Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1363/2024 04.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə (üçüncü şəxs Qusar rayon Dövlət Notariat Kontoru) qarşı “çıxarışların və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin formaya uyğun olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlundan (məruzəçi hakim), Babayev Zəki Baba oğlu və Şam ayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli 2(105)-1956/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, aşağıdakı qərardadı qəbul etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı çıxarışların və vərəsəlik huququ haqqında şəhadətnamənin etibarsiz hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 sayli Ərazi İdarəsi tərəfindən X1 adına verilmiş Seriya RX ******* saylı, xx.xx.2016-ci il tarixl i daşınmaz əmlakin dövlət reyestrindən çıxarışın, həmçinin həmin çıxarışa əsasən Cavabdeh1 adına verilmiş vərəsəlik şəhadətnaməsinin və həmin şəhadətnaməyə əsasən həmin şəxsin adına verilmiş çıxarışın etibarsiz hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. Qusar Rayon Məhkəməsinin (hakim R. Kazımov) 16 mart 2018-ci il tarixli, 2(029)292/2018 saylı qətnaməsi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazı İdarəsi tərəfindən X1 adına verilmiş seriya RX ******* saylı, xx.xx.2016-cı il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış və Qusar rayon Notariat Kontoru tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2016cı il tarixli, 2V-551 reyestr nömrəli qanun üzrə vəsərəsəlik hüququ haqqında şəhadətnamənin etib arsız hesab edilməsi, qalan hissədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
3. Sumqayıt Apellyasiya Məhkəməsinin (sədrlik edən L.Məmmədova, hakimlər A.Mahmudov və S.Qafari) xx.xx.2023-cü il tarixli, 2(105)-1956/2023 saylı qətnaməsi ilə Cavabdeh1 və Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilərək Qusar Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli, 2(029)-292/2018 saylı qətnaməsinin qismən, iddia tələbinin təmin edilən hissəsində-Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazı İdarəsi tərəfindən X1 adına verilmiş seriya RX ******* saylı, xx.xx.2016-cı il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış və Qusar rayon Notariat Kontoru tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2016-cı il tarixli, 2V-551 reyestr nömrəli qanun üzrə vəsərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə də təmin edilməməsi qət edilmişdir.
4. Həmin qətnamədən İddiaçı (Vəkil2) kassasiya şikayəti vermiş və kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 5. 407.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir: 407.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 407.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış y eri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 407.1.3. şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti; 407.1.4. şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması; 407.1.5. şikayətə əlavə edilən sənədlərin siyahısı. 6. 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassas iya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 7. 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. 8. 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:... 9. 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;
10. Maddə
409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 4 05 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq belə hesab edir ki, iddiaçının kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
12. İddiaçı kassasiya şikayəti verilərkən prosessual normaların tələblərinə tam əməl olunmayıb. Belə ki, Azərbaycan Respublikasının MPM-in 407.1-ci maddəsinin tələbinə əsasən kassasiya şikayəti MPM-lə müəyyənləşdirilən formada verilməlidir. Azərbaycan Respublikasının MPM-ə Əlavə 3-də kassasiya şikayətinin forması müəyyənləşdirilmişdir. Lakin iddiaçının kassasiya şikayəti müəyyənləşdirilmiş formaya (cədvəl) uyğun deyildir. Yəni MPM-in 407.1-ci maddəsinin tələbinə tam əməl olunmamışdır.
13. Odur ki, kassasiya şikayəti qanunverilicikdə göstərilmiş formaya uyğun verilmədiyi üçün işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar yoxdur.
14. Kassasiya şikayətinin müəyyən olunmuş formada verilməməsinə baxmayaraq apellyasiya instansiya məhkəməsi tərəfindən MPM-in 409-cu maddəsinin tələbinə zidd olaraq şikayət iş materialları ilə birlikdə kassasiya instansiyası məhkəməsinə göndərilmişdir.
15. Nəzərə alınmalıdır ki, kassasiya qaydasında işə baxmaq üçün prosessual əsasların olmaması apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarıl ması kimi hüquqi nəticəyə səbəb olur. Yuxarıda göstərilən hallarda kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyasının səlahiyyəti olduğuna görə, kassasiya şikayəti müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.
17. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
18. Göstərilə nlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadığına görə iddiaçının kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.
19. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.2-ci maddəsini rəhbər tutaraq, qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 noyabr 2023-cü il tarixli, 2(105)-xxxx/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və müvafiq prosessual hərəkətlər edilməsi üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qətidir və qəbul edildiyi a