Məhkəmə qərarları › İş №2(102)-1161/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1161/2025

16.04.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1161/2025 16.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Dövlət Neft və Sənaye Universiteti publik hüquqi şəxsinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Dövlət Neft və Sənaye Universiteti publik hüquqi şəxsinə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kolle giyasının 2(103)-462/2025 nömrəli, 8 yanvar 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilən kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 2007-2024-cü illərdə cavabdeh qurumda işləmişdir. 2. xx.xx.2019-cu il tarixli əmrlə iddiaçı, müsabiqədən keçməsi ilə əlaqədar əmək müqaviləsinə əsasən 5 il müddətinə assistent vəzifəsinə təyin edilmişdir.

3. Daha sonra sözügedən 5 il müddət bitdiyinə görə növbəti dəfə xx.xx.2024-cü il tarixli əmrə əsasən iddiaçının əmək müqaviləsinə müqavilə müddətinin başa çatması ilə əlaqədar xitam verilmişdir.

4. Ardınca iddiaçının ərizəsinə əsasən xx.xx.2024-cü il tarixdən 2 aylıq əmək müqaviləsinə əsasən müəllim vəzifəsinə təyin edilmişdir. 5. xx.xx.2024-cü il tarixli əmrlə onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən müqavilə müddətinin bitməsilə əlaqədar olaraq həmin tarixdən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli əmrin ləğv olunması, işə bərpa edilməsi və qətnamə icra olunan (işə bərpa olunan) günədək məcburi işburaxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi, həmçinin cavabdehin “Elektronika və avtomatika” kafedrasının xx.xx.2024-cü il tarixli iclasının və kafedrasının elmi-şurasının xx.xx.2024-cü il tarixli qərarının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına i stinad etməklə onunla əsaslandırmışdır ki, o, 17 il fasiləsiz olaraq cavabdeh qurumda çalışmış, gördüyü iş isə daimi xarakterə malik olmuşdur. Buna baxmayaraq onunla müddətli qaydada əmək müqaviləsi bağlanmışdır. Belə ki, müqavilənin hansı zərurətdən 2 aylıq müddətə bağlanması müqavilənin məzmununda qeyd olunmamışdır. Əmək qanunvericiliyində kafedra heyəti tərəfindən işçilərlə əmək münasibətlərinin davam etdirilməsi barədə səsvermə keçirilməsi nəzərdə tutulmamışdır. Halbuki, iddiaçı əmək qanunverciliyində nəzərdə tutulmayan gizli səsvermə üsulu ilə müsabiqədə qiymətləndirilmişdir. Belə ki, gizli səsvermədən əvvəl xx.xx.2024-cü il tarixində “Elektronika və avtomatika” kafedrasının iclası keçirilmiş, həmin iclasda kafedra heyətinin fikirləri dinlənilmiş, həmin fikirlər işə əlavə olunmuş prot okolda qeydə alınmış, daha sonra həmin protokol elmi şuraya təqdim olunmuşdur. 17 ildir həmin müəssisədə işləyən, 47 məqalə yazan, kitab müəllifi olan iddiaçının gələcək taleyinin iclas iştirakçılarının əsassız mülahizələrindən asılı olması Əmək Məcəlləsinin əsas prinsiplərinə zidd olmaqla, onun əmək hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Belə ki, Ali Təhsil Müəssisələrində müəllimlərin müsabiqə əsasında seçilməsinin məqsədi həmin müəllimlərin bilik və bacarıqlarının yoxlanılması, zamanla yeni müəllimlərin işə qəbul olunaraq artıq öz fəaliyyətini başa vurmuş müəllimlərlə əvəz olunması, nəticə etibarilə ölkədə təhsilin daimi inkişafını təmin etmək olmuşdur. Beləliklə, hesab edilir ki, yüksək peşəkarlıq qabiliyyətinə malik iddiaçının əmək münasibətlərinin davam etdirilməsi barədə əmək qanunvericiliyinin tələblərinə tamamilə zidd olan gizli səsvermə keçirilməsi və onun nəticələrinin işəgötürən cavabdeh tərəfindən nəzərə alınması iddiaçının əmək hüquqlarının kobud pozuntusudur. Əmək münasibətləri müddətsiz olaraq müəyyən olunmalı işçi barədə belə bir proseduran tətbiqi qanunvericiliyə ziddir.

8. Cavabdehin iddia ərizəsinə dair etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı əmək münasibətlərinə müqavilə müddətinin bitməsilə əlaqədar xitam verilmişdir. Belə ki, onunla bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixində başa çatmışdır. Əmək Məcəlləsinin 73.1-ci maddəsini nəzərə alaraq iddiaçı ilə əmək münasibətlərinə 7 gün ərzində xitam verilə bilərdi. 20-26 mart 2024-cü il tarixləri qeyri-iş günləri olduğundan və İddiaçı 29 mart 3 aprel 2024-cü il tarixlərində ə mək qabiliyyətini müvəqqəti itirməsi səbəbindən onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilmişdir. “Ali təhsil müəssisələrində professor,müəllim və X1 tutulması qaydaları haqqında’’ Əsasnamənin 1.1-ci bəndinə əsasən ali təhsil müəssisələrində kafedra müdiri, professor, dosent, baş müəllim, müəllim və assistant vakant vəzifələri bir qayda olaraq müsabiqə yolu ilə 5 il müddətinə tutulur. Həmin Əsasnamənin 1.3-cü bəndinə əsasən seçki və ya təyinatla tutulduğu müddət başa çatan, eləcə də vakant kafedra müdiri, professor, dosent, baş müəllim, müəllim və assistent vəzifələrinə müsabiqə elan olunur. Həmin Əsasnamənin 1.6cı bəndinə əsasən dosent, baş müəllim və assistentlər fakültə elmi şurasında seçilirlər. Müstəsna hallarda rektorun əsaslandırılmış əmri ilə həmin se çkilər ali məktəbin elmi şurasında keçirilə bilər. İddiaçı ilə daha əvvəl 5 il müddətinə bağlanılmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixində başa çatmışdır. xx.xx.2024-cü il tarixində müsabiqənin keçiriləcəyi müddətdə İddiaçı ilə 2 ay müddətinə əmək müqaviləsi bağlanılmışdır. İddiaçı müsabiqədə iştirak etmək üçün müvafiq ərizə ilə müraciət etmiş, onun ərizəsi təmin olunmuş və o, müsabiqəyə buraxılmışdır. İlk olaraq, xx.xx.2024-cü il tarixində iddiaçılar barədə rəy bildirilməsi ilə bağlı keçirilmiş “Elektronika və avtomatika" kafedrasının iclasında açıq səsvermənin nəticəsi aşağıdakı kimi olmuşdur: lehinə - 4, əleyhinə - 17, bitərəf - 3 nəfər. Qaydalara əsasən kafedrada mənfi rəy bildirilmiş iddiaçı fakültə şurasında seçkidə iştirak edə bilər. “İnformasiya texnologiyaları və idarəetmə” f akültəsinin Elmi Şurasında xx.xx.2024-il tarixində baş tutmuş seçkidə İddiaçı iclasda iştirak edən 19 nəfərdən lehinə 2 səs, əleyhinə 17 səs verilmişdir. Bununla da, İddiaçı seçkidə müvəffəqiyyət qazana bilməmiş, növbəti 5 ilə iddia etdiyi vəzifəyə seçilə bilməmişdir. Məhz xx.xx.2024- cü il tarixində baş tutmuş seçkilərdən sonra İddiaçı qabiliyyətini müvəqqəti itirərək xəstəlik vərəqəsini götürmüşdür. Xəstəlik vərəqəsində işdən azad olunma tarixləri kimi 29 mart - 03 aprel 2024-cü il tarixləri qeyd olunub. İşə başlama tarixi kimi isə 04 aprel 2024-cü il tarixi olduğundan və seçkilərdə müvəffəqiyyət qazana bilməməsi səbəbindən E. Xanməmmədova ilə ADNSU PHŞ arasında əmək münasibətləri başa çatmış, tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli, 3-29-50/3-1-1442/2024 əmr verilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi məhkəmədən xahiş olunur.

9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında mövcud olmuş əmək münasibəti 17 ildən artıq fasiləsiz davam etmiş və bu halda əmək müqaviləsi müddətsiz əmək müqaviləsi hesab olunmalıdır. Belə ki, Əmək Məcəlləsinin 45.5-ci maddəsinə əsasən, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Norma imperativ xarakter daşımaqla özündə heç bir istisna hal nəzərdə tutmamışdır. Azərbaycan Respublikasında əmək münasibətləri 1 iyul 1999-cu il tarixində qüvvəyə minmiş Əmək Məcəlləsi əsasında tənzimlənir. Əmək Məcəlləsi nin 68.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. İddiaçı cavabdeh olan ali təhsil müəssəsində xx.xx.2007-ci il tarixində işə qəbul edilmiş və əmək müqaviləsi xitam olunan xx.xx.2024-cü il tarixinədək fasiləsiz olaraq işləmişdir. Belə ki, iş materiallarında olan əmək kitabçısından görünür ki, iddiaçı xx.xx.2007-ci il tarixindən xx.xx.2014-ci tarixinədək “Avtomatika, telemexanika və elektronika” kafedrasında laborant vəzifəsində, xx.xx.2014cü il tarixindən xx.xx.2016-ci il tarixinədək assistent vəzifəsində, xx.xx.2016-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək “İdarəetmə və sistemlər mühəndisliyi” kafedrasına assistent, xx.xx.2021-ci il tarixindən xx.xx.2024-ci il tarixinədək “Elektronika və avtomatika” kafedr asının müəllimi vəzifəsində çalışmışdır. Bu halda işçi ilə xx.xx.2024-cü il tarixində eyni vəzifəyə 2 aylıq müddətli əmək müqaviləsinin bağlanılması qanunvericiliyin imperativ tələblərinin birbaşa pozuntusudur. Cavabdeh yazılı izahatında iddiaçı ilə daha əvvəl 5 illik müddətli müqaviləsinin bağlandığını bildirmiş və Təhsil Nazirliyinin 401 saylı xx.xx.1996-cı il tarixli əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində professor-müəllim və X1 tutulması qaydaları haqqında” əsasnaməyə istinad etmişdir. Qeyd olunan əsasnamə ali təhsil müəssisələrində vakant vəzifələrin tutulması qaydasını tənzimləyir. İddiaçı ilk dəfə işə qəbul olunduğu tarixdə həmin əsasnamənin tələblərinə uyğun olaraq 5 illik müddətə əmək müqaviləsi ilə işə qəbul edilməsi yolverilən hal idi. Lakin onunla işəgötürən arasın da fasiləsiz davam edən əmək münasibəti artıq beş ildən uzun müddətə davam etdiyi anda Əmək Məcəlləsinin tələblərinə uyğun bu müqavilə birbaşa müddətsiz müqavilə hesab olunur. Eyni zamanda qeyd olunan əsasnamə mərkəzi icra hakimiyyəti orqanı olmaqla Təhsil Nazirliyi tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 149 və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 2-ci maddəsinin tələblərinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Əmək Məcəlləsi hazırkı halda üstün hüquqi qüvvəyə malikdir. Daha sonra cavabdeh etirazda “Elektronika v ə avtomatika” kafedrasının xx.xx.2024-cü il tarixində keçirilmiş kafedra iclasında və “İnformasiya texnologiyaları və idarəetmə fakultəsinin” xx.xx.2024-cü il tarixli Elmi Şurasının iclaslarında iddiaçının vəzifəyə təyin edilməsi barədə səsvermələrin keçirildiyi və onun vəzifəyə təyin edilməsinin məqbul hesab edilməməsi barədə qərarların qəbul edildiyini bildirmişdir. İddia ərizəsində qeyd olunduğu kimi həmin iclaslar həm Əmək Məcəlləsinin tələblərinə zidd olaraq keçirilmiş, həmçinin məzmun etibarilə işçinin əsassız, qanunsuz və qərəzli olaraq işdən çıxarılmasını sübut edir. Əmək Məcəlləsinin 50.3-cü maddəsinə əsasən müsabiqə işçinin sənədləri, elmi işləri, kadr-uçot məlumatları üzrə və ya müsahibə, test üsulu ilə və yaxud bu üsulların hər ikisindən istifadə olunmaqla qarışıq üsulla keçiri lə bilər. Əmək Məcəlləsinə əsasən müsabiqə yolu ilə vəzifəni tutmuş işçinin əmək müqaviləsinə xitam verilməsi, habelə onların digər əmək münasibətləri heç bir istisnaya yol verilmədən yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada tənzim edilir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan iclas protokollarında iddiaçının heç bir elmi əsəri, nailiyyəti, onun akademik fəaliyyəti müzakirə olunmamış, bunun əvəzinə iclaslarda “koridorda salam verməmə”, “kiminsə xoşuna gəlməmə” və bu kimi akademik mühitdə müzakirə edilməsinə yaraşmayan müzakirələr aparılmış və göstərilən əsaslarla qərar qəbul edilmişdir. Cavabdeh tərəfindən belə müzakirələrin olduğu iclas protokollarının məhkəməyə təqdim edilməsi təəssüf və təəccüb doğurur. Beləliklə, həm kafedrada, həm də elmi şuranın iclasında qanu nvericiliklə müəyyən edilmiş qaydada iddiaçının heç bir akademik fəaliyyəti müzakirə olunmamış və ya hər hansı müsahibə keçirilməmiş, bunun əksinə qanunvericiliyə ziddi olan gizli səsvermə keçirilmişdir. Odur ki, yuxarıda göstərilən halların nəzərə alınmasını və iddia tələbinin təmin olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, ali təhsil müəsissələrində çalışan şəxslərin əmək münasibətləri sırf AR Əmək Məcəlləsi ilə deyil, bir sıra sahəvi qanunlarla tənzimlənir. Ali təhsil müəssisələrində işə qəbul və işdən azadolunma 1996-cı il tarixli “Ali təhsil müəssisələrində professor və müəllim heyətinin işə qəbul olunması ilə bağlı qaydalar”la tənzimlənir. Həmin qaydalarda qeyd edi lir ki, professor və müəllim heyəti işə müsabiqə yolu ilə qəbul edilir və müsabiqədən keçən şəxslərlə 5 il müddətinə əmək müqaviləsi bağlanılır. Müsabiqədən keçmədikdə isə onunla əmək müqaviləsi bağlanılmır və ya əvvəl bağlanmış müqaviləsinin müddəti uzadılmır. Hazırki mübahisədə də eyni hal baş vermişdir. Səsvermə keçirilmiş və iddiaçının iş yoldaşları ona səs verməmişdir. Müsabiqə yalnız vakant yer üzrə keçirilir. Yer vakant olduğu vaxtdan 1 ay müddətində elan verilir. Növbəti 1 ay müddətində isə müsabiqə keçirilir. İddiaçı ilə iki aylıq müqavilə də məhz bu səbəbdən bağlanılmışdır. İddiaçı ilə 2019-cu ilin yanvar ayından 2024-cü ilin yanvar ayınadək, yəni 5 il müddətinə əmək müqaviləsi bağlanılmışdır. Bu müddət bitdikdən sonra isə onun tutduğu vəzifə müsabiqəyə çıxarılmışdır. Lakin idd iaçı müsabiqədə uğur qazanmamışdır. Bundan sonra onunla bağlanmış əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilmişdir. AR ƏMnə əsasən müqaviləyə müddətin bitməsi əsası ilə xitam verilərkən onun əsaslandırılması zərurəti yoxdur. Həmçinin, iddiaçı ilə bağlanmış iki aylıq müqaviləsinin müddəti xx.xx.2024cü il tarixdə bitmişdir. 19-26 mart tarixləri arası qeyri-iş gününə təsadüf etmişdir. 27 mart 2024-cü il tarixdə kafedrada məsələ müzakirə olunmuş, 28 mart 2024-cü il tarixdə müsabiqə keçirilmiş və iddiaçı müsabiqdə uğur əldə etməmişdir. 29 mart – 3 aprel tarixlərində iddiaçı xəstəlik vərəqəsi götürmüşdür. 4 aprel 2024-cü il tarixdən iddiaçı işdə olmuş və onun işdən çıxarılma əmri tərtib edilmişdir. Bununla bağlı bütün sənədlər məhkəməyə təqdim edilmişdir. Əlavə olaraq, iddiaçının n ümayəndəsi və vəkilinin fikirlərinə münasibətən bildirilir ki, iddiaçının tələbi xx.xx.2024-cü il tarixli əmrin ləğvi ilə bağlıdır. Lakin hazırda iddiaçı tərəf faktiki olaraq müsabiqə prosesini mübahisələndirir ki, bu artıq başqa bir tələbdir. Həmçinin iddiaçı tərəf müvafiq icra hakimiyyəti orqanın aktının AR Əmək Məcəlləsindən aşağı normativ akt kimi qəbul edərək Əmək Məcəlləsinə istinad etsə də, AR ƏM-də birbaşa qeyd edilir ki, müsabiqənin keçirilməsi prosedurları ilə bağlı qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bundan başqa, müəllimlərin, iddiaçı da daxil olmaqla əmək fəaliyyəti fasiləsi olmayıb. Onlarla bağlanılan müqavilələr 5 illik olub və hər 5 ildən bir onlara bağlanmış əmək müqaviləsinə xitam verilərək, müsabiqədən keçdikləri təqdirdə on larla yeni 5 illik müqavilə bağlanılıb. 2 aylıq müqavilənin bağlanması ilə isə əslində işəgötürənin müəlimlərlə iki aylıq müqavilə bağlamaq kimi bir öhdəliyi olmayıb. 5 illik müqavilənin bitməsindən sonra müsabiqənin keçirilməsi ilə bağlı nəzərdə tutulmuş iki aylıq müddət ərzində müəllimlər işsiz qalmalıdırlar. Sadəcə həmin müddət tədris ilinin ortasına təsadüf etdiyindən işəgötürən məcbur qalıb bütün müəllimlərlə iki aylıq müqavilə bağlayır. Ona görə də hesab edilir ki, onlar tərəfindən bütün hüquqi prosedurlara tam riayət olunmuşdur və bu səbəbdən iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-3067/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim: Ramin Xəlilov)

12. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2014xx.xx.2019 və xx.xx.2019-xx.xx.2024 illər üzrə iddiaçının 5 il müddətinə müddətin sonunda müsabiqədə iştirak etmək şərtilə cavabdeh qurumda işə düzəlməsinə dair müddətli əmək müqavilələri bağlanmış, ən sonda isə müddətin bitməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixdə 2 ay müddətinə, yəni xx.xx.2024-cü il tarixə yenidən müddətli əmək müqaviləsi bağlanmış, həmin müqaviləyə isə xx.xx.2024- cü il tarixli Əmr əsasında müddətin bitməsi əsası ilə xitam verilmişdir. Hazırda iddiaçı onun uzun müddət fasiləsiz olaraq işləməsini və cavabdeh tərəfindən onunla müddətsiz əmək müqaviləsi bağlanmalı olduğu halda müddətli əmək müqaviləsinin əsassız və qanunsuz olaraq bağlanmasına istinad edərək hazırki iş üzrə cavabdeh tərəfindən verilən əmrin ləğv edilməsini tələb etsə də, m əhkəmə tərəfindən mübahisələndirilən əmrin qanunsuz olmasının əsasları məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi tərəflər arasında müqavilələr bağlanan zaman tərəflərin qarşılıqlı razılığı əsasında, həmçinin iddiaçının özünün ərizəsi əsasında müddətin sonunda müsabiqədə iştirak etmək şərtilə 5 il müddətinə bağlanmışdır və iddiaçı işlədiyi müddət ərzində müsabiqədən daha əvvəl keçib əlavə 5 il müqaviləsinin müddəti uzadılsa da, sonuncu dəfə iddiaçı müsabiqədən keçə bilmədiyinə görə cavabdeh tərəfindən haqlı olaraq onun əmək müqaviləsinə xitam verilmişdir.

13. Məhkəmə iddiaçının cavabdeh tərəfindən keçirilən müsabiqənin qanunazidd olmasına istinad etməsinə münasibətdə isə qeyd etmişdir ki, hazırki iş üzrə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddə ti bitdiyi üçün iddiaçının tutduğu vəzifə üzrə vakant elan edilmiş, müsabiqə keçirilmiş, lakin iş materiallarından görünür ki, iddiaçının tutduğu vəzifəyə yenidən seçilməsinə dair onun əleyhinə səs verənlərin sayı lehinə səs verənlərin sayından çox olduğu üçün iddiaçı yenidən “Elektronika və avtomatika” kafedrasına müəllim vəzifəsinə təyin edilməmişdir.

14. Odur ki, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilməsi tam qanuni və əsaslı olmuşdur (əksi iddiaçı tərəfindən sübuta yetirilə bilməmişdir). Belə ki, hazırki iş üzrə iş üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmadığına görə iddia rədd edilməlidir.

15. Məhkəmə iddia tələbin digər hissələrinə, yəni İddiaçı cavabdeh quruma işə bərpa edilməsi və qətnamə icra olunan (işə bərpa olunan) günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi, cavabdeh qurumun “Elektronika və avtomatika” kafedrasının xx.xx.2024- cü il tarixli iclasının və kafedranın elmi-şurasının xx.xx.2024-cü tarixli qərarının etibarsız hesab edilməsi hissələrinə münasibətdə isə qeyd etmişdir ki, iddia əsas hissədə rədd edildiyindən və qeyd edilən tələblər ondan törəmə tələblər olduğundan həmin hissələrdə də tələb rədd edilməlidir.

16. Məhkəmə cavabdeh qurumun “Elektronika və avtomatika” kafedrasının xx.xx.2024-cü il tarixli iclasının və kafedranın elmi-şurasının xx.xx.2024-cü tarixli qərarının etibarsız hesab edilməsi hissələri ilə bağlı bildirmişdir ki, keçirilmiş iclas və elmi-şuranın qərarı Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.1996-cı il, 401 saylı əmrinə əsasən “Ali təhsil müəssisələrində p rofessor-müəllim və X1 tutulması qaydaları haqqında” Əsasnamənin 2-ci bəndinə uyğun olaraq həyata keçirildiyindən tələb bu hissədə əsassız hesab edilməlidir.

17. Məhkəmə öz mövqeyini Konstitusiyanın 35-ci, Əmək Məcəlləsinin 11, 42, 45, 47, 50, 68, 73, 179-cu, “Ali təhsil müəssisələrində professor-müəllim və X1 tutulması qaydaları haqqında” Əsasnamənin 2-ci, eləcə də Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

18. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-462/2025 nömrəli, xx.xx.2025-c i il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakim Səadət Səlimova – sədrlik edən və məruzəçi, Akif İsgəndərov, Məhəmməd Rüstəmli).

20. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış müddətli əmək müqaviləsinin müddəti bitdikdən sonra onlar qarşılıqlı razılıq əsasında xx.xx.2024-cü il tarixli 120 nömrəli müddətli əmək müqaviləsi bağlamış, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, yəni 2 ay müddətinə “Elektronika və avtomatika” kafedrasına müəllim vəzifəsinə təyin edilmiş, tərəflər eyni zamanda razılığa gəlmişlər ki, yeni müddətə vəzifəni tutmaq üçün ərizə verməmiş və ya müsaqibədən keçməmiş işçi ilə hazırkı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75.2-ci maddəsinin a) bəndinə (tərəflərin qarşılıqlı razılığı) əsasən, xitam veriləcəkdir. (Əmək müqaviləsinin 9.6cı bəndi) Göründüyü kimi iddiaçı onunla 2 ay müddətinə müddətli əmək müqaviləsi bağlanmasını, işəgötürənin keçirəcəyi müsaqibədən keçə bilməyəcəyi halda isə bağlanmış müqaviləyə xitam veriləcəyini bilməklə yanaşı, buna razılıq da vermişdir.

21. Məhkəmə kollegiyası iddiaçının işəgötürən tərəfindən müsabiqə keçirilərkən qanunvericiliyin tələblərini pozmasına, müsabiqənin qeyri-obyektiv keçirilməsinə dair apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, araşdırma zamanı belə halların mövcud olması öz təsdiqini tapmamış, eyni kafedrada işləyən şəxslərin iddiaçının əmək fəaliyyəti dövründə davranışı ilə bağlı öz fikirlərini sərbəst şəkildə ifadə etmələri h alı isə ayrı-seçkilik kimi qiymətləndirilə bilməz.

22. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Elektronika və avtomatika” kafedrasının xx.xx.2024-cü il tarixli iclasının və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti “İnformasiya Texnologiyaları və idarəetmə” fakültəsinin Elmi Şurasının 09/2324 saylı xx.xx.2024-cü il tarixli qərarının etibarsız hesab edən iddiaçı müsabiqədə iştirak etməmiş, kafedra iclasında və elmi şurada son 5 ildə işlədiyi təhsil müssisəsində iddiaçının fəliyyəti və müsabiqəyə təqdim etdiyi elmi əsərləri araşdırlımış, iddiaçının fəaliyyətini qiymətləndirmək səlahiyyəti olan elmi şuranın üzvləri tərəfindən keçirilən gizli səsvermənin nəticəsi - lehinə 2 nəfər, əleyhinə 17 nəfər olmaqla İddiaçı “Elektronika və avtomatika” kafedrasının müəllimi vəzifəsinə seç ilməməsi qərara alınmışdır.

23. Kollegiya qeyd etmişdir ki, işəgötürənin müsabiqənin keçirilməsində məqsədi yüksək peşə-ixtisas hazırlığına, uyğun elm və ya istehsalat sahələrində nailiyyətlərə, lazımi elmi-pedaqoji və ya istehsalat təcrübəsinə, yüksək mənəvi keyfiyyətlərə, müvafiq elmi ad və dərəcələrə malik olan işçilərlə əmək müqaviləsi bağlamaq olduğundan ixtisası üzrə işləməyən iddiaçı barəsində fikirlərin açıq söylənilməsi ayrı-seçkilik kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikasında təhsilin əsas məqsədi Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiy yət yetişdirmək, milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssiskadrlar hazırlamaq, sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və ixtisasın daim artırılmasını təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq olduğundan təhsil müəssisəsi olan işəgötürən hər bir işçi ilə əmək müqaviləsi bağlayarkən dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək vəzifəsindən irəli gələn qanunla üzərinə qoyulmuş öhdəliyini icra edir.

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin əmək müqaviləsinin müddətli bağlanmalı olmamasına və müddətli əmək müqavil əsinə xitam verilərkən pozuntuya yol verilməsinə dair dəlilləri ilə bağlı bildirmişdir ki, yerinə yetiriləsi işin, əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq bəzi vəzifələri tutmaq üçün müəyyən olunmuş qaydada müsabiqə elan etməsi işəgötürənin hüququdur. Müəyyən vəzifələrin müsabiqə yolu ilə tutulması elmi müəssisə və təşkilatlar və təhsil müəssisələrində elmi, elmi-pedaqoji fəaliyyətlə bağlı vəzifələr üzrə elan edilir. İşçilərin elan olunmuş müsabiqədə bərabərhüquqlu iştirakını təmin etmək işəgötürənin vəzifəsidir. Müsabiqənin keçirilməsi şərtlərini və vəzifələrin müsabiqə yolu ilə tutulması qaydasını tənzimləyən normativ hüquqi aktı müvafiq icra hakimiyyəti orqanı qəbul edir. Müvafiq vəzifəni tutmaq üçün elan olunmuş müsabiqənin qalibi ilə işəgötürən müəyyən edilmiş qaydada müddətl i və ya müddətsiz əmək müqaviləsi bağlayır. Müsabiqə yolu ilə vəzifəni tutmuş işçinin əmək müqaviləsinə xitam verilməsi, habelə onların digər əmək münasibətləri heç bir istisnaya yol verilmədən, yalnız Əmək Məcəlləsi ilə müəyyən edilmiş əsaslarla və qaydada tənzim edilir. Keçirilmiş müsabiqənin nəticələri ilə razılaşmayan iddiaçı müsabiqə komissiyasının qərarı qəbul edildiyi gündən bir ay müddətində məhkəməyə müraciət edə bilər. Məhkəmə, isə müsabiqənin qanunvericiliyin tələblərini pozmaqla və ya qeyri-obyektiv keçirildiyini müəyyən etdikdə onun nəticələrini ləğv edə bilər. Bu halda da qətnamədə göstərilən hallar aradan qaldırılmaq şərti ilə müsabiqə yenidən keçirilir.

25. Mülki işdən müəyyən olunur ki, təhsil müəssisəsi olan işəgötürən, yalnız iddiaçı ilə deyil, elmi-pedaqoji fəaliyyətlə bağlı vəzifələr üzrə digər işçiləri ilə də, əmək müqaviləsi bağlayarkən müsabiqə elan etmək hüququndan istifadə edərək müddətli əmək müqavilələri bağlamış, 2007-ci ildən cavabdehlə əmək münasibətlərində olan iddiaçı bu halı mübahisələndirməmiş, hər dəfə müddət bitdikdən sonra müsabiqədə iştirak üçün işəgötürənə müraciət etmiş, işəgötürən isə işçilərin elan olunmuş müsabiqəsində iddiaçının da bərabərhüquqlu iştirakını təmin edilmişdir.

26. Əmək qanunvericiliyinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri də əmək müqaviləsinin müddətinin qurtarmasıdır. Bu əsas üzrə əmək müqaviləsinə xitam verilməsi üçün iki şərtin eyni vaxtda olması zəruridir: birincisi, əmək müqaviləsinin müddətinin qurtarması; ikincisi, müddətli əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərdən biri nin təşəbbüsü.

27. İstinad olunan normanın mənasına görə müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etməzsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə (yəni, əvvəlcə hansı müddətə bağlanmışsa həmin müddətə) uzadılmış hesab olunur. Yəni, əmək müqaviləsində göstərilən müddət qurtardıqda, müqavilə əvvəl müəyyən olunmuş müddətə o halda uzadılmış hesab oluna bilər ki, işçi ilə işəgötürən arasında əmək münasibətləri davam etdirilsin, yəni işçi faktiki olaraq əmək funksiyasını, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirsin, iş yerində olsun və sair və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etməsin.

28. Hazırkı halda tərəflərin hər biri əmək münasibətlərinin davam etdirilməsinin mümkünlüyünü keçirilən müsabiqənin nəticəsindən asılı olmasını bilmiş, bunu bağladıqları əmək müqaviləsinə xitam verilməsinin şərti kimi müəyyən etmiş, əmək müqaviləsinin müddəti bitdikdən sonra isə işəgötürən müsabiqənin keçirilməsi üçün üzərinə qoyulmuş vəzifəsinin icrasına başlamış, iddiaçı isə müsabiqədə iştirak etməyə razılığını bildirməsi barədə ərizəsini və sənədlərini işəgötürənə təqdim etmişdir.

29. İddiaçı ilə bağlanmış 5 illik əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixində başa çatmış, bundan sonra iddiaçının tutduğu vəzifə üzrə vakant elan olunması, müsabiqə keçirilməsi üçün vaxt tələb edildiyindən müsabiqə keçirilən vaxtadək tərəflərin qarşılıqlı razılığı ilə idd iaçının əmək müqaviləsinin müddəti 2 ayadək uzadılmış, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixdək qeyri-iş günləri olduğundan xx.xx.2024-cü il tarixdə kafedra iclası, xx.xx.2024-cü il tarixdə elmi şurada müsabiqə keçirilmiş, iddiaçı əmək qabiliyyətinin olmamasına görə xx.xx.2024-xx.xx.2024 və xx.xx.2024-xx.xx.2024-cü illər aralığında işdə olmadığından onun əmək müqaviləsinə işə çıxdığı gün, yəni xx.xx.2024-cü il tarixdə xitam verilmişdir.

30. Müsabiqənin nəticəsi məlum olduqdan sonra iddiaçı işdə olmadığından, işəgötürənin müsabiqənin nəticəsi ilə işçini tanış etmək vəzifəsi, sonuncunun şikayəti daxil olduğu halda ona baxmaq səlahiyyəti olduğundan, tərəflər bağladıqları müddətli əmək müqaviləsinə xitam verilməsinin əsası kimi işçinin müsabiqədən keçməməsi əsasını qarşılıqlı razılı q əsasında müəyyən etdiklərindən, işçinin müəyyən üzürlü səbəbdən iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilməsi mümkün olduğundan, həmin ərəfədə Novruz bayramı ilə əlaqədar iş və istirahət günlərinin yerləri dəyişdirildiyindən Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin tələbinin hazırkı əmək mübahisəsinə tətbiq olunması qeyri-mümkündür. Belə ki, tərəflər 2 ay müddətinə müddətli əmək müqaviləsi bağlayarkən əmək münasibətlərinin davam etdirilməsinin mümkünlüyünü müsabiqənin nəticəsindən asılı etmiş, iddiaçı müsabiqədən keçməyəcəyi halı əmək müqaviləsinə xitam veriləcəyi əsas kimi qəbul etmiş, müqavi lənin müddəti bitdikdən sonra isə işəgötürən, eləcə də iddiaçı müqaviləyə xitam verilməsinin əsası ola biləcək halın baş verib-verməyəcəyini (işçinin müsabiqədən keçib-keçməyəcəyini) gözləmişdir.

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq belə nəticəyə gəlmişdir ki, işəgötürən iddiaçı ilə əmək münasibətini hansı halda davam etdirməmək barədə iradəsini açıq-aşkar ifadə etdiyindən, onunla müddətli əmək müqaviləsi bağlanmasına, müqavilənin müddətinin uzadılmasının müsabiqədən keçəcəyi halda mümkün olmasına işçi razı olduğundan, araşdırma zamanı iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə cavabdeh tərəfindən əməl edilməsi öz təsdiqini tapdığından, iddiaçının ayrı-seçkiliyə məruz qalmasına dair iddiasında və şika yətində qeyd olunanlar araşdırma zamanı öz təsdiqini tapmadığından apellyasiya şikayətinin dəlilləri əsassızdır.

32. Məhkəmə kollegiyası mövqeyini Konstitusiyanın 35-ci, Əmək Məcəlləsinin 2, 8, 11, 12, 45, 47, 50, 68, 73, 75, 105-ci, “Ali təhsil müəssisələrində professor-müəllim və X1 tutulması qaydaları haqqında” Əsasnamənin 1-3-cü, eləcə də Mülki-Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

33. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək,apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

34. Kassator şikayətinin ilkin dəlilini belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən müddətli əmək müqaviləsinin xitamı ilə bağlı Əmək Məcəlləsinin həmin vaxt qüvvədə olan redaksiyasının 73-cü maddəsinin tələbləri pozulmuşdur. Həmin normaya əsasən, “Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.” Belə ki, xx.xx.2024-cü il tarixində iddiaçının əmək müqaviləsinin müddəti bitmiş, ardınca 2 aylıq əmək müqaviləsi bağlanılmışdır. İşəgötürən tərəfindən buna səbəb kimi müsabiqənin keçirilməsi göstəri lmişdir. Halbuki, əvvəlki dövrlərdə müsabiqələr bütün hallarda əmək müqaviləsinin qüvvədə olduğu dövrdə keçirilmişdir. Bu zaman işəgötürənin məqsədi növbəti müsabiqəni keçirmək idisə, onu vaxtında icra etməli idi. Bağlanılan 2 aylıq müqavilənin müddəti xx.xx.2024-cü il tarixində tamamlanmışdır. Qanunvericiliyin qeyd olunan normasına əsasən işəgötürən bu tarixdən etibarən 1 həftə ərzində müqaviləyə xitam verə bilərdi. Lakin iş materiallarından görünür ki, müqaviləyə xitam verilməsi üçün son gün-xx.xx.2024-cü il tarixi olsa da, müqaviləyə bundan 7 gün sonra, xx.xx.2024-cü il tarixində xitam verilmişdir. Cavabdeh məhkəmədə bu gecikmə halını müsabiqənin keçirilməsi ilə əsaslandırmışdır. Lakin bildirməliyik ki, müsabiqəni keçməyən işçi ilə əmək müqaviləsinə xitam verilməsi qanunvericiliyə əsasə n xitamın tam fərqli formasıdır və onunla bağlı fərqli tələblər mövcuddur.

35. Kassator onu da əlavə etmişdir ki, X2 tərəfindən cavabdehin (işəgötürənin) xx.xx.2024-cü il tarixli əmrinin Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin tələblərinə zidd olduğu müəyyən edilmiş və işəgötürən barədə inzibati tənbeh tətbiq edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında qeyd olunan tənbeh tədbiri ilə razı olduqlarını, məhkəmə qaydasında şikayət verilmədiyi və cərimənin artıq ödənildiyini bildirmişdir.

36. Bu da bir daha təsdiq edir ki, işəgötürən tərəfindən əmək müqaviləsinə 7 günlük müddət ərzində xitam verilməmiş, işin bu halı Əmək Müfəttişliyi tərəfindən aparılan araşdırma ilə təsdiqini tapmışdır. Lakin işin bu halı apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamışdır.

37. Kassasiya şikayətinin digər dəlilinə görə, apellyasiya məhkəməsi tərəflər arasındakı əmək münasibətlərinin fasiləsiz olaraq 5 ildən artıq davam etdiyi üçün müqavilənin müddətsiz hesab olunmalı olması ilə bağlı Əmək Məcəlləsinin 45.5-ci maddəsinin tələbini nəzərə almamışdır.

38. Kassator əlavə etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən “Ali Təhsil Müəssisələrində Professor-Müəllim və X1 Tutulması Qaydaları haqqında” Əsasnaməyə istinad edilsə də, bu qaydalar işə qəbul qaydalarını tənzimləyir. Həmin Qaydalarda 5 ildən artıq davam edən əmək münasibətinin müddətsiz hesab olunması ilə bağlı Əmək Məcəlləsinin tələbini istisna edən hal nəzərdə tutulmamışdır. İddiaçı ilk dəfə işə qəbul olunduğu tarixdə həmin əsasnamənin tələblərinə uyğun olaraq 5 illik müddətə əmək müqaviləsi ilə işə qəbul e dilməsi yolverilən hal olmuşdur. Lakin onunla işəgötürən arasında fasiləsiz davam edən əmək münasibəti artıq 5 ildən uzun müddətə davam etdiyi üçün, sözügedən müqavilə Əmək Məcəlləsinin 45.5-ci maddəsinə müvafiq olaraq müddətsiz müqavilə hesab olunmalı idi.

39. Kassator müsabiqənin keçirilmə qaydası ilə bağlı şikayətinin dəlilini Əmək Məcəlləsinin 50.3, 50.6, 50.7-ci maddələrinə istinad edərək belə əsaslandırmışdır ki, nə kafedranın, nə də elmi şuranın iclasında qanunvericiliklə müəyyən edilmiş qaydada müsabiqə keçirilməmiş, iddiaçının akademik fəaliyyəti müzakirə olunmamışdır. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim olunan iclas protokollarından iddiaçının heç bir elmi əsərinin, akademik fəaliyyətinin müzakirə olunmadığı, bunun əvəzində hər iki iclasda şəxsi məsələlərin müzakirə ed ildiyi aşkar görünsə də, apellyasiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Cavabdeh tərəf kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

41. Maddə

45. Əmək müqaviləsinin müddəti. 1.Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 2.Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.

3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan b irtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.

4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

42. Maddə

47. Müddətli əmək müqaviləsi bağlanan hallar Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafi q icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

43. Maddə 50.Müsabiqə yolu ilə vəzifələrin tutulması zamanı əmək münasibətlərinin tənzimlənməsi

1. Yerinə yetiriləsi işin, əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq bəzi vəzifələri tutmaq üçün işəgötürən müəyyən olunmuş qaydada müsabiqə elan edə bilər.

2. Müəyyən vəzifələrin müsabiqə yolu ilə tutulması elmi müəssisə və təşkilatlar və təhsil müəssisələrində elmi, elmi -pedaqoji fəaliyyətlə bağlı vəzifələr üzrə elan edilir. İşçilərin elan olunmuş müsabiqədə bərabərhüquqlu iştirakı təmin edilməlidir. Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız bir cinsin nümayəndəsi üçün müsabiqənin elan edilməsinə yol verilmir.

3. Müsabiqə işçinin (müvafiq vəzifəni tutmaq iddiasında olan şəxsin) sənədləri, elmi işləri, kadr-uçot məlumatları üzrə və ya müsahibə, test üsulu ilə və yaxud bu üsulların hər ikisindən istifadə olunmaqla qarışıq üsulla keçirilə bilər.

4. Müsabiqənin keçirilməsi şərtlərini və vəzifələrin müsabiqə yolu ilə tutulması qaydasını tənzimləyən normativ hüquqi aktı müvafiq icra hakimiyyəti orqanı qəbul edir.

5. Müvafiq vəzifəni tutmaq üçün elan olunmuş müsabiqənin qalibi ilə işəgötürən müəyyən edilmiş qaydada müddətli və ya müddətsiz əmək müqaviləsi bağlayır.[90]

6. Müsabiqə yolu ilə vəzifəni tutmuş işçinin əmək müqaviləsinə xitam verilməsi, habelə onların digər əmək münasibətləri heç bir istisnaya yol verilmədən yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada tənzim edilir.

7. Keçirilmiş müsabiqənin nəticələri ilə razılaşmayan iddiaçı müsabiqə komissiyasının qərarı qəbul edildiyi gündən bir ay müddətində məhkəməyə müraciət edə bilər. Məhkəmə, müsabiqənin qanunvericiliyin tələblərini pozmaqla və ya qeyri-obyektiv keçirildiyini müəyyən etdikdə onun nəticələrini ləğv edir. Bu halda qətnamədə göstərilən hallar aradan qaldırılmaq şərti ilə müsabiqə yenidən keçirilir.

44. Maddə

68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: b) əmək müqaviləsinin müddətinin qurtarması; “Ali Təhsil Müəssisələrində professor-müəllim və X1 tutulması Qaydaları” haqqında əsasnamə

45. Bənd 1.1. Ali təhsil müəssisələrində kafedra müdiri, professor, dosent, baş müəllim, müəllim və assistent vakant vəzifələri bir qayda olaraq müsabiqə yolu ilə 5 il müddətinə tutulur. Ali təhsil müəssisəsi və ya kafedralar yeni təşkil edildikdə yüksək ixtisaslı mütəxəssisləri işə cəlb etmək zərurəti yarandıqda və digər müstəsna hallarda ayrıayrı şəxslər həmin vəzifələri sonradan yalnız müsabiqədən keçməklə (bir ildən çox olmamaq şərtilə) müddətli əmək müqaviləsi bağlamaqla rektorun əmri ilə təyin olunurlar. Həmin müqavilənin müddətinin təkrar uzadılmasına yol verilmir.

46. B ənd 1.2. Müsabiqədə yüksək peşə-ixtisas hazırlığına, uyğun elm və ya istehsalat sahələrində nailiyyətlərə, lazımi elmi-pedaqoji və ya istehsalat təcrübəsinə, yüksək mənəvi keyfiyyətlərə, müvafiq elmi ad və dərəcələrə malik olan Azərbaycan Respublikasının vətəndaşı, həmçinin xarici ölkələrdə yaşayan azərbaycanlılar iştirak edə bilərlər.

47. Bənd 1.3. Seçki və ya təyinatla tutulduğu müddət başa çatan, eləcə də vakant kafedra müdiri, professor, dosent, baş müəllim, müəllim və assistent vəzifələrinə müsabiqə elan olunur.

48. Bənd 1.4..... Müəllim və assistent vəzifələrinə müsabiqədə elmi-pedaqoji ve ya ixtisası üzrə ən azı bir il iş stajı olan elmlər namizədləri, eləcə də ən azı 3 il elmi pedaqoji iş stajı və ya istehsalat təcrübəsi, çap olunmuş elmi-metodiki işləri olan ali təhsilli mütəxə ssislər (magistrlər) iştirak edə bilərlər. Bu vəzifələrə eyni zamanda əyani aspiranturanı, assisentura stajkeçməni müvəffəqiyyətlə bitirmiş, eləcə də cari ildə ali məktəbi fərqlənmə diplomu ilə başa vurmuş və elmi-tədqiqat işinə meyli olan mütəxəssislər (magistrlər) həmçinin stajor müəllimlər təyinatla 3 ildən çox olmayan müddətə təyin edilə bilərlər. Həmin müddət bitdikdən sonra göstərilən vəzifələr bu əsasnaməyə uyğun olaraq müsabiqə yolu ilə tutulur.

49. Bənd 1.7. Kafedra müəyyən fakültənin strukturuna daxil olmadığı halda həmin kafedralar üzrə professor-müəllim vəzifələrini tutmaq üçün seçkilər ali məktəbin elmi şurasında keçirilir.

50. Bənd 2.1.Bütün hallarda professor-müəllim, habelə kafedra müdiri vəzifələrinə seçilmək üçün elmi şurada (gizli səsvermədən əvvəl) müsabiqədə iştirak ed ən hər bir namizədin peşə-ixtisas hazırlığı haqqında məlumat dinlənilir.

51. Bənd 2.2. Müsabiqədə iştirak edənlərin adı və soyadı eyni səsvermə bülleteninə daxil edilir.

52. Bənd 2.3. Namizədin lehinə, yaxud əleyhinə münasibət bülletendə müvafiq adın və soyadın saxlanılması, yaxud da pozulması ilə bildirilir. Hər bir seçici yalnız bir namizədə səs verə bilər. Bülletendə iki və daha çox namizədin adı və soyadı pozulmamış qaldıqda bülleten etibarsız sayılır.

53. Bənd 2.6. Bütün namizədlərin özlərinin seçilməsi məsələsi müzakirə olunan yığıncaq və elmi şura iclaslarında iştirak etmək hüququ vardır.

54. Bənd 2.7. Müsabiqədə iştirak etmək üçün ərizə verilməzsə və ya səsvermə nəticəsində heç bir namizəd seçilməzsə müsabiqə baş tutmamış hesab olunur. Bu yerlərə yenidən müsabiqə elan olunarsa əvvə lki namizədlər də həmin müsabiqədə iştirak edə bilərlər.

55. Bənd 2.10. Bu əsasnamənin hər hansı bəndi pozularsa təsisçi, eləcə də ali məktəbin rektoru müsabiqəni və seçkilərin nəticələrini ləğv edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

58. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

59. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvv ədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

60. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

61. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

62. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin ape llyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

63. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələ nən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

65. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

67. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

68. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-462/2025 nömrəli, 8 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar