Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3856/2020 28.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı Bakı Filialının nümayəndəsi X1, vəkili Vəkil1, Cavabdeh vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Bakı Filialının Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, tələbin girov qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)-152/2020 nömrəli qətnaməsin dən İddiaçı Bakı Filialının vəkili Vəkil1 və Cavabdeh ayrı-ayrılıqda verdikləri kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçıın Bakı Filialı Cavabdeh qarşı iddia ərizəsi, iddia ərizəsinin artırılması və iddanın dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 103.629,16 manat (bundan 62.000 manat əsas borc və 41,629,16 manat faiz borcu təşkil edən) müqavilə bitdiyi tarixə (yəni xx xxxxxx 2017-ci il tarixə olan qalığı, qalan 12,120,96 AZN isə xx.xx.2017-ci il tarixədək hesablanmış faiz borcu) müqavilə müddəti bitən tarixə 3409,99 manat illik 5 faiz olmaqla cərimə borcunun və 30 manat dövlət rüsumunun tutulması, həmin tələbin kreditin qaytarılmasının təminatı kimi Cavabdeh məxsus İsmayıllı rayonu, Xənəyə kəndində yerləşən fərdi yaşayış evinə yönə ldilməsi, evin hərrac vasitəsilə satılması, mənzilin qiymətləndirilməsi, hərrac vasitəsilə satıldıqdan sonra,İddiaçı Bakı Filialında olan kredit borcunun ödənilməsi və satıldıqdan sonra bir ay müddətinə evin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-91/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 62000 manat əsas borc, 41629,16 manat məbləğində faiz borcu, müqavilə müddəti bitən tarixdən sonra hesablanmış illik 5%, yəni 3409,99 manat, cəmi 107039,15 manat məbləğində kredit borcunun və 30 manat dövlət rüsumunun İddiaçı Bakı filialının xeyrinə tutulması, borc tələbinin ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus İsmayıllı rayonu, Xənəyə kəndində yerləşən fərdi yaşayış evinə yönəl dilməsi, həmin fərdi yaşayış evinin açıq hərraca çıxarılması, İsmayıllı rayonu, Xənəyə kəndində yerləşən fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiymətinin 293850 manat müəyyən edilməsi, əldə ediləcək vəsaitin Cavabdeh banka olan borcunun ödənilməsinə yönəldilməsi və qeyd edilən fərdi yaşayış evi satıldıqdan sonra İsmayıllı rayonu, Xənəyə kəndində yerləşən fərdi yaşayış evində qeydiyyatda olan şəxslərin yaşayış sahəsinin ən geci bir ay ərzində tərk etmələri, əmlakın satışından əldə edilən məbləğ heasabı borc ödənildikdən sonra qalan məbləğin Cavabdeh qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, aparılmış məhkəməmühasibatlıq ekspertiza tədqiqatının dəyərinin cavabdehdən tutularaq 80 manat məbləğində pulun məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməsi, aparıl mış qiymətləndirmə ekspertizası tədqiqatının dəyəri olan 200 manat məbləğində pulun cavabdehdən tutularaq Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirmə Xidməti MMCnin hesabına keçirilməsi, aparılmış qiymətləndirmə ekspertizası tədqiqatının dəyəri olan 500 manat məbləğində pulun cavabdehdən tutularaq X4 MMC-nin hesabına keçirilməsi qət edilmişdir. (hakim Abbas Əliyev) Cavabdeh qətnamədən apelyaisya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-152/2020 saylı, xx xxxxxx 2020-ci iltarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Nəriman Rayon Məhkəməsinin 2(005)-91/2018 saylı iş üzrə xx xxxx 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən – cavabdehdən 41629,16 manat faiz borcunun və müqavilə müddəti bitən tarixdən sonra hesablanmış illik 5%, yəni 3409,99 manat pulu n tutulması hissələrində dəyişdirilərək, Cavabdeh tutulmalı olan faiz borcunun 13600 manat, müqavilə müddəti bitən tarixdən sonra hesablanmış illik 5% məbləğin isə 2583 manat müəyyən edilməsi, qətnamənin mübahisələndirilən – cavabdehdən 62000 manat pulun tutulması hissəsində dəyişdirilmədən saxlanılması, Cavabdeh 100 manat ekspert xərcinin tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsqət edilmişdir. (hakimlər Xəyalə Cəmilova (sədrlik edən və məruzəçi) İlham Kərimli, Əmir Bayramov) Cavabdeh və vəkili Vəkil2 kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin qismən, iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsi və işin yenidən apellyasiya baxışına qaytar ılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçı “Bank Milli İran” Bakı Filialının vəkili Vəkil1 kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul edilmişdir. Belə ki, apelyasiya məhkəməsi qətnaməni ekspert rəyi ilə əsaslandırmışdır. Lakin ekspert rəyi düzgün deyil. Apelyaisya məhkəməsi ekspert rəyini müazkirə etmədən qərar çıxrmış, rəyi düzgün qiymətləndirməmişdir. Ekspert rəyi iş materialların da olan digər sənədlərlə ziddiyyət təşkil edir. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuşdur. Ekpspert rəyi ziddiyyətlidir. Rəydə hesablanmış məblələr arasında kəskin ziddiyyət vardır. İddiaçı əsas borcu 62000 manat göstərdiyi halda, ekspert əsas borcu 90000 manat hesablamışdır. Kredit ödənişlərinə dair qəbzləri təqdim etsə də, buna qiymət verilməmişdir. Qətnamədən sonrakı ödəniş qəbzləri nəzərə alınmaqla iş üzrə təkrar ekspertiza təyin olunmasına, iddiaçı bankdan bütün ödənişlərə və qalıq borc məbləğinə dair rəsmi sənədlərin tələb olunmasına dair vəsatətlərə apellyasiya kollegiyası heç bir əhəmiyyət verməmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçıın Bakı Filialın nümayəndəsi X2 və Vəkil1 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili Vəkil2 kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apelyasiya məhkəməsinin qətnaməsini iddianın təmin edilən hissəsində ləğv edilməsini xahiş etsə də, kassasiya şikayətində yalnız borc məbləğinin çox hesablanması ilə bağlı dəlillər irəli sürmüşdür, eləcə də iddiaçının kassasiya şikayətinin dəlili hesablanmış borc məbləğinin düzgün olmaması ilə əlaqədardır. Buna görə də şikayətin dəli llərinə uyğun olaraq hazırki kassasiya baxışının predmetini qətnamə ilə müəyyən edilən borc məbləği təşkil edir. Məhkəmə kollegiyasıişdə iştirak edən dinləyib,kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləritəmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-152/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi tutulan borcun məbləğ hissəsində ləğv edilməli, iş həmin hissədə yeni apelyasiya baxışına qaytarılmalıdır. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması barədədir. İddiaçı kredit müqaviləsi üzrə cavabdehdən 62.000 manat əsas və 41,629,16 manat faiz borcu, müqavilənin bitən tarixdən sonra isə illik 5 faizlə 3409,99 manat borcu tələb etmişdir. Qətnamədən görünür ki, apelyasiya instansiya sı məhkəməsi iş materiallarına, o cümlədən özünün təyin etdiyi mühasibatlıq ekspertizasının rəyinə əsasən xx.xx.2017-ci il tarixinə cavabdehin əsas borcunun 90000 manat, faiz borcunun 13600 manat olmasını, bu səbəbdən əsas borc üzrə məbləğin iddia tələbi həcmində tutulması barədə birinci instansiya məhkəməsini gəldiyi nəticənin düzgün hesab etmiş, eyni zamanda faiz borcunu ekspert rəyində göstərilən məbləğə dəyişdirmişdir. Həmçinin apelyasiya məhkəməsi müqavilə müddəti bitdikdən sonra, yəni xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək tələb olunan illik 5% məbləğin miqdarının 2583 manat (62000 manat x 5% = 3100: 12 x 10 ay = 2583 manat) müəyyən edilməsini daha ədalətli və məqsədəmüvafiq hesab edərək, birinci instansiya məhkəməsinin qətnaməsini həmin hissədə də dəyişmişdir. Apelyas iya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 442, 443.1, 445, 448.1 və 739-cu maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, tutulan borcun məbləğ hissəsində apelyasiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Qətnamədən görünür ki, məhkəmə borcun məbləğini məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 4498 nömrəli rəyinə əsasən müəyyən etmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qanunvericiliyin tələbindən də görünür ki, heç bir sübut, o cümlədən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bütün sübutlar ümumi qaydada qiymətləndirilməlidir. Qətnamədən isə görünür ki, apelyasiya instansiyası ekspert rəyinə sübut kimi istinad etsə də, həmin rəyi Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə uyğun qiymətləndirməmişdir. Halbuki cavabdeh ekspert rəyi ilə razı olmadığını apelyasiya baxışında bildirmişdir. Belə olan halda, ekspert rəyinin nəyə görə sübut kimi qəbul edilməsi əsaslandırılmalı, həmin rəyə digər sübutların məcmusu ilə müqayisəli şəkildə qiymət verilməli idi. Həmçinin müqavilə müddəti bitdikdən sonra tələb olunan illik 5% məbləğin miqdarının müəyyən edilməsi xüsusi bilik tələb edən sahəyə aidd ir. İş üzrə təyin edilən ekspertiza qarşısında isə həmin hissədə borcun nə qədər olması barədə sual qoyulmadığı üçün həmin tələb üzrə borcun nə qədər olması da ekspertiza tədqiqatından kənarda qalmışdır. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, tutulan borcun məbləğ hissəsində apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə yuxarıda göstərilən prosessual hüquq normalarına uyğun olmamışdır. Bu da qətnamənin ləğvi üçün əsas verir. Çünki Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı və cavabdehin kassasiya şikayətləri təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-152/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi tutulan borcun məbləğ hissəsində ləğv edilməli, iş həmin hissədə yeni apelyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda göstərilən nöqsanları aradan qaldırmalı, ekspert rəyi ilə bağlı tərəflərin irəli sürdüyü dəlilləri araşdırmalı, zəruri olarsa əlavə və ya təkrar ekspertiza təyin edilməsini müzakirə etməli və bunun nəticəsi olaraq qanuni və əsaslı qərar qəbul etməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı “Bank Milli İran” Bakı Filialının v ə Cavabdeh kassasiya şikayətləri təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)152/2020 nömrəli qətnaməsi tutulan borc məbləği hissəsində ləğv edilsin, iş həmin hissədə yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3856/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3856/2020
28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver