Məhkəmə qərarları › İş №2(1-8)-966/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-966/2026

12.05.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-966/2026 12.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi Ərizəçi (maraqlı şəxs qismində Bakı Şəhər Baş Səhiyyə Idarəsi Həmkarlar Ittifaqı Komitəsi, maraqlı şəxs3 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu cəlb edilməklə) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair iş üzrə QƏRARİ (Açar sözlər: əmək stajının müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, ərizəçi Ərizəçi “iş stajı faktının müəyyən edilməsi” barədə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin kassasiya şikayətinə ## ### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Səhiyyə Işçiləri Həmkarlar Ittifaqı Respublika Komitəsi Rəyasət Heyətinin ##.##.2002-ci il tarixli ** nömrəli qərarına əsasən, Səhiyyə Işçiləri Həmkarlar Ittifaqı Respublika Komitəsinin başqa binaya köçməsi ilə əlaqədar olaraq ##.##.2002-ci il tarixdən X1 ləğv edilmişdir.

2. X1 müdiri tərəfindən Səhiyyə Işçiləri Həmkarlar Ittifaqı Respublika Komitəsinin sədrinə ünvanlanmış ##.##.2002-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Səhiyyə Işçiləri Həmkarlar Ittifaqı Respublika Komitəsinin "X1 ## ######## 2002-ci ildən ləğv edilməsi barədə" ## ###### 2002-ci il tarixli ** saylı əmrinə əsasən, X1 şöbə müdiri Ərizəçi 1996-1997ci, 1997-1998-ci, 1998-1999-cu, 1999-2000-ci, 2000-2001-ci illər üçün məzuniyyət pulunun (aylıq əmək haqqı-144.000 min manat) hesablanması və ## ####### 2002-ci il tarixdən etibarən müavinətinin (15.000 min manat) ödənilməsi xahiş olunmuşdur.

3. Azərbaycan Respublikası Milli Arxiv Idarəsinin Ərizəçi ünvanlanmış ##.##.2024-cü il məktubu ilə Səhiyyə Işçiləri Həmkarlar Ittifaqı Respublika Komitəsi “X1” sənədləri arxivə dövlət mühafizəsinə verilməməsi səbəbindən ərizənin icrasının imkan xaricində olduğu bildirilmişdir.

4. maraqlı şəxs2 Komitəsinin ərizəçiyə ünvanlanmış ##.##.2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, X7 Evi ilə bağlı arxiv sənədləri hazırda Azərbaycan Səhiyyə Işçiləri Həmkarlar Ittifaqı Respublika Komitəsində mövcud deyildir. Eyni zamanda tərəfinizdən ASIHIRK-ə təqdim etdiyiniz Azərbaycan Respublikasının Milli Arxiv Idarəsi Azərbaycan Respublikasının Dövlət Arxivinin direktor müavini S.A.Hacıyevanın imzası ilə təsdiq edilmiş müvafiq məktubdan da məlum olur ki, Səhiyyə Işçiləri Həmkarlar Ittifaqı Respublika Komitəsi X1 sənədləri arxivə dövlət mühafizəsinə verilməmişdir. Qeyd olunanlardan irəli gələrək vaxtilə X1 müdiri tərəfindən Sizinlə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə tərəfimizdən əmək kitabçanızda müvafiq qeydin aparılması mümkün deyildir.

5. Doğum şəhadətnaməsinə görə ##.##.2002-ci il təvəllüdlü X18 anası Ərizəçidır. Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat

6. Ərizəçi Ərizəçi (bundan sonra həmçinin “ərizəçi”) ərizə, (dəqiqləşdirmə barədə ərizə) ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, onun X1 ##.##.2002-ci il tarixədək işləməyinə dair hüquqi faktın müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi 1980-ci ildən əmək fəaliyyətinə mədəniyyət evindən başlamışdır. Axırıncı iş yeri isə Bakı şəhərində yerləşən Tibb işçilərinin mədəniyyət evində bədii rəhbər vəzifəsi olmuşdur (##.##.1991-##.##.2002-ci il tarixləri). Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Milli Konservatoriyasının maddi-texniki bazasının yaradılması” haqqında ## ###### 2021-ci il tarixli *** nömrəli Sərəncamının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən X1 yerləşdiyi və Səhiyyə Işçiləri Həmkarlar Ittifaqı Respublika Komitəsinə aid bina Təhsil Nazirliyinin balansına verildiyindən orada işləmiş işçilərin əmək fəaliyyətinə xitam verilmişdir. Pensiya yaşına çatdığına görə ərizəçi pensiyanın təyin olunması üçün DOST xidmətinə müraciət etdikdə ona bildirmişlər ki, axırıncı iş yeri barədə işə daxil olma yeri qeyd edilsə də, həmin səhifə möhürlənməmiş, işdən azad edilmə vaxtı da göstərilməmiş, tam əmək stajının müəyyən edilməsi mümkün olmamışdır. Əmək kitabçasında axırıncı iş yeri barədə qeydin tamamlanması üçün maraqlı şəxs2 müraciət etmiş, lakin həmin qurumdan ərizəçiyə imtina cavabı verilmişdir. Imtina onunla əsaslandırılıb ki, X7 Evi ilə bağlı arxiv sənədlərinin hazırda Azərbaycan Səhiyyə Işçiləri Həmkarlar Ittifaqı Respublika Komitəsində mövcud olmaması səbəbindən ərizəçinin əmək kitabçasında onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydin aparılması işində çətinlik yaranmışdır. Belə ki, X1 təxminən 23 (iyirmi üç) il bundan əvvəl ləğv edilmiş və hüquqi varisinin kim olması barədə müvafiq rəsmi sənədlər mövcud deyildir. Ərizəçinin ##.##.1991-##.##.2001-ci illər tarixlərdə Tibb işçilərinin mədəniyyət evində bədii rəhbər vəzifəsində işləməyi ərizəyə əlavə etdiyi sənədlərlə sübuta yetirilir. Səhiyyə Işçiləri Həmkarlar Ittifaqı Respublika Komitəsi Rəyasət Heyətinin ##.##.2002-ci il tarixində keçirilmiş iclasının ** nömrəli protokol qərarı ilə X1 direktoru X11 Işçiləri Evinin ləğv edilməsi ilə əlaqədar ləğvetmə komissiyasının yaradılması və müəssisənin ləğv edilməsinin əmək qanunvericiliyinin tələblərinə uyğun aparılmasının təmin edilməsi tapşırılmışdır. X1 müdiri vəzifəsində işləmiş və həmin müəssisənin baş mühasibi olmuş ##.##.2002-ci il tarixli ** nömrəli məktubla Səhiyyə Işçiləri Həmkarlar Ittifaqı Respublika Komitəsinin sədrinə müraciət edərək Səhiyyə Işçiləri Həmkarlar Ittifaqı Respublika Komitəsinin X1 ##.##.2002-ci il tarixindən ləğv edilməsi ilə əlaqədar, X1 şöbə müdiri Ərizəçi 1996-1997; 1997-1998; 1998 1999; 1999-2000 və 2000-2001-ci illər üçün məzuniyyət pulunun (aylıq əmək haqqı 144.000 manat) hesablanmasını və ## ####### 2002-ci il tarixindən etibarən müavinətin(15.000 manat) ödənilməsi xahiş edilmişdir. Göründüyü kimi, X1 ##.##.1991-cü il tarixdən ##.##.2002-ci il tarixədək işlədiyi illər tam olaraq əmək kitabçasında qeydə alınmadığından və təsdiqlənmədiyindən, eyni zamanda həmin işlədiyi dövrü əks etdirən sənədlər arxivə verilmədiyindən, çətinliklər ilə üzləşmişdir. Bu şəbəbdən də müraciət etdiyi qurum maraqlı şəxs2 ona köməklik edə bilməmişdir. Bu sənədi əldə etməyə digər imkanlar olmadığına görə hesab edir ki, bu məsələ məhkəməyə ərizə ilə hüquqi fakt müəyyən edilməsi müraciət etməyi ilə həll oluna bilər. Lakin ərizəyə əlavə olunmuş sənədlər, o cümlədən maaş cədvəlləri, eyni zamanda, məhkəməyə şahid qismində dəvət olunacaq, həmin dövrdə işlədiyi qurumu təmsil etmiş şəxslər onun X1 ##.##.1991-cü il tarixindən ##.##.2002-ci il tarixədək işləməyini təsdiq edəcəklər.

8. Birinci instansiya məhkəməsinin qərardadları ilə maraqlı şəxs3 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu iş üzrə maraqlı şəxs qismində cəlb edilmişdir.

9. Birinci instansiya məhkəməsində ərizəçi qeyd etmişdir ki, o, artıq pensiya yaşına çatmışdır. Lakin işdən azad olunmağı möhür ilə təsdiq olunmadığı üçün 11 illik iş stajını itirmiş olur və ona pensiyanın müəyyən edilməsi çətinləşir. 1991-ci ildən 2001-ci ilə kimi Tibb işçilərinin Mədəniyyət evi müəssisəsində işləmişdir. 2001-ci ildə analıq məzuniyyətinə getmişdir. 2002-ci ildə ana olmuşdur. 2002-ci illər ərzində Səhiyyədə Tibb işçilərinin Mədəniyyət evi müəssisəsi bağlanmış və həmin müəssisə ləğv edilmişdir. O, həmin ərəfədə analıq məzuniyyətində olduğu üçün onun sənədləri həmin müəssisənin mühasibində qalmışdır. Həmin vaxt o, əmək kitabçanı ala bilməmişdir. Lazımi qaydada qeydiyat aparılıb onu işdən azad etməyiblər. 2002-ci ildə doğulan uşağı dir, doğum haqqında şəhadətnaməsi var.

10. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ərizəyə qarşı etiraz verərək göstərmişdir ki, "AZEMIS" Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən görünür ki, şahidlərin əmək kitabçaları elektron kabinetə əlavə edilməmiş və həmin kitabçalar iddia ərizəsinin qoşmasına əlavə olunmamışdır. Məhkəmə, işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmçinin iş üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına sorğu ünvanlanmış, sorğuya əsasən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydiyyata alınmış Ərizəçi fərdi şəxsi hesabında məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri nisbətində xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumat aşkar edilməmişdir.

11. Birinci instansiya məhkəməsində maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi nümayəndə3 məhkəmə iclasında izahatında qeyd etmişdir ki, ərizəçi ilə eyni yerdə işləyən 2 şahid gəlib ərizəni təsdiq etsə, ərizənin təmin olunmasına etiraz etməyəcəkdilər. Onlara də həmin şahidlər müraciət etməyiblər və eyni zamanda EMIS-də də 2 şahidin əmək kitabçaları olmadığından etiraz vermişdilər. Lakin hazırda şahid qismində dindirilən iki şəxsin də əmək kitabçalarından görünür ki, hərəsi müxtəlif yerlərdə işləmiş, yəni idarələnin adları müxtəlifdir. Həmin idarələrin eyni olması və yaxud biri digərinin nəzdində fəaliyyət göstərməsi heç nə ilə sübut olunmur. Buna görə də o, maraqlı şəxsin nümayəndəsi kimi etiraz bildirmişdir.

12. Birinci instansiya məhkəməsində maraqlı şəxslər Bakı Şəhər Baş Səhiyyə Idarəsi Həmkarlar Ittifaqı Komitəsinin nümayəndəsi nümayəndə4 məhkəmə iclasında bildirmişdir ki, onlar ərizəçiyə kömək etmək istəyirlər, ərizəçinin işə qəbulu var, lakin işdən çıxması yoxdur. O zamankı rəhbər indi pensiyada olmaqla Şəki rayonunda yaşayır.

13. Birinci instansiya məhkəməsində əmək kitabçalarına əsasən ##.##.1990-cı il tarixdən ##.##.2002-ci il tarixədək “X1”ndə işləmiş X2 və ##.##.1991-cı il tarixdən ##.##.2011-ci il tarixədək “Səhiyyə Işçiləri Həmkarlar Ittifaqı Respublika Komitəsi”ndə işləmiş X8 şahid qismində dindirilmişlər.

14. X3 bildirmişdir ki, 1990-ci ildən başlayaraq “X1”ndə işləmişdir. 2002-ci ildə onlara deyildi ki, müəssisə bağlanır, artıq işə gəlməyin. Amma həmin vaxtı müdir bəzi işçilərinin əmək kitabçalarını vermirdi, bəzilərinə isə möhür vurmaqdan yayınırdı. Həmin vaxtı onun həyat yoldaşı əmək kitabçasına möhür vurdurmaqda təkid etdiyindən müdir axırda onun əmək kitabçasını möhürlətmişdir. Əgər həmin vaxt onlar da israrlı olmasa idi, bu gün onun da əmək kitabçasında analoji problem olacaqdı. O, həmin müəssisəyə gələndə ərizəçi orada işləyirdi. Ərizəçi özfəaliyyət dərnəyinin rəhbəri idi, o isə uşaq dərnəyində müəllimə işləyirdi.

15. X9 bildirmişdir ki, o, 1987-ci ildən “Səhiyyə Işçiləri Həmkarlar Ittifaqı Respublika Komitəsi”ndə işləmişdir. Ərizəçinin işlədiyi X14 evi maraqlı şəxs2 nəzdində olub. Həmin vaxt hər iki idarə eyni binada fəaliyyət göstərirdi. Iddiaçı ilə iş otaqları yanaşı olub. Onun işlədiyi idarə hələ də fəaliyyət göstərir. Maliyyə Şöbəsinin rəisidir. X14 evi indiki 4 fəsil otelinin binasında idi. 2002-ci ildə Sahil metrosunda verilən binaya köçdülər. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra-

16. tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ünvanlanmış, sığortaolunan, Ərizəçi Nazirlik) (FIN:*******; SSN:2210196001569) ilə bağlı ##.##.2024-cü il tarixində 3-17-1/1-281664/2024 nömrə ilə qeydiyyata alınmış ##.##.2024 cü il tarixli 2(002)- ****/**** nömrəli sorğunuza Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialında baxılmışdır. Sorğu ilə əlaqədar bildirmişlər ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydiyyata alınmış Ərizəçi fərdi şəxsi hesabında məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri nisbətində xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumat aşkar edilməmişdir. Məlumat üçün bildirmişlər ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili ##.##.2006-cı il tarixdən başlamışdır. Qeyd etmişlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının (bundan sonra– Qayda) 4.1.1 ci bəndinə əsasən ##.##.2006-cı il tarixinədək olan dövr üzrə sığorta stajının hesablanası məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qayda ilə təsdiq edilmiş * nömrəli Əlavəyə əsasən aparılır.

17. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası "xxxx" X10 ##.##.2025 ci il tarixli məktubunda göstərilmişdir ki, X1 arxiv sənədlərinin (Arxiv sənədləri) hansı quruma təhvil verilməsi ilə bağlı ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli məktuba “xxxx” publik hüquqi şəxsdə (TƏBIB) aidiyyəti üzrə baxılmışdır. Adıçəkilən qurum TƏBIB-in tabeliyində fəaliyyət göstərmədiyi üçün Arxiv sənədlərinin hansı quruma təhvil verilməsi ilə bağlı məlumatları yoxdur.

18. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ##.##.2025-ci il tarixli məktubunda qeyd edilib ki, X1 Səhiyyə Nazirliyinin tabeliyində olmadığı üçün sorğunun cavablandırılması qeyri-mümkün olmuşdur.

19. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə ərizə təmin edilmiş, ərizəçi Ərizəçi ##.##.1991-ci il tarixdən ##.##.2002-ci il tarixədək “X1”ndə işləməyi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi qət edilmişdir (qətnamədə yol verilmiş yanlışlığın düzəldilməsi barədə məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı nəzərə alınmaqla). (hakim Qamət Əbilov)

20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ərizəçinin müəyyən edilməsini xahiş etdiyi fakt Mülki Prosessual Məcəllənin 307-ci maddəsində nəzərdə tutulan hüquqi əhəmiyyəti olan faktların siyahısında göstərilməsə də, qanunvericilik digər hüquqi əhəmiyyəti olan faktların da məhkəmə qaydasında müəyyən edilməsini nəzərdə tutmuşdur və məhkəmə hesab etmişdir ki, hazırki ərizənin əsaslılığı sübutetmə ilə bağlıdır.

21. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hər iki şahidin ifadəsi, əmək haqqı cədvəlində ərizəçiyə pul ödənilməsi, 2002-ci il tarixdə onun həqiqətən də analıq məzuniyyətində olması və bu səbəbdən də işdən çıxma barədə əmək kitabçasının təsdiq etdirə bilməməsi məhkəmənin ərizənin təmin etməsi barədə qənaətinə gəlməyə əsas verir.

22. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 305.1.1, 307, 308-ci maddələri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının ##.##.2017-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları və “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2019-cu il tarixli, ** saylı qərarına istinadla əsaslandırılmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

23. Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondu qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi ilə AT-ll seriyalı ******* nömrəli əmək kitabçasının Bakı şəhəri ** saylı notariat ofisində təsdiq edilmiş surətinə əsasən Ərizəçi ##.##.1991-ci il tarixdə ** nömrəli əmrilə X1nə keçirilməsi ilə əlaqədar tutduğu vəzifədən azad edildiyi müəyyən olunmuşdur. Iş materiallarında ərizəçinin əmək fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur. Ərizəçinin əmək kitabçasında Ərizəçi ##.##.1991-ci il tarixdən “X1”nə bədii rəhbər vəzifəsində işləməsi barədə qeydin olması məhkəməyə məlum olmuş, buna baxmayaraq qətnamənin əsaslandırıcı hissəsində göstərilmiş və ərizə təmin olunmuşdur. Iş üzrə AT-II seriyalı ******* nömrəli əmək kitabçasının 8 və 9-cu səhifələrindən görünür ki, kitabçada “##.##.1991-ci il tarixdən “X1”-xxxx” sözləri yazılmış, 8-ci səhifədə bu möhürlə təsdiq olunmuş, həmçinin direktorun adı və ** nömrəli əmr qeyd olunmuşdur. Həmçinin, ****** nömrəli əmək qabiliyyəti olmamaq vərəqəsində Ərizəçi işlədiyi yer olaraq X1 göstərilmiş, əmək haqqıları barədə məlumat verilmişdir. Buna baxmayaraq, bu hal məhkəmə tərəfindən nəzərə alınmamış, ərizə təmin olunmuşdur. Halbuki, Mülki Prosessual Məcəllənin 308-ci normasının təhlilindən müəyyən olunur ki, məhkəmə hüquqi əhəmiyyətli faktı o zaman müəyyən edə bilər ki, lazimi sənədin başqa qaydada alınması mümkün olmasın. Həmçinin, əmək stajını təsdiq edən hal mövcuddursa, bu hal hüquqi əhəmiyyətli fakt qaydasında təsdiq oluna bilməz. Məhkəmə yekun qərar qəbul edərək işi hərtərəfli, tam və obyektiv araşdırmamışdır. Qətnamənin nəticə hissəsində iddiaçının işlədiyi illər və hansı vəzifədə işləməsi dəqiq göstərilməmişdir.

25. Apellyasiya baxışında ərizəçi apellyasiya şikayətinə etiraz etmişdir.

26. Apellyasiya baxışında Bakı Şəhər Baş Səhiyyə Idarəsi Həmkarlar Ittifaqı Komitəsinin nümayəndəsi ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, ərizəçinin işlədiyi təşkilat təmsil etdiyi Komitənin nəzdində olub. Arxiv hal-hazırda mövcuddursa, Səhiyyə Işçilərinin Həmkarlar Ittifaqının binasında 5-10 qovluq ola bilər. O bina Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Elm və Təhsil Nazirliyinə təhvil verilib. Onların Elm və Təhsil Nazirliyinə aidiyyəti yoxdur. X4 Mədəniyyət evi idi, adı X12 Ittifaqı idi. Oranın rəhbəri ilə əlaqə saxlanılıb, hal-hazırda Şəki şəhərində yaşayır. Dedi ki, onda möhür yoxdur, hər şey ləğv olunubdur, heç bir sənəd də yoxdur. Oranın sənədləri daşınıb hara təhvil verilib bəlli deyil. Sənədlərin nazirlikdə olma ehtimalı yoxdur, çünki həmkarlar ittifaqı ayrı hüquqi şəxsdir, sənədlər ora daşına bilməz.

27. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Fərrux Qasımov, Günay Axundova)

28. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, ərizəçinin əmək kitabçası mövcud olsa da, kitabçada ##.##.1991-ci il tarixdən NQÇI-nin Bakı Komissarı adına Mədəniyət və Yaradıcılıq evinin direktorunun imzası və təşkilatın möhürü ilə təsdiq edilmiş qeyddə ərizəçinin “X1”nə keçirilməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilməsi göstərilmişdir. Bundan sonra kitabçada “##.##.1991-ci il tarixdən “X1”xxxx” qeydi yazılsa da, həmin qeyd müəssisənin rəhbəri tərəfindən imzalanmamış və möhürlə təsdiq edilməmiş, o cümlədən ərizəçinin işdən azad edilmə tarixi göstərilməmişdir. Nəticədə həmin dövr üzrə əmək stajının müəyyən edilməsi və həmin faktın başqa qaydada təsdiqi mümkün olmadığından iş stajı faktının məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranmışdır.

29. Belə ki, Azərbaycan Səhiyyə Işçiləri Həmkarlar Ittifaqı Respublikası Komitəsi tərəfindən ərizəçiyə ünvanlanmış ##.##.2024-cü il tarixli məktubda keçmiş “X1” ilə bağlı arxiv sənədlərinin Komitədə mövcud olmadığı səbəbindən ərizəçinin əmək kitabçasında müvafiq qeydin aparılmasının mümkün olmadığı bildirilmişdir. Həmçinin, Milli Arxiv Idarəsi tərəfindən ərizəçiyə ünvanlanmış ##.##.2024-cü il tarixli məktubda “X1”nin sənədlərinin arxivə dövlət mühafizəsinə verilmədiyi bildirilmişdir.

30. Ərizəçinin ##.##.1991-ci il tarixdən ##.##.2002-ci il tarixinədək “X1”ndə əmək fəaliyyəti ilə məşğul olub-olmaması, olduğu təqdirdə bununla bağlı sənədlərin təqdim edilməsi ilə bağlı məhkəmə kollegiyasının sorğusunu cavablandırarkən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən “X1”nin Səhiyyə Nazirliyinin tabeliyində olmadığı bildirilmişdir.

31. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, ərizəçinin ##.##.1991-ci il tarixdən ##.##.2002-ci il tarixədək “X1”nin işçisi olması həmin dövrdə onunla bir yerdə işləmiş şahid ifadəsi və onun əmək kitabçası ilə təsdiq edilir. Bundan əlavə, ərizəçinin qeyd olunan dövrdə “X1”ndə işləməsi X1 müdiri tərəfindən imzalanmış və Səhiyyə Işçiləri Həmkarlar Ittifaqı Respublika Komitəsinin sədrinə ünvanlanan ##.##.2002-ci il tarixli məktubda “X1”nin ##.##.2002-ci ildən ləğv edilməsi ilə əlaqədar şöbə müdiri vəzifəsində işləmiş ərizəçinin 1996-2001-ci illər üzrə məzuniyyət pulunun hesablanması və müavinət ödənilməsi xahiş edilmişdir. Həmçinin ərizəçinin ##.##.2002-ci il tarixində övladı dünyaya gəlmişdir. Buna görə 2002-ci ildə ərizəçinin sosial (doğuşa görə) məzuniyyətdə olması səbəbindən onun işlədiyi “X1” ##.##.2022-ci il tarixində ləğv edilərkən işdən çıxma barədə əmək kitabçasını təsdiq etdirə bilməməsi ağlabatandır.

32. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 307, 308, 311-ci maddələri və “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı ##.##.2019-cü il tarixli, * nömrəli Qərarının 13-cü bəndinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

33. Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondu PHŞ (vəkil vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, ərizənin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

34. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış və şikayətdə əlavə olaraq, qeyd edilmişdir ki, məhkəmə qətnaməsində AT-II seriyalı ******* nömrəli əmək kitabçasına və X1 müdiri tərəfindən Səhiyyə işçiləri Həmkarlar Ittifaqı Respublika Komitəsinə ünvanlanmış ##.##.2002-ci il tarixli ** nömrəli məktuba istinad edilsə də, əsassız olaraq ərizə təmin edilmişdir. Halbuki məhkəmə göstərilən hallara istinad etməklə özü də sözügedən halların hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri şərtlərin istisna edilməsi səbəbindən məhkəmə qaydasında müəyyən edilməsinin yolverilməz olduğunu qəbul etmiş, lakin düzgün hüquqi nəticəyə gəlməmişdir. Beləliklə, məhkəmə iş üzrə obyektiv və ədalətli qətnamə qəbul edilməsi üçün üzərinə düşən vəzifələri icra etməmiş, ümumiyyətlə hazırkı iş üzrə tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Bundan əlavə, hazırkı iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsindən göründüyü kimi məhkəmə tərəfindən şahid ifadəsinin ziddiyyətli olmasına hər hansı münasibət bildirilməmişdir. Belə ki, iş üzrə şahid qismində dindirilmiş X2 əvvəlcə öz ifadəsində 1990-cı ildən başlayaraq “X1”ndə işlədiyini bildirsə də, sonda həmin müəssisəyə gələndə ərizəçinin artıq orada işlədiyini qeyd etmişdir. Halbuki, işin hallarından və ərizədən də müəyyən olunur ki, ərizəçi 1990-cı ildən deyil, 1991-ci ilin sonlarından orada işlədiyini qeyd edir. Ərizəçi xüsusi icraat qaydasında “iş stajı faktının müəyyən olunması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun X1 ##.##.1991-ci il tarixindən ##.##.2002-ci il tarixədək işləməyi barədə hüquqi faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, daha sonra ərizəyə dəqiqləşmə verilmiş və X1 ##.##.2002-ci il tarixinədək işləməyinə dair hüquqi faktın müəyyən olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Lakin məhkəmə tərəfindən bu hala qiymət verilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ərizəçinin tələbindən kənara çıxmaqla qətnaməyə düzəliş edildiyinə diqqət edilməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı ##.##.2019-cü il tarixli, * nömrəli Qərarı Bənd 13. Məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilib-edilməməsi sübutlarla təsdiq olunmalıdır. Bənd 13.1. Nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il # ###### tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının ##.##.2017-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Bənd 13.2. Əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Bənd 13.3. Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Bənd 13.4. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Kassasiya baxışının hədləri

36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

37. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirilib. Bu baxımdan, qətnamə tam yoxlanılır.

38. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

41. Apellyasiya instansiyası məhkəməsi ərizə üzrə qanuni nəticəyə gəlmişdir.

42. Ərizə hüquqi əhəmiyyətli fakt kimi ərizəçinin əmək fəaliyyətinin məhkəmə qaydasında müəyyən edilməsi barədədir. Qanunvericiliyin tələbinə görə də məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

43. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş halına uyğun olaraq düzgün nəticəyə gəlmişdir.

44. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız sayır.

45. Belə ki, kassator şikayətində bir tərəfdən ərizəçinin əmək stajı faktının əmək kitabçası ilə təsdiq edilməsinə, bu səbəbdən həmin faktın məhkəmə qaydasında təmin edilməsinə ehtiyac olmamasına istinad edir, digər tərəfdən də pensiya təyinatı üçün müraciət etmiş ərizəçiyə onun əmək stajının əmək kitabçasında təsdiq edilməməsini göstərmişdir.

46. Həmçinin şahid ifadələri arasındakı ziddiyyət olması barədə kassasiya şikayətinin dəlili də əsassızdr. Apellyasiya instansiyası məhkəməsi sübutları, o cümlədən şahid ifadələrini Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.

47. Hazırki işdə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil.

48. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar