Məhkəmə qərarları › İş №2(102)-4224/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-4224/2021

14.06.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4224/2021 14.06.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Aqil Abbasov İddiaçı kassasiya şikayətini nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-8196/2020 saylı 23 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı 26 may 2021-ci ildə kassasiya şikayəti vermişdir. Mülki Prosessual Məcəllənin 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. İş materiallarından görünür ki, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən qətnaməsini 08 yanvar 2021-ci il tarixdə almışdır. (i.v.196) İddiaçı 05 fevral 2021-ci il tarixdə vəsatətlə müraciət edərək kassasiya şikayəti vermək üçün dövlət vəsaiti hesabına vəkil təyin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-8196/2020 saylı 18 fevral 2021-ci il tarixli qərardadı ilə vəsatət təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)8196/2020 saylı 23 noyabr 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün İddiaçı dövlət vəsaiti hesabına vəkillə təmin edilmişdir. İddiaçı 26 may 2021-ci il tarixdə qətnamədən kassasiya şikayəti və kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpası barədə ərizə vermişdir. İşdən görünür ki, apellyasiya məhkəməsi iddiaçının müddətin bərpası barədə ərizəsinə qiymət verməmişdir. Mülki Proses sual Məcəllənin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır. İddiaçı müddətin bərpası ilə bağlı ərizə versə də, apellyasiya instansiyası həmin ərizəyə qiymət verməmiş, nəticədə kassasiya şikayəti prosessual müddət ötürülməklə kassasiya instansiyasına göndərilmişdir. Göstərilənlərə əsasən hesab edirəm ki, kassasiya şikayəti icraata qəbul edilməməli və mülki iş buraxılmış prosessual müddətin bərpa edilməsinə dair iddiaçının vəsatətinə qiymət verilməsi üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 408-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Bakı Apellyasiya Məhkəməs i MK-nın 2(103)-8196/2020 saylı 23 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı oğlu tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin, mülki iş buraxılmış prosessual müddətin bərpa edilməsinə dair iddiaçının vəsatətinə qiymət verilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar