Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-947/2026 12.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Ibrahimova (Tağıyeva) Nərmin Tərlan qızının cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: uşaqla ünsiyyət hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı Ibrahimova (Tağıyeva) Nərmin Tərlan qızının cavabdeh Cavabdeh qarşı barışıq sazişinin 4-cü bəndinin ləğv edilməsi, uşaqla ünsiyyət vaxtının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: Işin halları
1. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi ilə, Cavabdeh ilə Ibrahimova (Tağıyeva) Nərmin Tərlan qızı arasında Səadət Sarayı Bakı Nikah evində ##.##.2020-ci il tarixdə *** nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir.
2. Bakı * saylı Mediasiya Təşkilatının ##.##.2024-cü il tarixli, MŞB/*-***** saylı barışıq sazişindən görünür ki, 1) Tərəflər kimi çıxış edən - İddiaçı və Cavabdeh ##.##.2020-cü il tarixdə, 736 nömrəsi ilə qeydə alınmış nikahın məhkəmə qaydasında pozulmasına etiraz etmirlər; 2) Ikinci tərəf kimi çıxış edən atası Cavabdeh birgə nikahdan dünyaya gəlmiş övladı ##.##.2021-ci il təvəllüdlü X1 anası İddiaçı himayəsində qalmasına etiraz etmir; 3) Ikinci tərəf kimi çıxış edən Cavabdeh birgə nikahdan dünyaya gəlmiş övladı ##.##.2021-ci il təvəllüdlü X1 üçün ##.##.2024-cü il tarixdən etibarən hər ayın 1-dən 10-nadək 235 manat sabit pul məbləğində aliment haqqını birinci tərəf kimi çıxış edən İddiaçı adına olan bank hesabına ödəməyi öhdəsinə götürür; 4) Tərəflər razılığa gəldilər ki, birgə nikahdan dünyaya gəlmiş ##.##.2021-ci il təvəllüdlü X1 atası Cavabdeh ilə müddətsiz sərbəst ünsiyyətinə heç bir maneə yaradılmayacaqdır.
3. Nərimanov RPI-nin Istintaq şöbəsinin ##.##.2022-ci il tarixli qərarına əsasən, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, material üzrə Cavabdeh və X2 barəsində Azərbaycan Respublikası IXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tənbeh tədbiri görülməsi üçün qərarın surətinin Nərimanov RPI-nin 17-ci PŞ-nə göndərilməsi qərara alınmışdır.
4. Bakı şəhəri Sabunçu Rayon Icra Hakimiyyəti tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, ** saylı qısamüddətli mühafizə orderinə əsasən, aparılan araşdırmalar zamanı ##.##.1997-ci il təvəllüdlü vətəndaş Ibrahimova (Tağıyeva) Nərmin Tərlan qızı və ##.##.1970-ci il təvəllüdlü X7 ünvan 1 ünvanda yaşayan ##.## 1985-ci il təvəllüdlü vətəndaş Cavabdeh tərəfindən məişət zorakılığına məruz qaldığı müəyyən edilmiş, Cavabdeh X5 və X7 qarşı məişət zəminində fiziki zorakılıq - zor tətbiq etməklə məişət zorakılığına məruz qalmış şəxsin təhlükəsizliyinin pozulması, döyülməsi, sağlamlığına zərər vurulması, işgəncə verilməsi, azadlıq hüququnun məhdudlaşdırılması, məişət zəminində psixi zorakılıq - qəsdən məişət zorakılığına məruz qalmış şəxsə psixi təzyiq göstərilməsi və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlər, məişət zəminində cinsi zorakılıq - məişət zorakılığına məruz qalmış şəxsin iradəsi əleyhinə seksual xarakterli hərəkətlərə məcbur edilməsi, məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqi - məişət zorakılığına məruz qalmış şəxsin mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum edilməsinə, iqtisadi asılılıq yaradılmasına, belə asılılığın saxlanılmasına və ya ondan sui-istifadə edilməsinə yönəlmiş hərəkətlər qadağan edilmişdir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a) Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı Ibrahimova (Tağıyeva) Nərmin Tərlan qızı cavabdeh Cavabdeh qarşı iddia ərizə və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış MŞB/*-***** nömrəli ##.##.2024-cü il tarixli Barışıq sazişin 4-cü bəndini ləğv etməklə cavabdeh Cavabdeh övladları ##.##.2021-ci il təvəllüdlü X1 ilə ünsiyyət vaxtının hər həftənin bazar günləri saat 11:00-dan 13:00-dək müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında nikah pozulmuşdur. Birgə nikahdan anadan olmuş uşaqları azyaşlıdır. Mediasiya təşkilatında uşaqla bağlı aralarında heç bir problem olmamış, həmçinin maneə də yaradılmamışdır. Atası ilə ünsiyyətdən qayıtdıqdan sonra uşaq gərgin olur, etik olmayan ifadələr işlədərək atasından eşitdiyini bildirir. Inzibati tənbeh vermə haqqında qərar yoxdur. Icra hakimiyyəti tərəfindən mühafizə orderi verilmişdir. Uşaq atasının adını eşidəndə ağlamağa başlayır. Hazırda uşaq çox balacadır, böyük olsa, fikrini bildirə bilərdi. Iddiaçı sadəcə uşağın uzun müddət atanın yanında qalmasını istəmir. Iş materiallarına əlavə edilmiş CD diskdə yer alan videoda azyaşlı övladlarının atası ilə ünsiyyətdə olmaqdan çəkindiyi və atası ilə görüşmək istəmədiyi görünür. Lakin cavabdeh onun bioloji atası olmasını anlayır və onunla yenidən uzun müddətli ünsiyyətin bərpa olunması uşağa psixoloji travma yaşamasına gətirib çıxara bilər. Ona görə məlum ünsiyyəti az saatla başlamaq məqsədəuyğundur. Ünsiyyət normallaşsa, niyyətləri ünsiyyət saatını artırmaqdır. Cavabdeh icra hakimiyyətində keçirilən 5 iclasa gəlməmişdir. Sabunçu Rayon Icra Hakimiyyəti tərəfindən qısamüddətli mühafizə orderi verilmişdir.
7. Abşeron Rayon Icra Hakimiyyəti Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın ##.##.2025-ci il tarixli, *-**/*-****/**** saylı rəyi ilə, Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiya Azərbaycan Respublikası Ailə Məcəlləsinin 50.3, 52, 61.1, 61.2-ci maddələrini, hər iki tərəf haqqında apardığı araşdırmaları nəzərə alaraq azyaşlı ##.##.2021-ci il təvəllüdlü X1 atası Cavabdeh ilə ünsiyyətdə olmasını məhkəmənin mülahizəsinə buraxılmasını məqsədəuyğun hesab etmişdir.
8. Cavabdehin vəkili vəkil2 ərizə ilə müraciət edərək bildirmişdir ki, iddiaçı tərəfindən qaldırılmış iddia tələbini qəbul etmir. Belə ki, tərəflər arasında mediasiya qaydasında əldə olunmuş razılığa uyğun olaraq cavabdeh öz üzərinə düşən öhdəliyi tam şəkildə icra edir. Lakin iddiaçı uşaqla görüşə götürdüyü öhdəliyi icra etməkdən boyun qaçırdır. O öz əməlini ört-basdır etmək üçün bu iddiaya əl atmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə uyğun olaraq valideynlər bərabər hüquqa malikdirlər. Lakin iddiaçı öz əməlləri ilə cavabdehin hüquqlarını məhdudlaşdırır və bu azmış kimi uşaqla görüşmək üçün əldə olunmuş razılığın ləğv edilməsini istəyir. Hər bir halda ata, ana və nənə, babanın uşaqla görüşmək hüququ vardır. Bu hüquq hər ikisi tərəfindən razılaşdırıldığı halda niyə ləğv edilsin? Yəni ləğv edilsə belə, uşaqla görüş vaxtının müəyyən edilməsi barədə hüququ məhdudlaşmır. Bu səbəbdən də məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş edir.
9. Məhkəmə iclasında X5 tərəfindən təqdim edilmiş CD-disk materialı tədqiq edilmişdir.
10. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim M.Mirhəsənli) iddia tələbi rədd edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tələbinin əsaslı edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, Mediasiya Haqqında Azərbaycan Respublikası Qanunun 33.3-cü maddəsinə əsasən, Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Müvafiq barışıq sazişinin təzyiq və ya hədə-qorxu təsiri altında imzalanması, qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması faktı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Odur ki, tərəflər arasında barışıq sazişi qanunvericiliklə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə bağlanmış, müqavilənin ləğv edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir.
12. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəlləsinin 6.2, 324, 389.1, 390.1, 405.1, 421.2, 881.1, 881.2 və 881.3-cü, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.3-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə, Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarına istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması, iddia tələbinin tam təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti iddia ərizəsi ilə analoji məzmunda əsaslanadırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə mülki işi Qəyyumluq və himayəçilik komissiyasına göndərmiş, lakin 5 dəfə iclas olmuş, lakin bir dəfə də olsun komissiyanın iclasına gəlməmiş və uşağın məsələsi ilə maraqlanmamışdır. Məhkəmə tərəfindən CD diskdə olan görüntüyə diqqət yetirilməmişdir, azyaşlı övladı atasının adı belə gələndə qorxur və ağlıyır. Heç bir formada atası ilə ünsiyyətdə olmaq istəmir, bunu məcburi qaydada edən zaman isə uşağın psixoloji travma yaşaması qaçınılmazdır. Sabunçu RIH tərəfindən verilmiş mühafizə orderində də müəyyən olunur ki, cavabdeh tərəfindən aqressiv mövqe olduğu üçün məlum order verilmişdir. Həmçinin Nərimanov RPI-nin IŞ-nin müstəntiqi tərəfindən qəbul olunmuş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda da qeyd olunur ki, cavabdeh ona hücum edən zaman azyaşlı övladına da xəsarət yetirmişdir. Məhkəmə qeyd olunan hallara diqqət yetirməmiş və iş üzrə əsassız qətnamə qəbul etmişdir.
15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakimlər Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Lalə Rəhimli və Afiq Hüseynzadə ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilərək, iddia tələbi qismən təmin olunmuşdur. Tərəflər arasında bağlanmış MŞB/*-***** nömrəli ##.##.2024-cü il tarixli Barışıq sazişinin 4-cü bəndi ləğv edilərək, Cavabdeh ##.##.2021-ci il təvəllüdlü X1 ilə hər həftənin şənbə günü saat 10:00-dan 18:00dək, həmçinin hər həftənin 1-ci və 3-cü günləri, tərəflərin əvvəlcədən müəyyənləşdirdikləri vaxt ərzində 15 dəqiqə telefon danışıqları, videoəlaqə və texnologiyaların imkan verdiyi digər vasitələrdən istifadə etməklə ünsiyyət hüququnun müəyyən edilməsi, ünsiyyət hüququnun təmin edilməsi üçün ##.##.2021-ci il təvəllüdlü X1 onun yaşayış yeri üzrə ünvanda hər həftənin şənbə günü saat 10:00-da cavabdeh Vəli-zadə (Ibrahimova) Nərmin Tərlan qızı tərəfindən Cavabdeh, həmin gün saat 18:00-da eyni ünvanda Cavabdeh tərəfindən Vəlizadə (Ibrahimova) Nərmin Tərlan qızına təhvil verilməsi qət edilmişdir.
16. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmayaraq qeyd etmişdir ki, barışıq sazişi tərəflərin mübahisəli münasibətlərinə dair yeni bir hüquqi nəticə - hüquq və öhdəliklər əmələ gətirmək məqsədilə bağladıqları qarşılıqlı ikitərəfli (çoxtərəfli) müqavilədir. Barışıq sazişi tərəflər arasındakı mübahisənin və ya fikir ayrılığına səbəb olma potensialı daşıyan qeyri-müəyyənliyin aradan qaldırılmasına yönəlir.
17. Birinci instansiya məhkəməsi Barışıq sazişinin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olub-olmaması istiqamətində araşdırma aparmamış, bu normalara ümumiyyətlə istinad etməmişdir. Belə ki, məhkəmə sözügedən “Saziş” bağlanarkən tərəflərin qarşılıqlı münasibətini, sazişin onların iradə ifadəsinə uyğun olub-olmamasını, tərəflərin nikahda olduqları və ondan sonrakı münasibətlərini, ən önəmlisi, uşağın yaşı, ana qayğısına ehtiyacını və onun üstün mənafelərini nəzərə almamışdır.
18. Belə olan halda, mediasiya prosesində bağlanılmış barışıq sazişinin etibarlı olmasının hansı qanuni əsasa söykəndiyini və bu əsasın işin müəyyən edilmiş faktiki halları ilə uyğunluğunun nədən ibarət olmasını müəyyən etmək mümkün deyildir. Halbuki, MPM-nin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalı, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
19. Məhkəmə qeyd etmişdir ki, cavabdehin uşağı ilə sərbəst ünsiyyətinə mane olan hallara, pis vərdişlərə dair hər hansı sübut məhkəmələrə təqdim olunmamışdır. Uşağın azyaşlı olması, psixoloji cəhətdən və bir sıra digər səbəblərdən uzun müddətli görüşlərə hazır olmadığına dair cavabdehin iddia tələbinə etirazının əsası kimi gətirdiyi dəlillər ünsiyyət vaxtının məhz iddiaçının təklif etdiyi müddətdə və qaydada müəyyən edilməsi üçün əsas ola bilməz. Buna görə də, uşağın öz doğma atası ilə ünsiyyətinin onun hansısa mənafeyinə uyğun olmaması barədə dəlili inandırıcı və ağlabatan deyildir. Əksinə işin faktiki hallarından məlum olur ki, cavabdeh hazırda Türkiyə Respublikasında işləməklə orada yaşayır.
20. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh olan atanın azyaşlı övladı ilə ünsiyyətdə olmaq hüququ vardır və həmin hüququn təmin edilməsi yalnız cavabdehin deyil, həmçinin azyaşlının maraqlarına xidmət edir. Belə ki, uşağın atasını tanımaq, onunla ünsiyyətdə olmaq, qayğısından bəhrələnmək onun mənafelərinə zidd ola bilməz və bu hüquqlar qanunvericiliklə təmin olunmuşdur. Iddiaçının övladı ilə ünsiyyətinə mane olan hallar işin faktiki hallarını araşdıran məhkəmələrlə müəyyən olunmamışdır.
21. Həmçinin, uşağın qorxması, atası ilə ünsiyyətdə stress çəkməsi kimi gələcəkdə uşağa pis təsir edəcək hallara dair apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh uşağın atası olmaqla ana ilə bərabər hüquq və vəzifələrə malikdir və atanın övladı ilə ünsiyyətdə olması onun səhhətində problemlərin yaranması riskini artıra bilməz. Əksinə, uşağın atası ilə ünsiyyətdə olması normal inkişafına, tərbiyəsinə müsbət təsir göstərməklə, eyni zamanda cavabdehin də atalıq vəzifələrinin yerinə yetirməsinə zəmin yaradır.
22. Apellyasiya məhkəməsi tərəflər arasındakı ziddiyyətli məqamları, xüsusən də uşağın üstün mənafeyin nəzərə alaraq tərəflərə iddia tələbi ilə bağlı yenə də qarşılıqlı razılığa gəlməyi təklif etmiş, bu zaman iddiaçı tərəf yalnız iddiada göstərilən gün və saatda, əlavə olaraq həftədə bir gün “online” qaydada ünsiyyət qurulmasının tərəfdarı olduğunu, cavabdeh isə maneəsiz qaydada ünsiyyətin davam etdirilməsini təklif etmişdir.
23. Məhkəmə hesab etmişdir ki, bu növ iddialara baxarkən məhkəmələr ilk növbədə valideynlərin valideyn hüquqlarının və vəzifələrinin bərabərliyi və uşağın mənafelərinin üstünlüyü prinsiplərinə əməl etməklə fərqli halları diqqətə almalıdırlar. Bu zaman məhkəmələr uşağın tərbiyə olunduğu konkret şəraiti, uşağın yaşını, sağlamlıq durumunu, uşağın anaya və ya ataya bağlılığını, uşağın fiziki və psixi sağlamlığına, onun mənəvi inkişafına təsir göstərə bilən başqa halları nəzərə almalıdırlar.
24. Digər tərəfdən, övladları ilə ünsiyyətdə olmaq istəyən valideynin iddia tələbinin formal təmin edilməsi, uşaqlarla ünsiyyət üçün simvolik və əlverişsiz müddətin müəyyən edilməsi yolverilməzdir. Uşaqlarından ayrı yaşayan valideynlərə uşaqları ilə ünsiyyət vaxtı elə təyin edilməlidir ki, onlar qanunla nəzərdə tutulan valideynlik hüquqlarını və vəzifələrini real və maneəsiz şəkildə həyata keçirə bilsinlər. Həmçinin uşaqlardan ayrı yaşayan valideynin uşaqlara münasibəti, sevgisi, valideynlik hüquqlarının müdafiəsi ilə bağlı onların məhkəmədə iddia qaldırmaları və ya uşağa görə hər hansı məbləğdə aliment ödəmələri ilə ölçülmür, bunun üçün valideynlər ilk növbədə uşaqların sevgisini qazanmalı və nəticədə uşaqlarla valideynlər arasında mənəvi bağlılıq yaranmalıdır.
25. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Ailə Məcəlləsinin 29.2, 49.2, 50.1, 50.3, 56.1, 58.1, 61.1, 61.2 və 61.3-cü maddələrinə, “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2011-ci il tarixli ** nömrəli qərarına, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa istinadla əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. Iddiaçı (vəkili X3) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026 tarixli qətnaməsinin uşaqla ünsiyyət vaxtı hissəsində ləğv edərək, həmin hissədə ancaq “cavabdeh ilə uşağın ünsiyyəti hər həftənin bazar38.günləri, saat 11-00-dan 15-00-dək “kimi müəyyən edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
27. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə eyniliklə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Uşaq hüquqları bəyannaməsində göstərildiyi kimi, «fiziki və əqli cəhətdən yetkin olmadığına görə uşağın istər doğulmazdan əvvəl, istərsə də doğulduqdan sonra xüsusi mühafizəyə və qayğıya, o cümlədən lazımi hüquqi müdafiəyə ehtiyacı olduğunu» nəzərə alaraq, Sosial və hüquqi prinsiplər haqqında Bəyannamənin uşaqların müdafiəsinə və rifahına, xüsusən onlar milli və beynəlxalq səviyyələrdə tərbiyə olunmağa verilərkən və övladlığa götürülərkən müdafiəsinə və rifahına dair müddəalarına, Birləşmiş Millətlər Təşkilatının yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin icrasına dair Minimal standart qaydalarına («Pekin qaydaları») və Fövqəladə hallarda və silahlı münaqişələr dövründə qadınların və uşaqların müdafiəsi haqqında Bəyannamənin müddəalarına istinad edərək, dünyanın bütün ölkələrində son dərəcə çətin şəraitdə yaşayan uşaqların olduğunu və belə uşaq- ların xüsusi diqqətə möhtac olduğunu təsdiq edərək, hazırda iş üzrə uşağın psixoloji durumu, ata ilə ünsiyyətdə olan zaman necə saat müəyyən edilməsi , bu uşağın gələçək inkişafı üçün nə dərəcədə təhlükəli olub-olmaması, uşağın atası tərəfindən psixoloji travmaların yeridəndən sonra bərpa olub olmaması və bu kimi suallar apellyasiya instansiyası tərəfindən araşdırılmamışdır.
a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi
29. Maddə 29.2. Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir.
30. Maddə 49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir.
31. Maddə 50.1. Uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir.
32. Maddə 50.3. Valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir.
33. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.
34. Maddə 58.1. Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar.
35. Maddə 61.1. Uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir.
36. Maddə 61.2. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır.
37. Maddə 61.3. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir.
Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2011-ci il tarixli * nömrəli Qərarı: Bənd 2. Məhkəmələrin diqqətinə çatdırılsın ki, qanunvericilik uşaqlarla ünsiyyət hüququnun birbaşa məhkəmə müdafiəsi qaydasını yalnız ayrı yaşayan valideynlərə aid etmişdir. Məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını , o cümlədən ailədə neçə uşağın olmasını, onların yaşını, bağçaya yaxud məktəbə gedibgetməməsini, səhhətini hansı valideynə daha çox bağlılığını, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə almalıdır. Tərəflərin qarşılıqlı münasibəti, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilə bilər.
39. Bənd 8. Qanunun tələbinə görə uşaq ekstremal hallarda da (tutulduqda, həbs olunduqda, müalicə müəssisəsində yerləşdirildikdə və sair) qanunvericiliklə müəyyən edilmiş qaydada öz valideynləri və qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Plenum qeyd etmişdir ki, ekstremal vəziyyətlə əlaqədar müvafiq qanunun normaları rəhbər tutulmaqla, ünsiyyətdə olmanın qaydası müəyyənləşdirilməli, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla uşaqların ünsiyyətdə olmaq hüququ məhdudlaşdırılmamalıdır. Ünsiyyət hüququ məhdudlaşdırıldıqda, qanunun müvafiq normalarına istinad olunmaqla qəbul edilmiş qərar əsaslandırılmalıdır. Lakin hər bir halda ünsiyyət hüququnun məhdudlaşdırılması müddəti, ekstremal vəziyyətdə olma müddətindən artıq olmamalıdır.
40. Bənd 9. Məhkəmələrə izah edilmişdir ki, uşaqla ünsiyyətdə olmaq onun sağlamlığına zərər vurduqda məhkəmə valideynin, yaxud uşaq himayəsinə verilmiş digər şəxsin, yaxud da icra məmurunun ərizəsinə əsasən uşağın müəyyən yaş həddinə çatmasına kimi görüşün məhdudlaşdırılması və yaxud həmin müddətdə görüşün qadağan olunması barədə qərar qəbul edə bilər. Məhkəmə qərar qəbul edərkən tərəflərin izahatları, uşağın tibb müəssisələrində müəyyən xəstəlikdən müalicə olunması, yaxud uçotda olması barədə verilmiş sənədlərlə kifayətlənməməli, müvafiq ekspertizalar keçirməklə qəbul etdiyi qərarı əsaslandırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, bu kimi hallar ünsiyyətdə olma zamanı, yəni icra mərhələsində aşkar olunan hallara aid olduğundan, yalnız icra qaydasında həll olunmalıdır. Lakin, bu kimi halların mövcudluğu uşaqla ünsiyyət hüququna dair iddianın rədd edilməsi üçün əsas hesab oluna bilməz.
“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu:
41. Maddə 1.0.7. Barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır.
42. Maddə 9.3.1. Barışıq sazişinin icrasını təmin etmək tərəflərin vəzifələrindən biridir. Maddə 33.1. Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır.
43. Maddə 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır.
44. Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.
45. Maddə 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.
46. Maddə 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla).
47. Maddə 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
54. Hazırkı kassasiya şikayətində qətnamə iddia tələbinin təmin olunmayan hissədə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
56. Iddiaçı Ibrahimova (Tağıyeva) Nərmin Tərlan qızı tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri iddia ərizəsində işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
57. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
58. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Iddiaçı Ibrahimova (Tağıyeva) Nərmin Tərlan qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.