Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5117/2020 02.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaqubovic və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X5 qarşı “əmrin etibarsız hesab edilməsi və işə bərpa” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki KollegiyasınınX5 saylı, 28.02.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X5 qarşı «əmrin etibarsız hesab edilməsi və işə bərpa» tələbinə dair iddi a ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 08.07.2019-cu il tarixli 136 saylı əmrinin etibarsız hesab edilməsi, Qovlar şəhəri 1 saylı körpələr evi-uşaq bağçasının müdiri vəzifəsinə bərpa edilməsi və vurulmuş ziyanın (işləmədiyi müddətin orta əmək haqqının, vəkilə ödənilmiş məbləğin) cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin X5 saylı mülki iş üzrə 25 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Məmmədov) İddiaçı cavabdeh X5 qarşı «əmrin etibarsız hesab edilməsi və işə bərpa» tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (sədrlik edən və məruzəçi Ə.Məmmədov, hakimlər R.Muradov və Ş.Əliyeva) 28.02.2020-ci il tarixli,X520 nömrəli qətnaməsi ilə Apelyasiya şikayəti təmin edilməyərək T ovuz Rayon Məhkəməsinin X5 saylı mülki iş üzrə 25 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.02.2020-ci il tarixli,X520 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətindəki dəlillərə səthi yanaşmış və onlara tam olaraq hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası tam əsaslı olaraq yaranmış mübahisənin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müddəaları çərçivəsində həll edilməsinin zəruriliyini qeyd edir, lakin şikayətçinin Azərbaycan Respublikası Əmək M əcəlləsinin 70-ci maddəsinin ”c” bəndinə əsasən işdən çıxarılmasına dair əmrin qanuniliyinə tam əsassız münasibət bildirir. Məhkəmə kollegiyası “Məktəbəqədər təhsil haqqında” AR Qanununun 15.2-ci maddəsini əsas kimi götürərək və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 08.05.2019-cu il tarixli 03-321-90/17 saylı məktubunu rəhbər tutaraq İddiaçı tələb olunan ali təhsilinin olmamasını vurğulayır və mübahisələndirilən əmrin tam qanuni və əsaslı olduğunu təsdiq edir. Yəni məhkəmə kollegiyası hesab edir ki, əgər bu cür məktub mövcuddursa və bu işçinin ali təhsilinin olmamasına dəlalət edirsə, attestasiya komissiyasının qərarının alınmasına zərurət yaranmır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün yeganə əs as səlahiyyətli orqan tərəfindən müvafıq qərarın qəbul edilməsidir. Belə ki, məhz səlahiyyətli attestasiya komissiyası yaranmış vəziyyətə hüquqi qiymət verməli və əsaslandırılmış mövqe bildirməlidir. Ən azından attestasiya komissiyası Azərbaycan Respublikası Təhsil Nazirliyindən daxil olan məktubda qaranlıq qalan məqamları (məsələn, diplomun hüquqi əsasının olmaması diplomun mövcudluğunu inkar edirmi və s.) araşdırmalı və məhz bundan sonra ədalətli qərarın verilməsi şübhə altına alına bilməzdi. Odur ki, məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulan imperativ tələbin inkarı normanın səhv təfsir etməsinə zəmin yaratmış və ədalət mühakiməsinin prinsiplərini pozmuşdur. Bundan əlavə apellyasiya şikayətində qeyd edildiyi kimi əmək müqaviləsinə Əmək Məcə lləsinin 70 maddəsinin “c” bəndinə əsasən xitam verilməsi üçün əsas şərt kimi həmin Məcəllənin 71-ci maddəsinin tələblərinə riayət edilməsi tələb olunur. Həm maddəyə əsasən isə İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Təəssüflər olsun ki, cavabdeh əmri qəbul edərkən qanunvericiliyin bu tələblərinə də biganə qalır. Ümumiyyətlə əmrdə heç bir əsaslandırma aparılmır, sadəcə Azərbaycan Respublikası Təhsil Nazirliyinin mətni bəlli olmayan 08.05.2019-cu il tarixli 03-321-90/17 saylı məktubuna istinad edilir. Lakin məhkəmə kollegiyası Əmək Məcəlləsinin bu imperativ tələbini də inkar edir. Əmrin qəbul edilməsi zamanı Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinin də pozulmasına hüquqi qiymət verilməmişdir. Həmin maddənin 2-ci bəndinə əsasən bu cür məlumatların göstərilməməsi əmək mübahisəsini həll edən məhkəmə tərəfindən əmri etibarsız hesab edilə bilər. Sadalanan faktlar nəticəsində həmçinin Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulan hüquq və 127-ci maddəsinin 2-ci və 7-ci bəndlərinin tələbləri kobudcasına pozulmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR: Proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş lakin, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respubl ikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmələr tərəfindən işin müəyyən edilmiş faktiki hallarından görünür ki, Azərbaycan Dövlət Pedoqoji Universiteti tərəfindən 28.06.2007-ci ildə iddiaçıya «maarif, peşə təlimi» ixtisası üzrə bakalavr dərəcəsi almasına dair B seriyalı 062814 №-li diplom verilmişdir. 22.09.2014-cü ildə o, Tovuz rayonu Qovlar şəhəri 1 saylı körpələr evi-uşaq bağçasının müdiri vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Tovuz rayon İcra Hakimiyyətinin 23.04.2019-cu il tarixli sorğusuna verilən 08.05.2019-cu il tarixli 03-321-90/17 saylı cavab məktubundan görünür ki, Azərbaycan Dövlət Pedaqoji Universite ti tərəfindən iddiaçıya 2007-ci ildə verilmiş B 062814 diplomun hüquqi əsası yoxdur. X5 08.07.2019-cu il tarixli 136 saylı əmri ilə iddiaçının ali təhsil barədə olan diplomun dövlət nümunəli olmadığı müəyyən edildiyindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən 5 ildən artıq tutduğu Qovlar şəhəri 1 saylı körpələr evi-uşaq bağçasının müdiri vəzifəsindən azad edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırmaq üçün göstərmişdir ki, məktəbəqədər təhsil müəssisəsinin rəhbəri olmaq üçün ali ixtisas təhsili tələb olunur. İşin faktiki hallarından göründüyü kimi, ali təhsil müəssisələri tərəfindən verilmiş diplomların dövlət nümunəli olub-olmamasını, onların həqiqiliyini müəyyən edən mərkəzi icra hakimiyyəti orqanı olan Azərbaycan Respublika sı Təhsil Nazirliyinin məktubunda göstərilmişdir ki, iddiaçıya verilmiş diplomun hüquqi əsası yoxdur. Bu hal ona dəlalət edir ki, iddiaçı ixtisasına və peşə dərəcəsinə görə tutduğu vəzifəyə uyğun deyil. İddiaçının hüquqi əsası olmayan diplom əsasında azyaşlı uşaqların təhsil aldığı müəssisənin rəhbəri kimi işləməsi qanunvericiliyin sadalanan normasına zidd olması ilə yanaşı, ilk növbədə həmin müəssisədə təhsil alan azyaşlı uşaqların mənafeyinə uyğun deyil. Ona görə də, məhkəmə hesab etmişdir ki, iddiaçı düzgün olaraq işdən azad edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya məhkəməsi iddiaçının işdən azad edilmədən əvvəl attestasiya komissiyasının qərarının verilməməsi barədə apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd etmişdir ki, bir halda ki, işçinin d iplomu həqiqi deyil, bununlada tutduğu vəzifəyə uyğun ixtisasa və peşə dərəcəsinə malik deyil, bələ vəziyyətdə attestasiya komissiyasının qərarının alınmasına zərurət də yoxdur. Odur ki, iddiaçı işdən azad edilərkən cavabdeh tərəfindən iddiaçının əmək qanunvericiliyində nəzərdə tutulan hüququ pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarına əmək və mülki prosessual qanunvericiliyinin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, işdə olan sübutları düzgün qiymətləndirmiş, maddi hüquq normalarının tələblərini pozmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə sə lahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 15.2-ci maddəsinə əsasən məktəbəqədər təhsil müəssisəsinin rəhbəri ali ixtisas təhsilinə və ya ali pedaqoji təhsilə (ali ixtisas təhsilinə üstünlük verilir) malik olan və təhsil sahəsində təcrübəsi olan şəxs ola bilər. İş materiallarından göründüyü kimi, Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfindən iddiaçıya 2007-ci ildə verilmiş B 062814 diplomun hüquqi əsası yoxdur. 07 oktyabr 1992-ci il tarixdən 19 iyun 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Təhsil Qanunun (07 oktyabr 1992-ci il № 324) 8-ci maddəsində deyilir ki, ali və orta ixtisas təhsil müəssisələrində tələbə qəbulu strateji əhə miyyətə malik olan çox mühüm dövlət tədbiridir. Qəbul imtahanlarının sayı və sorğu sistemi müəyyən olunarkən, habelə imtahanlar keçirilərkən ixtisas biliyi və bacarığına üstünlük verilir. Tələbə qəbulunda heç bir imtiyaza yol verilmir. Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada həyata keçirilir. Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq üçün minimal keçid balı müvafiq icra hakimiyyəti orqanı (TQDK) tərəfindən müəyyən edilir. Hazırda qüvvədə olan “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 27.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün xüsusi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir; Həmin Qanun 27.2-ci maddəsinə əsasən təhsil haqqında dövlət sənədi növbəti pillədə və səviyyədə təhsili davam etdirmək və ya ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır. Göründüyü kimi, Təhsil Nazirliyi tərəfindən iddiaçıya məxsus təhsil haqqında sənədin hüquqi əsasının olmaması, yəni həqiqi olmadığı müəyyən edilmişdir. Belə olan halda, iddiaçının müvafiq ali təhsilinin və ixtisasının olmadığı və buna görə də, tutduğu məktəbəqədər təhsil müəssisəsinin rəhbəri vəzifəsinə uyğun olmadığı müəyyən edilir. İddiaçı kassasiya şikayətində onun işdən azad edilməsi barədə əmrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndinə istinad edildiyi halda, bu barədə müvafiq attest asiya komissiyasının qərarının mövcud olmadığı, əmrin əsaslandırılmadığına istinad edir. Bu dəlillərə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tutduğu vəzifəyə uyğun olmaması “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 15.2-ci maddəsinin tələbi ilə müəyyən edilir. Yəni iddiaçı ümumiyyətlə müvafiq ali təhsilə malik olmadığından məktəbəqədər təhsil müəssisəsinin rəhbəri vəzifəsində işləyə bilməz. Buna görə də, müvafiq halın müəyyən edilməsi üçün attestasiya komissiyasının müvafiq qərarına zərurət yoxdur. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi barədə qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassatora münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki KollegiyasınınX5 saylı, 28.02.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5117/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5117/2020
02.11.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver