Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-870/2026 26.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh4, X, cavabdeh1, cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: Mülkiyyət hüququnun müdafiəsi ilə bağlı mübahisə, torpağın qanunsuz sahiblikdə qaytarılması , özbaşına tikilinin sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh4, X, cavabdeh1, cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən cavabdehlər X və cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. JN-1019 kod ******** nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən, Masallı Rayon Aqrar Islahat Komissiyasının ## #### 1998-ci il tarixli, ** nömrəli qərarı ilə İddiaçı, X6, X4, X2, X3, X1 və X5 0.83 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi ayrılmışdır.
2. Mütəxəssis və ekspert rəyinə əsasən müəyyən edilmiş ki, iddiaçıya məxsus torpaq sahəsində cavabdeh cavabdeh2 məxsus mişar daşından inşa edilmiş fərdi yaşayış evi, köməkçi tikili və sanitar qovşaq mövcuddur.
3. Iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi cavabdehlər X, cavabdeh1, cavabdeh2 faktiki sitifadəsindədir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh4, X, cavabdeh1, cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı rayonu, Boradigah qəsəbəsində yerləşən Masallı rayonu Aqrar Islahat Komissiyasının ## #### 1997-ci il tarixli, ** nömrəli qərarı ilə verilmiş 0.83 hektar torpaq sahəsində cavabdehlər tərəfindən qanunsuz inşa edilmiş tikililərin evin, hasarın və darvazanın cavabdehlərin hesabına sökülməsi, zəbt olunmuş həmin torpaq sahəsindən cavabdehlərin çıxarılması və torpağın ilkin vəziyyətə gətirilərək ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Masallı rayon Aqrar Islahat Komissiyasının 1998-ci il ## #### tarixli, ** nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün ona və ailə üzvlərinə ## ###### 1999-cu ildə 0.83 hektar payı bəlli torpaq sahəsi verilmişdir. (Azərbaycan Respublikası torpaqda mülkiyyət hüququna dair Dövlət Aktının nömrəsi JN 1019 Kod 80503016). Verilmiş torpaq sahəsi ancaq akt üzərindədir. Belə ki, verilmiş torpaq sahəsi Boradigah qəsəbə sakinləri cavabdeh4, X, cavabdeh1 və cavabdeh2 və başqaları müxtəlif ölçülərdə onun paybəlli torpaq sahəsini qanunsuz olaraq zəbt edmişlər. Cavabdehlər həmin torpaq sahəsində qeyri-qanuni yollarla evlər tikib, hasar çəkdirib və darvaza qoymuşlar. Bu qeyri-qanuni tikilmiş evlərə heç bir sənəd olmadan idarələr tərəfindən təbii qaz və elektrik enerjisi (işıq) çəkilmiş, idarələr bu hərəkətləri ilə qanunsuz evlərin tikilməsinə şərait yaratmışlar. Hətta cavabdeh4 onunla qonşuluqda olan paybəlli torpağını alıb özünə ev tikmişdir. Qaz xəttini, işıq dirəklərini onlara məxsus olan paybəlli torpaq sahəsinin ortası ilə apararaq evinə yol, qaz və işıq çəkmişdir. Onların paybəlli torpağının təqribən bir sotunu zəbt etmiş, daş hasar çəkmiş, işıq sayğacı, qaz sayğacı onun paybəlli torpağında basdırılmış dirəylərdən asılmışdır. Onların paybəlli torpağında iki qaz xətti torpağın altı ilə keçir. Bunlardan biri qeyd etdiyi cavabdeh4 paybəllisində tikdirdiyi şəxsi evinə, digər qaz xətti isə cavabdeh2 onun paybəlli torpağında tikdirdiyi şəxsi evinə gedir. Onlara dövlət tərəfindən verilmiş 0.83 ha torpaqdan indiyə kimi istifadə edə bilmirlər.
6. Masallı Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-*/**** saylı qətnaməsi ilə (Hakim Zeynal Zeynalov) iddia qismən təmin edilmiş, JN-1019 kod ******** nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən iddiaçı İddiaçı və ailə üzvlərinə məxsus Masallı rayonu, Boradigah qəsəbəsində yerləşən 0.83 hektar kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilmiş torpaq sahəsinin zəbt edilmiş cavabdeh X tərəfindən faktiki istifadə edildiyi 0,16 hektar sahəsindən, cavabdeh cavabdeh1 tərəfindən faktiki istifadə edildiyi 0,07 hektar sahəsindən çıxarılmaları, JN-1019 kod ******** nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən iddiaçı İddiaçı və ailə üzvlərinə məxsus Masallı rayonu, Boradigah qəsəbəsində yerləşən 0.83 hektar kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilmiş torpaq sahəsinin 0,11 ha sahəsində inşa edilmiş fərdi yaşayış evi və hasar cavabdeh cavabdeh2 tərəfindən öz hesabına sökülməklə torpaq sahəsi əvvəlki vəziyyətə gətirilməsi, iddianın cavabdeh cavabdeh4 qarşı təmin edilməməsi, cavabdehlər X, cavabdeh1, cavabdeh2 müştərək qaydada iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyərinə görə 50 manat və 100 manat olmaqla, cəmi 150 (bir yüz əlli) manat X13 xeyrinə tutulması, cavabdehlər Xdan, cavabdeh1, cavabdeh2 müştərək qaydada mütəxəssis rəyinin alınması üçün iddiaçı İddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Cəlilabad Ərazi Idarəsinin hesablaşma hesabına ödənilmiş 95 manat və 95 manat olmaqla, cəmi 190 (bir yüz doxsan) manat məbləğində pulun alınaraq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş ##.##.2023-cü il tarixli, **/**** saylı ekspert rəyində qeyd edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Cəlilabad Ərazi Idarəsinin ##.##.2023-cü il tarixli, 3-21-3-##/# ****/**** saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına və Masallı rayonu Boradigah qəsəbəsi ərazisində JN **** nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına görə iddiaçı İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,83 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədlərinin yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Cəlilabad Ərazi Idarəsinin ##.##.2023-cü il tarixli, *-**-*-**/*-****/**** saylı mütəxəssis rəyinə və yerquruluşu planına əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə mübahisələndirilən **** nömrəli 0,83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,07 hektaradək hissəsinin cavabdeh1, 0,16 hektaradək hissəsinin X, 0,11 hektaradək hissəsinin cavabdeh2 tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. Digər cavabdeh cavabdeh4 faktiki istifadəsində olan ərazinin **** nömrəli 0,83 ha torpaq sahəsinin hüdudlarından kənarda yerləşdiyi müəyyən edilmişdir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş ##.##.2024-cü il tarixli, *-**-**/*-**/**** saylı ekspert rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Cəlilabad Ərazi Idarəsinin Yerquruluşunun təşkili üzrə mühəndisi Fuad Mirzəyevin tərtib etdiyi ##.##.2024-cü il tarixli, *-**-*-**/*-****/**** saylı mütəxəssis rəyinə əsasən mübahisəli torpaq sahəsinin hüdudları daxilində cavabdeh4 məxsus sanitar qovşaq, cavabdeh2 məxsus fərdi yaşayış mövcuddur. Rəyə əlavə edilmiş yerquruluşu planında həmin tikililər göstərilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya nömrəli pay torpaq sahəsi mübahisəli ərazidə yerləşmədiyi müəyyən edilmişdir.
9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarına əlavə edilmiş rəylərdən görünür ki, İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,83 ha kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün nəzərdə tutulmuş və mübahisə predmeti olan torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edildiyi müəyyən edilir. Qeyd olunanlar yekun olaraq onu deməyə əsas verir ki, iddiaçıya məxsus mübahisəli torpaq sahəsi digər şəxsin sahibliyindədir və həmin sahiblik qanunsuzdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək JN-1019 kod ******** nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən iddiaçı İddiaçı və ailə üzvlərinə məxsus Masallı rayonu, Boradigah qəsəbəsində yerləşən 0.83 hektar kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilmiş torpaq sahəsinin cavabdehlər X tərəfindən faktiki istifadə etdiyi 0,16 hektar və cavabdeh1 tərəfindən faktiki istifadə edildiyi 0,07 hektar sahəsindən çıxarılmalıdırlar, JN-1019 kod ******** nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən iddiaçı İddiaçı və ailə üzvlərinə məxsus Masallı rayonu, Boradigah qəsəbəsində yerləşən 0.83 hektar kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilmiş torpaq sahəsinin 0,11 ha sahəsində inşa edilmiş fərdi yaşayış evi və hasar cavabdeh cavabdeh2 tərəfindən öz hesabına sökülərək torpaq sahəsi əvvəlki vəziyyətə gətirilməlidir. Iddia cavabdeh cavabdeh4 qarşı təmin edilməməlidir. Ona görə ki, mütəxəssis rəyi və ekspertiza rəyləri ilə müəyyən edilmişdir ki, cavabdeh cavabdeh4 aid olan sanitar qovşaq iddiaçıya və ailə üzvlərinə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsinin hüdudlarından kənarda yerləşir. Bu hal işə əlavə edilmiş və məhkəmə tərəfindən tədqiq edilmiş mübahisəli torpaq sahəsinin yerquruluşu Planı və mübahisəli torpaq sahəsinin yerləşdiyi əraziyə yerli baxış keçirilərkən müəyyən edilmişdir.
10. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1 və 2-ci bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 152.1, 157.2, 170.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 101.7, 77.1, 14.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh X apellyasiya şikayəti verərək, Masallı Rayon Məhkəməsinin ##.##.2024cü il tarixli, *(***)-*/**** saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Cavabdeh X apellyasiya şikayətində göstərmişdir ki, məhkəmə maddi hüquq normalarının tələblərini pozmuşdur. Torpaq sahəsi ona Telman adına sovxoz tərəfindən 1992ci ildə torpaq sahəsi ayrılmışdır. Həmin sənədlər ilkin hüquq müəyyənedici sənədlərdir və iddiaçının sənədi sonradan alınmışdır. Belə olan halda sənədi etibarlıdır. Çünki həmin torpaq iddiaçıdan əvvəl onun istifadəsində olmuşdur, uzun illərdir ki, həmin torpaq sahəsini istifadə edir, iddiaçının yox, öz torpağını istifadə edir. Həmçinin, torpağı yaşayış məntəqələri üçün nəzərdə tutulmuş, iddiaçının tələb etdiyi torpaq sahəsi isə kənd təsərrüfatı təyinatlıdır, onun torpağı ilə üst-üstə düşməsi mümkün deyildir. Iddiaçının sənədi əslində qəsəbənin başqa yerində olmalıdır, çünki iddiaçı faktiki istifadə etmədiyi əraziyə elektron xəritədə işlənə bilməzdi, görünür ki, burada hansısa qanunsuzluq vardır. Hazırda bütün xəritələr elektron informasiya sisteminə uyğun işlənmişdir və həmin xəritələrdə faktiki istifadə vəziyyətinə uyğun olmalıdır. Lakin iddiaçı iddia etdiyi torpaqları heç vaxt istifadə etməmişdir. 1992-ci ildən həmin torpaqlar onların istifadəsindədir. Artıq 30 ildən çoxdur ki, həmin torpaqları istifadə edir və artıq mülkiyyət hüququ yaranmışdır. Lakin məhkəmə həmin halların heç birini araşdırmamışdır. Məhkəmə tərəfindən sübutlar tam araşdırılmamış, işin faktiki halları ilə sübutlar düzgün qiymət verilməmiş, sübutlar iddiaçının xeyrinə qiymət verilmişdir. Məhkəmə sübutları düzgün qiymətləndirməmişdir. Məhkəmə ekspert rəyinin əsassız olmasına görə təkrar ekspertiza təyin etməli olduğu halda etməmişdir. Çünki ekspert rəyində uyğunsuzluq vardır. Ekspert rəyi elektron informasiya sisteminə uyğun işlənmişsə iddiaçının torpağı kənd təsərrüfatlı təyinatlı olduğu üçün həmin ərazidə ola bilməzdi, çünki həmin ərazi yaşayış məntəqələri üçün nəzərdə tutulmuş və ətraf hamısı fərdi yaşayış evləridir, buda sübut edir ki, həmin ərazidə kənd təsərrüfatı torpağı ola bilməz. Buna görə də təkrar ekspertiza keçirilməlidir. Işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlər məcmusunu, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəfləri hər birinin həm xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir.
13. Cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək, Masallı Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-*/**** saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarının tələblərini pozmuşdur. Iddiaçının torpağını zəbt etməmişdir, ümumiyyətlə Rusiyada yaşayır, Azərbaycanda torpaq zəbt etməyi mümkün deyildir, ekspert yanlış rəy vermişdir, onu görmədən zəbt etdiyini müəyyən etmişdir, bu da göstərir ki, rəy yanlışdır və məhkəmədə yanlış qətnamə qəbul etmişdir. Ona Telman adına sovxoz tərəfindən 1992-ci ildə torpaq sahəsi ayrılmışdır. Həmin sənədlər ilkin hüquq müəyyənedici sənədlərdir və iddiaçının sənədi sonradan alınmışdır. Belə olan halda sənədi etibarlıdır. Çünki həmin torpaq iddiaçıdan əvvəl onun istifadəsində olmuşdur. Iddiaçının sənədi əslində qəsəbənin başqa yerində olmalıdır, çünki iddiaçı faktiki istifadə etmədiyi əraziyə elektron xəritədə işlənə bilməzdi, görünür ki, burada hansısa qanunsuzluq vardır. Hazırda bütün xəritələr elektron informasiya sisteminə uyğun işlənmişdir və həmin xəritələrdə faktiki istifadə vəziyyətinə uyğun olmalıdır. Lakin iddiaçı iddia etdiyi torpaqları heç vaxt istifadə etməmişdir. Həmin torpaqlar 30 ildən çoxdur ki, həmin torpaqları istifadə edir və artıq mülkiyyət hüququ yaranmışdır. Lakin məhkəmə həmin halların heç birini araşdırmamışdır.
15. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli mülki iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Aytən Novruzova (sədrlik edən və məruzəçi), Tofiq Heydərov və Mahir Əsədli) cavabdehlər X və cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Masallı Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-*/**** saylı qətnaməsinin mübahisələndirilən cavabdehlər X və cavabdeh1 münasibətdə iddianın təmin olunan hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın qismən təmin olunması, JN-1019 kod ******** nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən iddiaçı İddiaçı və ailə üzvlərinə məxsus Masallı rayonu, Boradigah qəsəbəsində yerləşən 0.83 hektar kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilmiş torpaq sahəsinin zəbt edilmiş cavabdeh X tərəfindən faktiki istifadə edildiyi 0,1021 hektar sahəsindən, cavabdeh cavabdeh1 tərəfindən faktiki istifadə edildiyi 0,1369 hektar sahəsindən çıxarılması, iddia tələbinin cavabdehlər X və cavabdeh1 münasibətdə qalan hissədə rədd edilməsi qət edilmişdir.
16. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehlərin apellyasiya şikayətlərinin dəlillərində istinad etdikləri arqument ondan ibarətdir ki, mübahisəli torpaq sahələri 1992-ci ildən etibarən onların faktiki istifadəsində olmuş, həmin torpaqlara 30 ildən artıq müddətdə sahiblik edildiyindən artıq mülkiyyət hüququ yaranmışdır. Kollegiya bu dəlilə münasibətdə qeyd etmişdir ki, göstərilən arqument mövcud mülki qanunvericiliyin tələbləri ilə uzlaşmır və hüquqi baxımdan əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.6-cı maddəsinə əsasən, yalnız o halda ki, şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi kimi 30 il müddətində fasiləsiz və etirazsız sahiblik etmiş olsun, həmin şəxs mülkiyyətçi kimi dövlət qeydiyyatına alınmasını tələb etmək hüququna malikdir. Həmin norma eyni şərtlərlə o daşınmaz əmlaka da şamil edilir ki, onun mülkiyyətçisi dövlət reyestrindən bəlli olmasın və ya mülkiyyətçi 30 il əvvəl ölmüş, yaxud sahiblik müddətinin başlanğıcında xəbərsiz itkin düşmüş elan edilmiş olsun. Bununla belə, qanunverici açıq şəkildə müəyyən etmişdir ki, belə hallarda mülkiyyət hüququnun tanınması və qeydiyyatı yalnız rəsmi elan olunmuş müddət ərzində etiraz daxil olmadıqdan və ya etirazlar rədd edildikdən sonra, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında mümkündür.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, daşınmaz əmlakı uzun müddət faktiki istifadə mülkiyyət hüququnun yaranması üçün öz-özlüyündə kifayət edən hal deyildir. Qanunvericiliyin tələblərinə uyğun olaraq formalaşmış və dövlət qeydiyyatından keçmiş mülkiyyət hüququ yalnız müvafiq qaydada, yəni qanuni əsaslar və məhkəmə qərarı olmadan ləğv edilə və ya aradan qaldırıla bilməz. Cavabdehlərin torpaq sahəsindən 30 ildən artıq müddət ərzində istifadə etməsi, iddiaçının artıq mövcud olan və qanunla qorunan mülkiyyət hüququnu nə məhdudlaşdıra, nə də ləğv edə bilər. Beləliklə, cavabdehlərin apellyasiya şikayətlərində göstərilən bu dəlil mülki qanunvericiliyin tələblərinə uyğun olmadığından əsassız hesab edilməli və məhkəmə tərəfindən qəbul edilən qətnamənin qanuniliyinə şübhə yaratmayan, hüquqi baxımdan əhəmiyyətsiz arqument kimi qiymətləndirilməlidir.
18. Cavabdehlər tərəfindən irəli sürülən “iddiaçının torpaq sahəsinin əslində başqa yerdə yerləşməli olması, əvvəlki xəritələrlə hazırkı xəritələrin tamamilə fərqlənməsi və iddiaçının tələb etdiyi ərazidə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mövcud olmasının mümkün olmaması” barədə dəlilə münasibətdə kollegiya qeyd etmişdir ki, bu arqument mahiyyət etibarilə formal mülahizədən ibarət olub, hər hansı konkret hüquqi və ya sübutedici əsasla təsdiqlənmir. Belə ki, cavabdehlər tərəfindən nə əvvəlki xəritələrin hansı normativ-hüquqi aktlara əsasən tərtib edildiyi, nə həmin xəritələrin hüquqi qüvvəsi, nə də hazırkı xəritələrlə ziddiyyətin torpaq sahəsinin hüquqi statusuna hansı formada təsir göstərdiyi sübut edilmişdir. Eyni zamanda, iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmış sənədlərlə təsdiqləndiyi, torpaq sahəsinin yeri, sərhədləri və təyinatının müvafiq kadastr və reyestr məlumatlarında dəqiq əks olunduğu halda, yalnız xəritələrin fərqli olması barədə ümumi və abstrakt iddialar irəli sürülməsi sübutetmə yükünü yerinə yetirmiş hesab edilə bilməz.
19. Kollegiya onu da vurğulamışdır ki, torpaq sahəsinin yerləşmə yeri və təyinatı ilə bağlı mübahisələr yalnız səlahiyyətli dövlət orqanlarının rəsmi sənədləri, kadastr materialları və müvafiq ekspert rəyləri əsasında qiymətləndirilə bilər. Bu cür rəsmi sübutlar təqdim edilmədiyi, habelə iddiaçının hüquqmüəyyənedici sənədlərinin etibarsızlığı və ya ləğvi barədə hər hansı məhkəmə qərarı mövcud olmadığı şəraitdə, cavabdehlərin irəli sürdükləri arqument hüquqi baxımdan nəticə doğuran əsas kimi qəbul edilə bilməz. Beləliklə, iddiaçının torpaq sahəsinin başqa yerdə yerləşməli olması və xəritələr arasındakı fərqlərə istinad edilməsi ilə bağlı dəlil iş üzrə sübutlarla təsdiqlənməyən, subyektiv mülahizələrə əsaslanan və formal xarakter daşıyan arqument kimi qiymətləndirilməlidir.
20. Kollegiya qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən sübut kimi qəbul edilmiş mütəxəssis rəyi işin faktiki hallarının düzgün və hərtərəfli müəyyən edilməsi üçün kifayət etməmiş, mübahisənin hüquqi mahiyyətinin açılmasına imkan verməmişdir. Məhz bu səbəbdən apellyasiya instansiyası məhkəməsi tərəfindən əlavə sübutların toplanmasına zərurət yaranmış və iş üzrə məhkəmə-tikinti texniki ekspertizasının təyin edilməsi zəruri hesab olunmuşdur.
21. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin cavabdehlər X və cavabdeh1 münasibətdə təmin olunması üçün əsas götürülmüş Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş ##.##.2023-cü il tarixli, *-**-*-**/*- ****/**** saylı mütəxəssis rəyindən müəyyən olunur ki, həmin rəy İddiaçı və digər ailə üzvlərinə JN-**** nömrəli dövlət aktı ilə məxsus 0,83 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemində mövcud olan baza məlumatları əsasında döngə nöqtələrinin koordinatlarına görə naturada yerləşmə vəziyyətinin müəyyən edilməsi ilə məhdudlaşmışdır. Lakin nəzərə alınmalıdır ki, mütəxəssis rəyində torpaq sahəsinin “naturada yerləşməsi” üzrə aparılmış müəyyənetmə hüquqi mülkiyyət sərhədlərinin yox, faktiki istifadə vəziyyətinin təsbit edir. Halbuki torpaq üzərində mülkiyyət hüququnun hüdudları yalnız dövlət aktı və rəsmi kadastr məlumatları əsasında müəyyən edilə bilər. Faktiki istifadə isə mülkiyyət hüququnun yaranması və ya mövcudluğunu təsdiq edən hüquqi əsas hesab olunmadığından, bu rəy mübahisə predmetinin– mülkiyyət hüququnun pozulubpozulmamasının həlli üçün kifayət etməyən sübut xarakteri daşıyır.
22. Apellyasiya instansiyası məhkəməsində iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Cəlilabad Ərazi Idarəsinin ## #### 2025-ci il tarixli, 3 **-*-**/*-****/**** saylı mütəxəssis rəyi və ona əlavə edilmiş yerquruluşu planı isə əvvəlki rəy ilə müqayisədə daha əhatəli, obyektiv və hüquqi baxımdan əsaslandırılmışdır. Həmin rəyə əsasən Torpaqların elektron kadastr uçotu informasiya sistemində JN-1019 kodu, ******** nömrəli torpaq sahəsinə dair dövlət aktı ilə İddiaçı və digər ailə üzvlərinə verilmiş 0,83 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ölçüləri, cizgiləri və döngə nöqtələrinin koordinatları dəqiq şəkildə müəyyən edilmiş və rəyə əlavə edilmiş plan üzərində əks etdirilmişdir. Bununla yanaşı, həmin mütəxəssis rəyində cavabdehlər X və cavabdeh1 da daxil olmaqla, digər şəxslərin faktiki istifadəsində olan torpaq sahələrinin ayrıayrılıqda ölçüləri müəyyən edilmiş, onların yerləşmə vəziyyəti sxem üzrə göstərilmişdir. Belə ki, Torpaqların elektron kadastr uçotu informasiya sisteminin məlumatlarına əsasən Xnun faktiki həyətyanı sahə kimi istifadə etdiyi 0,1021 hektar, cavabdeh1 faktiki həyətyanı sahə kimi istifadə etdiyi 0,1369 hektar torpaq sahələrinin iddiaçı İddiaçı JN-**** nömrəli dövlət aktı ilə məxsus 0,83 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi, yəni həmin sahələrlə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bu hal rəsmi kadastr məlumatları və yerquruluşu planı ilə təsdiqlənmişdir.
23. Bundan başqa, işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş ##.##.2024-cü il tarixli, *-**-**/*-**/**** saylı ekspert rəyində iddiaçı İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan 0,83 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları daxilində Xnun faktiki istifadəsində olan sahə 1021 kv.m, cavabdeh1 faktiki istifadəsində olan sahə 1368 kv.m olduğu göstərilmişdir. Həmin rəy Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Cəlilabad Ərazi Idarəsinin Yerquruluşunun təşkili üzrə mühəndisi Fuad Mirzəyevin tərtib etdiyi ##.##.2024-cü il tarixli, *-**-*-**/*-****/**** saylı mütəxəssis rəyinə əsasən verilmiş, rəyə yerquruluşu planı əlavə edilmişdir. (iş mat. 1-ci cild Səh.142) Kollegiya onu da xüsusi olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslandırıcı hissəsində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Cəlilabad Ərazi Idarəsinin ##.##.2023-cü il tarixli, *-**-*-**/*-****/**** saylı mütəxəssis rəyinin iş üzrə mövcud olan digər sübutlarla, xüsusilə də ekspert rəyləri ilə müqayisədə nə üçün daha üstün sübut əhəmiyyətinə malik hesab edildiyi hər hansı hüquqi və faktiki arqumentlə əsaslandırılmamışdır. Məhkəmə yalnız qeyd olunan rəyə istinad etməklə kifayətlənmiş, lakin sübutların qiymətləndirilməsinin əsas prinsiplərindən biri olan obyektivlik, hərtərəflilik və sübutların qarşılıqlı əlaqədə təhlili tələblərinə əməl etməmişdir. Halbuki, iş materiallarından açıq şəkildə görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş ##.##.2024-cü il tarixli, *-**-**/*-**/**** saylı ekspert rəyi bilavasitə mübahisəli daşınmaz əmlak üzrə mülkiyyət hüququnu təsdiq edən rəsmi sənədlərə, o cümlədən dövlət reyestri məlumatlarına və hüquq müəyyənedici aktlara əsaslanmaqla hazırlanmışdır. Sözügedən ekspert rəyi mübahisənin predmetini təşkil edən hüquqi münasibətlərin mahiyyətini açmaqla yanaşı, tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsinə imkan verən dəqiq, əsaslandırılmış və elmi-metodiki baxımdan tutarlı nəticələr ehtiva edir.
24. Qeyd olunmalıdır ki, mütəxəssis rəyi ilə ekspert rəyi arasında hüquqi baxımdan əhəmiyyətli fərq mövcuddur. Belə ki, mütəxəssis rəyi adətən faktiki vəziyyətin təsvirinə və texniki müşahidələrə əsaslanmaqla məhdud xarakter daşıdığı halda, ekspert rəyi xüsusi biliklərə malik müstəqil ekspert tərəfindən aparılmış araşdırma nəticəsində tərtib edilir və mülkiyyət hüququ kimi mürəkkəb hüquqi münasibətlərin qiymətləndirilməsi baxımından daha yüksək sübut qüvvəsinə malik olur. Bu mənada, mülkiyyət hüququnu təsdiq edən sənədlərə istinad edilməklə verilmiş ekspert rəyi iş üzrə həqiqi halların müəyyən edilməsi üçün daha etibarlı və mötəbər sübut hesab edilməlidir.
25. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən ekspert rəyinə lazımi hüquqi qiymət verilməməsi, əksinə, bu rəyin niyə nəzərə alınmadığının əsaslandırılmaması məhkəmə qərarının sübutların düzgün qiymətləndirilməsi prinsipinə zidd olduğunu göstərir. Göründüyü kimi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş ##.##.2024-cü il tarixli, 3-16-16/# ##/2997 saylı ekspert rəyi həm məzmununa, həm də hüquqi əsaslandırılmasına görə daha mötəbər və əsaslı sübut qüvvəsinə malik olduğundan, iş üzrə nəticə çıxarılarkən əsas götürülməli, digər sübutlarla müqayisədə üstün sübut kimi qiymətləndirilməlidir.
26. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları, apellyasiya şikayətinin dəlillərini və birinci instansiya məhkəməsinin gəldiyi qənaəti məcmu şəkildə qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, Masallı Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-*/**** saylı qətnaməsi cavabdehlər X və cavabdeh1 münasibətdə iddianın təmin edilmiş hissəsində işin faktiki hallarına və sübutların düzgün qiymətləndirilməsi prinsipinə uyğun deyildir. Birinci instansiya məhkəməsi tərəfindən natamam mütəxəssis rəyinə üstünlük verilməsi nəticəsində mübahisənin hüquqi mahiyyəti düzgün müəyyən edilməmişdir.
27. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
28. Cavabdeh cavabdeh1 kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı ## ###### 2025-ci il tarixli qətnaməsinin cavabdeh1 Maşala oğluna münasibətdə ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
29. Kassasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə istinad edərək qeyd edilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki Məcəlləsinin 178.6-ci maddəsinə əsasən əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Eyni şərtlərlə bu hüquq həmçinin o daşınmaz əmlakın sahibinə mənsubdur ki, onun mülkiyyətçisi daşınmaz əmlakın dövlət reyestrindən bəlli olmasın və ya 30 il əvvəl ölmüş və ya mülkiyyətin sahiblik müddətinə görə əldə edilməsi müddətinin əvvəlində xəbərsiz itkin düşmüş elan olunsun. Lakin qeydiyyat, rəsmi elan olunmuş müddətdə etiraz verilmədikdən və ya rədd edildikdən sonra yalnız məhkəmənin qərarı ilə aparılmalıdır. Apellyasiya instansiyası məhkəməsi isə Mülki Məcəllənin 152 və 157ci maddələrini formal şəkildə tətbiq etmiş, torpaq münasibətlərinin tarixi hüquqi əsaslarını araşdırmamış, 1992-ci ildə Telman adına sovxoz tərəfindən torpaq ayrılması faktına hüquqi qiymət verməmişdir. Məhkəmə yalnız iddiaçının 1998-ci il dövlət aktına istinad etmiş, lakin: Torpaq ayrılmasının əvvəlki hüquqi rejimini, -Sovxoz torpaqlarının transformasiya mexanizmini, -Həmin aktın həqiqiliyi yoxlanılmamışdır. Faktiki istifadə və ilkin hüquqmüəyyənedici sənədlərin hüquqi qüvvəsini araşdırmamışdır. Həmin sənədlərə hüquqi qiymət verməmiş və bu hissədə araşdırma aparmamışdır. Bu isə maddi hüququn natamam tətbiqi deməkdir. Məhkəmə maddi hüquq normalarının tələblərini pozmuşdur. Torpaq sahəsi kassatora Telmanın adına sovxoz tərəfindən 1992-ci ildə torpaq sahəsi ayrılmışdır. Həmin sənədlər ilkin hüquq müəyyənedici sənədlərdir və iddiaçının sənədi sonradan alınmışdır. Belə olan halda kassatorun sənədi etibarlıdır. Çünki həmin torpaq iddiaçıdan əvvəl onun istifadəsində olmuşdur, uzun illərdir ki, həmin torpaq sahəsini istifadə edir, iddiaçının yox, öz torpağını istifadə edir. Iddiaçı da bu müddət ərzində torpağa qarşı hər hansı iddia irəli sürməmişdir. Çünki o torpağı özününkü hesab etməmişdir və ona məxsus olmadığını yaxşı bilmişdir. Həmçinin, torpağı yaşayış məntəqələri üçün nəzərdə tutulmuş, iddiaçının tələb etdiyi torpaq sahəsi isə kənd təsərrüfatı təyinatlıdır, onun torpağı ilə üst-üstə düşməsi mümkün deyildir. Məhkəmə mütəxəssis və ekspert rəyləri arasında ziddiyyətləri araşdırmamışdır. Apellyasiya instansiyası göstərmişdir ki, 30 illik sahiblik yalnız reyestrdə qeydiyyatsız əmlaka şamil edilə bilər. Lakin məhkəmə aşağıdakı məsələləri araşdırmamışdır: -1992-ci ildən etibarən fasiləsiz və açıq sahiblik faktı, -Dövlət orqanlarının həmin istifadəyə etiraz etməməsi,-Torpağın yaşayış məntəqəsi zonasında yerləşməsi, -iddiaçının 30 ilə yaxın müddətdə faktiki istifadə etməməsi. Qanunvericilikdə əldəetmə müddəti (acquisitive prescription) hüquqi sabitlik prinsipinə əsaslanır. Uzun illər dövlətin müdaxiləsiz tanıdığı faktiki sahiblik mütləq nəzərə alınmalı idi. Məhkəmə bu institutun tətbiqi imkanlarını araşdırmadan onu formal əsasla rədd etmişdir. Hazırda bütün xəritələr elektron informasiya sisteminə uyğun işlənmişdir və həmin xəritələrdə faktiki istifadə vəziyyətinə uyğun olmalıdır. Lakin iddiaçı iddia etdiyi torpaqları heç vaxt istifadə etməmişdir. 1992-ci ildən həmin torpaqlar onların istifadəsindədir. Artıq 30 ildən çoxdur ki, həmin torpaqları istifadə edir və artıq mülkiyyət hüququ yaranmışdır. Lakin məhkəmə həmin halların heç birini araşdırmamışdır. Şikayətdə həmçinin Azərbaycan Respublika MPMnin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanmışdır. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadı etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin MPM-in 417ci maddəsinə istinad edilərək qeyd edilmişdir ki, iş materiallarından görünür ki, Masallı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ilə cavabdeh1h oğluna münasibətdə 0.07 ha torpaq sahəsindən çıxarılması müəyyən edilmişdir. Həmin qətnamədən cavabdeh1 apellyasiya şikayəti vermişdir. Lakin Şirvan Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ilə onun vəziyyəti ağırlaşdırılmış və 0.13 ha torpaq sahəsinin çıxarılması müəyyən edilmişdir. Beləliklə, şikayət verən şəxsin hüquqi vəziyyəti pisləşdirilmişdir. Mülki proses hüququnun fundamental prinsiplərindən biri ondan ibarətdir ki, apellyasiya instansiyası şikayət vermiş şəxsin vəziyyətini onun şikayəti əsasında ağırlaşdıra bilməz. Bu prinsip məhkəmə müdafiəsinin təminatıdır və şəxsin məhkəməyə müraciət etmək hüququnun real təminatına xidmət edir. Əgər şəxs şikayət verdiyinə görə daha ağır hüquqi nəticə ilə üzləşirsə, bu, ədalətli məhkəmə araşdırması prinsipinə ziddir. Məhkəmə tərəflərin tələblərindən kənara çıxmaqla apellyasiya instansiyası şikayət verənin mövqeyini yaxşılaşdırmaq əvəzinə onun üzərinə daha artıq hüquqi yük qoymuş, çıxarılmalı torpaq sahəsinin ölçüsünü iki dəfəyə yaxın artırmışdır. Bu hal MPM-in 417-ci maddəsinə uyğun olaraq qətnamənin ləğvi üçün əsasdır. Iddiaçı əvvəllərdə eyni tələblə məhkəməyə müraciət etmişdir. Qanuna əsasən eyni tərəflər arasında eyni tələb üzrə bir dəfə baxıla bilər. Buna baxmayaraq məhkəmə iddiaçının əvvəlki iddialarını nəzərə almayaraq təkrar tələb üzrə iddianı yenidən icraata qəbul edərək qərar qəbul edib. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Lakin apellyasiya instansiyası: -Ekspert rəyini mütləq sübut kimi qəbul etmiş, -Mütəxəssis rəyi ilə ekspert rəyləri arasındakı uyğunsuzluqlarını araşdırmamış, -Təkrar ekspertiza təyin etməmişdir. Faktiki istifadə və torpağın zonalaşdırılması məsələsini araşdırmamışdır. Ekspert rəyi elektron kadastr sisteminə əsaslanmışdır, lakin: -Torpağın təyinatının faktiki zonaya uyğunluğu, -Yaşayış massivində kənd təsərrüfatı torpağının yerləşməsi ziddiyyəti, -Faktiki sərhədlərlə kadastr xəritəsi arasındakı fərqlər araşdırılmamışdır. Bu isə MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinin pozuntusudur. MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara uyğun əsaslandırılmalıdır. Apellyasiya instansiyası kassatorun 1992ci il torpaq ayrılması barədə dəlillərinə, uzunmüddətli faktiki istifadəyə, iddiaçının uzun illər hərəkətsiz qalmasına müfəssəl hüquqi qiymət verməmişdir. Qətnamədə bu arqumentlərin rədd edilməsinin hüquqi motivləri göstərilməmişdir. Bu isə əsaslandırma prinsipinin pozulmasıdır.
30. Cavabdeh X kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin *(***)- ***/**** saylı ## ###### 2025-ci il tarixli qətnaməsinin Xna münasibətdə ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
31. Kassasiya şikayəti belə əsaslandırılır ki, məhkəmə 1992-ci ildə Telman adına sovxoz tərəfindən torpaq ayrılması faktına hüquqi qiymət verməmişdir. Məhkəmə yalnız iddiaçının 1998-ci il dövlət aktına istinad etmiş, lakin: - Torpaq ayrılmasının əvvəlki hüquqi rejimini, - Sovxoz torpaqlarının transformasiya mexanizmini, -Həmin aktın həqiqliyi yoxlanılmamışdır. Faktiki istifadə və ilkin hüquqmüəyyənedici sənədlərin hüquqi qüvvəsini araşdırmamışdır. Həmin sənədlərə hüquqi qiymət verməmiş və bu hissədə araşdırma aparmamışdır. Bu isə maddi hüququn natamam tətbiqi deməkdir. Məhkəmə maddi hüquq normalarının tələblərini pozmuşdur. Torpaq iddiaçıdan əvvəl onun istifadəsində olmuşdur, uzun illərdir ki, həmin torpaq sahəsini istifadə edir, iddiaçının yox, öz torpağını istifadə edir. Iddiaçıda bu müddət ərzində torpağa qarşı hər hansı iddia irəli sürməmişdir. Çünki o torpağı özünkü hesab etməmişdir və ona məxsus olmadığını yaxşı bilmişdir. Həmçinin, torpağı yaşayış məntəqələri üçün nəzərdə tutulmuş, iddiaçının tələb etdiyi torpaq sahəsi isə kənd təsərrüfatı təyinatlıdır, onun torpağı ilə üst-üstə düşməsi mümkün deyildir. Məhkəmə mütəxəssis və ekspert rəyləri arasında ziddiyətləri araşdırmamışdır. Apellyasiya instansiyası göstərmişdir ki, 30 illik sahiblik yalnız reyestrdə qeydiyyatsız əmlaka şamil edilə bilər. Lakin məhkəmə aşağıdakı məsələləri araşdırmamışdır: -1992- ci ildən etibarən fasiləsiz və açıq sahiblik faktı, -Dövlət orqanlarının həmin istifadəyə etiraz etməməsi, -Torpağın yaşayış məntəqəsi zonasında yerləşməsi, - Iddiaçının 30 ilə yaxın müddətdə faktiki istifadə etməməsi. Qanunvericilikdə əldəetmə müddəti (acquisitive prescription) hüquqi sabitlik prinsipinə əsaslanır.
32. Kassasiya şikayətində maddi hüquq pozuntusu kimi MM-nin 152.1, 157.8, 178.6-cı maddələrinin, MPM-nin 5.1, 14.2, 77.1-ci maddələrinin pozuntusuna istinad edilmiş, apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
35. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir.
36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
43. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qətnamənin prosessual hüquq normasının pozulması ilə qəbul edildiyinə dair kassasiya şikayətlərinin dəlilləri əsaslıdır.
44. Hazırkı halda birinci instansiya məhkəməsinin qətnaməsi yalnız cavabdehlər X və cavabdeh1 tərəfindən onlara qarşı iddianın təmin edildiyi hissədə mübahisələndirildiyindən apellyasiya məhkəməsinin baxış predmeti yalnız bu hissə olmuşdur.
45. Birinci instansiya məhkəməsi tərəfindən cavabdeh Xnun iddiaçıya məxsus 0,16 hektar sahədən, cavabdeh cavabdeh1 0,07 hektar sahədən olmaqla, ümumilikdə bu cavabdehlərin zəbt edilmiş 0,23 ha sahədən çıxarılmaları hissəsində təmin edilmişdir.
46. MPM-in 372.6-cı maddəsində apellyasiya şikayəti əsasında qətnamənin əsaslılığının yoxlanılması ilə bağlı apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini müəyyən etmişdir. Həmin normaya əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Normanın məzmunundan göründüyü kimi, apellyasiya baxışının hədləri apellyasiya şikayətinin dəlillərindən asılı olaraq müəyyən edilir.
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ##.##.2011-ci il tarixli qərarında da qeyd edilmişdir ki, şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü büruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir. Dispozitivlik və çəkişmə prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır.
48. Kollegiya göstərilənlərə əsasən hesab edir ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehlər tərəfindən mübahisələndirilən hissəsi üzrə yeni qətnamə qəbul edərək cavabdeh Xnun 0,1021 hektar, cavabdeh1 0,1369 hektar (birinci instansiya məhkəməsinin qət etdiyi sahədən daha artıq) olmaqla, ümumilikdə isə 0,2390 hektar sahədən çıxarılmalarını qət edərək faktiki olaraq iddianın rədd olunduğu hissədə də tələbi qismən təmin etmiş, bununla da apellyasiya baxışının hədlərindən kənara çıxmış, dispozitivlik və çəkişmə prinsipi pozulmuşdur.
49. Bundan əlavə apellyasiya məhkəməsi tərəfindən cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə qiymət verilməmiş, onun şikayətə əlavə etdiyi, torpaq sahəsi üzərində hüquqları ilə bağlı birinci instansiya məhkəməsinə təqdim edilməmiş sübutların apellyasiya mərhələsində qəbul edilməsinin mümkünlüyü MPM-in 372.2-ci, 380-ci maddələrinin tələblərinə uyğun araşdırılmamış, məhkəmə iclas protokollarında yeni sübutların qəbul edilib-edilmədiyinə dair məhkəmənin qərarı öz əksini tapmamışdır. Halbuki Bağırov şikayətində qeyd edilən sübutlara əsaslanaraq torpaq sahəsinin özbaşına zəbt edilmədiyini, 1992-ci ildə Telman adına sovxoz tərəfindən ona ayrıldığını və həmin vaxtdan torpağa sahiblik etdiyini qeyd etdiyindən məhkəmə apellyasiya şikayətinin bu dəlillərinə münasibət bildirməli idi.
50. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətləri təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
51. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi
Qərara aldı:
Cavabdehlər X və cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ***/**** saylı qətnaməsi ləğv edilsin. Iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.