüquqi mövqelərə istinad edərək əsaslandırmışdır.
Kassasiya instansiyası məhkəməsindəki icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
32. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyasının qətnaməsində tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddətli olduğu qeyd olunsa da, cavabdehin qanunvericiliyin tələblərinə əməl edib-etmədiyini nəzərə almamışdır. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, əgər tərəflər arasında müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və y a elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu AR Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Cavabdeh iddiaçını qeyd olunan məsələ barədə xəbərdar etməsini və iddiaçının da bu xəbərdarlığı aldığını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Hazırki işdə cavabdeh AR Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən müddətli əmək müqaviləsinin bağlanmasına istinad etsə də, iş materiallarına əlavə edilmiş əmək müqavləsinin surətindən görünür ki, tərəflər arasında əmək müqaviləsi 3 ay sınaq müddəti müəyyən edilməklə müddətsiz bağlanmışdır. Tərəflər arasında müddətli əmək müqaviləsi bağlanmasına dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Əmək müqaviləsi ziddiyyətli olmaqla bir tərəfdən 2.1-ci bənddə müddətsiz bağlanmışdır ifadəsi qeyd olunmuş, digər tərəfdən isə 2.3-cü bənddə müqavilənin müddəti göstərilmişdir. “Sınaq müddəti ilə” “müddətli müqavilə” anlayışları tamamilə fərqli anlayışlardır. Nəzərə alınmalıdır ki, müqavilədə olan bütün qeyri-müəyyənliklər əmək münasibətlərində daha zəif tərəf olan işçinin xeyrinə həll edilməlidir. Həmçinin 3 aylıq sınaq müddəti ilə bağlanmış müqavilənin müddətinin 3 ay müəyyən edilməsi ağlabatan olmamaqla anlaşılan deyil. Bu baxımdan iddiaçı ilə bağlanmış əmək müqaviləsi müddətsiz hesab edildiyindən xitam verilmə əsası da düzgün olmamışdır. Məhkəməyə təqdim olunmuş tərəflər arasında bağlanan ## ###### 2022-ci il tarixli əmək müqaviləsinin baş direktor kimi X9 tərəfindən imzalandığı görünür, halbuki həmin zaman o, bu müəssisədə işləmirdi. Məhkəmə kollegiyası buna da münasibət bildirməmiş və qətnamə qəbul edərkən AR Əmək Məcəlləsinin 45 və 47-ci maddələrini nəzərə almamışdır. İşin qiymətləndirilməsi aparılarkən məhkəmə araşdırıması zamanı təqdim edilmiş sübutlara obyektiv araşdırılaraq qiymət verilməmişdir. Eyni zamanda iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
35. Maddə 45 1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.
3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. 4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
36. Maddə 47. Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə.
37. Maddə 68(1) Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
38. Maddə 73(1) Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur
39. Maddə Maddə 300(1) Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 42.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 43.Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 44.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 45.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 46.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. İddiaçı kassasiya şikayətində qətnaməni tam mübahisələndirdiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı.
Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
49. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmiş və işdə, iddiaçının kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
50. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
51. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin tərəflər arasında əmək müqaviləsinin 3 ay sınaq müddəti ilə müddətsiz bağlanması və əmək müqaviləsinin müddətli bağlanması üçün AR Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən qarşılıqlı razılığın hazırkı işdə mövcud olmaması barədəki qənaəti işin həqiqi hallarına uyğun deyil və bu, işin müəyyən edilmiş halları, o cümlədən iddiaçının özünün izahatı ilə, eləcə də əmək müqaviləsinin məzmunu ilə təkzib olunur.
52. Belə ki, iş materiallarında olan birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli məhkəmə iclas prortokolundan görünür ki, iddiaçı məhkəmə iclasında izahat verərkən müddətli müqavilə üzrə işlədiyini, işlədiyi dövrdə 3 aydan bir müqavilə müddətinin uzadıldığını və bu hesabla orada 3 il 1 ay işlədiyini özü etiraf etmişdir. Həmçinin, iş materiallarında olan ##.##.2022-ci il tarixli əmək müqaviləsinin 2.3-cü bəndindən görünür ki, əmək müqaviləsi 3 aylıq olmaqla, ##.##.2022-ci ildən ##.##.2022-ci il tarixədək, yəni müddətli bağlanmışdır. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin müqavilənin 2.1ci bəndində
53. əksini tapan şablon yazıya və 3 aylıq sınaq müddəti təyin olunmasına istinad edərək müqavilənin müddətsiz bağlanması qənaətinə gəlməsi ilə bağlı qeyd etmişdir ki, “müddətsiz” sözü müqavilə blankındakı şablon yazıdır və nə qədər ki, müqavilənin 2.3-cü bəndində açıq mətnlə onun ##.##.2022-ci ildən 05.04-2022-ci il tarixədək bağlandığı dəqiq göstərilmişdir o, müddətli müqavilə hesab edilir.
54. Digər tərəfdən, əmək müqaviləsinin mətnində yol verilən hər hansı texniki qüsur, o cümlədən sınaq müddətinin qanunda nəzərdə tutulduğundan çox göstərilməsi müqavilənin müddətsiz bağlanması barədə qənaətə gəlmək üçün əsas vermir və ona dəlalət etmir.
55. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfindən ##.##.2022-ci il tarixli əmək müqaviləsi bağlandıqdan sonra ötən müddət ərzində müqavilənin müddətli bağlanılmasına etirazla bağlı cavabdehə hər hansı bir şifahi və ya yazılı müraciət daxil olmamışdır. Əksinə, iddiaçı sonradan, yəni ##.##.2024-cü ildə bağlanılmış əmək müqaviləsinin müddətli olaraq 3 il 2 gün müddətli olmasını açıq-aydın göstərən daha bir elektron əmək müqaviləsini SİMA vasitəsilə elektron imzalamaqla müqavilənin müddətli bağlanmasına yönələn öz iradəsini bir daha nümayiş etdirmişdir. Habelə, ƏMAS-dan çıxarılmış ##.##.2022ci il, ##.##.2022-ci il, ##.##.2023-cü il tarixli elektron bildirişlərdə əmək müqaviləsinin müddətli bağlandığı xüsusi olaraq qeyd edilmişdir və bu bildirişlərlə təsdiq olunan əmək müqaviləsinə əlavələrin iddiaçı tərəfindən elektron imzalanması da iddiaçının əmək müqaviləsinin müddətli bağlanmasından xəbərdar olmasını və elektron imzası ilə buna könüllü olaraq razılıq verməsini bir daha sübuta yetirir.
56. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd etmişdir ki, tərəflər arasındakı əmək mübahisəsi üzrə X8 müvafiq araşdırma aparılmış və əmək müqaviləsinə müddətin bitməsi əsası üzrə xitam verilməsi ilə bağlı hər hansı pozuntu müyyən edilməmişdir. Beləliklə də iddiaçı, cavabdehdə 5 ildən az, yəni cəmi 3 il 2 gün çalışmışdır və müqavilənin müddətli bağlanması onun könüllü (sərbəst) iradə ifadəsinin nəticəsi olmuşdur.
57. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi
Q ə r a r a aldı: İddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.