Məhkəmə qərarları › İş №2(102)-1181/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1181/2024

25.04.2024 · Müqavilələrin ləğv edilməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1181/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Qazax rayonu notariat ofisinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi) iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin ləğvi; müqavilə şərtlərin əhəmiyyətli dərəcədə pozulması, daşınmaz əşyaların alqı-satqısı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cav abdeh1, Qazax rayonu notariat ofisinə (üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi cəlb edilməklə) qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi, çıxarışın ləğv olunması və daşınmaz əmlakdan çıxarılma tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2167/2023 nömrəli 30 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Qazax rayon notariat ofisində bağlanmış 22 oktyabr 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı mülki yyətində olan Qazax şəhəri, Əhməd Seyidov küçəsi 4, sahə 1B-də yerləşən 0,0363 ha həyətyanı torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən 0,024 ha hissəni 4.800 (dörd min səkkiz yüz) manata alıcı Cavabdeh1 satmışdır.

2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 13 noyabr 2019-cu il tarixli ********** nömrəli çıxarışın surətindən görünür ki, Qazax şəhəri Əhməd Seyidov küçəsi 4 sahə 1B-də yerləşən 0,024 ha torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir.

3. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 fevral 2022-ci il tarixli 2(104)-804/2022 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Qazax Rayon Notariat Ofisi və Cavabdeh1 qarşı əqdin etibarsız hesab edilməsi, həmin müqavilə ilə əldə olunmuş çıxarışın ləğv edilməsi, Cavabdeh1 Qazax şəhə ri Əhməd Seyidov küçəsi 4, sahə 1B ünvanında yerləşən 0.24 ha torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 İddiaçı satın aldığı Qazax şəhəri Ə.Seyidov küçəsi 4, sahə 1B-də yerləşən, hazırda onun mülkiyyətində olan 0,024 ha torpaq sahəsi və onun üzərində inşa olunmuş yardımçı tikili üçün ödədiyi 28.000 manat və yarımçıq tikilini ev halına salınması üçün aldığı materiallar üçün xərclədiyi 28.298 manat, ümumilikdə 56.298 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona ödənilməsi tələbinə dair iddialarının rədd edilməsi barədə Qazax Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli 2(023)-108/2021 nömrəli qətnaməsindən ilk iddia üzrə İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən veril miş apellyasiya şikayətləri qismən təmin edilmiş, Qazax Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli 2(023)-108/2021 nömrəli qətnaməsi ləğv edilmiş, ilk və qarşılıqlı iddia tələblərinin rədd edilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 və Qazax rayonu notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə onun arasında Qazax rayon notariat ofisində bağlanmış 22 oktyabr 2019-cu il tarixli 4Ə-884 nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin bağlandığı andan ləğv edilməsi, Qazax rayon notariat ofisində bağlanmış 22 oktyabr 2019-cu il tarixli 4Ə-884 nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin nəticələrinin ləğv olunması, Qazax rayon notariat ofisində bağlanmış 22 oktyabr 2019-cu il tarixli 4Ə-884 nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi” əsasında Cavabdeh1 adına Qazax şəhəri Əhməd Seyidov küçəsi 4 sahə 1B-də yerləşən 0,024 ha torpaq sahəsinə dair verilmiş 13 noyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Cavabdeh1 Qazax şəhəri, Əhməd Seyidov küçəsi 4, sahə 1B-də yerləşən 0,024 ha torpaq sahəsi və orada yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 22 oktyabr 2019-cu il tarixli 4Ə-884 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən mülkiyyətində olan 0,024 ha torpaq sahəsi və üzərində yerləşən yarımçıq ti kilini Cavabdeh1 aralarında olan şifahi razılaşmaya əsasən 28.000 manata satmışdır. Torpaq üzərində tikilinin layihəsi onun adına sənədləşdirilmiş və Qazax rayon İcra Hakimiyyəti tərəfindən təsdiqlənmişdir. Lakin Cavabdeh1 razılaşdıqları 28.000 manat məbləğində pulu ona ödəməmişdir. Qeyd olunan hallar Qazax Rayon Məhkəməsi və Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-804/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir. Belə ki, əvvəlki iş üzrə pul ödənilmədiyinə və aldadıldığına görə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması və evdən çıxarılma tələbinə dair iddia qaldırmışdır. Məhkəmələr onun iddiasını təmin etməyərək qeyd etmişlər ki, müqavilənin etibarsız hesab edilməsi ilə bağlı deyil, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinin tələblərinə uyğun olaraq, müqavilənin ləğv edilməsi və ya müqavilə üzrə ödənilməli olan pulun tələb edilməsi ilə bağlı iddia qaldırmaqda haqlı ola bilərdi. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)804/2022 nömrəli, 11 fevral 2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının 5 noyabr 2022-ci il tarixli, 2(102)-4396/2022 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Belə ki, öncədən cavabdehin onu aldadacağını, sövdələşməyə uyğun olaraq, 28000 manatı verməyəcəyini bilsəydi, cavabdehlə başqa şərtlərlə müqavilə bağlayardı. Halbuki mübahisələndirdiyi müqaviləni bağlayarkən cavabdehin verdiyi vədə uyğun olaraq, haqqı çatan 28.000 ma natı cavabdehdən almağa ümidi olsa da, cavabdehin onu aldatması nəticəsində həmin pulu ala bilməmişdir.

6. Qazax Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(023)-101/2023 nömrəli qətnaməsi ilə (hakim F.Məmmədov) iddia tələbi təmin edilərək, iddiaçı ilə Cavabdeh1 arasında Qazax Rayon Notariat Ofisində bağlanmış 22 oktyabr 2019-cu il tarixli 4Ə-884 nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin bağlandığı andan ləğv edilməsi, Qazax Rayon Notariat Ofisində bağlanmış 22 oktyabr 2019-cu il tarixli 4Ə-884 nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin nəticələrinin ləğv edilməsi, Qazax Rayon Notariat Ofisində bağlanmış 22 oktyabr 2019-cu il tarixli 4Ə-884 nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi” əsasında Cavabdeh1 adına Qazax şəhəri, Əhməd Seyidov küçəsi 4, sahə 1B-də yerlə şən 0,024 hektar torpaq sahəsinə dair verilmiş 13 noyabr 2019cu il tarixli, ********** qeydiyyat nömrəli “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Cavabdeh1 Qazax şəhəri, Əhməd Seyidov küçəsi 4, sahə 1B-də yerləşən 0.024 hektar torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması, Cavabdeh1 ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat pulun tutularaq iddiaçıya verilməsi qət edilmişdir.

7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Gəncə Apelyasiya Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2(104)-804/2022 saylı qətnaməsində işin mübahisə edilməyən halı kimi qeyd olunur ki, satılmış torpaq sahəsinin üzərində inşası başa ça tmamış ev olduğundan müqavilədə yalnız torpaq sahəsinin dəyəri qismində 4800 manat qeyd olunmuş, şifahi razılaşmaya əsasən isə ümumilikdə alqı-satqının dəyəri 28000 manat müəyyən edilmişdir. İlk iddia üzrə iddiaçı alqı-satqının dəyəri 28000 manatın cavabdeh tərəfindən ona ödənilmədiyini, bununla da aldadıldığını iddia edərək Mülki Məcəllənin 339-cu maddəsinə əsasən alqı-satqı müqaviləsinin etibarsızlığına dair iddia qaldırmışdır. Məhkəmə kollegiyası ilk iddia üzrə iddia tələbinə münasibətdə qeyd etmişdir ki, alqı-satqı müqaviləsi üzrə alınmış əşyanın dəyərinin alıcı tərəfindən ödənilməməsi, həmin müqavilənin etibarsızlığına deyil, müqavilənin ləğv edilməsinə əsas olan hal ola bilər. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, iddiaçı müqavilə üzrə ödənilməli pulun cavabdeh tərəfindən ona ödənil mədiyini iddia etdiyi halda müqavilənin ləğv edilməsi və ya müqavilə üzrə ona ödənilməli olan pulun tələb edilməsi ilə bağlı iddia qaldırmaqda haqlı ola bilərdi. Məhkəmə kollegiyası qarşılıqlı iddia üzrə iddia tələbinə münasibətdə qeyd etmişdir ki, mahiyyət etibarı ilə qarşılıqlı iddiaçının tələbinin əsasını da Mülki Məcəllənin 337.5-ci maddəsi təşkil etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı alqı-satqı müqaviləsinin etibarsızlığına əsas verən hər hansı bir halın baş vermədiyini və ilk iddianın əsassız olduğunu iddia etsə də, ilk iddia üzrə iddiaçıya ödədiyini iddia etdiyi 28000 manat pula münasibətdə Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən iddia qaldırması MM-nin 337.5-ci maddəsinə əsasən iddia qaldırması anlaşılan olmamışdır

8. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış mü bahisə predmeti olan alqı-satqı müqaviləsi konsensual müqavilə şəklində bağlanmışdır. Belə ki, iddiaçı iddiasında qeyd etmişdir ki, müqavilə rəsmiləşdirilərkən cavabdeh tərəfindən ona müqavilə predmetinin dəyəri olan pul məbləği verilməmişdir. Cavabdeh tərəf bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə olan vəziyyətdə məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi bağlandıqdan sonra alıcı (cavabdeh) müqavilə predmeti olan pul məbləğini satıcıya (iddiaçıya) vermək öhdəliyi daşımışdır. Lakin, iddiaçının izahatı ilə müəyyən olunur ki, cavabdehlə aralarında olan müqavilə bağlandıqdan sonra alqı-satqı müqaviləsi və şifahi razılaşmaya əsasən ümumilikdə alqı-satqının dəyəri olan pul məbləği cavabdeh tərəfindən iddiaçıya verilməmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazım ı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və qeyd olunan alqı-satqı müqaviləsi üzrə müəyyən edilmiş pul məbləğini iddiaçıya verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir

9. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış konsensual alqı-satqı müqaviləsi üzrə alıcı (cavabdeh) müqavilə predmeti olan pul məbləğini satıcıya (iddiaçı) vermək vəzifəsini icra etmədiyindən, bununla da o, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi əhəmiyyətli dərəcədə pozduğundan iddiaçı tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsini tələb etməkdə haqlıdır.

10. Məhkəmə mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 421.2, 423.2, 567, 568,1, 568.2, 569.1, 569.2-c i, və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 217.4, 218.3-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. İddiaçı tərəfindən pretenziya qaydasına riayət olunmamış və 3 illik iddia müddəti nəzərə alınmamışdır. İddiaçının tələbinin əsası kimi müqavilə üzrə 28.000 manatı ödəməməsi qeyd olunmuş və bu halı sübut etmək onun üzərinə düşür. Belə ki, iddiaçı torpaq sahəsini satdığı qeyd etsə də, pulun tam ödənilməməsi barədə sübut təqdim etməmişdir.

13. Apellyasiya icraatı zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi üçüncü şəxs qismində işə cəlb edilmişdir.

14. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2167/2023 nömrəli 30 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Rəhman Muradov (sədrlik edən və məruzəçi) Ədil Məmmədov və Fikrət Mehtiyev) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş,Qazax Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(023)101/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır

15. Apellyasiya instansiyası məhkəməsi birinci i nstansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış və öz mövqeyinə dair qeyd etmişdir ki, işin müəyyən olunmuş faktiki hallarından görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında Qazax şəhəri, Əhməd Seyidov küçəsi 4, sahə 1B-də yerləşən 0,024 ha həyətyanı torpaq sahəsi və həmin torpaqda yerləşən yarımçıq tikilinin birlikdə 28000 (iyirmi səkkiz min) manata satılmasına dair tərəflər razılığa gəlmişlər. 0,024 ha torpaq sahəsində yerləşən yarımçıq tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından müqavilə yalnız torpaq sahəsinə dair bağlanmışdır. İşin qeyd olunan bu halı qanuni qüvvəsini almış Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 fevral 2022-ci il tarixli 2(104)-804/2022ci il tarixli qətnaməsi ilə də təsdiq olunur. Belə ki, həmin qətna mədə də qeyd olunmuşdur ki, işin mübahisəsiz halı kimi satılmış torpaq sahəsinin üzərində inşası başa çatmamış ev olduğundan müqavilədə yalnız torpaq sahəsinin dəyəri qismində 4800 manat qeyd olunmuş, şifahi razılaşmaya əsasən isə ümumilikdə alqı-satqının dəyəri 28000 manat müəyyən edilmişdir. İlk iddia üzrə iddiaçı alqı-satqının dəyəri olan 28000 manatın cavabdeh tərəfindən ona ödənilmədiyini, bununla da aldadıldığını iddia edərək, Mülki Məcəllənin 339-cu maddəsinə əsasən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia qaldırmışdır.

16. Göründüyü kimi 0,024 ha həyətyanı torpaq sahəsi və həmin torpaqda yerləşən yarımçıq tikilinin birlikdə 28000 manat satılmasına dair tərəflər arasında razılaşma olmuşdur. İddiaçı razılaşdırılmış məbləğdən 1850 manat verildiyini, cavabdeh isə 28000 manatı tam ödədiyini iddia edir. Kollegiya iddiçı tərəfin dəlilini əsaslı, cavabdeh tərəfin dəlilini isə əsassız sayır.

17. Belə ki, yuxarıdada qeyd olunduğu kimi İddiaçı ilkin olaraq alqı-satqı müqaviləsinin etibarsızlığı barədə iddia qaldırmış, Cavabdeh1 da pul tələbinə dair qarşılıqlı iddia vermişdir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsində qeyd etmişdir ki, İddiaçı Qazax şəhəri, Ə.Seyidov küçəsi 4, sahə 1B-də yerləşən əvvəllər onun mülkiyyətində olmuş 0.024 ha torpaq sahəsini və üzərində inşa olunmuş yarımçıq tiklini ona satmışdır. Bundan sonra həmin torpaq sahəsi və yarımçıq tikili üçün İddiaçı 28000 manat məbləğində pul ödəmişdir. Torpağın qiymətləndirilməsi 4800 manat olsa da, lakin üzərindəki evin qiymətləndirilməsi aralarındaki razılaşma ilə olmuşdur. Bununla bağlı şahidlər də var. Alqı-satqıdan sonra həmin torpaq sahəsinin mülkiyyətə verilməsinə dair öz adına çıxarış almışdır. İddiaçı ilə notarial müqavilə bağlandıqdan sonra iddiaçı ilə sevgi münasibətləri yaranmışdır. O, 28000 manat pulu İddiaçı anası X7, qardaşı X2, gəlinləri X5 və pulun çox hissəsini ona gətirən X4 və X1 yanında tam olaraq ödəmişdir. İlkin olaraq isə 1000 manat cavabdehə vermişdir ki, həmin məbləğ də 28000 manatdan çıxılmışdır. Eləcə də həmin işə baxılarkən Cavabdeh1 vermiş olduğu etirazda da qeyd olunanlara istinad etmişdir.

18. Göründüyü kimi, Cavabdeh1 alqı-satqıya görə razılaşdırılmış 28000 manatı İddiaçı tam olaraq X7, X2, X5, X4 və X1 iştirakları ilə verdiyini iddia edir. Lakin sonuncu belə bir dəlil irəli sürsə də, istər əvvəlki iddia tələbinə (eləcə də qarşılıqlı iddia ilə birlikdə) baxılarkən, eləcə də hazırkı iddia tələbi üzrə adları qeyd olunan şəxslərin şahid qismində dindirilməsi barədə vəsatət verməmişdir. Halbuki, əvvəlki məhkəmə çəkişməsi üzrə, o, məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlı olmuşdur. Hazırkı iddia tələbi üzrə də işə birinci instansiya məhkəməsində baxılan zaman sonuncu məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə də məlumatlı olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.

19. Yuxarıda da qeyd olunduğu kimi tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bi lər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İddiaçı 0,024 ha torpaq sahəsini alqı satqı, onun üzərində yerləşən yarımçıq tikilini isə şifahi razılaşma əsasında Cavabdeh1 satarkən həmin əmlakların müqabilində 28000 manat əldə edəcəyinə ümid etmişdir. Buna baxmayaraq Cavabdeh1 öhdəliklərini lazımınca icra etməmişdir. İddiaçı razılaşdırılmış məbləğdən 1850 manat ödənildiyini, cavabdeh isə 28000 manatı tam ödədiyini bildirir. Bundan əvvəldə qeyd olunduğu kimi cavabdeh 28000 manatı yuxarıda adları qeyd olunan şəxslərin yanında ödədiyini bildirsə də, lakin dediyinin təsdiqi kimi həmin şəxslərin bu halı təsdiq etmələri üçün məhkəmə qarşısında vəsatət qaldırmamışdır.

20. Bununla bağlı kollegiya qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə görə, sübutların qiymətləndirilməsinin məntiqi (daxili) və hüquqi (zahiri) tərəfləri mövcudur. Bütövlükdə götürüldükdə bu, təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materiallarının həm qanunun tələblərinə uyğunluğunun, həm də tamlığnın, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, hərtərəfliliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında düzgün nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi işin mahiyyəti üzrə həll edilərək qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübutlara rəsmi və hüquqi nəticələr doğuran qiymətləri yalnız məhkəmə verir. Sübutlara obyektiv baxılması məhkəmədən tələb edir ki, subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlilləri və faktları qiymətləndirsin. Obyektivlik sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Heç bir sübutun məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəsi yoxdur. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliyinə şübhə mövcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalı, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübut təqdim olunmasını təklif etməli, zərurət olduqda mövcud sübutu yenidən araşdırmalıdır. Sübutların məzmunundakı məlumatlarla bağ lı şübhələrin aradan qaldırılmasının ən etibarlı üsullarından biri isə müxtəlif sübutların müqayisə edilməsidir.

21. Məhkəmə kollegiyası işin qeyd olunan hallarını ağlabatanlıq meyarları əsasında təhlil edərək hesab edir ki, bu hal ağlabatan mühakimə əsasında iddiaçının səmimi olduğu və həqiqəti bəyan etdiyi qənaətinə gəlməyə əsas verir.

22. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericiliyə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

23. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizəyə hüquqi qiymət verilməməsini qeyd etsə də, lakin kollegiya şikayətin dəlilini əsassız sayır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi 22 oktyabr 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilkin olaraq etibarsızlıq əsası ilə 2021-ci ildə mübahisələndirilmişdir. Belə olan təqdirdə üç illik iddia müddətinin hazırkı iddia üzrə tətbiqi istisna olunur.

24. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Mülki Məcəllənin 389.1, 421.2, 421.3, 425.1, 425.2, 442, 567-ci, MPM-in 77.1, 88-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətin in dəlilləri

25. Cavabdeh1 kassasiya şikayəti verərək (Vəkil) qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə pretenziya qaydasında təklif verilməmiş, iş üzrə materiallarda buna dair sübutlar təqdim edilməmiş, məhkəmə öz qətnaməsində bu normanı qeyd etsə də, işə münasibətdə düzgün şərh etməmişdir. Bununla da, səhv nəticəyə gəlmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 150.1.6-ci maddəsinin tələbinə uyğun olaraq müəyyən edilmiş müddətdə və qaydada pretenziya verməmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 373.2-ci maddəsinin tələbi pozulmuşdur. Belə ki, məhkəmə bu normanı işə münasibətdə tətb iq etməmişdir. Hansı ki, bu iddia tələbi öhdəliyin pozulması ilə əlaqədar əqdin ləğv edilməsini ehtiva edir. Belə olan halda isə bu iş üzrə cavabdehin ərizəsi əsasında 3 illik iddia müddəti tətbiq edilməli idi. Lakin məhkəmə bu normanın tələblərini pozaraq iş üzrə əsassız qətnamə qəbul etmişdir.

28. İş üzrə pretenziya qaydalarına riayət edilməmiş, birinci və apellyasiya instansiyası məhkəmələri işin mümkünlüyünə qiymət verməmiş, iddia ərizəsinin göstərdiyi MPM-in normalarının tələblərini pozmaqla icraata götürülməsi üçün heç bir qanuni tədbir görmədən qətnamə qəbul etmişdir.

29. Apellyasiya instansiyası məhkəməsi iş üzrə cavabdehin təqdim etdiyi sübutları iddiaçının təqdim etdiyi sübutlarla birgə araşdıraraq hüquqi qiymət verməmişdir.Məhkəmə qətnamə qəbul edən zaman təqdim edilmiş sübutl arıtədqiq edərkən prosessual pozuntuya yol vermiş və bununla qanunvericilikdə nəzərdə tutulmayan qətnamə qəbul etmişdir.

30. Apellyasiya məhkəməsi isə qeyd olunan mülki prossesual qanunvericiliyin tələblərini pozmaqla, işin hərtərəfli araşdırılmasında maraqlı olmamış, iş üçün əhəmiyyətli olan halları aydınlaşdırmamışdır. Mübahisə edilən qətnamədən də görünür ki, məhkəmə qətnaməni qanunvericiliyin normalarına uyğun kifayət qədər əsaslandırmamışdır. Məhkəmə qətnaməsinin 32-ci abzasında iş üzrə şahidlərin dindirilmədiyini qeyd etmiş, lakin şahidlərin cəlb edilməsi ilə bağlı hər hansı bir addım atmamışdır.

31. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 423.2, 373.2, Azərbaycan Respublikasının MPM-in 14.1, 87.2, 88, 149.2.4, 150.1.6, 150.2, 152.1.6, 259.0.1-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı iddiaçının etirazı daxil olmuşdur.

33. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayətinin dəlilləri olan iddia müddətinin tətbiqinə düzgün hüquqi qiymət verilməməsi, qətnamənin əsaslandırılmaması və pretenziya qaydasına əməl edilməməsinə dair cavabdehin fikirləri əsassızdır. Belə ki, daşınmaz əmlakla bağlı müqavilələr üzrə iddia müddəti 3 il deyil, 6 il müəyyən edilmişdir. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarına istinad). Həmçinin Mülki Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

34. Həmçinin iddiaçı müqaviləni mübahisələndirmişdir. Bu hal Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-804/2022 nömrəli qətnaməsi və Ali Məhkəmənin 2(102)-4396/2022 saylı qərarından aşkardır.

35. Pretenziya qaydasına əməl edilməməsi ilə bağlı isə qeyd edilməlidir ki, iddiaçı Cavabdeh1 dəfələrlə şifahi və yazılı müraciət edərək, müqaviləni öz aralarında ləğv etməyi və evi boşaltmağı təklif etmişdir. Həmçinin pretenziya mütləq xarakter daşımır. Bundan başqa, iddiaçı ilə cavabdeh arasında olan əvvəlki məhkəmə işindən bəllidir ki, onların arasında mübahisə var və bu məsələ yalnız məhkəmə müstəvisində həll oluna bilər.

36. Cavabdeh şikayətində qeyd etmişdir ki, məhkəmə şahidləri dindirməmişdir. Ancaq məhz cavabdehin özü nə birinc i nə də apellyasiya instansiyası məhkəmələrindəki iclaslara gəlmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

37. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

38. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

39. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli im tina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

40. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

41. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür h ərəkətlərdən çəkinməlidirlər.

42. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə vəidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

43. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə

88. Məhkəmə sübutla ra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sür ülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

52. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tə rəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

54. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh1 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

55. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş ü zrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

56. Kassasiya şikayətinin məhkəmələrin pretenziya qaydasına əməl olunmadığına görə işin mümkünlüyünə qiymət verilməməsi, iddia ərizəsinin MPM-in normalarının tələblərini pozmaqla icraata götürülməsi üçün heç bir qanuni tədbir görmədən qətnamə qəbul etdiyi barədə dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 423.2-ci maddəsində müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə biləcəyi nəzərdə tutulur.Göstərilən normada qeyd edilən xarakterli mübahisənin məhkəmədənkənar həlli qaydası nəzərdə tutulur.Eləcə də, Azərbaycan Respublikasının MPM-in 152.1 və 152.1.6-cı maddələrinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır,Həmin Məcəllənin 259.0 və 259.0.1-ci maddələrinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi bar əsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır.Lakin hazırki işin mübahisəsiz hallarından görünür ki, iddiaçı tərəfindən əvvəl də müvafiq müqavilə məhkəmədə mübahisələndirilmişdir və tərəflər arasında mübahisənin həlli ilə əlaqədar məhkəmədənkənar razılıq əldə olunmamışdır.Yəni cabvabdeh iddiaçının onunla bağlanan müqaviləni hazırki iş üzrə iddia məhkəməyə verilənədək mübahisələndirdiyindən məlumatlı olmuşdur. Lakin tərəflər arasında hər hansı bir razılıq olmamışdır.Eləcə də iş üzrə məhkəmə icraatının davam etdiyi müddətdə də tərəflər arasında mübahisənin həlli ilə əlaqədar razılıq əldə edilməmişdir.Belə olan təqdirdə cavabdehin göstərilən dəlili irəli sürməsi formal mülahizə kimi qiymətləndirilir.

57. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kollegiya bir daha qeyd edir ki, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir.

58. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən digər hü quqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

60. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Proses sual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 oktyabr 2023-cü il tarixli 2(104)-2167/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar