Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2891/2020 16.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Şamayev Elşad Yaquboviç və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(105)-3877/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.F.İbrahimov, iş № 2(067)-1087/2018) İddiaçı Cavabdeh qarşı iddiası təmin edilərək avtomobilin və onun texnik i pasportunun Cavabdeh qanunsuz istifadəsindən alınaraq İddiaçı verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: T.Q.Məmmədov, Ş.R.Abasov və A.Ə.Abbasov, iş № 2(103)913/2019) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: A.Ə.İsgəndərov, Ə.A.Əhmədov və İ.K.Dəmirov, iş № 2(102)5374/2019) cavabdehin kassasiya şikayəti qismən təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə təkra r baxan Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: F.Ə.Məmmədov, L.M.Məmmədova və S.A.Qafari) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: 2005-ci il buraxılmış “Volkswagen Passat” markalı minik avtomobili xx xxxxxxx 2017-ci il tarixli texniki pasporta əsasən İddiaçı mülkiyyətində olmuş və avtomobil etibarnamə əsasında N, X2 və Cavabdeh istifadəsinə verilmişdir. xx xxxxxx 2018-ci il tarixdə İddiaçı Gəncə “Asan Xidmət” Mərkəzində fəaliyyət göstərən notariat kontoruna müraciət etməklə Cavabdeh adına verilmiş etibarnaməni ləğv etdirmişdir. xx xxxxxx 2018ci il tarixdə notariat kontoru tərəfindən Cavabdeh onun adına ver ilmiş etibarnamənin ləğv olunması barədə məktub göndərilmişdir. 2018-ci ili mart ayında İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək mülkiyyəti üzərində sərəncam hüququ verən etibarnamənin ləğv edilməsinə və bu barədə cavabdehə məlumat verilməsinə baxmayaraq cavabdehin ona məxsus avtomobili və texniki pasportu qaytarmaqdan boyun qaçırmasını əsas göstərməklə cavabdehdən həmin avtomobilin və texniki pasportun alınaraq ona qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh kassasiya şikayəti verərək iddiaçı tərəfindən etibarnamənin avtomobilin satılması məqsədi ilə verilməsini, onun həmin avtomobili Ndan almasını, avtomobilin iddiaçıya qaytarılması ba rədə qətnamənin onun hüququnu pozmasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ni yoxlayır. İşdən görünür ki, iddiaçı tərəfindən avtomobilə dair Na və o da öz növbəsində Na, o da Cavabdeh etibarnamə vermişdir. Lakin bu müddət ərzində avtomobil iddiaçının mülkiyyətində qalmış və həmin avtomobil üzərində sərəncam verilməmiş, iddiaçı tərəfindən avtomobilə dair verilmiş etibarnamə ləğv etdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365.1.3-cü maddəsinə görə etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi etibarnamənin xitamına səbəb olur. Etibarnaməyə xitam verilməsinin nəticələrini müəyyən edən Mülki Məcəllənin 366-cı maddəsinə əsasən etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. Bu Məcəllənin 365.1. 5 və 365.1.7ci maddələrində nəzərdə tutulan əsaslara görə etibarnaməyə xitam verildiyi hallarda etibarnaməni vermiş şəxsin hüquq varisləri üzərinə də eynilə bu cür vəzifə qoyulur. (336.1) Etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir. (366.2) Etibarnaməyə xitam verildikdə onun verildiyi şəxs və ya hüquq varisləri dərhal etibarnaməni qaytarmağa borcludurlar. (366.3) Etibarnaməyə xitam verildikdə etibar edilmişi başqasına etibaretmə qüvvədən düşür. (366.4) Müəyyən olunduğu kimi cavabdeh ona verilmiş etibarnamə əsasında mübahisəli əmlaka münasibətdə heç bir hərəkət etməmiş və müqavilənin qüvvəsinə xitam verilməsi barədə ona dərhal məlumat verilmişdir. İddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən mübahisəli avtomobil onun mülkiyyətində olduğundan, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 157.2-ci maddələrinin tələbinə müvafiq olaraq o, mülkiyyətində olan avtomobili və ona dair texniki pasportu cavabdehin qanunsuz sahibliyindən geri tələb etməkdə haqlı olmuşdur. Göstərilənlərlə əlaqədar kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara düzgün qiymət verilməklə və maddi hüquq normasının tələblərinə əməl edilməklə çıxarıldığından cavabdehin həmin avtom obili almasına dair kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. İşdən göründüyü kimi mübahisəli avtomobilin alqı-satqısına dair müqavilə mülkiyyətçi ilə cavabdeh arasında bağlanmamış və cavabdehin avtomobil üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2891/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2891/2020
16.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver