Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4219/2020 11.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Xəlilov İsmayıl Kamil oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və X2 ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küç., ev 9, mənzil 63 saylı mənzildən iki azyaşlı uşağı X3 və X4 ilə birlikdə çıxarılmaları barədə qətnamə çıxarıl masını xahiş etmişdir. Cavabdeh məhkəməyə vəsatət (ərizə) göndərərək mülki işin aidiyyəti üzrə Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)5179/2019 nömrəli qərardadı ilə (sədrlik edən hakim S.Ədilova) Cavabdeh qeyd edilən mülki işin Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi barədə vəsatəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli, 2(103)2104/2020 nömrəli qərardadı ilə (sədrlik edən hakim İ.Şirinov) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-5179/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Mübahisə mülki işin məhkəmə aidiyyəti ilə bağlıdır. İş üzrə Cavabde h hesab edir ki, həmin işə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılmalıdır. Vəsatət onunla əsaslandırılmışdır ki, iddia tələbi qeydiyyatdan çıxarılma ilə bağlıdır ki, həmin tələb inzibati orqan olan Nərimanov rayon Polis İdarəsinə (Qeydiyyat şöbəsi) qarşı tələbdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.1, 2.2.1, Mülki-Prosessual Məcəllənin 31.131.2, 44.2.2-ci maddələrinə əsasən cavabdeh vəsatətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Şikayət apelyasiya instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 403-1.6-cı maddəsinin tələbinə müvafiq olaraq şikayətə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Mübahisə ilə bağlı məhkəmənin mövqeyi: Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə istinad edərək, hesab etmişdir ki, hazırki mülki iş müstəsna aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə verilmiş və mülki iş məhkəmə tərəfindən əsaslı olaraq icraata qəbul edilmişdir. Hazırki mübahisə cavabdehlərin mənzildən çıxarılması ilə bağlıdır və cavabdehin vəsatətinin əsası olan qeydiyyatdan çıxarma mübahisəsi isə ayrı iddianın predmetid ir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş aidiyyət qaydalarına riayət edilməklə birinci instansiya məhkəməsinin icraatına qəbul edildiyindən Cavabdeh mülki işin aidiyyatı üzrə b axılması üçün Bakı İnzibati-İqtisadi Məhkəməsinəgöndərilməsinə dair vəsatəti təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı vəsatət işə mahiyyəti üzrə baxılmasını ləngitməyə hesablanmışdır. Cavabdeh tərəfin nəzərinə çatdırılmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 120-ci maddəsinə görə, məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 403-1-ci maddəsini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəm əsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4219/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4219/2020
11.08.2020 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver