Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1628/2021 19.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “xxxx” LTD Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğvi, işə bərpa, iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X12 və vəkili X13 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5048/2020 nömrəli iş üzrə 19 avqust 2020-ci il tarixli qətnaməsin dən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 19 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) 2007-ci ildən Cavabdehndə (bundan sonra – cavabdeh və ya MMC) xadimə işləmiş, işəgötürənin əmri ilə ona 03.08.2018-ci il tarixdə xəbərdarlıq, 20.08.2018-ci il tarixdə töhmət verilmiş, 10.09.2018-ci il tarixdə isə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçinin öz əmək funksiyasını yerinə yetirməməsi, əmək vəzifələrini kobud şəkildə pozması) xitam verilmişdir. İddiaçının himayəsində 1999-cu il təvəllüdlü 1-ci qrup əlil oğlu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş 10.09.2018-ci il tarixli, 309/K saylı əmrin ləğv edilməsi, onun əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxmaya görə cavabdeh tərəfindən ona əmək haqqının ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə tərtib edilmiş əmrdə Əmək Məcəlləsinin konkret maddəsinə istinad edilməmiş, aralarında bağlanmış müddətsiz əmək müqaviləsinə birtərəfli qaydada xitam verilməsinin əsasları şərh edilməmişdir. İddiaçı həmçinin məhkəməyə ərizə (vəsatət) ilə müraciət edərək buraxılmış iddia müddətinin üzrlü hesab edilərək, bərpa olunmasını xahiş etmiş və x ahişini tək qadın olmaqla himayəsində “Serebral iflic” xəstəliyindən əziyyət çəkən, kənar şəxsin köməyinə və qulluğuna ehtiyacı olan 1-ci qrup əlil oğlunun olması ilə əsaslandırmışdır. O, eyni zamanda savadsız olduğunu, məhkəməyə müraciət edənədək işəgötürənin hərəkətindən şikayətlə müxtəlif dövlət qurumlarına müraciət etdiyini və bu səbəbdən məhkəməyə gec müraciət etdiyini də göstərmişdir. Cavabdeh iddiaya qarşı etiraz edərək göstərmişdir ki, iddiaçı işdən azad olunması barədə əmrin surətini 10.09.2018-ci il tarixdə alsa da, məhkəməyə iddia ərizəsi ilə ancaq 02.04.2019-cu il tarixdə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, cavabdeh şirkətin Səngəçal terminalında xadimə vəzifəsində işləyir. O, 2018-ci ilin yay aylarında saat 12:30-da iş yerində dispanserdən su içmək istəmiş, lakin stəkandan iy gəldiyini hiss etmiş, stəkanda kislota olduğunu müəyyən etmişdir. Bundan başqa, işdə paltarlarını dəyişəndə ayaqqabısını geyinmək istəmiş, görmüşdür ki, ayaqqabısının içərisinə kislota tökülmüş, ayaqqabısı kislotadan ərimişdir. Bunların isə iddiaçı tərəfindən edildiyi qənaətinə gəlmişdir. X4 ifadəsində göstərmişdir ki, onlar iş otağında olarkən iddiaçı həmin otağa gəlmiş, onlara qarşı nalayiq ifadələr işlətmişdir. Bundan əlavə, iddiaçı onun yanında terminalın işçisi olmuş, mərhum xxxxxmüəllimlə mübahisə etmiş, stulu onun başına vuracağını bildirmişdir. X5 ifadəsində göstərmişdir ki, o, terminalın gəmi qəbulu sahəsinin rəisi vəzifəsində i şləyir. Hər ay xadimələrdən biri gəlib növbə ilə otaqların təmizliyinə baxmış, yalnız iddiaçı öz işini layiqincə yerinə yetirməmişdir. Bundan başqa, onun növbəsində soyuducudan dəfələrlə konfet oğurlanmış, bununla əlaqədar olaraq müəssisə rəhbərliyinə məlumat verilmişdir. X8 ifadəsində göstərmişdir ki, o, terminalın dəmiryol sahə rəisi vəzifəsində işləyir. O, terminalda səs-küy eşitmiş, gəlib görmüşdür ki, iddiaçı MMC-nin işçisi olan xxxxxxx müəllimin baş nahiyəsinə vedrə ilə vurmuşdur. O, iddiaçını sakitləşdirmiş, daha sonra aralarında nə baş verməsindən xəbəri olmamışdır. X1 ifadəsində göstərmişdir ki, o, terminalın direktorunun köməkçisidir. Ona terminalda yalnız iddiaçıdan şikayətlər daxil olmuşdur. Onun tərəfindən iddiaçıya ofisin qadağan olunmuş otağına dəfələrlə qalxması ilə əlaqə dar xəbərdarlıq olunsa da, sonuncu buna əməl etməmiş, habelə terminalda dəfələrlə pis hadisələr törədəcəyi ilə əlaqədar onu təhdid etmişdir. X6 izahatında göstərmişdir ki, o, terminalda iddiaçı ilə birgə xadimə işləmiş, sonuncu onun sosial və maaş kartlarını oğurlamışdır. Bundan əlavə, iddiaçı dəfələrlə stəkanlarının içərisinə kislota tökmüş, terminalı partladacağı ilə bağlı fikirlər söyləmişdir. X2 ifadəsində göstərmişdir ki, o terminalda xadimə işləyir. O, iddiaçı ilə birgə işləmiş və sonuncu soyuducudan konfet oğurlamışdır. Bundan əlavə, iddiaçı aralarında olan sözsöhbətə görə 2018-ci ilin yay aylarında X3 bıçaqla hədələmiş, dəfələrlə kollektivdə terminalı partladacağı ilə bağlı fikirlər səsləndirmişdir. X9 ifadəsində göstərmişdir ki, o terminalda yanğın təhlükəsizliyi üzrə mühəndis işl əyir. Onların şöbəsində bölmə rəhbərinin, mühəndisin, işçilərin otaqları olmaqla, dörd otaq vardır. İddiaçı həmin otaqların hamısını təmizləmək əvəzinə onların yalnız ikisini təmizləmişdir. Bu bərədə ona dəfələrlə xəbərdarlıq edilsə də, bundan nəticə çıxarmamışdır. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(002)-1202/2019 nömrəli iş üzrə 26 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakim K.Əsədov) iddia tələbi təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh 10.09.2018-ci il tarixli, 309/K nömrəli əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verməklə əmək qanunvericiliyinin müqaviləyə xitam verilməsi əsasları və qaydaları ilə bağlı müddəalarının tələblərini pozmuşdur. Məhkəmə, həmçinin qeyd etmişdir ki, Həmkarlar Təşkilatının 04.09.2018-ci il tarixli qərarı ilə iddiaçı ilə əmək müqaviləsinə birtərəfli qaydada xitam verilməsi məqsədəmüvafiq hesab olunsa da, həmin protokol və qərarı yalnız Həmkarlar Təşkilatının sədri imzalamış, Təşkilatın üzvləri və iclasa dəvət olunan şəxslər imzalamamışlar. Bu isə onu deməyə əsas verir ki, iddiaçının işdən azad olunması barədə əmr verilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci bəndinin tələbləri pozulmuş, yəni həmkarlar ittifaqı təşkilatının qanunamüvafiq qaydada qabaqcadan razılığı alınmamışdır. Məhkəmə cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə qeyd etmişdir ki, iddiaçı 24.05.2019-cu tarixdə verdiyi iddia müddətinin bərpası barədə ərizəsində iddia müddətinin üzrlü səbəbdə n buraxılmasını, oğlunun “Serebral iflic” diaqnozu ilə birinci qrup əlil olduğuna görə onun kənar şəxsin qulluğuna ehtiyacı olduğunu göstərmişdir. Məhkəmə iddiaçının gətirdiyi dəlilləri nəzərə alaraq belə qənaətə gəlmişdir ki, buraxılmış müddət üzrlü hesab olunaraq bərpa edilməlidir. Məhkəmə, həmçinin göstərmişdir ki, iddiaçının işdən çıxarılması qanunsuz hesab edildiyindən, 10.09.2018-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki işinə bərpa edilməli, bu mümkün olmadıqda isə özünün razılığı ilə başqa vəzifəyə təyin olunmalıdır. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 2, 3, 68, 70, 71, 74, 76, 80, 84, 296, 300cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya inst ansiyası məhkəməsindəki birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-12817/2019 nömrəli iş üzrə 18 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – E.Kazımov (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.S.Şirinov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iddia təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı hüquqlarının müdafiəsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə, yəni 1 ay müddətində məhkəməyə müraciət etməli olduğu halda, bunu etməmişdir. İddiaçı, müddəti üzrlü səbəbdən ötürdüyünü, 24.05.2019-cı ildə verdiyi iddia müddətinin bərpası ilə bağlı ərizəs ində iddia müddətinin onun günahından deyil, üzrlü səbəblərdən buraxılmasını göstərmiş, oğlunun “Serebral iflic” diaqnozu ilə birinci qrup əlil olduğuna görə onun kənar şəxsin qulluğuna ehtiyacı olduğunu göstərmişdir. Lakin işdən və apellyasiya şikayətinin dəlillərindən görünür ki, iddiaçının övladı əlil olsa da onun kənar şəxslərin qulluğuna ehtiyacı olması, əmək qabiliyyətini itirməsi təsdiq olunmur. Əksinə cavabdeh tərəf iddiaçıya oğlunu işə götürmələrini təklif edir, lakin iddiaçı bununla razılaşmır. Beləliklə, iddiaçının göstərdiyi hallar təsdiq olunmadığından müddətin üzrlü səbəbdən ötürülməsi qəbul edilə bilməz. Çünki, həmin hallar iddiaçıya vaxtında məhkəməyə müraciət etməyə qətiyyən maneə deyildi. Bu səbəbdən də, iddia tələbi iddia müddəti ötürülməsi əsası ilə rədd olunmalıdır. Mə hkəmə öz mövqeyini Əmək Məcəlləsinin 296-cı maddəsinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-1442/2020 nömrəli iş üzrə 10 mart 2020-ci il tarixli qərarı ilə (hakimlər – A.İsgəndərov (sədrlik edən və məruzəçi), Ə.Əhmədov və İ.Dəmirov) iddiaçının kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmuş və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının oğlunun “Serebral iflic” xəstəliyindən əziyyət çəkməklə 1-ci qrup əlil olmasının buraxılmış müddətin üzrlü hesab edilməsi üçün əsas vermədiyi qənaətinə gələrək mübahisəyə iddia müddətini tətbiq etmiş və iş üzrə hər hansı sonrakı araşdırma aparmadan iddianı rədd etmişdir. Halbuki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinin tələbinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Həmin maddənin göstərişinə əsasən iddiaçının «yaxın qohumu» dedikdə, işçinin atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları, bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları ba şa düşülməlidir. Məhkəmə qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddia müddətinin bərpasından imtina edərkən öz qənaətini qanunla müəyyən olunmuş qaydada əsaslandırmamış və iddiaçının 1-ci qrup əlil olan oğlunun əmək qabiliyyətsiz olmaqla kənar şəxsin qulluğuna ehtiyacı olmasının təsdiq olunmadığını qeyd etməklə kifayətlənmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə apellyasiya instansiyası məhkəməsinin bu əsaslandırmasını qanuni və əsaslı saymamış və hesab etmişdir ki, işə apellyasiya qaydasında yenidən baxılarkən iddia müddətinin bərpası barədə vəsatət bir daha müzakirə olunmalı və əsaslandırılmış nəticəyə gəlinməklə mübahisəyə qiymət verilməlidir. Kassasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə əmək müqaviləsinə 10.09.2018-ci il tarixdə xitam verilmiş və iddiaçı “işə bərpa” tələbi ilə məhkəməyə ilkin olaraq 15.03.2019cu il tarixdə müraciət etmişdir. İşə yenidən baxılarkən məhkəməyə müraciət etmə anı kimi məhz bu tarix qəbul edilməli və məhz həmin tarixədək keçən dövr ərzində iddia müddətinin üzrlü səbəbdən buraxılıb-buraxılmadığına qiymət verilməlidir. İşə yenidən baxılarkən Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsində sadalanan sənədlərin iddiaçıya verilib-verilməməsi aydınlaşdırılmalı və bundan asılı olaraq onun hüququnun pozulduğu gün müəyyən edilməlidir. Məhkəmə kollegiyası işə yenidən baxan məhkəmənin diqqətini Əmək Məcəlləsinin 79-cu və 189-cu maddələrinə cəlb etməklə, qeyd etmişdir ki, Əmək Məcəlləsinin 79-cu maddəsi öhdəsində 1-ci qrup əlil ailə üzvü olan işçilərlə əmək müqaviləsinin ləğv olunmasını, 189-cu maddəsi isə bir intizam xətası na görə eyni zamanda bir neçə intizam tənbehinin verilməsini qadağan edir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən 20.08.2018-ci il tarixdən, yəni ona töhmət verildikdən sonra 10.09.2018-ci il tarixədək, yəni əmək müqaviləsi ləğv olunanadək hər hansı pozuntuya yol verilməsini təsdiq edən sübutlar iş materiallarına əlavə edilməmişdir. Bütün pozuntu faktları yalnız 20.08.2018-ci ilədək olan dövrü əhatə edir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Apellyasiya instansiyası məhkəməsinin 2(103)-5048/2020 nömrəli iş üzrə 19 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və R.Həsənov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iddia təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi MPM-nin 420-ci maddəsinin tələblərindən çıxış etməklə iddia müddətinin tətbiqi barədə ərizəyə və həmin müddətin üzrlü səbəbdən ötürülməsi barədə iddiaçının dəlillərinə qiymət verərək, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı öz hüququnun pozulduğunu 2018-ci ilin oktyabr ayının əvvəllərindən bilsə də, işə bərpa tələbi ilə məhkəməyə ilk dəfə 15.03.2019-cu il tarixdə, yəni 5 ay sonra müraciət etmişdir. Bununla da, iddiaçı tərəfindən 1 aylıq müddət ötürülmüşdür. Məhkəmə qeyd etmişdir ki, iş üzrə iddiaçı bu müddəti üzrlü səbəbdən ötürdüyünü, oğlunun “Serebral iflic” diaqnozu ilə birinci qrup əlil olduğuna görə onun kənar şəxsin qulluğuna ehtiyacı olduğunu göstərsə də, iş materiallarından və apellyasiya şikayətinin dəlillərindən də görünür ki, idd iaçının övladı əlil olsa da onun kənar şəxslərin qulluğuna ehtiyacı olması, əmək qabiliyyətini itirməsi təsdiq olunmur. Bundan başqa, həmin xəstəlik iddiaçının övladında iddiaçının MMC-də işlədiyi dövrdə də olmuş, lakin həmin səbəb iddiaçının işə gedib-gəlməsinə mane olmamışdır. Belə olan halda hesab edilməlidir ki, övladının xəstəliyi iddiaçıya müvafiq iddia ərizəsi ilə məhkəməyə də vaxtında müraciət etməyə mane olmamışdır. Məhkəmə, həmçinin Mülki Məcəllənin 382-ci maddəsinə istinadla qeyd etmişdir ki, iddiaçı iddia müddətinin ötürülməsi səbəbi kimi övladının iddia müddəti ərzində yaranmamış əlillik vəziyyətini göstərmişdir. İddiaçının istinad etdiyi bu hal iddia müddəti ərzində yaranmamışdır və təqdim edilən sübutlar iddia müddətinin 5 ay ötürülməsi üçün heç bir halda əsas təşkil edə bil məz. Çünki bu hal iddiaçıya əvvəllər işə normal qaydada gedib-gəlməsinə və ya hər hansı bir təşkilata müraciət etməsinə də problemlər yaratmamışdır. İşə baxılarkən iddia müddətinin ötürüldüyü və onun bərpası üçün əsasların olmadığı müəyyən edildiyindən iddia tələbi əsassız hesab edilməlidir və bu səbəbdən işə mahiyyəti üzrə baxılıb, iddiaçı ilə əmək müqaviləsi ləğv olunarkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulub-pozulmadığının yoxlanılmasına da zərurət qalmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, maddı və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, əsassız və ədalətsiz qətnamə qəbul etmişdir. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi MPM-in 420-ci maddəsini pozmaqla Ali Məhkəmənin məcburi göstərişlərinə əməl etməmiş, əsassız olaraq iddia müddətinin ötürülməsi qənaətinə gəlmiş, onun oğlunun xəstəliyini nəzərə almamışdır. Çıxarılmış əmr barədə cavabdeh tərəfindən ona məlumat verilməmişdir. Cavabdeh iddiaçının savadsızlığından istifadə edərək, öz qanunsuz əməllərinə qanuni don geyindirmişdir. İddiaçı işdən çıxarıldıqdan sonra məhkəməyə müəyyən müddət ərzində müraciət etməli olduğunu bilməmiş, məhkəmə əvəzinə digər dövlət orqanlarına mü raciət etmişdir. Lakin məhkəmə bu hala əhəmiyyət verməmişdir. Kassator, həmçinin göstərmişdir ki, iddiaçının işlədiyi xadimə vəzifəsi ixtisassız əmək olduğundan peşəkarlıq tələb etmir. İddiaçı artıq 11 ildir əmək funksiyalarını yerinə yetirmişdir. Bu baxımdan, onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70 (ç) və 72-ci maddələrinə istinadla heç bir əsaslandırma aparılmadan xitam verilməsi qanunsuz olmuşdur. Kassasiya şikayətinin əsası kimi MPM-nin 217, 218-ci maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz ərizəsində cavabdeh tərəf kassasiya şikayətinin təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçı yol verdiyi ciddi nöqsanlara görə işdən çıxarılmışdır. O, əmrin surətini 10.09.2018-ci il tarixdə almaqdan imtina etmiş, əmrin surətini və əmək kitabçasını almaqdan imtina barədə akt məhkəməyə təqdim edilmişdir. İddiaçı iddia müddətini buraxmış və bunun üzrlü səbəbdən baş verdiyini sübuta yetirə bilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassatorun vəkili kassasiya şikayətinin təmin olunması, iş üzrə yeni qərar çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili ayrı-ayrılıqda kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunma masına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3 ). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə yeganə iddiaçı olan kassator apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə İddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər (382-ci maddə). Əmək Məcəlləsi Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər (296-cı maddənin 2-ci bəndi). Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqə sinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür (296-cı maddənin 3-cü bəndi). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığı ümumi ifadələrlə qeyd edilsə də, bunun nədən ibarət olması əsaslandırılmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. İş üzrə MPM-in 420-ci maddəsinin tələblərinin pozulduğu müəyyən edilmir. Çünki apellyasiya instansiyası məhkəməsi kassasiya qaydasında işə baxmış əvvəlki məhkəmə tərkibinin göstərişinə uyğun olaraq iddia müddətinin bərpası barədə vəsatəti yenidən müzakirə etmiş və bununla bağlı gəldiyi nəticəyə dair mövqeyini əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apel lyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5048/2020 nömrəli iş üzrə 19 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1628/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1628/2021
19.04.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver