Məhkəmə qərarları › İş №2(102)-1249/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1249/2020

26.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1249/2020 26.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X4 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 və vəkili X1 ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Balakən Rayon Məhkəməsi xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(019)1542/2018, hakim H.Q.Səlimov) qətnaməsi ilə İddiaçı Cavabdeh1 və Balakən rayon X5rşı iddiası qismən təmin edilmiş, Cavabdeh1 beh müqaviləsinə əsasən ödənilmiş behin iki misli-20.000 manat və yaxşılaşdırmaya görə 750 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(107)-2066/2019, hakimlər Ə.T.Məcidov, M.A.Əsədli və İ.F.Quliyev) Cavabdeh1 apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, İddiaçı iddiası rədd edilmişdir. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Cavabdeh2 tərəfindən təsdiq edilmiş xx xxxxxx 2016-cı il tarixli beh müqaviləsinə əsasən, Doşanov X3 XXX qızına məxsus olan ünvan 1 ünvanında ümumi sa həsi 38.1 kv.m olan 1 otaqlı mənzilin 23.000 manata satılmasına dair alqı-satqı müqaviləsinin xx xxxx 2018-ci ilədək notariat qaydasında təsdiq edilməsi icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 beh olaraq 10.000 manat vermişdir. xx.xx.2018-ci il tarixdə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə aralarında bağlanmış xx xxxxxx 2016-cı il tarixli 3M-64 nömrəli beh müqaviləsinin ləğv edilməsi, həmin müqaviləyə əsasən ödənilmiş behin iki misli olan 20.000 manat, çəkdiyi təmir xərcinin əvəzi kimi 2.000 manat məbləğində pulun Cavabdeh1 tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallar, o cümlədən alqı-satqı müqavilənin bağlanmasına görə qalan pulun ona verilməsi üçün cavabdehin notariat kontoruna gəlməli olduğu halda, hansı səbəblərdən gəlməməsi, cavabdehin mübahisəli mənzilin açarlarını iddiaçıya təqdim etdikdən sonra sonuncunun həmin mənzili təmir etdirməsi, cavabdehin iddiaçının mövsümi işlərlə əlaqadər ölkə xaricində olmasından sui-istifadə edərək mənzilin açarlarını hansı səbəbdən dəyişdirməsi və mənzili iddiaçıya satmaqdan imtina etməsi ümumiyyətlə araşdırılmaqla, həmin hallara hüquqi qiymət verilməmişdir. Halbuki iddiaçının cavabdehə alqı-satqı müqaviləsini vaxtında bağlamağı təklif etməməklə, yəni müqavilənin icrasından yaynmaqla behi itirəcəyini bildiyi halda, 10.000 manat beh məbləğini, cavabdehin də etiraf etdiyi, ona yol xərci kimi ödədiyi 500 manat və həmin mənzilin təmirinə görə xərclədiyi 2.000 manat puldan imtina etməsi ağlabatan deyil. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz vermişdir. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdeh və vəkili isə kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsiləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməl idir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi barədə qətnaməsini onunla əsaslandırmışdır ki, işin halları, cavabdehin beh müqaviləsinin şərtlərini pozaraq mənzilin satılmasına dair alqı-satqı müqaviləsinin xx xxxx 2018-ci ilədək notariat qaydasında təsdiq edilməsindən yayınması, iddiaçının mənzilin təmirinə 750 manat pul xərcləməsi və maddi hüquq normalarının tələbləri nəzərə alınmaqla, iddia veri lmiş behin iki mislinin qaytarılmasına və təmirə xərclənmiş 750 manat məbləğində pulun ödənilməsi aid hissədə əsaslıdır və təmin edilməlidir. Cavabdeh həmin qətnamədən verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia ərizəsində göstərilənlər, həmçinin iddiaçının məhkəməyə verdiyi izahatlar həqiqətə uyğun deyildir. Belə ki, xx xxxxxx 2016-cı il tarixdə iddiaçı və onun qohumu İsmayil Heydərov ona zəng edərək Balakən rayonunda olan satmaq istədiyi mənzili almaq istədiyini bildirmiş, lakin onun rayona gəlməyə maddi imkanı olmamış, iddiaçı ona 500 manat pul göndərməklə yol xərclərini qarşılamışdır. Onlar evin qiymətini iddiaçı ilə əvvəlcə 25.000 manata danışmış, sonradan iddiaçı mənzilin pəncərələrini dəyişəcəyi, müqavilənin bağlanması ilə bağlı rüsumları ödəyəcəyi və əvvəlcədən ona 500 manat pul verdiyi üçün son qiymət olaraq 23.000 manata razılaşmışlar.xx xxxxxx 2016-cı il tarixdə beh müqaviləsi bağlanmış, müqavilə üzrə iddiaçı ona 10.000 manat məbləğində beh vermişdir. Lakin müqavilədə nəzərdə tutulmuş müddət ərzində qalan 13.000 manat iddiaçı tərəfindən ödənilməmişdir. Cavabdehin apellyasiya şikayətini təmin edərək qətnaməni ləğv edib iddianı rədd edən apellyasiya məhkəməsi qətnaməsini onunıa əsaslandırmışdır ki, mülki qanunvericiliyə görə beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Beh adətən müqavilə qiymətinin müəyyən hüssəsi məbləğində ödənilir. Hazırkı “beh müqviləsi”nin məzmunundan görünür ki, İddiaçı cavabdeh in satmaq istədiyi mənzili almaq məqsədi ilə sonuncuya 10.000 manat beh vermişdir. İddiaçı almaq istədiyi mənzilin pulunu xx xxxx 2018-ci ilədək ödəməli, cavabdeh isə onunla mənzilin alqı-satqı müqaviləsinin notariat qaydasında bağlanmasını təmin etməli idi. İddiaçının hazırkı iş üzrə birinci instansiya məhkəməsinə verdiyi iddiasında və məhkəmə iclasında verdiyi izahatında göstərdikləri işin faktiki halları ilə təsdiq edilmir. Çünki, iddiaçı mənzili almaq üçün ödəməli olduğu pulu ödəməyincə cavabdeh onunla alqı-satqı müqaviləsini bağlamaq barədə üzərinə öhdəlik götürməmişdir. İddiaçı isə müqavilə müddəti ərzində mənzili almaqüçün pulu ödəməklə cavabdehdən müqaviləni bağlamağı tələb edə bilərdi. Cavabdeh həmin halda müqaviləni bağlamaqdan imtina edəcəyi təqdirdə iddiaçının hazırki iddia i lə məhkəməyə müraciət etməsi haqlı olardı. İddiaçı isə etməli olduğu hərəkətləri, yəni cavabdehə ödəməli olduğu 13.000 manat pulu müqavilə müddəti ərzində ödəməyərək müqavilənin müddəti bitdikdən 7 ay sonra hazırki iddia ilə məhkəməyə müraciət etməkdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 492.2-ci maddəsinin tələblərinə görə haqlı deyildir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən də olsa təmin etməklə maddi və prosessual hüquq normalarını pozaraq əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı deyildir. İddiaçı cavabdehlə aralarında bağlanmış beh müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə cavabdehə ödənilmiş beh məbləğinin iki mis linin, eyni zamanda alınması üçün beh verdiyi mənzilin təmirinə xərclədiyi məbləğlərin cavabdehdən tutularaq ona ödənilməsi barədə hazırki iddianı irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin beh anlayışını müəyyən edən 492-ci maddəsinin tələblərinə görə, müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir.Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin behlə təmin edilmiş öhdəliyə xitam verilməsinin və onun icra edilməməsinin nəticələrini müəyyən edən 492-ci maddəsinin tələblərinə görə, öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticə sində xitam verildikdə beh qaytarılmalıdır. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Sadalanan normaların məzmunundan göründüyü kimi, beh müqaviləsi müstəqil xarakter daşımamaqla, gələcəkdə müqavilənin bağlanmasının təsdiqi və icrasının təmini üsuludur. Tərəflər arasında bağlanması nəzərdə tutulmuş əsas müqavilənin bağlanmasından hər iki tərəfin razılığı ilə imtina edilərsə və ya müqavilənin bağlanması və ya icras ı tərəflərdən iradəsindən asılı olmayan səbəblərdən qeyri-mümkün olarsa, müqavilə üzrə beh qismində verilmiş məbləğ qaytarılmalıdır. Bununla bərabər, tərəflərdən birinin razılaşdırılmış əsas müqaviləni bağlamaq və icra etməyi arzu etdiyi halda və bunun əksi onun heç bir hərəkət və ya hərəkətsizliyi ilə inkar edilmədiyi halda, digər tərəfin həmin müqavilənin bağlanması və icrasından birtərəfli qaydada səbəbsiz olaraq imtina etməsi mülki məsuliyyətə səbəb olur. Belə ki, əgər müqavilənin icra edilməməsi beh vermiş tərəfin təqsiri ucbatından baş vermişdirsə, beh digər tərəfdə qalmaqla, o həmin məbləği beh alan tərəfdən tələb etmək hüququnu itirir. Əgər müqavilənin icrası beh almış tərəfin təqsirinə görə mümkün olmamışdırsa, beh verənin verdiyi məbləğin iki mislini tələb etmək hüququ yaranır. B u halda, məhkəmə hazırki iddianın əsaslı olub-olmamasını müəyyən etmək üçün alqı-satqı müqaviləsinin bağlanmamasına görə məsuliyyət daşıyan tərəfi müəyyən etməli idi. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında sonuncuya məxsus ünvan 2 ünvanında birotaqlı mənzilin iddiaçı tərəfindən alınmasına dair razılaşma olmuş, nəticədə xx xxxxxx 2016-cı il tarixdə tərəflər arasında notarial qaydada təsdiqlənməklə beh müqaviləsi bağlanmışdır. Tərəflər mənzilin dəyərini 23.000 manat məbləğində razılaşdırılmış, iddiaçı həmin məbləğin yarısına yaxın hissəsini beh qismində cavabdehə ödəmişdir. Həmin müqavilədə alqı-satqı müqaviləsinin xx xxxx 2018-ci ilədək bağlanması nəzərdə tutulmuşdur. Beh müqaviləsi bağlandıqdan sonra, cavabdehin razılığı ilə iddiaçı həmin mən zildə təmir işləri aparmışdır, işin qeyd edilən halı cavabdeh tərəfindən də təsdiq edilmişdir, belə ki, cavabdeh apellyasiya şikayətində mənzilini 25.000 manata satdığını, lakin sonradan iddiaçı mənzilin pəncərələrini dəyişəcəyi, müqavilənin bağlanması ilə bağlı rüsumları ödəyəcəyi və beh müqaviləsini bağlamaq üçün Bakı şəhərindən Balakən rayonuna getmək üçün yol xərci kimi 500 manat pul verdiyi üçün mənzilin son qiyməti kimi 23.000 manata razılaşdıqlarını göstərmişdir. Beləliklə, iddiaçı tərəfindən mənzilin dəyərinin yarısına yaxın məbləğdə behlə bərabər, məhz evin alınması ilə bağlı iddiaçının əlavə məbləğlər də (mənzilin təmiri və yol xərci) xərcləməsi cavabdeh tərəfindən də təsdiq edilir. Bununla bərabər, müqavilə müddəti ərzində və sonrakı müddətdə tərəflər arasında alqı-satqı müqavil əsinin bağlanmaması işin mübahisəsiz hallarıdır. İddiaçı bildirir ki, cavabdeh mənzili ona ucuz qiymətə satdığını bəhanə gətirərək alqısatqı müqaviləsinin bağlanmasından yayınmış, eyni zamanda ona təhvil verdiyi mənzilin açarlarını dəyişərək iddiaçını həmin mənzilə buraxmamışdır. Cavabdeh isə bildirir ki, iddiaçı qalan məbləği ödəməməklə alqı-satqının baş tutmamasına görə məsuliyyət daşıyan tərəfdir. Apellyasiya məhkəməsi hər iki tərəfin izahatlarını, təqdim edilmiş digər sübutlarla və iş üzrə müəyyən edilmiş həqiqi hallarla müqayisəli şəkildə qiymətləndirilməklə iş üzrə qanuni və əsaslı qərar qəbul eməli olduğu halda, yalnız cavabdehin izahatına istinad edərək alqısatqı müqaviləsinin bağlanmamasına görə iddiaçı tərəfin məsuliyyət daşıması barədə səhv nəticəyə gəlmişdir. Belə ki, Azərbayca n Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dairAzərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarında göstərildiyi kimi, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn hə qiqəti müəyyən etməlidir. Lakin apellyasiya məhkəməsi iş üzrə nəticəyə gələrkən cavabdehin digər sübutlarla təsdiq edilməyən izahatına istinad etmiş, mübahisəyə beh müqaviləsinin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməmiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmamış, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirməmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Beləliklə, apellyas iya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan iş üzrə qəbul edilmiş qətnamə qanuni və əsaslı hesab edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, qətnamələğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar