Məhkəmə qərarları › İş №2(102)-4314/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-4314/2021

18.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4314/2021 18.06.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməsi barədə Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının hakimi Nurməmmədov Əhməd Güləhməd oğlu, Cavabdeh1 və onun vəkili Vəkil2 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: Cavabdeh1 (Vəkil2) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)1527/2020 nömrəli iş üzrə 16 sentyabr 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 402-407-ci maddələrinin tələblərinə cavab vermədiyindən, şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarında Bakı Apellyasiya Məhkəməs inin Mülki kollegiyasının 2(107)-1527/2020 nömrəli işinin və həmin iş üzrə 16 sentyabr 2020-ci il tarixli qətnaməsinin olması müəyyən edilmir. İş materillarında olan qətnamə 2(103)-2030/2021 nömrəli iş üzrə 24.02.2021-ci il tarixlidir. Ümumiyyətlə 2(107) indeksi Bakı Apellyasiya Məhkəməsinə deyil, Şəki Apellyasiya Məhkəməsinə aiddir. Mülki Prosessual Məcəllənin 407.1.3-cü maddəsinə əsasən şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti kassasiya şikayətində göstərilməlidir. Həmin Məcəllənin 408.1.1-ci maddəsinə görə kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, kassasiya şikayəti imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışa qaytarılır. Göstərilənlərə əsasən, kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Odur ki, Azərbaycan Respublikası MPM-nin 408.1.1 və 407.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Cavabdeh1 (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar