Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4434/2020 30.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, X2 və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(103)3445/2019 saylı qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.M.Süleymanova, iş № 2(001)-8114/2018) İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qə tnaməsi ilə (hakimlər: İ.Ə.Kərimli, X.A.Cəmilova və İ.K.Xəlilov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: xx xxxxx 2008-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən Cavabdeh 30 ay müddətinə illik istifadə dərəcəsi 18 faiz olmaqla 17.500 manat məbləğində kredit verilmiş, borclunun öhdəliklərinin təminatı kimi ona məxsus olan minik avtomobili ipoteka ilə yüklü edilmişdir. Müqavilə üzrə öhdəliklərinin icrasını lazımınca təmin etmədiyi üçün iddia tələbinə görə Cavabdeh banka cəmi 26.841,91 manat məbləğində borcu yaranmışdır. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşd irilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci il tarixli 570 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq bankla “xxxxxxxxxxx” QSC arasında bağlanmış tələb hüququnun güzəşt edilməsinə dair xx xxxxxx 2015-ci il tarixli müqaviləyə əsasən bankın problemli aktivlərinin tələb hüququ “xxxxxxxxxxx” QSC-yə keçmişdir. “xxxxxxxxxxx” QSC ilə İddiaçı MMC arasında xx.xx.2016-cı il tarixdə “xxxxxxxxxxx” QSC-yə keçmiş bankın problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsinin Agentliyə keçməsi barədə xidməti müqavilə bağlanmışdır. Xidməti müqaviləyə əsasən QSC ilə bank arasında sənədlərin təhvil-təsliminə dair akt tərtib edilmiş, sonra isə Cavabdeh dair sənədlər Agentliy ə verilmişdir. 2018-ci ilin sentyabr ayında İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh kredit borcuna görə cəmi 26.841,91 manatın “xxxxxxxxxxx” QSC-nin xeyrinə tutulması və tutmanın ipoteka predmeti olan avtomobilə yönəldilməsi və onun açıq hərracdan satılması və əldə olunmuş vəsaitin hesabına borcun ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı MMC kassasiya şikayəti verərək Agentliyin hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmasını, borclunun kredit müqaviləsi üzrə öhdəliyini icra etmədiyi üçün iddia müddətinin ötürülməsi əsası ilə iddianın rədd edilməsinin qanunsuz olmasını və s. əsas göstər məklə qətnamənin ləğv edilməsi və işin yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə gör ə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən hazırkı tələbin iddia müddətinin ötürülməklə qaldırılmasına əsaslanmışdır. İşdən görünür ki, İddiaçı MMC hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərkən “xxxxxxxxxxx” QSC ilə Agentlik arasında bağlanmış xx xxxxxxxx 2016-cı il tarixli xidmət müqaviləsinə əsaslanmışdır. Xidmət müqaviləsində Agentliyə borcların ödənilməsi tələbi ilə məhkəmədə iddia qaldırmaq, iddianın predmeti və əsasını dəyişdirmək, məhkəmə aktından şikayət vermək və s. hüquqların verilməsi nəzərdə tutulsa da, kassasiya kollegiyası hesab edir ki, həmin müqavilə Agentliyə hazırkı tələblə məhkəməyə müraciət etmək hüq uqu verməmişdir. Nümayəndə vasitəsi ilə işin aparılmasının əsasları Azərbaycan Respublikası MPMnin 69-cu maddəsində müəyyən olunmuşdur. Qanunun həmin normasına görə hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. (69.1.) Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. (69.1-1.) Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qayda da səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. (69.2.) Nümayəndənin səlahiyyətinin rəsmiləşdirilməsi qaydasını müəyyən edən MPM-nin 73-cü maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. (73.1) Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. (73.4) Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapş ırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir İşdən görünür ki, “xxxxxxxxxxx” QSC tərəfindən Agentliyə məhkəmədə onun adından nümayəndə kimi çıxış etmək üçün etibarnamə verilməmişdir. Bundan başqa işdə “xxxxxxxxxxx” QSC ilə Agentlik arasında tələb hüququnun güzəşt edilməsinə dair mülki qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş müqavilə bağlanmamışdır. Beləliklə, işdə Agentliyin hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ qanunla müəyyən olunmuş qaydada rəsmiləşdirilmədiyindən iddia ərizəsinin icraata qəbul edilərək baxılması MPM-nin 149.1 və 150.0.3-cü maddəsinin tələblərin ə zidd olmuşdur. İşə baxan apelyasiya instansiyası məhkəməsi işin həmin hallarına müvafiq hüquqi qiymət vermədən mübahisəyə baxdığından, kollegiya hesab edir ki, qətnamə ləğv olunmalı və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4434/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4434/2020
30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver