Məhkəmə qərarları › İş №2(102)-3025/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3025/2020

03.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3025/2020 03.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxxxxxxxx" X1rşı “sığorta məbləğnin ödənilməsi tələbi”nə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-562/2020 nömrəli qətnaməsindən "xxxxxxxxxx" ASC-nin vəkili Vəkil kassasiya şikayətinə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxxxxxxxx " X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli, **********7 №-li kasko sığortalı şəhadətnaməyə əsasən **-BX-*** dövlət nömrə nişanlı maşına dəymiş 17203 (on yeddi min iki yüz üç) manat maddi ziyanın cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3670/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.(hakim Rəşid Səmədov) Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)562/2020 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Nəsimi rayon Məhkəməsinin 2(006)-4101/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək, cavabdeh “xxxxxxxxxx” açıq səhmdar cəmiyy ətindən 16788,00 (on altı min yeddi yüz səksən səkkiz) manat pulun alınaraq İddiaçı verilməsi qət edilmiş, ekspertiza tədqiqatının dəyəri – 120(yüz iyirmi) manatın, 100(yüz) manatının cavabdeh “xxxxxxxxxx” açıq səhmdar cəmiyyətindən, 20(iyirmi) manatının isə İddiaçı alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İddiaçı "xxxxxxxxxx" ASC-nin vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-562/2020 nömrəli qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsi və ya işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətn amə maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul edilmişdir. Belə ki, qətnamədə zərər dəymiş avtomobillə sığortalanmış avtomobilin eyni olmaması, yəni fərqli avtomobillər olması ilə bağlı ASC-nin imtina məktubunda, nə iddia ərizəsinə etirazında sübut təqdim edilməməsi, həmçinin "Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə Sığorta Qaydaları"nın 17.1.1.13-cü maddəsinin özündən daha yüksək hüquqi qüvvəyə malik olan Mülki Məcəlləyə və digər normativ hüquqi aktlara zidd olması, avtomobilin yüklənməsi və boşaldılması nəticəsində dəyən zərərlərin sığorta təminata daxil olmamasının geniş mənada təfsir edilməməli olması, sığorta müqaviləsində avtomobilin yüklənməsi və boşaldılması ilə bağlı sığorta təminatının verilməməsinin xüsusi olaraq gö stərilməməməsi qeyd edilmişdir. Halbuki "BMC" markalı, ** BX *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sığortalanan zaman çəkilən fotoşəkilləri və hadisə baş verdikdən sonra hadisə yerində çəkilən fotoşəkillərinə nəzər yetirərkən, avtomobillərin eyni olmaması, fərqli avtomobillər olması aşkar olunmuşdur. Bununla bağlı sübutlar – avtomobillərin fotoşəkillərinin olduğu CD birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Avtomobilin sığortalanan zaman çəkilmiş fotoşəkillərindən qeyd olunan halı müəyyən etmək mümkündür.Mülki Məcəllənin 899.1.2ci maddəsinə görə sığorta müqaviləsi müvafiq sığorta qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən ona sığorta şəhadətnaməsinin verilməsi yolu ilə bağlanıla bilər. Həmin Məcəllənin sığorta müqaviləsinin bağlan dığı vaxt qüvvədə olan 915-ci maddəsinə əsasən sığortaçının təklif etdiyi könüllü sığorta növünün sığorta qanunvericiliyində müəyyən edilmiş qaydada aparılmasının əsaslandığı, həmin sığorta növü üzrə qayda və şərtlərin məcmusu olan sığorta qaydaları sığorta qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, sığortaçının özü tərəfindən və ya qanunvercilikdə nəzərdə tutulmuş digər qaydada müəyyən edilir. Sığorta müqaviləsinin bağlandığı vaxt qüvvədə olan "Sığorta fəaliyyəti haqqında" Qanunun 16.5-ci maddəsinə əsasən sığorta nəzarəti orqanı fiziki şəxslərə təqdim edilən könüllü sığorta növü üzrə bütün sığortaçılar üçün məcburi olan sığorta qaydalarını qəbul edə bilər."Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə Sığorta Qaydaları" Maliyyə Nazirliyi tərəfində n təsdiq edilib, bu qaydalar könüllü növ bütün sığortaçılar və sığorta şirkətləri üçün məcburidir. Qaydalar sığorta müqaviləsinin ayrılmaz hissəsini təşkil edir. Sığorta şəhadətnaməsinə əlavə edilmiş həmin Qaydaların 17.1.1.13-cü maddəsinə əsasən avtomobilin yüklənməsi və boşaldılması nəticəsində dəyən zərərlər sığorta təminatına daxil deyil. Həmin Qaydaların 23.1.1-ci maddəsinə əsasən zərər bu Qaydalarda nəzərdə tutulmuş sığorta təminatı verilməyən hallarla bağlı olduqda sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Mülki Məcəllənin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Apelyasiya məhkəməsi Müli Məcəllənin qeyd ed ilən normasını və adıçəkilən Qaydaların tələblərini nəzərə almamışdır. Cavabdeh İddiaçı məhkəmə kollegiyasında vəkilsiz iştirak etdiyi üçün Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, cavabdeh "xxxxxxxxxx" X2 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İŞİN HALLARİ İddiaçı tələbinin faktiki əsası kimi ona istinad edib ki, cavabdeh şirkətlə xx xxxxxx 2018-ci il tarixdə yük avtomobilini kasko növü ilə sığorta etdirib, xx xxxxxx 2019-cu ilı tarixdə avtomobildən mişar daşını boşaldarkən avtomobil yük qarışıq aşmışdır. Hadisə nəticəsində ona 17203 manat zərər dəymişdir. Sığorta şirkəti sığorta ödənişini verməkdən imtina etmiş, imtinanın da əsası kimi sığorta olunan avtomobillə aşan avtomobilin fərqli olmasını göstərmişdir. Cavabdeh iddiaya etirazında sığorta ödənişindən imtina etməsinin əsası kimi sığorta edilmiş avtonəqliyyat vasitəsi ilə qəzaya uğramış avtonəqliyyat vasitəsinin eyni olmamasına istinad etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş, bunu da avtomobilin yüklənməsi və boşaldılması nəticəsində dəyən zərərlərin sığorta təminatına daxil olmaması barədə "Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə Sığorta Qaydaları"nın 17.1.1.13-cü bəndi ilə əsaslan dırmışdır. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyasıişdə iştirak edən şəxsləri dinləyib,kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətitəmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-562/2020 nömrəli qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Qətnamədən görünür ki, apelyasiya instansiyasıbirinci instansiya məhkəməsinin cavabdeh müəssisənin imtinasınınvə iddiaya etirazının əsası kimi qeyd etmədiyi digər hala istinad edərək iddianı rədd etməsi ilə razı laşmamış, həmçinin sığorta müqaviləsində avtomobilin yüklənməsi və boşaldılması nəticəsində dəyən zərərlərə görə sığorta şirkəti tərəfindən sığorta təminatı verməsinin nəzərdə tutulmaması barədə birinci instansiya məhkəməsini gəldiyi nəticəni qəbul etməmişdir. İddianı ekspert rəyinə uyğun olaraq qismən təmin edən apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin sığorta ödənişini etməkdən imtina məktubunda və iddia tələbinə etirazında sığorta edilmiş avtonəqliyyat vasitəsi ilə qəzaya uğramış avtonəqliyyat vasitəsinin eyni olmamasına istinad edilmişdir. Birinci instansiya məhkəməsi isə iddianı bu imtanın qanuni olub-olmaması əsası ilə deyil, tamam başqa bir əsasla rədd etmişdir. Həmçinin sığorta şirkəti avtomobillərin fərqli olması barədə sübut təqdim etməmişdir. Bundan əlavə, avtomobilin özünün harasa yüklənməsi və boşaldılması zamanı yaxud avtomobilə nə isə yükləyərkən və avtomobildən hansısa əşyanı boşaldarkən qəsdən yaxud ehtiyatsızlıqdan ona zərər dəyməsi sığorta hadisəsi olmaya bilər. Lakin sığorta hadisəsi məhz təsadüflük, gözlənilməzlik və arzuolunmazlıq əlamətləri daşıyan bir hadisədir.Hazırki iş üzrə baş vermiş hadisəni sığorta hadisəsi hesab etməmək üçün hər hansı bir şübhə olmamışdır. Həmçinin "Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə Sığorta Qaydaları”nın 17.1.1.13-cü bəndi özündən daha yüksək hüquqi qüvvəyə malik olan Mülki Məcəlləyə və digər normativ hüquqi aktlara zidd olmamalıdır.Apelyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 883.1, 898.4, 899.1.2, 901.1, 922.1, 925.3, 933.1-ci və Mülki Prosessual Məcəllənin 13.2ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyasının gəldiyi nəticə ilə razılaşmır. Apelyasiya instansiyası məhkəməsi iddianın qismən təmin edilməsi nəticəsinə gələrkən sığorta müqaviləsinin işdə olmamasına diqqət yetirməmiş, həmin müqavilənin işə əlavə edilməməsi barədə apelyasiya şikayətinin dəlilinə diqqət yetirməyərək, həmin müqavilənin olub-olmamasını, olduğu halda təqdim edilməsini tərəflərə təklif etməmişdir. Mübahisə sığorta müqaviləsindən yaranan öhdəliyə əsaslandığı üçün həmin müqavilədə sığorta təminatının hansı hadisələrə şamil olunub-olunmaması işin halının müəyyən edilməsi üçün əhəmiyyət daşıyır. Mülki Məcəllənin 901.1-ci maddəsinə görə sığorta şəhadətnaməsi sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir. Göründüyü kimi, sığorta şəhadətnaməsi yalnız müqavilənin bağlanmasını təsdiq edir. Bütün sığorta şərtləri isə müqavilə ilə nizama salınır. Mülki Məcəllənin 900.1.9-cu maddəsinə görə sığorta müqaviləsi üzrə təminat verilən sığorta riskləri, eyni zamanda əgər bu barədə razılaşdırılıbsa, müvafiq sığorta qaydalarında nəzərdə tutulmuş əlavə sığorta təminatları sığorta müqaviləsində göstərilməlidir. Qeyd edilən normaların tələbi baxımından hazırki mübahisə də sığorta müqaviləsində nəzərdə tutulmuş şərtlərin, həmin şərtlərlə müqayisəli şəkildə "Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə Sığorta Qaydaları”ına uyğun təminatların və məhduduiyyətlərin qiymətləndirilməsi ilə həll edilə bilər. Buna görə də tərəflər arasında sığorta müqaviləsin də sığorta təminatına hansı sığorta hadisələri üzrə məhdudiyyət qoyulub-qoyulmamasının müəyyən edilməsi mübahisənin düzgün həlli baxımından zəruridir. Lakin iş materiallarında sığorta müqaviləsi yoxdur, apelyasiya instansiyası məhkəməsi də bununla bağlı hər hansı prosessual hərəkət etməmiş, həmin müqavilənin olub-olmamasını araşdırmamış, olduğu halda təqdim edilməsini tərəflərə təkilif etməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göst ərir. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi də tam hüquqlu məhkəmə kimi işə baxdığı üçün həqiqətə nail olmaq məqsədilə həmin müqavilənin təqdim edilməsini tərəflərə təkilif edə bilərdi. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi həqiqətə nail olmaq üçün zəruri hərəkətləri etməməklə yuxarıda qeyd edilən prosessual hüquq normalarını pozmuşdur. Bu da qətnamənin ləğvi üçün əsas verir. Çünki Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 417.1.3.-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya instansiyasının qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda göstərilən nöqsanları aradan qaldırmalı və bunun nəticəsi olaraq qanuni və əsaslı qərar çıxarmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı "xxxxxxxxxx" ASC-nin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)562/2020 nömrəli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar