Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-213/2021 04.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Bakı şəhəri üzrə Təhsil İdarəsi və 220 saylı Məktəb Liseyin direktoru Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa edilməsi və əmək haqqı tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının vəkili Vəkil, iddiaçının nümayəndəsi X7, cavabdehin vəkili X3, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3374/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Bakı şəhəri üzrə Təhsil İdarəsinə və 220 saylı məktəb liseyin direktoru Cavabdeh2 qarşı işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilmiş K-367 saylı, xx.xx.2018-ci il tarixli əmrin ləğv edilməsinə, onun əmək fəaliyyətinin bərpa olunmasına və məcburi iş buraxılmasına görə orta aylıq əmək haqqının hesablanmaqla ona kompensasiya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəll əsinin 53-cü maddəsini rəhbər tutaraq “iddia tələbinin həcminin artırılması” barədə məhkəməyə ərizə vermiş və cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilmiş K-367 saylı, xx.xx.2018-ci il tarixli əmrin ləğv edilməsinə, İddiaçı işə bərpa olunmasına və məcburi iş buraxılmasına görə orta aylıq əmək haqqının hesablanmaqla ona kompensasiya ödənilməsinə dair qətnamə qəbul edilməklə 220 nömrəli məktəb liseyin direktoru Cavabdeh2 qanunsuz əməlləri ilə bağlı xüsusi qərardad çıxarmaqla aidiyyatı üzrə prokurora xəbər verilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, xx.xx.1966-cı il təvəllüdlü iddiaçı ali təhsil aldıqdan sonra 1990-cı ildən pedaqoji fəaliyyətlə məşğul olmağa başlamışdır. 2002ci ilin sentyabr ayında Nizami rayonunda yerləşən Ə.Mahmudov adına Mək təbə təlimtərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmiş, işlədiyi müddət ərzində öz işini vicdanla yerinə yetirmiş, müəllim adına xələl gətirəcək hər hansı bir fəaliyyətlə məşğul olmamışdır. Lakin buna baxmayaraq, haqsız yerə Təhsil İdarəsinin 367 saylı, xx.xx.2018ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsi ləğv edilmişdir. Əmrdə qeyd olunmuşdur ki, Təhsil İdarəsinin xx.xx.2018-ci il tarixli F-57 saylı əmrinə əsasən Məktəbdə təlim-tərbiyə prosesinin, rəhbərlik və nəzarət işinin, habelə KİV-də dərc olunmuş məqalələrdə qeyd olunan xüsusatların yoxlanılması ilə bağlı xidməti araşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı guya müəyyən edilmişdir ki, cari dərs ilində “Unikal” və “Tufan” kurslarının nüma yəndələri Məktəbin ibtidai sinif otaqlarına daxil olaraq keçirəcəkləri sınaq imtahanlarının təbliğini aparmaqla tədris prosesini pozmuşlar. Təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı vəzifə öhdəliklərini lazımi qaydada icra etmədiyinə görə Təhsil İdarəsinin müvafiq məktubu ilə xəbərdarlıq edilmişdir. Əvvəla, “Unikal” və “Tufan” kurslarının əmrdə göstərilməsi əmrin birinci bəndi ilə uyğunsuzluq təşkil edir. Belə ki, həmin təşkilatlara İddiaçı hüquqi və ya hər hansı əlaqəsi yoxdur, çünki rəsmi qaydada dəvəti də olmamış, lakin bunun nəticəsində ona əsassız olaraq xəbərdarlıq verilmişdir. Həmin xəbərdarlıq barədə iddiaçının xəbəri olmamışdır. Xəbərdarlığı olduğu halda belə inzibati məsuliyyət doğurmur və 367 saylı, xx.xx.2018-ci il tarixli əmrin verilməsinə aidiyyəti yoxdur. Nəticə eti barilə müvafiq təşkilat keçmişdəki inzibati tənbeh yaratmayan məsələni əmrdə göstərməklə İddiaçı fəaliyyətinə kölgə salmağa və öz qanunsuz əmrini əsaslandırmağa cəhd etmişdir. Hətta Məktəb direktoru qeyd olunan kurslarla bağlı müəllim kollektivindən İddiaçı qarşı məcburi imzalar da toplamışdır. Bundan başqa, 367 saylı, xx.xx.2018-ci il tarixli əmrin təsviri hissəsində guya İddiaçı vəzifə öhdəliklərini icra etmədiyinə görə Təhsil İdarəsinin müvafiq məktubu ilə xəbərdarlıq edilməsinə istinad edilmişdir. Halbuki, əmək qanunvericiliyinin tələblərinə əsasən xəbərdarlıq intizam tənbehi sayılmır. İddiaçı tədris prosesini pozması barədə heç bir yazılı və ya şifahi göstərişi olmamış və qeyd edilən məsələ onun vəzifə funksiyalarına aid deyildir. Qaydaların pozulması ilə bağlı direktor müavini İddi açı intizam məsuliyyətinə cəlb olunmamışdır. Həmçinin, İddiaçı dərs tədris etməməsi ilə bağlı heç bir akt və ya rəsmi sənəd mövcud deyildir. Əmək haqqının uçot tabeli rəsmi qaydada imzalanaraq müvafiq qaydada təsdiq edilmişdir. Əmr bu hissədə əsassızdır. Cavabdeh2 Məktəbə direktor təyin olunana kimi 2 “a” sinfində 20 nəfər şagird olmuşdur. Dərs başlayandan bir müddət sonra sinifdən şagirdlərdən çıxan olmuşdur. Bu səbəbdən də say aşağı düşmüşdür. Həmin sinif də Təhsil Nazirliyinin nəzarətində olan inklüziv sinif olmuşdur. Çünki həmin sinifdə xəstə uşaqlar oxumuşdur. Məktəb direktorunun göstərişi ilə həmin sinif bağlanmasın deyə başqa uşaqların həmin sinfə adlarının yazılması tapşırılmışdır. Nəzərdə tutulmuşdur ki, Məktəbə yeni gələn uşağı həmin sinfə verərək adını jurnaldan çıxaracaqlar. Ey ni vəziyyət 2 “f” sinfində adıgedən Nuray Əliyevaya da aid olmuşdur. Buna baxmayaraq ki, Abidə müəllimənin nəvəsi Nuray Əliyeva 2 “h” sinfində oturmuşdur. Sonradan Məktəbə gələn yeni uşaqlardan biri Firdanə müəllimənin sinif rəhbəri olduğu 35 uşaq olan 2 “h” sinfində, biri Rəna müəllimənin sinif rəhbəri olduğu 30 uşaqdan ibarət sinfə, başqa bir uşaq isə Gülyanaq müəllimənin 30 nəfərlik şagirddən ibarət olan sinfə Məktəb direktorunun göstərişi ilə yerləşdirilmişdir. Direktor müavini İddiaçı buna etirazını bildirsə də direktor bildirmişdir ki, özü belə məsləhət görür və belə də olmalıdır. İddiaçı Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini olsa da, faktiki olaraq Cavabdeh2 həmin məktəbə direktor təyin olunduqdan sonra direktor müavini olan iddiaçının səlahiyyətləri məhdudlaşdırılmış, hətta demək olar ki dondurulmuşdur. Çünki məktəb direktorunun özü ilə gətirdiyi təsərrüfat işləri üzrə müavin Gülşən xanım digər müəllimlərə bildirmişdir ki, İddiaçı fəaliyyəti dondurulmuşdur. Hətta sinif jurnallarının İddiaçı təqdim olunmasına belə icazə verilməmişdir. Belə olduğu halda da, İddiaçı sinif jurnallarında olan nöqsanları aşkar edə bilməz və hər hansı tədbir görə bilməzdi. Ümumiyyətlə əmrdə qeyd olunanlar söz yığınından başqa bir şey deyildir, sadəcə formal xarakter daşıyır. Heç bir pozuntu olmamış, bunun əsasında da məktəbin fəaliyyəti 5 dəqiqə də olsun belə nə dayanmamış, nə də normal təhsil ahəngi pozulmamışdır. Göründüyü kimi, iş üzrə qeyri-obyektiv araşdırma aparılmaqla, əmək qanunvericiliyinin tələbləri pozulmaqla qərəzli qərar qəbul olunmuşdur. İş üzrə qəbul edilmiş mə hkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva, iş № 2(006)-4384/2019) iddia təmin edilmiş, Bakı şəhəri üzrə Təhsil İdarəsinin K-367 saylı xx xxx 2018-ci il tarixli əmri ləğv edilmiş, İddiaçı 220 saylı məktəb liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə bərpa edilmiş, İddiaçı xx xxx 2018-ci il tarixdən işə bərpa olunduğu tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmşdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilmiş 367 saylı, xx.xx.2018-ci il tarixli əmrilə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsas ən Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndinə görə, əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır. Əmək Məcəlləsinin 68.1-ci maddəsinə görə, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Məcəllənin 70-ci maddəsinin “b” bəndinə görə, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 300.1-ci maddəsinə görə, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasə n Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi qanunsuz olmuşdur. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, işdə olan sübutlarla iddiaçının fəaliyyəti dövründə ciddi nöqsanlara yol verilməsi, qanunvericiliklə və əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifə funksiyalarının və öhdəliklərinin keyfiyyətsiz yerinə yetirilməsi, habelə əmək vəzifələrinin kobud şəkildə pozulması sübut olunmamışdır. Birinci instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutl arı araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apelyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Cəmilova (sədrlik edən və məruzəçi), İ.Xəlilov və İ.Kərimli, iş № 2(103)-12737/2019) cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, K-367 saylı, xx xxx 2018-ci il tarixli əmrdən müəyyən edilmişdir ki, Bak ı şəhəri 220 saylı məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı fəaliyyəti dövründə bir sıra ciddi nöqsanlara yol vermiş, qanunvericiliklə və əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifə funksiyaları və öhdəliklərini keyfiyyətsiz yerinə yetirmiş, habelə əmək vəzifələrini kobud şəkildə pozmuş, nəticədə iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş, mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə ciddi xələl gəlməsinə səbəb olduğuna görə, İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2018-ci il tarixdən ləğv edilmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mü bahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300.1-ci maddəsinin tətbiqi ilə razılaşmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, həmçinin K-367 saylı, xx xxx 2018-ci il tarixli əmrdə qeyd edilən və apellyasiya şikayətinin də əsasını təşkil edən hallarla bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab etmişdir. İş materiallarına əlavə olunmuş K-367 saylı xx xxx 2018-ci il tarixli əmrdə İddiaçı əmək vəzifələrini pozması ilə bağlı ilk göstərilən hal ondan ibarət olmuşdu r ki, aparılmış araşdırma zamanı “Unikal” və “Tufan” kurslarının nümayəndələri məktəb-liseyin ibtidai sinif otaqlarına daxil olaraq keçirəcəkləri sınaq imtahanlarının təbliğini aparmaqla tədris prosesini pozmuşlar. Bu barədə qeyd olunmalıdır ki, əmrdə göstərilən bu hal əsaslandırılmamış, həmin kursun nümayəndələrinin tədris müəssisəsinə gəlmələri və təbliğat aparmaları ilə bağlı İddiaçı fəaliyyəti arasında hər hansı bir əlaqənin mövcudluğu müəyyən edilməmiş, əksinə İddiaçı Bakı şəhəri üzrə Təhsil İdarəsinə verdiyi izahatında həmin kursların nümayəndələrinin tədris müəssisəsinə məktəbin direktoru Tural müəllimin icazəsi ilə gəlmələrini bildirmiş və bu hal onun izahatında öz əksini tapmışdır. Digər tərəfdən qeyd olunan hala yol verilməsində İddiaçı hər hansı təqsirinin olması iş materialları ilə təsdiqini tapmamışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, Bakı şəhəri üzrə Təhsil İdarəsi K-367 saylı, xx xxx 2018-ci il tarixli əmrdə qeyd edilən və apellyasiya şikayətinin də əsasını təşkil edən hallarla bağlı heç bir mötəbər sübutu nə birinci, nə də apellyasiya instansiya məhkəməsinə təqdim etmədiyindən, İddiaçı tərəfindən qeyd edilən nöqsanların baş verməsi öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsi iddia tələbini mübahisələndirilən hissədə təmin etməklə düzgün qənaətə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təq dim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxx 2019-cu il tarixli qərarı ilə (hakimlər M.Əhmədova (sədrlik edən və məruzəçi), Ə.Rüstəmov və Ə.Nurməmmədov, iş № 2(102)-3902/2019) cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-ci il tarixli qətnaməsi ləğv edilmiş və işin yeni apelyasiya baxışına göndərilməsi qərara alınmışdır. Kassasiya instansiya məhkəməsi hesab etmişdir ki, apelyasiya instansiyası məhk əməsi cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin apelyasiya şikayətinin dəlillərinə düzgün hüquqi qiymət verməmiş, iddiaçının izahatına və onun tərəfindən məhkəməyə dəvət edilmiş şahidlərin ifadələrinə üstünlük vermiş, işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə kimi iş materiallarında olan sübutların müqayisəli tədqiqatını həyata keçirməmiş, Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 220 nömrəli məktəb-liseydə aparılmış yoxlamanın nəticələrinə dair arayışa heç bir hüquqi qiymət verməmiş, iddiaçının Bakı şəhəri üzrə Təhsil İdarəsinə vermiş olduğu izahatda qeyd etdiyi xüsusatları nəzərə almamış və əmək müqaviləsinə xitam verilməsini əsasını təşkil edən hallar üzrə deyil, iddiaçının pedaqoji fəaliyyəti zamanı baş vermiş hadisələrlə bağlı araşdırma aparmış, mübahisənin obyektiv həllinə n ail ola bilməmişdir. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllən in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Kazımov (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov, iş № 2(103)-10294/2019) cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfində n verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, işdə olan əmək müqaviləsinin ləğv edilməsi barədə K-367 saylı, xx xxx 2018-ci il tarixli əmrdən görünür ki, Bakı şəhəri 220 saylı məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı fəaliyyəti dövründə bir sıra ciddi nöqsanlara yol vermiş, qanunvericiliklə və əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifə funksiyaları və öhdəliklərini keyfiyyətsiz yerinə yetirmiş, habelə əmək vəzifələrini kobud şəkildə pozmuş, nəticədə iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş, mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərin in) hüquqlarına və qanunla qorunan mənafelərinə ciddi xələl gəlməsinə səbəb olduğuna görə, İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2018-ci il tarixdən ləğv edilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən bu Məcəllənin 70- ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müəssisədaxili intizam qaydalarını pozduqda iş əgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə biləna) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Həmin Məcəllənin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Həmin Məcəllənin 186-cı maddəsinin 4-cü bəndinə əsasən idarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçisi barəsində intizam tənbehini tətbiq edən idarə, müəssisə və ya təşkilat intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır. Həmin Məcəllənin 187-ci maddəsinin 1-ci hissəsinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Həmin Məcəllənin 187-ci maddəsinin 2-ci hissəsinə əsasən, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəl lənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfin dən təqdim edilən sənədlərdə iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması açıq-aşkar təsdiq olunmur. Belə ki, 70-ci maddənin “ç” bəndində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün iki əsas nəzərdə tutulmuşdur. 1) işçi ya özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməlidir; 2) yaxud da 72-ci maddədə sadalanan hallarda əmək vəziflərini kobud şəkildə pozmalıdır. Hazırki iş üzrə cavabdeh əmək müqaviləsini iddiaçının konkret olaraq 70-ci maddəsinin ç bəndinin tələblərini pozması əsası ilə ləğv etmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə bu əsasa görə əmək müqaviləsinin ləğv edilməsi üçün onun ilk növbədə əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi müəyyənləşməli, iddiaçı bu hallara yol versə belə, məhz bunun nəticəsində mütləq müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalı və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçının ümumiyyətlə əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə dair, məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Əvvəla, mübahisələndirilən əmrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin 3-cü bəndinin tələbləri pozularaq əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. İkincisi, əmək müqaviləsinin ləğv edilməsi üçün əsas olmuş halların həqiqili yi təsdiq olunsa belə, bunlar iddiaçının əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi kimi qiymətləndirilə bilməz. Çünki, həmin sənədlərdə göstərilən məsələlər daha çox iddiaçı ilə cavabdeh məktəbin keçmiş direktoru Cavabdeh2 ilə şəxsi münasibətlərin pozulması nəticəsində yaranmışdır. İddiaçının konkret olaraq əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi cavabdehlərin yaxud da hansısa orqanın qanuni qüvvədə olan qərarı ilə rəsmiləşdirilməmişdir. Ona görə də iddiaçının əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi ümumiyyətlə təsdiq olunmadığı halda işin, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsindən söhbət gedə bilməz. Üçüncüsü, əksinə iddiaçının gətirdiyi dəlillər daha mötəbər olmuşdur. Belə ki, işdən də aşkar görünür ki, iddiaçı ilə məktəbin keçmiş direktoru Cavabdeh2 arasında münasibətlərin kəskinləşməsinə səbəb iddiaçının korrupsiya ilə əlaqədar hüquqpozmalara etirazı olmuşdur. Ona görə də, cavabdeh İdarə iddiaçı barəsində tətbiq etdiyi intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalı idi. Lakin bu hal cavabdeh tərəfindən əsaslandırılmamışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çü nki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə mübahisələndirdiyi hissədə nəticə etibarı ilə düzgün olduğundan yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər Ə.Əliyev (sədrlik edən və məruzəçi), A.Kalbalıyev və V.İbayev, iş № 2(102)-47/2020) cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və işin yeni apelyasiya baxışına göndərilməsini qərara almışdır. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi Bakı şəhəri üzrə Təhsil idarəsi tərəfindən K-367 saylı, xx.xx.2018-ci il tarixli əmrdə qeyd edilən və apelyasiya şikayətinin də əsasını təşkil edən hallarla bağlı heç bir mötəbər sübutun məhkəməyə təqdim edilmədiyinə əsaslanmışdır. Lakin həm işin yuxarıda qeyd olunmuş mübahisə olunmayan hallarından, həm də iş materiallarından görünür ki, cavabdeh tərəfindən apellyasiya şikayətinin əsasını təşkil edən hallarla bağlı sübutlar məhkəməyə təqdim olunmuşdur. Bundan başqa apelyasiya instansiyası məhkəməsi cavabdeh Bakı şəhəri üzrə Təhsil idarəsinin apellyasiya şikayətinin dəlillərinə düzgün hüquqi qiymət verməmiş, işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə kimi iş materiallarında olan sübutların müqayisəli tədqiqatını həyata keçirməmişdir. Həmçinin işə baxan məhkəmə kollegiyası Bakı şəhəri ü zrə Təhsil idarəsi tərəfindən 220 nömrəli məktəb-liseydə aparılmış yoxlamanın nəticələrinə dair arayışa heç bir hüquqi qiymət verməmiş, iddiaçının Bakı şəhəri üzrə Təhsil idarəsinə vermiş olduğu izahatda qeyd etdiyi xüsusatları nəzərə almamış və əmək müqaviləsinə xitam verilməsinin əsasını təşkil edən hallar üzrə deyil, iddiaçının pedaqoji fəaliyyəti zamanı baş vermiş hadisələrlə bağlı araşdırma aparmış, mübahisənin obyektiv həllinə nail ola bilməmişdir. Mülki Prossesual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübut lara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bundan başqa kassasiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsi ilə nəticə hissəsi ziddiyyət təşkil etməklə biri digərini istisna edir. Çünki işə baxan məhkəmə kollegiyası qəbul edilmiş qətnamənin əsaslandırıcı hissəsində “qətnamənin ləğv edilməli və iddianın qismən təmin edilməli olduğu”məzmunda ifadələr işlətməklə apellyasiya şikayətinin təmin edilməklə, qətnamənin ləğv edilməli olduğunu və sonrakı bəndlərdə ləğv edilmənin əsaslarını göstərdiyi halda qətnamənin nəticə hissəsində apellyasiya şikayətinin təmin edilməli olmad ığını və qətnamənin dəyişdirilmədən saxlanılmalı olduğunu qət etmişdir. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsi qətnamənin nəticə hissəsi ilə ziddiyyət təşkil etməklə belə bir məzmunda qətnamənin qəbul edilməsini istisna edir. Kassasiya instansiya məhkəməsi hesab etmişdir ki, işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Apelyasiya instansiyası məhkəməsində üçüncü icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il (hakimlər M.Məmmədov, Ş.Məhərrəmova və E.Şamayev, iş № 2(103)-3374/2020) cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2018-ci il tarixli qətnamə ləğv edilmiş, İddiaçı cavabdehlər Bakı şəhəri üzrə Təhsil İdarəsi və 220 saylı Məktəb Liseyin direktoru Cavabdeh2 qarşı işə bərpa edilməsi və s. tələbləri barədə iddiası təmin edilməmişdir. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı tərəfindən mübahisələndirilən K-367 saylı, xx.xx.2018-ci il tarixli əmrdən görünür ki, Məktəbin təlimtərbiyə işləri üzrə direktor müavini İddiaçı fəaliyyəti dövründə bir sıra ciddi nöqsanlara yol vermiş, qanunvericiliklə və əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifə funksiyaları və öhdəliklərini keyfiyyətsiz yerinə yetirmiş, habelə əmək vəzifələrini kobud şəkildə pozmuş, nət icədə iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş, mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə ciddi xələl gəlməsinə səbəb olduğuna görə, İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2018-ci il tarixdən ləğv edilmişdir. Mövcud mübahisənin həlli ilə bağlı apellyasiya instansiya məhkəməsi bildirmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndinə görə, əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır. Əmək Məcəlləsinin 68.1-ci maddəsinə görə, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə mü əyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Məcəllənin 70-ci maddəsinin “b” bəndinə görə, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Rayon Məhkəməsi iş üzrə tərəflərin dəlillərinə düzgün hüquqi qiymət verməmiş, işə birtərəfli baxaraq iddiaçının izahatına və onun tərəfindən məhkəməyə dəvət edilmiş şahidlərin ifadələrinə üstünlük vermiş, cavabdeh Təhsil İdarəsi tərəfindən Məktəbdə aparılmış yoxlamanın nəticələrinə dair arayışa heç bir hüquqi qiymət verməmiş, iddiaçının Təhsil İdarəsinə vermiş olduğu izahatda qeyd etdiyi xüsusatları nəzərə almamış və iş üzrə düzgün qənaətə gəlməmişdir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Təhsil İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin qərarı ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə razılıq verilmişdir. xx.xx.2018-ci il tarixdə sinif müəllimlərinin rəhbərliklə birgə keçirilmiş kiçik yığıncağına əsasən qəbul edilmiş “Aktdan” görünür ki, İddiaçı yığıncaq ərzində A.Mirzəliyevanın, G.Vahidovanın və Cavabdeh2 ünvanına nalayiq ifadələr səsləndirmişdir. Bundan başqa, işin mübahisə olunmayan hallarına görə Məktəbin 2017/2018-ci dərs ilində “üm-1” hesabatı üzrə 2 “a” sinif şagirdi olmuş Fatimə Həsənli dərs ilinin əvvəlindən hazırki dövrədək təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı müvafiq göstərişi əsasında 2 “b” sinfində təhsil almışdır. Həmin şagirdin KSQ və BSQ-ləri o cümlədən 1-ci yarımil üzrə qiymətləri 2 “b” sinfinin sinif müəllimi Ramilə Quliyeva tərəfindən qiymətləndirilmiş laki n həmin qiymətləndirmənin nəticələri 2 “a” sinfinin sinif müəllimi Cəmilə Bayramova tərəfindən həmin sinfin jurnalına köçürülmüşdür. Həmçinin işin mübahisə olunmayan halları ilə İddiaçı cari dərs ili üzrə aylıq fəaliyyət planının olmaması müəyyən olunur. Həmçinin Məktəbin Pedaqoji Şurasının xx.xx.2018-ci il tarixli növbədənkənar iclasının protokolundan görünür ki, İddiaçı işdən azad olunması ilə bağlı açıq səsvermə keçirilmiş və 88 nəfər lehinə, 3 nəfər əleyhinə səs vermişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, Rayon Məhkəməsi işdə olan sübutlara, o cümlədən Təhsil İdarəsinin məhkəməyə təqdim etdiyi sübutlara hüquqi qiymət əhəmiyyət vermədən iddianı təmin etmiş, bununla bağlı mövqeyini əsaslandırmamış, işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Kasasiya şikayətinin v ə ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil oğlu) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)3374/2020 nömrəli iş üzrə 19 mart 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək müəyyən olunmuş hallar və faktlar üzrə yeni qərar qəbul edilməsini xahiş edir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndəsi X9 və vəkili Vəkil izahatlarında göstərmişlər ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normaları nı düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3374/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, və mülki iş üzrə yeni qərar qəbul edilməsini xahiş edirlər. Cavabeh Bakı şəhəri Təhsil İdarəsinin nümayəndəsi X2 və vəkili X4 izahatlarında göstərmişlər ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də, kassasiya şikayətinin təmin edilməməsini xahiş edirlər. 220 saylı məktəb liseyin direktoru Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məc əlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası m əhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddia çı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3374/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.