Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1720/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X2 cavabdeh Saatlı rayonu, Yeni Novruzlu kənd tam orta məktəbinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1720/21 (Açar sözlər: işə bərpa, məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi, həmkarlar təşkilatının razılığının olmaması) Bakı şəhəri, 09 mart 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı X2 iştirakı ilə, İddiaçı X2 cavabdeh Saatlı rayonu, Yeni Novruzlu kənd tam orta məktəb inə qarşı “işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 oktyabr 2020-ci il tarixli, 2(106)-1979/2020 nömrəli qətnaməsindən cavabdeh Saatlı rayonu Yeni Novruzlu kənd tam orta məktəbin direktoru Rzayev Elnur Əlisalam oğlunun kassasiya şikayətinə 09 mart 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx xxxxxxxx 2019-cu il tarixli, 1/3 saylı əmrlə Saatlı rayon Yeni Novruzlu kənd orta məktəbinə tarix müəllimi təyin edilmiş və xx xxxxxx 2020-ci il tarixə kimi həmin məktəbdə müəllim işləmişdir.
2. Saatlı rayon Yeni Novruzlu kənd orta məktəbinin direktoru Rzayev Elnur Əlisalam oğlunun xx xxxxxx 2020-ci il tarixli 15 sa ylı əmrilə iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən məktəbin tarix müəllimi vəzifəsindən azad edilmişdir. a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı X3 cavabdeh Saatlı rayon Yeni Novruzlu kənd tam orta məktəbinə qarşı iddia ərizəsi ilə Saatlı rayon məhkəməsinə müraciət edərək, xx xxxxxx 2020-ci il tarixli 15 saylı əmrin ləğv edilərək onun Saatlı rayon Yeni Novruzlu kənd tam orta məktəbində tarix müəllimi vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı işlədiyi müddət ərzində əmək müqaviləsi üzrə öhdəliklərini həmişə lazımi qaydada yerinə yetirmiş, şagirdlərin dərsdən yayınmasına şərait yaratmamış, sinif jurna lında düzgün qeydlər etmiş və “Qarabağ tarixi” dərsini lazımi qaydada tədris etmişdir.
5. İddiaçı işdən çıxarılması barədə əmri qanunsuz hesab edir. Belə ki, xx xxxxxx 2020-ci ildə iddiaçıya məlum olmuşdur ki, məktəbin direktoru Elnur Rzayev xx xxxxxx 2020-ci ildə ona və həmin məktəbdə müəllim işləyən həyat yoldaşı X5 töhmət vermişdir. İddiaçının həmin töhmətlərdən məlumatı olmamış, lakin həmin əmrlərin surəti bir zərfdə xx xxxxxx 2020-ci ildə qeydiyyatda olduğu ünvana göndərilmişdir. 6.İşlədiyi müddətdə həmkarlar komitəsinin üzvü olmasına baxmayaraq işdən azad olunarkən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmamış, həmçinin işlədiyi müddətdə intizam tənbehi də almamışdır.
7. İddiaçı tələbinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 68-76 və 300-cü maddələrinə istinad etmişdir.
8. Birinci instansiya məhkəməsində cavabdeh Saatlı rayon Yeni Novruzlu kənd tam orta məktəbin nümayəndəsi (direktoru) Rzayev Elnur Əlisalam oğlu iddiaya etiraz olaraq göstərib ki, məktəbin tarix müəllimi işləmiş X3 xx xxxxxxxx 2019-cu il tarixdən rəhbərlik etdiyi 11-ci sinifdə öz vəzifə funksiyasını yerinə yetirməyərək şagirdlərin dərsdən yayınmasına şərait yaratmış, digər müəllimlərin həmin sinifdə tədris aparmasına mane olmuş, şagirdlər məktəbə gəlmədiyi halda onların nəinki dərsə davamiyyətini təşkil etmiş, təlimatı bilərəkdən pozaraq guya şagirdlərin dərsdə iştirak etməsi barədə düzgün olmayan qeydlər aparmış və hətta həmin şagirdləri qiymətləndirmişdir. Bu qanun pozuntuları barədə Pərviz Zərbaliyevə edilən xəbərdarlıqlara baxmayaraq, sonuncu bu cür hərəkətlərini davam etdirdiyinə gö rə xx xxxxxx 2020-ci ildə ona intizam tənbehi olaraq töhmət verilmişdir.
9. X9 ərizə ilə müraciət edərək heç bir səbəb göstərmədən sinif rəhbərliyindən imtina etdiyi üçün xx xxxxxx 2020-ci il tarixli 12 saylı əmrlə onun sinif rəhbərliyinə görə aldığı əmək haqqı dayandırılmışdır.
10. Bundan başqa, Pərviz Zərbaliyev dərs dediyi 10-cu sinifdə də eyni qayda ilə şagirdlərin dərsdən yayınmasına şərait yaratmaqla müəllim kimi əmək funksiyasını kobud şəkildə pozmuşdur. Yoxlama zamanı məlum olmuşdur ki, məktəbin 5-ci sinfində fərdi təhsilə cəlb edilmiş şagird dərs cədvəlinə uyğun olaraq dərslərdə iştirak etmədiyi halda Pərviz Zərbaliyev guya şagirdin dərsə gəldiyini qeyd edərək əmək funksiyasını yerinə yetirməmişdir.
11. Şagirdlərlə söhbət zamanı məlum olmuşdur ki, Pərviz Zərbaliyev dərs cədvəli üzrə “Qarabağ tarixi” dərslərini tədris etməmiş, yarım il ərzində guya dərsləri tədris etməsi haqqında sinif jurnalında düzgün olmayan qeydlər aparmaqla əmək haqqı alsa da, əslində öz əmək funksiyasını yerinə yetirməmişdir.
12. Göstərilən bu qanun pozuntuları ilə bağlı Pərviz Zərbaliyev ilə dəfələrlə söhbət aparılmış, ona əmək müqaviləsi və əmək funksiyası üzrə öhdəlikləri izah olunsa da, o, müxtəlif orqanlara şikayət edəcəyi barədə şantaj xarakterli sözlər söyləməklə öz əməllərinə davam edəcəyini bildirmişdir.
13. Bununla da Pərviz Zərbaliyev məktəbdə sağlam pedaqoji mühiti pozaraq şagirdlərin, müəllimlərin və digər işçilərin də öz əmək funksiyasını yerinə yetirməyinə mane olmuşdur. Bununla əlaqədar bütün sənədlər toplanılaraq məktəbin ilk həmkarlar təşkilatına göndərilmiş, məsələ X4 komi ssiyasının xx xxxxxx 2020-ci il tarixli iclasında müzakirə olunaraq yekun qərar qəbul edilmiş və həmin qərara uyğun olaraq Pərviz Zərbaliyevin xx xxxxxx 2020-ci il tarixli 15 saylı əmrlə əmək müqaviləsinə xitam verilmişdir.
14. Saatlı Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(055)-388/2020 saylı qətnaməsi ilə iddia təmin olunmuş, X1 işdən azad olunması barədə Saatlı rayon Yeni Novruzlu kənd tam orta məktəbinin xx xxxxxx 2020-ci il tarixli 15 saylı əmrinin ləğv edilməsi, X3 öz əvvəlki işinə, yəni Saatlı rayon Yeni Novruzlu kənd tam orta məktəbində tarix müəllimi vəzifəsinə bərpa edilməsi və ona məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi qət olunmuşdur. (hakim İxtiyar Abuşov)
15. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutları, tərəflərin izahatlarını, şahid ifadə lərini qiymətləndirib müəyyən etmişdir ki, cavabdeh Saatlı rayon Yeni Novruzlu kənd orta məktəbinin nümayəndəsi (direktoru) Rzayev Elnur Əlisalam iddiaçının işdən azad olunmasına razılıq verilməsi ilə əlaqədar məsələnin X4 komissiyasının xx xxxxxx 2020-ci il tarixli iclasında müzakirə olunaraq yekun qərar qəbul edilməsini və həmin qərarla Pərviz Zərbaliyevin işdən olunmasına razılıq verilməsini göstərsə də, məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Saatlı rayon Yeni Novruzlu kənd tam orta məktəbinin hərbi müəllimi, Həmkarlar ittifaqı komitəsinin sədri X7 həmin halı təkzib etmiş, qeyd edilən tarixdə komitənin iclasının olmamasını bildirmişdir.
16. Müəyyən edilmişdir ki, cavabdeh təşkilatın nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş Həmkarlar İttifaqı Komitəsinin Təftiş komissiya sının xx xxxxxx 2020-ci il tarixli, 49 №-li iclas protokolunda komtənin sədrinin iştirakı qeyq edilsə də, sədr iclasda iştirak etməmiş və ümumiyyətlə bu iclasdan sədrin məlumatı olmamış, üstəlik protokolu da ilk həmkarlar ittifaqı komitəsnin üzvü olan Cəbrayıl Həsənov adlı şəxs imzalamışdır.
17. Birinci instansiya məhkəməsi bundan başqa müəyyən etmişdir ki, Saatlı rayon Yeni Novruzlu kənd tam orta məktəbində həmkarlar ittifaqında qeydə alınmış ittifaq üzvilərinin sayı 34 nəfər olsa da, komitənin təftiş komissiyasının xx xxxxxx 2020-ci il tarixli, 49 №-li iclasında Həmkarlar ittifaqının yalnız 3 üzvi iştirak etmişdir.
18. Birinci instansiya məmkəməsi həmçinin müəyyən etmişdir ki, iddiaçı X3 tərəfindən və cavabdeh təşkiiatın nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş xx xxxxxx 2020-ci i l tarixli 15 saylı əmrlər də fərqlidir, yəni cavabdeh təşkilatın nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş əmrin sonuncu abzasında “Əsas Məktəbin İlk X4 Komisiyasının xx xxxxxx 2020-ci iltarixli qərarı” qeyd olunsa da, iddiaçı X3 tərəfindən məhkəməyə təqdim olunmuş əmrdə bu abzas qeyd olunmamışdır.
19. Birinci instansiya məhkəməsi qeyd edilən hallara əsasən hesab etmişdir ki, Pərviz Zərbaliyevin işdən azad olunması barədə xx xxxxxx 2020-ci il tarixli, 49 №-li İlk Həmkarlar ittifaqı komitəsinin təftiş komissiyasının iclas protokolu sonradan tərtib olunmuşdur.
20. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçı R.Zərbaliyev məktəbin həmkarlar təşkilatının üzvü olduğuna görə onunla əmək müqaviləsinə xitam verilməsinə həmkarlar təşkilatının qabaqcadan razılığı alınmalı olduğu ha lda, belə razılıq alınmamışdır. Bununla da iddiaçı işdən azad edilərkən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur.
21. Məhkəmə mövqeyini Əmək Məcəlləsinin 80, 300-cü Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
22. Cavabdehin nümayəndəsi (direktoru) Elnur Rzayev apellyasiya şikayəti verib, qətnamənin ləğv, yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
23. Apellyasiya şikayəti onunla əsaslandırlıb ki, qətnamə əsassız, qanunazidd və qeyri-obyektivdir.
24. Əvvəla, hakim əvvəllər cavabdeh məktəbin direktoru Elnur Rzayev barəsində qərəzli hökm çıxarmışdır. Həmin hökmdən apellyasiya şikayəti verdiyinə və hakimdən yuxarı istansiyalara şikayət etdiyinə görə hakim məktəbin direktoruna qarşı qərəzli olub.
25. Bundan başqa, məhkəmə cavabdehin nümayəndəsinin təqdim etdiyi sübutları işə əlavə etməmişdir. Məktəbin ilk həmkarlar Təşkilatının və Təftiş komissiyasının üzvlərindən ibarət keçirilmiş iclasın protokolu təqdim edilmiş və həmin şəxslərin məhkəməyə dəvət olunması barədə vəsatət verilsə də, təmin olunmamışdır. Yalnız bir nəfər məhkəməyə iddiaçı tərəfindən gətirilmişdir ki, o da kimliyi barədə heç bir sənəd təqdim etməsə də onun şifahi məlumatı mötəbər sübut kimi qəbul edilmişdir.
26. Məhkəmə iclasının protokolunda yazılmış məlumatlar tam təhrif olunmuşdur.
27. Belə ki, məhkəmə iclası zamanı heç bir sənəd elan olunmamış, sübutların qiymətləndirilməsi aparılmamış, hakim Mülki Prosessual Məcəllənin 218-ci maddəsinə ümumiyyətlə əməl etməmişdir.
28. Lakin məhkəmə iclasının protokolunda guya bu prosessua l qaydaların həyata keçirilməsi haqqında düzgün olmayan məlumatlar qeyd olunmuşdur.
29. Məhkəmə qətnaməsində qeyd olunur ki, guya Pərziv Zərbaliyevin işdən azad olunması zamanı məktəbin ilk həmkarlar təşkilatının razılığı alınmamışdır. Lakin Əmək Məcəlləsinin 294.2 maddəsinə əsasən müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın (yəni Təftiş Komissiyasının) yaradılması nəzərdə tutula bilər. Bu da öz növbəsində ilk həmkarlar təşkilatının nəzdində təftiş komissiyasının 3 nəfərdən üzvlərindən ibarətdir.
30. Cavabdeh təşkilatın rəhbərinin həmkarlar təşkilatına ünvanladığı təqdimatı həmkarlar təşkilatı araşdırmaq üçün təftiş komissiyasına yönəltmiş, həmin komissiya da araşdıraraq müvafiq qərar qəbul etmişdir. Lakin məhkəmə bu süb utları nəzərə almamışdır.
31. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 oktyabr 2020-ci il tarixli, 2(106)-1979/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Saatlı Rayon Məhkəməsinin xx.xx.2020-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Tofiq Heydərov (sədrlik edən və məruzəçi) Tale Kərimov, Fuad Soltanov)
32. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir.
33. Apellyasiya məhkəməsi qeyd edib ki, cavabdeh təşkilat həmkarlar komitə sinin razılığı alınmalı olduğu halda, belə bir razılıq əldə edilmədən iddiaçı ilə olan əmək münasibətlərinə xitam verilməsi barədə qərar qəbul etmişdir.
34. Apellyasiya məhkəməsi cavabdeh təşkilatın nümayəndəsinin iddiaçının əmək müqaviləsinə xitam verilməsi üçün təftiş komissiyasının qərarının olması bağlı dəlilini qəbul etməmiş və bunu onunla əsaslandırmışdır ki, təftiş komissiyası həmkarlar ittifaqının fəaliyyətinin realizəsindən ötrü yaradılır. İşçinin işdən azad edilməsinə dair yekun rəyin həmkarlar təşkilatı tərəfindən verilməli olması nəzərə alınarsa, həmin təftiş komissiyası tərəfindən qəbul edilən qərar iddiaçının işdən azad edilməsindən ötrü əsas ola bilməz. İddiaçının işdən azad edilməsinə dair hər hansı bir müsbət rəy həmkarlar təşkilatı tərəfindən verilməmişdir. Əksinə, həmk arlar təşkilatının sədri şahid qismində dindirilərkən ifadəsində iddiaçının işdən azad edilməsi ilə bağlı hər hansı bir iclasın keçirilməməsini göstərmişdir.
35. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsində məhkəmə iclas protokolunda yazılanların təhrif olunması ilə bağlı apellyasiya şikayətinin dəlili üzrə dəyərləndirmə apararaq qeyd edib ki, cavabdeh məhkəmə iclas protokolunda yazılanların təhrif olunmuş formada yazılmasını mübahisələndirsə də, məhkəmə iclas protokoluna hər hansı bir qeyd vermədiyindən, şikayətin dəlili formal mülahizə kimi dəyərləndirilməlidir.
36. Apellyasiya məhkəməsi belə nəticəyə gəlib ki, iddiaçı ilə əmək münasibətlərinə xitam verilməsi qanunvericiliyin tələblərinə riayət edilməməklə realizə edildiyindən, birinci instansiya məhkəməsi haqlı olaraq iddia təl əbinin təmin edilməsi qənaətinə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
37. Cavabdeh Saatlı rayonu Yeni Novruzlu kənd tam orta məktəbin nümayəndəsi (direktoru) direktoru Rzayev Elnur Əlisalam oğlu (Vəkil ) kassasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməməsini xahiş etmişdir.
38. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmaqla, şikayətdə işin faktiki hallarına, maddi və prosessual hüquq normalarını pozulmasına istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
39. Kassasiya şikayətinə iddiaçının yazılı etiraz daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları
40. Məhkəmə iclasında İddiaçı vəkilsiz işti rak etdiyi üçün Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi.
41. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, cavabdeh təşkilatın nümayəndəsi və vəkili məhkəmə iclasına gəlməmiş və gəlmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən qeyd edilən şəxslərin n iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 70 (bənd “ç”). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötü rən tərəfindən əsaslarla ləğv edilə bilər. Maddə 80. (1 və 2-ci hissələr). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Maddə
300. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları ara şdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə bax arkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfind ən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Kassasiya şikayətində cavabdeh təşkilatın nümayəndəsi apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etmişdir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsini kollegiya tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları dü zgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
45. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
46. İddia tələbi işə bərpa barədədir. İddiaçı xx xxxxxx 2020-ci il tarixli 15 saylı əmrlə məktəbin tarix müəllimi vəzifəsindən əsassız olaraq azad edilərək onunla əmək müqaviləsinə xitam verilməsini qanunsuz hesab etmiş və bunu belə əsaslandırmışdır ki, işlədiyi müddətdə həmkarlar komitəsinin üzvi olmasına baxmayaraq işdən azad olunarkən həmkarlar ittifaqı təşkilatını qabaqcadan razılığı alınmamışdır.
47. İddianın təmin olunması iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən həqiqətən də əmək qanunvericiliyinin pozulmasının sübut edilməsindən asılıdır.
48. Hər iki instansiya məhkəmələrinin müəyyən etdiyi işin hallardan görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən işəgötürən həmkarlar təşkilatının razılığını almalı olduğu halda, belə bir razılığı almadan iddiaçı ilə olan əmək münasibətlərinə xitam verilməsi barədə əmr vermişdir.
49. Göründüyü kimi, işin müəyyən edilmiş halları tətbiq edilən maddi hüquq normalarının tələbləri baxımından iddianın təmin edilməsinə əsas olmuşdur. Bu baxımdan apellyasiya instansiyası işin müəyyə n edilmiş halına uyğun olaraq mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etmişdir.
50. Həmçinin apellyasiya instansiyası məhkəməsi sübutları da Mülki Prosessual Məcəllənin 88 maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Buna görə də apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır.
51. Kollegiya qeyd edir ki, kassasiya şikayətinin digər dəlilləri işin faktiki halları ilə əlaqəlidir. Apellyasiya instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına qiymət verilib. İşin faktiki halları kassasiya məhkəməsi tərəfindən araşdırılmır.
52. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən s axlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
53. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Saatlı rayon Yeni Novruzlu tam orta məktəbin nümayəndəsi (direktoru) Rzayev Elnur Əlisalam oğlunun kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 oktyabr 2020-ci il tarixli, 2(106)-1979/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.