Məhkəmə qərarları › İş №2(102)-1628/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1628/2020

06.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1628/2020 06.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), X1 və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı bank olmayan kredit təşkilatı Açıq Səhmdar Cəmiyyətinin vəkili X2 oğlu, Cavabdeh1 və vəkili X oğlunun iştirakı ilə, Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsinin MK-nın xnömrəli iş üzrə 22 iyul 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Мəhkəməsinin (hakim Ə.S.Qəhrəmanov) x nömrəli, 27 noyabr 2018- ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçının xeyrinə 24.914,30 manat əsas, 8751.86 manat faiz borcu, 100 manat məbləğində cərimə olmaqla, cəmi 33.766.16 manat məbləğində borcun və 30 manat dövlət rüsumu Cavabdeh1 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş və Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin ilkin satış qiymətinin 80.000 manat olmaqla açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borcun qaytarılmasına yönəldilməsi, satışdan əldə olunan məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, qalan məbləğin Cavabdeh2 qaytarılması, satışdan əldə olunan vəsait iddiaçının tələbini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hiss ədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakim Ş.Ə.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və E.Y.Şamayev) xnömrəli, 22 iyul 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Xəzər Rayon Мəhkəməsinin x nömrəli, 27 noyabr 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 140.000 manat müəyyən edilməsi, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 15 manat məbləğində rüsum Cavabdeh1 özünə aid edilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı bank olmayan kredit təşkilatı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit üzrə borcun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 19 iyun 2015-ci il tarixli 0202/15 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə 23 % dərəcəsi ilə 55.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı qismində tərəflər arasında ipoteka müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh2 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi təşkilat qarşısında ipotekaya qoyulmuşdur. Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, öhdəliyin icrasını gecikdirilməyinə görə borcu yaran mışdır. Göstərilənlərə əasən, cavabdehdən 24.914,30 manat məbləğində əsas, 8751.86 manat məbləğində faiz borcunun, 32.902.74 manat məbləğində cərimənin, cəmi 66.568,90 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin satışından götürülmüş məbləğ iddiaçının tələblərinin ödənilməsi üçün kifayət etmədikdə çatışmayan məbləğin cavabdehlərdən tutulması, əldə edilən məbləğ artıq olduqda isə artıq məbləğin ipoteka qoyana qaytarılması, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi, əmlakın açıq hərracdan satılması və satıldıqdan bir ay sonra əmlakın boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş dir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın xnömrəli iş üzrə 22 iyul 2019-cu il tarixli qətnaməsini qismən ləğv edilməsi, kassasiya şikayətinin tam təmin edilməsi və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 və vəkili Xt oğlu k assasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı bank olmayan kredit təşkilatı Açıq Səhmdar Cəmiyyətinin vəkili X2 oğlu kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh2 iştirak etmədiyi üçün və iştirak etməməsinin üzrlü səbəbi barədə məlumat vermədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın xnömrəli iş üzrə 22 iyul 2019-cu il tarixl i qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İşin mübahisələndirilməyən hallarından görünür ki, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 19 iyun 2015-ci il tarixli kredit müqaviləsi ilə iddiaçı cavabdehə 36 ay müddətinə, illik 28 % dəıəcəsi ilə 55000 manat kredit vermiş, sonuncu həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin təminatı qismində İddiaçı bank olmayan kredit təşkilatı ASC ilə Cavabdeh2 arasında bağlanmış 19 iyun 2015-ci il tarixli 0202/15/İ saylı ipoteka müq aviləsinə əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi təşkilat qarşısında ipotekaya qoyulmuşdur. Borcalan müqavilə üzrə öhdəliyini lazımınca yerinə yetirməmiş, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəy yənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fıziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ysı digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eynı keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından müəyyən edilir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq cavabdeh qeyd edilən “kredit müqaviləsi” üzrə kredit təşkilatı qarşısında üzərinə götürdüyü öhdəliklərini icra etməmiş, kreditin və kreditdən istifadəyə görə hesablanmış faizi ödəməkdən yayınmışdır. Bununla əlaqədar iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubları göndərilməklə borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunla nəzərdə tutulmuş tədbirlərin görüləcəyi nəzərinə çatdırılmışdır. İş materiallarında olan 20 aprel 2018-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin iddiaçıya 24914,30 əsas, 8751,86 manat faiz, 32.902,74 manat cərimə borcu vardır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəf apellyasiya şikayətində tələb edilən borcla razılaşmadığını bildirsə də, cavabdeh həmin borcun əsassız olması, borcun məbləğinin şişirdilməsini təsdiq edən hər hansı sübutu (məsələn, adi riyazi hesablamanı, yaxud müstəqil mütəxəssis rəyini) məhkəmələrə təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehə izah edilmişdir ki, borcun hissə-hissə ödənilməsi icra icraatı qaydasında həll edilməli olan məsələdir. Ona görə də hazırkı mərhələdə bu məsələyə məhkəmə qaydasında baxıla bilməz. Apellyasiya instansiyası məhkəməsi mübahisəli kredit müqaviləsi üzrə əsas borc, faiz borcunun məbləğinin maliyyə arayışı ilə öz təsdiqini tapdığını nəzərə alaraq hesab etmişdir ki, hazırki iş üzrə mübahisəli kredit müqaviləsi üzrə Cavabdeh1 24.914,30 manat əsas, 8751.86 manat faiz borcu, 100 manat azaldılmış cərimə borcu olmaqla, cəm i 33.766.16 manat borcun tutulmasını əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, hazırki tələbində iddiaçı borcun ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinə yönəldilməsini mübahisələndirmişdir. İş materiallarında olan arayışdan görünür ki, sözügedən evin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı birinci instansiya məhkəməsində icraat zamanı 18 iyul 2018-ci il tarixli qərardadı ilə ekspertiza təyin edilmiş, “Azərekspertiza” Birliyi xidmət haqqının ödənişi aparılmadığından ekspertiza tədqiqatının aparılmasından imtina edilmişdir. Birinci instansiya məhkəməsi ipoteka müqaviləsində razılaşdırılmış qiyməti əsas götürərək ipoteka predmetinin ilkin satış qiymətinin 80.000 manat məbləğində müəyyən etmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununu n 39.3.3-cü maddəsində qeyd olunub ki, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsi təyin edilmişdir. “Dinar Firması”nın 31.05.2019-cu il tarixli, 17 saylı rəyindən görünür ki, ipoteka predmeti olan fərdi yaşayış evinin real bazar qiyməti 140000 manat təşkil edir. Ona görə də apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qənaətə gəlmişdir ki, qətnamə ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilməli, ipotek a predmeti olan fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiyməti 140000 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktla r əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, həmin dəlillər apellyasiya şikayətinin dəlilləri ilə eyni olmaqla təsdiq olunmadığından apellyasiya instansiyası məhkəməsinin bununla bağlı gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəl i hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xnömrəli iş üzrə 22 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin MK-nın xnömrəli iş üzrə 22 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar